Diqqətin insanın həyat və fəaliyyətində rolu.
Diqqətin insanın həyat və fəaliyyətində rolu əvəzolunmazdır.
Diqqət olmadan insan nə duya, nə qavraya, nə fikirləĢə, nə də
hər hansı bir iĢi, hərəkəti yerinə yetirə bilməzdi. Təlim
prosesində diqqətin oynadığı rol xüsusilə böyükdür. Dərs
zamanı tədris materiallarını qavrama, anlama və mənimsəmə
müxtəlif amillərdən asılıdır. Onların içərisində əsas yeri diqqət
tutur. Hətta əyani vəsaitlərlə təchiz olunan, məzmun
baxımından fərqlənən bir dərsdə müəllim Ģagirdlərin diqqətini
səfərbər edə bilməzsə, o təlim materiallarını yaxĢı mənimsədə
bilməz. Materialın ilkin qavranılması, onunla aparılan iĢ, onun
hafizədə möhkəmlənməsi Ģagirdin diqqətinin davamlı
olmasını tələb edir.
K.D.UĢinskinin sözlərilə desək, diqqət ruhumuzun elə
yeqanə qapısıdır ki, Ģüurumuzda olan hər bir Ģey mutləq
buradan keçir. Ona görə də UĢinski müəllimlərə dərs zamanı
Ģagirdləri həmin qapını açıq saxlamağa alıĢdırmağı məsləhət
bilirdi.
|