www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
49
Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur.
S.Ġ.Seyidov təĢkilati, ictimai iĢlərlə yanaĢı, Azərbaycan
Respublikası üçün yeni bir sahə olan menecment psixologiyası
üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaĢı, o,
kadr hazırlığı sahəsinə də önəmli yer verir. Onun rəhbərliyi ilə
namizədlik dissertasiyası müdafiə edən gənc alimlər də tədqi-
qatlarında daha çox menecment psixologiyası kimi vacib bir
sahəyə diqqət yetirirlər.
Azərbaycan psixologiya elminin 80-ci illərdən sonrakı
inkiĢafında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor Bəxtiyar Həmzə oğlu Əliyevin özünəməxsus
yeri və rolu vardır. O, Moskva Dövlət Universitetini bitirmiĢ
azsaylı, yüksək ixtisaslı, peĢəkar psixoloqlardandır. O, ilk
növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad etmək-
lə Azərbaycanda da yeni istiqamətli tədqiqatların aparılmasını
zəruri hesab edən və bu yöndə əməli fəaliyyət göstərən
psixoloqlardandır. 1983-cü ildə MDU-nu bitirdikdən sonra
Azərbaycan Dövlət Universitetində əmək fəaliyyətinə
baĢlamıĢ, 1989-cu ildə namizədlik dissertasiyası müdafiə
etmiĢdir. 1998-ci ildə doktorluq dissertasiyası müdafiə
etdikdən sonra daha ciddi Ģəkildə Azərbaycan psixologiya
elminin inkiĢafına səy göstərmiĢdir.
B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhə-
miyyətli olan, lakin nisbətən az iĢlənmiĢ sosial psixologiya
üzrə tədqiqatların aparılmasına, monoqrafiya və kitabların çap
olunmasına çalıĢır və bu sahədə Azərbaycan elminə
nailiyyətlər qazandırır. Onun hüquq psixologiyası sahəsindəki
tədqiqatları xüsusilə əhəmiyyətlidir.
B.H.Əliyev onlarla aspirant və dissertanta rəhbərlik
etmiĢdir. 2005-ci ilin iyun ayında isə B.H.Əliyevin rəhbərliyilə
G.K.Məmmədova «Psixologiya və bədii ədəbiyyatda Ģəxsiy-
|