Magistratura məRKƏZİ


Şəkil 3. Dünyada neft qiymətinin dinamikası



Yüklə 1,34 Mb.
səhifə34/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   30   31   32   33   34   35   36   37   ...   40
Şəkil 3. Dünyada neft qiymətinin dinamikası.

Birincisi - 1973-cü ilə qədər “Yeddi bacı” neft şirkətlərinin üstünlüyü.

İkincisi - 1973-cü ildən 1986-cı ilə kimi OPEK-in dünya neft bazarında kəskin artan təsiri.

Üçüncü - 1986-cı ildən 2001-ci ilə qədər digər iri müstəqil ixracatçıların meydana çıxması və birja ticarətinin səviyyəsinin və “kağız nefti” ilə sövdələşmə­lərin artması OPEK-in təsirinin bir qədər azalması.

Dördüncüsü - 2001-ci ildən başlayaraq indiyə kimi olan mərhələdə neftlə ticarət­də liberallaşdırılması, neft tədarükünün diversifikasiyası və fyuçers və digər müddətli əqdlərin kəskin üstünlüyü.

Yuxarıda sadalanmış iki mərhələ kartel prinsipi üzrə qiymətləri bəzi fərqlərlə formalaş­dırır. Birinci mərhələdə “qiymətyaradan” kartelə yeddi şaquli-inteqrasiya olunmuş iri Beynəlxalq neft şirkətləri (Amerikanın Eksson, Mobil, Qalf, Teksako, Standard Oil of Kaliforniya, (SOKAL) İngiltərənin Britiş Petroleum, ingilis- holland Royal Datç Şell) daxil idilər. [48]

1973-cü ilin son rübünə qədər dünya neft bazarını öz aralarında sənayecə inkişaf etmiş ölkələrin 7 ən iri neft şirkətləri bölüşdürdülər. Neft hasilatı isə əsasən ərəb regionunun (73%) inkişaf edən ölkələrdə istehsal olunurdu. İqtisadiyyatın gələcək inkişafı, həm də elmi-texniki tərəqqinin sürətlənməsi neft istehlakının kəskin şəkildə artmasına gətirib çıxardı. İnkişaf etmiş ölkələrin xarici enerji daşıyıcılarından yüksək asılılığı göz qabağında idi. Neftin qiymətinin 3 dollar olması əsasən - Yaxın Şərq ölkələrində rentabelli idi.

Birinci mərhələdə transfert qiymətləri (daxili inhisar) üstünlüyə malik idi ki, bu öz vergi ayırmalarının azaldılması üçün şaquli inteqrasiya olunmuş beynəlxalq neft şirkətləri tərəfindən istifadə olunurdu. İkincisi, beynəlxalq neft şirkətlərinin konses­siyaçı olduğu hallarda inkişaf etməkdə olan ölkələrin büdcələrinə vergi ayırmalarının hesablanması sorğu qiymətləri. Üçüncüsü, həqiqətən müstəqil subyekt­lərin çalışdığı hallarda istifadə olunan bazar qiyməti.

İri neft istehsalçıları olan inkişaf etmiş ölkələrlə OPEK arasında yaranmış narazılıq neft böhranına gətirib çıxartdı ki, bu isə neftin qiymətinin 2 il ərzində 5 dəfə artmasına səbəb oldu. Neft sahəsində qiymət artımı 80-ci illərin əvvəlinə qədər davam edərək barrel üçün 35 dollar səviyyəsinə çatmışdı.

Beləliklə, ikinci mərhələdə neftin yeni, daha yüksək səviyyədə qiymətinin müəyyən olun­ması, neftə yüksək tələbatın davam etməsi daha yüksək maya dəyəri ilə başa gələn bir sıra ölkələrə öz neft ixracına başlama (məsələn, Böyük Britaniya, Rusiya, Meksika, Afrika ölkələrinə) imkanı verdi. Nəticədə neft tədarükündə OPEK-in payı dünya bazarlarında tədricən düşməyə başladı. [36, s.50]

İkinci mərhələdə qiymətin formalaşdırılmasında hakim rol 13 inkişaf edən neft hasilatı dövlətlərinə OPEK (Səudiyyə Ərəbistanı, Küveyt, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Liviya, Nigeriya, Qabon, Venesuela, Ekvador, İndonezi­ya) üzvlərinə keçir.

1973-cü ildən sonra neftçıxarma istehsalı üzərində ciddi və real nəzarət OPEK üzvlərinə keçdikdə, onlar neft bazarında əsas tədarükçüyə çevrildilər. Nəticədə, neft bazarında rəqabət xarakteri dəyişdi, çünki inkişaf etmiş ölkələr və OPEK-in şirkətləri arasında neftin satışı və emalı sahəsində şaquli rəqabət quruldu. Üstəlik, sonrakı illərdə həm üfüqi, həm də şaquli rəqabət gücləndi. Eyni zamanda neftin kəşfiyyatı və hasilatı, neft ehtiyatlarının 90%-i və qaz ehtiyatlarının 70%-dən çoxunun dövlətin əlində olması mühümdür.

1986-cı ilə qədər birdəfəlik sövdələşmələrin bazarı fəal inkişaf etmişdir, sonradan müstəqil rol oynamağa başladı. 70-ci illərin əvvəllərinə qədər onun hesa­bına beynəlxalq müqavilələrin 3-5 faizi düşürdü. 70-ci illərdən birdəfəlik sövdə­ləş­mələrin əhəmiyyəti sürətlə artdı: onilliyin birinci yarısında 5-8%, orta­ların­da 10-15%, 80-ci illərin ortalarında isə artıq 40-50%-ə çatmışdı. Beləliklə, məhz bazarda birdəfəlik sövdələşmələr dünya neft ticarətinin həcmi artımı baxımından həlledici olmuşdur. Yalnız 1986-cı (üçüncü mərhələ) ildən başlayaraq qiymət qoymada kartel qaydası (yalnız məhdud bir qrup iştirakçı tərəfindən bir qiymətin təyin olunması) öz yerini bazar tərəfindən qiymətin müəyyənləşdirilməsi qaydasına verməli oldu. Neftin qiymətləri rəqabət mübarizəsi nəticəsində çoxlu sayda oyunçunun iştirakı və şəffaf prosedura müəyyən olunmağa başladı.

Bu mərhələdə birdəfəlik sövdələşmələrin bazarı ticarət həcminin müəyyənləş­diril­məsində üstünlüyə malik olduğu halda, uzunmüddətli sövdələşmələr bazarı ikinci yerdə qərarlaşmışdı, - yəni onlar sadəcə yerlərini dəyişmişlər. Təkamül nə­ticə­sində neft bazarında sövdələşmələrin xarakter və strukturu birjada formalaş­ma­ğa başladı. Bu zaman qiymətlərin sorğu mexanizmi demək olar ki, artıq dayan­mış­dı. Yalnız bazar və transfert qiymətləri qalmışdı ki, bu da çox məhdud şəkildə idi.

80-ci illərin əvvəllərində maye yanacağa tələbatın qısamüddətli azalma fenomeni müşahidə olundu. 70-ci illərin neft böhranından sonra inkişaf etmiş ölkələr maye yanacağın qiymətlərinin kəskin artması ilə əlaqədar neft mənbə­lərinin diversifikasiyası yolu ilə həlli üzərində işləməyə başladılar. Lakin 1979-80-ci illərin neft böhranı növbəti qiymət artımı ilə nəticələndi. Beləliklə, hər sonrakı neft böhranı və “neft” probleminin yaranması bunu aşağıdakı istiqamətlərdə həll etmək işini daha da aktuallaşdırırdı: [40, s.133]


  • Digər mənbələrdən neft idxalının artırılması;

  • Öz neft hasilatını artırmaq;

  • Digər karbohidrogenlərin istifadəsinin genişləndirilməsi, xüsusilə də qazın;

  • Digər enerji resurslarının (elektrik enerjisi, atom enerjisi, kömür) istehlakının artırılması;

  • Enerjiyə qənaət texnologiyalarının fəal tətbiqi.

Nəticədə, 80-ci illərin ortalarından dünya iqtisadiyyatının inkişaf templərinin art­ması ilə əlaqədar olaraq maye yanacağa tələbatın artımı müqayisədə müşahidə olun­mağa başladı. 2001-ci ildə bütün neft ticarətində böyük liberallaşma müşahidə olunmuşdur ki, bunu da neftin dünya bazarının inkişafında dördüncü mərhələsinin başlanğıcı kimi adlandıra bilərik. Məlum 11 sentyabr terror aktı işgüzar mühitin ümu­mi vəziyyəti, amerikalı investorların davranışlarına, ABŞ-a ən ciddi təsir etdi. Bu ha­di­sələr nəticəsində dəyən ziyanın ümumi həcmi təxminən 60 mlrd. dollar civarında qiymətləndirilir. Bu mərhələ üçün iki mühüm məqam səciyyəvidir: birincisi, neftin diversifikasiyası ilə bağlı iri idxalçıların planlarının dəyişməsi, ikincisi isə birjalarda ticarət dövriyyəsinin “kağız” neftlə rolunun artması. 11 sentyabr hadisələrindən sonra Qərbin neft istehlakçıları Yaxın Şərq barəsində əvvəlki strategiyaya köklü surətdə yenidən baxmalı oldular. Uzun illər ərzində ABŞ və digər inkişaf etmiş ölkələr bu regiona öz geosiyasi maraq­ların­dan yanaşmışlar və Beynəlxalq analitiklər belə nəticə­yə gəlmişlər ki, Qərbin Yaxın Şərq ölkələrindən neft asılılığını minimuma endir­mək zəruridir. [40, s.111]

Dünya bazarında neftin qiyməti Neft İxracatçıları Təşkilatı - OPEK (OPEC, Organization of Petroleum Exporting Countries) tərəfindən müəyyənləşdirilir. Bu təşkilat 1960-cı il sentyabrın 10-da Bağdadda beş ən zəngin neft hasil edən dövlət­lərin (İraq, İran, Küveyt, Venesuela və Səudiyyə Ərəbistanı) nümayəndələri tərəfin­dən yaradılmılşdır. İraq, İran, Küveyt, Venesuela və Səudiyyə Ərəbistanı daimi artan rəqabət şəraitində məqsədləri üzv olan dövlətlərin müdafiə edilməsi olan OPEK adlanan bir təşkilat yaratdılar. 1960-cı ildə dünya neft ixracının 80%-i OPEK ölkələrinin üzərinə düşürdü. Bu gün bu rəqəm 60%-ə qədər azalıb, lakin OPEK üzvü olan ölkələrin sayı artıb və ümumilikdə onlar dünya neft ehtiyat­larının 77%-nə malikdirlər və neft hasilatının təxminən 40% -ni təmin edirlər. Ötən 50-60 il ərzində bu təşkilat dünya neft bazarında, şübhəsiz ki, ən nüfuzlu iştirakçısına çevrilmişdir və onların qərarlarından çox şey asılıdır.

Əsas neft istehlakçıları olan sənayecə inkişaf etmiş ölkələrin son 50-60 il boyu OPEK-ə münasibəti dəyişməkdə davam edərək, bu günkü gün ciddi şəkildə fərq­lə­nir. Əvvəlcə Qərbdə ona şübhə ilə, ehtiyatla, hətta düşməncəsinə yanaşdılar. Çünki bu təşkilat dünya iqtisadi siste­min­də dəyişikliklərin qızğın dövründə, müs­təm­ləkə sisteminin dağılması, əsas xammal mən­bələri üzərində nəzarətin milli hökü­mət və kompaniyalara keçid dövründə yaranmışdı. OPEK-in nüfuzu ilk növ­bədə, Beynəlxalq neft kartelinə daxil olan “Yeddi bacı”larla mübarəzədə xeyli artdı.

Bazar iqtisadiyyatı şəraitində xarici və daxili ticarətdə qiymət, konkret bazar vəziy­yətinin təsiri altında dəyişmişdir. Prinsipial planda qiymətlərin anlayışı özlüyün­də daxili və xarici bazarın xüsusiyyətləri üçün eynidir. Qiymət - mal və ya xidmət təklif etdən satıcının almaq istədiyi, alıcının isə ödəməyə hazır olduğu pul məbləği­dir. Bu iki tələbin üst-üstə düşməsi bir çox şərtlərdən asılıdır. Onlar xaraktercə, səviy­yəsinə və fəaliyyət sahəsinə görə aşağıdakı beş qrupa bölünə bilər.

Bazar iqtisadiyyatında qiymətyaranma prosesi müxtəlif ölkələrin xarici iqtisadi subyektləri arasında konkret halda, tələb və təklif arasındakı dinamik bərabərlik, həmçi­nin bazarda ixracatçı və idxalçının davranışının nisbi azadlığı şəraitində həyata keçirilir. Lakin bu postulatların bazarın tipindən asılı olaraq düzəlişə ehtiacı vardır. Bazar tiplərinin, o cümlədən dünya bazar tiplərinin əsas qruplaşdırma ölçü­sü olaraq rəqabətin xarakteri və səviyyəsi götürülür.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin