M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə6/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

A. S. Puşkindən 
 
POLTAVA 
 
(Poemanın birnini nəğməsindən bir parça) 
 
Yalnızdır Qoçubəy şöhrətdə, varda, 
Onundur görünən bu çayır, çəmən; 
Onun ilxı-ilxı atları orda 
Azadə otlayır, heç güdülmədən. 
Onun bağçaları çulğayıb sarır 
Bütün xutorları. Bu aralıqda 
O həddən ziyadə bir sərvətdardır; 
Xəzi var, atlası, gümüşü vardır 
Onun həm açıqda, həm basdırdıqda. 
Qoçubəy varlıdır, Qoçubəy məğrur
Nə uzun yeləli ilxı atilə, 
Nə bu sıra-sıra evlərlə məşhur, 
Nə Krımın altun xəracətilə; 
Ancaq gözəl-göyçək bir qızilə tək, 
Öyünür, fəxr edir qoca Qoçubəy. 
 
Bütün Poltavada bilənlər bilir, 
Gözəllər içində Mariya yalnız. 
Bahar çiçəyindən təravətlidir 
Palıd kölgəsində bəslənmiş bu qız. 
Kiyev sərvi kimi ucadır boyu, 
Bəzən sallanaraq sonalar kimi, 
Öylə bil yararaq bir əngin suyu 
Nazlı-nazlı üzür. Bə'zəm bir ahu 
Şövqilə qaçmağa meyli var kimi. 
Onun köpük kimi köksü ağappaq 
Və yüksək alnının çevrəsində bağ, 
Bir bulud kimidir qara hörüklər, 

 
178 
Axır parlayaraq ulduz gözləri; 
Dodaqları qönçə bir gülə bənzər. 
Bununla bitməyir gözəllikləri, 
Bu ani rənglərdir! gənc Mariyaya 
Tə'riflər söylənir dillər içində, 
Ağlı, ağırlığı ellər içində, 
Deyirlər, gələsi deyildir saya. 
Odur ki, çox gəlir görkəmli gənçlər 
Ona Rusiyadan, Ukrainadan; 
Zənçirdən qaçdığı kimi yan gəzər 
Gəlin əklilindən Mariya hər an. 
O bütün gənclərə rədd cavab verir, 
Ona Hetman özü elçi göndərir. 
 
O fəqət qocadır, ömrünü sürmüş, 
Qovğalar, qayğılar, acılar görmüş. 
İçində arzular qaynaşır yenə, 
Mazepa sevgilə uğraşır yenə. 
 
Cavan bir ürəyin adətidir bu, 
Bir anın içində tez yanır, sönür. 
Qəlbində sevgisi keçmədən dönür, 
Hər gün daşıdığı bir başqa duyğu: 
Lakin bir o qədər asan itaət 
Altına girməmiş, girəməz qoca
Ani ehtirasla alışmaz əlbət, 
Bir qəlb ki, bərkimiş illər boyunca. 
O ürək inadlı, o ürək ağır, 
Ehtiras odunda göz bağlamışdır; 
Lakin gəlməyincə ölüm növbəti, 
Sönüb getməyəçək son hərarəti. 
 
Bir ağır uçuşlu qartal əlindəm, 
Girməmiş qayaya geyiklər kimi; 
 
179
Bir qərar gözləyib öz taleyindən, 
Döyünür gəlinin dəhlizdə qəlbi. 
 
 
Hirsindən ürəyi çatlayan ana, 
Gəlir titrəyərək qızın yanına, 
Tutaraq qolundan ucadan deyir: 
«Həyasızın biri! Binamus qoca! 
Bu olan şeymidir? Biz yaşadıqca 
Böylə bir günaha girmək çətindir; 
O ata olmalı, yoldaş olmalı 
Mə'sum qızlığına... Bircə baxın da. 
Ağılsız! Ömrünün axır çağında 
Onun ər olmaqdır yenə xəyalı». 
Mariya diksindi, çökdü üzünə 
Ölüm solğunluğu, üşüdü qəlbi. 
Donaraq yerində bir qansız kimi, 
Yıxıldı qızcığaz səki üstünə. 
 
Mariya azacıq gəldi özünə, 
Sözsüz gözlərini qapadı yenə. 
Atası, anası kəsmiş yanını, 
Ovudub qəlbini diqqət edirlər. 
Dağıdıb dərdini rahat edirlər, 
Tütqün fikirlərin həyəcanını... 
Boş yerə... Mariya düz iki gündür 
Yeməyir, içməyir, yaman düşgündür. 
Ağlayır, inləyir, görsən özünü 
Deyərsən bəlkə bir solğun kölgədir, 
Səndələyib durur, yuxu bilməyir. 
Otağı boşalıp üçüncü günü 
 
Bir kimsə bilmədi nə zaman, necə 
Mariya qeyb oldu. Balıqçı bircə 

 
180 
O gecə eşitdi birdən nal səsi, 
Qadın pıçıltısı, kazak ləhcəsi. 
Şehli çayırların üstündə səhər 
Səkkiz at nalından göründü izlər. 
 
 
181
Tək deyil gənclərin tazə tükləri, 
Qıvırcıq, sarışın telləri, bilsən, 
Yaşlı qocaların ciddi təhəri, 
Alın qırışığı, ağ saçı bə'zən 
Möhtəris arzular işləyir yenə, 
Dadlı gözəlliyin təsəvvürünə. 
 
Çatdı Qoçubəyin birdən qulağna 
Bu uğursuz xəbər, tezliklə çatdı: 
Həyanı, namusu Mariya atdı, 
İndn bir xəbisin girmiş qucağna! 
Nə acı şayiə, nə ağır əngəl, 
Atası, anası qalmış məəttəl. 
Yalnız o zaman doğub həqiqət 
Qorxunc çılpaqlıqla işi duydular, 
Cavan, cani qızın tutduğu niyyət
Yalnız o zaman oldu aşikar. 
Yalnız o zaman aydın bilindi, 
Ürkərək qaçması onun neçindi, 
Ailə bəndindən, ev çidarından 
İnləyib çəkirmiş neçin iztirab, 
Sıxılıb  gənclərin salamlarından, 
Neçin aqır-ağır verirmiş cavab, 
Qızışıb çıxarkən söhbət halından. 
Çınlarkən əllərdə dolu peymana 
Niyə danışmayıb, masa dalından. 
O qulaq verirmiş ancaq hetmana. 
Hetmanın qoşduğu nəğməni hər an. 
Neçin çox deyərdi, çox oxuyardı; 
Onda ki, nə adı, nə sanı vardı. 
Haqqında şayiə dağılmamışdan, 
Neçin qadınlığa zidd bir ürəklə 
Atlı sıraları seyr eyləməklə 
Xoşlanarmış bunçuq, bulava taxan, 

 
182 
Maloross ağası önündə böylə 
Çınlayan sinc, təbil gurultusundan?. 
M. Y. Lermontovdan 
 
ŞAİRİN ÖLÜMÜNƏ 
 
Şair öldürüldü, şair vuruldu, 
O namus aşiqi düşərək şərə, 
Sinəsində qurşun, intiqam odu 
Qürurlu başını endirdi yerə. 
Dözmədi şairin, dözmədi qəlbi 
Ufaq təhqirlərin incikliyinə. 
Öldü, zidd gedərək əvvəlki kibi 
Kübar aləminin hər bir rə'yinə. 
Öldürüldü, artıq hədər əməkdir, 
Bu tə'riflər xoru, bu hönkürtülər. 
Bəraət fikri də nəyə gərəkdir? 
Artıq öz hökmünü vermişdir qədər 
Onun ötgün, azad iste'dadını 
Siz deyilmidiniz acıqla güdən 
Siz deyilmidiniz gizli yanğını 
Bir zövq alardınız görükləməkdən. 
Qoy olsun, sevinin, gülün bir daha! 
Dözülməz iztirab onu apardı. 
Söndü çıraq kibi böyük bir daha, 
Ehtişam çələnki soldu, sarardı. 
 
Soyuqqanlılıqla qatil yamanca 
Vurdu zərbəsini. Qurtuluş yoxdur. 
Əlində əsməyir onun tapanca. 
Duyğusuz bir ürək müntəzəm vurur. 
O, na qəribdir ki, bizə uzaqdan 
– Uğursuz taleyin hökmü var kimi- 
Bir az qapsın deyə səadət, nişan 
 
183
Atılmış yüzlərcə qaçqınlar kimi. 
Ona yabançıydı bizim bu torpaq. 
Edib adətinə, dilinə nifrət, 
O bizim tərəfə vermədi fürsət
Əlini qaldırıb bu qanlı çağda, 
Kimə qıydığını bilmədi ancaq. 
 
Şair öldürüldü, gömüldü artıq, 
Tərənnüm etdiyi haman qısqanclıq 
Qurbanı, mehriban nəğməkar kimi. 
O nəzərdən uzaq, bəstəkar kimi. 
Özü də tərk edib getdi cahanı 
Amansız bir əlin oldu qurbanı. 
Şirin lətafətli, sakit havalı 
Dostlar dünyasından düşüb aralı. 
Dünyaya sığmayan, azad, atəşin, 
Ehtirasla dolu o ürək neçin 
Kübar aləminə meylini verdi, 
O boğuq, o paxıl mühitə girdi? 
O ki, insanları gənclik çağından 
Yaxşı tanıyırdı, yaxşı bilirdi. 
Fitnələr çıxaran, hiylələr quran, 
İftiraçılara neçin əl verdi? 
Neçin o hər sözə uydu boş yerə 
İnandı yalançı nəvazişlərə? 
Əvvəlki çələnki alıb başından, 
Qoydular başına güyəmdən çələnk. 
Lakin saf alnına batırdı hər an 
Kizlş tikanlarla hörülən çələnk. 
Zəhərləndi onun axır çağları, 
Gülünc ümidlərin minlərcə hiylə 
Doğuran, fitnəkar pıçıltısiylə, 
Hədər ümidlərin gizli dağları 
Çəkilməz arları ucundan o da 

 
184 
İitiqam deyərək atıldı oda. 
Füsunkar nəğmələr kəsildi gerçək, 
Bir də o nəğmələr səslənməyəcək. 
Nəğməkarın yerp qəmlidir, dardır, 
Dodaqlarında da bir damğa vardır. 
 
185
Siz ey həyatında föhşo dadanmış, 
Məşhur rəzalətlə şöhrət qazanmış 
Xain atalardan nişan xələflər! 
Taleyin qurduğu əylənçələrə, 
İncik nəsilləri, işgəncələrlə 
Qul kimi tapdayıb aşan xələflər! 
Ey taxt ətrafıpda üşüşən yığın, 
Şərəfin, dəhanın və azadlığın 
Qəddar cəlladları enin, enin siz! 
Qanun arxasında pərdələrin siz! 
Sussun qarşınızda qanun, ədalət, 
Sussun qarşınızda bu qara dəhşət. 
Fəqət ey rəngbərəng əxlağsızlığın 
Qarşısında gedən şərəfsiz yığıi, 
Bilin ki, tanrının məhkəməsi var, 
O dəhşətli hakim sizi qarşılar. 
Altun cingiltisi uzaqdır ondan, 
O hər fikri, işi əvvəldən bilir. 
Yapdığınız işə sizin o zaman 
Nifrət yağdırmanız hədər bir işdir, 
O sizə bir kömək etməyəcəkdir. 
Şairin günahsız qanını hey siz, 
Qara qanınızla təmizləsəniz, 
Na qədər yusapız, getməyəcəkdir. 

 
186 
M. F. Axundovdan 
 
A. S. PUŞKİN ÖLÜMÜNƏ 
ŞƏRQ POEMASI 
 
Gecə etdim uyqumu gözümdən kənar, 
Sordum: 
«Ey sirr çeşməsi – ürəyim, nə var? 
Nədən ötməz bağçanın şeyda bülbülü, 
Nədən qılmaz nitqinin tutisi göftar? 
Şeir yolun, söz yolun yoxsa kəsilmiş, 
Hanı xəyal qasidin o yünkül çapar? 
Yaz gəlmiş; hər tərəfdə çəmən qızları, 
Bəzənib, camalını etmiş aşikar. 
Çevrilmiş çayır, çəmən bənöşəliklə 
Baqda odlu qönçələr açmış budaqlar, 
Çöl gəlini bəzənmiş; dağlar onunçun 
Ətək-tək çiçəkdən çəvahir saçar. 
Başına taç qoyub da şükufələrdən, 
Oturmuş ağacların şahı pürvüqar. 
Süsən, zanbaq içirlər jalə şərabdan 
Lalə qədəhlərində təkrar... təkrar... 
Göy çəməni yasəmən öylə donatmış, 
Nərgizin süzgün gözü baxsa qamaşar. 
Dimdiyində töhfəsi, – gül yarpağından 
– Xoş gəldin, – deyə bülbül ötər bəxtiyar. 
Bəstəkömər buludlar sular gülşəni. 
Ətirli dan yelləri olmuş bir əttar. 
Yumşaq səslərlə quşlar deyir, səbzəyə. 
– Götür qorpaq pərdəni uzündən, ey yar! 
Həpsinin əli dolu, həpsi sevdalı, 
Bu bazarda nə dürlu məta' desən var. 
Kimi gözəlliyilə cilvə göstərib 
Kimi fəğanla eylər eşqini izhar. 
 
187
Keçirməkdə vaxtını şənliklə həpsi. 
Həpsi qəmdən, qüssədən eyləmiş fərar. 
Bu şadlıqdan, ey könül, nəsibsiz qalıb, 
Sənsən ancaq olmayan uyqudan bidar. 
Ürəyində həvəs yox, başında sevda, 
Dolaşırsan şöhrətdən, xəyaldan kənar. 
Söylə, sən haman könül deyilmisən ki, 
Dür sözlərçin fikirlər bəhrinə cumar, 
Mə'na gözəllərindən ötrü yapardın 
İnci düzümlərindən ziynəti-ruxsar? 
Bəs bu məlamət nədir, bu məlal nədir? 
Nədir varlığa qarşı bunca iğbirar?.. 
Könlüm dedi: 
«Ey mənim təklik yoldaşım, 
Var, get, bir də toxunma hissimə zinhar!. 
Çəmən qızları kimi, mən bilməmişdim 
Yaz yelinin dalınça payız yeli var. 
Söz atını qovub da, qılınc dilimlə 
Adından hər tərəfdə çəkəcəyəm car. 
Bizim axırımız da bəllidir bu gün, 
Bu vəfasız dövrana yoxdur e'tibar. 
Ağılsızdır o quş ki, tordan çıxarkən, 
Danəyçin olur yenə tora giriftar. 
Bu nə şandır ki, bilməm, guclü sədası, 
Səma boşluqlarında şiddətlə gurlar. 
Başqa xəyal etmə ki, bəllidir, fələk 
Əhliylə daim eylər tərsinə rəftar. 
Ey dünyadan xəbərsiz, eşitmədinmi 
Söz ordusu başçısı Puşkindən əxvar? 
O Puşkin ki, nüktəyə başlayan zaman 
Hər bucaqdan qopardı, coşqun alqışlar? 
O Puşkin ki, kağızda qaralanırdı, 
Qələmi etsin deyə, üstündən güzar? 
Xəyalı tovuz kimi bərli-bəzəkli, 

 
188 
Sözdən qərib naxışlar eylərdi izhar? 
Nəzm evini süsləyən Lomonosovdu, 
Orda Puşkin xəyalı oldu bərqərar. 
Derjavin tutmuşdusa sözün mülkünü, 
Yerində Puşkin oldu nəzmilə muxtar. 
Camə bilik meyini tökdü Karamzin, 
Puşkinə qismət oldu o cami-gülnar. 
Çar kimi, Çindən tutub Tatara qədər 
Dolaşırdı şöhrəti diyarbədiyar. 
Şimalın göylərində – Şərq hilalı tək – 
Barmağı bir işarə eylərdi ixtar. 
Bu dildə, bu zəkada bir oğul hələ 
Görməmiş «yeddi» ata, «dörd» ana zinhar! 
Təəccüblə dinlə ki, böylə valideyn 
Sərt davranıb, etmədi bu sərtlikdən ar. 
Onu əcəl oxuna nişan qoyub da, 
Varlığını eylədi ölüm tarimar. 
Zülüm qara buludlardan dolu yağdırıb, 
Tökdü ömür barını, etdi xakisar. 
Söndürdü əcəl yeli çıraq ruhunu, 
Susqun gecələr kimi cismi oldu tar. 
El bağında, əlində sitəm külüngü 
Cavan belini qırdı zalim ruzigar. 
İncili mə'naların məxsəni bir baş 
Olmuş ilan məskəni, bir xərabəzar. 
Cisminin yuvasından uçdu can quşu, 
Böyük, kiçik qəmindən çəkdi ahü zar. 
Bulbul, təbinə həmdəm    qonça könlündən 
Xəbər verməz torpaqdan baş çıxarsa xar. 
Rus torpağı, yas tutub, fəqan qızlar ki: 
– Ey qatillər əlilə ölən namidar! 
Qürtulmadın zamanın qanlı şərindən, 
Tilsimin də olmadı sənə havadar. 
Sən ki, çıxdın dostların əlindən, burax 
 
189
Üstünə haq rəhməti olsun sayədar. 
Torpağına saçmağa iki gül ətri 
Qopar Bağçasaraydan bir incə ruzgar. 
Tutulub bu xəbərdən ağ saçlı Qafqaz 
Səbuhinin  şe'rilə yasını saxlar. 

 
190 
S. Marşakdan 
 
HUŞSUZA BAX, HUŞSUZA 
 
Gülüb deyər oğul-uşaq: 
Huşsuza bax, huşsuza bax 
Çarpayıda səhər erkən, 
Göynəyini geyinərkən, 
Şalvarına keçdi əli, 
Bu iş deyilmi gülməli?! 
Gülüb deyər oğul-uşaq: 
Huşsuza bax, huşsuza bax. 
Geyər-geyməz paltosunu, 
Biri gəlib tutdu onu, 
Dedi: «bir dayan, ay qotur, 
Bu ki, qadın paltosudur». 
O deyəsən bir az keydi, 
Çəkməsini tapdı, geydi. 
Üstünə taxanda qamaş, 
Qızı dedi: – bircə yavaş! 
Bunu görən oğul-uşaq 
Gülüb deyər: huşsuza bax. 
O səfərə çıxan vaxtı, 
Tavanı başına taxdı, 
Durdu geysin isti qaloş, 
Əlcək geydi bu başı boş. 
Güldu dedi oğul-uşaq: 
Huşsuza bax, huşsuza bax!.. 
Bir dəfə də tramvayla 
O gedirdi düz vağzala. 
Tez qapını açdı birdən 
Sürücüyə dedi həmən: 
Ey qiymətli sürücümüz, 
Mərhəmətli sürücümüz, 
 
191
Dalmış idim xəyala mən
Gedəcəyəm vağzala mən. 
Sizə qurban bu dayınız. 
Tramvayı saxlayınız! 
Sürücümüz heyran qaldı 
Ona kəc bir nəzər saldı. 
Saxlayınca tramvayı. 
Tramvaydan düşdü dayı. 
Güldü dedi oğul-uşaq: 
Huşsuza bax, huşsuza bax. 
O yüyürdü tez bufetə 
Ki, növbə tutsun biletə. 
Susuzluqdan yandı bağrı, 
Yüyürdü kassaya sarı. 
Güldü dedi oğul uşaq: 
Huşsuza bax, huşsuza bax. 
Tələsik qaçdı perrona, 
Mindi açılmış vaqona, 
Qoydu yerə çamadanı, 
Əlindəki bağlamanı. 
Bir güncə çəkdi özünü, 
O saat yumdu gözünü. 
Şirin-şirin çəkdi xorna 
Çalınırdı sanki zurna. 
Yuxulu belini qırıb, 
Pəncərədən baş çıxarıb 
Əsnəyərək o soruşur: 
Bura hankı stansadur? 
Stansadan dedilər ki, 
Ay huşsuz, Bakıdır, Bakı! 
O, yenə yatdı, birdən 
Boylanaraq pəncərədən 
Özündə bir vağzal gördü, 
Bir asqırdı, bir öskürdü: 

 
192 
Bu vağzal hankı vağzaldır? 
Nəvahıdır, Səngəçaldır? 
Stansadan dedilər ki, 
Ay huşsuz, Bakıdır, Bakı... 
O bir az da yuxu aldı 
Pəncərədən nəzər saldı 
Önündə bir vağzal gördü, 
Bir asqırdı, bir öskürdü: 
Bura hara vağzalıdır? 
Gəncə, yoxsa Zazalıdır? 
Stansadan dedilər ki, 
Ay huşsuz, Bakıdır, Bakı! 
O bir az da xoruldadı, 
Sopra durdu mırıldadı. 
Önundə bir vağzal gördü 
Bir asqırdı, bir öskürdü: 
Bura hara vağzalıdır? 
Poy1u, yoxsa Salahlıdır? 
Stansadan dedilər ki, 
Ay huşsuz, Bakıdır, Bakı! 
O bağırdı: nə işdir bu, 
Nə gulməli gedişdir bu?.. 
İki gündür yoldayam mən 
Bakıya dönmüşəm nədən?! 
Külüb deyər oğul-uşaq: 
Huşsuza bax, huşsuza bax. 
 
193
İ. Utkindən  
 
 
GECƏ ÇEŞMƏSİ 
 
 
Budur ol!.. 
Dinləyin və için. 
Budur o!.. 
Bu çeşmo hər kimin 
İsə də 
Kimsənin deyil ki, 
Bir gümüş ney kibi 
Uzanmış dərənin dibində. 
 
Axır o, səslənib axır o. 
Ağlıyor dərədə sanki bir piyano 
Yüksəklik döşündə 
Ləkəsiz nurilə inigas etmədə, 
Yüksəklik çəkiyor özünə məni də. 
Mən dona qalmışım, başımın üstündə 
Var kimi bir qızğın qarınca yuvası, 
Bir altın qarınca yuvası. 
 
Və bir də qırmızı şalına bürünən, 
İşıqlı bir yolda görünən, 
Gözləri səmavi, qaşları qələmdən 
Bir gözəl önümdən 
Keçərək baqıyor. 
O da bir çeşmədir qarşımda aqıyor, 
aqıyor... 
Gözəl qız, mən  bu gün  dərdsizim xoşbəxtım! 
And olsul, bu məcruh əlimlə, 
Ağlımla, könlumlə 

 
194 
Xoşbaxtlıq, rahatlıq qazandım. 
 
Əvət mən oyunsuz yaşadım, 
Ehtiras, qan nədir, anladım. 
Odur ki, sevgilim çal, oxu, 
Bu küsgün könlümü al, oxu! 
Səsində çınlasın bəxtiyar sevgilər, 
Çalmasın qəlbini ixtiyar sevgilər! 
 
Çeşmənin sevincli ağzında 
Oynarsa bir yaşıl təbəssüm, bir nida 
Ondakı bülluri dodaqlar, 
İçindən 
Ötüşər gümüşdən balıqlar. 
 
Ciddiyyət lazım bu gedişdə 
O siyah qaşların 
Qarışıq, dolaşıq yolları, 
Bu əsrin, 
Ah, iştə, 
Bu şeytan əsrinin çarpaşıq yolları 
Şaşırtmış nəhayət şairi. 
Söyləyin hankı bir zamanda 
Söyləyin hankı bir məkanda 
Gördünüz müqəyyəd şairi! 
 
 
 
195
 
 
 
 
 
 
 
 
ŞƏRİKLİ 
 
TƏRÇÜMƏLƏR 
 
(193O – 1934) 

 
196 
Firdovsidən 
 
«ŞAHNAMƏ»DƏN 
 
Rüstəm və İsfəndiyar  dastanı 
 
BAŞLANĞIC 
 
Eşitdim ki, bülbül oxur dasitan, 
Sədasında titrər keçən basitan. 
Çıxıb padşahın evindən nizar, 
Qayıtdı geri sərxoş İsfəndiyar, 
Qaranlıq gecə uyqu gəlmiş ona, 
Kitayunu basmışdı öz bağrına, 
Gecə uyqudan qalxaraq sondu cam, 
Kitayunə ərz etdi ki; – «Ey anam! 
Mənə çox fənalıq edir padişah, 
Mənim könlümü incidir padişah». 
Demişdi: «zəfər çalsan Ərcasibə, 
Böyük intiqamdır bu Löhrasibə. 
Xilas olsa qüvvənlə həmşirələr, 
Cahanda bizim namımız yüksələr. 
Cahanı fənalıqdan etsən təmiz, 
Çalışsan ucalsın bütün ölkəmiz; 
Olar ordu, şahlıq... sərasər sənin, 
Olar səltənət, təxtü-əfsər sənin. 
Doğarkən günəş dan yerindən sabah
Yataqdan çıxarkən böyük padşah: 
Derim mən ona verdiyi ilqarı 
Ki, gizlətməsin doğru peymanları. 
Mənə tapşırılsaydı şahlıq əgər, 
Edərdim böyük butlərə səcdələr. 
Əgər çöhrəsindən tökülsə riya, 
Qəsəm aləmi döndərən tanrıya, 
 
197
Olursam mən ərliklə bir tacdar, 
Gülər iltifatımla iranlılar. 
Ürəklə mən arslan kimi işlərəm, 
Olarsan bizim banuyi-möhtərəm». 
Kltayul bu sözdən tutuldu həmən, 
Vüçudunda oldu ipəklər tikən. 
Bilirdi verilməz bu fikrə rəvac, 
Bilirdi verilməz ona təxtü-tac. 
Dedi oqluna: – «Ey cəfakeş oğul! 
Nədan olmusan səltənətçin mə'lul? 
Cahanda nələr taçdar arzular! 
Əlində deyilmi sənin ordular? 
Atan saxlayırsa əgər təxtü-tac, 
Sənin bulmuş əmrln qoşunda rəvaç. 
Həp onlar bir arslan qədər qəhrəman, 
Atançın çalış, ey oğul, hər zaman! 
Ölərkən sənindir butün səltənət, 
Sənindir şərəf, mərhəmət məsədət». 
Kntayunə arz etdi İsfəndiyar: 
«Demişdir  geçənlərdə  bir  huşyar; 
Kişi açmasın heç ürək sprrini, 
Qadından saqınsın gərək sirrini. 
Fənadap yayınmaq dilərsən əgər, 
Demə sirrini, et qadından həzər! 
Qadınlardan umma gözəl məsləhət! 
Olur sanma onlarda düz məşvərət. 
Qadın hökmünə alsa da hər yeri, 
Gözündən onun düşməz əsla əri». 
Kitayun görüb bu soyuqqanlığı, 
Üzündəl seçildi peşimallığı. 
Verib badəyə rövnəq İsfəndiyar, 
Mey  içməkdə  olmuşdu şöhrətşüar. 
O etmişip adət səfa sürməyi, 
Unutmuşdu Gəştasibi görməyi. 

 
198 
Kiçik bir zaman dalmış işrətlərə, 
Vurulmuşdu nazəndə afətlərə. 
Xəbər tutdu şah oğlu dönmüş geri, 
Həmən könlünün artdı dəhşətləri. 
Düşünmüşdü oğlu dilər süslü tac, 
Düşünmüşdü oğlu dilər təxt-ac. 
Coşub dalğalandı şahın gur səsi, 
Dedi:–«Nerdə Lehrasibin bilcisi! 
Hüzurumda Camasb olsun əyan! 
Mənə eyləsin gizli sirlər bəyan!» 
Sütürlabı onlar alıb gəldilər, 
Şah, İsfəndiyardan – dedi – «ver xəbər! 
Uzun ömr edərmi cavan Şəhriyar? 
Keçərmi onun günləri bəxtiyar? 
Təsahüb edib şahlığın taçına, 
Gülümsərmi xoşluq, gözəllik opa?» 
Bu sözdən İran bilcisi bir ara, 
Atıb baxdı diqqətlə tez daşlara. 
Dolub inci yaşlarla kirpikləri, 
Bəlirdi üzündə bilik çövhəri. 
Dedi: – «Mən bilikdən fəna gündəyəm, 
Ağıldan bəlalar çəkən bəndəyəm. 
Onu bir böyük, qəhr edən parçalar, 
O röyada ancaq olar tacdar. 
Aman kaş Fərrux Zərir vaxtı mən, 
Bir arslan əlində öləydim həmən. 
Onu qamlı torpaqda görsəm əgər, 
Bütün varlığım ney kimi inləyər. 
Məni qəhr edərdi atam, ta ki, mən, 
Öləydim uğursuz ömür sürmədən
O İsfəndiyar ki, döyüş anları, 
Sədasilə sarsardı arslanları; 
O dünyanı etmişdi qacdan tomiz, 
Buraxmazdı bağrında qorxaqlıq. 
 
199
Cahanı yamanlardan etmiş rəha, 
Əlnidə bölunmüşdu bir əjdaha. 
Onun dərdi hər an çəkilsin gərək! 
Duyan qəlbi qəmlər tökülsün gərək!» 
Dedi şah ona: – «Ey bilik rəhbəri! 
Nədən doğru yoldan dönürsən geri? 
O xoşbaxt olarsa cahanda əgər, 
Başım dürlü, saysız bəlalar çəkər. 
Tez ol, söylə, sirlər görünsün əyan, 
Qəmin güclənir verdiyim sorqudan. 
Əcəb qəhri kimdən onun baş verər? 
Bizi hansı qüdrət edər xunciyərr?» 
Dedi şanlı Camasibə şəhrpyar: 
«Mənə artıq heç gülməsin ruzigar! 
Düşər Zabilistanda şir cənginə, 
Keçər pəhləvan bir oğul çənginə. 
Təsadüf edər qəhrəman oğluna, 
Onun ömrü Zabildə uğrar sona». 
Dedi şanlı Camasibə şəhriyar: 

 
«Bunu alçaq iş sanma, ey huşyar!.. 
Ona mən verərsəm əgər təxtü-taç, 
Böyüklükçün eylərmi hiss ehtiyac? 
Gedib Zabilistanda verməz də can, 
Onu Kabilistanda olmaz anan. 
Fələk gərdişindən də bulmaz sızı, 
Gülər, şənlənər, baxtının yıldızı». 
Bu yolda cavab verdi ulduz sayan: 

 
«Bu çərxim gözündən kim olmuş nihan. 
Bulur kim fələk caynağından rəha? 
Deyildir o mərdlik qanan əjdaha. 
Fələk dönsə çarxınca bir dəm geri, 
Sağır, kor olar ölkə rəhbərlərp. 
Olur şeylərə, şübhəsiz, çarə yox, 
Bəşər bir hədəfdir, fələk qanlı ox». 
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə