duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz
adlandırmıĢdır. Hər bir analizator üç hissədən ibarət olur: 1)
periferik Ģöbə. Bu hissə reseptor adlanır. Reseptorun
funksiyası xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir
prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri.
Bunlara
afferent
(mərkəzəqaçan)
və
efferent
(mərkəzdənqaçan) sinirlər daxildir: 3) analizatorun beyin
qabığı Ģöbəsi. Bunu analizatorun mərkəzi Ģöbəsi, nüvəsi də
adlandırırlar. Bu Ģöbənin funksiyası perifernik Ģöbədən gələn
impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun
mərkəzi Ģöbəsinin özünə məxsus yeri var. O beyin qabığında
müxtəlif yerlərdə yerləĢir. Məsələn görmə duyğusunun
analizatorlarının mərkəzi Ģöbəsi beyin qabığının ənsə payında
yerləĢir. EĢitmə duyğusunun analizatorunun mərkəzi Ģöbəsi
beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun
əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı,
birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri
sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri
altında daima özünü yenidən qurur. Ona görə də demək
lazımdır ki, duyğu passiv proses deyil. O həmiĢə özündə
hərəkət komponentlərini də birləĢdirir və reflektor xarakteri
daĢıyır.
Duyğuların
insanın
həyatında
əhəmiyyəti
əvəzolunmazdır. Bunu baĢa düĢmək üçün aĢağıdakılara diqqət
yetirmək kifayətdir.
1.
Hər Ģeydən əvvəl duyğular idrakın əsasını təĢkil
|