M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə7/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

PADŞAHLIĞI  İSTƏMƏSİ 
 
Qaranlıq gecə döndu artıq geri, 
Ağardı, qızardı gözəl dan yeri. 
Çıxınca qızıl taxtına şəhriyar, 
Onu görməyə gəldi İsfəndiyar. 
Yanında onun vardı xidmətçilər, 
Yağırdı üzündən, gözündən kədər. 
Yığılmış bütün ordu rəhbərləri
İgid pəhləvanlar, döyüş ərləri. 
Və mu'bidlər... həpsi boyun burdular, 
Şahın qarşısında divan qurdular. 
O qaplan vücudlu döyüşkən oğul, 
Danışdı yerindən mükəddər, mə'lul. 
Dedi: «Şahım, ol sahibi – ixtiyar! 
Səni tanrı qılsın böyük bəxtiyar! 
Sən oldun səbəb mehribanlıqlara, 
Şəfəq saldı taxtın qaranlıqlara. 
Atam, mən sənin ən kiçik bir qulun, 
Məramım məramın, yolumdur yolun. 
Din uğrunda Ərcasibin ordusu, 
Gəlib Çindən istərdi qursun pusu, 
Mən and içdim opda böyük tanrıya, 
Alarsa əgər bütləri kim saya, 
Kim eylərsə nifrət bizim yəzdana, 
Verib dürlü-dürlü cəzalar ona, 
Məni salmadan qopxu böhranları, 
Onu xəncərimlə bölüm tən yarı. 
Döyüşdə görər-görməz Ərcasibi, 
Qızıb nərə çəkdim pələnklər kibi. 
Mənim qəlbimə sən saçıb iztirab, 
Unutdun nədir qovğa, içdin şərab; 
Dəyişdin mənə qarşı birdən-birə; 

 
202 
Məni bağladın paslı bir zəncirə. 
Məni həbs edib, ey atam, dəjdə sən, 
Yad ellərdə düşdüm yaman dərdə mən. 
Gedib Zabilə bəlxi atdın nədən? 
Uyarmı məkər işrətə hər bədən? 
Hayıf, görmədin tiğ-Ərcasibi, 
Döyüşdə ölən şanlı Löhrasibi. 
Gəlib gördü Camasib mən bəstəyəm 
Və dustaqda çox qalmışam, xəstəyəm. 
Dedi şahlığın taxtı layiq sənə, 
Azadlıqçın etdi köməklik mənə. 
Ona söylədim ki, ağır bəndlərin, 
Mənə oldu tə'siri sonsuz dərin. 
Qiyamət günündə olub naləkar, 
Derim: zalımı qəhr et ey kirdigar! 
Mənə söyləmişdin: «Əlində xədəng. 
Gedib eylə düşmənlə meydanda cənk! 
Bizim qanları qoyma axsın hədər, 
Saçıb düşmənin ta başından şərər! 
Gələn oxlara vermişəm sinəni, 
Xilas eylə düşməndən həmşirəni! 
Vuruşlarda tapsan da, şayəd, zəval, 
Döyüş çöllərində ox at, nizə çal!». 
Nədən gəlmədin onların hərbinə, 
Köküs görmədin türklərin zərbinə? 
Məni bağladın zəncirə, anmadın, 
Tərəhhüm qılıb halıma yanmadın. 
Məni, Gümbədan dəjdə göndərdiniz, 
Məni verdiniz qəhr-əğyarə siz. 
Gətirmişdi Camasib ahəngəri 
Ki, üstümdən atsın ağır bəndləri. 
Bir az lakin, onlar gecikmişdilər. 
Acıqlı idi qəlbim qılınclar qədər. 
Vücudumdakı bəndləri mən açıb, 
 
203
Rəmə şahının nəzdinə tez qaçıb; 
Tamam eylədim düşməni xaksar, 
Bu işdən sevindi bizim şəhriyar. 
Əgər Həftxandan danışsam sana, 
Təəccüblər eylərsən əlbət ona. 
Qoyub yerdə başsız mən Ərcasibi, 
Ucaltdın bu dünyada Gəştasibi. 
Əsir oldu pəncəmdə erkək, qadın, 
Gətirdim cavahir, qızıl bir yığın. 
Bütün yaxşılıqlardan etdin həzər, 
Fəqət xəl'ətin oldu sonsuz kədər. 
Uyub andına, əhdü-peymanına, 
Baş əydim sənin hökmü-fərmanına. 
Dedim, bir də görsəm səni mən əgər
Gözümdə bu dünya olar cilvəgər. 
Olar büsbütün təxti-acım sənin, 
Olar şahlığım, bəlkə tacım sənin. 
Böyüklər yanında başım alçalır, 
Bu hala gülür düşmənim, əl çalır. 
Deyirlər hanı zər külahın, hanı? 
Xəzinən, böyük ordugahın, hanı? 
Nədən böylə avarə gəzməkdəyəm 
Nədən könlümü qəmlə üzməkdəyəm? 
Nə söylərsə şahlar edərlər yəqin, 
Nə oldu o peyman, o yüksək yəmin? 
– Nə cür ki, atan tacı vermiş sana, 
Bu gün sən də ver tacı öz oğluna!» 
 
 
GƏŞTASİBİN  İSFƏNDİYARA  CAVABI 
 
Baxıb söylədi oğluna şəhriyar: 
«Həqiqət yolundan, düşün kim qaçar? 
İşindən deyil çox bu saydıqların, 

 
204 
Böyük tanrı olsun pənahın, yarın. 
Bu gün bəlli, meydanda yox düşmənim, 
Açıqda və pünhanda yox düşmənim. 
O kimdir ki, qorxunla qıvrılmasın, 
Bədəndən yazıq ruhu sıyrılmasın. 
Zal oğlundan ayrı sənin qarşına, 
Çıxan bir nəfər yox, əyandır mana. 
O, dünyada heç kimsəni sanmayır, 
Özündən böyük bir nəfər anmayır. 
O, sağkən bütün Zabilistan onun, 
Və Ğəzneyn onun, Kabilistan onun. 
Böyükdür, igiddir, şücaətlidir, 
Mətindir, cəsurdur, fərasətlidir. 
Boyun əyməypr ömrü-fərmanıma, 
Qulaq asmayır əhdü-peymanıma. 
O, Keykavüsə öncə olmuş kölə, 
Öyünmüşdü ən sonra Xosrov ilə. 
O, Gəştasibi şəhriyar bilmədi, 
«Mənim tacım ondan böyükdür» dedi. 
Mənim hökmümə duymayıb ehtiyac, 
«Mənim olmalıydı – deyir: – təxtü-tac». 
Deyir: Rumda, Turanda hökmüm rəvan, 
Önümdə durar sanma bir pəhləvan. 
Eşitdinmi Löhrasibi, şəhriyar 
Edərkən böyük xösröv-namdar, 
Saçarkən hamı zər, qızıl taxtına, 
O torpaq saçıb küsdü öz baxtına. 
Boyunlar əyən şahın indində həp, 
Bağırmışdı bir gün həmən bədnəsəb 
Ki, Löhrasibi hər kəs sanar şəhriyar, 
Onu eylərəm ansızın xakisar. 
O madam ki, öz fe'lini qanmayır, 
O madam ki, əmrimlə davranmayır, 
Yəqin bəsləyir bir ədavət mana, 
 
205
Öyünməkdədir kəndi fərmanına. 
Edərkən hücum Bəlxə Ərcasib həmən, 
Olarkən bizim xalqımız naləzən, 
O, yoldan dönüb gəlmədi qovğaya, 
Bizi almadı onda Rüstəm saya. 
Nələr bəkləyirsən ədudən daha? 
Budur düşmənin yapdığı, qansana! 
Əl atmaq gərək Siyistan səmtinə, 
Füsunkar döyüşlər yaransın yenə! 
Çəkib gürzü hayqır, əl at xəncərə! 
Tutub Rüstəmi bağla zəncirlərə. 
At üstündə çırpınmasın bir ürək, 
Zəvarə, Fəramərz tutulsun gərək. 
Qəsəm! Ərzi qüvvətlə nurlandıran, 
Ayı parladan, ulduzu yandıran, 
O Zənd ilə Zərdüştün ayininə
Behi dinə, Nuşazərin dininə. 
Mənim istəyimcə dolansan əgər,  
Hökumətdən əl'an atan, əl çəkər. 
Olar təxt-zər, tacü-əfsər sənin, 
Xəzinə, bütun ordu, leşkər sənin!» 
Bu yolda cavab verdi İsfəndiyar 
Ki: – «Sən ey hünərvər, böyük şəhriyar, 
Böyüklər yolundan dönürsən nədən? 
Çıxarmaz böyüklər sözü ölçüdən. 
Sənin könlün hərgah vuruşmaq dilər, 
Hünərvər igidsən, budur çinlilər. 
Aparsan nə bir ixtiyar yaşıldan, 
Ona derdi Kavus arslan tutan. 
Qubadı, Mənuçöhri də gormüş  o, 
Bizim ölkəyə güc, işıq vermiş o. 
Ona ad verilmiş Xudavənd-Rəxş, 
Cahankirdi, arslandı, həm tacbəxş. 
O Xosrov zamanı bulub yüksəliş, 

 
206 
Sənin qüdrətindən ki, yüksəlməmiş? 
Bulunmazsa şahlarda əhdə vəfa, 
Nələr gözləyim, mən də səndən daha?» 
Cavab verdi öz oğluna şəhriyar 
Ki: – «Ey pəhləvan oğlu İsfəndiyar! 
O insan ki, üz döndərə tanrıdan, 
Küləklə onun əhdi birdir, inan! 
Gərək hal-Kavus əyandır sana, 
Yolundan azıb uydu bir şeytana. 
Qızılquşla yüksəldi ənginlərə, 
Nəhayət o Saridə düşdü yerə, 
Alıb divlərin pəncəsindən yenə, 
Çıxardı onu Rüstəm öz təxtinə. 
Səyavuş onun uğramış qəhrinə, 
Onu qoydu həsrət münəvvər günə, 
Böyük şaha düz baxmayan bir kəsin 
Keçilməz evi qarşısından yəqin. 
Oğul, istəyirsən əgər təxtü-tac, 
Qoşub Siyistan səmtinə ordu aç! 
Çatar-çatmazın Rüstəmi bəndə sal, 
Onu qarşıma qolları bağlı al. 
Zəvarə, Fəramərz, Dəstan-Sam, 
Çalış, qurmasınlar sənə hiylə-dam. 
Yayan sür, gətir onları qarşıma! 
Əsirlər görünsün bütün orduma, 
Ki, bundan belə hökmümüzdən daha, 
Çıxıb qaçmasın şir-nər, əjdaha». 
Acıqlandı bundan böyük pəhləvan, 
Dedi: –«Sürmə meydan, əzizim dayan! 
Atam, sən hara, Rüstəm-Zal hara? 
Sən İsfəndiyarçın tapırsan çara?.. 
Təəssüf edib şahlığın taxtına, 
Qıyırsan sən öz oğlunun baxtına. 
Qoy olsun sənin, taxt ilə tac-zər! 
 
207
Mənə bir bucaq, padişahım, yetər! 
Atam, mən sənin fikrini duymuşam
Kiçik bəndənəm, əmrinə uymuşam. 
Qoşar Siyistan səmtinə bəndəniz, 
Yapar kinli Xosrov, nə əmr etsəniz! 
Mənə üz verərsə fənalıq əgər,  
Səninlə qiyamətdə tanrım bilər. 
Daqılsa, sökülsə bütün kainat, 
Gedib Rüstəmə qarşı çallam qanat. 
– «Acıqlanma! – Gəştasib əmr eylədi, 
Kədərdən, qəzəbdən uzaqlaş!» – dedi. 
Dedi: – «Ey oğul, qıvrılıb yanma çox, 
Böyüklük bularsan, acıqlanma çox. 
Cəsur pəhləvanlar nə çox bizdə var, 
Qoşub topla haydı, çapar atlılar, 
Silah, ordu, dövlət... sənindir, sənin, 
Niçin sən sözümdən çıxarsan? Niçin?.. 
Nə lazım mənə sənsiz əsgər, zəfər, 
Böyük taxt ilə möhtəşəm tac-zər. 
Nədən qəlbini çulğamışdır təlaş, 
Qoşub Zabilistanda, oğlum, savaş! 
Yaxıb Siyistanı kül et ansızın, 
Qaralsın günəş, orda nur saçmasın!» 
Bu yolda cavab verdi İsfəndiyar: 
– «Mənim orduya ehtiyacımmı var? 
Fələk uddurubdur mənə çoxlu qan, 
Mənim varmı qorxum məgər ordudan?» 
Şahın təxtü-tacı, şahın sözləri, 
Onu titrədirdi dönərkən geri. 
Dili, ağzı titrək, fəqət pürvüqar, 
Çıxıb gəzdi eyvanda İsfəidiyar. 
 
 
 

 
208 
RÜSTƏM  VƏ  İSFƏNDİYARIN VURUŞMASI 
VƏ  İSFƏNDİYARIN  ÖLMƏSİ 
 
Söküb dan yeri doğdu parlaq günəş, 
Qaranlıqları boğdu parlaq günəş. 
Geyib hərbi paltar, böyük pəhləvan, 
Niyaz ilə yad eylədi tanrıdan. 
Minib dağ kimi nərrə pil
1
 üstünə, 
O kəşti kimi çıxdı Nil üstünə. 
Çatınca böyük orduya namdar, 
Deyirdi: «Hanı, nerdə İsfəndiyar?» 
Onun qəlbi olmuşdu pək şadiman, 
Ciyərdən çəkib nə'rələr pəhləvan: 
– «Ey arslan ürəkli, neçin yatmısan? 
Minib Rəxşə, Rüstəm hazırdır, oyan. 
Ayıl uyqudan, haydı qalx, hərbə qoş! 
Mənimlə savaş- haydı meydanda coş!» 
Eşitdi bu avazı İsfəndiyar, 
Onun gözlərində cavan oldu tar. 
Dedi: – «Ey Pəşutən, bu dünyada şir 
Olan yerdə əfsunçu olmaz dilir. 
Güman etməyirdim ki, Rüstəm geri 
Dönüb, birdə görsün bizim yerləri. 
Vücudunda peykanlarım Gəzdi çox, 
Kənar olmadı bəlkə Rəxşindən ox. 
Deyirlər hər əfsunçu, hər cadugər, 
Əgər meyli olsa, günəş fəth edər. 
Acıqlansa hətta canından geçər, 
Gözündən böyüklük tamamən düşər». 
Pəşutən töküb göz yaşı biməcal, 
«Qoy olsun, – dedi; – düşmənin payimal. 
Nədən sən bu gün böylə pəjmürdəsən? 
Məgər uyqusuzmu, sovuşmuş gecən? 
                                                           
1
 Пил– фил. 
 
209
Nədəddir cahanda iki pəhləvan 
Çəkir dərdü-qəm, gülməyir bir zaman? 
Kimin baxtı, bilməm, olub kəcmədar 
Ki, qəlbində qəmlər ələmlər duyar?» 
Dəmir covşəni keydi İsfəndiyar, 
Çatıb Rüstəmi gördü ol namdar; 
Özündən çıxıb etdi cuş ansızın, 
Dedi: – «Yer üzündən silinsin adın! 
Dünən yoxdu meydanda ağzın sənin, 
Nə rə'yin, nə huşun, nə məğzin sənin! 
Unutdunmu son arslanın hərbini? 
Sənə vurduğum oxların zərbini? 
Gedib eylədin cadu, gəldin yenə, 
Bu arslan ürəkli igid cənkinə. 
Dirilti səni Zalın əfsunları, 
Unutdunmu atəşli peykanları?! 
Tökər oxlarım indi al qanını, 
Atan da xilas eyləməz canını. 
Bu saat səni eylərəm payimal, 
Tökər göz yaşı iftiraqınla Zal». 
Cavab verdi Rüstəm: – «Ey İsfəndiyar! 
Səni yormamışdır döyüş, karüzar. 
Sanırsan ki, mən cənk üçün gəlmişəm? 
Bu gün üzr ilə nənk üçün gəlmişəm. 
Saqın çarxı dövr etdirəp tanrıdan! 
İtirmə sən öz ağlını, pəhləvan! 
Mənimlə savaşmasa məqsəd əgər, 
Gözün, ağlın olmuş nə cür dərbədər? 
Qəsəm şanlı Zərdüştə yüz min kərə, 
Və Nuşazərə, şən, böyük Azərə. 
Qəsəm Zənd-Avestə, günəşlə aya, 
Sənin əqlü-ruhunda yoxdur ziya. 
Gəlib bir daha süfrəmi gör mənim, 
Nədən olmusan boş yerə düşmənim? 

 
210 
Töküm yığdığım gənci mən qarşına 
Ki, illərlə zəhmət çəkilmiş ona. 
Bütün bunları yükləyim atlara, 
Apar, get, aparmaq dilərsən hara, 
Bərabər səninlə edib mən səfər, 
Gedək Şahnişinə, dilərsən əgər. 
Əgər istəsə, şah məni saxlayar, 
Əgər istəməzsə, edər xaksar. 
Qulaq ver ki, Dara nələr söyləmiş, 
«Bəşər olmalı bəxtəvər» söyləmiş. 
Səninçin ömürlük bulum çarələr 
Ki, qəlbin döyüşlərdən etsin həzər. 
Nədən qəlbin olmuş ağır daş kimi? 
Nədən hərbə olmuş da sirdaş kimi? 
Qəsəm şanlı yəzdanə, min bir qəsəm. 
Çəkilsən döyüşdən bularsan kərəm». 
Bu yolda cavab verdi İsfəndiyar: 
– «Döyüşdə mənim, sanma, əqlim qaçar. 
Nə çox bəhs edirsən yeməkdən mənə? 
Yaraşmaz ki, zatən barışmaq sənə! 
Dilərsən sovuşsun başından xətər, 
Budur mən, budur sən, budur bəndlər!» 
Yenə söylədi Rüstəm: – «Ey şəhriyar! 
Yetər, olma haqsız, dayan, tut qərar! 
Məni qılma bədnam, özün olma xar! 
Fəna bir nəticə verər karüzar. 
Əgər istəsən kövhər-şahvar, 
Əgər istəsən əfsər, ey namdar! 
Əgər istəsən min çocuq, min kəniz, 
Əta eylərəm mən sənə şübhəsiz! 
Nəriman ilə, Sam ilə Zalın, həp, 
Bütün gənci olsun sənin malın həp. 
Bütün bunları mən töküm qarşına, 
Qulamlar pərəstişlər etsin sana. 
 
211
Səninlə bərabər gedim mən yenə, 
O kinli, qəzəbli şahın nəzdinə. 
Ürəkdən çıxar kini, ey şəhriyar! 
Bu əhriməni et özündən kənar!» 
Dedi Rüstəmə böylə İsfəndiyar: 
– «Nə çox söylənirsən sən, ey- nabəkar! 
Deyirsən ki, yəzdan yolundan çıxım? 
Şahənşah-dövran yolundan çıxım? 
Şahın kim yolundan çıxarsa əgər,  
O yəzdanə etməz belə səcdələr. 
Fəna sözdən əl çək, yetər, sus daha! 
Budur hərbü meydan, deyilsən rəha». 
Baxıb gördü Rüstəm nəsihətləri, 
Onu öz yolundan çevirməz geri. 
Coşub söylədi: – «Qoy Pəşutən bu gün 
Gəlib işlərə şahid olsun bütün, 
Ki, mən yaxşılıqlar edərkən sənə, 
Fəqət sənsə, asi kəsildin mənə. 
O bilsin nahaq yerdə qan tökmərəm, 
Yolumlan dilimdən heç əl çəkmərəm» 
Bu sözdən gülümsündü İsfəndiyar, 
Ona söylədi: – «Ey böyük namdar! 
Bəhanən əkilməksə, boş sözləri 
Burax, mən döyüşdən çəkilməm geri. 
Pəşutən uzaqmı bilər bunları? 
Oxur hər tərəfdə bu dastanları». 
«Pəşutən, Pəşutən! dedi. Gəl bəri!» 
Bərəldi həmən Rüstəmin gözləri. 
Pəşutənçin açdı o əsrarü-raz, 
Dedi: – «Ey böyük pak dil, sərfəraz! 
Mən İsfəndiyara bu dünya qədər 
Öyüd verdim, oldu bütün bisəmər. 
Görürsən ki, məndə deyildir qüsur, 
Ölərsə, müqəssir tamamən odur. 

 
212 
Əlimdə əgər eyləsə tərk-can, 
Sən et ənçümənlərdə bir-bir bəyan 
Ki, Rüstəm ona etdi çox pəndlər, 
Nəsihətləri oldu həp bisəmər». 
Çəkib nakahan nə'rə İsfəndiyar, 
Dedi: – «Çox danışmaqda mə'namı var? 
Döyüşdən, vuruşdan danış! Lafı at! 
Yetər qaldı səndənbu şöhrətli ad». 
Ayıltdı döyüş sözləri Rüstəmi, 
Yəqin etdi gəlmişdir hərbin dəmi. 
Kamanə qoyub ansızın yulğunu, 
Suvarmışdılar ab-rəzlə onu. 
Oxu qoydu Rüstəm kamana həmən 
Və dalğın baxıb asimana həmən 
Dedi: – «Ey günəşlə aya nur verən! 
Bütün kainata yol, iz göstərən! 
Görürsən mənim qüdsi amalımı, 
Bilirsən mənim könlümü, halımı. 
Çalışdım: döyüşdən bu İsfəndiyar, 
Çəkilsin, onun olmasın baxtı tar. 
Fəqət haqqı, vicdanı atmış, atır, 
Mənə iştə mərdlik, igidlik satır. 
Bunu sanma əsla mənimçin günah, 
Əya, ey işıqlar saçan padşah!» 
Görüb Rüstəmi oldu işdən uzaq, 
Savaşdan, vuruşdan, döyüşdən uzaq, 
Dedi: – «Ey böyük Rüstəm-namdar! 
Nədən durmusan? Bax, budur karzar! 
Görərsən həmən tir-Gəştasibi, 
İti, qanlı peykan-Löhrasibi». 
Kaman əldə hayqırdı birdən yenə, 
Bir ox atdı tez Rüstəmin tərkinə. 
Necə əmr qılmışdı simurq ona, 
Təhəmtən kamanı basıb qoynuna, 
 
213
Vurub gözlərindən ona etdi xar, 
Qaraldı cahan, sandı İsfəndiyar. 
Dikildi onun gözləri bir oxa, 
Füzunlaşdı qəlbində kinlər daha. 
Əyildi yerə sərv tək qaməti, 
Pozuldu tamam ağlının rö'yəti. 
Baş əydi yerə şah-yəzdanpərəst, 
Kamanı əlindən düşüb oldu pəst. 
Yapışdı yalından atın bir zaman, 
Gözündən həmən ləl tək axdı qan. 
Dedi Rüstəm: – «Ey qanlı İsfəndiyar! 
Göyərdi sənin əkdiyin hər nə var. 
O səndinmi derdin ki, «tuncdur canım, 
Göyü mən yerə endirən insanım». 
Mənə dəydi səndən yüz altmış xədəng, 
Fəqət qoymadı inləyim namü-nəng. 
Dəyincə sənə bir ağac, ox haman, 
Yəhərdə yatıb söylədin «əl'əman!» 
Bir oxla çəkildin döyüşdən neçin? 
Bununla pozuldu bütün şöhrətin. 
Bu saat başın yaslanar torpağa
Anan baş ucunda dönər yarpağa!» 
Dönərkən geri ordudan şanlı şah, 
Yixıldı atından yerə, çəkdi ah. 
Bir az qaldı səssiz, ayıldı yenə, 
Həmən qoydu üz torpağın üstünə. 
Çəkincə gözündən oxu bir yana, 
Bulaşdı oxun şəhpəri al qana. 
Çatarkən bu qəmgin xəbər Bəhmənə, 
Hücum etdi yüz min kədər Bəhmənə. 
Pəşutən dedi: – «Anla ki, indi biz, 
Bu gündən belə qəmliyiz, dərdliyiz. 
Bu gündən yıxıldı yerə küclü fil, 
Gözündə bu dünya dumanlandı, bil». 

 
214 
«Nə olmuş?» – deyə pəhləvani-zaman, 
Onu görməyə qaçdılar tez yayan. 
Onun çevrəsi qanlıdır, baxdılar, 
Əlində xədəngdən qızıl qan sızar. 
Pəşutən çəkib yırtdı öz köksünü, 
Başa saçdı torpaq, ucaldı ünü. 
Bu halətda Bəhmən yıxıldı yerə 
Və simasını sürtdü al dəmlərə
1
.  
Pəşutən dedi:  – «Olsa sirr-cahan, 
Onu tanrıdan başqa kimdir qanan? 
Bax, ey kainatın qoca tanrısı! 
Ayın, ulduzun ey uca tanrısı! 
Din uğrunda ərlik edən namdar, 
Qılınclar çalan şanlı İsfəndiyar; 
Cahanı edib bütpərəstdən təmiz, 
Əl açmazdı zülmə, bilir, ölkəmiz. 
Cavan yaşlarında həlak oldu, bax! 
Başında qızıl tacı xak oldu, bax!» 
Cavanlar həmən dörd yanın aldılar, 
Ona qəmli-qəmli nəzər saldılar. 
Silinib üz-gözündən axan qanları, 
Pəşutən də qaldırmış  əfqanları. 
Baxıb söyləyirdi: – «Ey İsfəndiyar, 
Cahan sarsıdan, ey qoçaq şəhriyar! 
Sənin tək döyüşkən dağı yıxdı kim? 
İgid arslanım, köksünə çıxdı kim? 
Kimin qəhrinə keçdi dəndani-pil? 
Nədən dalğalandı bu dəryayi-Nil? 
Günü tar edən böylə kimdi əcəb? 
Səni xar edən, söylə, kimdi əcəb? 
Yanan şəm'i, bilməm, neçin yıxdılar? 
Böyük dudmanı neçin yıxdılar? 
Sənə dəydi nerdən əcəb bədnəzər? 
                                                           
1
 Дямляря – ганлара 
 
215
Görüm, düşməni olmasın bəxtəvər. 
Bu taxtın, bu tacın üzü gülməsin, 
Onu anmasın könlüm, heç bilməsin. 
Bununçun düşüb torpağa oldu xar, 
Sənin tək böyük pəhləvan şəhriyar. 
Düşuncəylə ərz etdi İsfəndiyar: 
– «Sən ey arif insan, sən ey xoşgüzar! 
Mənimçin fəğan çəkmə! Yaş tökmə sən! 
Pozulmaz, bilirsən, fələkdən gələn, 
Ölən torpağın bağrına yaslanar, 
Səni ölməyin etməsin naləkar. 
O Cəmşid, Fəridunu-huşəng-nər... 
Küləklər kimi əsdilər, keçdilər. 
O mutlu, o qüdrətli əcdadımız, 
O qutlu, o şövkətli əcdadımız: 
Bizə hər şeyi tərk edib getdilər, 
Vəfasız fələkdən vəfa kim dilər? 
Dolandım bu dünyanı gizlin, açıq, 
Dolandım firavan, dolandım saçıq. 
Böyük tanrıya xidmət olsun deyə, 
Bəşər doğru yol bəlkə bulsun deyə, 
Mənim sözlərim oldu pək şö'ləbar. 
Fəna əhrimən oldu pəncəmdə xar. 
Fəqət bükdü dövran çəlik pəncəmi, 
Bir ahunu tutdu bir arslan çəmi!» 
  

 
216 
SULTAN MAHMUD 
HAQQINDA HƏCV 
 
Ölkələr fatehi ey Mahmud Sultan! 
Kimsədən qorxmasan, qorx da tanrıdan! 
Səndən əvvəl gələn şahlar da vardı, 
Həpsi böyük-böyük tacidarlardı. 
Səndən də yüksəkdi onların yeri, 
Ordusu, dövləti, taxtı, əfsəri. 
Yaxşılıq, doğruluq göstərmişdilər, 
Onlar əyriliyə son vermişdilər. 
Onlar zirdəstə yardımlar etmiş, 
Pak olan yəzdanın yolu ilə getmiş. 
Onlar çalışdılar qazansınlar nam, 
Bununla bulsunlar gözəl sərəncam. 
O şah ki, qoşmada altun peşincə, 
Böyüklər gözündə alçalar məncə. 
Güvənib taxtına, tacına əl'an, 
Mənə deyəcəksən: «nədir bu hədyan?» 
Xəbərin yoxmudur kəskin üzümdən? 
Məgər qorxmayırsan qılınc sözümdən? 
Məni uğursuzmu, dinsizmi qandın? 
Bu igid arslanı qoyunmu sandın? 
Deyirlər Əliyə, Nəbiyə dair 
Yazaraq, yüksəldi bu qaba şair. 
Kimin ki, Əliylə düşmənliyi var, 
Hər iki dünyada olaçaqdır xar, 
Əl çəkməm onların bəndəliyindən, 
Əgər parça-parça doğransam da mən. 
Dönməm sevgisindən bu iki şahın, 
Başımı kəssə də qılıncı şahın. 
Ançaq biclər olar onlara düşman, 
Yaxar onları da atəşdə yəzdan. 
Mən kiməm? Nəbinin bir kiçik qulu, 
 
217
Yolumdur hər zaman Əlinin yolu. 
Fil ayaqlarında fil kimi məni, 
Axıtmaq istərsən Nil kimi məni? 
Mən qorxmam, ürəyim olduqca nəvvar: 
Onda Əli şövqü, Nəbi eşqi var. 
O böyük tanrıdan vəhy gətirən, 
Əmrlər gətirən, nəhy gətirən 
Peyğəmbər demişdi: «Olmayın asi! 
Mən elmin şəhriyəm, Əli qapısı». 
Demiş bu sözləri böyük peyğəmbər. 
Hala qulaqların səsini dinlər. 
Əgər bulunsaydı ağlın, tədbirin, 
Əlinin yanında olardı yerin. 
Öluncə dönmərəm bu məsləkimdən, 
Heydər ayağının torpağıyam mən. 
Toxunmaq istəməm bir özkəsinə, 
Mənim bu qapıda deyəcəyim nə! 
Mahmud Sultan əgər geçərsə bundan, 
Bir arpa dəyəri gözlənməz ondan. 
Başqa bir sarayda Əli, Peyğəmbər 
Tanrının əmriylə qoyar tac-zər. 
Onlarçın yazaram dastan, hekayət, 
Yüz Mahmud edərəm bəlkə himayət. 
Durduqca sultanlar, durduqca dünya, 
Şahlar pəyamımı alarlar saya. 
Bilərlər Firdovsi, o əsil şair 
Yazmamış naməni Mahmuda dair. 
Əlinin, Nəbinin yazdım adından, 
Dür yağar şerimin hər qanadından. 
Dünyaya Firdovsi gəlməmiş hənuz, 
Nə yazıq, taleyi çıxmış uğursuz. 
Nə yazıq, naməmə baxmadan bir an, 
Fəna dillər sizi çıxardı yoldan. 
Ey mənim şe'rimə xor baxan insan! 

 
218 
Tutmasın əlimdən bu çərx-dövran. 
Mən keçən şahları aldım dastana, 
Gözəl sözlərimi saldım dastana, 
Ömrüm yaxlaşınca mənim həştada, 
Ümidim sarsıldı, sovruldu bada. 
Xəzinə şövqüylə yüksək sarayda, 
Otuz il çalışdım, bulmadım fayda, 
Yazmışam altmış min şaqraq beytlər, 
Həpsində çarpışma səsləri gürlər. 
Xəncərdən, qılıncdan, oxdan, kamandan, 
Kupaldan, zirehdən, tozdan, dumandan, 
Toppuzdan, qalxandan, qaftandan yazdım; 
Dənizdən, qaradan... hər yandan yazdım, 
Yazdım canavardan, şirdən, pələngdən, 
Divdən, əjdahadan, fildən, nəhəngdən, 
İfritdən, hiylədən, cadudan, quldan, 
Onların səsilə titrədi cahan. 
Yazdım meydandakı pəhləvanları, 
Döyüşdən dəm vuran qəhrəmanları. 
Yazdım igidləkdən, dərin girdabdan
Tur ilə Səlmdən, Əfrasiyabdan. 
Yazdım Firidunu, Keyqubadı həp. 
Zöhhakın etdiyi istibdadı həp 
Samın, Gəştasibni, Nərimanın mən. 
Yazdım dürlü-dürlü döyüşlərindən. 
Divbənd Təhmurəsi saldım dastana, 
Yazdım Mənuçöhri, Huşəngi sana. 
Bəhs etdim Cəmşidin qoçaqlığından, 
Sonsuz şöhrətindən, ucalığından. 
Kavusdan, Xosrovdan, tac verənlərdən, 
Zal oğlu Rüstəmdən, tunc bədənlərdən. 
Səksan pəhləvandan, Gudərzdən yazdım, 
Hər atlıdan yazdım, hər düzdən yazdım, 
Yazdım şücaətli Löhrasib şahı, 
 
219
Qoşunlu, leşkərli Gəştasib şahı. 
Münəccim Camasibin işini yazdım, 
Aydan parlaq olan kişini yazdım. 
Daranı, Darabı, Bəhməni aldım, 
Böyük İskəndəri kitaba saldım. 
Qurdum Ərdəşirə, Şapura dastan, 
Yazdım Bəhram ilə Nuşirəvandan. 
Pərvizi, Qubadı, hörmüzü yazdım, 
O böyük Xosrov Pərvizi yazdım. 
Bu adlı igidlər, bu çarpışanlar, 
Onlardan ki, verdim sənə nişanlar. 
Ölüb getmişdilər dünya üzündən, 
Yeni can buldular şair sözündən. 
İsa tək onları sözlə diriltdim, 
Yenidən həpsini namdar etdim. 
Mənim bəndəliyim, bax ey şəhriyar 
Qalacaq dünyada səndən yadikar! 
Möhtəşəm binalar xarab olacaq, 
Günəşdən, yağışdan həpsi solacaq. 
Mən yapdım şeirdən yüksək bir bina, 
Küləklər, yağışlar toxunmaz ona. 
Geçəcək ömürlər, geçəcək illər, 
Səsləyəcək məni ölkələr, ellər! 
Ümid çiçəklərim açmadı bir an, 
Bunu gözləməzdim şahlar şahından. 
Alçaqlar olmasın əsla bəxtiyar, 
Gözəl sözlərimi fəna sandılar. 
Məni şah yanında kim yamanlatdı! 
İşıqlı ulduzu kim dumanlatdı! 
Bir münsif olaydı, deyəydi mana, 
Hər bəla dilindən gəlir başına. 
Saçdım söz toxmunu bütün cahana, 
Cahan sözlərimlə döndü rizvana. 
Çox gəlmiş dünyaya şeir deyənlər, 

 
220 
Yazmışlar göydəki ulduzlar qədər. 
Onlar çoxdursa da, lakin heç biri 
Yazmamış Firdovsi yazdığı şe'ri. 
Otuz il çalışdım, ömür sərf etdim, 
Sözümlə Əcəmi gəldim diriltdim. 
Olmasaydı şahın əli bərk əgər,  
Olmazdı məskənim bu quru yerlər. 
Çirkin varlıların üzü gülməsin, 
Dünyada comərdlər darlıq bilməsin! 
Şahda bulunsaydı əgər mə'rifət, 
Məni alçaltmazdı bu qədər əlbət. 
Deyildi tacidar şahın əcdadı, 
O tac geyənləri xatırlamadı. 
Olsaydı atası şahın şah əgər,  
Qoyardı başıma mənim tac-zər. 
Sultanın anası olsaydı xatun, 
Üzümə çıxardı gümüşlə altun. 
Nəcabəti böyük olmadığından, 
Ucalıq, böyüklük bəklənməz ondan. 
Şahnamə üstündə otuz il tamam 
Çalışdım, alayım xəzinə, ən'am 
Ki, Sultanım mənə eyləsin niyaz, 
İgidlər içində qılsın sərəfraz, 
Ərmağan almadım, oldum dərbədər, 
Ərmağanım oldu bir füqa qədər. 
Aldım xəzpnədən bir füqa pulu, 
Xərclədim etmədən mən yarqa yolu. 
Artıq nə gözlənsin bu şəhriyardan, 
Bu dinsiz, bu yolsuz xəyanətkardan! 
Bir qulam oğlundan nə ummaq olar? 
Hərçənd atası da olmuş şəhriyar. 
Fəna insanlardan dünyada, artıq, 
Kim gözlərsə əgər ümid, yaxşılıq, 
Kələfin ucunu itirmiş olar, 
 
221
Qoynunda yatağan gəzdirmiş olar. 
Acı bir ağacı cənnətdə əksən, 
Gözünü verdiyi meyvəyə tiksən, 
Sirab etsən onu cənnət suyundan, 
Əsirgəməsən də şəhd-nab ondan, 
İnan ki, bunların yoxdur əlacı, 
Meyvəsi olacaq nəhayət acı. 
Ətirçi yanında dolaşsan əgər,  
Üstündən, başından saçılar ənbər. 
Hər kəs kömürçünün yanından keçsə, 
Şübhəsiz qayıtmaz batmadan hisə. 
Fənada yaxşılıq bulunarmı heç! 
Gecədən qaranlıq alınarmı heç! 
Alçağın peymanı, sözü sağ olmaz, 
Zəncini yumaqla üzü ağ olmaz. 
Bədəsil adama göz dikmə nahaq, 
Saçma hədər yerə gözünə torpaq. 
Onu haq yaratmış böylə əzəldən, 
Bu yəzdan işidir, nə gələr əldən? 
Böyüklük, ucalıq olmaz ki, sözlə?! 
İki yüz sözdənsə, yarım iş izlə! 
Şahın nəcabəti olsaydı təmiz, 
Mə'rifət yolunu tutardı əziz. 
Şahların yolundan, böyük Rustəmdən, 
Çox sözlər söylədim mən həmən-həmən. 
Nədənsə baxmadı şahım bunlara, 
Kəsildp ömrümün günləri qara. 
Odur ki, yazmışam mən bu sözləri, 
Anlasın, açılsın şahın gözləri. 
Etdim sözlərimlə Sultana töhmət, 
Anlasın ki, nədir öyüd, nəsihət, 
Kəndi hörmətini qansın bir kərə, 
Sıxıntı verməsin bu şairlərə. 
Şair incidimn həcvə tez qoşar, 
1   2   3   4   5   6   7   8   9   10   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə