«magиstratura mяrkяzи»



Yüklə 0.6 Mb.
səhifə1/8
tarix09.12.2016
ölçüsü0.6 Mb.
  1   2   3   4   5   6   7   8


AZЯRBAYCAN RESPUBLИKASI TЯHSИL NAZИRLИYИ

AZЯRBAYCAN DÖVLЯT ИQTИSAD UNИVERSИTETИ

«MAGИSTRATURA MЯRKЯZИ»


Abbasov Cavid Sadiq oğlu

(MAGИSTRANTIN A.S.A.)

Dövlət büdcəsinin formalaşmasında gömrük vergi və



rüsumlarının rolu” mюvzusunda



MAGИSTR DИSSERTASИYASI

Иstiqamяtin шifri vя adы 060401 Dünya iqtisadiyyatı

Иxtisasыn шifri vя adы Gömrük işinin təşkili

Elmi rяhbяr Magistr proqramыnыn rяhbяri

(A.S.A., elmi dяrяcя vя elmi ad) A.S.A., elmi dяrяcя vя elmi ad)

Rəhbər i.e.n.Z.A.Şəkərəliyeva и.е.н.М.М.Асланова_________

Kafedra mцdiri _____________ проф.А.Ш.Шякярялийев___________

(A.S.A., elmi dяrяcя вя elmi ad)

BAKI - 2016

MÜNDƏRİCAT

GİRİŞ

I FƏSİL. BÜDCƏ-VERGİ SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNİN NƏZƏRİ - METODOLOJİ ƏSASLARI

1.1. Büdcə-vergi tənzimlənməsinin məqsəd və vəzifələri

1.2. Büdcə təsnifatı və büdcə gəlirlərinin formalaşması prinsipləri
II FƏSİL. BÜDCƏ GƏLİRLƏRİNİN FORMALAŞMASI

XÜSUSİY­YƏT­LƏ­Rİ VƏ MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ

2.1. Dövlət gəlirlərinin formalaşması və büdcələrarası bölgüsü xüsusiyyətləri

2.2. Müasir şəraitdə Azərbaycanda büdcə-vergi siyasəti və onun dövlət

gəlirlərinə təsirinin təhlili


III FƏSİL. BÜDCƏ GƏLİRLƏRİNİN ARTIRILMASINDA

BÜDCƏ-VER­Gİ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİNİN

YÜKSƏLDİLMƏSİ İSTİQA­MƏT­­LƏRİ

3.1.Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin optimal­laş­dı­rıl­ma­sı

3.2.Qloballaşma şəraitində büdcə-vergi siyasətinin təkmilləşdirilməsi istiqamətləri
NƏTİCƏ

ƏDƏBİYYAT SİYAHISI

GİRİŞ

Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə təmin edən dövlət büdcəsinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, dövlətin iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici funksiyasından və onun tətbiq mexanizmindən nə dərəcədə dolğun istifadə edilməsindən asılıdır.

Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətlən­di­ril­­mə­sin­də əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət çərçivəsində düzgün hədəfləndirilməməsi hökuməti iqtisadiyyatda əks nəticə ilə -əsaslandırılmayan, qeyri-taraz gəlir azlığı problemi qarşısında qoya bilər və büdcə mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.

Respublika­mız­da büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makro­iqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həl­qə­lə­ri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda maliyyə vəsaiti müəy­yənləşdirilir.

Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir. Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək, respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür. Bu dövr ərzində büdcə gəlirlərinin ÜDM-un strukturuna və sahə quruluşuna uyğun artımına, potensial gəlirlərin büdcəyə alınmasının təmin olunması əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə, vergilərin ödənilməsinin sadələşdirilməsinə, vergi dərəcələrinin azalmasına, vergilərin yığılmasını təmin edən orqanların strukturunun təkmil- ləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür.

Büdcə siyasətinin tərkib hissəsi olmaqla, vergi siyasətinin formalaşması və həyata keçirilməsi ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir. Ona görə də vergi işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir sisteminin formalaşdırıl­masına gətirib çıxar­malıdır ki, bu sistem iqtisadi tənzimləmə funksiya­sını normal şəkil­də həyata keçirə bilsin.

Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində büdcə vəsaitlərinin istehsal və so­sial sahələrin inkişafına yönəldilməsi dövlət büdcəsinin tər­kib hissəsi olmalıdır. Vergilərin büdcə gəlirlərinin formalaşmasına, istehsalın kə­miyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. İnkişaf et­miş ölkələrdə vergilər dövlət gəlirlərinin əsas mənbəyi olmaqla, iq­ti­sa­diy­yat­da tənzimləyici kimi çıxış edir. Vergilər özünün əsas funksiyası olan - maliyyə funk­siyasından başqa, dövlətin istehsalın bərpasına, genişləndirilməsinə, tək­mil­ləş­di­ril­məsinə, yeni texnika və texnologiya ilə təmin edilməsinə, strukturuna və qurluşuna iqtisadi təsiretmə vasitəsidir.

Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu siyasət, ümumi makroiqtisadi göstəriciləri əks etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir. Həyata keçirilən kompleks makoiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsini, istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsini, ölkənin regionlarının iqtisadi inkişafının tarazlaşdırılmasını, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur.

Son illərdə respublikamızda həyata keçirilən iqtisadi və siyasi islahatlar dövlət maliyyəsi sferasından, xüsusilə də büdcə-vergi sistemində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Belə ki, dövlət büdcəsi dövlətin əlində, iqtisadiyyata təsir göstərilməsində, aparılan struktur dəyişikliklərini maliyyələşdirilməsində, iqtisadiyyatın qabaqcıl sahələrinin inkişafının stimullaşdırılmasında, əhalinin aztəminatlı təbəqəsinə sosial yardımların verilməsinin təmin edilməsində real vasitəyə çevrilmişdir. İslahatların sonrakı mərhələlərinin həyata keçirilməsi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Bunanla əlaqədar, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin məzmun və mahiyyətinin öyrənilməsi, onun ölkənin sosial-iqtisadi inkişafa təsirinin, büdcə gəlirlərinin artırılması yollarının araşdırılması sahəsində yeni tələblər qoymuş və bu problemi müasir dövrün reallıqlarına uyğun metodoloji yanaşma əsasında tədqiq edilməsini zərurətə çevirmişdir. Belə ki, bu istiqamətdə maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici tətbiqi mühüm əhəmiyyət kəsb edir. İslahatların gedişi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması bunlarla əlaqədar problemlərin tədqiqinə, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin həyata keçirilməsinə, onun təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə yeni nəzəri - metodoloji yanaşma tələb edir.



FƏSİL. BÜDCƏ-VERGİ SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNİN NƏZƏRİ - METODOLOJİ ƏSASLARI

1.1. Büdcə-vergi tənzimlənməsinin məqsəd və vəzifələri

Klassik siyasi iqtisad məktəbinin banisi şotland iqtisadçı - filosofu A.Smit (1723-1790) obyektiv iqtisadi qanunların kortəbii fəaliyyətini iqtisadi prosesləri dövlətin müdaxiləsi olmadan tənzimləmək qabiliyyətinə malik «gözə görünməz əl» adlandırırdı. Lakin onun bu tezisi ancaq əmtəə istehsalının ilkin mərhələsi üçün özünü doğrulda bilərdi və iqtisadi inkişafın sonrakı mərhələləri «kortəbiilik nəzəriyyəsinin» əsassız olduğunu göstərdi. İngilis iqtisadçısı D. Rikardo (1789-1871) klassik məktəbin davamçısı olsa da, iqtisadi qanunların obyektiv və kortəbii fəaliyyəti ilə yanaşı onların dərk olunanan olduğunu qəbul edir və dövlətin iqtisadi siyasət hazırlayaraq bu proseslərə müdaxıləsini tövsiyə edirdi. O, iqtisadi siyasətin əsas aləti kimi vergiləri görürdü və «ən aşağı vergini ən yaxşı vergi» hesab edirdi.

Artıq XIX əsrin axırlarında həm mikro və həm də makroiqtisadi pro­ses­lərdə dövlətin fəal rolu əhəmiyyətli dərəcədə hiss olunmağa başladı. Makro­iq­ti­sadi tənzimləmə vasitələrinin köməyi ilə müəssisələrin fəaliyyətinə təsir göstərən döv­lət büdcə sisteminin formalaşdırılması mümkün oldu. Dövlət bazar münasi­bətlərinin agentinə çevrildi. Bu zaman neoklassik iqtisadi nəzəriyyə dövlət büdcə­sini makroiqtisadiyyatın maraqları mövqeyindən nəzərdən keçirirdi.

Bu dövrdə bir çox iqtisadçılar, o cümlədən Amerika iqtisadçısı C.B. Klark dövlət mexanizmlərinin məhdudluğunu və onun ümumi dövlət sosial-iqtisadi mə­sə­lələrin həllində əhəmiyyətli rol oynaya bilməyəcəyini qeyd edirdilər. Bu nəzəriy­yənin tərəfdarları təbii inhisarçılıq sahələrinin rolunu yüksək qiymətləndirir və belə hesab edirdilər ki, bu sahələr sərt dövlət tənzimlənməsi obyekti kimi qal­maqla cəmiyyətin həm sənaye və həm də sosial problemlərinin həllində əsas rol oynamalıdırlar.

Keyns nəzəriyyəsi «əmək haqqı və qiy­mətlər elastik olduğu halda, iqtisadi mənbələrdən tam istifadə edə bilmək üçün büd­cə siyasəti tədbirlərinə (xərclərin artırılmasına, vergilərin azaldılmasına) eh­ti­yac olduğunu müəyyən etmişdir». Keyns göstərmişdir ki, məcmu tələb və təklif azlığını aradan qaldıran ma­liy­yə siyasəti həyata keçirilməsə, sürətlə artan işsizliyi aradan qaldırmaq olmaz .

Məşhur iqtisadçı P.Samuelsonun irəli sürdüyü ictimai rifah nəzəriyyəsində, dövlətə və onun tənzimləmə funksiyasına xüsusi yer ayrılırdı. P. Samuelsona görə bazarın fəaliyyətində «kənarlaşmalar» baş verir, yəni bazar qanunları işləmir, bazar mexanizmləri isə lazımi nəticəni vermir. Bazarın bu «kənarlaşmaları» döv­lətin büdcə maliyyələşdirilməsi mexanizmləri hesabına aradan götürülür. Bu za­man ictimai nemətlərin iki xüsusiyyəti özünü göstərir: rəqabətsizlik və istis­na­sızlıq. Rəqabətsizlik şəraitində cəmiyyətin hər hansı üzvü tərəfindən ictimai nemətlərin istehlak edilməsi digər bir şəxs üçün bu istehlakın azalması deməkdir. İstinasızlıq isə ictimai nemətlərin cəmiyyətin bir üzvü tərəfindən istehlak edilməsi, bu nemətin cəmiyyətin digər üzvü tərəfindən istehlak edilməsi imkanının istisna edilməməsidir.

Dövlətin nisbətən qapalı maliyyə sistemi əsasən iqtisadiyyatın səfərbərlik modeli daxilində fəaliyyət göstərir. Bu zaman büdcə vasitəsilə cəmiyyətdəki geniş təkrar istehsal proseslərinə dövlət təsirinin əhəmiyyəti və rolu çox yüksək olur. Dövlət şəx­si təşəbbüs və sahibkarlıq fəaliyyəti üçün sərt çərçivəni müəyyən etməklə, büdcə vasitəsi ilə investisiya, idarəçilik, sosial müdafiə və s. digər məsələləri həll edir.

Maliyyə münasibətləri sisteminə daxil olan büdcə münasibətləri öz funk­si­ya­larını yerinə yetirmə prosesində ölkənin büdcə fondları şəklində maddiləşir. Maliyyə ehtiyatlarının dövlətin əlin­də mərkəzləşmə səviyyəsini əks etdirən büdcə fondunun konkret kəmiyyəti bir sıra amillərdən: iqtisadiyyatın inkişaf səviyyəsindən, müəssisələrdə, təşki­lat­lar­da və idarələrdəki təsərrüfatçılıq metodlarından, cəmiyyətin həll etməli olduğu iq­ti­sadi və sosial məsələlərdən, iqtisadiyyatın strukturunda nəzərdə tutulan də­yi­şikliklərdən asılıdır.

Bu münasibətlər özünün çoxcəhətliliyi ilə xarakterizə olunur, çünki bu mü­na­sibətlər bölgü münasibətlərinin ən müxtəlif səviyyələrində təzahür edir. Büdcə münasibətlərinə ciddi təsir göstərən ümumi xarakterli amillər sırasında - hər şeydən əv­vəl ölkədə təkrar istehsal prosesinin idarə edilməsi səviyyəsini, vətəndaşlara gös­tə­rilən xidmət metodlarını, dövlətin sosial-iqtisadi həyatının hər bir mərhələsində həll etməli olduğu vəzifələri göstərmək olar.

Dövlət büdcəsini iqtisadi kateqoriya kimi xarakterizə edən ən vacib xü­su­siy­yətlərdən biri onun obyektiv xarakter daşımasıdır. İlk baxışda, hər il dövlətin əlin­də cəmləşən milli gəlirin həcmi, xüsusən onun bölüşdürülməsi prosesi döv­lətin iradəsindən asılı kimi görünür. Lakin əslində, istər milli gəlirin və döv­lət büdcəsinin həcmi, istərsə də onların bölüşdürülməsi prosesi ölkə­də­ki istehsal sahələrinin inkişaf səviyyəsindən, cəmiyyətin mövcud sosial-iqtisadi tə­ləblərinin xüsusiyyətlərindən və digər obyektiv amillərdən asılıdır.

Büdcə dövlətin hazırladığı iqtisadi siyasətin reallaşdırması üçün əsas vasitə olmaqla, maliyyə siyasətini də reallaşdırmağın mühüm alətidir. O, pul fondlarının formalaşması aləti olan vergilər və dövlət borclanması ilə yanaşı, həm də pul fondlarının məqsədəuyğun xərclənməsinə aid olan maliyyələşdirmə, büdcədən əmək haqqının ödənilməsi kimi tədbirləri özündə birləşdirir.

Büdcənin istehsal sahələrinə təsiri və onlarla qarşılıqlı əlaqədə olması - gəlirlər və xərclər formasında təzahür edir. Büdcənin gəlirləri istehsal və qeyri-istehsal sahələrinin əldə etdikləri mənfəətdən və bunun müqabilində ödədikləri vergilərdən, həmin sahələrin özünün inkişafı isə qismən və ya təmamilə büdcədən maliyyələşdirmə mənbələrindən xeyli asılıdır.

Bütün ictimai-iqtisadi formasiyalarda büdcə, dövlətin pul vəsaitlərinə olan tələbatlarını ödəyir. Məhsuldar əmək tərəfindən yaradılmış yeni dəyər nəinki isteh­sal məqsədli məsələlərin həllinə xidmət etməli, o, həm də vətəndaşların kon­sti­tusiya hüquq və azadlıqlarını qoruyan dövlət təsisatlarının fəaliyyətini təmin etməlidir. Bununla yanaşı əhalinin öz maliyyə tələbatını təmin edə bilməyən his­səsi, habelə inkişaf səviyyəsi millətin ictimai təminatının indiqatoru hesab edilən sosial sahələr, dövlətin və vətəndaşların təhlükəsizliyini təmin edən hüquq müha­fizə orqanları və ordu bilavasitə dövlətin himayəsindədir.

Dövlət büdcəsi iqtisadiyyat sahələrinin, ölkənin müdafiə tələblərinin və döv­lət idarə orqanlarının maliyyələşdirilməsi üçün lazım gələn pul fondlarının yaranması və istifadəsi ilə əlaqədar, dövlətlə hüquqi və fiziki şəxslər arasında mil­li gəlirin bölüşdürülməsi üzrə meydana gələn pul münasibətlərdir. Bu münasi­bət­lər isə öz növbəsində, iqtisadiyyatın ayrı-ayrı sahələrində müvafiq tədbirlərin həyata keçirilməsi, ölkənin müdafiəsinin möhkəmləndirilməsi və dövlət idarəetməsinin maliy­yələşdiril­­məsi üçün büdcə fondunun yaradılması və istifadəsi ilə əlaqədardır. İqtisadiyyatı inkişaf etdirmək, əhalinin sosial-iqtisadi tələbatlarını ödəmək, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək və cəmiyyəti idarə etmək məqsədi ilə dövlət öz büdcəsini istehsal və qeyri-istehsal sfereları arasında, iqtisadi regionlar arasında yenidən bölüşdürür. Büdcə vasi­təsilə dövlət - ölkənin iqtisadi sistemini, bütövlükdə iqtisadi münasibətləri tənzimləyir.

Cəmiyyət və iqtisadiyyat qarşısında duran vəzifələrdən asılı olaraq dövlət öz gəlirlərini və xərclərini illik büdcə planı formasında tərtib edir. Belə olan halda, dövlət öz gəlirlərinin mənbələrini və xərclərinin istiqamətlərini əvvəlcədən bilir və müvafiq qurumların fəaliyyətini bu məqsədlərə yönəldir. Bu, hər bir dövlətin büdcə siyasətinin əsas amili kimi qəbul edilir və bunun həyata keçməsi ancaq dövlətin mükəm­məl büdcə sistemi olduğu şəraitdə mümkündür.

Qeyd etmək lazımdır ki, «büdcə» anlayışı hüquqi-normativ aktlarda və elmi ədəbiyyatda, monoqrafiya və dərsliklərdə bir qədər fərqli mənalarda işlədilir. Məsələn, Rusiya Federasiyasının Büdcə Məcəlləsində o – «dövlət və yerli özünüidarəetmənin vəzifə və funksiyalarını maliyyə cəhətdən təminat üçün nəzərdə tutulan pul vəsaitləri fondunun yaradılması və istifadə olunması forması...» kimi, digər elmi mənbə və dərsliklərdə - «əsas mərkəzləşdirilmiş pul vəsaitləri fondu» , «… pul münasibətlərinin məcmusu, … əsas maliyyə planı», «… mühüm maliyyə tənzimləyicisi…», «…real subyektiv maliyyə aləti (vasitəsi)…», «milli gəlirin yenidən bölgüsünün əsas aləti», «dövlətin müəyyən müddət ərzində, adətən bir ilə gəlir və xərclərinin smetası» kimi ifadə olunur.

Büdcə-vergi siyasəti maliyyə siyasətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və iqtisadiyyatın, habelə ayrı-ayrı dövlət orqanlarının, sahibkarlığın inkişafını təmin edən digər dövlət proqramlarına uyğun olaraq hazırlanır. Büdcə – vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanmasını təmin etməklə iqtisadi artıma nail olmaq, maliyyə intizamının möhkəmləndirmə, dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirmək, onun şəffaflığının artırmaqı, sahibkarlığa maliyyə dəstəyinin gücləndirmək və inflyasiyanın səviyyəsini aşağı salmaqdan ibarətdir.

Eyni zamanda bu siyasətin əsas məqsədlərindən biri də, bütövlükdə büdcənin həcm və tarazlığının tənzimlənməsidir. Burada əsas şərt – iqtisadi siyasət çərçivəsində dövlət xərclərinin həcminə uyğun olaraq, büdcənin vergi gəlirləri hesabına tarazlaşdırılması və nəticə etibarı ilə iqtisadiyyatın özündəki tarazlığın təmin edilməsidir.

Ənənəvi büdcə tarazlığı nəzəriyyəsinə görə büdcə kəsiri və yaxud büdcə artıqlığı iqtisadiyyatdakı real tarazlığı və ya iqtisadi tarazlığı dəyişdirmir. Buna görə də büdcə-vergi siyasəti elə həyata keçirilməlidir ki, dövlət büdcəsi istənilən şəraitdə iqtisadiyyatı zəiflətməsin. Ona görə də, həyata keçirilən iqtisadi siyasətin pozitiv nəticələrindən başqa neqativ nəticələrinin də ola bilməsini yaddan çıxarmaq olmaz. İqtisadi tarazlığın təmin edilməsində, məcmu tələb və təklifin uzlaşdırılmasında dövlət büdcəsinin rolu əvəzsizdir. Belə ki, dövlət büdcəsinin tarazlığı ümumi iqtisadi tarazlığın taleyini əvvəlcədən müəyyən etmiş olur.

Təkrar istehsal prosesinin və cəmiyyətin ictimai həyatının, həmçinin dövlətin ümumi fəaliyyətinin idarə edilməsi büdcəyə daxil olan vəsaitlər hesabına maliyyələşdirilir və nəticə etibarı ilə büdcə vəsaiti dövlət idarəçiliyinin vacib iqtisadi mexanizmi kimi çıxış edir. İdarəetmə mexanizmi lazımi səviyyədə fəaliyyət göstərmədikdə, o, bir sıra mənfi nəticələrə, məsələn, mənbəyini vergi ödəmələri təşkil edən büdcə gəlirlərinin tam həcmdə yığılmaması və s. neqativ halların yaranmasına səbəb ola bilər.

İqtisadiyyatın inkişaf etdirilməsində, istehsalın stimullaşdırılmasında və həmçinin cəmiyyətin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin çox böyük rolu vardır. Bu da özünü həm kəmiyyət və həm də keyfiyyət baxımından göstərir. Hər bir ölkədə dövlət idarəetmə sisteminin başlıca şərtlərindən biri - bu sahədə görüləcək tədbirlərin həyata keçə bilməsi üçün zəruri olan büdcə xərcləri ilə əlaqədardır. Ona görə də hər il tərtib və təsdiq olunan büdcədə sosial xərclərə böyük əhəmiyyət verilir.

Dövlət büdcəsinin istehsal sahələri ilə qarşılıqlı əlaqələrinin ən təsirli metodlarından - vergiqoyma və istehsal sahələrinin stimullaşdırılması metodlarını göstərmək olar. İstehsala bu yolla təsir göstərilməsi metodları eyni zamanda dövlət büdcəsinin öz daxili iqtisadi mahiyyətini və rolunu da daha dərindən və geniş şəkildə aşkar etməyə imkan verir. Büdcənin aşağıdakı istiqamətlərdə: ümumi daxili məhsulun bölüşdürülməsi və yenidən bölüşdürülməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi, sosial-iqtisadi siyasətin həyata keçirilməsinin maliyyə təminatı və mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi prosesində onun məqsədyönlü olmasına dair bütün qanunların gözlənilməsinə nəzarət edilməsi istehsal sahələrinə təsir göstərdiyini qeyd etmək lazımdır. Bu funksiyaların yerinə yetirilməsi vasitəsilə büdcə həm istehsalın inkişafını və ümumi daxili məhsulun yaradılmasını, həm də onun bölgüsünü və yenidən bölgüsünü təmin edir.

Dövlət, fondlarının yaradılması, müxtəlif istehsal sahələrinin və təsərrüfat növlərinin stimullaşdırılmasını vergiqoyma metodu həyata keçirir. Büdcənin istehsalla olan bu qarşılıqlı əlaqələrinin reallaşması - büdcə gəlirlərinin müxtəlif pul fondları şəklində formalaşması, onun bölüşdürülməsi, sonra da həmin fondların büdcə xərcləri maddələri üzrə məqsədyönlü şəkildə istifadə olunması formasında baş verir.

Azərbaycan Respublikasının dövlət büdcəsi - ölkənin maliyyə sisteminin başlıca həlqəsi, əsas maliyyə planı hesab olunur, ali qanunvericiliu orqanı olan Milli Məclis tərəfindən qəbul olunaraq ölkə Prezidenti tərəfindən qanun şəklində təsdiq olunur. Azərbaycan Respublikasının Büdcə sistemi haqqında qanuna görə büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.

Dövlətin birbaşa tənzimləmə metodlarının əsas istiqamətlərindən biri də iqtisadi artımla bağlıdır. Burada makroiqtisadi tarazlığa imkan verə bilən investisiya, habelə tələblə yığım arasında ən əlverişli nisbətin yaradılması problemi, xüsusilə böyük əhəmiyyət kəsb edir. Dövlətin həyata keçirdiyi iqtisadi tənzimləmə metodları içərisində fiskal siyasət xüsusi yer tutur. Bu siyasət - büdcə vəsaitinin yaranması və ondan istifadə edilməsi ilə əlaqədar dövlətin yeritdiyi maliyyə siyasətinin çox mühüm tərkib hissəsi olmaqla, dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi kimi iqtisadiyyata stabilləşdirici təsir göstərir. Təcrübə göstərir ki, bəzi ölkələrdə süni büdcə tarazlığının yaradılması bu ölkələrin iqtisadiyyatını zəiflədir, istehsalı isə iflic vəziyyətinə salır.

Büdcədə cəmiyyətin inkişafının tsiklik xarakteri və onun dinamikası əks olunur, köhnə prinsiplər mütləq mənada inkar olunmur, bütün müsbət meyllər isə inkişafın yeni mərhələsində nəzərə alınır. Son iki yüz illik inkişaf ərzində sənaye dünyasının tsiklik inkişafının konkret ifadəsi tsiklik prosesdə gah sosial-iqtiadi həyatın bazar tənzimlə­yici­lərinin (iqtisadi səmərəliliyinin yüksəldilməsi meyllərinin özünün məqsəd kimi qəbul etməsi), gah da sosial-iqtisadi proseslərinin dövlət tənzimləyicilərinin (so­sial ədalətə, sosial bərabərliyə doğru meyllər) rolunun güclənməsi bir-birini əvəz etmişdir. Məlumdur ki, inkişafın tsiklik xarakterindən irəli gələn nəzəriyyələrdən bir-birini əvəz edən iqtisadi və sosial məqsədlər iqtisadi inkişafın tələbatlarına uyğun olaraq növbəylə aparıcı rol oynamışlar.

Bununla yanaşı iqtisadiyyatın səfərbəredici və qarışıq modelləri ara­sında bəzi fərqlər mövcuddur. Ayrı-aryı ölkələrin qarışıq iqtisadiyyatını üç tipə ayırmaq qəbul edilmişdir: neostat, neoliberal və mərkəzləşdirilmiş razılaşma. Onların hər üçünün ümumi cəhətini strateji sosial-iqtisadi məsələlərin həllində dövlətin rolunun artması təşkil edir. Bu məsələlərdən - xarici iqtisadiyyat, ekologiya və fundamental tədqiqatlar sahəsində olan problemlər ön sıraya çıxır. Bununla yanaşı müstəqil statusa malik olan, lakin ümummilli məsələlərin həlli ilə məşğul olan ictimai təşkilatların da rolu artır. Yerli idarə orqanlarına xüsusi fikir verilir, onlar həmin ərazidə yaşayan əhalinin ən vacib ehtiyaclarını ödəməlidirlər.

Bununla yanaşı dünya iqtisadiyyatının qloballaması ilə əlaqədar müəyyən pro­seslər meydana gəlir. Bir ölkə çərçivəsindən kənara çıxan transmilli korporasiyalar iş qüvvəsinin miqrasiyasına, kapitalın və əmək resurslarının ixracına ciddi təsir göstərirlər. Onların təsiri altında dünya təsərrüfatının yeni strukturu forma­laşır və beynəlxalq əmək bölgüsü dərinləşir.

Qarışıq İqtisadiyyatın Yaponiya və Asiya-Sakit okean modelləri şəraitində döv­lət büdcəsi öz fərqli xüsusiyyətləri ilə seçilir. XX əsrin ikinci yarısında bu öl­kə­lərin iqtisadiyyatında baş verən struktur dəyişiklikləri yüksək texnologiyalar və ixrac yönümlü istehsal sahələrinin inkişaf et­di­rilməsi ilə səciyyələnirdi. Yapon iqtisadi möcüzəsi ölkənin innova­siya və so­sial sahələrində büdcədən daha böyük maliyyələşmə ayrılma­sı ilə bağlı idi.

Bu şəraitdə dövlət xərclərinin xeyli artmasına baxmayaraq, kapital yığımı ilə əlaqədar vergi­qoy­ma bazasının genişləndirilməsi sayəsində əldə edilən səmərə cari büdcə kəsirin­dən yüksək olmuşdu. Uzun müddət yapon iyeninin digər valyuta­larla müqayisədə məzənnəsinin kəskin surətdə aşağı düşmə­sinin qar­şısı alındı. Bu, ixracın stimullaşdırılmasına şərait yaratsa da, faiz dərəcəsinə mənfi təsir göstər­mir­di. Kredit ucuz olaraq qalırdı və bu, həm əmtəə istehsalçıları, həm də dövlət idarə orqan­ları və ev təsərrüfatı üçün əlverişli idi. Faiz dərəcələrinin müəyyən edilməsinə və kom­mer­siya bank­ları­nın yenidən maliyyələşdirilməsində mərkəzi banklar fəal rol oyna­yırdı.

Asiya-Sakit okean regionu ölkələrinin bazarları xarici kapital tərəfindən zəbt edilməsinə baxmayaraq, burada dövlətin rolu fəal olaraq qalırdı. Region ölkələrində strateji planlaşmaya, o cümlədən büd­cə planlaşmasına xüsusi fikir verilirdi ki, bu da maliyyə resurslarının milli iqtisadiyyatın əsas istiqamətlərində cəmləşməsinə imkan yaradırdı. «Miqyaslı iqti­sadiyyat» effekti yaranırdı və dövlət transmilli maliyyə-sənaye qruplarına çev­rilən iri milli korporasiyaların inkişafını müdafiə edirdi.

XX əsrin 50-60-cı illərində büdcənin gəlir bazasının genişləndirilməsi məsə­lələri və vergilərlə əlaqədar olan mülkiyyət hüquqi nəzəriyyəsi geniş yayılmışdı. Bu nəzəriyyənin banisi R.Koue idi və Nobel mükafatı laureatı A.M.Onore, Amerika hüquqşünası İ.Bekker kimi məşhur alimlər də bu nəzəriyyənin əsas­larının işlənib hazırlanması üzərində çalışmışdılar.

Büdcə tənzimlənməsi ilə əlaqədar qarışıq iqtisadiyyatın neoliberal tipinin bəzi xüsusiyyətlərini də nəzərdən keçirməyə ehtiyac var. Qarışıq iqtisadiyyatın bü tipi - bazar tənzimləyicilərinə üstünlük verir, dövlətin rolu isə azad rəqabətin qorunub saxlanılması üçün müvafiq şəraitin təmin edilməsi ilə məhdudlaşdırılır. Burada, maliyyə siyasətində M.Fridmanın monetarist nəzəriyyə­sinə üstünlük verilirdi. Büdcə siyasəti ilə əlaqədar büdcə kəsirinin azaldılmasına yönəldilmiş tədbirlər həyata keçirilirdi və bu, vergilərin yüksəldilməsi və ictimai xərclərin azaldılması yolu ilə baş verirdi.

50-60-cı illərdə ABŞ prezidenti Trumen və Eyzenhauer belə siyasəti həyata keçirirdilər. Lakin C.Kennedi «Nyu ekonomiks» prinsiplərini həyata keçirməyə başladı. Bu prinsiplər Keynsin vergi­lərin azaldılması və dövlət xərclərinin çoxaldılması yolu ilə məcmu tələbin geniş­ləndirilməsi nəzəriyyəsinə əsaslanırdı. Eyni zamanda, tsiklik inkişafın nəticələrini yumşalt­maq məqsədi ilə büdcə kəsirinin genişləndirilməsinə yol verilirdi. Həmin dövrdə iqtisadiyyatın dövlət sektorunun sürətli inkişafı əsasən kosmik və hərbi komplekslərin irimiqyaslı maliyyələşdirilməsi ilə əlaqədar idi. Bu dövrdə dövlətin rolunun güclənməsi sosial müdafiə sisteminin geniş­lən­dirilməsinin, işsizliyin səviyyəsinin azaldılmasının və strateji planlaşmanın rolu­nun artmasının təsiri altında baş veriridi. Bu konsepsiyanı V.Leontyev və C. Helrbeyt öz əsərlərində inkişaf etdirmişdilər.

Strateji planlaşmanın rolu regionların inkişaf proqramlarının işlənib hazır­lan­masında əks olunurdu ki, bu da ABŞ-ın Şimal və Cənub rayonları əhalisinin həyat səviyyəsinin bərabərləşməsini təmin edirdi. Bütün bunlar o demək idi ki, iqtisadi inkişafın neoliberal modeli tədricən neostat modelin elementləri ilə zənginləşirdi. Bu, ABŞ və Qərbi Avropa iqti­sa­diy­yatındakı islahatları bir-birinə yaxınlaşdırırdı. Bütün bunlara baxmayaraq, neoliberal model da­ha çox nəzəriyyə kimi mövcud idi.

Qərbi Avropa, məsələn, Almaniya neoliberalizminin əsas xüsusiyyəti onun so­sial yönümlü olmasında idi. Bu model sosial-bazar modeli konsepsiyasına əsaslanırdı. Müharibədən sonrakı Almaniyada bu nəzəriyyənin davamçısı L.Er­xard olmuşdu. Alman neoliberalizmi ortoliberalist model idi. Bu modelin həya­ta keçirilməsi - pul islahatlarını, dirijizm nəzəriyyəsindən imtina edilməsini, milliləş­mənin ləğv edilməsini, kiçik biznesin mudafiə edilməsini, müəssisələrin idarə olun­masında işçilərin iştirakını nəzərdə tuturdu. Mənfəətə görə verginin və səhmdar cəmiyyətlər üçün müəyyən edilmiş vergilərin azaldılması yolu ilə istehsal fəal­lığının stimullaşdırılmasına xüsusi fikir verilirdi.

«Nyu ekonomiks» modeli əsasında neoliberalizm nəzəriyyəsi tədricən qa­rışıq iqtisadiyyat nəzəriyyəsinə çevrilirdi. Bu xarici bazarlarda rəqabətin güc­lən­məsi və istehsalın təmərküzləşməsi və ixrac potensialının stimullaşdırıl-masında dövlətin rolunun fəallaşması ilə əlaqədar idi.

Qarışıq tipli iqtisadiyyatın xüsusiyyətləri Qərbi Avropanın İsveç, Hol­lan­diya, Belçika və digər ölkələrində özünü göstərirdi. Bu iqtisadiyyat «mərkəzləş­dirilmiş razılıq iqtisadiyyatı» adı almışdı. Bu ölkələrdəki iqtisadi modelin əsasını işverənlər, hökumət və muzdlu işçilərin birgə məsuliyyəti təşkil edirdi.

Ümumiyyətlə, büdcə-vergi siyasəti - iqtisadyyatın özü-özlüyündə tam məş­ğul­luğa nail olmasını təmin edən avtomatik nizamlayıcılar, real əmək haqqı elas­tikliyi, yığım və investisiyaların faiz dərəcəsi, pulun yalnız istehlak üçün tələb edilməsi və s. əsasında reallaşmasını nəzərdə tutur. Keyns bu fərziyyələrin doğru olmadığını qeyd edərək, əmək haq­qının və faiz dərəcəsinin elastik olmadığını, iqtisadiyyatın sərbəst bura­xı­lar­sa, ancaq aşağı səviyyəli bir tarazlığa nail olunacağını, mənbələrin tam istifadəsi üçün pul təklifini tənzimləyən pul siyasətilə yanaşı, büdcə gəlirini artırmağa yö­­­nəlmiş bir maliyyə siyasətinin həyata keçirilməsinin vacibliyini də irəli sür­müş­­­dür. Bu nəzəriyyəyə əsaslanan büdcə siyasətinin həyata keçirilməsi isti­qa­mət­­­ləri çox genişdir. Nisbətən zəif inkişaf etmiş ölkələrdə büdcə si­­ya­sətinin həyata keçirilməsi və fəaliyyət göstərməsi mümkün deyildir. Çünki məc­­mu tələbdəki artımın, istehsalı və bilavasitə məşğulluğu artıracağı və pul və­sai­­ti mənbələrinin tam istifadə olunmasını təmin edəcəyi fikirlər də mövcud­dur.

İqtisadi tarazlıq iqtisadiyyatda məcmu tələb və məcmu təklif tarazlığıdır. Bu tarazlığın təmin edilməsində məcmu tələb və məcmu təklifin uyğunlaş­dırıl­ma­sında dövlət bölməsinin rolu böyükdür. Dövlət bölməsinin tarazlığı ümumi iqtisadi tarazlığa müsbət və ya mənfi təsir edə bi­lər. İqtisadi tarazlığın təmin edilməsində istifadə oluna biləcək büdcə-vergi si­ya­sə­tini ümumi olaraq üç bölmədə cəmləşdirə bilərik. Büdcədə dövlət xərcləri ilə ver­gilərin bir-birinə uyğun olması büdcə tarazlığı kimi qiymətləndirilir. Dövlət xərc­lərinin vergilərlə təmin olunmaması, borclanma yaxud pul emissiyasından isti­fa­də edilməsi - kəsirli büdcə və yaxud büdcənin kəsirlə maliy­yə­ləş­di­ril­mə­si deməkdir. Ən əlverişli vəziyyət isə toplanan vergilərin dövlət xərclərini üstə­lə­mə­si­dir. Belə halda, büdcə artıqlığı əmələ gəlir və həmin artıq vəsait adətən, dövlətin qızıl və val­yu­ta ehtiyatlarının artmasına yönəldilir.

Bir qayda olaraq, büdcə-vergi siyasətində büdcə, ver­gi­lər­lə dövlət xərclərinin tarazlaşdırılmasına əsaslanır. Burada məqsəd odur ki, iqtisadiyyatın özündəki tarazlıq büd­cə qeyri-tarazlığı ilə pozulmasın.

Büdcənin pul emissiyası yolu ilə tarazlığının təmin edil­məsi nəzəriyyəsində, ilk növbədə dövlət xərclərini təmin etməsi üçün pul emissiyası ilə pul təklifi məsələsi mühüm əhəmiyyət kəsb edir. Pul təklifini artırmaq, ilk növ­bədə qiymətlərin ümumi normasını artıracaq və iqtisadiyyatda məcmu təklif ilə məcmu tələb artacaq, ancaq məcmu məhsulu müəyyən edən məcmu təklif olma­dığından, eyni həcmli mal və xidmətlər daha yüksək qiymətlərlə satılacaq. Bu isə inflyasiya adlanan iqtisadi təhlükənin yaranması deməkdir. Məhz bu nəti­cə­lərdən qaçmaq üçün büdcə-vergi siyasətini iqtisadiyyatın vəziyyətinə uyğun ola­raq həyata keçirmək lazımdır.


: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə