www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
203
203
203
203
203
203
203
203
203
nilməsi, Ģəxsiyyətin inkiĢaf səviyyəsi və fəallığın qarĢılıqlı
əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin,
özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixo-
loji əsaslarının, gənc nəslin tərbiyəsinə
təsir edən amillərin
psixoloji xüsusiyyətlərinin aĢkara çıxarılması təĢkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim
və inkiĢafın qarĢılıqlı
əlaqəsini, psixi proseslərin, xüsusilə
Ģagirdlərdə təfəkkürün inkiĢafında təlim fəaliyyətinin aparıcı
rolunu, təlim motivlərinin
psixoloji xüsusiyyətlərini, təlim
fəaliyyətinin struktur komponentlərini, əqli fəaliyyətin priyom
və vərdiĢlərinin mənimsənilməsi prosesinin idarə olunması
problemlərini öyrənmək müasir pedaqoji psixologiyanın
predmetinə daxil olan ən mühüm komponentlərdəndir.
Bunlarla yanaĢı olaraq, təlimdə müvəffəqiyyəti və
müvəffəqiyyətsizliyi Ģərtləndirən
psixoloji amilləri, müasir
dərsə verilən psixoloji tələbləri,
təlim prosesində müasir
texniki vasitələrdən istifadənin psixoloji xüsusiyyətləri,
pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri,
müəllim və
Ģagirdlərin qarĢılıqlı münasibətlərinin, müəllimin pedaqoji
bacarıq və vərdiĢlərinin, xüsusilə
onun pedaqoji ünsiyyəti və
pedaqoji mərifətinin psixoloji mexanizmlərini və təlim və
tərbiyənin digər mühüm psixoloji məsələlərini öyrənmək,
aĢkara çıxarmaq da pedaqoji psixologiyanın predmetini təĢkil
edir.