MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə56/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   52   53   54   55   56   57   58   59   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

57 


Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd 

edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı

eksperiment.  YaĢ və pedaqoji psixologiyada eksperimentin bu 

növlərindən  geniĢ  istifadə  olunur.  Müəyyənedici  eksperiment 

psixi hadisələrin fərdlərdə inkiĢaf səviyyəsini aĢkara çıxarmaq 

üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin 

gediĢinə təsir etmir. 

Öyrədici  (formalaĢdırıcı)  eksperimentə  gəldikdə  bu 

eksperimentatorun  fəal,  məqsədəyönəlmiĢ  təsiri  prosesində 

yoxlananlarda  psixikanın  inkiĢaf  xüsusiyyətlərini  aĢkara 

çıxarmasından  ibarətdir.  Bu  cür  eksperimentləri  psixoloji-

pedaqoji eksperiment adı ilə də adlandırırlar. 

Eksperimenti  fərdi  Ģəkildə,  ayrıca  bir  adam  üzərində  və 

qrup  Ģəklində,  bir  neçə  adam  üzərində  eyni  vaxtda  aparmaq 

mümkündür. 

Psixoloji  tədqiqatlar  zamanı  müsahibə  metodundan  da 

istifadə olunur. Bəzən müĢahidə və eksperiment zamanı bu və 

ya  digər  hadisənin  baĢ  verməsi  səbəblərini  aĢkara  çıxarmaq 

mümkün  olmur.  Bunun  üçün  müsahibə  metodu  psixoloqun 

köməyinə  çatır.  Sual-cavab  yolu  ilə  psixoloq  ona  lazım  faktı 

əldə  edir.  Lakin  müsahibə  istintaqa  çevrilməməlidir.  Suallar 

düĢünülmüĢ  və  birmənalı  olmalıdır.  Müsahibə  metodunu  çox 

vaxt  sorğu  metodu  kimi  də  qeyd  edirlər.  Sorğunun  müxtəlif 

variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və 

çatıĢmayan  cəhətləri  vardır.  Sorğunun  üç  əsas  növünü  qeyd 

edirlər: şifahi, yazılı və sərbəst sorğu. 



Şifahi  sorğu,  adətən,  yoxlananın  reaksiya  və  davranıĢı 

üzərində  müĢahidə  aparmaq  tələb  olunduqda  həyata  keçirilir. 

Yazılı sorğuya nisbətən Ģifahi sorğu insan psixologiyasına daha 

dərindən  nüfuz  etmək  imkanı  verir.  Belə  ki,  tədqiqat  zamanı 

yoxlanan  adamın  reaksiya  və  davranıĢından  asılı  olaraq 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin