Macintosh



Yüklə 18,83 Kb.
tarix24.04.2023
ölçüsü18,83 Kb.
#101887
növüYazı
Macintosh Mac OS və Mac X OS


Macintosh -Apple şirkətinin hazırladığı kompyuterlər üçün yazılmış əməliyyat sistemi 24 yanvar 1984-cü ildə qrafik interfeysə malik və siçanla təchiz edilmiş ilk fərdi kompüteri 1995 ABŞ dollarına satışa çıxarmışdır. Bu kompüterin yaddaşı 128 kilobayt, ekranının diaqonalı isə 12 düym idi. “Macintosh” adını isə onun yaradıcısı Stiv Cobs (Steve Jobs) öz sevdiyi alma növünün adına (McIntosh) uyğun olaraq düşünmüşdür. Hazırda OS X adı ilə inkişafına davam etdirilir.
macOS — personal kopüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı ƏS kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. satışa çıxarılan versiyalar UNİX üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur.
Mac-ın istehsalına 1984-cü ildə başlanılmışdır. Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətdir. Mac-dan əvvəl Apple şirkətinin Lİsa Apple II, Apple III kimi sistemləri olsa da,1986 -cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Mac adı altında toplanmışdır. Mac seriyalı kopüterlər Apple şirkətinin öz məhsulu olan macOS əməliyyat sistemindən istifadə edirlər. macOS əməliyyat sistemi öz aralarında macOS və macOS Server deyə iki qrupa ayrılırlar. İki əməliyyat sistemi də bir-birindən fərqlənir. Onu da qeyd edək ki, 2015-ci ilində macOS əməliyyat sisteminin olan El Capitano versiyası satışa təqdim edilmişdir. Apple şirkətinin istehsalı olan personal kompüterlərəMicrosoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkündür. Bu proqramları sistemə inteqrasiya edilmiş Boot Camp proqramıyla həyata keçirmək mümkündür.
macOS əməliyyat sisteminin ilk bir neçə versiyası pişikkimilər fəsiləsindən olan müxtəlif növ heyvanlarla adlandırıblar. 10.0-cu versiyadan başlıyaraq 10.8 versiyaya kimi əməliyyat sistemlərin adları bunlardır: Cheetah, Puma, Jaguar, Panther, Tiger, Leopard, Snow Leopard, Lion, Mountain Lion. 10.9 versiyanın adı məşhur çimərlik adını daşıyır. Hər versiyada özünəməxsus yaxşılaşma və təkmilləşmə var. Lakin onların hamısına aid olan ümumi yaxşılaşma var, hansı ki, 10-cu versiyanı əvvəlkilərə tamamilə bənzəməyən edir. Bu ona gəlib çıxartdı ki, macOS-un qabaqki versiyalar üçün yazılmış proqramlar 10-cuda işləmir. Əvvəllər, macOS-un əvvəlki versiyaları üçün yazılmış proqramların işləməsi virtual emulyasiya vasitəsi ilə həyata keçirilirdi, lakin sonralar ondan tamamilə imtina etdilər.
macOS-un qrafik vizulasiyanın üstünlüyü, onun Aqua adlanan yeni istifadəçi interfeysindədir. Aqua qrafik interfeysi su mühiti, şəffaflıq hissi, dərinlik və hərəkət illüziyası yaradır. O, demək olar ki, bütün macOS versiyalarında dəyişməz qalır, lakin bütün bunlar öz aktuallığını və təravətini itirmir. Aqua təkcə gözəllik üçün yox, həm də istifadəçilərin komfort və rahatlığı üçün yaradılıb. Yeniliklərdən biri də, aktiv proqramların pəncərələrini ayrı seksiyalara toplamaq, hansıları ki, istədiyiniz zaman görmə zonasından gizlədə bilərsiz, onların iş stolunun faydalı boş yerini tutmağına imkan verməyərək.
macOS-un yeni versiyasında yaddaşın müdafiəsi, hansının köməyi ilə bir proqramın nasaz olduğunda, bütün sistemin çökməməsinə imkan verir, həmçinin çoxtapşırıqlılıq və simmetrik çoxprosessorluluq kimi funksiyalar reallaşmışdır. macOS-da həm də dinamik yaddaş paylanması reallaşıb, hansı ki, proqramların işləmə prosesində, bilavasitə yaddaşı boşaltmaq imkanı verir. Buda «out of memory» ismarıcının çıxmasını istisna edir və ayrıca qötürülmüş proqram üçün mövcud olan yaddaş miqdarının korreksiyasını tələb etmir.
macOS-un ilk növbədə istifadəçinin rahatlığı üçün yaradılmasının əlavə təsdiqi, onun avtomatik şəbəkə ilə inteqrasiya olunmasıdır. Bu funksiyanın istifadəsi, şəbəkəyə istifadəçi tərəfindən heç bir əlavə düzəliş etmədən, istənilən əlverişli üsulla qoşulmağa imkan verir. Yeni enerji qorunma texnologiyası, kompüteri yuxu rejimindən dərhal çıxmasına imkan yaradır. macOS-da məlumatlara çoxistifadəçili daxil olma mümkünlüyü reallaşıb, daxil olma hüququna hədd qoyulub, istifadəçilərin məlumat təhlükəsizliyinin dərəcəsi artırılıb, sistem administrasiyası daha asan olub, şrift və şrift komplektinin idarə etmə interfeysi daha rahat və çevik olub, bundan başqa macOS indi TrueType, Type1 və OpenType kimi şrift formatlarını birbaşa dəstəkləyir. macOS sistemində indi Epson, HP və Canon kimi firmaların istehsal etdiyi printerlərin daxili dəstəyi var.
macOS-da iki ölçülü vizualizasiya və sənəd çapı Quartz texnologiyası vasitəsi ilə təşkil edilib, hansı ki, artıq standarta çevrilmiş PDF qrafik formatını istifadə edir. Video və audio məlumatlarla işləməsi üçün macOS-da patentləşmiş QuickTime texnologiyasından istifadə olunur, oyunların 3D qrafikası isə OpenGL texnologiyası ilə reallaşıb.
Hələ o zamanlar, macOS müəllifləri özlərinin qarşısına məqsəd qoydular ki, elə bir əməliyyat sistemi yaratsınlar ki, hər kəsə əlverişli və intuitiv aydın olsun, hətta əvvəlcə kompüterdən istifadə etməyənə də. Bu vaxta kimi kompüter proqramları və prosesləri komanda lövhəsi ilə idarə olunurdu, ona görə də qovluq, səbət, kompüter və başqa elementləri göstərən nişanların çıxması, o vaxt üçün əsl sensasiya idi. Bu nişanları müəlliflər ikonlar adlandırmağa başladılar. macOS yaradıcıları gələcəkdə bütün əməliyyat sistemlərinin inkişaf təməlinini müəyyən etdilər. Bir çox layihələr, hansıları ki, onlar uzaq 1984-cü ildə icad etmişdirlər, indiki günlərdə bir çox proqram təminatı istehsalçıları üçün etalona çevrilib.
macOS-un ilk versiyası cəmi 216 kb yer tuturdu və hətta bir kompüterdən başqa kompüterə sistemin sürətini çıxarma vasitəsi ilə də işləyə bilərdi. Lakin belə məhsul saxtakarlığa qarşı tamamilə müdafiəsiz idi, buna görə də, öz gəlirlərini qoruyub saxlamaq üçün istehsalçılar öz gələcək vaxtlarını, təkcə sistemin texniki təkmilləşməsinə, funksionallığın genişlənməsinə və stabilliyə yox, həm də təhlükəsizliyə həsr etdilər. macOS-un ilk versiyasının çıxmasından sonra onun hələ doqquz modifikasiyası çıxmışdır, hansılarda ki, aşağıdakı yaxşılaşdırılma aparılmışdı:

  • Multifaynderin istifadəsi, hansıki bir neçə proqramın bir vaxtda çalışmasına imkan verir

  • Multimedia funksiyaların və internetdə işləmə qabiliyyətinin təkmilləşməsi

  • Ağ-qara ikonları rəngli ilə əvəz edilməsi, bir müddət sonra yeni «platin» interfeysin peyda olması və mövzu dəyişmə imkanı

  • HFS+ yeni fayl sisteminin yaranması

  • Quraşdırıcı funksiyaların yaxşılaşdırılması

  • Lokal disklər və internet şəbəkədə faylların axtarışı üçün nəzərdə tutulmuş «Sherlock» proqramının meydana çıxması.

  • Çoxistifadəçili rejimin yaranması və daxil olma hüquqlarına hədd qoyma.

macOS ƏSnin imkanlarını mükəmməlləşdirilməsi və stabilliyi təmin edilməsi üzərində gedən işin zirvəsi, onun 9-cu versiyasında oldu, hansına ki, indi də müəyyən Mac kompüterlərində rast qəlmək olar. Onu macOS-un klassikası adlandırırlar. Mac populyarlıq qazandı, macOS isə şirkətə böyük kommersiya uğuru gətirdi. Amma vaxt gedirdi və Apple şirkətinin rəhbərliyi, qlobal problemlərin həlli ilə bağlı qərar qəbul etdi.
2000-ci ilin mart ayında, sistemin tamamilə yeni versiyası işıq üzü gördü. macOS 10, hansı ki, macOS 9 üçün nəzərdə tutulan proqram təminatını dəstəkləmirdi. Onu yaratmaq üçün, ilkin proqram kodunu tamamilə təzədən yazdılar, təməl üçün isə NeXTSTEP əməliyyat sistemini götürdülər, hansını ki, işləyib hazırlayan nə vaxtsa Apple şirkətinin yaradıcılarından biri olub. Hazırda macOS-da Mach nüvəsi, BSD standart servislər və Unix əməliyyat sisteminin bütün əsas imkanları istifadə olunur. Bu, onun funksionallığını, təhlükəsizliyini və stabilliyini bir neçə dəfə artırmaq üçün fürsət yaratdı. macOS-da istifadə olunan çoxtapşırıqlılıq, bir neçə prosesin bir-birinə mane olmadan, hər ikisinin dərhal çalışmasına, bir prosesin nasaz olduğunda o biri proseslərin və bütün sistemin nasaz olmasına yol verilməməsinə imkan verir.
Hal-hazırda macOS öz gözəl, həddindən artıq xüsusi effektlərlə yüklənməmiş və gözə xoş görünən Aqua interfeysinə malikdir. O, istifadədə çox asan və dostcasına mehribandır. Sistemin özündə Carbon API, Cocoa API və Java API kimi komponentləri cəmləşdirən, Core Foundation proqramlaşdırma mühiti istifadə olunur. Qrafik mühiti, QuickTime, Quartz Extreme və OpenGL kimi texnologiya istifadəsi ilə təqdim edilib. Həmçinin macOS C, C++, Objective-C, Ruby və Java kimi proqramlaşdırma dilində yazılan PTnın istifadə etməyi imkan verir. macOS ƏSnin üstünlüyü, onun internetdə olarkən təhlükəsizliyi təmin etməsidir. O, internet hücumlardan yaxşı qorunub və ona zərər törədə bilən virus demək olar yoxdur
2
Yüklə 18,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin