Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların
strukturunu
nəzərdən
keçirdikdə
onların
daxilində
Ģəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet) əsasında
qurulmadığı aydın olur. Hər bir qrupda Ģəxsiyyətlərarası
münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu
əks etdirir. Hər hansı qrupda kim isə hökm verir, müəyyən
tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və
tapĢırıqları isə baĢqaları tərəfindən danıĢıqsız yerinə yetirilir.
BaĢqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər iĢçi»,
«lider» və onun tapĢırıqlarına əməl edən adamlar: «tabe iĢçilər»
mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün
rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və
liderinin həmin sahədəki peĢəkarlığı, baĢqa sözlə qrupa düzgün
rəübərlik etmək məsələsi ortaya çıxır.
Sosial
psixologiyada
«rəhbərlik»
və
«liderlik»
anlayıĢlarının oxĢar və fərqli cəhətləri qeyd olunur. Həm
«rəhbər», həm də «lider» qrupa baĢçılıq edən adam kimi
nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli,
1
Майерс Д. Социальная психология. – Питер, 1997, с. 377
|