Magistrant: Suğraxanım Kazımzadə, I kurs Elmi rəhbər



Yüklə 18,89 Kb.
tarix22.12.2022
ölçüsü18,89 Kb.
#77203
ADNSU-Kazımzadə S.


QAZMA ŞLAMININ YARANMASI VƏ ƏTRAF MÜHITƏ TƏSIRI


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Magistrant: Suğraxanım Kazımzadə, I kurs
Elmi rəhbər: Dos. D.B. Şirinova
sugrakhanim.kazimzadeh@gmail.com


Açar sözlər: Qazma şlamı, kimyəvi tərkibi, neytrallaşdırma texnologiyası, utilizasiyası
Qazma prosesi zamanı əmələ gələn bərk faza –şlam həm aqressivlik və həm də uzun təsir müddəti baxımından qazma tullantılarının ən təhlükəlisi hesab edilir.
Qazma şlamı yerin təkindən çıxarılmış təbii materialdır. Bu şlam özündə biosferin yer qatı üçün təhlükəli və təhlükəsiz müxtəlif mineralları cəmləşdirə bilər. Belə ki, quyuların qazılması zamanı tərkibində zəhərli maddələr (məsələn, civə kinovar-Hg2S, arsenolit –As2O3və s.), yüksək radioaktivliyə malik süxurlar (məsələn, deyterium ilə doymuş filiz və kollektor) olan kiçik laylar açıla bilər. Müəyyən şəraitdə belə şlamlar ətraf mühit üçün təhlükə yarada bilər. Qazma şlamının kimyəvi tərkibi quyuların qazıldığı süxurların kimyəvi tərkibindən. Qazma üsulundan və istifadə olunan qazma məhlulunun növündən asılı olaraq dəyişir. Aşağıdakı cədvəldə qazma şlamının element və oksid tərkibi göstərilmişdir
Cədvəl. Qazma şlamının element tərkibi.

Element

%

Oksidlər

%

Element

%

Oksidlər

%

O
Na
Mg
Al
Si
P
S
Cl
K
Ca

41.590
2.150
2.482
7.150
21.482
0.070
0.506
3.009
4.565
11.080

Na2O3


MgO
Al2O3
SiO2
P2O5
SO3
Cl
K2O
CaO

2.898
4.115


13.509
45.958
0.161
1.263
3.009
5.499
15.503

Ti
Cr
Mn
Fe
Co
Ni
Cu
Zn
Ba

0.362
0.041
0.084
3.952
0.012
0.017
0.042
0.011
1.395

TiO2
CrO3
MnO
Fe2O3
Co3O4
NiO
CuO
ZnO
BaO

0.605
0.060
0.108
5.650
0.016
0.022
0.53
0.014
1.557

Şlam hissəciklərinin ölçülərinin artması ilə şlamın çirkləndirici maddələrlə doyma səviyyəsi yüksəlir.Tərkibindəki rütubətlilik səviyyəsi yüksək olduğuna görə qazma şlamlarının yığılması, daşınması və eləcədə saxlanması zamanı bir çox problemlər ortaya çıxa bilər.
Hazırda qazma şlamını neytrallaşdırmaq üçün turşuma, hidrofoblaşdırma və termiki işlənmə üsullarından istifadə olunur. Qazma şlamları həmçinin tərkibindəki karbohidrogenlər çıxarıldıqdan sonar yenidan emal edilə bilər və o cümlədən yenidən istifadə üçün yararlı ola bilər. Onlardn yollar və qazma yastıqları kimi eroziyaya daha həssas olan səthləri sabitləşdirmək üçün, beton, kərpic və tikinti bloklarının istehsalında doldurucu kimi istifadə edilə bilər. ABŞ-ın Enerji Departamenti hətta qazma şlamlarının sahilyanı bataqlıq ərazilərin bərpası üçün substrat kimi istifadə imkanlarını araşdırmışdır və Böyük Britaniyada elektrik stansiyansiyasının yanacağı kimi şlamlardan istifadə etməklə bəzi sınaqlar həyata keçirilib. Bundan başqa, zədələnmiş torpaqların rekultivasiyası üçün torpaq örtüyünün çıxarılması ilə qazma şlamlarının utilizasiya prosesini tətbiq etmək mümkündür. Qazma şlamlarının və qazma məhlularının bərpası əlverişli, sərfəli və o cümlədən, ekoloji cəhətdən davamlı prosesdir. İşlənmiş palçıqlardan və qazma şlamlarından uçucu çirkləndiriciləri təmizləməyin ən uğurlu və səmərəli yolu termal desorbsiyadır. Qazma şlamlarının və qazma məhlullarının təkrar emalı utilizasiya prosesinin həyata keçirilməsində təsirini göstərir və qazma prosesləri zamanı əmələ gələntullantıların düzgün utilizasiyası su təchizatının və torpağın çirklənməsinin qarşısını alır. Apardığımız tədqiqatlar qazma şlamının digər sənaye tullantısı ilə neytrallaşdırılaraq səmərəli istifadəsinə yönəlmişdir. Bu proses vasitəsilə qazma məhlulları və şlamlar yenidən istifadə edilə bilər. Bu da öz növbəsində kapital sərfinə qənaət edilməsinə və sağlam mühitin formalaşmasına töhfə verəcəkdir.

Ədəbiyyat


1.Guryeva, V. A. (2015). Drill Cuttings in the Production of Building Ceramics. Building materials, issue 4, pp. 75-77.
2.Reuben, N. O. and Perez, P. A. (2018). Towards Enhancing Sustainable Reuse of Pre- Treated Drill Cuttings for Construction Purposes by Near-Infrared Analysis: A Review. Journal of Civil Engineering and Construction Technology, issue 9, pp. 19-39.
3.Mostavi, E., Asadi, S. and Ugochukwu, E. (2015). Feasibility Study of the Potential Use of Drill Cuttings in Concrete. International Conference on Sustainable Design, Engineering and Construction, issue 118, pp. 1015-1023.
Recovering Drilling Muds and Drill Cuttings for Reuse (Article)
Yüklə 18,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin