M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə8/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

A. S. Puşkindən 
 
QARAÇILAR 
 
Qaraçılar küylü bir izdihamla 
Bessarabiyada çıxmışlar yola. 
Bu gün çay üstüdür düşdükləri yer, 
Yırtıq çadırlarda gecələyirlər. 
Bir azadlıq kimi şəndir göylərin 
Altında bunların sakit və dərin 
Yuxuya getməsi. Xalça asılmış 
Araba üstündən: külfət yığılmış; 
Nahar hazırlayır dövrə vuraraq, 
Çarxlar arasında yanır bir ocaq. 
Qarşıda parlayır şehli bir çayır, 
Orada yorulmuş atlar otlayır. 
Azad əl ayısı halı-halında, 
Uzanmış rahatca çadır dalında. 
Yarım yaxın yola hazırlaşan bu 
Sakit, dinc külfətin bütün qayğısı, 
Çocuq bağırtısı, qadın nəğməsi, 
Səyyar zindanların gurlayan səsi 
Nə qədər canlıdır bu çöldə, bilsən.., 
İştə bu köçəri tabor üstündən 
Bir rö'ya sükutu keçincə dərhal, 
Çölün sükutunu eyləyir ixlal 
Bir at kişnəməsi, köpək hürməsi; 
Artıq taborun da kəsilmiş səsi. 
Artıq hər tərəfdə keçmişdir odlar, 
Dərin bir səssizlik, seyrək buludlar 
İçindən süzülüb kədərin nuru, 
Parladır göylərdən sakit taboru. 
Fəqət bir çadırda yatmayır qoca 
Qarşıda getdikcə sönən bir ocaq 

 
224 
İsidib canını son hərarətlə, 
Uzanan çöllərə, baxır diqqətlə. 
Onun cavan qızı Gəzməyə getmiş, 
Azad dolaşmağı bir adət etmiş... 
O gələr; gecədir; ay da tutuldu; 
Girdi buludlara, görünməz oldu. 
Zemfira gəlməmiş, gəlməmiş hənuz, 
Oldu ixtiyarın xörəyi bumbuz. 
Budur gəlir, gəlir. İzincə ancaq, 
Bir gənc tə'qib edir onu qoşaraq
Bu gənc ixtiyara tanış deyildir. 
Zemfira ansızın: «Atacan! – deyir - 
Bu qonağı tapıb gətirmişəm mən 
Təpə dalındakı düzdə gəzərkən. 
Bizimlə burada qalmaq istəyir, 
O da bir qaraçı olmaq istəyir. 
Onu tə'qib edir hər yerdə qanun; 
Mən də rəfiqəsi olaram onun. 
Adı Alekodur; bilirəm hətta 
Arxamca qoşmağa hazırdır o da». 
 
Q o c a 
Çox şadam. Bizimlə səhərədək qal, 
Gecəni  yatıb da yorğunu al. 
Yaxud istər isən qal həmişəlik, 
Bu yurda bizimlə olarsan şərik. 
Yurd et çadırımı, sayəbanımı; 
Mən də çörəyimi, guzəranımı 
Hazıram səninlə təqsim etməyə, 
Sənə var-yoxumu fəda etməyə. 
Bizim ol, bir yerdə çalış bizimlə, 
Azad yoxsulluğa alış bizimlə. 
Dan yeri ağarar-ağarmaz səhər 
Biz bir arabada edəriz səfər; 
 
225
Sən də istədiyin sənətlə uğraş, 
İstərsən dəmir döy, istərsən dolaş 
Ayilə kəndləri, ya şərqi oxu. 
 
Aleko 
Qalıram! 
 
Zemfira 
    
Mənimdir, mənim, Aleko! 
Mümkündürmü onu məndən ayırmaq? 
Lakin keçdi gecə... yatmalı artıq. 
Bürüdü ətrafı bir kor qaranlıq, 
Göydə nə ay gülür, nə ulduz gulür. 
Gözümdən bir şirin yuxu tökülür... 
Səhərdir. Yerindən qalxıb yavaşca. 
Çadırın başına dolanır qoca. 
«Zemfira, qalx, oyan, səhər açıldı, 
Qalx, əziz qonağım, şəfəq saçıldı. 
Cocuqlar, yetişir bu nazlı uyqu!» 
İştə xalq içində vəlvələ qopdu, 
Çadırlar yığılıb, arabalar da 
Hərəkət etməyə durdu kənarda; 
Hər bir şey tərpəndi yerindən baxın 
Çöldə dalğalanıb yürüyür axın: 
Atıq səbətlərdə birər-ikişər 
Oynaq çocuqları daşır eninəklər. 
Bir yolu izləyir qocalar, yaşlar, 
Kişilər, qadınlar, qızlar, qardaşlar, 
Gurultu, patıldı, cənki nəğməsi, 
Ayı nəriltisi, zəncirin səsi. 
Qoyu, alabəzək cırımcındırlar, 
Bədənləri çıplaq çocuq, ixtiyar; 
Qalxır, dalğalanır hamının səsi, 
Təkər qıjırtısı, it hürüşməsi. 

 
226 
Hamsı tutqun, vəhşi, hamsı nizamsız, 
Hamsı da olduqca canlı, aramsız. 
Bu şad, bu sərkərdan həyata ancaq 
Bizim – dirilikdən büsbütün uzaq – 
Lətafətlərimiz, qulların acı 
Yeknəsəq nəğməsi kimi yabancı. 
Bir tutqunluq çöküb gəncin rənginə 
Hüznlə dalmışdı boş bir ənginə. 
Dərdinin səbəbi özünə gizli, 
Onu şərh etməyə gəlməzdi dili. 
Qaragöz Zemfira yanında əl'an, 
O artıq dünyada azad bir insan. 
Nəş'əli günəş də başı üstündə 
Cənub hüsnü ilə parlayır gündə. 
Gəncin ürəyini bəs nə ağrıdır? 
Bu hansı qayğıdır, hansı ağrıdır? 
Tanrı quşu cahanda 
İş bilməz, qayğı çəkməz. 
Həmişəlik bir yanda 
Özünə yuva tikməz. 
Dalların üzərində 
Mürgülər uzun gecə; 
Qanad çalar yerində 
Dan yeri sökülüncə. 
Dəm çəkə-çəkə dinlər 
Ansızın şövqə gələr, 
Başlar öz havasını, 
Səfalı yaz kedinçə 
Yay gözlənmədən gələr, 
Payız hülul edincə 
Ayaz gələr, çən gələr. 
İnsanlara işgəncə, 
İnsanlara acıdır 
Bu yerlər qış gəlincə, 
 
227
Quşlara yabançıdır. 
Göy dənizdən o üzə 
İsti diyara kimi 
Uçarlar süzə-süzə 
Gələn bahara kimi. 
O da öz yerindən artıq qovulmuş, 
Sanki bir köçəri, bir qayğısız quş 
Bir ümid yuvası hörə bilməyir, 
Könlünü heç şeyə verə bilməyir. 
Ona yollar açıq, ürəklər açıq, 
Açıldı üzünə hər bir alaçıq. 
O bütün gününü qalxıb yerindən 
Haqqa tapşırardı hər sabah erkən. 
Nə həyat qorxusu, nə dərdi vardı, 
Könlündə ətalət hər vaxt yaşardı. 
Sehirli bir şöhrət ulduzu bə'zən 
Onu çağırardı axıb süzərkən, 
Gah zinət, əyləncə, yerli-yerində 
Canlanardı onun nəzərlərində. 
Gurladı şimşəklər yalnız başında. 
Tufailar altında, gənclik yaşında; 
O, fəqət bunları saymaz durardı, 
Açıq havalarda mürkü vurardı. 
Ona yabançıydı baxtın varlığı 
Kor, məkirli baxtın hökümdarlığı, 
Onun itaətkar qəlbilə bə'zən 
Ehtiraslar necə oynardı, bilsən! 
Qaynayıb içində bu qasırqalar, 
Döyərdi köksünü güclü dalğalar! 
Onlar həmişəlik susmuşdu çoxdan? 
Onlar oyanacaq bir daha: dayan!.. 
 
Z em f i r a 
Əzizim, təəssüf etməyirmisən 

 
228 
Ki, atıb hər şeyi tərk elədin sən? 
 
A l ek o 
Mən nə tərk etmişəm? 
 
Zemfira 
Bilirsən nəyi: 
Vətən övladını, böyük bəldəyi. 
 
229
A l ek o 
Təəssüfmü, xayır! Bir dəfə bilsən: 
Bir dəfə keçsəydi təsəvvüründən 
Boğuq şəhərlərdə olan bağlılıq. 
Orda yığın-yığın insanlar yazıq, 
Görməzlər üzünü azad şənliyin 
Sərin səhərlərdə bir çəmənliyin, 
Tənəffüs etməzlər xoş qorxusundan; 
Orda həya qılır sevgidən insan, 
Fikirlər əzilib atılır orda, 
Azadlıq alınıb satılır orda, 
Bütlərin önündə başlar əyilir, 
Onların istəyi para və zəncir. 
Mən nə tərk etmişəm: həyəcan, xəyanət, 
Vəsvəsə, şikayət, zülüm, səfalət, 
Parlaq qabalığın ittihamını, 
Duyğusuz tə'qiblər izdihamını. 
 
Zemfira 
Yox, orda möhtəşəm salonlar da var, 
Orda ipək kimi əlvan xalçalar, 
Orda məclis, oyun, coşqun ziyafət, 
Zəngindir qızların taxdığı zinət! 
 
Aleko 
Nədir şəhərlərin nəş'ə tufanı? 
Sevdasız bir yerdə məsərrət hanı! 
Qızlarsa... onlardan artıqsan, ey qız, 
Bəzəksiz, incisiz, boğazaltısız! 
Dəyişmə nazlı yar, məlahətli yar! 
Mənimsə könlümdə bir diləyim var, 
Sevgimi, günümü səninlə bölmək, 
Könüllü sürgündə eşqinlə gülmək. 
 

 
230 
Qoca 
Sevirsən görürəm bizi içindən, 
Çıxsan da dövlətli bir xalq içindən; 
Azadlıq xoş gəlməz bəlli, çox kərə, 
Nazla, nəzakətlə böyüyənlərə... 
Bizim aramızda bir rəvayət var: 
Cənubdan birini nə zamansa çar, 
Bizim tərəflərə etmişdi sürgün. 
(Bir zaman bilirdim indi büsbütün 
Onun çətin adı çıxmış yadımdan). 
Bir az qocalsa da o qərib insan, 
Lakin canlı, cavan bir qəlbi vardı, 
Qabil, xoş nəfəsli bir nəğməkardı. 
Səsində suların gurultuları... 
Hər görən sevərdi bu ixtiyarı. 
Tuna sahilində yaşardı təkcə, 
Kimsənin qəlbpnə dəyməzdi tükcə. 
Xalqı nəğməsinə məftun edərdi, 
Bir şeyin könlündə olmazdı dərdi 
Kövrəkdi, ürkəkdi bir çocuq qədər... 
Balıq tutardılar, ov edərdilər 
Onun əvəzinə başqa adamlar. 
Gəlincə qara qış, sovrulunca qar 
Çay da, şaxta vurub buz bağlayınca 
Geyərdi kürkünü müqəddəs qoca. 
Bu yoxsul həyatın dərdinə naçar, 
Təhəmmül etmədi yazıq ixtiyar. 
Həyatı sərsəri, rəngi sapsarı... 
Özü deyirmiş ki, qəzəbli tanrı 
Cəza vermiş ona cinayət üstə. 
Bir nicat gözlərdn o hər nəfəsdə
Bu nicat gününü gözləyərək o, 
Uzaq vətənini özləyərək o, 
Dolaşıb Tunanın sahillərində, 
 
231
Boğulub qəlbinin niskillərində, 
Bədbəxt uzun-uzun fikir çəkərdi, 
Gözündən  od kimi yaşlar  tökərdi. 
İxtiyar dünyadan edincə rəhlət, 
Kimsəyə etmişdi böylə nəsihət: 
Haman bu torpağa yaxın olmayan 
Ölümilə belə sükun bulmayan 
Qonaqlar, bu yerdən onu alıb da 
Qəmli gəmiyini gömsün cənubda. 
 
Aleko 
Oğlunun taleyi böyləymiş əlbət, 
Ey möhtəşəm Roma ey gur səltənət! 
Tanrılar, sevgilər müğənnisi sən, 
Söylə əcəb nədir bu şöhrət, bu şə'n?! 
Nəsildən nəsilə keçən bir səda, 
Məzar uğultusu, alqış səsimi? 
Yoxsa bir tüstülü çadır altında 
Vəhşi qaraçının əfsanəsimi? 
 
İki il keçmişdi gəzirdi hala 
Həmən qaraçılar sakit taborla. 
Hər yerdə əvvəlki geniş azadlıq, 
Eyni qonaqcıllıq, eyni rahatlıq. 
Qurtulub şəhərin zəncirlərindən 
Aleko olmuşdu onlar kimi şən. 
Keçirir onlarla köçəri günlər, 
Bilməyirdi nədir təəssüf, kədər. 
Özü həmən adam... həmən ailə... 
Keçən illərini anmayır belə. 
Alışmış qaraçı məişətinə, 
Alışmış onların hər adətinə. 
Sevir yataqların kölgələrini, 
Yoxsul və ahəngli ləhcələrini. 

 
232 
Şirin cazibələr duyardı hər an 
Onların bu atil yaşayışından. 
Ayı zağasından düşərək uzaq, 
Olmuş bu çadıra qıllı bir qonaq, 
Kəndlərdə, yolların bir kənarında, 
Moldavan həyəti yaxınlarında, 
Usul izdihamın önündə indi 
Nərildəyib, zəicir gəmirmədəydi. 
Əsayə söykənib baxırdı qoca, 
Dəfini çalırdı tənbəl, ağırca. 
Gəzdirib heyvanı burda həvəslə, 
Aleko oxurdu bir dadlı səslə. 
Bir-bir adamlara yaxınlaşırdı, 
Zemfira könüllü xərac yığırdı. 
Çöküncə gecənin qaranlıqları, 
Üçü də bir yerdə bişirir darı; 
Hər şey öz yerində, ixtiyar yatmış, 
Çadır qaranlığa, sükuta batmış. 
 
Qoca bədənində donan qanını, 
Günəşə verərək bir ləzzət alır; 
Qızı oxur beşik yanında mahnı, 
Aleko dinləyib rəngi saralır. 
 
Zemfira 
Köhnə ər, dəhşətli ər
Doğra məni, kəs məni. 
Bıçaq olsun, od olsun, 
Qorxutmaz heç kəs məni. 
 
Səni görmək istəməm, 
Sənə çox nifrətim var. 
Dərdindən öldüyüm bir 
Gəncə məhəbbətim var. 
 
233
 
Aleko 
Sus artıq, oxuma, usandım, yetər! 
Dinləmək istəməm vəhşi nəğmələr, 
 
Zemfira 
Dinləməyirsənmi? Özün bilərsən, 
Nəğməni özümçün oxuyuram mən. 
Kəs məni, yandır məni, 
Açmam hüzurunda dil; 
Köhnə ər, dəhşətli ər, 
O sənə tanış deyil. 
 
O bahardan tazədir, 
Yay günlərindən sıcaq; 
Mənə vermiş könlünü. 
Həm cavandır, həm qoçaq! 
 
Mən onu oxşayırdım 
Gecə vaxtı çəməndə! 
Çal saçına gülürdük 
Uzaqdan o da, mən də! 
 
Aleko 
Zemfira, usandım, yetər! 
 
Zemfira 
Öyləmi, 
Deməli anladın mənim nəğməmi? 
 
Aleko 
Zemfira! 
 
Zemfira 

 
234 
Sinirlən, özün bilərsən, 
Nəğməmi səninçün oxuyuram mən 
(Gedərək oxuyur: köhnə ər, dəhşətli ər) 
 
Qoça 
Yaxşı yadımdadır, yaxşı yadımda, 
Bizim zəmanədə çıxmış bu hava, 
Oxuyur insanlar onu hər yerdə, 
Oxuyur toylarda, əyləncələrdə, 
Kağul düzlərindən geçərkən hamı, 
Arvadım Maryula bir qış axşamı, 
Yelləyib qızını ocaq yanında, 
Oxuyurdu bunu öz zamanında. 
Mənim xatirimdən keçən zamanlar 
Tutulub, üstünü alır dumanlar. 
Çox şeylər keçmişdir mənim başımdan. 
Şu nəğmə çıxmamış heç yaddaşımdan. 
 
Hər şeydə susqunluq, sakit bir gecə; 
Göylərdən bəzəyir ay incə-incə 
Cənubda lacivərd üfüqlərini, 
Dağıdır ətrafa şəfəqlərini. 
Zemfira qoçanı qaldırıb deyir: 
«Atacan, Aleko bərk inildəyir, 
Sanki sızıldayır yuxu içində. 
Ürəyim çırpınır qorxu içində». 
 
Qoca 
Sükutu hifz eylə, ona dəymə sən. 
Bir rus rəvayəti eşitmişəm mən: 
Bu gecə vaxtında bir ev ruhu var, 
Onun nəfəsini tənglədib boğar. 
O ruh çıxıb gedər sabah olunça, 
Gəl otur yanımda, darıxma bunca. 
 
235
 
Zemfira 
«Zemfira!» deyərək pıçıldayır o. 
 
Qoc a 
Arayır rö'yada səni Aleko. 
Onun gözlərində, qızım, duysana, 
Cahan bir yanadır, sən də bir yana. 
 
Zemfira 
Ona qarşı sevgim sönmüşdür artıq 
Darğınam, ürəyim istər azadalıq. 
Mən daha… sakit ol, dinlə, atacan, 
Başqa bir ad çıxdı dodaqlarından. 
 
Qoca 
Nə ad, kimin adı? 
 
Zemfira 
Bu səsi dinlə,  
Bu qırıq, bu boğuq nəfəsi dinlə.,. 
Onun iniltisi bütün xətərdir! 
Oyandırım onu! 
 
Qoca 
Məçcə hədərdir. 
Qovma, qızım, qovma gecə ruhunu, 
O gəlmiş, gedəcək. 
 
Zemfira 
Bir seyr et onu: 
Məni səsləyərək doğruldu hətta. 
Sən yat, mən gedirəm, mehriban ata, 
 

 
236 
Aleko 
Hardaydın? 
 
Zemfira 
Atamla  söhbət  edirdim. 
Hansı bir ruh isə, diqqət edirdim, 
Rö'yada ruhunu incitmədəydi. 
Sən məni qorxutdun, bilməm o nəydi? 
Diş qıcırdaraq məni uyquda 
Çağırdın. 
 
Aleko 
Görürdüm  səni  uyquda. 
Qorxunc xəyallarla yuxum dolmuşdu; 
Sanki aramızda bir şey olmuşdu... 
 
Zemfira  
Uğursuz rö'yaya gəl inanma çox. 
 
Aleko 
Ah, mənim bir şeyə inandığım yox. 
Nə bu ağır yuxu, nə dadlı və'dən, 
Hətta qəlbinə də inanmıram mən. 
 
Qoca 
Ey ağılsız çocuq, nə olmuş, nə var, 
Neyçindir çəkdiyin yanıqlı ahlar. 
Burda insan azad, gözlər də aydın. 
Gözəlliklə tapır şöhrət hər qadın. 
Ağlama qəm səni məhv edər bütün. 
 
Aleko 
Atacan, o məni sevməyir, düşün! 
 
 
237
Qoca 
Əzizim sakit ol, o bir çocuqdur. 
Sənin dərdinin də heç yeri yoxdur. 
Sən sevirsən onu, incə, çətincə, 
Fəqət qadınların ürəyi, məncə, 
Bənzər pək təbii bir əyləncəyə, 
Bir bax ustündəki lacivərd göyə, 
Dolaşıb altında sərazad qəmər, 
Ətrafa nurunu saçır bərabər. 
Hansı bir buludun içinə girsə, 
Onu işıldadır, ondan keçirsə, 
Özünü bir başqa buludda, lakin 
Orda da olamaz həmişə sakit. 
Kim məkan göstərər ona göylərdə 
Buyurub deyər ki, «dayan bu yerdə». 
Kim çavan qızların qəlbinə dəyər; 
Ancaq birini sev, sadiq ol deyər. 
Sakit ol! 
 
Aleko 
O məni sevərdi öncə! 
Mənə baş əyərdi o incə-incə. 
Çöllər səssizliyi içində birdik. 
Uzun gecələri xoş keçirirdik. 
Çocuq sevincilə dolu bir ürək. 
Bə'zən şirin-şirin kəkələyərək 
Könül oxşayıcı gülüşlərilə 
Təskinlik verici öpüşlərilə, 
Qəlbindən fikrimi vurub qovardı, 
Onun mehriban bir qılığı vardı. 
Keçmiş sədaqətlər indisə yoxdur. 
Ah, mənim Zemfiram mənə soyuqdur. 
 
Qoca 

 
238 
Qulaq as, çıxmamış hələ yadımdan, 
Bir qissə söyləyim öz həyatımdan. 
Keçmiş zamanlarda Tunayı, bilsən, 
Hələ moskovlular titrətməmişkən, – 
(Eh yenə çevrilib keçmişə daldım, 
Köhnə qüssələri yadıma saldım), 
– Onda biz soltandan qorxardıq yaman 
Akkermanın yüksək qalalarından 
Bucaqda bir paşa höküm sürərdi; 
Mən gəncdim, könlümün heç yoxdu dərdi; 
Yaşardım qüssədən, qayğıdan uzağ, 
Hənuz saçlarıma düşməmişdi ağ. 
Gözəllər içində birisi vardı, 
Mənə günəşləri xatırladardı. 
Nəhayət o gözəl mənə ad oldu. 
 
Ah, mənim gəncliyim mənə yad oldu. 
Bir an ulduz kimi tez axdı, keçdi. 
Sevgilim üzümə yan baxdı keçdi; 
Bir il sevdi məni yalnız Maryula. 
 
Bir dəfə rastlaşdıq başqa taborla, 
Kağul sularına yaxın civarda. 
Həmin söylədiyim qaraçılar da 
Bizim dağ döşündə çadır qurdular. 
Yalnız iki gecə orda durdular. 
Üçüncü geçəsi çıxıb getdilər, 
Başqa bir iqlimə səfər etdilər. 
Balaca qızını mənə tərk etdi, 
Varıb Maryula da onlarla getdi. 
Mən sakit yatmışdım; sökərkən şəfəq 
Oyandım, eşimi görmədim ancaq. 
Çağırdım, izini gəzdim, aradım, 
Zemfira ağladı, mən də ağladım. 
 
239
O gündən təklnyə çəkilərək mən 
Dünya gözəlləri düşmüş gözümdən. 
O gündən bir qıza könül vermədim, 
Tək qalıb kimsəylə gün keçirmədim. 
 
Aleko 
Bəs necə oldu ki, tələsmədin sən, 
Arvadın dalınca düşmədin həmən. 
Vəhşi qaraçının, xani arvadın 
Köksünə bir iti xəncər taxmadın? 
 
Qoca 
Nə gərək, bu gənclik hərcayi bir quş, 
Sevgi zəncirlərə haçaq tutulmuş? 
Sırayla verilir hər kəsə şadlıq; 
Olanlar bir daha olamaz artıq. 
 
Aleko 
Xayır, mən onlardan deyiləm; öncə 
Keçmərəm haqqımdan döyüşməyincə; 
Ürəyim tutamaz bununla aram, 
İntiqam alaram, əvəz, intiqam! 
Düşmənim dənizdə əlimə keçsə, 
Yatmış olsa belə o köməksizə 
Qıyıb, dalğalara onu atardım, 
Qəhqəhələr çəkib kama çatardım. 
Mənə uzun zaman onun düşməsi 
Andırardı gülünc, dadlı bir səsi. 
 
Gənc  qaraçı 
Bir daha, bir daha, bir dadlı busə! 
 
Zemfira 
Qorxuncdur, qısqancdır ərim, gələrsə.., 
 

 
240 
Qaraçı 
Ayrılıq eşqinə bir də, bir də gəl! 
 
Zemfira 
Əlvida, əlvida, çıxmadan əngəl. 
 
Qaraçı 
Haçaq görüşəriz söylə bir daha? 
 
Zemfira 
Təpə dalındakı məzar başında 
Bu gün ay batarkən. 
 
Qaraçı 
İnanmam, yalan! 
 
Zemfira 
Qaç gəlir. Gələrəm əzizim, inan! 
Aleko uyuyur. Fikrində oynar
Tutqun həyulalar, qorxunc rö'yalar. 
Birdən çığırtilə qalxar uyqudan, 
Qısqanc-qısqanc baxır, əsir qorxudan, 
Zülmətdə arayır nəysə əlləri, 
Soyuqdur yanında dostunun yeri. 
Onun sevgilisi indi uzaqda, 
Qalxıb qulaq verir yenə yataqda. 
Hər şey sakit əsir həyəcanından, 
Soyuq bir tər axır onun canından. 
Ansızın atılır çadırdan çölə, 
Araba yanında gəzir hirs ilə. 
Hər şey rahat, çöllər sükut içində 
Ay da ki, gizlənmiş bulud içində. 
Az-az ulduzlardan işıq saçılır, 
Az-az şeh üstündə izlər açılır, 
 
241
Birqurğana çıxan tanış izləri 
Tutaraq Aleko gedir irəli. 
Çox uzaqda deyil, yoldan az kənar 
Onun qarşısında ağarır məzar. 
Onu sürükləyir təpəyə sarı 
Taqəti kəsilən süst ayaqları. 
Ağır fikirlərlə qoşur irəli... 
Əsir dodaqları, əsir dizləri... 
Gedir... birdən-birə... uyuqdur  bəlkə, 
Orda görür iki yanaşı kölkə; 
Yaxın pıçıltılar eşidir həmən, 
O təhqir edilmiş uçuq qəbirdən. 
 
Birinci  səs 
Vaxtdır. 
 
İkinci  səs 
Dur bir az! 
 
Birinci  səs 
Vaxtdır, yetər! 
 
İkinci  səs 
Yox, yox, gezləyəlim sabaha qədər. 
Birinci  səs 
 
Gecikdik. 
 
İkinci  səs 
Sevgidə necə ürkəksən. 
Bir an da! 
 
Birinci  səs 
Sən məni məhv edəcəksən. 

 
242 
 
İkinci  səs 
Bir an da! 
 
Birinçi  səs 
Ya ərim oyansa mənsiz... 
 
Aleko 
Xayır, oyanmışam öyləcə sənsiz. 
Haraya? Dayanın, çox tələsməyin; 
Bu qəbir yaxşıdır hər ikinizçin. 
 
Zemfra 
Əzizim, durma, qaç! 
 
Aleko 
Gözəl gənc, dayan! 
Haydı, yıxıl yerə! 
(Bıçağı ona saplar) 
 
Zemfira      
Aleko! 
 
Qaraçı 
Aman!.. 
 
Zemfira 
Öldürərsən onu, Aleko, burax, 
Bütün üst başın qandır, bircə bax; 
Ah, sən nə eylədin?! 
 
Aleko 
Heç nə, indi gəl 
Eşqilə nəfəs al, eşqilə dincəl. 
 
243
 
Zemfira 
Lənət gəlsmn qara vəhşətlərinə, 
Bu alçaq, bu acı dəhşətlərinə, 
Səndən qorxmayıram. 
 
Aleko 
Sən də öl, gəbər!.. 
(Vurar) 
 
Zemfira 
Ölürəm sevərək. 
Dan yerp sökülür həp saçaq-saçaq, 
Təpə arxasında əlində bıçaq, 
Qızıl qan içində Aleko durmuş; 
Qəbir daşlarının üstə oturmuş, 
Qarşısında iki çənazə vardı; 
Qatilin üzündən dəhşət yağardı. 
Onun ətrafını almışdı darğın, 
Həyəcana gələn qəmli bir yığın. 
Orda qazılırdı dərin bir məzar, 
Qəmli dəstələrlə gəlib qadınlar, 
Solğun gözlərini, bu ölənlərin 
Öpüb, çəkirdilər ah dərin-dərin. 
Dilsiz kədərlərin içində orda, 
Yalnız oturmuşdu ixtiyar ata; 
Məhv olmuş qızına baxırdı, birdən 
Hər iki cənazə alındı yerdən, 
Gömüldü torpağın soyuq qoynuna. 
Aleko uzaqdan baxırdı buna. 
Onların üstünə sonuncu torpaq, 
Atılarkən, o da səssiz qalxaraq, 
Sarsılıb qaranlıq çökdü gözünd, 
Düşdü daş üstündən otlar üstünə. 

 
244 
İxtiyar yaxlaşıb dedi bu zaman: 
«Burax, burax bizi qürurlu insan! 
Biz vəhşiyiz, bizdə qanun, filan yox, 
Zülümdən, e'damdan bizdə nişan yox. 
Bizə nə inilti, nə qan gərəkdir; 
Nə də bir qan tökəp insan gərəkdir. 
Səncə, səninçindir yalnız hürriyyət, 
Sənə layiq deyml bu vəhşi qismət. 
Sənin səsin bizə qorxuncdur, apcaq, 
Bizim ürəyimiz şəfqətli, yumşaq. 
Ötkəmsən, kinlisən; taboru tərk et, 
Bağışla bizləri, saqlıqla qal, get!.. 
Deyib küylə qalxdı hamı yerpndən, 
Qorxunc düşərkənin vadilərindən, 
Bu köçəri tabor yollandı getdi, 
Uzaq steplərdə gözlərdəı itdi. 
Bir yırtıq xalçalı araba yalnız. 
Uğursuz səhrada qalmışdı yalnız. 
Bə'zən böylə olur qış qabağında, 
Dumanlı, çiskinlp səhər çağında, 
Qalxıb bir geçikən durna qatarı, 
Uçarkən, çöllərdə çənuba sarı, 
Ölüm  gülləsindən  biri  zəxm  alır, 
Qırıq qanadlarla sallanıb qalır. 
Gecəydi, hər tərəf, hər yer qaranlıq, 
Qaranlıq araba yanında artıq, 
Kimsə od qalayıb ocaq salmadı, 
Yatıb sübhə kimi nəfəs almadı. 
 
245
EPİLOQ 
 
Coşqun tərənnümün sehri 
Tutqun yaddaşımda canlanır həmən, 
Butün xatirəsi gəzdiyim yerin, 
Səfalı gunlərin, qəmli günlərin. 
 
Ordakı uğultu əksilməyirdi, 
Dəhşətli qovğalar kəsilməyirdi. 
Hakimlik hüdudu çəkib də ruslar, 
Ordakı İstambul qalmışdı naçar, 
Ordakı səsində keçmiş bir cəlal 
Yüksəlirdi bizim cift başlı qartal. 
Tuş gəldim o yerdə, o diyarda mən, 
Düşərkəsi qədim hüdudlarda mən, 
O sakit qaraçı taborlarına 
Əmin azadlığın yavrularına. 
Təbiətin yazıq oğulları, siz, 
Siz də zənn etməyin bəxtəvərsiniz! 
Yırtıq çadırnızın altında yaşar 
Sizin də can sıxan ağır uyqular. 
Sizin də acıdır güzaranınız, 
Çöllərdə köçəri sayəbanınız, 
Yenə hər tərəfdə mə'şum ehtiras, 
Taleyin əlindən qurtulmaq olmaz. 
 
Tərcumə  edənləri: M. Müşfiq, Ş. Abbasov 
 
 
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə