III. 5. 6. ġəxsiyyətin mənlik Ģüuru
Ġnsanın bir Ģəxsiyyət kimi formalaĢmasında onda mənlik
Ģüurunun inkiĢafı xüsusi rol oynayır. Mənlik Ģüurunun formalaĢması
insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli,
mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu
baxımdan mənlik Ģüuru insanın özünü Ģəxsiyyət kimi tanıması və dərk
etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik Ģüuru»
dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə,
davranıĢ və fəaliyyət motivlərinə Ģüurlu münasibəti nəzərdə tutulur.
Ġnsan baĢqa adamlarla qarĢılıqlı əlaqə və ünsiyyət prosesində özünü
ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə
baĢlayır, bir növ öz «mənini» baĢa düĢür, anlayır. Öz məni haqqında
subyektiv təəssürat ilk növbədə onda ifadə olunur ki, insan özünün
hazırda, keçmiĢdə və gələcəkdəki eyniliyini anlayır.
Ġnsanın öz «mənini» kəĢf etməsi Ģəxsiyyətin uzunmüddətli inkiĢaf
prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən
qoyulur. Hələ üç yaĢlı uĢaqda özü haqqında təsəvvür yaranmağa
baĢlayır. Bu dövrdə uĢaq «mən» kəlməsini iĢlətməklə özünün
müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik Ģüurunun ibtidai
|