M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə5/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

MƏNZUM OÇERK 
 
1930 
 
BURUQ ADAMI 
 

Buruqları göylərə boy atan bir diyarun
Uzümüzü dünyada ağardan bir diyarun 
Bir təsadüf üzündən gedib yolçusu oldum.  
Onu seyrə qoyuldum. 
 
 
Gecəydi... Yox, ətrafı görən gündüz sanırli, 
baş uçumda gözlərim kimi alovlanırdı 
Kiçik-kiçik günəşlər bir dərin ehtirasla, 
Bir sərin ehtirasla. 
 
Qışqırıqlar çıxırdı qazılan quyulardan, 
Dirəklərin ucundan asılan quyulardan. 
Ən davamlı qatları dişləyirdi baltalar. 
İşləyirdi baltalar. 
 
Hərləndikcə bir dəmir sütun vəlvələsilə 
Arayırdı, məndəki bir həycana vəsilə. 
Bu dəhşəti uzaqdan alaymı sandın, könül? 
Qolaymı sandın, könül? 
 
II 
Buruğun içində beş-altı fəhlə, 
Həpsi bir-birilə vermiş əl-ələ. 
Həpsi nəiiəlidir öz əməyindən, 
Bu yerdə nişan yox həsəddən, kindən 
Bu yerdə çınlamaz boş danışıqlar, 
Gözlərdə parlayır xoşbəxt işıqlar, 
 
135
Həpsi əməkçidir, həpsi zərbəçi; 
Həpsinin maraqla çalxanır içi. 
Görüncə bunları köksüm qabardı, 
Duyğum qanadlandı, hissim qabardı, 
İstər yaşıl göylər, istər şəhərlər 
Durmadan irəli qoşsa da əgər, 
Yenə də mə'dəndə bir başqalıq var, 
Rurda hərəkət var, qalabalıq var, 
Doğru, şəhərlərdə gediş-gəliş çox, 
Zəhmət, əziyyət çox, sür'ətli iş çox. 
Fəqət köhnə hayat lövhələrindən, 
Sürgün bir aləmin səhnələrindən 
Hələ şəhərlərdə nişanələr var, 
Ürək bulandıran əfsanələr var. 
 
İştə bax, bir yanda şubay buruqlar 
Doğurur başımda süslü duyğular. 
O yanda sırayla işçi evləri 
Bəsləyir içində həyat divləri. 
Bax, ordan–kulubdan çıxdı bir yıqıi, 
Həpsi bir dalğalı sel kimi daşğın, 
Daldıqca bu insan nəhirlərinə, 
Yeni sosializm şəhərlərinə 
Uzaqdan uzağa gözüm sataşdı, 
Ürəyim oynadı, xəyalım çaşdı. 
Mə'dəndə dalğasız mazut kölləri 
Açır qoxusilə dar könülləri. 
Dirəklər başında yanan çıraqlar, 
Alışıb yanmağı qanan çıraqlar. 
 
Sərdikçə göllərə nurdan bir xalı, 
Dəyişir göylərin büsbütün halı.  
Ulduzlar saralır paxıllıqından, 
Rəng verir, rəng alır paxıllığından. 

 
136 
Əgər sorsan: – həyat hansı yerdədir? 
Derim: – Zavodlardd, madənlərdədir. 
 
137
III 
Şura mühəndisi yanımda durmuş, 
Bəlli, təbiətə bir kələk qurmuş 
Mühəndis danışır açarçısilə; 
Dondum açarçının açdığı dilə. 
Başım çıxmayırdı söhbətlərindən, 
Bunların qarışıq lüğətlərindan.  
Bir sütun ortada hərlənmədəydi,  
Zənçirli təkərlər hirslənmədəydi 
Qəfəsdə çırpınan bir arslan kimi, 
Bə'zən də qıvrılan bir ilan kimi. 
Qorxunç bir uğultu, qorxunm bir səda 
Çınlayıb, dururdu əsən buruqda. 
 
IV 
Yanımda bir işçi pək həyəçanlı, 
Dodaqları basıq, gözləri canlı; 
Baxmada həsrətlə işləyənlərə, 
Həvəslə, cür'ətlə işləyənlərə, 
O, bir il vardı ki, açarçılıqdan 
– Bəlkə istəmədən–olmuşdu azad... 
Ayırdılar bir gün onu buruqdan, 
Qurdu kəndisinə başqa bir həyat. 
İyirmibeş bahar, iyirmibeş qış 
Buruqlar içində açdı gözünü. 
Bir gün qopdu ona içlasda alqış. 
Başqa bir vadidə gördü özünü. 
 
Keçirtdilər onu demək bir axşam 
Cismani zəhmətdən, əqli zəhmətə, 
Sönmədi ondakı əski ehtişam, 
Ürəklə girişdi yeni xidmətə. 
 
Əlli yoşı vardır, hala bu sində, 
Yirulmamış onun əmək şəhpəri 

 
138 
Mədəni-maarif vəzifasində 
Çalışır, çarpışır o gündən bəri. 
O, səssiz baxmada.. fəqət yerində 
Başqa bir işçinin durmuş əlləri. 
Qalın qaşlarının ətəklərində 
Axmada sim-siyah mazut selləri. 
 
– Bax, – deyir, – ömrümün  çox  zamanları 
Rəngin lövhələri keçmiş bu yerdə. 
Bu yerdə ömrümü etmişəm yarı, 
Bu  yerdə batmışam  nəş'əyə, dərdə. 
 
İidi ayrı işdə çalışmaqdayım. 
Bilməm bu mə'dəndə nə' var ki, daim 
Burada ürəyim döyünmək istər, 
Boylu buruqlarla öyünmək istər. 
 
Bu saat, qarşımda qopan vəlvələ 
Mənə bir musiqi qədər xoş gəlir. 
Sardıqca dövrəmi qorxu, zəlzələ 
Köksüm qanadlanır, duyğum yüksəlir. 
 
Vax, mənim vəzifəm açarçılıqdır; 
İllərcə feyz aldım mən bu gednşdən. 
Bilməyirəm məndə bu nə qılıqdır 
Ki, xoşlanmayıram heç qeyri işdən. 
 
Mənimlə çalışan çox işçilər var 
Ki, həpsi çəkilmiş irəli, onlar, 
Onlar çalışırlar ağıllı-başlı; 
Həpsi zərbəçidir, həpsi təlaşlı. 
 
Fəqət mənim könlüm bu ehramların 
Üstündə çırpınıb, seyr etmək istər. 
 
139
Ordan səhərlərin və axşamların  
Çapğın həyatını seyr etmək istər. 
 

 
140 
Mə'dəndən çıxmağım qət edilirkən, 
İclasda bilsəniz necə sıxıldım! 
Fikrim qanadlanıb uçmaq dilərkən, 
Sanki göy üzündən yerə yıxıldım. 
 
Mənim işim budur: cismani zəhmət
Başqa zəhmətlərə bənzəməz, əvət. 
Mənə qoldan danış, biləkdən danış, 
Durmadan döyünən ürəkdən danış! 
 

O susdu. Mən ona heyran kəsildim, 
Təbii, Onunla şərik deyildim 
Bə'zi ayrı-ayrı məsələlərdə. 
Ona sual verdim durduğu yerdə: 

 
Bəlkə işin səni çox yordu, əmi? 

 
Xeyra, iş o deyil, mən vəzifəmi 
Olduqca yerinə yetirməkdəyim, . 
Mənfəətsiz deyil hələ əməyim. 
Faqət mədənlərə gəldiyim zaman, 
Yüksəlnr başımda yünkül bir duman 
Torpaqın ödünü yaran burular, 
Yerin damarını soran buruqlar 
Dəyincə gözümə, dəyişir halım, 
Dolanır, başımda dönür xəyalım. 
Hələ istəyirləm – elə birbaşa – 
Soyunub girəyim yenidən işə. 
Rahat zamanlarım, yorğun günlərim. 
Dalğalı günlərim, durğun günlərim 
Bu yerdə keçmişdir. Odur ki, daim, 
Daim bu şənliyi aramaqdayım. 
Fəqət bir məsələ... çünki mən bu gün, 
Bu geçə, maraqla baxıb gördüyün 
Şubay buruqlara heyran kəsildim, 
 
141
Özümü bir başqa aləmdə bildim. 
Sanki  gözlərimə pərdə çəkildi, 
Hissim  şüuruma  hakim  dikildi. 
Ançaq  bu gün məni irəli çəkən 
Qardaşım işçilər bilsinlər ki, mən, 
Nə qədər gəlməmiş yorğunluq çağım, 
Hər bir vəzifəni daşıyaçağım. 
Bu yeni işimdə qalacağam mən, 
Mədəni bir işçi olaçağam mən. 
 
İşçimt söçünü bitirdi  getdn, 
Məni  həyacana gətirdi getdi. 

 
142 
 
 
 
 
 
 
 
TƏRCÜMƏLƏR 
 
(193O – 1937) 
 
 
143
Ömər Xəyyamdan 
 
RÜBAİLƏR 

Bir səhər səsləndi bu meyxanəmiz 
Ki, ey sərxoşumuz, ey divanəmiz! 
Qalx ki, dolduralım peymanələri 
Torpaqla dolmamış öz peymanəmiz. 
 

Bu gecə pərdədən çıxarıb üzə 
Kim səni böylə məst gətirdi bizə? 
Biz atəşli ikən səni yel kimn 
Bilməm kim əsdirdi üzərimizə? 
 
 3 
Gəzdik bu dünyanı azacıq biz də. 
Yalnız qəm topladıq bu gəzhagəzdə. 
Yazıq, açılmadı bir müşkülümüz, 
Getdik həsrətimiz ürəyimizdə. 
 

Səndən bir arzum var, ey xacə, ancaq: 
Kəs səsini, bizi tanrıya burax! 
Biz doğru gedirik, sən kəc görürsən, 
Get, öz gözlərinin çarəsinə bax! 
 
 

Könüllər eşqinə, ey nazənin, gəl! 
Oldu müşkülümüz sənə mühəvvəl. 
Kuzə yapılmadan torpağımızdan, 
Sən doldur kuzəni hamıdan əvvəl. 
 
6  

 
144 
Bağlayıb yarına diləyimizi 
Dərdə salmayalım ürəyimizi. 
Ay gözəl! İçəlim ay işığında, 
Yarın bulmayacaq doğan ay bizi. 
 
 7 
Sözün ən gözəli, – derlər, – qur'andır. 
O da daim deyil, az oxunandır. 
Piyalə xəttində bir ayə var ki, 
Hər zaman, hər yerdə virdi-zəbandır. 
 
8  
Doğrudur, sərvdən ucadır başım, 
Olmuş rəngin güllər cəmal yoldaşım. 
Bilinməz, torpağın şənlik evində 
Nə üçün süslədi məni nəqqaşım? 
 
 
9  
Aradım göylərdə levhi, qələmi, 
Sordum həm cənnəti, həm cəhənnəmi. 
Düzgün bir elm ilə dedi ustadım 
Bunlar özündədir, gəzmə aləmi. 
 
10 
Mey bədən qüvvəti, can qidasıdır, 
Qapalı sirlərin aşinasıdır. 
Xoşdur bir damla mey iki cahandan, 
Nə dünya-axirət iddiasıdır?! 
 
11 
Əlimdə parlayıb dururkən ayaq, 
Olmazkən şənliyim gül üzün sayaq, 
Atəşin təb'imdən, rəvan sözümdən 
Mö'cüzələr qopar hər cür, hər sayaq. 
 
145
 
12 
Qoy əysin başımı meyin fərmanı, 
Nə şirin can alır ləbi-xəndanı! 
Sürahinin boynu saqi əlində
Camın dodağında şərabın canı. 
 
13 
Bir mütrib, bir şərab, bir yıxıq bucaq. 
Var yoxumuz meyə girovdur ancaq. 
Nə rəhmət ümidi, əzab qorxusu, 
Nə atəş, nə hava, nə su, nə torpaq?! 
 
14 
Bu küfürdən dinə bircə nəfəsdir, 
Bu şəkdən yəqinə bircə nəfəsdir; 
Bu əziz nəfəsi tut ki, ömürdən 
Hasilin də yenə bircə nəfəsdir! 
 
15 
O tikan ki, tapdar onu hər naşı 
Bir sənəm saçıdır, bir canam qaşı. 
Saray qübbəsində olan hər kərpic 
Bir vəzir barmağı, bir sultan başı. 
 
16 
Bu gün gəncliynmin sırasıdır, bax! 
Gözəldir mey içib murada çatmaq; 
O xoşdur, siz onu acı sanmayın, 
Həyatımdır, deyə acıdır ancaq. 
 
17 
Bu kuzə vaxtilə eşqə tutulmuş, 
Könlünü bir qadın saçında bulmuş. 

 
146 
Boynunda gördüyün hər qulp bir əl ki, 
Bir zaman bir yarın boynunda olmuş. 
 
18 
Gündüzlər, gecələr bizdən qabaqdır, 
Fəqət dolanmışdır, dolanacaqdır, 
Aman! Bu torpağa yavaş qədəm bas, 
O bir yar gözüdür, sanma torpaqdır. 
 
19 
İstər bütxanəsi, istər kə'bəsi, 
İstərsə çanların ağlayan səsi, 
Bütüİ məscid, səlib, mehrab, kəlisa – 
Hamsı köləliyin bir nişanəsi. 
 
20 
Günah varmış deyə, cahanda, Xəyyam! 
Qəm-qüssə çəkməkdə bir fayda bulmam, 
Qufran günah üçün gəlməmişmidir? 
Məncə, qufran görməz günahsız adam, 
 
21 
Əsrar pərdəsinin ardı dumandır, 
Bundan agah olan hansı insandır? 
Torpağın qoynudur mənzilin ancaq, 
Eh!..  Bu əfsanə də söz uzadandır. 
 
22 
Vəfasız aləmi Gəzdim doyunca, 
Ölçdüm öz ölçümlə hər şeyi bunca. 
Parlaq üzün kimi bir ay görmədim, 
Bir sərvi bulmadım sənin boyunca. 
 
23 
 
147
Gördün bu dünyanı, gördüyün heçdir! 
Söylədiyin, qulaq verdiyin heçdir! 
Bir evin güncündə büzüşməyin heç... 
Üfüqlərə qanad gərdiyin heçdir! 
 
24 
Yatmışdım, bir qoca məndən sordu da: 
- Açmış sevinc gülü kimə uyquda? 
Torpağın qoynunda çox yatacaqsan, 
Qalx, mey iç! Bir dürlü ölümdür bu da... 
 
25 
Zəmanədən gəldik dadə, a saqi! 
Gün görmədik bu dünyadə, a saqi! 
Haq yenə də olacaqdır bizimki 
Nuş etdikcə qızıl badə, a saqi! 
 
26 
Şərab ver! Ürəyim yenə odludur, 
Baxtın oyanması sanki uyqudur. 
Bu çapuq ayaqlı ömür bir civə, 
Gənclik atəşi də axar bir sudur. 
 
27 
Biz eşqin kafiri, müsəlman başqa... 
Biz həqir qarınca, Süleyman başqa... 
Get ipəkçilərə! Bizdə nə vardır 
Solğun üzdən, köhnə libasdan başqa? 
 
 28   
Mey içib gülməkdir ayinim mənim, 
Dindən uzaşmaqdır hər dinim mənim. 
Dedim: – Kəbinin nə, dəhrin gəlini? 
Dedi: – Şən könlündür kəbinim mənim. 

 
148 
 
29 
Atəşgədə nədir, məscid nə şeydir?  
Nədən yoğrulmamı yaradan bilir. 
Nə cənnət ümidi, nə dünya, nə din?! 
Mən çirkin qəhbəyəm, mən sadə kafir! 
 
30 
Xoşdur bir damla mey, mülki-Kavusdan, 
Təxti-Keyqubaddan, diyari-Tusdan. 
Gözəldir aşiqin səhər naləsi 
Nə'reyi-zahiddən, banki-naqusdan. 
 
31 
Cəhənnəmlik imiş, – deyirlər, – sərxoş, 
Bu fikir düzmüdür? O gözəl, o xoş 
İçənlər, sevənlər duzəxə getsə 
Behişt ovcum kimi qalmazmı bomboş?! 
 
32 
Deyirlər:–İçməyin şə'ban ayında, 
Rəcəb dedikləri yəzdan ayında. 
Bu aylar tanrının, rəsulun olsun... 
Biz də mey içəriz ramazan ayında. 
 
33 
Cam tutan Bəhramın qəsrində, budur 
Ahu balalayıb, tülkü qorunur. 
Kəməndlə gur tutan qoca Bəhramı 
Yaman qabaqlayıb, tora saldı kur
1

 
34 
Buludlar çəmənin başı ucunda 
                                                           
1
 Кур – мязар, эюр 
 
149
Ağlarkən, qədəhi tut ovucunda. 
Bu çəmən ki, sənə seyrəngah olmuş, 
Seyrəngah olmaqdır sənin borcun da. 
 
35 
Bu günüm, ki, adı cümədir, nolur, 
Haydı, cək başına bardağı qur-qur! 
Hər gün içirdinsə bir qədəh, ancaq 
Bu gün seyd günüdür, iki qədəh vur! 

 
150 
36 
Ey könül, başına zaman bir əngəl... 
Ruhun da uçmağa bəsləyir əməl. 
Sənin torpağında çəmən bitıəmiş: 
Bir az keyf çəkməyə çəmənzarə gəl! 
 
37 
O yar, o dodağı bədəxşan hanı? 
O mey, o ruhları oxşayan hanı? 
Həram sanılsa da islamca badə 
Sən mey iç, qəm yemə, müsəlman hanı? 
 
38 
Çıxdı xarabatdan bir piri-sadə 
Çiynində səccadə, əlində badə; 
Dedim: – Şeyxim, nə var? – Dedi: – Şərab iç! 
Bütün gördüklərin yeldir dünyada. 
 
39 
Çəməndə qəflətən bir huri bulsam, 
Onunla mey içib ləb bir ləb olsam, 
Burax, el bu sözə nifrət eyləsin, 
İt olüm cənnəti yadıma salsam. 
 
40 
Xoşdur cənkin səsi, udun nəğməsi, 
Sevinc qədəhinin gülrəng badəsi; 
Xoşdur meydən qaçan dəli zahidin 
Çağrım-çağrım bizdən uzaq düşməsi. 
 
41 
Ah, o nə saqidir, ah, o nə meydir? 
O necə iraqi, o necə neydir? 
Əhvali-aləmin budur hasili, 
 
151
Yaxşılıq yaxşıdır, qalan nə şeydir! 
 
42 
Mənə fasiq demək?! Əcayib haldır; 
Mən ki, günahsızam, bu nə xəyaldır! 
Məncə, ey düz adam, şər'in xilafı 
O zülüm, o zina, o qeylü-qaldır. 
 
43 
İçək, ayın üzü süd kimi ağdır, 
Gecənin ətəyi saçaq-saçaqdır; 
Bizdən sonra bu ay qəbrimiz üstə, 
Düşün ki, çox zaman parlayacaqdır. 
 
44 
Yaxşılıq, yamanlıq öz içərində... 
Qəm, sevinc qəzanın öz dəftərində; 
Fələyə yükləmə bunları, çünki 
O səndən yazıqdır eşq izlərində. 
 
45 
Əcəl ox atdımı, qalxanlar heçdir, 
Gümüşlər, altunlar, sultanlar heçdir! 
Nə qədər aləmi gözdən keçirdim: 
Yaxşılıq yaxşıdır, qalanlar heçdir. 
 
46 
Mənim ki, mayəmi yoğurdu qüdrət, 
Yapacağım işi bilirdi əlbət; 
Günahımda onun buyruğu varsa, 
Bu nə cəhənnəmdir, bu nə qiyamət?! 
 
47 
Ey şəni yayılan bütün aləmə 

 
152 
Bilsən haçan xoşdur bu nəş'ələnmə? 
Şənbə, bazar günü, bazar ertəsi, 
Xas günü, çarşənbə, adına, cümə. 
 
48 
Kəramət kərəmsə, rəbbi-mükərrəm, 
Bəs neçin cənnətdən qovuldu Adəm? 
Nədir taətimə qarşı verdiyin? 
Günahıma qarşı ver – olsun kərəm. 
 
49 
Şadlıqdan əl üzmə – ömür bir andır, 
Hər zərrən Cəmdəndir, Keyqubaddandır. 
Bu bircə andadır həyatın özü, 
Cahan da xəyaldır – köhnə cahandır. 
 
50 
Ey saqi, göylərə qalxdı şivənim, 
Çıxdı çərçivədən məstliyim mənim, 
Məstəm şərabından, bu ağ saçımla, 
Qoçayam, tazədir könül gülşənim. 
 
51 
Cahanın sirləri dəftərimizdə, 
Söyləsək artacaq dərdlərimiz də, 
Madam ki, insanlar qanası deyil, 
Qoy qalsın dərdimiz içərimizdə. 
 
52 
Saqi! Bu səfalı bağa bax, bağa! 
Nə yazıq, dönəcək yarın torpağa. 
Yarpaqlar saralıb, güllər solmamış 
Bağa gəl mey içib, gül qoparmağa. 
 
 
153
53 
Ölüm bir dəfədir, bir dəfə öl, get! 
Bu na səfalətdir, bu nə şikayət! 
Tutalım, olmamış bu damar, dəri, 
Tutalım, olmamış bu qan, nəcasət. 
 
54 
Bir kərpicin varsa, kirovdur meyə. 
Sormayın: «Nəyin var yarın içməyə?» 
Həzrəti-Məryəm ki, toxumamışdır, 
Nə gəlib sarığa, uzun cübbəyə! 
 
55 
Tanrı yaratdısa bu təbiəti, 
Nenin ayıblıdır əksərpyyəti? 
Bu surət çirkinsə, qüsuru  kimdə? 
Xoşsa, neçin qırır həmən surəti? 
 
56 
Mədəd qıl, ey saqi! Nəişəmiz boşdur; 
Arslanlar getmişdir, meşəmiz boşdur. 
Hər gecə göy camı hübab saçarkən, 
Bu günkü bizimdir, şişəmiz boşdur. 
 
57 
Canım, cənnət nədir? İştə bir çəmən, 
Bir saqi, bir şərab, bir gümüş bədən... 
Uyma əfsanəyə, əcaba kimdir 
Cəhənnəmə gedən, cənnətdən gələn! 
 
58 
Çox-çox bizdən əvvəl mərdü zən olmuş
Üfüqlər onlarla müzəyyən olmuş; 
Sənin də bədənin torpaq olacaq, 

 
154 
Torpağın yüz başqa bədəndən olmuş. 
 
59 
Nədir təbiətin bu aylanması? 
Nə ibtidası var, nə intihası. 
Bu gəliş, bu gediş, nədir, neçindir? 
Kimə aydın olmuş bunun mə'nası? 
 
60 
Yazıq o qəlbə ki, odlanan deyil, 
Mehriban bir yara mehriban deyil, 
Meysiz keçirdiyin günə gün demə, 
Çünki hədər keçdi, hesabdan deyil, 
 
61 
Təhqiq ağacının meyvəsi kaldır, 
Əlimizə geçən bir quru daldır. 
Bu günü yarın bil, yarını bu gün, 
Bu yolda doğrunu bulmaq mahaldır. 
 
62 
Böyüklük eyləmə, sarıl sağərə, 
Uyma cənnətlərə, cəhənnəmlərə, 
Qorxma, sat sarığı, şərab al, nolur? 
Başına bir cındır dola bir kərə. 
 
63 
Yaşadım, cahanda nə oldum? Heç nə! 
Bu geçən ömrümdən nə buldum? Heç ıə! 
Əcaba, nolacaq bu şam sönərkən? 
Tut ki, cami-Cəməm, qırıldım, heç nə! 
 
64 
Ömür keçmiş isə, nə şirin, nə təlx! 
Birdir can verənə Nişaburla, Bəlx. 
 
155
Şərab iç ki, bu ay buzdən sonra da 
Gah olacaq qürrə
1
, gah olaçaq səlx
2

 
 
65  
Dünyadan indi ki, xəbərdarsınız, 
Onun işvəsinə nə uyarsınız? 
Mey için, yar sevin, nə qədər hələ 
Əziz ömrünüzə ixtlyarsınız. 
66 
Dostlar! Mənə meydən bir qut
3
 yapınız, 
Kəhrəba üzümü yaqut yapınız; 
Ölərkən şərabla yıxayın məni, 
Bir tənəkdən mənə tabut yapınız. 
 
67 
Onlar ki, dünyada coşub daşdılar, 
Sevinc yığnağında ayaqlaşdılar, 
Bir qədər içdilər, mədhuş olunca 
Heçlik uyqusunda qucaqlaşdılar. 
 
68 
Bu fələyin atı yəhərlənən gun, 
Ulduzlar ziynəti olurkən göyün, 
Səndə qusurmu var, ey insan oğlu? 
Qəza divanından budur gördüyün! 
 
69 
Ömür dəftərindən adımız çıxar, 
Əcəl caynağında çabalamaq var. 
Torpaqdır sonumuz, ey nazlı saqi! 
Axıt qədəhlərə yaqutdan sular. 
                                                           
1
 Гцрря – айын яввяли. 
2
 Сялх – айын сон эцнц. 
3
 Гут – гида. 

 
156 
 
70 
Səccadəyə tapan tayfa eşşəkdir, 
İşi riyakarlıq yükü çəkməkdir. 
Müsəlmanlıq satar zöhd arxasında, 
Özü kafirdəi də betər tüləkdir. 
 
71 
Bizə cənnətində mey və'd edən haq 
Xalqa bu dünyada edərmi yasaq? 
Həmzənin dəvəsin vurmuş bir ərəb, 
Ona haram etmiş şərabı ancaq. 
72 
Bnz olmasaq, belə olacaq cahan, 
Bizdən qalmasa da bir ad, bir nişan. 
Biz olmamış onun əksiyi nəydi, 
Biz olmasaq, ona yetərmi nöqsan? 
 
73 
Çömləkçinin əli, fikri çamırda, 
Bilməm nə görmüşdür bu vurhavurda? 
İnsan vüçudunun torpağıdır bu, 
Nə sayır özünü, bilməm ki, burda?! 
 
74 
Nə yazıq, sərmayəm həp getdi əldən, 
Qurtaran varmıdır zalım əcəldən? 
O diyardan biri gəlsə, sorardım: 
Çıxdı hansı işdən, hansı əməldən? 
 
75 
Bir vəq'ə söyləyim, dinləyib də sən 
Bu iki gəlməlik vəqəni öyrən: 
Eşqinlə torpağa girdiyim kimi, 
 
157
Mehrınlə torpaqdan çıxacağam mən. 
 
76 
Toxmumu əkdilər ədəm selilə, 
Yaxdılar ruhumu atəş əlilə. 
Varlığım yel kimi gəzər cahanı 
İtən torpağımın son əməlilə. 
 
77 
Qoyma, dürlü-dürlü iztirabları 
Bir də yeriş etsin könlünə sarı. 
Torpağa girməmiş buraxma əldən 
Sən  suyu, gülşəni, nazənin yarı. 
 
78 
Tor qurub gözəldi əzəli səyyad, 
Lakin tutduğuna insan verdi ad; 
Yaxşını, yamanı özü yazarkən 
Neçin ona, buna eyləyir isnad? 
 
79 
Səmimi yoldaşlar çıxdılar əldən, 
Aman bulmadılar zalım əcəldən. 
Ömür məclisində iki-üç qədəh, 
Bir az artıq içib düşdülər dildən. 
 
80 
Al, qoca kəndlidən kuzəni, doldur! 
Könlümün odunu söndürən odur. 
Burax boş arzunu, zira cahanın 
Bu torpaq altında arzusu boldur. 
 
81 
Dünyanı dolayan beş-üç nahamvar 

 
158 
Hər biri özünü bir alim sanar. 
Sən öz işində ol, özləri kimi 
Eşşək olmayanı dinsiz sanarlar. 
 
82 
Şənlənsin meykədə, rindlər ucalsın. 
Zahidin daməni-zöhdü od alsın! 
Bu əba, bu qəba, bu suf, bu xirqə 
Məstlərin ayağı altında qalsın! 
 
83 
Həqiqi bir varlıq insandır, insan! 
Bu söz hər yetənə deyildir asan. 
Mə'rifət meyindən bir damla içsən, 
Görünməz xaliqin məxluqu yeksan. 
 
84 
Ağlın zamanada faydası yoxsa, 
Zaman ağılsıza daha yovuqsa, 
Ağlı məhv eyləyən şeydən gətir ki, 
Zəmanə lütf edər bizə də baxsa. 
 
85 
Deyirlər dunyada pəhriz edənlər 
Öyləcə qalxarlar qopanda məhşər. 
Şərabla, cananla öləlim biz də, 
Çıxarsınlar bizi həşrə bərabər. 
 
86 
Keçicn aləmdə şən ol, nəş'ə çək, 
Ruh bədən ardınca nə'rə çəkəcək; 
Möhtəris başımız bir çömləkçinin 
Ayağı altında inildayəcək. 
 
 
159
87 
Xoşbəxt o kimsədir nə məşhur olmuş, 
Nə haqqı cübbədə, əbadə bulmuş. 
Uçub simurğ kimi ucalmış ərşə, 
Olmamış cahanın yurdunda bayquş. 
 
 88 
Dəstəmaz, meykədə meysiz düzəlməz, 
Yaman ad yaxşı ad kimi yuksəlməz. 
Şərab ver, ey saqi! Pəhriz pərdəmiz 
Öylə yırtılmış ki, yamağa gəlməz. 
 
 89 
O gün ki, bu mavi qubbə quruldu, 
Covza zər nöqtəni belində buldu. 
Şamıi şö'ləsi tək əzəldən mənə 
Eşqin də min bağla bağlanmış oldu. 
 
90 
Daim üzüm suyu əlimdə olsun. 
Bir huri sövdası könlümdə olsun; 
Mənə tövbə verən haqqın istəməm, 
Bir yol da tövbəsi dilimdə olsun. 
 
91 
Könlümün qulağı duydu səmadan: 
– Mənim yox xəbərim hökmi-qəzadan. 
Dönüşüm əlimdə olaydı hərgah, 
Sərkərdan olmazdım mən ibtidadan. 
 
92 
Badə aşiqlərə bir şahi-baldır, 
Ağıl banusunun üzündə xaldır. 
Ramazan keçdi də, göründü şəvval, 

 
160 
Bayram axşamıdır, içmək halaldır. 
 
93 
Yəqin olar, deyə diləyim hasil, 
Mən oldum oruca, namaza mail; 
Pozuldu bir yellə, yazıq, dəstəmaz, 
Bir udum mey etdi orucu batil. 
 
94 
Ayrılıq dağını aşacağam mən. 
İçib taleyimə qoşacağam mən. 
Yar gözəl, dəm gözəl, indi coşmasam, 
Əcəba, nə zaman coşacağam mən? 
 
95 
Deyirlər cənnət var, gözəl huri var, 
Orda şərab arxı, bal arxı axar. 
Doldur qədəhləri, gətir gərdişə, 
Kim nağdı buraxıb, nisyə axtarar? 
 
96 
Mənə deyirlər ki, bir qədər az iç, 
Hankı üzür səni etməkdə təhyic? 
Üzrüm yar yanağı, sabah şərabı 
Bundan parlaq üzür bulunarmı heç? 
 
97 
Eşqin ağ başıma qurmasaydı dam, 
Titrəyən əlimə toxunmazdı cam. 
Ağlın tövbəsini pozdu sevgili, 
Səbrin libasını dağıtdı əyyam. 
 
98 
Dağa şərab versən, şövqindən oynar; 
 
161
Şərabı nəqs edər naqis adamlar. 
Ey bizə şərabı tövbə etdirən, 
Tərbiyə onda var, aləm onda var! 
 
99 
Deyirlər göründü ramazan ayı, 
Almayınız ələ cami-minayı. 
Şə'banın sonunda çox içib mən də 
Özümdə olmaram bütün bir ayı. 
 
100 
Deyirlər, məhşərdə sorğu-sual var, 
Qəzəbə gələcək o mehriban yar. 
Yaxşıdan yaxşılıq baş verər ancaq, 
Qorxma, işin sonu gözəl qurtarar. 
 
101 
Şərab haramsa da, bir ağıllı bax! 
Kim içmiş, kiminlə, nə qədər, haçaq?.. 
Bu dörd şərt bir yerə toplanmış olsa, 
Böyüklər içərlər şərabı ancaq. 
 
102 
Mənim kimi içən əhl deyilmi? 
Günahı tanrıca səhl deyilmi? 
Tanrı bilirdi ki, içəcəyəm mən, 
İçməsəm, biliyi cəhl deyilmi? 
 
103 
Onda ki, dan yeri ağaracaqdır, 
Dumduru şərabı qədəhə axdır. 
Deyirlər dillərdə acı olur haq, 
Öyləsə, içdiyin şərab da haqdır. 
 

 
162 
104 
Bənövşə geyincə mor rəngli paltar, 
Gülün ətəyini öpüncə rüzgar, 
Ayıq o kəsdir ki, bir nazəninlə 
Mey içib, qədəhi daşlara çarpar! 
 
105 
Dəhrin buraxılmaz eyşi, səfası; 
Güvənmə bir yara yoxsa vəfası. 
Qədrini yaxşı bil qalan ömrünün, 
Namaz deyildir ki, olsun qəzası. 
 
106 
Hər işi görənlər ağıla bağlı, 
Öküz sağmaq kimi olur maraqlı. 
Qafildir onların cümləsi, indi 
Bir çənkə tərəyə alan yox ağlı. 
 
107 
Şərab iç, əbədi yaşayış budur, 
Gəncliyin mayası, zəngin ruhudur
Yaxıcı olsa da od kimi, ancaq 
Yanğı yatırmağa sərin bir sudur. 
 
103 
Hər şeyi bilməyin mə'nası varmı? 
Ürəyi boş yerə üzmək yararmı? 
Xoş keçin, dünyalar yaradılarkən 
Sənin tədbirini soruşdularmı? 
 
109 
Bu dönük zamana çox maraqlıdır, 
Ömrümün hər günü qəmə bağlıdır. 
Qəlbim bir qönçədir cahan bağında, 
 
163
Sinəm lalə kimi qara dağlıdır. 
 
110 
Həmdəmlə sevdiyim yaqut şərabdır, 
Qəmlikən ağlamaq böyük savabdır. 
Bu alçaq, bu dönük dünyada ancaq 
Uğur o şəxsə ki, məstü xarabdır. 
 
111 
Nəsibin gələcək ancaq fələkdən, 
Nədir hasil olan boş-boş diləkdən? 
İnçitmə könlünü, işlərin sonu 
Köçməkdir, köçməkdir bu mamələkdən. 
 
112 
Mey şəfəq kimidir, yanaraq, mey iç! 
Dilbər gözəlləri anaraq, mey iç! 
Üzüm gör nə deyir: –Şərab qanımdır, 
Halal etdim sənə, qanaraq, mey iç! 
 
113 
Bahar mövsimində iç gül rəngli mey, 
Bir tərəfdə rübab, bir tərəfdə ney. 
Şərab içən mənəm, kef çəkən mənəm, 
Ürəyin çəkməyir, get sən də daş ye! 
 
114 
Dünən bir bazarda gördüm kuzəgər 
Çamırı təpiklə yoğurub əzər. 
Çamır kuzəgərə dedi: – Yaxşı bax, 
Mən də sənin kimi deyildim məgər? 
 
115 
Şərabı ən arif adamlarla iç! 

 
164 
Gül üzlü, nazənin cananlarla iç! 
Arabir gizlicə, alışma, az-az; 
Meyin hörmətini qananlarla iç. 
 
116 
Bu iki qapılı dünya ki, vardır, 
Dərd çəkən, can verən insana dardır. 
Anadan doğmayan, hətta bir nəfəs 
Həyat sürməyənlər nə bəxtiyardır!. 
 
117 
Ömrünü əridər bu gecə-gündüz, 
Yatma, əğfal edər bu geçə-gündüz, 
Gününü xoş keçir, sən olmasan da, 
Öz yolilə gedər bu gecə-gündüz. 
 
 118 
Sirri gizlin fələk nə şivəbazdır! 
Min Mahmud, min Ayaz öldürsə azdır. 
Qayıtmaq, yaşamaq yoxdur dübarə; 
İç, saqi dilnəvaz, mey dilnəvazdır! 
 
119 
Bir qızıl quş kimi yüksəlim deyə, 
Çıxdım səraşibdən daha yüksəyə; 
Bir sirdaş bulmayıb, yenə başladım 
Gəldiyim qapıdan geri dönməyə. 
 
120 
Taət incisini dəldiyim yoxdur, 
Üzdən suç tozunu sildiyim yoxdur; 
Ümidsiz deyiləm kərəm qapından, 
Çünki biri iki bildiyim yoxdur. 
 
 
165
121 
Hər kəsin qəlbini anlayan sənsən, 
Yıxılan kəslərə dada gələnsən. 
Qəbul et üzrümü, tövbə ver mənə, 
Sən ki, tövbə verən, üzür bilənsən. 
 
122 
Nə hikmətlə dönür bu yaldızlı tas? 
Şeçin xarab olur bu gözəl əsas? 
Nə ağıl me'yarı bunu ölçmədə, 
Nə qiyas kötürür düzgüncə miqyas. 
 
123 
Tus şəhri bürcündə gördüm ki, bir quş 
Geyin kəlləsini önünə qoymuş, 
Deyirdi gəlləyə: – Əfsus, əfsus... 
O vur-çatlasının axırı buymuş! 
 
124 
Sorma, heç gələcək əyyamı sorma! 
Bir şeyin ki, yoxdur davamı, sorma! 
Bir nəfəs ömrünü gözət, nədirsə 
Olmuşun, olanın əncamı, sorma! 
 
 125 
Mascidə gər dilək sormaği gəldim; 
Sanmayın namaza durmağa iəldim, 
Çaldığım səccadə köhnəldiyindən 
İndi yenisini vurmağa gəldim. 
 
126 
Şərabla məst isən, Xəyyam, qəmin kəm! 
Yarla tutmuş isən aram, qəmin kəm! 
Yoxluqsa varlığın sonu, fərz eylə 

 
166 
Varlığın yoxluqdur tamam, qəmin kəm! 
 
127 
Aqıl ki, bu cama qalmışdır heyran, 
Bu camın alnını öpər hər zaman. 
Dəhrin kuzələri bu lətif camı 
Yaradıb, torpağa çırpır sonradan. 
 
128 
Mey qədəh içində bir lətif caıdır, 
Camın qalıbında ruhi-rəvandır. 
Giran ruhlar mənim həmdəmim deyil
Sağər giransa da, lətif girandır. 
 
129 
Fələk barışmasa mənimlə baxsın... 
Burax, yaxşı adım yamana çıxsın. 
Budur büllur qədəh, budur al şərab, 
İçməyən başını daşlara çaxsın! 
 
130 
Baştutmaz sövdanı büsbütün unut! 
Parlasın camında cilvəli yaqut. 
Otur, nəş'əyə bax üzüm qıziylə; 
Halal ananı at, haram qızı tut! 
 
131 
Bülbüllər ötüşür, saqi, çəməndə, 
Mey ver, onlar kimi bir oxu sən də. 
Nəğməsiz mey içmək doğru olsaydı 
Qurt-qurt eyləməzdi mey töküləidə. 
 
132 
Heçdir bu cəhənnəm, bu cənnət, könül! 
 
167
Axirətdən etmiş kim övdət, könül? 
Bizim qorxumuzdan, umudumuzdan 
Yayılmış aləmə bu şöhrət, könül! 
 
133 
İş gedib-gələni xatırlamaqsa, 
Xoşdur hər kəs içib işrətə baxsa, 
Burovuz aldığı dustaq ruhunu 
Bu ağıl bəndindəi azad buraxsa. 
 
134 
Gəl yarın dərdindən olalım uzaq; 
Qənimət sanalım bu ömrü ancaq. 
Yeddi min il əvvəl keçənlərlə biz 
Köçərkən həmsəfər olacağız, bax! 
 
135 
Vur ki, bacardıqca bu şərabi-nab 
Edər əqli, dini, qəlbi nəş'əyab, 
Min dəfə Adəmə səcdə edərdi 
İblis də içsəydi bircə yol şərab. 
 
136 
Ey yar, varlığımız pərkar deməkdir, 
Başımız igidir, vücudumuz bir. 
Bir nöqtə dövründə dairə kimi 
Dönüb başlarımız birləşəcəkdir. 
 
137 
Bir də çəkməyəlim qəmi-cahanı, 
İçərkən içəlim meyi-rəvanı, 
Mey cahan qanıdır, cahan qanlımız, 
Halal deyilmidir qanlının qanı? 
 

 
168 
138 
Qanadı qırılmış bir quş olursam, 
Ölüm pəncəsində bihuş olursam, 
Torpağımdan mənim qədəh yapın ki, 
Dirilləm, iyini duymuş olursam. 
 
139 
Doğrudur, zülfünə əlimi atdım, 
Sanma həqiqəti məcaza satdım, 
Divanə könlümü görüb saçında, 
Qurumuş əlimi ona uzatdım. 
 
140 
Məstəm bu aləmə gələndən, bu xoş 
Qədr gecəsini keçirmədim boş. 
Camla ağız-ağza, küplə döş-döşə 
Gəlib açmalıyam sabahı sərxoş. 
 
141 
Varlığın, yoxluğun çölünü gəzdim, 
Yüksəyin, alçağın içini sezdim. 
Bu məstlik fövqündə bir şey bulaydım, 
İndiki bilgimə meyl eyləməzdim. 
 
142 
Yedim orucumu, yanaraq içdim, 
Fəqət sanmayınız qanaraq içdim. 
Gündüzüm gecəyə döndü orucdan, 
Gündüzü obaşdan sanaraq içdim. 
 
143 
Çiçək mövsümüdür, çıx iztirabdan, 
Burax şəriəti, ayrıl kitabdan. 
Zərpf gözəllərlə, yaşıl çəməni 
 
169
Laləzar edəlim yaqut şərabdan. 
 
144 
Gül dedi: – Yusifəm Misir-çəmənim, 
Doludur yaqutla, zərlə dəhənim. 
Dedim: –Yusifliyə dəlilim? –Dedi 
– Baxsana, köynəyim qanlıdır mənim. 
 
145 
Aləmin qeydindən azad deyiləm, 
Bir nəfəs özümdən dilşad deyiləm. 
Bir qədər fələyə şagirdlik ettim, 
Yenə də cahanda ustad deyiləm. 
 
146 
Bir əlimdə qədəh, birində qur'an, 
Nə halal insanam, nə haram insan. 
Bu mavi qübbənin ətəklərində 
Nə mütləq kafirəm, nə tam müsəlman. 
 
147 
Məndən Məhəmmədə yetirin salam, 
Baş endirib deynn: – Ey fəxri-islam! 
Bu necə şeydir ki, şəriətində 
Turş ayran halaldır, saf şərab haram? 
 
148 
Pəyam aparınız məndən Xəyyama, 
Deyiniz bu qədər sadədil olma! 
Mən haçaq demişəm badə haramdır? 
Halaldır püxtəyə, haramdır xama. 
 
149 
Bu cahan qəminnn vur arxasından, 

 
170 
Şərab iç, nəş'ənin tut yaxasından; 
Cahanın vəfası olsaydı, növbət 
Sənə gəlirdimi bir başqasından? 
 
       150 
 
Haq cahanın canı, cahan bədəndir, 
Bütün mələklər də həvasi-təndir. 
Fələklər, ünsürlər, mövludlar, əza... 
Tovhid budur, qalan çərən-pərəndir. 
 
151 
Dün gecə yenə də ötdü bülbülüm, 
İşıqlandı gözüm, açıldı könlüm. 
Mənə meyxanada sondu bir qədəh, 
Dedim: –İçməyirəm. –Dedi: –Mən ölüm! 
 
152 
Cufakar güzgü tək bu asimandan, 
Çör-çöpə oxşayan dönük zamandan 
Yanaqlarım – qədəh, göz yaşlarım – mey, 
Qəlbim – sürahidir, şərabı qandal. 
 
153 
Gəl keçən günləri heç yad eyləmə! 
Yarın ki, gəlməmiş, fəryad eyləmə 
Gəlmişin, keçmnşin üstündə durma
Hali gör, ömrünü bərbad eyləmə! 
 
154 
Bir tayfa məzhəbin, dinin yolçusu, 
Birində yəqinin, şəkkin qorxusu. 
Pusqudan deyəcək bir münadi
1
 ki,  
Nə odur, nə budur yolun doğrusu. 
                                                           
1
 Мунади – ъарчы 
 
171
 
155 
Göydə Pərvin adlı bir ökuz varmış, 
Yerin altında da biri durarmış. 
İbrət gözilə bax, aralarında 
Bir ovuc sayğısız eşşək yaşarmış. 
156 
Yalandan zahidlik etməkdən məncə, 
Xoşdur gözəl şərab, xoşdur əyləncə. 
Cənnəti görməyə kim maraqlanar, 
Aşiq cəhənnəmə sərxoş girincə. 
 
157 
Neçin şən könlümüz kədərlə dolsun? 
Xoş vaxtımız qəm daşına vurulsun? 
İndi ki, sonumuz aydın deyildir, 
Yar olsun, mey olsun, xoş saat olsun! 
 
158 
Mənə cövr eyləmə, ey tanrı, rəhm et! 
Bu əsir könlümə, ey tanrı, rəhm et! 
Xarabata gedən ayaqlarıma, 
Cam tutan əlimə, ey tanrı rəhm et! 
 
153 
Ulu tanrı, mənə lütfünü yar et! 
Səninlə məşqul et, məndən kənar et! 
Ayıqkən bilirəm yaxşı, yamanı, 
Bilməməkçin məni məstü xumar et! 
 
160 
Qanlı fələk bizə olmuş bir əngəl, 
Olmuş heçliyimiz ona mühəvvəl; 
Çəmənlər çıxmadan torpağımızdan, 

 
172 
Mehriban gözəlim, çəmənzara gəl! 
 
161 
Dərkahına şahların üz qoyduğu, 
Uca qəsrin qübbəsində bir qumru 
Qanadını toplayaraq, çalaraq, 
Dayanmadan, gördüm deyir: – Ku, ku, ku
1

162 
Ömrümün qaynağı dodağındadır, 
Yenə mey bardağı dodağındadır. 
Qanını içərəm mən o sağərin 
Nə üçün dodağı, dodağındadır?! 
 
163 
Aşiqlər bəzmində amadəyik biz, 
Əyyamın zövqünə dildadəyik biz. 
Sevinc badəsindən bir qədəh içib, 
Məstik, asudəyik, azadəyik biz. 
 
164 
Tutalım doğruldu muradın, sonu? 
Oxundu kitabi-həyatın, sonu? 
Yüz il ömr eylədin öz istəyincə. 
Yenə də yüz sənə yaşadın, sonu? 
 
165 
Meydən başqa tövbə, hər şeydən tövbə, 
Yalnız bu şərabdan etməm mən tövbə. 
Əcəba, müsəlman olacaqmıyam 
Bu köhnə şərabı edərkəp tövbə? 
 
166 
                                                           
1
 щямин  сюзляр  фарс  дилиндя  бу  мянада  ишлянир: 
щаны, щаны? 
 
173
Sən hər müəmmaya irməzsən, könül! 
Nöqteyi-danaya irməzsən, könül! 
Burda şərab ilə bir cəmnət düzəlt, 
Cənnəti-üxraya irməzsən, könül. 
 
167 
Vurub piyaləmi devirdin, allah! 
Eyşimi matəmə çevirdin, allah! 
Şərab içən mənəm, sorxoş olan sən, 
Səndəmi badəyə dəm verdin, allah? 
 
168 
Cahanda olmayan kimdir günahkar? 
Günah işləməyən nə sayaq yaşar? 
Mən günah işlədim, sop cəza verdin, 
Yaxşı, aramızda nə fərqimiz var? 
 
169 
Arısan bu bədən qəmindən, könül! 
Tək ruhsan, göylərdə gəzərsən, könül! 
Sənin ərşdir yerin, utan ki, etdin 
Bu qara torpağı nişimən, köiül! 
 
170 
Ey gül, bir gözəlin yanağı sənsən! 
Ey mey, bir dilbərin dodaqı sənsən! 
Mənə, ey qovqaçı, ey qara bəxtim, 
Həm aşina sənsən, həm yağı sənsən! 
 
171 
Kimsənin qəlbinə toxunma tükcə 
Kp: «Yarəb!» deməsin o incidikcə. 
Mala, camala da uyma, çalarlar 
Camalı bir geçə, malı bir gecə. 

 
174 
 
172 
Bir rahat mənzilə, nolur, yetəydik, 
Bu qaranlıq yolu keçib ötəydik; 
Yüz min ildən sonra, ümid olaydı, 
Torpaqdan ot kimi bir də bitəydik. 
 
173 
Sevgi dəftərində fal açan kibi, 
Çıxdı baqrıyanıq bir hal sahibi, 
Dedi: – Xoş halına kimin olarsa 
Gecəsi il qədər, yarı ay kibi! 
 
174 
Dün kaşı bardağı daşlara çaldım, 
Opdan bu feylimə bir cavab aldım: 
– Düşün, səninçin də bir böylə gün var, 
Mən də sənin kimi bir əhli-haldım. 
 
175 
Son ərğəvan kimi şərabı, saqi! 
Can çəkməz bu qədər əzabı, saqi! 
Bəlkə özümüzdən bir an xəbərsiz 
Çıxalım bu acı kitabı, saqi! 
 
176 
Mən bir çömləkçiyə baxdım yaxından, 
Çarxın qarşısında nə gördüm aman!.. 
Yapırdı bardağa usta baş və qulp 
Sultan kəlləsindən, qul ayağından. 
 
177 
Gözəl mütrüb, gözəl şərab, gözəl yaz, 
Gözəl dostum, buna kimsə dayanmaz... 
 
175
Cənnət, mələk, kövsər nədir, olurkən 
Gözəl bağça, gözəl badə, gözəl saz! 
 
178 
İştə nur, iştə mey, iştə mahitab, 
İştə yaqut kimi hüsni-zərniqab, 
Bu yanan ürəyim torpaqdır sanma, 
Sovurma yellərə, saqi, son şərab! 
 
179 
İnsan sürahidir, ruh onda meydir, 
Bədən ney, ruh onda sədayi-neydir. 
Bir xəyal fanusu içində çıraq, – 
İnsan dedikləri bir böylə şeydir. 
 
180 
Ey saqi, dinləmə hər quru pəndi, 
O qədər içirt ki, mən dərdiməndi, 
Hər kəs görsə məni uzaqdan, desin: 
– Hardan gəlirsiniz, şərab əfəndi? 
 
181 
Bə'zən görünürsən üzündə pərdə, 
Bə'zən görünürsən bizə hər yerdə... 
Görünən də sənsən, görən də sənsən, 
Özünçündür bütün bu cilvələr də. 
 
182 
Uçuqda ağ çörək, iki mən
1
 şərab, 
Bir qoyun budundan çəkilən kabab, 
Bir də bir nazənin əlinə keçsə, 
Hansı sultan olar böylə nəşəyab? 
 
                                                           
1
 мян – батман 

 
176 
183 
Bizimki badədir, yardır, səbuhdur, 
Sanma ki, tövbədir, qissəyi-Nuhdur. 
Ey saqi, ey saqi, boşla bunları! 
Səndən istəyimiz rahəti-ruhdur. 
 
184 
Yaxşını özünə adam pis etməz, 
Şərab içənləri tutub incitməz. 
İç ki, mey içməklə, mey içməməklə 
Cəhənnəmlik olan cənnətə getməz. 
 
185 
Nədir bu kaşanə, nədir bu məskən? 
Əfsanə ömrünə qürurlanma sən. 
Uyğudaşın külək, yandırdığın şam, 
Neçin sel ağzında bina tikirsən? 
186 
Varlığı zindlərin öyrən diliidən, 
Namazı, orucu yıx təməlindən. 
Sözün doğrusunu Xəyyamdan eşit, 
Şərab iç yaxşılıq gəlsin əlindən. 
 
 
177


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə