Magistrantların XV respublika Elmi konfransı, 14-15 may 2015-ci IL



Yüklə 5.36 Kb.
PDF просмотр
səhifə45/68
tarix27.06.2017
ölçüsü5.36 Kb.
1   ...   41   42   43   44   45   46   47   48   ...   68

QARAÇÖHRƏ  TOXUMUNUN  QURULUġU 
 
Allahverdiyev F.E. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Qaracöhrə (Taxus L)  cinsinə daxil olan  növlər üçüncü  dövürdən qalmış relikt növlərdən ibarətdir. 
Cinsin    hazırda  dünya  üzrə  9  nüvü  yayılmışdır.  Azərbaycandan  bu  cinsin  iki  növü  Taxus  baccata  və 
Taxus  talushensis    növü    yüksək  dağlıqlarda  meşə  altında  nadir  hallarda  sərbəst  kiçik    meşəlik  
formasında  yayılmışdır.  Qaraçöhrə      qədim  relikt  bitki  olduğu  üçün  onun  toxumu  da  maraqlı  və 
təkrarolunmaz  quruluş  xüsusiyyətlərinə    malikdir.  Toxumun  quruluşunda  həm  çılpaqtoxumlara  həmdə 
örtülütoxumlulara  xas  olan  xüsusiyyətlər  müşahidə  edilir.  Toxum  qəhvəyi  rəngdə,  yumuru-uzunsov, 
trixomasız,  səthi  sığallı  və  yağlı-parltılı  olur.  Toxumun  qəhvəyi  rəngi  ekzotestin  epidermal  
hüceyrələrində    melaninin  piqmenti  və  flabofenollar  toplanması  səbəbindəndir.  İnkişaf  mərhələlərindən 
asılı olaraq toxum ilk dövürlərdə yaşıl, yaşıl-qırmızımtıl sonra isə tam qəhvəyi rəng alır. 
Qaracöhrənin  toxumu  çox  qüvvətli  inkişaf  etmiş  mezotest  qatına  (sklerotestə)  malikdir  ki,  bu  da 
onun  toxum  örtüyünün  möhkəmliyini  təşkil  edir.  Qalın  kutikul  qatının  və    xarici  epidermin  qüvvətli 
inkişaf etmiş qılafa malik olması toxumun daha da möhkəmliyini təmin edir. Endospermdə bol nişasta və 
yağ  danələri  müşahidə  edilir.  İkiləpəli  zəyif  inkişaf  etmiş    kiçik  rüşeyim,  hipokatil  və  örtüyə  malikdir. 
Rüşeyim asqısı atom bombasının  partlayışı zamanı yaratdığı əyri tüstü tozu  formasındadır. Ona görədə 
buna nüvə  Toxumun ötürücü topası nisbətən reduksiyaya uğrayaraq şaxələnmişdir. Ötürücü toxumanın 
tərkibinə traxeyidlər,  ksilem və floem kompleksi daxildir. 
Yumurtacıq  (meqosporangi)  iri,  düzduran  olub  çoxhüceyrəli  nutselusu  qüvvətli  inkişaf  etmiş 
intiqumentlə  örtülmüşdü.  Yumurtacıq  qısalmış  zoğda,  yalançıtəpə  vəziyytində  olaraq  veqetativ  zoğun 
qoltuğunda törəyir. Yumurtacıqdan aşağıda zoğun oxunda bir neçə cüt pulcuqlu yarpaqlar yerləşir. Zoğun 
hər hansı bir təpə pulcuğunun qoltuğunda yumurtacığın əsası qoyulur. Sonra zoğun apeksi yanlara doğru 
inkişaf etdiyindən yumurtacıq təpədə yerləşmiş vəziyyət alır. Bəzən iki təpə pulcuğunun qoltuqunda iki 
yan  yumuracıq  əmələ  gəlir.  Belə  halda    aralıqda  ilkin  zoğun  təpəpəsi  nəzərə  çarpır.  Yumurtacığın 
əsasında  mayalanmadan  sonra  qüvvətli  inkişaf  edən  piyaləvari  yumurcuq-arillus  (örtük)  əmələ  gəlir. 
Morfoloji  cəhətdən  arillus  digər  çılpaqtoxumluların  toxum  pulcuğuna  və  ya  podakarpuskimilərin 
epimantiyasına  uyğun  gəlir.  İntuqumentin  şişcikləri  plasentada    yumurucuq  formasında  nutselusun 
şişcikləri ilə bir dövürdə əmələ gəlir. Sonra inkişaf edərək  nutselusu əhatə edir.   
Arillus (örtük) ilkin dövürdə yaşıl rəngli toxum yetişəndə isə ətli şirəli və  al qırmızı rəngdə olur. 
Arillus inkişafda sərbəst qalır o intuqumentə sıxılır, ancaq bitişmir. Arillus öz al qırmızı rəngi ilə quşları 
cəlb  edir  və  toxumun  yayılmasına  səbəb  olur.  Arillus  yeyilməli  olmaqla  dərman  əhəmiyyətlidir.  Ancaq 
bitkinin digər hissələri əsasən də cavan yarpaqlar və zöğlar zəhərli olur.  
Qaracöhrə    toxumunun  qabığı  güclü  inkişaf  etmiş  tək  intiqument  ilə  formalaşır.  Əvvəlcə  o, 
homogen  struktura,  sonra  isə  differensiasiya  prosessin  nəticəsində    intiqumentin  çoxcərgəli  toxumasına  
transformasiya olunur və 3 əsas zonalar: ekzotest, mezotest və endotest əmələ gəlir. 
Xarici zona  – ekzotest- epidermın iri və qalın qılaflı hüceyrələrdən əmələ gəlir. O,  subepidermal 
parenxim  qatlarına  və  çox  qalın  kutikula  qatına  malik  olur.  Yuxarıda  yerləşən  hüceyrələr  iri  ölçülü 
olmaqla  tərkibində flabofenlər və melaninlər (fitimelaninlər) toplanır. Bu tünd qonur polimer piqmentlər 
həllolunmayan  amorf  piqmentlərdi.  Onlar  fenol  birləşmələrin  müxtəlif  qruplardan  əmələ  gəlirlər  və 
həllolunan  tanninlərin  oksidləşmənin  məhsulurlar.  Toxum  yetişən  zamana  yaxın,  ekzotestin  qalan 
parenxim hüceyrələri sıxılaraq büzüşüb möhtəviyatını itirir və onlara tünd qonur rəng  və əlavə kimyəvi 
müqavimət verən tünd piqmentlər hopur.  
Orta  zona  –  mezotest;    intiqumentin  parenxim  hüceyrələrindən  ibarət  olaraq  toxum  inkişaf  edən 
zamanı  mexaniki  qatlara  (sklerotestə)  transformasiya  olunurlar.  İnkişafın  müəyyən  mərhələsində 
intiqumentin  parenxim  hüceyrələri  çoxlu  miqdarda  nişasta  və  xlorofillə  zəngin  olurlar.    Nişasta 
dənələrinin tədricən azalaması prossesi, daşllaşmış hüceyrələrin əmələ gəlməsi zamanında baş verir və bu 
nişasta
 
ehtiyatlarının   hüceyrələrin qılaflarının qalınlaşmasına istifadəsini göstərir. Fizioloji planda isə, 
bu prosses bərk toxum örtüyünün əmələ gəlməsinə səbəb olur. Mezotest yuxarı qatdakı iri və sıx yerləşən, 

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
240 
radial  istiqamətdə  uzanmış,  tək  qatlı  və  daşlaşmış  çox  dar  boşluqlu  sütunvari    hüceyrələrdən  – 
makrosklereidlərdən ibarətdir. Bu hüceyrələr arasında 10-15 qatdan ibarət çox qatlı və odunlaşmış, eyni 
ölçüyə  və  quruluşa  malik  məsaməli  sklereid  hüceyrələr  müşahidə  edilir.  Sklereidlərin    hüceyrə  
boşluqlarında silisiumun  elementinin toplanmasına da rast gəlmək olar.  
Daxili zona  – endotest  –  xırda ölçülü, nazikqılaflı  daxildə yerləşən epidermdən  və bir neçə qat 
qalinlaşmamış  parenxim  hüceyrələrdən  ibarətdir.  Toxum  yetisən  zamanı    bu  hüceyrələr  möhtəviyyatını 
itirərək,  sıxılırlar  və  endospermi  əhatə  edən  struktursuz  quru  pərdəciyə  çevrilirlər.  Ekzotestin  və 
endotestin iki ətli zonası  mezotesti (sklerotesti) xaricidən və daxildən əhatə edərək  müxtəlifnövlü  toxum 
qabığını əmələ gətirir. Endotestin və endospermin arasında zəif inkişaf etmiş kutikula qatı əmələ gəlir.           
Endosperm;    bol  həcmli  olmaqla    toxumun    bütün    kütləsini    tutur.  Endosperm  toxuması  iri,  sıx 
yerləşən,    zəyif  qalınlaşmış    qilaflı,  eyni  öiçülü,  hüceyrəaralıqları  olmayan  hüceyrələrdən  ibarətdir.  Ən 
yuxarıda  yerləşən  hüceyrələr  daxildə  yerləşən  hüceyrələrdən    kiçik  ölçülü  olmaları  ilə  fərqlənirlər. 
Endosperminin  üzərində  nazik  kutikula  qatı  əmələ  gəlir.  O,  endospermi  toxum  qabığınin  xarici 
qatlarından ayırır. Endospermin  tərkibində  rüşeymin qəbul və emal etdiyi nişasta və yağlar, həmçinin  
rüşeyimin  formalaşmasına  təsir  edən    fizioloji  aktiv  maddələr  olur.  Nişasta  dənələri  xırdadırlar, 
yumuruvaridirlər  və  çoxsaylıdırlar.  Nişasta  dənələri  sadə,    xırda,  yumuruvari  və  çoxsaylıdırlar.  Yağlar 
çox halda dispers halında olurlar, bəzi hallarda hüceyrələrdə yağ damcıları da müşhidə edilir.  
Rüşeym  yetişmiş  toxumda  rüşeyim    xlorofillsız,  qüvvətli  inkişaf  etməmiş  düz    iki  ləpədən, 
hipokotildən  və  kökçukdən  ibarətdir.  Onlar  endosperminin  mikropapillyar  hissəsində  toxumun  mərkəzi 
oxunun  yanında  yerləşir.  İki  ləpənin  arasında  yerləşən  və  differensiasiya  uğramayan  zoğun  apeksi, 
meristematik  hüceyrələr  qrupundan  ibarətdir.  Endospermdən  fərqli  olaraq,  rüşeymin  ölçüləri  çox  kiçik 
olur.  Bütün  qeyd  edilən  quruluş  xüsusiyyətlərinə  görə  qaracöhrənin  toxumu    hipokotili  yaxşı  inkişaf 
etməmiş toxum tipinə  aid edilir. 
Qaracöhrə  toxumuna  aşağıdakı  xüsusiyyətlər  aiddir:  rüşeyminin  ―nüvə  partlayışlı‖  inkişaf  çıxışı,  
iri  çoxhüceyrəli  spiralvari  asqının  əmələ  gəlməsi,  rüşeymin  dərinliyə  sirayyət  etməsi  və  endosperm 
toxumasını  həll edən sekretor fermentlər. 
Anatomik  məlumatlardan  aydın  olur  ki,  qaracöhrənin  toxumunun  mexaniki    müdafiəsi  toxum 
qabığının sklereid zonasının qüvvətli inkişafı və qalın qılaflı xarici epiderm və   kutikul qatının köməyi ilə  
təmin  olunur.  Bu  struktur  elementləri  toxumun  qabığına  sərtlik,  dözümlülük  və  mənfi  mühit  amillərinə 
müqavimət göstərməyə kömək edir. Eyni zamanda qeyd olunan möhkəmlik və hipokatilin zəyif inkişaf 
etməsi toxumun gec (2-3 ilə) cücrmsinə səbəb olur. Məhz belə toxumların cücərməsi üçün yaradizasiya, 
strafikasiya və son zamanlar isə auksin – boy maddələrindən istifadə edilir.  
 
 
MEYVƏ BAĞLARINDA ZƏRƏRVERĠCĠLƏRĠN NÖV TƏRKĠBĠ 
 
Məmmədov R.Ü. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
İnsanların qida rasionunun əsas hissəsini demək olar ki, meyvələr təşkil edir. Meyvələrin insanların 
sağlamlığının mühafizəsində və bir sıra xəstəliklərin müalicəsində faydalılığı daim nəzərə alınıb və alınır. 
Meyvə  bağlarına  müxtəlif  ziyanvericilər  və  xəstəlik  törədiciləri  böyük  zərər  vurur.  Onlar  nəinki 
bitkinin məhsuldarlığını aşağı salır, həm də məhsulun keyfiyyətini azaldır. 
Gəncə-Qazax  bölgəsinin  meyvə  bağlarına  alma  meyvəyeyəni  (Laspeyreisa  pomonella  L.),  Qanlı 
mənənə  (Eriosoma  lanigerum  Hausm),  Alma  yaşıl  mənənəsi  (Aphis  pomi  Dey.),  Gavalı  mənənəsi 
(Hyalopterus  pruni  Fabr),  Böyük  şaftalı  mənənəsi  (Pterochloroides  persicae),  Gilas  mənənəsi  (Myzus 
cerasi  Fabr),  Albalı  mənənəsi  (Myzus  cerasi  L.),  Cənub  armud  mənənəsi  (Dysaphis  pyri  B.d.f.),  Boz 
rəngli alma mənənəsi (Dysaphis devecta Walk.), Nar mənənəsi (Aphis punicae Pass.), Qoz iri mənənəsi 
(Pterocallis    juglandis  Trisch.),  Fındıq  mənənəsi  (Corylobium  avellanae  Schrk.)  və  s.  kimi  mənənələr 
fəsiləsinə  (Aphididae) mənsub olan zərərvericilər ziyan vurur. 
Zərərli  növün  olifaq  və  ya  polifaq  olması  onun    daha  geniş  ərazidə  yayıla  bilməsini  şərtləndirir. 
Olifaq  zərərvericilərdən  alma  meyvəyeyəni,  şərq  meyvəyeyəni,  qırmızı  alma  gənəciyi,  qonur  meyvə 
gənəciyi,  alma  yaşıl  mənənəsi,  bənövşəyi  çanaqlı  yastıca,  tumurcuq  yarpaqbükəni,  alma  şüşəqanad 

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
241 
kəpənəyi,  kazarka  və  başqaları  bu  və  ya  digər  səbəblərdən  yaxın  cinslərdən  olan  ağac  bitkiləri  ilə 
qidalanmaya keçərək, növün arealını genişləndirmək və həyatda qalma imkanlarını artırır.  
Azərbaycanda meyvə ağaclarına ən çox zərər vuran növlər kəpənəklər dəstəsinin nümayəndələridir. 
Analizlər  göstərir  ki,  aşkar  olunmuş  zərərvericilərin  növ  müxtəlifliyinə  görə  yarpaqbükənlər  fəsiləsi 
birinci  yeri  tutur.  O,  səkkiz  növlə  təmsil  olunur  ki,  bunların  bir  qismi  böyük  təsərrüfat  –  iqtisadi 
əhəmiyyətə  malikdir.  Borubükən  böcəklər,  sovkalar  və  çanaqlı  yastıcalar  fəsilələri  də  çoxnövlüdür. 
Onların hər biri Azərbaycanın tumlu meyvə bağlarında dörd  zərərli növlə təmsil olunur.  
Haşiyəli  bağacıqlar  fəsiləsi  (Tingitdae)  nümayəndələrinin  bədən  ölçüsü  kiçik  (1,5-4,5  mm), 
qanadüstlüyünün  damarlanması  tor  şəklindədir.  İldə  2-3  nəsil  verə  bilirlər.  Adətən  yetkin  mərhələdə 
qışlayırlar.  Xarakterik  nümayəndəsi  Armud  bağacığı  (Stephanitis  pyri  F.).  Bu  növ  alma,  armud,  gilas, 
albalı və s. kimi ağaclara böyük ziyan vurur. 
Yastıcaların əksəriyyəti növdən asılı olaraq ildə 2 və daha çox nəsil verir. Yumurtalarını yumurta 
kisəsinə  qoyurlar.  Sürfə  birinci  yaşda  hərəkətli  olur  və  yastıcaların  yayılmasında  rol  oynayır.  Sonra  isə 
sürfə  bitkinin  şirəsini soraraq  hərəkətsiz  olur  və  bu  vəziyyətdə  yetkin  mərhələyə  keçir.  Yastıcaların  bir 
çox  növləri  sitrus  və  meyvə  bitkilərinə  zərər  verir.  Beləliklə  onlar  yarpaqların  qurumasına  səbəb  olur. 
Yastıcalardan  Kaliforniya  çanaqlı  yastıcası  (Diaspidiotus  perniciosus  Comst.),  Vergülşəkilli  çanaqlı 
yastıca (Lepidosaphes ulmi L.), Unlu sitrus yastıcası (Pseudococcus gahani Green.), Bənövşəyi çanaqlı 
yastıca (Parlatoria oleae Colvee), Akasiya yalançı çanaqlı yastıcası (Parthenolecanium Corni Bouche) və 
s. bitkilər üçün daha təhlükəlidir. 
Gənəciklər  (Acarina)    hörümçəyə  bənzər  ziyanvericilərdir.  Gənələrin  fərqli  əlamətləri  onların 
bədəninin  buğumlara  ayrılmaması  (gənələrin  bədəni  dairəvi  və  ya  oval  formada  olur),  bığcıqların 
olmaması və dörd cüt (yaşlı gənələrdə) ayaq olmasıdır.  Ağız aparatının quruluşu müxtəlifdir. Sərt (qaba) 
yem yeyən gənələrin (Məsələn ambar gənələri) ağız orqanı gəmiricidir, bitkilərlə qidalanan gənələrin ağız 
aparatı isə bitkilərin toxumalarını deşmək və onlardan şirə sormaq üçün uyğunlaşmışdır. 
Gənələr  bədənlərindəki  deşiklər  vasitəsilə  tənəffüs  edirlər.  Bu  deşiklər  şaxələnmiş  tənəffüs 
borucuqlarına-traxeyalara və ya bütün dəri səthinə gedir. Gənələrin inkişafında yumurta, sürfə, nimfa və 
yaşlı gənə mərhələləri olur. Şərait əlverişli olmadıqda gənələrin bəzi qruplarında daha bir xüsusi nimfa 
fazası əmələ gəlir. Hipopus adlanan bu mərhələ əlverişli olmayan xarici şəraitin təsirinə çox davamlıdır. 
Bitkilərlə qidalanan gənələr son dərəcə kiçik olur. Qonur meyvə gənəsi (Bruobia redikorzevi Reck), 
Yemişan  gənəsi  (Tetranychus  viennensis  Lacher),  Qırmızı  alma  gənəciyi  (Panonychus  ulmi  Koch), 
Armud fır gənəciyi (Eriophyes pyri L.) və s. meyvə bitkilərinin çox təhlükəli zərərvericiləridir. 
 
 
QARAMAL ƏTĠNĠN ORQANOLEPTĠKĠ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Məmmədov H.C.  
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Ət  insanların  gündəlik  həyatı  üçün  çox  vacib  ərzaq  növü  olub,  onların  böyüməsinin 
nkişafını,sağlamlığın  və  əmək  qabiliyyətini  təmin  edir.  Ətin  böyüməkdə  olan  uşaqlar  üçün  plastik 
funksiyasının yerinə yetirməkdə, yeni toxumaların qurulması,daimi dəyişən toxumaların bərpa olunması, 
hormonların, fermentlərin, antitellərin sintez olunması üçün əvəzi yoxdur. 
Ətin  tərkibində  bütün  əvəz  olunmayan  amin  turşuları  vardır.  Odur  ki,ət  tam  dəyərli  zülaldır. 
Bundan  başqa  ətin  tərkibində  yağlar,  heyvani-şəkər  glikogen,  mineral  maddələr,  vitaminlər,  hormonlar, 
fermentlər  və s.-dən ibarət orqanizm  üçün vacib olan bütün komponentlər vardır. 
Ət və ət məhsulları qiymətli ərzaq məhsulu olmaqla yanaşı konservlər, müxtəlif növ kolbaslar, hisə 
verilmiş ət məmulatı, tibbi və ferment preparatları, ət unu və s.hazırlanmasında istifadə olunur. 
Bütün  bunlarla  yanaşı  ət  həmdə  toksikoinfeksiya  mənbəyidir.  Ət  vasitəsi  ilə  bir  sıra  helmintlər 
insana  yoluxa  bilər.  Və  həmçinin  ət  vasitəsi  ilə  insanlara  ən  qorxulu  olan  qara  yara,  vərəm,  brusellyoz, 
dabaq və s.xəstəliklər keçə bilərlər. Odur ki, bütün göstərilənlərə qarşı istifadə olunan ət və ət məhsulları 
mövcüd təlimata uyğun baytarlıq-sanitariya ekspertizasından keçməlidir(1). 
Məlumdur ki,ətin alınma mənbəyləri heyvanlardır. Qaramal əti yaşına və cinsiyyətinə görə bir neçə 
qrupa bölünür, orqanoleptiki və fiziki-kimyəvi göstəricilərə görə fərqlənirlər.                                                                        

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
242 
Yuxarıda  göstərilənləri  nəzərə  alaraq  Gəncə  şəhərində  pərakəndə  satışda  olan  cavan  və  yaşlı 
qaramal ətinin baytar-sanitar qiymətləndirilməsini qarşıya məqsəd qoyulmuşdur. 
Tədqiqatlar  zamanı  cavan  və  yaşlı  qaramal  ətinin  təzəlik  dərəcəsi  müəyyənləşdirildi.  Cəmdəkdən 
götürülən ət nümünələri orqanoleptiki və laborator müayinələrindən keçirilmişdir 
Orqanoleptiki  qiymətləndirilmə  zamanı  ətin  xarici  görünüşü,  rəngi,  konsistensiyası,iyi,  piyin 
vəziyyəti,sümük iliyi və vətərlərin vəziyyəti, bulyonun şəffaflığı yoxlanılmışdır(2). 
Laborator  müayinələrində  ətin  bakterioskopiyası,  mis–sulfatla  reaksiya,  lyuminoskopiya,  pH-ın 
təyini edilmişdir. 
Müayinələr  ADAU-nun  baytarlıq-sanitariya  ekspertizası  laboratoriyasında  aparılmışdır.  Qaramal 
ətinin  orqanoleptik  və  laborator  müayinəsi  göstərmişdir  ki,  pərakəndə  satışda  olan  ətlər  təzədir  və 
istifadəyə tam yararlıdır. 
 
 
 
BĠġMĠġ KOLBASANIN ORQANOLEPTĠKĠ VƏ LABORATOR QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Zakirli N.M.  
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Ət  məhsulları  içərisində  kolbasa  məmulatı  qidalılıq  dəyəri  və  yüksək  dad  göstəricilərinə  görə 
mühüm əhəmiyyət kəsb edir.  
Kolbasa  məmulatı  emal  texnologiyasından  və  istifadə  olunan  xammalından  asılı  olaraq  bişmiş,  
yarım hisə verilmiş, hisə verilmiş, qanlı  və liver, sosis və sordellər, ət çörəkləri, paştetlər, zelis və studni 
şəklində hazırlanırlar. 
Kolbasa  istehsalatı  konservləşdirilmənin  bioloji  prinsipinə  əsaslanmışdır.  Ona  termokimyəvi  üsul 
kimi də baxmaq olar. 
Bişmiş kolbasa, sosis və sardellər ümümilikdə istehsal olunan məmulatlarının 75%-a qədərini təşkil 
edir. 
Bişmiş  kolbasalarda  nəmlik  53,5%,  xörək  duzu  1,3-3,5%  olmalidir.  İstehsal  prosesi  və  saxlanma 
rejiminə  əməl  etmədikdə  keyfiyyətində  pozqunluqlar  müşahidə  olunur.  Ona  görə  də,  bişmiş  kolbasların 
keyfiyyətinin baytar-sanitar qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. 
Kolbasa  məmulatlarının  təzəlik  dərəcəsinin  təyin  edilməsində  orqanoleptiki  və  laborator 
müayinələrindən istifadə edilir(1). 
Kolbasanın  orqanoleptiki  müayinəsi,  təzəlik  dərəcəsinin  müəyyən  edilməsi  batonun  pərdəsinə 
baxmaqla başlayır. Onun xarici görünüşü, təmizliyi, quru və ya selikli olması, çirklənməsi, göbələklərin  
olması  yoxlanılır.  Sonra  pərdə  soyulur  və  onun  bərkliyinə,  farşa  möhkəm  yapışmasına  diqqət  yetirilir. 
Bundan sonra batonun xarici görnüşü pərdəsiz xarakterizə olunur. 
Kolbasa köndələn və uzununa kəsilir, farşın rəngi, rənginin eyniliyi və piyin xarici görnüşü təyin 
edilir.  Kolbasanın  orta  hissəsində  farşda  boz  sahələrin  olması  nitrit  və  selitranın  qeyri-bərabər 
paylanmasında  da  bilər.  Əgər  saralmış  piy  parçaları  təsadüf  edilərsə,  onda  batonun  bir  neçə  kəsiyində 
saralmış piy parçalarının faizi hesablanır.  
Bişmiş kolbasa orqanoleptiki əlamətlərinə görə quru, möhkəm pərdəli, seliklənməmiş və kiflənmiş 
olmaqla farşa möhkəm yapışmasıdır. Pərdə altında farşın rəngi və kəsik sahəsi eyni rəngli, cəhrayı, boz 
ləkəsiz,  piyi  ağ  olmalıdır.  Farşın  konsistensiyası  həm  mərkəzdə,  həm  də  periferiyada  bərk  olmalıdır. 
Kolbasanın iyi spesifik, aromatlı olur. Pis üfünət və nəmli olması yol verilməzdir. 
Bişmiş  kolbasaları  laborator  müayinəsində  bakterioskopiya  və  bəzi  fiziki-kimyəvi  müayinə 
metodlarından  istifadə  edilir.  Onlardan  Eberə  görə  ammonyakın  təyini,  hidrogen-silfidlə  reaksiya, 
lyuministent  analiz,  amin-ammonyak  azotunun  təyini,  pH-ın  təyini,  formalinlə  reaksiyanın  qoyulmasını 
göstərmək olar. Bakterioskopiya zamanı kokk və çöp şəkilli mikrobların miqdarı təyin edililr(2). 
 
 
CAMIġ QAYMAĞININ HAZIRLANMA TEXNOLOGĠYASI  
VƏ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
243 
                                                                                                                                                                                                                                              
Osmanlı F.E. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Camış  qaymağı  Azərbaycanda  yerli  əhali  tərəfindən  camış  südündən  hazırlanır.  Camış  südü 
qaynayanadək qızdırılıb münasib qablarda sərin və təmiz şəraitdə 12-16 saat saxladıqda südün üzərində 
qaymaq təbəqəsi əmələ gəlir. Südün üzərində yağ və zülallar çox olduqda, qaymaq təbəqəsi qalın olur.  
Camış  qaymağının  xoşagələn  spesifik  dadı  və  orta  hesabla  45-53%  yağlılığı  olur.  Qaymaq 
təbəqəsinin  qalınlığı  südün  üzərində  4-5  mm-ə  qədər  çatır.  Ev  şəraitində  qaymaq  hazırlanıb  satılmasına 
baxmayaraq  onun  üçün  standart  və  texnoloji  təlimatın  olmaması  sənayedə  onun  istehsalına  imkan 
vermirdi. Buna görə də camış südündən ―Gəncə qaymağının‖texnologiyası və respublika standartı işlənib 
hazırlanmışdır.    Bu  standarta  görəqaymağın  yağlılığı  53%-dən  az,  turşuluğu  isə  17%-dən  çox 
olmamalıdır.  Gəncə qaymağı hazırlamaq üçün qəbul edilən camış südü təmizlənir, 90-95

C temperaturda 
pasterizə edilir,qaynar halda, tutumu 8-10 litr olan düzbucaqlı alüminium qablara tökülür. Sonra bu qabda 
temperaturu 6-8

C olan otaqda metal rəflər üzərində 15-16saat saxlanılır.  Bu zaman südün üzü qaymaq 
bağlayır,  xüsusi  qablara  yığıldıqdan  sonra  soyuducu  kameraya  yerləşdirilir  və  satışa  göndərilənə  qədər 
saxlanır.Qaymağı 5-8

C temperaturda 10 gün saxlamaq olar 
Qaymağın  yağlılığına  görə  turşuluğu  da  dəyişir.    Belə  ki,  51,5%  yağlılıqda  turşuluğu  13,6

T, 
40.ş2%-də 14,3

T, 30,6%-da isə 15,5

T təşkil edir. 
Təmizliyinə görə qaymaq 1-ci sinfin tələbatını ödəməlidir(1). 
 Qaymaq  baytar-sanitar  nöqteyi-nəzərdə  qiymətləndirildikdə  orqanoleptiki  göstəriciləri  də  əsas 
götürülür. Belə ki, qaymaq təmiz, şirintəhər dadı olmaqla camış südündə xas özünəməxsus dada malikdir.  
Camış  südündən  hazırlanan  qaymağın  xoşagələn  iyə,  zərif,  yumşaq  konsistensiyaya  malik  olmaqla, 
tərkibində az süd ayrılmalıdır. 
Aparılan təhlillər göstərir ki, pərakəndə satışda olan qaymağın tərkibində yağlılıq 25-33% arasında 
tərəddüd etməklə, turşuluğu 17-19
0
T olmuşdur. Gəncə qaymağına xas olan əlamətlərdən biri də odur ki, 
onun rəngi az olmaqla qablara qat-qat yığılmış struktura malikdir 
Qaymaqda  başqa  dad  və  iyin  olması  nöqsan  sayılır  və  belə  qüsurlar  yol  verilməzdir.    Qaymaq 
istehsal  olunan  süd  təmiz,  heç  bir  başqa  qoxu  və  dad  verməməlidir,  normal  konsistensiyaya  malik 
olmalıdır. 
Qaymaq  istehsal  olunduqda  sonra  8-10

C-dək  soyudulması  tələb  olunur.  Qablaşdırmada  əsasən 
xüsusi şüşə və plastik qablarda istifadə olunmalıdır. 
Hazırlanmış  qaymaqlar  orqanoleptiki  qiymətləndirilməsi  dad  və  qoxusuna  görə  44-45  bal, 
konsistensiyasına görə 23-24 bal qiymətləndirilməsi aldığından keyfiyyəti yüksək qiymətləndirilir(2). 
 
 
ADĠ ZĠRƏ (Carum carvi L.) BĠTKĠSĠNĠN MORFOLOJĠ-ANATOMĠK  
QURULUġ XÜSUSĠYYƏTLƏRĠ  
 
Məmmədova T.S. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Zirənin Avropa və Asiyada 30, Qafqazda 9, Azərbaycanda isə 3 növü yayılmışdır. Adi zirə çox illik 
ot tıpli çılpaq bitkidir.  
Yarpaqlar kök yanıdır, uzun saplaqlıdır, ikili və üçlii lələk şəkilli bölünmüşdür. Yüksəklik artdıqca 
gövdə tədricən rozet formaya keçir və kəskin qısalır. Çiçəkləri ağ rəngdə və xırda olub mürəkkəb çətirdə 
toplanmışdır. Çətirdə 6- 12 ədəd şüalar olur. Meyvəsi xoşa gələn aromatik iyli olub özünə məxsus dadlı, 
şabalıdı rəngli parlaq qoşa dənmeyvəlidir, uzunluğu 4,5-6 mm, diametri isə 1 -2 mm olur. 
Xalq  təbabətində  bağırsaq  ağrılarmda,  həzmin  yaxşılaşdırılmasında  və  s.  geniş  istifadə  olunur. 
Meyvələri yetişənə yaxm toplanır, günəşli yerdə qurudulur və təmizlənir. Meyvələrində efır yağı toplanır. 
Efır  yağından  dərman  preparatlarının  aromatlaşdırmaqda,  meyvələrindən  isə  ətriyyat,  çörək,  qənnadı 
məhsuldarı, sabun istehsalı və s. istifadə etmək olar.  
Qiymətli yem bitkisidir, bütün növ heyvanlar, xüsusən qoyunlar tərəfindən həvəslə yeyilir. İyun-
iyul  aylarında  çiçəkləyir,  iyul-avqust  aylarında  meyvələri  yetişir.  Tədqiqat  üçün  materiallar  kiçik 

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
244 
Qafqazdan (Qoşqardağdan) götürülmüşdür [1,2,8] . 
Gövdə eninə kəsikdə künclü quruluşludur. Kunclərdə bıçaqlı kollenxim inkişaf etmişdir. Xaricdən 
bir  qat  dəriciklə  əhatə  olunmuşdur.  Dəriciyin  üzəri  nazik  kutikulla  örtülmüşdür.  Dəricik  hüceyrələrinin 
xarici  qılafı  qalınlaşmışdır.  Dəricikdən  daxilə  2-3  qat  xlorenxim  əmələ  gəlmişdir.  Xlorenxim  üzvi  qida 
çatışmamazlığına bir uyğunlaşma olaraq əmələ gəlmişdır. Künclər arasında dəricikdən daxilə aerenxtim 
inkışaf  etmişdir.  Yüksək  dağlıq  zonada  hələ  dar  örtüyünün  altında  ikən  inkişafa  başlamış  bitkinin 
gövdəsində aerenxim, hava çatışmamazlığına bir uyğunlaşma olaraq əmələ gəlmişdir. Qabıq parenximi 5-
6  qatlıdır,  bu  hüceyrələr  dairəvi  formalıdır.  Gövdə  topa  quruluşludur,  topalar  açıq  kollateral  tiplidirlər. 
Gövdədə 6-10 ədəd əsas topa sonraki inkişaf fazasında həmin sayda da kiçik həcmli əlavə topalar əmələ 
gəlir.  
Əsas topaların üzərində efir yağı yerlikləri vardır. Yerliklər xüsusi hüceyrələrlə əhatə olunmuşdur. 
Bitkinin  gövdəsində  efır  yağlarının  toplanması  ilk  dəfə  qeydə  alınmışdır.  Ötürücü  topalarda  floem  və 
ksilem güclü inkişaf etmişdir. Topa içi kambi 3-4 qat hüceyrədən təşkil olunmuşdur. Gövdənini mərkəzini 
özək tutmuşdur. Bu hüceyrələr iri həcmli olmaqla nisbətən seyrək yerləşirlər, onlarda ehtiyyat şəklində 
maddələr toplanır.  
Dəricik  hüceyrələri  arasında  ağızcıqlar  və  iri  həcmli  ifrazat  hüceyrələri  (künclərdə)  inkişaf 
etmişdir.  Müqayisəli  morfoioji  -  anatomik  tədqiqatiar  göstərdi  ki,  gövdədə  (künclərdə)  bucaqlı 
kollenximin, xlorenximin, aerenximin, efir yağı yerliklərinin və s. əmələ gəlməsi yalnız həmin növ üçün 
xarakterikdir və taksonomik əhəmiyyət kəsb edir [3,4]. 
Rozet tipli bitkilərdə kök boğazından çox saylı yarpaq saplaqiarı və çiçək oxları başlanğıc götürür. 
Bu  isə  mövcud  nəzəriyyəiərdən  kənara  çıxır.  Bu  məsələləri  anatomik  tədqiqatlar  aparmadan  öyrənmək 
mümkün deyildir. Bununla əlaqədar olaraq qeyd olunan növün kökünündən kök boğazından və saplaqdan 
ardıcıl kəsiklər edilərək anatomik quruluşu öyrənilmişdir [5,6]. 
Anatomik tədqiqatlar göstərdi ki, uzlaşma nöqtəsi 6 lakunludur. Yəni kök boğazında eyni nöqtədən 
6  ədəd  yarpaq  saplağı  və  2-3  ədəd  isə  çiçək  oxu  başlanğıc  götürür.  Burada  çiçək  saplağı  yarımaypara 
formasında  olur.  Mərkəzdə  bir  ədəd  əsas  topa  (2)  kənarlarda  isə  2  ədəd  nisbətən  kiçik  həcmli  əlavə 
topalar əmələ gəlir. Daxildə yerləşmiş iri həcmli topalar (4) çiçək oxuna başlanğıc verir.  Ondan daxildə 
yerləşmiş və sonrakı inkişaf fazasında əmələ gəlmiş kiçik həcmli topalardan isə yenə də yarpaq saplaqları 
başlanğıc  götürür.  Yarpaq  saplağında  Bazipesol  zonada  2  ədəd  də  əlavə  topalar  əmələ  gəlir.  Epipesiol 
zonada  3  ədəd  ötürücü  topa  biriəşərək  bir  ədəd  iri  həcmli  topa  əmələ  gətirir,  künclərdə  isə  2  ədəd  topa 
yerləşir. Peripesiol zonada künclərdə topaların sayı artaraq 4 ədədə çatır.  
Saplaq  xaricdən  bir  qat  dəriciklə  əhatə  olunmuşdur.  Dəricikdən  daxilə  2-3  qat  xiorenxim  inkişaf 
etmişdir.  Qabıq  parenximi  6-8  qat  hüceyrədən  təşkil  olunmuşdur,  dairəvi  formalıdırlar,  sıx  yeriəşirlər, 
qlafiarı  nisbətən  qalınlaşmışdır.  Ötürücü  topalar  kollateral  tiplidir  ksiiem  daha  güclü  inkişaf  etmişdir. 
Saplaqda  ötürücü  topaların  quruluşu,  forması,  yerləşməsi  və  əmələ  gəlməsi  yalnız  həmin  növ  üçün 
xarakterikdir və diaqnostik əhəmiyyət kəsb edir [7,9]. 
Müqayisəli morfoloji-anatomik tədqiqatlar nəticəsində ilk dəfə aşkar olunmuş diaqnostik nişanələr 
Kərəvüzçiçəklərin  (Çətirçiçəklilər)  (Apiaceae  və  ya  Umbelliferae)  sistemləşdirilməsində  və 
örtülütoxumlu  bitkilərin  təkamül  istiqamətlərinin  müəyyənləşdirilməsində  qiymətli  florogenetik 
məlumatlar hesab oluna bilər.  
1   ...   41   42   43   44   45   46   47   48   ...   68


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə