Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   2   3   4   5   6   7   8   9   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

Giriş 

 

Mövzunun  aktuallığı.  XX  əsrin  qlobal  problemlərindən  biri  ətraf  mühitə 

antropogen təsirin daha da güclənməsidir. Bəşəriyyət öz mövcudluğuna görə təbiə-

tə  borcludur.  İnsanlar  təbiətdə  özlərinə  lazım  olan  şeyi  tapmadıqda  təbiət  mate-

rialından istifadə edərək onu özləri yaratmışlar. Maddi istehsalda əmək təbiəti də-

yişdirməyin vasitəsi kimi çıxış edir. İnsan təkcə təbiətin predmetlərinin formalarını 

dəyişdirmir, həm də həmin predmetlərdə özünün şüurlu məqsədini təcəssüm etdi-

rir.  O,  təbiətə  təsir  edərək  onu  dəyişdirməklə  bərabər  öz  təbiətini  də  dəyişdirir. 

Dəyişdirilmiş, məhsuldar hala çevrilmiş təbiət insanın gələcək inkişafı üçün həlle-

dici şərtə çevrilir. İnsan özü təbiətdən yaransa da, təbiətin ayrılmaz hissəsi olaraq 

qalır. Bununla yanaşı insan təbiətə qarşı həmişə bir təbii-sosial qüvvə kimi durur. 

Təbiət  maddi  rifah  istehsalı  prosesinin  daimi,  əbədi  və  zəruri  şərtidir.  Təbiətin 

verdiyi  və  insanın  ondan  aldığı  şeylər  istehsalın  və  həyatın  əsasıdır.  Təbii  şərait 

istehsalın  müxtəlif  sahələrinin  inkişafı  və  yerləşməsinə  həlledici  təsir  göstərir. 

Həmin şərait ya inkişafı asanlaşdırır, yaxud da maddi istehsalın inkişafını çətinləş-

dirir, bununla da əmək məhsuldarlığının artımına birbaşa və dolayı təsir edir. Mad-

di  istehsalda  insan  öz  həyatı  üçün  təbiəti  mənimsəyir.  Bununla  yanaşı  istehsalda 

kortəbii, lokal və qlobal proseslər fəaliyyət göstərir. Tarixən insan təbiəti öyrənir 

və  ondan  istifadə  edir.  İnsan  tərəfindən  yaradılmış  predmetlər,  təbiətdə  edilmiş 

dəyişikliklər  təbiətin  öz  predmet  və  hadisələri  kimi  real  və  obyektivdir.  İnsanın 

təbiətin  kortəbii  qüvvələrinin  təsirindən  qismən  mühafizə  edilməsi  onu  təbiətdən 

təcrid etmir, əksinə onu təbiətlə getdikcə yaxınlaşdırır, təbiətin daha geniş şəkildə 

maddi  istehsal  prosesinə  daxil  edilməsinə  şövq  edir.  Kimyəvi  birləşmələrin 

təbiətdə sintezini, canlı orqanizmlərin çirklənmiş ətraf mühitə uyğunlaşmasını və s. 

buna misal göstərmək olar. Ətraf mühitin çirklənməsi, təbii sərvətlərin tükənməsi 

və  təbii  ekoloji  tarazlığın  pozulması  qorxusu,  təbiət  və  cəmiyyətin  qarşılıqlı 

əlaqələrini tənzimləməyin yeni formasını yaratmışdır ki, bu da təbiətin mühafizəsi 

adlanır. Bununla bağlı insanın fəaliyyəti ətraf mühitə qarşı insanın apardığı ardıcıl 



 

fəaliyyətə qarşı yönəlmiş əks reaksiya formasıdır ki, onun da əsas məqsədi cəmiy-



yət və dövlətin köməyi ilə təbiət və cəmiyyət arasındakı münasibətləri daha səmə-

rəli tənzimləməkdir. Təbii sferada olan bütün mürəkkəbliyə, təbiət elmlərinin lazı-

mi səviyyədə olmadığına baxmayaraq, alimlər ekologiya hüququnun elmi-metodo-

loji  əsasının işlənib hazırlanması üçün  strateji  əhəmiyyət  kəsb  edən,  cəmiyyət  və 

təbiətin  qarşılıqlı  təsirinə  dair  bir  sıra  əsas  müddəaları  işləyib  hazırlamışlar  ki, 

həmin məsələlərin dissertasiya işində geniş araşdırılması işin aktuallığını daha da 

artırır.  


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin