M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə9/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

M. Y. Lermontovdan 
 
DEMON 
 
BİRİNCİ HİSSƏ 
 

O mükəddər Demon qovğun zəbani 
Uçurdu günahkar yer üzərində. 
Gözəl günlərinin məs'ud zamani 
Canlanırdı onun nəzərlərində. 
Göylərin qoynunda mə'sum bir mələk 
Kimi parlayaraq gəzdiyi dəmlər, 
Ulduzlar önündə gülümsəyərək, 
Onu mərhəmətlə süzdüyü dəmlər 
Həris gözlərilə baxıb göylərə 
Keçən karvanları seyrə dalırdı. 
Ulduzlar yurduna – maviliklərə, 
Dərin bir istəklə nəzər salırdı. 
Yalnız bu şeylərdi ürəyindəki; 
Nə şübhəsi vardı, nə kini vardı. 
Əsrlərin məyus keçən illəri 
Rahatsız etməzdi qəlbini bir an; 
Daha nələr, nələr, bir çox şeyləri, 
Yadına salmağa bulmazdı imkan. 
Tanrı dərgahındançoxdan qovulmuş; 
Gəzirdi aləmi dərbədər kimi. 
Əsrlər sur'ətdə dəqiqə olmuş, 
Qərinələr yekrəng saətlər kimi. 
Fənalıq mulkündə hakim olalı 
Şərarət saçardı; zövq alamazdı. 
Yoxdu sənətinin sonu, zavalı, 
Ona əlgəl çıxan şey olamazdı. 
Bu hallar qəlbini yordu nəhayət. 
 
247
III 
Qafqazın ən yuksək şahiqəsində 
O cənnət qovğunu qanad çalırdı. 
Kazbekin surgunu, ondan aşağı 
Qarlar almaz kimi şəfəq salırdı. 
Dərələrin sonsuz dərinliyinə 
Dolamac bir ilan yuvası kibi 
Daryal işıldayıb axırdı yenə, 
Terek də bir yanda coşqun, əsəbi 
Boynunda qabarmış köpukdən yalın, 
Dişi aslan kimi çəkirdi nə'rə; 
Üstdən dağ heyvanı, ğaya qartalı 
Dalırdı dərədən qopan səslərə. 
Açmış ətrafında çiçəklər, otlar, 
Kölgəli ağaclar dalmış xəyalə. 
Cənubdan ayrılan əlvan bulutlar 
Təşyi' eyləyirdi onu şimalə. 
Gumuş dalğaların seyrinə dalmış 
Sirli murgulərlə sıra qayalar; 
Ağır başlarını aşağı salmış, 
Həpsinin uzuldə bir duşuncə var. 
Qafqazın al-yaşıl qapılarında 
Qaravula durmuş qoca nəhənglər 
Kimi, qayaların dörd kənarında 
Dumanlar ardından salaraq nəzər 
Acıqlı-acıqlı bürclər baxırdı. 
Altda coşqun sular axır, axırdı... 
Vəhşi gözəlliklə dolu təbiət 
Açmayırdı onun könlünü fəqət. 
Əvət, qəzəb saçan o ruh-məğrur 
Kəndi tanrısının cilvələrinə 
Savıq gözlərilə nifrət sovurur, 
Gülməyirdi tutqun çöhrəsi yenə. 

 
248 
IV 
Onun qarşısında başqa bir laçın 
Gözəlliklərilə çarpır nəzərə. 
Dərələr naxışlı, qayalar yalçın, 
Əlvan bir xalıdır qarşı mənzərə. 
Gürçüstan xilqətin məs'ud diyarı, 
Kiçik bir cənnəti xatırladırdı. 
Dibi rəngin daşlı coşqun suları 
Narın ləpələrlə qalxıb yatırdı. 
Sevdalı bülbüllər şaqraq səsilə 
Susqun gözəllərə nəğmələr oxur. 
Şənlənir hər çinar öz kölgəsilə, 
Qarşı mağaralar ceyran yurdudur. 
İşıq, sevgi, həyat, yarpaq, xışıltı, 
Ahəngdar ləhcələr, sərin nəfəslər, 
Çiçəklər üstündə jalə, işıltı, 
Uşüyən gecələr, titrəyən səslər, 
Ləcivərd səmalar, əngin üfüqlər, 
Sonra xumar-xumar baxan ulduzlar, 
Gürçü qızlarının gözləri qədər 
 
Doluxan, süzülən, axan ulduzlar... 
Laknn bu şən varlıq, nadir gözəllik, 
Demonun qəlbini yumşaltmayırdı. 
Ürəyi daş kimi qəlbi çəlik, 
Onu gördükləri yaşatmayırdı. 
Nə bir yeni qüvvət, nə bir yeni hiss 
O bu mənzərədən iraq dururdu. 
Bu qəşəng aləmə o məğrur iblis 
Nifrət bəsləyirdi, kin sovururdu. 
 

Möhtəşəm bir bina, geniş bir avlu 
Yapdırmış ixtiyar Qudal özünə. 
 
249
Burda əsrlərin zavallı oğlu 
Çalışmış, qaranlıq çökmüş gözünə. 
Burda hər sütuna, hər daş divara 
Çarparaq qırılmış qulların səsi. 
«Dan atınca düşür qarşı dağlara 
Bu qatil qalanın qara kölgəsi». 
Bürçlərdən aşağı dərəyə enən 
Qayada çapılmış pillələr vardı. 
Onların sonunda hey köpükləiən 
Bir bəyaz örtülü irmaq axardı. 
O cavan bəyzadə – o şux Tamara, 
Bu yoldan enərdi hər gün sulara. 
 
VI 
Bu heybətli bina daim uçadan 
Dərəyə sükutla dalır, baxırdı, 
Bu günsə qoynunda yüzlərcə mehman, 
Zurnalar səslənir, meylər axırdı. 
Qudal öz qızını adaxlamışdı. 
Toplanmış nişana qohum-əqrəba, 
Səkilər xalilə donatılmışdı; 
Gəlməzdi şətarət, sevinc hesaba. 
Gəlinin yanında yarı-yoldaşı, 
Nəğməylə, oyunla gün keçirirlər. 
Getdikcə qaralır dağların başı, 
Gün batır, kölkəyə bürünür yerlər. 
Onlar əl çalaraq şaqırdayırlar, 
Qavalı başında oynadır gəlin. 
Bə'zən də bir quşdan daha nəğməkar 
Səsilə məclisi qaynadır gəlin. 
Ürkək maral kimi bə'zən dayanır, 
Qısqanc kirpikləri altında haman 
Sevdalı gözləri alışır, yapır 
Qara qaşlarını çatdığı zaman. 

 
250 
Bə'zən qıvrılaraq bir ilan kimi, 
Narın ayaqlarla bir ceyran kimi 
Xalı üzərində süzülür gedir, 
Dodaqları qaçır, üzülür gedir. 
Çocuq sevincilə dolu varlığı, 
Sığmayır fələkə bəxtiyarlığı. 
Ayın ziyalərlə bə'zən oynayan 
Xəfif işıqları, onun bu həyat, 
Bu gənclik fərəhi kimi qaynayan 
Təbəssümlərinə çatarmı? höyhat! 
 
VII 
Qəsəm yarı gecə ulduzlarına, 
Şəfəqli qüruba, külgün yarına! 
Nə altun İranın şəhryarları, 
Nə də yer üzünün hökmdarları 
Ömrundə görməypb böylə bir pəri, 
Ömrundə öpməmiş böylə gözləri. 
Hərəmxanələrin  fəvvarələri, 
Çox yıxamış gözəl mehparələri; 
Fəqət bir dəfə olsun günləri 
İsti çağlarında fışqıran, sərin 
İnci damlalarla ozəldən bəri 
Öpub oxşamamış böylə dilbəri. 
Bu dunya cənnətdən ayrı duşəli, 
And olsun, dünyada kimsənin əli 
Böylə bir mehriban alın görməmiş, 
Böylə gur saçları çözub hərməmiş. 
And olsun daldığın sonsuz xəyala 
Cənub günəşinin altında hala, 
Böylə bir nazənin çiçəklənməmiş, 
Bunun kimi mələk yerə enməmiş. 
 
VIII 
 
251
Qız bir də hərləndi; bir dövrə vurdu. 
Fəqət nə yazıq ki, qarşı günlərdə, 
Onu – o Qudalın şən yavrusunu 
Özkə bir kulfətdə, özkə bir yerdə 
Bir aciz köləlik taleyi gözlər, 
Onunçün dolurdu bə'zən o gözlər... 
O gözlərdə gizli şübhələr vardı, 
Parlaq baxışları kölgələnirdi. 
Hər bir hərəkəti ifadəkardı, 
Həyəcanla köksu qalxır, elirdi. 
Bütun o cilvələr, bütün o nazlar 
Öylə sadəydi kl, əgər bu zaman 
Bir görsəydi onu Demon, biqərar 
İlk qardaşlarını anaraq haman, 
Üzünü döndərib bir ah çəkərdi, 
Bəlkə də artardı möhnəti, dərdi. 
 
IX 
Eyvah gördü Demon! Baxınız, onu 
Məchul bir həyəcan sardı bu anda. 
Qərib ürəyinin lal boşluğunu 
Doldurdu lütfkar şirin bir nida. 
Eşqin, mərhəmətin, gözəlliklərin 
Duydu nəhayətsiz qüdsiyyətini, 
O dadlı lövhəyə baxaraq dərin, 
Xatırladı geçən səadətini. 
Keçdi gözlərindən həp birər-birər 
Maziyə çevrilmiş sevimli günlər... 
Uzun silsiləli yıldızlar kimi, 
Qaranlıq ruhunu yaldızlar kimi 
Bir gizli qüvvətlə qalaraq dona, 
Yeni qüssələrə oldu aşina. 
Yenidən can gəldi təhəssüsünə, 
Keçmişlər dilləndi ruhunda yenə 

 
252 
Bu yeni bir doğuş əlamətimi? 
Nadir gözəlliyin kəramətimi? 
O yenə düşünür, yenə qıvrılır, 
Ağlında bulmayır məkirdən nişan. 
Unutmaqmı? Xayır! Bu nasıl olur?! 
Ondan əsirgəmiş bunu yaradan. 
 
253

Məhmizləyib atı cavan yavuqlu 
Nişan məclisinə çatmaq istəyir. 
Qəlbi fırtınayla, həvəslə dolu, 
Gunəş də getdikcə batmaq istəyir. 
Günəş batar-batmaz, çatdı nəhayət 
Araqvanın yaşıl sahillərinə. 
Karvan yavaş-yavaş edir hərəkət, 
Dəvəlor bağlanmış biri-birinə. 
Ağır yük altında yol gedir karvan, 
Ərmağan aparır, tələsir karvan. 
Karvanın səslənir zınqırovları. 
Gün əyilir; yollar olmamış yarı. 
Bu karvan Sinadal hakiminindir, 
Öz adaxlısına nişan gətirir. 
Qurşamış belinə qızıl bir kəmər, 
Bir böyrundə qılınc, birində xəncər. 
Çiynində aynalı bir tufənki var, 
Gunəşin altında par-par parıldar. 
Çuxasının qolu kuləklənirdi, 
İşlənmiş ətəyi qalxıb-enirdi. 
Yəhərində ipək saplardan naxış, 
Qantarğası ondan geri qalmamış. 
Altında köhləni cilov gəmirir. 
Qızıl xallarının varmı bahası? 
Bu at Qarabaqın bəslənmişidir; 
Köpüklərə batmış yalı, qaşqası. 
Dəhşətlər içində fınxırdayaraq 
Coşqun dalğalara göstərir maraq. 
Gədiklər qorxulu, yollar qorxulu, 
Sıldırım qayalar qaplamış solu. 
Sağda çılğın sular, dərin ləpələr – 
Ata heybət verir bu mənzərələr. 
Qarlı yüksəklikdə qızıllıq sönür, 

 
254 
Qalın dumanlara dağlar bürunur. 
Karvan addımını yeyinləşdirir, 
Dumanlar içində nəzərdən itir. 
 
XI 
Bir kiçik mə'bədə gəlib çatdılar. 
Mə'bədin lçində köhnə bir məzar, 
Bu məzar müntəqim əllərdə ölmüş, 
Yolların üstündə səssiz kömülmüş 
Böyük kəşməkeşli bir knyazındır, 
Övliya namilə indi anılır. 
O zamandan bəri yolçuluq edən, 
Şənliyə tələsən, döyüşə gedən 
Hər kəs burda durub səçdə qılsaydı. 
Mə'bədə ibadət etmiş olsaydı, 
İslam qılıncından tapardı nicat. 
Lakin mərd nişanlı bu səfər, heyhat! 
Unutdu yasayı, atdı rəğbəti, 
Pozdu babalardan qalma adəti. 
Çünki məl'un Demon qəlbinə girmiş, 
Qurnaz xəyallara onu çevirmiş. 
Fikrində öpmüşdü yavuqlusunu, 
Odur ki, həyəcan sarmışdı onu! 
Göründü qarşıda iki nəfər baq, 
Daha çox, daha çox... bir atəş! Şarraq. 
Nə oldu? Qəhrəman knyaz quş kimi 
Üzənki üstündən boylandı, qalxdı, 
Papağı gözündə, vurulmuş kimi, 
Alovlu gözlərlə ətrafa baxdı. 
O bir söz demədi. Əlində birdən 
Polad qürk qılıncı yandı, parladı, 
Tapança gurladı, knyaz yerindən 
Şığıyan bir qartal kimi sıçradı. 
Yenə bir partlayış – bir vəhşi nə'rə 
 
255
Dəhşətli çınladı orman, dağ, dərə. 
Sonra bir inilti, həzin bir nəfəs 
Döyüş çox surmədi, yavaşladı 
Basılmış gurcülər oldu dərbədər. 
XII 
Hər şey susdu, dəyib bir-birinə 
Qorxaraq urküşən şaşqın dəvələr, 
Ölən yolçuların meyitlərinə 
Dəhşətlə, heybətlə salırlar nəzər. 
Zınqırov səsləri yayılır yenə 
Çöllərin lal, sağır səssizliyinə. 
Demək zəngin karvan, edildi talan 
Bədəni üstündə xaçpərəstlərin. 
İndi gecə quşu etməkdə cövlan. 
Gözlər qapalıdır, yaralar– dərin. 
Əfsus monastırlı kölkəliklərdə, 
Ulu babaların yatdığı yerdə 
Gözləməz onları sakit bir məzar; 
Nə yazıq, çadralı mə'yus analar, 
Ələmli bacılar, acı kədərlə, 
Yanıq ürəklərlə, yaşlı gözlərlə 
Onların üstunə gəlməyəcəklər; 
Bu qanlı vəq'əyi bilməyəcəklər. 
Burax olsun, fəqət bunun yerində 
Qayalar üstündə, yol üzərində 
Həmin abidəyi bahar gəlincə, 
Quşlar bahar üçün vurunca cəh-cəh 
Onu xəfif-xəfif öpərək oxşar 
Müəttər çiçəklər, göy sarmaşıqlar. 
 
XIII 
At çaparaq qaçır bir ceylan kimi, 
Yollar uzandıqca bir ilan kimi, 
Hərbə gedir kimi qoşur, atlanır, 

 
256 
Külək ayaqlarla hey qanatlanır. 
Başını yatırmış atın yalına, 
Qabaran burnunun pərələrində 
Qaynar nəfəsləri toplanır, durur. 
Əsən küləkləri dinləyir məğrur. 
Götürüb qoyaraq ayaqlarını, 
Döyür yerə nallı dırnaqlarını. 
Dolaşıq yalını bir sirkərək 
Qaçır ruzgar kimi, qaçır yüyürək. 
Yolçu çapalayır zərrin yəhərdə, 
Qaçır ayaqları üzəngilərdə. 
Başını yatırmış atın yalına. 
Nə önünə baxır, nə də dalına. 
Artıq o karvanla getməyir, baxın! 
Yüyəni idarə etməyir, baxın! 
Yarasından qızıl qanlar süzülür, 
Qolu girdən düşür, canı üzülür. 
Ey qəhrəman kəhər, sən, döyüşlərdən 
Çıxıb bir od kimi qanadlanarkən 
Qurtardın yiyəni. Nə yazıq, fəqət 
Qaranlıq yollarda yenə nəhayət 
Onu asetinin gülləsi buldu. 
Yiyən yaralandı, yiyən vuruldu. 
 
XIV 
Qudalın evində qarğaşalıq var, 
Dəymiş bir-birinə bütün adamlar. 
Yanıq hönkürtülər evə səs salır, 
Həyətdə getdikcə adam çoxalır. 
O kimin atıdır batmış qan-tərə, 
Dərvaza aqzında yıxılmış yerə? 
Bu yolçu kimdir ki, əsmər üzündə 
Çatıq çöhrəsində, batıq gözündə 
Qorxunc vuruşların dəhşətləri var, 
 
257
Yanından sallanır qanlı silahlar. 
Ölüm pəncəsində olaraq bihuş, 
Atın yeləsində əli qurumuş. 
Nişanlı! Gözlərin yolda qalmadı. 
Adaxlın əhdini yerə salmadı, 
Özünü yetirdi vaxtında sana, 
Uzaq ölkələrdən gəldi yanına. 

 
258 
XV 
Qayğısız külfətin başı üstündə 
Çaxdı şimşək kimi bu mənhus xəbər. 
Zavallı Tamara bir fəna gündə 
Düşdü yatağına mə'yus, mükəddər. 
Axır gözlərindən mirvari yaşlar 
Nəfəsi tıxanır, döyünür qəlbi, 
Qabardır köksünü acı təlaşlar, 
Göylərdən bir nida eşidir kibi: 
«Yavrum, hədər yerə ağlama, burax 
İncitmə köksündə döyünən qəlbi. 
Onun üzərinə sancılmayacaq 
Göz yaşların həyat şəbnəmi kibi. 
Onlar dumanladar aydın gözləri, 
Bir qızın qəlbini yaxar, yandırar. 
Dodağından qopan qəmli sözləri 
Zənn etmə eşidər, zənn etmə duyar. 
İndi səmalarda ipək işıqlar 
Nakam gözlərini onun parlatır, 
Cənnət mahnıları ruhunu oxşar, 
Pənbə buludların qoynunda yatır. 
Bu həyatın ağır rö'yalarından, 
Zavallı bir qızın bəkalarından, 
Cənnət ölkəsinin mehmanına heç 
Bir tə'sir olarmı? İnanma, vaz keç! 
Ey dünya mələyi qəmkin Tamara, 
Ölüm bir qismətdir yaranmışlara. 
Bu qismət, dərindən düşünsən bır az, 
Bir anlıq qüssənə bərabər olmaz. 
Səmavi dəryalarda 
Sükansız və qanadsız, 
Dumanlar arasında 
Uçur minlərçə ıldız. 
Maviliklər çölündə 
 
259
Buraxmadan bir əsər, 
Buludlar sürü-sürü 
Qaşdan-qaşa köçərlər. 
Sıxılır ürəkləri 
Nə hicran qəmlərindən. 
Aynaları açılır 
Nə görüş dəmlərindən. 
Qarşı günlərə məxsus 
Nə bir arzuları var; 
Nə geçən xatiratı 
Anaraq sızlayırlar. 
Tale'siz çağlarında 
Sən onları anaraq 
Azad buludlar kimi 
Dünyaya qeydsiz baq. 
Gecələr öz qara kölkələrilə 
Qafqazın üstünü aldığı zaman, 
Kainat füsunlu ləhcələrilə 
Dillənib, sükuta daldığı zaman 
Qayalar üstündə xəfif bir ruzkar 
Saralan otları dalğalandırır. 
Kolların dibinə sığınan quşlar 
Quytu qaranlıqda uçur pırhapır. 
Tənək budaqları altında sapqan 
Göylər jaləsinə həris çiçəklər 
Nazlı gulüşlərlə açılan zaman 
Dağların ardında boylanır qəmər. 
Qalxır yavaş-yavaş göy ortasına. 
Ordança yan-yanı göz atır sana. 
Uçub gələçəyəm səhərə qədər 
Səninlə baş-başa verəcəyəm mən. 
Uzun kirpiyinə pənbə rö'yalar 
Qanadlı xulyalar hörəçəyəm mən». 

 
260 
XVI 
Səslərin ardınca boğuldu səslər, 
Qız qalıb gözunun yaşını sildi. 
Baxdı çöhrəsinə dalğın, mukəddər.. 
Köksundə iztirab, qorxu çoxlaşdı; 
Qızğın bir həyəcan könlunu sardı, 
Birdən duyğuları köpurdu, daşdı, 
Qəlbi qandalını qırdı, qopardı, 
Sanki vücudundan bir atəş axdı. 
O gözəl, o yeni, o şirin nida 
Könlundə silinməz bir iz buraxdı, 
Uyudu sabahın qızıllığında. 
Fəqət rö'yasında qərib xəyallar 
Yenidən fikrini etdi tarimar. 
Pənbə buludlara kimsə burundu, 
Onun gözlərinə gəldi görundu 
Parlaq görkəmilə, qiyafətilə, 
Onun uzərinə əydi başını, 
Süzülüb səmavi məlahətilə 
Sildi gözlərinin axan yaşını. 
Onun nəzərləri öylə mehriban, 
Öylə məhzundu ki, sanki bu zaman 
Acıyırdı qızın məhzun halına, 
Pərişan halına, yorğun halına. 
Nə haqq dərgahından qovulandır o, 
Nə mələk, nə qızı qoruyandır o. 
Sırma tellərini bir əklil qədər 
Bəzəməmiş gülgün qövsi-qüzehlər. 
Ona bir zabanı ruhu daşırdı, 
Nə bir günah isə yavıqlaşırdı. 
Yox, yox, o bir aydın axşama bənzər, 
Nə qaranlıq işıq, nə zülmət səhər!.. 
 
261
İKİNCİ HİSSƏ 
 

Yox, yox o bir aydın axşama bənzər, 
Nə qaranlıq işıq, nə zülmət səhər... 
Ata, ata, burax təhdidi, burax, 
Sən öz Tamarana böylə qarğıma; 
Gözlərimdən axan yaşlara bir bax: 
Nə qədər yaraşır yanaqlarıma. 
Bu axan damlalar birinci deyil, 
Bunlar göz yaşıdır, bir inci deyil, 
Boş yerə elçilər uzaq yollardan 
Gəlirlər mənimçin hey axın-axın... 
Qızlarla doludur bizim Gürcüstan, 
Mənsə eşqə könül vermərəm, saqın! 
Uf ata, qarğıma mənə, qarğıma! 
Məl'un bir ruh girmiş mənim bağrıma. 
Tosəvvürə gəlməz açı bir xülya 
Yeyir varlığımı, gözümdə dünya 
Dumanlanır, çökür, qaralır mənim, 
Gül üzüm getdikcə saralır mənim. 
Kinli bir zəhərin qurbanıyam mən 
Bu halım uzaqmı sənin gözündən? 
Məhv oluram ata, halıma acı, 
Ruhum bir əzəli sükut möhtacı. 
Ağlını şaşırmış qızını apar, 
Qoy bir monastıra, böyük xilaskar. 
Gördükcə hər zaman duakar məni 
Saxlar sayəsində qoruyar məni. 
Gözümdə dünyanın səfası yoxdur, 
Zövqün, əyləncənin vəfası yoxdur. 
Burax, siyah məzar daşları qədər 
O qüdsü, o qorxunc, o gizli yerlər 
Mana qollarını, qoynunu açsın, 

 
262 
Ruhuma qüdsiyyət işığı saçsın. 
 
263
II 
Atası, anası onu alaraq 
Apardılar sakit bir monastıra. 
Boynuna təsəlli xaçı salaraq 
Onu tapşırdılar böyük ruhlara. 
Naxışlı paltarlar geydiyi zaman, 
Köksü ehtirasla coşduğu kimi 
Rahibə köynəyi altında əl'an, 
Yasaq duyğularla vururdu qəlbi. 
Minbər kənarında, şam işığında 
İlahi mahnılar pərdələnirkən, 
Dualar içində əziz bir nida 
Onun qulağını oxşardı bə'zən. 
Xramın altında tanış bir xəyal. 
Bu qərib sükuta etmədən ixlal, 
Dumanlar içindən baxıb keçirdi; 
Bir iz buraxmadan axıb köçirdi. 
O xəyal Süzülən yıldızlar kimi 
Ətrafı xəfifcə yaldızlar kimi 
Bir işıq saçırdı, o cəzb edirdi... 
Bilinməz nərəyə, uçub gedirdi. 
 
III 
İki kiçik dağın arasındadır 
Quzeyə sığınmış sakit monastır. 
Ətrafında yüksək ulu çinarlar, 
Göy atlas yarpaqlı əbrüşümlər var. 
Hər axşam qayalar toranlanırkən 
Günahkarın hücrə pəncərəsindən, 
Ətrafa dağılır ipək bir ziya, 
Sarı və vərəmli titrək bir ziya. 
O yanda badamlı kölkəliklərdə, 
Sağır tabutların lal bəkçiləri, 
Kədərli xaçların durduğu yerdə 

 
264 
Yüksəlir quşların civiltiləri, 
Coşqun axar sular ləpələrilə 
Uzaq mənzil kəsir, yollar aşırlar. 
Çarparaq daşlara, gələrək dilə, 
Bir qaya altında qucaqlaşırlar. 
Axırlar şəbnəmli məşcərələrdən, 
Zümrüd yamaclardan, göy dərələrdan. 
 
IV 
Dan yeri ağarıb sökdüyü zaman, 
Duman dərələrə çökdüyü zaman 
Müəzzinlər yüksək minarələrdəp 
Üzü gün çıxana azan verərkən, 
Çanlanların çınlayap çılğın səsləri 
Aləmə yayırkən gündüz xəbəri, 
Dumanlar dağ döşü ağır sürünür, 
Uzaqda ağ saçlı dağlar görünür. 
Səhərin oyanıq səssızliyində 
Gözəl gürcü qızı dəsti çiynində 
Enərək dərəyə yoxuşlu dağdan 
Gəlir su doldurur ayna bulaqdan. 
Silsilə dağların aşırımları 
Bir açıq bənövşə rəngli divarı 
Andırır buludsuz maviliklərdə, 
Günəş günbatanda düşəndə dərdə, 
Onlar pənbə, sarı paltar geyirlər, 
Onların ruhuna dardır bu yerlər. 
Onların içində boz dumanları 
Yırtaraq Qafqazın sərt hökümdarı 
Məğrur başı bəyaz çalmalı Kazbek 
Həpsindən uçadır, həpsindən yuksək. 
 
V  
Lakin bir cinayət hissilə dolğun 
 
265
Qəlbi Tamaranın coşa bilməyir, 
Dünya gözlərində dumanlı, solğui... 
Bir sevinc nurua qoşa bilməyir, 
Hər şey, hər şey ona kədər gətirir: 
Axşam qaranlığı, səhər işığı. 
Daima dərdlidir, duşuncəlidir. 
Nə zinəti qalmış, nə yaraşığı. 
Bə'zən gecələrin yumşaq ruzkarı 
Torpağın üzünu sərinlədirkən 
Məryəmin önündə əli yuxarı 
Tamara hıçqırır, gedir özündən. 
Ağlayır gecələr sakit olmadan, 
Onun bu yanıqlı hıçqırıqları 
Geçən yolçuları eyləyir yoldan. 
Onlar düşünürlər bu ahi-zarı, 
Deyirlər: dağların ərvahıdır bu, 
Onların yüksələn bir ahıdır bu. 
Qulaq kəsilərək gələn səslərə, 
Əlvida edirlər bu qorxunc yerə. 
 
VI 
Tamara bir qorxu içində yenə; 
Dalır pəncərədə düşüncələrə; 
Dikir gözlərini sonsuz ənginə, 
Günəşin əyilib yatdığı yerə. 
Uzun günlər boyu uyqu bilmədən 
Gözləri yollara dikilir, qalır. 
Onun qulağında yavaşca bə'zən, 
«O gələcək!» – deyə bir səs ucalır. 
Hər gecə görduyü dadlı uyqular 
Onu əbəs yerə oxşamayırdı. 
Könlünü dolduran bütün qayğular, 
Fikrnndə dolaşan ruha dairdi. 
O ruh nahaq incə səsilə, 

 
266 
Bir şəffaf dumana bürünməmişdi, 
Qəmgin baxışıyla, nur çöhrəsinə 
Ona rö'yasında görünməmişdi. 
Tamara güilərlə özu bilmədən 
Müqəddəs ruhlara tapmaq istərkən 
Kəndi ürəyində dualar edir. 
İşgənçə içində yataqa duşur, 
Balışı od kimi onu yandırır. 
Saçları dağılır, üzü pörtüşür, 
Bu hal möhnətini dalğalandırır. 
Ürəyi darılır, qorxur apsızın, 
Sıçrayır, titrəyir, yarpaqdan incə. 
Dəyişir baxışı, duruşu qızın 
Kimsə görməmişdir böylə işgənçə. 
Çiyinləri yapır, sinəsi yanır, 
Nəfəs çəkməyə də yoxdur qüvvəsi. 
Gözü dumanlanır, başı dolanır, 
Danışmaq istərkən tutulur səsi. 
Qarşılıq arayır öz kənarıida 
Busəsi əriypr dodaqlarında. 
 
VII  
Gürcüstanın yaşıl təpələrini 
Axşamın qaranlıq örtüsü aldı. 
Şirin adətinin əsiri Demon 
Uçub, monastıra özünü saldı. 
Düşunür, düşünur bir uzun müddət 
Bu sakit ocağın qüdsiyyətini 
Fəqət bulmayırdı pozmağa cür'ət 
Sanki dəyişmişdi Demon rə'yini. 
Bir zaman amansız məkrlərindən 
Tamamən əl çəkmək istədiyini 
Güman eyləmək də olardı zatən. 
Demon dalğın-dalğın yüksək divarın 
 
267
Dibində dolaşır, addımlarından 
Ruzigarsız sallanan incə dalların 
Yarpaqları əsir, titrəşir əl'an. 
Heyrətlə qaldırdı o, gözlərini, 
Qızın aynasından bir işıq gəlir; 
O, çoxdan gözləyir sanki birini. 
Bu sükut içində iştə yüksəlir 
Çunğur sədaları, mahnı səsləri. 
Yüksəlir, yayılır, tutur hər yeri. 
O səslər axdılar, axdılar gözdən, 
Süzülən göz yaşı kimi axdılar. 
Axdılar dərədən, axdılar düzdən, 
Bir bahar yağışı kimn axdılar. 
Bu nəğmələr öylə lətif idi ki
Sanki mavəradan yerə enmişdi 
Yerlərçin göylərdə bəstələnmişdi. 
Bəlkə  unudulmuş  arqadaşilə 
Ggrüşmək istəyən bir mələkdi bu. 
Bir zaman ayrılmış bununla belə 
Yadından çıxmamış keçmişki dostu. 
O mələk buraya gəlmiş ki, tutsun 
Maziyə çevrilmiş günləri bir də. 
Dostunun dərdini istəp ovutsun 
Həmən oxuduğu bu nəqmələrdə. 
İlk dəfə olaraq Demon hiss etdi 
Eşqin qüssəsini, həyəcanını. 
Dəhşətlər içində bir fikpə getdi, 
Qurtarmaq isqədi burdan canını. 
Heyhat, qanadında yoxdur iqtidar, 
Süzür gözlərindən odlu damcilar. 
Hücrənin yanıida bu gündə belə 
Alov kimi sıcaq, od kimi qaynar 
İnsanlar tökməyən bir göz yaşilə 
Büsbütün yaxılmış bir qara daş var. 

 
268 
 
VIII 
O, qızı sevməyə hazırdır əl'an, 
Mərhəmətlər üçün asılmış olan 
Qəlbilə içərp girir dolaşır, 
Öylə duşünür ki, gəlib çatmışdır 
Özlənən zamaiı yeni həyatın, 
Tə'sirinə düşür təsəvvüratın. 
İntizarın gizli həsbi halları, 
Lal məchuliyyətin qorxuıc halları 
Məğrur ürəyinə oldu aşina, 
Bu görüş birnıci görüşdü guya. 
Həmən özündə bir dəyinşə duydu 
Fəna bir gələcək xəbəridi bu. 
O, içəri girir baxır ansızın, 
Görür qarşısında günahkar qızın 
Bir alnı işıqlı qoruçu mələk     
Dolaşır fərəhlə gülümsəyərək. 
Gərilmiş üstünə zərrin qanadı, 
Düşməndən qoruyur o zərizadı. 
Nuri ilahinin hizməsi birdən 
Qarartdı Demonun gözünu həmən. 
Demon gözləyirkən hörmət, məhəbbət, 
Ucaldı hər yandan bir açı töhmət. 
 
IX 
«Ey mənfur duyğulu fəna qəlbli ruh, 
Sən nərədən buraya elədin sinuh? 
Qaranlıq bir geçə, ətrafda zülmət, 
Səni kim eylədi buraya də'vət. 
Burda bir fənalıq nəfəs almamış, 
Sənin kimi ruhlar məkan salmamış. 
Burda kimsə etməz sənə itaət, 
Kimsə qulaq verməz, eyləməz hörmət, 
 
269
Mənim ilahəmə, məhəbbətimə, 
Göylər qədər təmiz qudsiyyətimə 
Cani nəfəsinlə toxunma, çəkil! 
Get, bu məkan sənin məkanın deyil»„ 
Bu səsi dinləyib, xəbis ruh döndü. 
Hiyləylə, məkrlə bir gülümsündü. 
Qısqanclıq uzatdı nəzərlərini, 
Yenidən qəlbinin ən sərt yerini, 
Əzəli bir nifrət zəhəri kəsdi, 
Ruhunda zəqqumlu küləklər əsdi. 
Gurladıb səsiıdə qorxunc dalğalar 
Dedi: – O mənimdir, qaç, ey xilaskar, 
Düşün gecikmisən, bu gəlişlə sən 
Nə ona, nə mənə hökm edəməzsən. 
Mən hər çətinlnyin önündə durdum, 
Xudkam ürəklərə damğamı vurdum. 
Yoxdur burda sənin artıq ilahən, 
Sevirəm, buranın hakimiyəm mən. 
Qəmkin gözlərilə qorucu mələk 
Zavallı qurbana göz gəzdirərək, 
Narın şahpərini yavaşca saldı, 
Əsiri boşluğa qalxdı ucaldı. 
 

Tamara 
Eyvan, söylə kimsən, nə dəhşətlisən, 
Cənnət, cəhənnəmmi göndərmiş səni, 
İstəyin? 
 
Demon 
Nə qədər məlahətlisən. 
 
Tamara 
Bir dinlən, cavab ver, agah et məni. 

 
270 
 
Demon 
Mən oyam ki, sağır, dilsiz gecələr 
Durub dinləyirdim pəncərələrdə. 
Fikri urəyştə təsəlli sərpər, 
Çöx özlərdin onu yatdığın yerdə, 
Mən oyam ki, acı bəlalərini 
Dumanlı görkəmlə seyrə dalırdın, 
Şəkli canladırdı rö'yalarını, 
Onun gəlişindən ilham alırdın. 
Mən oyam ki, kəskin baxışlarından 
Soğuyur diləklər, donur umudlar. 
Mən oyam ki, mənə kimsə mehriban 
Olmamış; alnımda nifrət izi var. 
Yerli qullarımın qırbacıyam mən, 
Mənəm azadlığa, idraka sultan, 
Təbiətə qarşı acıyan mənəm. 
Mənəm mələklərə, göylərə duşmən. 
Gəlib ayağına sərilmişəm baq. 
Gətirmişəm sana qanad çalaraq 
Yumuşaq məhəbbət yaqarışları, 
İlk torpaq qəmləri, ilk göz yaşları. 
Aman, dinlə məni, duyuqsuz olma, 
İstəsam çataram mərhəmətlərə, 
Əgər bir azacıq yansan halıma. 
Qaytaraean məni doğduğun yerə, 
Mən sənin eşqinin pak tüllərinə 
Burünərək gözəl mələklər kimi, 
İşıqlar içində parlaram yenə, 
Qalxaram göylərə gülümsər kimi. 
Baxıb dinlə məni, yalvarıram gəl! 
Sənin əsirinəm, səni sevirəm. 
Mən səni görüncə burda ilk əvvəl, 
Qəlbimin örtüyü, asrarlı, mubhəm 
 
271
Yerində, məhtəşəm hakimliyimə 
Əbədiyyətimə qarşı bir nifrət, 
Bir acı hiss etdim. Əski sevgimə, 
Əski adətimə artıq nə hacət!.. 
İxtiyarsız yerin kiçik, yarımçıq 
Daima dəhşətli, daima qırıq, 
İşgəncəylə doğan səadətinə 
Həsəd aparmağa başladım yenə. 
Sənsiz ömür surmək mənə ağırdır, 
Qəlbimi ayrılıq dərdi ağrıdır. 
Qansız ürəyimdə bəklənilməyən 
Bir işıq yenidən canlandı, bilsən. 
Əsrlər boyunca qəlbimdə qalan, 
Möhnətkeş ruhuma yadigar olan, 
Əski bir yaranın dərinliyinə 
Sancıldı amansız ağır bir iynə. 
Necə ki, qavrılır atəşdə şahmar, 
Öyləcə içimdə bir iztirab var. 
Sənsiz mən neylərəm əbədiyyəti, 
Hökmümdə bulunan sərmədiyyəti? 
Bunlar sənsiz nədir? Bir heçdir ancaq, 
Bir geniş xramdır tanrıdan uzaq! 
 
Tamara 
Ey xəbis ruh, burax yaxamı mənim, 
Məni inandırmaz əski düşmənim. 
Ulu tanrım!.. Heyhat gəlməyir dilim, 
Açı bir zəhərlə sarsılmış ağlım! 
Duaya qudrətim qalmamış artıq, 
Xatırım pərişan, fikrim dağınıq. 
Qorxuram səp məni məhv edəcəksən, 
Məni qəhr edəcək, inlədəcəksən. 
Sözlərin atəşlə zəhərlə dolu, 
Ey siyah geçənin bilinməz oqlu, 

 
272 
Söylə bir nəçisən, söylə bir kimsən? 
Söylə bunca məni niyə sevirsən? 
 
Demon 
Neçinmi ey gözəl, sorma gəl aman, 
Aqır cinayətli, suclu başımdap 
Cəhənnəm tacını qürurla atdım, 
Sayəndə yeni bir həyata çatdım. 
Heçliyə çevirdim geçəp dəmləri, 
Duydum yeni-yeni həyat qəmləri. 
İnan, cənnətlərim, cəhənnəmlərim 
Sənin gözündədir, ey gözəl pərim! 
Öylə sevmişəm ki, mən o gözləri, 
Öylə bir sevgi ki, əzəldən bəri 
Nəsib olmamışdır bu insanlara. 
Sən sevə bilməzsən öylə, Tamara! 
Sevmişəm, sənindir bütün varlığım, 
Ümidim, şərəfim, hökümdarlığım. 
Ölməz qayələrlə sevmişəm səni, 
Bax nələr, nələrlə sevmişəm səni. 
Hey-hey düşünsəydim, bilsəydim bunu, 
Yaşadım, nə çəkdim ömrüm uzunu. 
Sonsuz əsrlərin, qərinələrin 
Həzzini, qəmini, duyaraq dərin, 
Fənalığa alqış gözləməyərək, 
Yaxşılığa əvəz özləməyərək. 
Özünçün yaşamaq, iztirab çəkmək 
Sevinmək, əylənmək, göz yaşı tökmək. 
Bu uzun döyüşdə ürək bərkidib 
Barışıqsız, təntənəsiz ömr edib 
Mərhəmət hissinə uymamaq- uymaq, 
Hər şeyi anlamaq, hər şeyi duymaq, 
Hər şeyi görüb də nifrət sovurmaq, 
Çalışmaq, çətinlik önündə durmaq, 
 
273
Bütün bu aləmdə gördüklərinə,  
Mərhəmət yerinə, sevgi yerinə, 
Yenə də kin, qərəz saçmaq acıdır, 
Bu hal bir döyülən qəlbi acıdır. 
Yerinə yetincə haqqın lə'nəti, 
Özümə qac gördüm bu təbiəti! 
Soyudu qucağı illər boyunca, 
Qoynunda sıxmadı məni doyunca. 
Qarşımda kainat maviləşdikcə, 
Oylaq işılğanlar görürdüm necə. 
Gözümün önündə toy-büsat qurur, 
Hər şey çiçəklənib bir həyat qurur. 
Hər ulduz başında qızıldan çələng, 
Həpsində lətafət, həpsində ahəng. 
Onlar bir-birinə yaxışırlardı, 
Boşluqda süzülüb axışırlardı. 
Keçmiş dostlarından tutmadan xəbər 
Edirdi hər biri, bir yerə səfər. 
Çevirib üzümü onlara sarı, 
İştə özüm kimi bu qovğunları 
Həyəcan içində çağırırdım mən, 
Onların ardınca bağırırdım mən. 
Dalğın baxışları, çatıq üzləri, 
Doğuq ləhcələri, çətin sözləri 
Sezməyə qüdrətin varmıdı, heyhat! 
Sanki yoxdu məndə cəsarət, səbat. 
Nur axıntıların istəklərilə, 
Qəzaya uğramış bir qayıq öylə. 
Sükansız, yelkənsiz, məqsədsiz yazıq, 
Pərişan bir halda qolları qırıq 
Dalğalarda axıb getdiyi kimi, 
Kirdabları pənah etdiyi kimi, 
Tutqun səhərlərin er çağlarında 
 

 
274 
Batan ulduzların oynaqlarında 
Lacivərd göylərdə nəfəs almadan, 
Gəlişi, gedişi bəlli olmadan, 
Bir yerdə durmağa cur'ət etmədən, 
Şimşəkli bip bulud narçası həmən 
Qarala-qarala izsiz, məqsədsiz 
Qayəsiz, umidsiz, kölgəsiz, adsız 
Nəzərlərdən uçub getdiyi kimi, 
Hədər bir səyahət etdiyi kimi, 
Mən də toplayaraq iqtidarımı, 
Gərdim bir dönüşdə qanadlarımı, 
Mən də uçdum, uçdum neçin? Nərəyə? 
Heyran kəsilərək bu mənzərəyə, 
Heyhat, anlamadım umduğum dostlar 
Məndən uz döndərib, məni atdılar. 
Əvət, cənnət kimi bu köhnə dünya 
Biganə kəsildi mənim ruhuma. 
Çox rəhbər olmadım bu insanlara, 
Mən çox öyrətmədim günah onlara. 
Alicənablığı şərəfsizlətdim, 
Bütün gözəlliyi dərbədər etdim. 
İnsandakı iman atəşinin mən 
Şərlə ustunu qapadım həmən. 
Mənim əməyimə dəyərdi məgər 
Səfillər, dəlilər, ikiuzlulər? 
Gizləndim dağların yarğanlarında, 
Təbiətin sirrli ormanlarında, 
Şığıyaraq qəza daşları kimi, 
Dolandım bir çılğın fərarı kimi 
Gecələrin dərin qaranlığını. 
Qaplarkən yolları duman yığını, 
Boş yerə, boş yerə qərib səfərkeş 
Uzaqdan görüncə xəfif bir atəş, 
Atı qamçılayır, qoşurdu ona. 
 
275
Yolçunun yolları çatmadan sona, 
Dərin dərələrə yuvarlanırkən 
Əbəs yerə haray çəkirdi birdən. 
Onun yoxuşlarda qanlı izləri 
Məndə doğururdu şadlıq əsəri. 
Fəqət uzun zaman zövq almadım mən 
Fənalığın qorxunc əyləncəsindən. 
Güclü tufanlarla, qasırğalarla, 
Döyüşdə sarsılmaz bir iqtidarla, 
Tozları ətrafa sovururdum mən, 
Yerləri, göyləri qovururdum mən. 
Bürünüb şimşəkli dumanlara mən 
Qalın buludlarda qalxıb gəzirdim,. 
İldırımdan qılınc taxıb gəzirdim, 
Böyləliklə qəza vüquatının, 
Üsyankar təbiət hadisatının 
İçində qəlbimin şikayətini 
Susdurmaq başımın fəlakətini 
Savılmaq, dəhşətli düşüncələrdən, 
Ruhumu gəmirən işgəncələrdən 
Qurtulub hər şeyi atmaq istərdim, 
Bunlardı diləyim, bunlardı dərdim. 
Ağır məhrumiyyət macəraları, 
Dünyanın tükənməz qəmsarayları, 
Bütün gəlib keçən növ'i-bəşərin 
Çəkdiyi qəmlərin, əziyyətlərin 
Həpsini bir yerə topla, sonradan 
Mənim e'tinasız, boş buraxılan 
Bir anlıq dərdimi gətir gözünə. 
Bunun qarşısında onlar nədir, nə?! 
Ya insanlar nədir? Onların həyat, 
Əmək dedikləri nə şeydir? heyhat! 
Onlar keçdi getdi, keçib gedəcək, 
Ümid var ki, allah yardım edəcək. 

 
276 
Qarşıda ədalət məhkəməsi var: 
Ya məhkum edilər ya buraxılar. 
Mənimsə – mən sonsuz olduğum kibi 
Dərin dərdlərimin görünməz dibi. 
Soyuq bir məzarda onlar ovunmaz, 
Üzlərinə ölüm qubarı qonmaz. 
Dərdim ilan kimi qıvrılır bə'zən, 
Qızğın alov kimi gövnəyir. Birdən 
Hərəkətə gəlir, qəlbimi sökür, 
Ağır qurşun olur, fikrimə çökür 
Donmuş ümidlərim, ehtiraslarım 
Yığılmaz abidə daşlarım kimi. 
 
Tamara 
Qəmlərin mənəmi qalmış əcəba? 
Nə üçün şikayət edirsən mana? 
Sən günah işlədin. 
 
Demon 
Əleyhinəmi? 
 
Tamara 
Bizi eşidərlər. 
 
Demon 
Tək deyilizmi? 
Tamara 
Bəs allah? 
 
Demon 
O, bizə eyləməz nigah. 
Çünki o, büsbütün yerləri atmış, 
Göylərdə başını işə qoşatmış. 
 
 
277
Tamara 
Bəs cəza... cəhənnəm işgəncələri... 
 
Demon 
Nolar? Bərabərkən, ey gözəl pəri! 
 
Tamara 
Ey mənim umulmaz dərdli yoldaşım, 
Sən kim olursan ol, yoxdur təlaşım. 
Atıb rahatımı, atıb qayğumu, 
Sirrli sevinclərlə maraq göstərib, 
Dinləyirəm səni mən, ey müztərib! 
Lakin bu sözlərin yalansa, ruhun 
Rö'ya bəsləyirsə, o zaman qorun. 
Bu nə şərəfdir ki, üz vermiş mana 
Doğrudanmı qəlbim gərəkdir sana? 
Ərşin mələkləri unudulmuşmu? 
Göylər yalnız mana məftun olmuşmu? 
Sənin nəzərini cəlb edəməyən 
Bütün gözəllərdən gözəlmiyəm mən? 
Xayır, taleyimi aç mana göstər, 
Görürsən qovurur məni qüssələr! 
Qadın xülyasını özün bilirsən, 
Qorxumu qəlbində oxşayırsan sən. 
Sən bildin, anladın, bəhsə nə hacət! 
Bu küsgün halıma yanarsan, əlbət. 
And iç, and iç mana, əski uğursuz 
Tədbirdən əl çəkdin indi qürursuz, 
Hiyləsiz ruhunla yanıma gəldin, 
Sən geçəilərdə böylə deyildin. 
Söylə doğrudanmı ürəyində var 
Əbədi peymanlar, əzəli anlar? 
 
Demon 

 
278 
And olsun xilqətin ibtitasına, 
Onun son gününə, intəhasına.  
And olsun alçalış qayğılarına, 
Aid olsun yüksəliş arzularına. 
Qəsəm ləkəsinə cinayatlərin, 
Qəsəm həşmətinə həqiqətlərin. 
And olsun bu şirin vüsalımıza, 
Qlrşısı hicranlı əhvalımıza. 
And olsun ruhların izdihamına, 
Müti dostlarımın qırıq kamına. 
Qəsəm gözlərinə uyqu girməyən, 
Əsla fənalığa macal verməyən 
Əski düşmənlərin məlikələrə, 
Onlar ki, – çalmazlar qılınc boş yerə. 
And olsun göylərə, cəhənnəmlərə, 
Sənə, sənin kimi şux sənəmlərə. 
And olsun sonuncu baxışlarına, 
And olsun birinci göz yaşlarına. 
Mə'sum ləblərinin gül dəmlərinə, 
İpək saçlarının pürçəmlərinə, 
Qəmə, işgəncəyə, zövqə, səfayə. 
And olsun könlümdə doğan sevdayə. 
Mən köhnə qeyzimdən ayrıldım artıq, 
Məğrur düşüncəmdən ayrıldım artıq. 
Artıq barışıram maviliklərlə. 
İntiqam acısı bu gündən belə 
Kimsənin əqlini oynatmayacaq, 
İstəyim məhəbbət, duadır ancaq, 
Sevmək istəyirəm yaxşılıqları. 
Sənə layiq olan alnımda belə, 
Göylər atəşinin qırışıqları 
Silinir tökdüyüm göz yaşlarilə. 
Burax bu kainat sakit, qayğısız, 
Mənsiz çiçəklənib açılsın bir az. 
 
279
İnan, inan mənə, ey sevimli qız, 
Mənim qədər səni anlayan olmaz. 
Mən səni özümə ilahə sandım, 
Mən sənin başına döndüm, dolandım. 
Saldım ayağına iqtidarımı, 
Bütün şövkətimi, bütün varımı. 
Bəkləyirəm sənin məhəbbətini, 
Bir armağan kimi sədaqətini, 
Mənə qıyacağın bir an üçün mən 
Keçərəm yolunda əbədiyyətdən. 
Yar olduğum üçün yamanlıqlara 
Məhəbbətdə belə inan, Tamara, 
Uluyam, dönməzəm, inadkaram mən, 
Eşqinlə məs'udam, bəxtiyaram mən. 
Səni kainatın bu azad oğlu, 
 Bir iqlimə alar əsrlə dolu 
Uzaq ulduzlardan daha yuxarı, 
 Verərəm hökmünə bu dünyaları. 
 Ey mənim birinci sevgilim, ordan, 
 Doğru səadətdən iraq yaşayan, 
 Ağır cinayətli, ağır cəzalı, 
 Uzun ehtiraslı, uzun bəlalı, 
 Uzun gözəlliksiz, istirahətsiz, 
Duyğusuz, ürəksiz və mərhəmətsiz, 
Qoynunda qorxusuz nifrət olmayan, 
Məhəbbət olmayan, riqqət olmayan 
Bu suçlu dünyaya nəzər salarsan, 
Onu acımadan seyrə dalarsan. 
Bəlkə bilməyirsən bu insanların 
Ani məhəbbəti nədir, Tamara?! 
Ehtirasla dolu cavan qanların 
Atəşin hiddəti nədir, Tamara?! 
Günlər gəlib keçir, soyuyur qanlar, 
Sevgi yollarını kəsir hicranlar! 

 
280 
 Bir yeni gözəllik məkrinə, söylə, 
Acı bir yorğunluq fikrinə, söylə, 
Xülyapərəstliyə qarşı nə etmək? 
Düşünçələr dönək, duyğular dönək... 
Xayır, ey mehriban gözəl nigarım... 
Ey mənim taqətim, səbrim, qərarım! 
İnan, iradəsiz bu insanların 
Yalançı dostların və düşmənlərin, 
Acı dəhşətlərin, boş ümidlərin, 
Ağır zəhmətlərin, ani qutların 
Saxta sevgilərin, qısqanclıqların, 
Böyləcə hesabsız acılıqların 
İçində qul kimi solmağı əsla 
Qədər yazmamışdır sənin alnına. 
İnsanlardan ayrı, göylərdən iraq, 
Dua arasında əl bağlayaraq 
Yüksək divarların arxasında sən, 
Ehtirassız sönüb getməyəcəksən. 
Xayır, ey mehriban, gözəl yaranmış, 
Sənin taleyini yazan aldanmış. 
Səni başqa qismət, başqa iztirab, 
Başqa bir işgəncə, başqa bir əzab, 
Başqa bir həyəcan dərinlikləri, 
Başqa dadlı günlər bəklər, ey pəri! 
Köhnə diləkləri qəlbindən çıxar, 
Onun dünyasına qılma e'tibar, 
Bu fəna mülkünü taleyə burax!.. 
Çırpınsın ruhunda başqa bir maraq. 
Burax, burax onun bütün varını, 
Mən də məğrur idrak qapılarını 
Açayım üzünə, ey gözəl nigar! 
Xidmətkarım olan sevimli ruhlar 
Səcdəyə gedərlər sənin qarşına, 
Dolanıb dönərlər əziz başına. 
 
281
Sana cariyələr verərəm –xəfif, 
Füsunkar, qəmzəkar, işvəkar, lətif. 
 
Məşriq ulduzunun zərrin başına 
Yaxışan çələngi alaram sana, 
Çiçəklərin gecə şəbnəmlərilə 
O qızıl çələngi sularam, dinlə! 
Taxaram belinə şəfəqdən kəmər, 
Səpərəm çevrənə xoş rayihələr. 
Pərili səslərlə oxşaram səni, 
Cilvəgahın olar göylər gülşəni. 
Toplayıb, gətirib min bir diyardan 
Sənə mərcanlardan, kəhrəbalardan 
Qalalar yaparam, həşmətli, parlaq 
Ümmandan-ümmana hey baş vuraraq, 
Qalxıb buludlardan yüksəklərə mən, 
Yer üzünün bütün ne'mətlərindən, 
Doyuraram səni. 
 
Və o xəfifcə 
Uzadıb atəşin dodaqlarını, 
Qızın öpdü şirin dodaqlarını. 
Qızın hıçqırıqlı şikayətinə 
Azdıraraq cavab verirdi yenə. 
Qüvvətli gözlərlə qıza baxaraq, 
Qaranlıq gecədə onu yaxaraq 
Başı üzərində bir xəncər kimi 
Parlayıb çaxırdı şimşəklər kimi. 
Fəna ruh təntənə qurmuşdu yenə, 
Bir anda işlədi qızın köksünə 
Onun busəsini ölüm zəhəri, 
Qorxunc bir hıçqırıq səssizlikləri 
Qəmli əkslərlə bürüdü, sarıdı, 
Bu son hıçqırıqda çox şeylər vardı: 

 
282 
Məhəbbət, iztirab, töhmət, şikayət, 
Ümidsiz bir vida, əbədi firqət. 
 
XII 
Gecə qaravulu adəti uzrə 
Dalaraq yolunda duşüncələrə, 
Əlində çuğundan bir əsa daşır, 
Dik divar önundə gəzir, dolaşır. 
Qızın hücrəsinə gəlib çatmadan, 
Adi addımını saxladı bir an. 
Saçaraq doğrultdu belini bir az, 
Əsa üzərində əlini bir az 
Saxladı. Ətrafı qapamış sükut. 
Bəkçi dinləyirdi, qalmışdı məbhut. 
O iki dodağın sərf busəsilə, 
Haman o busənin xəfif səsilə 
Zəif bir inilti, son bir hıçqırıq 
Duymuş zənn eylədi. Və bir aralıq. 
Şeytanca şübhələr doldu qəlbinə, 
Bir an keçdi, hər şey duruxdu yenə. 
Yalnız uzaqlarda əsən ruzgardı, 
Gətirdiyi narın xışıltılardı. 
Bir də sahillərə kədərlə çarpan
Yorğun dərələrin uğultusundan 
Səslər duyulurdu. Heyrət içində, 
Uğursuz bir qara dəhşət içində, 
Gunah fikirlərdən o fəna ruhu 
Yayındırıb gecə qaravulçusu, 
Tələsə-tələsə dua oxurdu. 
Xülyalı köksünə bir xaç da vurdu, 
Səssiz addımlarla tutmadan aram 
Öz adi yoluna eylədi davam. 
 
XIII 
 
283
Yatmış pəri qədər gözəl Tamara 
Uzanmış, uyuyur öz tabutunda. 
Üzündəki bəyaz örtüsu əl'an, 
Daha da tutqundur solğun alnından. 
Uzun kirpikləri qapanmış, lakin 
Tanrım, kim deməz ki, o sivri sakin 
Kirpiklər altında uyuyan gözlər 
Qımıldanmayacaq; bu saat məgər 
O gözlər bir öpüş gözləməyirmi? 
Doğan bir gündüzü özləməyirmi? 
Ətrafı qaplamış qara bir hüzün, 
Lakin əbəs yerə işıq gündüzün 
Nazik pərkələri o nəzərlərə 
Altun dəstələrlə çarpır boş yerə. 
Onu lal qüssələr içində doğma 
Dodaqlar öpürlər, ölümün amma 
Əbədi möhrünü qırıb atacaq 
Bir qüvvət olmamış, olamayaçaq! 
 
XIV 
Tamaranın bütün ömrü boyunda 
Böylə bəzəndiyi gün olmamışdı. 
Ellər bayramında, ellər toyunda 
Belə ipəklərə tutulmamışdı. 
Doğma dərələrin tər çiçəkləri – 
Əski adətlərin tələbiydi bu – 
Sarmışdı ətrilə o şəbnəmləri; 
Gözəllik olmuşdu ölüm məğlubu. 
Soyuq ovuclarda qalan çiçəklər 
Boynunu burmuşdu yetimlər kimi. 
Onlar da torpaqdan ayrılmaq istər, 
Onlar da həyatdan bixəbər kimi. 
Onun həm sevinclə, həm ehtirasla 
Dolu çöhrəsində acı ölümdən 

 
284 
Yoxdu bir kiçicik əlamət əsla. 
Ölmuş sanarmıydı onu seyr edən? 
Onun düşuncədən, duyğudan öylə 
Məhrum mərmər kimi donuq hey'ətn 
Ölüm kimi sirli bir gözəlliklə 
Doluydu, gözəldi yenə surəti. 
Gülüşü donmuşdu dodaqlarında. 
Bu gülüş cəlb edib butun diqqəti 
Qəmli macəralar söylərdi; onda 
Vardı bir solacaq könul nifrəti. 
Onda torpaqlara səssiz, xəbərsiz 
Əlvida söyləyən son bir hal vardı; 
Uzun saçlarında, bir görsəydiniz, 
Əriyən pərişan bir xəyal vardı. 
Gün öz həşmətilə batdığı zaman, 
Dənizə qızıllıq yatdığı zaman 
Gizlənir əngində göylər pərisi, 
Gözlərin ulduzlu dilbər pərisi. 
Qafqazın gümüşdən bəyaz qarları, 
Bir anlıq bu qızıl pənbə, al, sarı 
Rəngin şəfəqləri tutub saxlayır, 
Quytu uzaqlarda par-par parlayır. 
Ah, lakin bu yarım, bu canlı şafaq 
Boşluqda bir zlya bulamayacaq. 
Donuq bir ziya bulamayacaq. 
Donuq fəzasında kimsənnn, yazıq, 
Sərpə bilməyəcək yoluna işıq. 
 
XV 
Butun qohum-qonşu toplanmış, baxın, 
Qəmli bir səfərə hazırdır axın. 
Bəyaz saçlarını yolub gizlicə, 
Köksunə verərək dürlü işgəncə, 
Ağ yallı atına Qudal atıldı, 
 
285
Sözlər buludlandı, qaşlar çatıldı. 
Ansızın yerindən tərpəndi qatar 
Üç gün, üç gecəlik qarşıda yol var. 
Qəribləri gizlicə soyan, kəndləri çapan 
İxtiyar Qudalın babalarından 
Biri vücudunu sıxarkən azar, 
Son dəmdə edərək tövbə, istiğfar. 
Düşünüb, düşünüb qorxunc yarına; 
Yumaqçın keçmişki günahlarını, 
Qartalların qanad çaldığı yerdə, 
Boranların səs-küy aldığı yerdə, 
Sıldırım qayalar üstündə əmin 
Demişdi: Mənə bir kəlisa tikin. 
Kazbek qarlarının arasında tək, 
Bir xram yüksəldi çox keçməyərək. 
Yaramaz insanın qart gəmikləri 
Buldu kəndisinə əmniyyət yeri. 
Buludlar qoynunda olan bu qaya, 
Keçdikcə çevrildi bir məzarlığa, 
Göylərə qalxdıqca aqibət yurdu 
Guya sıcaqlığı artıq olurdu. 
Sanki insanlardan olursa kənar, 
O rö'ya edilməz əsla xələldar. 
Əfsus qəm əsəri, sevinc əsəri 
Yerindən edəməz gömulmüşləri. 
 
XVI 
Altun qanadlarla qüdsi bir mələk 
Əsiri boşluqda sakit süzərək, 
Günahkar bir ruhu alıb qaçırdı. 
Sonsuz fəzalara qanad açırdı. 
Gözəl candan şirin təkəllümilə, 
Bərraq nəş'əsilə, təbəssümilə 
Dağıdırdı onun şübhələrini, 

 
286 
Açmışdı üstünə naz şəhpərini. 
Cinayətdən doğan acı qəmləri 
Yuyurdu gözündən axan dəmləri. 
Gəlincə uzaqdan cənnət səsləri 
Göydə bir gurultu sardı hər yeri. 
Dərin dərinlikdən cəhənnəm ruhu 
Kəsdi bu mələyin azad yolunu. 
Bir tufan kimidi doğan vəlvələ, 
Boşluqda qiyamət yapan vəlvələ. 
Çaxan ildırımdan olmazdı fərqi, 
Parlardı ətrafda şimşəyi, bərqi. 
Şımarıq, şımarıq səslənirdi ki: 
«– Hara aparırsan sən o mələyi, 
O mənimdir, mənim» öz qorxusunu 
Tamaranın suçlu gunahkar ruhu 
Həzin dualarla edərək təskin, 
Sığındı qoynuna köməkçisinin. 
Gələcəyin vaxtı həll olunurdu, 
Demon Tamaranın önündə durdu. 
Lakin kim tanırdı allahın onu, 
Kinli nəzərlərlə baxan Demonu, 
Ah, bilsən, o necə zəhər daşırdı 
Necə duşmənliklə azğınlaşırdı... 
Onun hərəkətsiz donuq uzündən 
Məzar soyuqluğu gəlirdi, bilsən. 
– Ey murdar şubhələr ruhu, çəkil, get. 
Bu sənin umduğun pəri deyil, get. – 
Deyərək səsləndi göylər elçisi, 
Göylərin qorucu rəhbər elçisi. 
Bu qədər təntənə qurduğun yetər. 
Son saat. Tanrının hökmu muqərrər.  
İmtahan günləri sovuşdu artıq. 
Onun uzərində ağır fənalıq 
Zəncirləri butün qırıldı getdi, 
 
287
Yer libası kimi sıyrıldı getdi. 
 
Düşün, gözləyirdik biz çoxdan onu, 
Yaxşı tanıyırız onun ruhunu. 
Onun ruhu öylə ruhlardandır ki, 
Ruhlar o qədər mehribandır ki, 
Onlar üçün həyat ani bir hüzün, 
Uzaq bir nəşədən ibarət bütün... 
Tanrı o ruhların toxumuş, dinlə, 
Canlı tellərini bərraq əsirlə. 
Onlar dünya üçün yaranmamışlar, 
Dünya da onlardan kənardır, kənar. 
Tamara qaldırdı şübhələrini, 
Ağır qiymətlərlə tutdu yerini. 
O, iztirab çəkdi, sevdi, nəhayət 
Sevginin üzünə açıldı cənnət. 
Mələk sərt bir nəzər atdı Demona, 
Üz verdi əzəli bir sevinc ona. 
Yüksəldi, yüksəldi heç enməz oldu, 
Əngin fəzalarda görünməz oldu. 
Məğlub olmuş Demon özünün dəli, 
Daxili zəhərli, üzü pərdəli. 
Onlar qayəsinə yağdırdı lə'nət, 
Hər bir istəyinə sovurdu nifrət. 
Əvvəllərdə necə yaşamışdısa 
Kibrilə yenidən bu kainatda 
Qüssəsi gücləndi, dərdi çoxaldı, 
Öyləcə sevgisi nəş'əsiz qaldı. 
 
XVII 
Sığınıb dağların ətəklərinə 
Qayşaur dərəsi üstündə yenə 
Divarları uçuq, görkəmi pozğun, 
Bir xaraba durur kədərli, məhzun. 

 
288 
Dillərdə ta uzaq zamandan bəri 
Dolaşır o yerin hekayətləri. 
Kölgəli, əsrarlı ağaclıqlardan, 
Sehirli günlərin şahidi olan 
O viranə durur sağır, lal kimi, 
Aşağıda aul gülür, şənlənir,  
Ətraf çiçəklənir və yeşillənir. 
Uzaqlarda süzür qarışıq səslər, 
Yollarda bir karvan eyləyir səfər, 
Zınqırov səsləri yayılır düzə; 
Qayalarla gəlib köküs-köküsə, 
Dumanlar içində şarıldayan çay 
Axır, köpuklənir, salır vurharay. 
Cavab bir həyatla dərdsiz təbiət 
Kunəşlə, baharla edir zərafət. 
Şən bir çocuq kimi oynayır, külur, 
Ruhuna təsəlli nuru tökulur. 
Lakin öz dövrunu bitirmiş qala, 
Bu şeylərə məhəl qoymayır əsla; 
O kəndi eşinin, əqrəbasının, 
Ən uzaq dostunun, aşinasının 
Məzarı başında sökərək ağlar, 
Bir ixtiyar qəmi çəkərək ağlar. 
Onun görünməyən sakinləri də 
Ayın doğmasını gözlər bu yerdə. 
O zaman onların azadlığı var, 
Göylərə sığmayan bir şadlığı var. 
Uçurlar ufuqdən üfuqə birdən, 
Lakin göz yumurlar şəfəqə birdən. 
O yeni münzəvi-qoca hörümçək 
Bucaqda torunu hörür gəzərək, 
Dam ustündə yaşıl kərtənkələlər 
Hər uçuq sütunda bir əqrəb gəzər. 
Ehtiyatlı ilan, keyfi özundə, 
 
289
Sürünür eyvanda səki üstundə, 
Bəzən bir-birinin içində olan 
Dairə şəklində düşür bu ilan. 
Bəzən yumaq kimi dolanır, yatır. 
Bəzən bir zol kimi uzanır, yatır. 
Döyüş meydanında sağ qurtulmayan 
Şəhid bir igidə gərək olmayan, 
Uzun vaxtdan bəri çöllərdə qalmış, 
Unudulmuş uzaq bir yerdə dalmış 
Polad qılınc kimi parlayır, keçən 
İllərin nişan yox keşməkeşindən. 
Hər yerdə kədərli bir başqalıq var, 
Vəhşi bir gözəllik nəzərə çarpar. 
Uzun əsrlərin qatı əlləri, 
Alt-üst eyləmişdir burda hər yeri, 
Heç bir şey Qudalın böyük adından 
Və gözəl qızından verməyir nişan. 
Fəqət gömüldüyü yerdə onların, 
Qayalar üstündə boz dumanların 
Seyrək arasından bu gün də belə, 
Müqəddəs qüdrətin köməkliyilə 
O kəlisa yenə durmuş, görünür. 
Qartallar başına dolanır, dönür. 
Onun bağlı, açıq dərvazaları 
Ağzında bəm-bəyaz qardan paltarı, 
Əsrlər boyunca qatı buzlardan 
Solmuş köksündə zirehi olan 
Qranit qayalar bəkləyir növbət. 
Uçqunlar sanki bir çağlayan olmuş. 
Sonra eyləyərək kəsbi-brudət 
Uçduqları yerdə donmuş, tutulmuş, 
Hərəsi bir yerdə donaraq yatır. 
Divarlar üstünü hey dumanladır. 
Xəbərçi küləklər, ordan əsərkən, 

 
290 
Sevimli mahnılar oxuyur bə'zən, 
Bə'zən çılğın kimi coşur, bağırır, 
Fit verir, yolçunu yoldan çağırır. 
O gözəl xramı görərim deyə, 
Uzaqdan buludlar gəlir səcdəyə. 
Məzar daşlarının ustundə fəqət, 
Ağlayıb tökən yox bir damla rəhmət. 
Kədərli Kazbekdə hər yalçın qaya 
Nə qədər hərisdir tutduğu hava. 
İnsanlar nə qədər etsə şikayət, 
Onların sükutu pozulmaz fəqət. 
 
 
Tərcümə edənləri: 
M. Müşfiq, R. Rza 
  
 
291


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə