M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə4/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

AZADLIQ  DLSTANI 
 
 

Mənim azadlığım, mənim işimdir, 
Həyatım, qüvvətim, yüksəlişimdir. 
Mənə öz əməyim, öz haqqım yetər, 
Bu zəngin vətənim, bu xalqım yetər. 
Qələm bülbülümə yetər bu gülşən, 
Qaldırsın səsini göylərə şən-şən. 
Məçnunum qüssədən çöllərə düşməz, 
Leylim ağızlara-dillərə düşməz. 
Fərhad, külüngünü çalır Qoşqara, 
Düşür Şirinimin əksi daşlara. 
Daşlara kök salır bizdə gəzəllik. 
Dostlar, nə haldadır sizdə gözəllik? 
Sıçramış atına yenə Koroğlu, 
Kəsilmiş hər yandan düşmənin yolu. 
Ziyad oğlu Kərəm ruhlanır işdən, 
Əsli üz döndərmiş Qara keşişdən. 
Hər kəs öz işində, öz sənətində, 
Möhtəşəm şuralar məmləkətində 
Ürəyim genişdir, gözüm dar deyil, 
Sayca da azlığım mənə ar deyil, 
 
II 
Nə gərək, sormayım, nə soydanam mən. 
Torpaqın bəzəyi bir insanam mən. 
Kim deyər qarayam, kim deyər ağam. 
Mən bir yaşıl ruhlu təzə yarpağam. 
Torpaqın şirəsi, günəşin nuru. 
Yünkül buludların sevda yağmuru 
Gözəl bir gülşəndə bəsləmiş mənn. 
Quşlar dan yerindən səsləmiş məni. 
 
89
Bilməm hankı səhər, hankı bir axşam 
Bir yaşıl yataqda oyadılmışam. 
III 
Mənim azadlığım, mənim işimdir. 
Həyatım, qüvvətim yüksəlişimdir. 
Mən onun uğrunda nələr çəkmişəm, 
Zülüm divlərinə xəncər çəkmişəm. 
Mən işçi sinfindən əsas almışam. 
Xanımdan, bəyimdən qisas almışam. 
Kimsə dəbərtməmiş məni yerimdən, 
İntiqam almışam zənginlərimdən. 
Mənim Xanlar kimi yüz qurbanım var. 
Azadlıq uğrunda axan qanım var. 
Leninin əbədi çağırışları, 
O «dağ qartalının» hayqırışları 
Şərqdə ilk səsləndi mənim tarımda. 
Eşqi çiçəkləndi torpaqlarımda, 
Onun bayrağını əlimə aldım, 
Tarixə hörmətlə adımı saldım. 
Mən artıq böyümüş, yaşa dolmuşam, 
Hər şeydim, hər şeyəm, hər şey olmuşam. 
Mən bir park deyiləm, qalın ormanam, 
Mən bir köl deyiləm, dərin ümmanam. 
Əllərə sığmaram, çərək-çərəkdir, 
Könlümün quşuna göylər gərəkdir. 
 
IV 
İndn bu sözlərə qudurmuş Hitler, 
Mən deyil, siz sorun, baxalım nə der?! 
Yaşamaq olurmu bizə dünyada? 
Alman doğulmadıq biz Almaniyada, 
Açıq mavi deyil gözlərimiz də, 
Parlayır gecələr gözlərimizdə. 
Ey quduz sərvətin quduz övladı, 

 
90
Yenn əsrimizin yeni cəlladı, 
Etdiyin ovcunda qalacaqmıdır? 
Bu dünya səninçin oyuncaqmıdır?! 
 
Ey zavallı qara halın nolacaq?! 
Çəlladmı kəsildi sənə hər alçaq? 
Sən, ey Afrikanın məhkum zəncisi, 
Qara gərdəninin bəyaz incisi 
Başınla birlikdə qırıldı yoxsa?! 
Viçdanlar sağırsa, qəlblər sovuqsa, 
Yer göyə, göy yerə dəysin bir dəfə! 
Bəlkə son qoyulsun bu qanlı keyfə. 
 
Sən də, ey Meksika çocuğu, sən də, 
Sən ki, ağlar sənə qonaq düşəndə 
«Bunlar günəşlərin oğludur» – deyə 
Bir dərin heyrətlə getdin səçdəyə, 
Tapındın vəçd ilə bu mə'budlara, 
Fəqət mə'budların döndü odlara, 
Səni tüstülənib bo1muş oldular, 
«Günəş oğulları» bayquş oldular. 
Sənn məhv eyləmək, viçdanmıdır bu?! 
Çağır məhkəməyə kaşif Kolumbu, 
Sor: «Məiim nəslimi neçin qırdılar? 
Ömür göynəyimi niyə çırdılar? 
Hanı Braziliya ormanlarında, 
Çağrışan suların bir kənarında 
Çılqın qəhqəhələr, vəhşi oyunlar, 
Yoxsa bir əriyən kölkəydi onlar? 
Hanı əylənçəmiz, hanı nəqməmiz? 
Tez oldu dünyaya gəlib-getməmiz. 
Elimiz-günümüz, sirdaşımızla 
Bir sərvi bəslədik göz yaşımızla, 
Ellər sayəsində bəxtiyar oldu. 
 
91
Niyə hər şeyimiz tezbazar oldu?! 
Hanı təbiətin böyük hissəsi? 
Bitdi başlanmadan həyat qissəsi. 
Biz ki, «yerlərdə sən, göylərdə tanrı» 
Yaxşı qarşıladıq ağ qonaqları. 
Bunlar nə mehriban insandır, deyə, 
Hamsına altunlar etdik hədiyyə. 
Qəlbimiz incidi bir dəniz kimi, 
Açdıq qəlbimizi süfrəmiz kimi. 
Onların ərkinə, nazına uyduq, 
Çaldılar, ölümük sazına uyduq. 
Vəhşi ruhumuzla qəm xıncaxıncdır, 
Bu sərvət bilmədik oddur, qılınçdır». 
Sus artıq, söyləmə, hər nədirsə bu, 
Çəkmə məhkəməyə kaşif Kolumbu. 
Qüssə yellərinə vermə aləmi, 
Gözərtmə yenidən bu cəhənnəmi. 
Xəbərin yoxmudur işin dalından, 
Bir az da agah ol onun halından. 
O da sənin kimi sinəsi dağlı, 
Əlləri, qolları zənçirə bağlı. 
O da azadlığın üzünə həsrət. 
Şənliyin, şadlığın üzünə həsrət. 
Niskilli, çiskinli, qəmli bir həyat, 
Açdığı dünyaya zindan mükafat. 
Ölürkən bu sözü düşmədi şe'rə: 
«Məni zənçirimlə kömünüz yerə». 
Bu gün Avropada azmı bu şeylər. 
Dəyişmiş səsini dünənki neylər. 
Dəhşət o dəhşətdnr, təhqir o təhqir, 
Sərvət o sərvətdir, zənçir o zəncir. 
 
     V 
Ey pərvasız qələm, ey azad ilham, 

 
92
Siz mənim işimə çəkin sərənçam. 
Durun bu yüksəliş inadınızda, 
Uçurun fikrimi qanadınızda. 
Azadlıq dünyanın dərin ruhudur, 
Azadlıq sənətin, şe'rin ruhudur. 
Bu sözlə qaplamış hər yeri şadlıq, 
Dar gəlmiş çoxuna geniş azadlıq. 
Azaddır hər günəş nur saçmasında, 
Şaşqın bir yolçuya yol açmasında. 
Azaddır, baxınız, bütün fələklər, 
Buludlar, dalğalar, quşlar, küləklər. 
Azaddır əbədi hərəkət, azad, 
Bir qanun əlində təbiət azad. 
 
VI 
Ançaq, bir baxınız, göz görə-görə 
Bir ovuc zorluya əsirdir kürə. 
Azadmı Hindistan, o yaşıl diyar? 
Kimdir bu ölkədə sahib-ixtiyar? 
Hesabsız qaramı, bir neçə ağmı? 
Üsyan fırtınası qopmayacaqmı? 
Hindu, su sərpərmi düşdüyün oda 
Məhzun duyquların tanrısı Budda? 
Olsa duyğuların hətta miqnatis 
Sənə meyl edərmi dəmir ingilis? 
Azadlıq atəşin çoxdan örtülü, 
Üstündə soyumuş illərin külü. 
Get, bu soyuqluğu Məcusidən sor!.. 
Neçin öz-özünə ağlayır Taqor? 
Nədir dilindəki bu yaqarış, nə? 
Nə qədər qəmlidir daldığı səhnə. 
Xəyalı qapqara bir mədfən kimi, 
Zəhərli sözləri bir tikən kimi. 
«Bağçamın gülləri», üsyana bir bax! 
 
93
Əlləri qoynunda bağbana bir bax! 
Kim məhəl qoyacaq bu bağırtına? 
Qopub bir sıtmalı, çılğın fırtına, 
Yazda qızdırmadan, qışda soyuqdan 
Sənin güllərini soldurdu çoxdan. 
 
Qara qız, qara qız, hilal qaşlı qız, 
Zülfü bulud kimi, gözü yaşlı qız! 
Qanqın gümüşlənən bir sahilində, 
Taqorun nəğməsi zərif dilində, 
Bu gecə vaxtında nə düşünürsən? 
Hürkərsən bu saat özünü görsən. 
Nə çıxar Taqorun duacığından? 
Uçsa dodağının yuvaçığından 
Bu dua quşları haqqın ərşinə, 
Bu dərin boşluqda nə yapacaq, nə? 
Bir matəm hüznü var hər baxışında, 
Həyaqa küsdümmü bahar yaşında. 
Atan sürüldümü, anan öldümü? 
Həyat ağladımı, ölüm güldümü? 
Yaşıl bağçanızı qaraltdılarmı? 
Bir də bu küllükdən bir od çıxarmı? 
Həzin bir titrəmə dodaqlarında, 
Sanki bulud gəzir ay kənarında. 
Bir bax qiyamətdir bu geçə dünya: 
Sarı yarpaq kimi tökülmüş suya 
Göylər bağçasında sarı işıqlar. 
Səninçin deyilmi bu yaraşıqlar? 
Hələ sənətə bax, təbiətdə sən 
Sanki bir bədii ziyafətdəsən. 
Göylərdə bitməyən rəng oyunları, 
Rəvamı görməmək bir də bunları?! 
Qara qız, qara qız, başını qaldır, 
Bu nə cansıxıcı, qorxunc xəyaldır? 

 
94
Nə çıxar daldığın qəm səhnəsindən, 
Əlini fikrinin çək çənəsindən! 
Şəklin Qanqa düşən bir yarpaqmıdır? 
Xəyalın sularda uyumaqmıdır? 
Uzaqlaş, gözəlim, erkən ölümdən, 
Gəl doldur dəstini qızıl gölümdən. 
Taqorun çeşməsi çox bulanıqdır. 
Bilirəm, təşnəsən, bağrın yanıqdır. 
Səndən nə istəyir bayquş Brahma? 
Onu can mülkünə yaxın buraxma! 
Kim deyir ki, sənə handi gərəkdir? 
Sənə bir inqilab andı gərəkdir! 
VII 
Fikrim uzaqlara uçurur məmi, 
Diyardan-diyara uçurur məni. 
Həbəş dağlarından dəstəndir bu? 
Dəstənin başçısı iyit Alamu 
Baqırıb, dolaşır sıldırımları, 
Andırır göylərdə ildırımları. 
Senyor Mussolini, ey qanlı qeysər, 
Laqın xalqlarına sy «yeni rəhbər»! 
Nə dərin quyudur iştahan sənin? 
Söylə, həqiqətmi bu xülyan sənin? 
Fikrin sezarlıqmı əski Romaya? 
Xəyalın Avqusta getmiş olmaya?! 
Bədənində gəzən onun ruhumu? 
Eşit, bir nə deyir igid Alamu: 
«Gəl, quduz çanavar, çılğın sezar, gəl! 
Gəl, inadlı vəba, qorxunc azar, gəl! 
Gəl, insanlıq deyə, ədalət deyə, 
Mədəniyyət deyə, səadət deyə, 
Gəl günəş yurduna, keyfinçə as, kəs! 
Çalaraq, çaparaq hər yanı bas-kəs! 
İstədiyin kimi dərimi gəl soy, 
 
95
Havaya vergi qoy, suya vergi qoy! 
Babandan qalmışdır bu diyar sənə, 
Əzəldən verilmiş ixtiyar sənə. 
Gəl, bu vəhşiləri yaşat, dolandır, 
Hər gün bir ürəyi acıt, bulandır. 
Gəl gör nə qiymətli bir ölkədir bu, 
Gəl, çaqırar səni yalqız Alamu. 
Təbiət mötədil, günəş mö'tədil, 
Ağası olduqun həbəş mö'tədil. 
Döyəcək qapını nə boran, nə qış, 
Zülfü, yarın kimi uzun bir yağış 
Gunəşdən üzünü saxlayacaqdır, 
Göylər vəhşətinə ağlayacaqdır. 
Gol, otur Nequsun köhnə yerində, 
Samən dağlarının ətəklərində 
Əyib dallarını təmərhindilər, 
Sənin hüzuruida çox sevindilər. 
Üz vermiş  nə gözəl bu dövran sənə. 
Bu il çox əkmişik zəfəran sənə. 
Dadını yeyəndən sonra bilərsən, 
Bizə vəhşi deyə, şax-şax gülərsən. 
Çoxdan içməmişik araq ver bizə. 
Ölüm dünyasından soraq ver bizə. 
Gəl, səni gözləyir Tan kölü, gəl də, 
Qanlı əllərini yıxa bu göldə. 
Gəl, bizim ölkədə sıxılmaz canın, 
Tan gölü arvadın kraliçanın 
Əndamı şövqilə açıb qoynunu, 
İstər qucaqlasın eşqindən onu. 
Basıb bir-birini oynaq ləpələr, 
Onun ayağını oxşamaq dilər. 
Gəlin, cəbhələri yararaq, gəlin! 
Vəhşi həbəşləri qıraraq, gəlin! 
Pambıqlı tarlamız sizi gözləyir, 

 
96
Qəhvəmiz, xurmamız sizi gözləyir, 
Gəlsin İtalyanın madmazelləri, 
Sarsın taun kimi bizim elləri. 
Yaslı bayramımız sizi gözləyir, 
Ac intiqamımız sizi gözləyir. 
Sanmayın ölkəmiz fəqət sizdədir, 
Həbəşistan bizim qəlbimizdədir.» 
 
VIII 
Zəncir çeyneyərkən bizim əsrdən, 
Çıxıb tribunaya Leyla Misirdən, 
Eşit, gör nə deyir, eşit Alamu! 
Tarixdə bir yeni, səhifədir bu: 
«Misrin azadlıqı qadına şamdır. 
O da bu çəbhədə bir vuruşandır. 
Qalmadı bir yerdə ərlərdən geri, 
İstiqlal eşqilə qoşdu iləri. 
Milli vuruşmada atıb çarşafı, 
Şahin baxışlarla süzdu ətrafı. 
Qoydu qolbağını tez milli fonda, 
Yatdı səngərlərə çəbhə boyunda.» 
Fikrim qanadlanır, Leyla, səsinlə, 
Qoşarkən çəbhəyə öz həvəsinlə. 
Səsin daşdan çıxan səsdən mətindir. 
Bu səs hürriyyətin, səadətindir. 
Vüsala irməyən, ey dünkü Leyla, 
Oyan, cəbhədədir bu günkü Leyla! 
Dərdini içində saxlamayır o, 
Qara bulud kimi ağlamayır o. 
Bizə xəbər verir Leyla səhərdən. 
Qaldırsın Füzuli başını yerdən, 
Yazsın bu Leylanı, həvəslə tutub 
Şimşəklərdən qələm, sellərdən üslub. 
 
 
97
IX 
O kimdir orada – igid bir əfqan, 
Gözündə qəlbidir yanıb parlayan, 
Ey dünya, onu da dinləyib eşit: 
«Nə könül sıxıcı qara bir mühit! 
Xəzandan acıdır burda ilk bahar; 
Qarında atəş var, atəşində qar. 
Ey mənim üzümu danlayan, çəkil! 
Neyləyim, dar gəlir ruhuma Kabil. 
Hər kəsin işrəqə qarışmış başı, 
Məi bir yazı quşu, biyaban daşı. 
Artıq nə mumkündür durmaq bu yerdə. 
Dözülməz bir daha bu acı dərdə! 
Qaraltdı ruhumu bu zulmətxana. 
Gedirlm, yol verin, a dağlar, mana. 
Orda deyirlər ki, bir ölkə vardır; 
Orda gun keçirən nə bəxtiyardır. 
Həyat guruldayır bir çaxınc kimn, 
Qafamı, qəlbimi bir qılınc kimi 
Gedib döyməliyəm o diyarda mən; 
Tarix nə söyləyər qalsam orda mən. 
Gedirəm oraya, yol verin mənə, 
Qızıl Moskvanı göstərin mənə!..» 
 

Ey böyük kürənin eyni Moskva! 
Ürəyi Moskva, beyni Moskva! 
Cahan işçisinə sən bir vətənsən, 
Azad yavruların beşiyi sənsən! 
Şərqin azadlığı sənin yolundur, 
Qərbin də şadlığı sənin yolundur. 
Sözün həqiqəti, düzü səndədir, 
Bu gun İspanyanın gözu səndədir. 
Yanarkən çağırır: «Haray, Moskva!» 

 
98
Səlib qovğaları deyil, bu qovğa. 
Yanır İspaniya, yanır Əndəlis, 
Qəmli günlərini anır Əndəlis. 
Hər tərəfdə alov, hər tərəfdə qan. 
Bu iş baş vermədi hətta Tariqdan. 
Qəbirdən xortlayıb kral Ferdinand. 
İçərək səlibə məbədində and, 
Omu  Nspanyaya bu odu vurdu? 
Yeni bir katolik yoxsa qudurdu? 
Əvət, bu fitnələr bütün onundur, 
Əvət, kapitalın sonu cünundur. 
Əvət, bərkitdikcə İspaniya əzmin, 
Üzülür qüvvəti, canı faşizmin. 
Faşizmin qurduğu bu engizisyon. 
Nəhayət özünə son verəcək, son, 
Nə aqır topların ölüm nə'rəsi, 
Nə pulomyotların ulaşan səsi, 
Nə göylərdə uçan qara qarğalar, 
Nə yerdə, havada alov dalğalar
Nə gözəl Madridin uçan daşları, 
Nə qaz buludları, nə göz yaşları, 
Nə səmum yelləri, nə qan selləri 
Tarixi bir daha çəkəməz geri! 
Ey işçi, sənindir istiqbal, sənin, 
Susmalı qarşında kapital sənin! 
Yer sənin, göy sənin, zəhmət sənindir; 
Yaranan hər gözəl sənət sənindir. 
Sənsən qabaqcılı bu insanlığın, 
Sülhün, səlamətin, mehribanlığın. 
 
XI 
Mən bütün dünyada hər şeydən əfzəl, 
Hər şeydən ləzzətli, hər şeydən gözəl, 
Şanlı azadlığı tərənnüm etdim, 
 
99
Yaxşı insanların yolilə getdim. 
Fəyyaz fəcirlərin səbahətindən, 
Rahat axşamların lətafətindən, 
Qızların, nazların şirin halından, 
Eşqin gözəlliklə həsbihalından, 
Dərədən, təpədən ilham almışıq. 
Hey söhbət açmışıq, qələm çalmışıq. 
Fəqət duyduğumuz bütün bu şeylər, 
Oyunlar, nəişələr, yaxıcı neylər 
Azadlıq olmasa ləzzəti olmaz, 
Həyatın zərrəcə qiyməqi olmaz. 
Ondadır qüvvət də, mədəniyyət də, 
Onunla yüksəlir söz də, sənət də. 
Yuxusuz bir beyin – susuz bir bulaq. 
Çalğısız əylənçə – tüstüsüz ocaq, 
Yelkənsiz bir gəmi – ruhsuz bir cəsəd, 
Budur azadlığa yabançı millət! 
Azadlıq hər kəsin əzəl naxşıdır, 
Məhkum bir millətdən qatır yaxşıdır! 
 
Ey qara torpağı bir xəyal kimi. 
Qəlbləri bir şirin ideal kimi 
Hər zaman, hər yerdə gəzən azadlıq, 
Dustağa, sürgünə dözən azadlıq! 
Ləzzətlə çalışmaq, ləzzətlə gülmək. 
Bərabər doğmuşkən, bərabər ölmək, 
Budur təbiətdən ilk payımız, bu! 
Sən, ey sosyalizmin əsas qanunu, 
Apar qəlbimizi bərabərliyə, 
Şadlığa, şənliyə, bəxqəvərliyə! 

 
100 
1936 
 
SINDIRILLN  SAZ 
 
PROLOQ 
 
Mənim qəhrəmanım bir gənç aşıqdı, 
Çox açı günlərdə araya çıxdı. 
Bağrına basdımı sədəf sazını, 
Çəkərdi ölkənin, elin nazını. 
Həyat səslənirdi onun səsində, 
Üç telli sazının coşqun səsində 
Silsilə dağların suları çağlar, 
Bəzən qərib-qərib bir könül ağlar. 
Bə'zən şaqır-şaqır bir quş öqərdi, 
Aşıq olan yerdə elin nə dərdi?! 
 
 I 
Yazdır, təbiəqdə coşqun bir ahəng, 
Dərələr rəngbərəng, dağlar rəngbəgəng. 
Hönkürub ağlayır göydə buludlar, 
Yerdə gülümsəyir çiçəklər, otlar. 
Baharın eşqilə çırpınır hər gənc, 
Yazdır, gəlin kimi bəzənmiş Xələnc. 
Havalar ilıqdır, sınmış soyuqlar, 
Çıxmış seyrəngaha qızlar, çocuqlar, 
Nər kəsin əlində bir gül dəstəsi, 
Sağalar qoxlasa illər xəstəsi. 
Qüssə buludları baxışlarında, 
Bir söyüd altında, çay kənarında. 
«Belə ayrılığa dözmək olurmu, 
Bu qədər insanı üzmək olurmu, 
Göran bu dağlardan Duman emərmi, 
Mənimlə bir yerdə kölkələnərmi?» 
 
101
Deyə, ürəynndə düşünür Sərin, 
Fikri qarşıdakı ormandan dərin. 
Onun seyrangahı çayın qırağı, 
Sular aynasıdır, yellər darağı. 
Arxadan bir addım səsi yüksəlir, 
Duman tövşüyərək tələsik gəlir. 
 
       Duman 
Sərin, ay qız, Sərin! 
 
       Sərin 
Sənmisən, aman! 
Gün günorta çağı, ayıbdır, Duman, 
Çıx keğ! 
 
Duman 
Qorxma, Sərin, bir kimsə yoxdur, 
Bu qədər ürəyin niyə soyuqdur? 
 
       Sərin 
Ayıbdır, ay Duman, görən nə söylər? 
Bilsə anam məni, abırdan eylər. 
 
       Duman 
Mən neçin tələsik bura yüyürdüm? 
 
       Sərin 
Yetər ki, bir qədər uzünu gördüm. 
 
       Duman 
Bəs haçan göruşək? 
 
       Sərin 
Geçə gələrsən, 

 
102 
Burda, burda səni közləyərəm mən. 
 
Ey baba torpaqı, ey köhnə Bərmək, 
Çətindir şe'rimdə ruhunu görmək. 
Düşmuş kitablara hansı mənzərən, 
Bir sirr sandığıdır hər məchul dərən. 
Xilqətin fusunlu həyəcanları, 
Sevda məhəlləri, görüş anları, 
Çan kimi sevməli, görməli qızlar, 
Gözləri binadan sürməli qızlar, 
Gənclər ki, ruhları dağlar qarından, 
Hissləri günəşin işıqlarından, 
Həsrətli gundüzlər, sonsuz xülyalar. 
İşıqlı gecələr, dadlı röyalar, 
Göylərə sığmayan parlaq diləklər, 
Ulduzdan ulduza uçan mələklər, 
Bu ana torpaqdan uzaqlaşmalar
Göylərdə ətirli qucaqlaşmalar, 
Səhər yoldaşlara açılan yuxu, 
Dağlara, daşlara saçılan duyğu, 
Çoban bayatısı, Kərəm türküsü, 
Bir öpüş üstündə bağlanan küsü, 
Göz-kəzə dəyəndə dəyişən hallar, 
Yaxıcı hicranlar, sərin vüsallar, 
Ələmdən, nəş'ədən axan göz yaşı. 
Soyuq yanaqları yaxan göz yaşı. 
İlk sevda cilvəsi, incə gülüşlər, 
Uzaq ulduz kimi qönçə gülüşlər, 
Yorğun maral kimi sakit baxışlar. 
Bir öpüşdən daha kəsgin baxışlar. 
Dadlı əfsanələr, gerçək səhnələr, 
Səndə nələr yoxdur, nələr, ah, nələr!.. 
Sən də açılmamış bir dəfinəsən, 
Açarı qeyb olan bir xəşnəsən. 
 
103
Yaramır incilər suda yağmurdan, 
Almaz daş kömürdən, radi çamurdan. 
Sənin də sərt qışın, yumşaq yazın var. 
Oxuyan aşığın, deyən sazın var. 
Gecədir, uyuyur dağlar, yamaçlar. 
Titrəyir yarpağı şehli ağaçlar. 
Ay göyün üzündə olduqca göyçək, 
Parlayan hər ulduz sarı bir çiçək. 
Almış təbiəti şirin bir yuxu. 
Çağlayır havada səssiz bir qoxu. 
Bir xəfif qanadlı ruzkar əsincə 
Bu şirin yuxudan səksənir gecə. 
Ötürüb köksünü Duman dərindən, 
Dünyaıın işıqlı cilvələrindən 
Ruhlanıb, heyrətlə baxır göylərə, 
Bu nə təntənədir, bu nə mənzərə!.. 
Dalmışkən seyrinə gözəlliklərin, 
Burdən qarşısında boylanır Sərin. 
 
Duman 
Camalını görən, aya dalarmı? 
Ulduzlar gözlərin kimi olarmı? 
Gözlərin bəzənib süzməsin məni, 
Bu qədər süzülüb üzməsin məni. 
Qəm kəsib sinəmi budamaqdadır, 
Neçni gözəl yarım bu damaqdadır? 
 
       Sərin 
Mən səndən küsmüşəm, orda-burda 
Niyə hər yetəni tə'rifləyirsən? 
 
       Duman 
Ay Sərin, gözümdə, könlümdə sənsən, 
Ulusum, oymağım, elim də sənsən! 

 
104 
Hər gün and içdiyim əziz başındır, 
İlk bahar dediyim dolğun yaşındır 
Mədh etdiyim çinar boyundur sənin, 
Büllur axan sular soyundur sənin. 
Dan yeri söyləsəm, açıq yaxandır, 
Şəfəq – yanağında işıqlı qandır. 
Qənçə gül dediyim gül dodağındır, 
Yasəmən dediyim ağ buxağındır. 
Gözəlsən, gözəldir hər işin sənin, 
Əsən dan yelləri yerişin sənin. 
Mən səni sevmişəm dünyada yalnız, 
Sazımın telləri zülfündür, ay qız! 
El də bilir Duman sevir Sərini, 
Kim bəyənməz bu mehriban pərini? 
Ağıllıdır, duyğuludur, gözəldir. 
Başdan-başa bayatıdır, qəzəldir. 
Kim əl çəkər bu dünyada yaxşıdan?! 
Sarı Nəbi əl çəkdimi Yaxşıdan?!. 
Hər aşiqin bir canana meyli var, 
Hər Məcnunu dağa salan Leyli var. 
Sinəsində məhəbbətin dağları, 
Şirin dedi Fərhad çapdı dağları. 
Yazıq Kərlm alış deyə, yan deyə, 
Od içindən əl uzatdı Əsliyə. 
Qərib irdi Şahsənəmə, şad oldu, 
Yerlər, göylər dad usqundən, dad oldu! 
 
 II 
Payızdır, baqçalar xəzələ dönmüş, 
Təbiəq bir solğun gözələ dönmuş. 
Təbiətdir bizə şeir söylədən, 
Yarpaqlar seçilməz sarı şö'lədən. 
Bir kiçik nəfəs də onlara bəsdir, 
Yaranmışın sonu birçə nəfəsdir. 
 
105
Göy qəm dəryasına batmış sanırsan, 
Buludlar qaşını çatmış sanırsan. 
Gənclərin sevdiyi gözəl bahardır, 
Fəqət hər mövsümün bir dadı vardır. 
 
Xırmanlar döyülüb, yığılmış taxıl, 
Fələk dedikləri o namərd paxıl, 
Çiləyib yağışı, tökməmiş qarı, 
Yarımdır çoxunun buğda anbarı. 
Bir kəndli qəmlidir, bir kəidli şaddır, 
Yenə bir tərəfdə toydur, büsatdır. 
Qovuşmaq istəyir çünki yar yara, 
Zurna-qaval səsi düşür dağlara. 
Buna həsrət çəkir çox tamarzılar; 
Biri başqasına övlad arzular. 
Bir ana o birnə deyir qayğısız: 
«Oğlundan, qızından görəsən, ay qız!» 
Axşamdır, yolları bürümüş naxır... 
Kölgəli yollarda toz göyə qalxır. 
Axşamdır, ürəyi uçur Xaləncin, 
Hər soyuq qocanın, hər isti gəncin 
Çalıb oynamağa şövqü, meyli var. 
Çoxu qızışdırıbyenə söhbəti. 
Toydur bu axşamkı çənə söhbəti. 
 
Gəl, mənim aşığım gəl, 
Məçlis yaraşığım gəl! 
Səsində el küçü var, 
Yel güçü, sel güçü var. 
Arxan elə bağlıdır. 
Bülbül gülə bağlıdır. 
Sözümün başı sənsən, 
Gözümün yaşı sənsən. 
Dağ məndə, duman səndə, 
Dərd məndə, dərman səndə 

 
106 
Mənim ötgün səsimsən, 
Ney olsam, nəfəsimsən. 
El sədəfdir, sən inci, 
Pis günümün sevimçi. 
Yanğın vardır, suya get! 
Toydan çıxdın toya get! 
Toğlular kəsilmiş, bir soyhasoydur. 
Bu neçə büsatdır, bu meçə toydur? 
Canım, çalan hanı, oxuyan hanı? 
Kəsalət qaplayır burda insanı, 
Yerində buz kimi donmuş qonaqlar, 
Şəklənmiş mollaya sarı qulaqlar. 
Deyir Molla Nəcəf tanrıdan, dindən. 
Yeddi qat fələkdən, yerin dibindən, 
Əlinin, Vəlinin şüçaətini, 
Həsənin, Hüseynin müsibətini, 
Sayır ağladıqca, yaxıcı səslə, 
Məclis də dinləyir onu həvəslə. 

 
Başımız getdi ki, aqzı yumulmuş... 
Hardan galib çıxdı bu qara bayquş? 
Çana doyduraçaq bizi axırda. 
Altdan-altdan bizə hələ baxır da, 
Sanki marıtlayıb oqru bir pişik. 
Biz toya gəlmişik? Yasa gəlmişik? 

 
Ay qız, yum aqzını, eşidər. 

 
Burax! 
Uzun danışmasın bəlkə bu sarsaq, 
Bu neçə toydur ki, deyib-gülən yox? 
Can kimi sallanıb bir suzulən yox? 
Qızlar böylə deyir. Eyni zamanda. 
Hirsindən qovrulur gənclər bu yanda. 
Mollanı duymayır, neyləsin çoban, 
Zorlamı ağlasın zavallı insan? 
Buna qurddan danış, qoyundan danış. 
 
107
Başına gətrilən oyundan danıi?. 
Nağıl aç köpəklə qurdun bəhsindən, 
Danış sahiblərin haq kəsməsindən... 
Danış yalnız geçən geçələrindən, 
Anlasın dərindən, duysun dərindən. 
Onun düşunduyü həyatı çağır, 
Çıx, dağlar başından bayatı çağır. 
Aşıq məçlisinə çağır çobanı, 
Ömrü yalnız geçən fağır çobanı. 
Gəl, mənim dağımdan, dərəmdən danış, 
Əslinin yolunda Kərəmdən danış, 
Ürəyi kövrəlib, gözləri dolsun, 
O da xəyalında yansın, kül olsun! 
 
Budur, gənc aşığım girdi içəri, 
Bərəldi mollanın paxıl gözləri. 
 «Bəli, bəli» deyib kəsdi sözünü, 
Suçlu adam kimi boğdu özunu. 
Yığıb abasının ətəklərini, 
Zillədi bir səmtə bəbəklərini. 
Dinib danışmadı tutulduğundan, 
Çıxınca aşığın saz qoltuqundan 
Dəyişdi qəlblərin həyəçanları, 
İrişdi canana sanki canları. 
 
Biri 
Aşıq, boş durmağın vaxtı deyildir. 
Çalış, öz güçünü bu toyda bildir! 
 
Duman 
O şənlikdə, bu şənlikdə 
Şirin-şirin dil mənimdir! 
Ötmə, bayquş, çəmənlikdə 
Mən bulbüləm, gül mənimdir! 

 
108 
 
Sənsiz könlüm ağlar mənim, 
Göz yaşlarım çağlar mənim, 
Fərhad olsam dağlar mənim, 
Məcnun olsam çöl mənimdir! 
 
Duman uymaz sarsaq sözə, 
Məhəl qoymaz axmaq sözə, 
Kim nə deyir bu sağ sözə, 
Mən elinəm, el mənimdir! 
 
Könül dənizləri dalğa-dalğadır, 
Sanki sazın səsi bir qasırğadır; 
Yelkən xəyalları almış önünə, 
Sürür bir əsrarlı sonsuz ənginə. 
Bu coşqun səsləri eşitməyən yox, 
Bizdə, bilən bilir, bu səslər ən çox 
Oyadır eşqini ölümsüzlüyün, 
Həyaqda bir qədər olunca küsgün. 
Bu səslər ürəyin ovunsun deyə, 
Sürükləyir bizi əbədiliyə. 
Bir də saz əzəli sənətimizdir. 
Elin ruhu kimi səsi təmizdir. 
Bunu saz səsinə dalanlar bilər. 
Aşıqla baş-başa qalanlar bilər. 
 
Ay keçir, il keçir, dolanır zaman, 
Düşməyir kimsənin dilindən Duman. 
Cana can eşidir o hər tərəfdən. 
Kənd soyumuş kmmi Molla Nəcəfdən, 
Hörməti azalır el arasında, 
Təkdir bayquş kimi xarabasında. 
Evindən yığılıb gecə söhbəti, 
Onun danışığı, bunun qiybəti. 
 
109
Deməyir Kərbəla müsibətindən, 
İndi insanların məhəbbətindən, 
Qəlbindən dəm vuran aşıq Duman var, 
İndi hər yığnaqda saz var, kaman var. 
El də duyur, görür özünü bunda, 
O, can çürütmüşdür sənət yolunda! 
Şeirdir ömrünün şirin laylası. 
Şeirdir düyünü, şeirdir yası. 
 
Məndən sormayınız nəçidir Nəcəf, 
Burda olmalıyam bir az bitərəf: 
İşi, – bilən bilir, – miras yeməkdir, 
Ara çaxnaşdırıb yalan deməkdir. 
Fikri hər gələni qələmə vermək, 
Pulunu gizlicə sələmə vermək. 
Qışın çilləsində gəlir yazlığı, 
Xalqa  bəlli  deyil  danosbazlıqı. 
Buğdası anbarda bir neçə xalvar, 
Zahirdə dövlətdən, maldan nəyi var: 
Bir qarğı qələmi, bir qələmdanı, 
Əlvan mürəkkəbi – göyərçin qanı. 
Kaftar dərisinə duadır yazır. 
Hər gun xəyalında bir qəbir qazır. 
Ona söhbət açın elin şərindən, 
Xoşdur vay xəbəri toy xəbərindən. 
Onun yasdan yasa çəkilir adı, 
Gözəllər telinə yazaraq cadı, 
Yazıq ərkəklərə qurd yağı sürtür, 
Hər açıq dəliyə başını dürtür. 
Oxuyur arpaya ürəkdən isim, 
Düzür hər küpəyə bir dürlü tilsim. 
Durmuş fırıldaqla xalqın başında, 
Piylənmiş göbəyi xeyrat aşında. 
Yamandır son zaman Nəcəfin halı, 

 
110 
Dumanın hər yerdə ötkəm xəyalı 
Çıxaraq yoluna bir əngəl kimi, 
Durur qarşısında bir heykəl kimi. 
Bu qara paltarlı, ağ başlı şeytan, 
İtirmiş başını öz qorxusundan. 
 
III 
Qarlı, fırtınalı bir qış axşamı, 
Sərinin atası yazıq Bayramı 
Salmış molla Nəcəf dili altına: 
– Bir yazığın gəlsin öz övladına, 
Söylə, zurnaçıya qız verilirmi? 
Bütün çalğıların kimsə bilirmi 
Günah olduğumu? Cavab ver, cavab! 
Özünə yaraşan bir kürəkən tap! 
Aqzından süd iyi gələn bir uşaq, 
Arvad saxlayacaq? Axmaqsan, axmaq! 
Qızının layiqi ağa Dadaşdır. 
Varlıdır, səxidir, hər yerdə başdır, 
 
       Bayram 
Qızın meylini də sormaq gərəkmi? 
Kim bilir, Dadaşı istəyəcəkmi? 
Onuk istədiyi, məkçə, Dumandır. 
        
Nəcəf 
Kökündən kəsərək atmaq asandır 
Bir dal ki, sallana çölə divardan, 
Qan çıxır o dalın verdiyi bardan. 
Bir də ki, sən fağır, o, qolçomaqdır; 
Verməsən, bir əngəl çıxaracaqdır. 
 
       Bayram 
Xoşdur iki başdan olsa məhəbbət, 
 
111
Bir başdan olursa, olur əziyyət. 
Bir də hampa Dadaş bizdən uzaqdır; 
Dadaş sərt adamdır, Sərin uşaqdır. 
Eh, görək nə olur!.. 
Nə olaçaqdır? 
İşlər öz yoluna qoyulaçaqdır. 
Budur, Molla Nəcəf qarlı yolları 
Qovdurub atını, eyləmiş yarı. 
Gedir görüşməyə hampa Dadaşla 
Gedir məsləhətə min bir təlaşla. 
Eşib bığlarını Dadaş dinləyir. 
Hirsindən qovrulub qəlbi inləyir, 
 
Dadaş 
Məni rədd eyləmək, çurətə bir bax! 
 
       Nəcəf 
Qaçırmaq gərəkdir qıyı, qaçırmaq! 
Yoxdur bu işlərin başqa çarəsi, 
Yoxsa kəndimizin o mehparəsi 
Qismət olmayacaq sənə, yaxşı bil, 
Yada, Bayram kişi qız verən deyil. 
IV 
Camaat yuxudan erkən ayılmış; 
Bəs bu xəbər nədir kəndə yayılmış? 
Deyirlər: «Bu gecə bir atlı dəstə 
Tökulmüş qəflətən Xələnçin üstə. 
Bir qız qaçırmışlar? Kimin qızını? 
«Aşığın mehriban adaxlısını, 
Sərini, Sərini...» Nə yaman xəbər! 
Nəçəf kötürmuşdür yaxşı ölçülər, 
Çağırıb Dumana verir məsləhət: 
 
       Nəcəf 

 
112 
Al bu tapançanı, cəsarətlə get! 
Öldür düşmənini, çıx bu ölkədən, 
Bəlkə təmizlənsin adın ləkədən. 
Hər yetən namusun qədrini bilməz, 
Anadan keçilər, yardan keçilməz. 
İnsanın qeyrəti hər şeydən başdır, 
Sərini qaçıran hampa Dadaşdır. 
        
Duman 
Quşçulu Dadaşmı? 
 
       Nəcəf 
Bəli, quşçulu. 
 
       Duman 
Ah, sənin... Bihəya, binamus oğlu! 
        
Nəcəf 
Topla hövsələni, ağır ol bir az! 
Özünü üzməklə heç bir şey olmaz. 
Dadaşın əlində adaxlın əsir, 
Bu halın hər kəsə etməkdə tə'sir. 
Bu axşam Xələnçi tərk elə, get, get, 
Harda düşmənini görsən, həlak et! 
Dərd boğur, öldürür qoca Bayramı, 
Getdi son ümidi, son sərəncamı. 
Əməl bəslədiyi bir qızı vardı, 
Onu da qaçırıb Dadaş apardı. 
«Bir daha yaşamaq mənə ölümdür, 
Bu nə vəhşilikdir, bu nə zülümdür?» – 
Deyərək ağlayır zavallı Bayram. 
Kimi var, Dadaşdan alsın intiqam?! 
Yalqızlıq... hər dərddən bu dərd yamandır! 
Qohumu-qardaşı ançaq Dumandır. 
 
113
 
O kimdir, bu gecə atın belində, 
Xızı dağlarının qarlı çölündə, 
Yol kəsir ən iti bir xəyal kimi, 
Əyilir, düzəlir beli dal kimi? 
Sınırlı sovuruq, acığlı çovğun 
Onun duyğusuna, fikrinə uyğun. 
Bir bax, mina kimi donuq göylərə, 
Sınıb parça-parça tökülür yerə. 
Yel əsir, qar yaqır, qaranlıq yağır, 
Nədir təbiəqdə bu çığır-bağır?! 
Onun bu qaçmadan nə dərdi varmış? 
Gözündə qorxu yox, yaman çaparmış. 
O çapır, qəlbində çılğın həvəslər. 
Köhlənin ağzından çıxan nəfəslər 
Havada buzlanır qırovlar kimi; 
Köhlənin gözləri alovlar kimi. 
O da külək kimi sovurur qarı, 
Dərin dərələrdən çıxır yuxarı, 
Qoy çapsın atını, intiqam alsın. 
Qarı düşmənini yenib, kam alsın! 
Kəndin mollası da ona get demiş, 
Get öz düşmənini həlak et demiş. 
O gedir, o çapır, o baxan deyil; 
Kəlləsinə vuran qara qan deyil. 
Qəlbinin qırılmış ilk sevdasıdır, 
O bütün varlığa indi asıdır. 
 
İndi aşığımın günahsız yarı, 
Qolçomaq Dadaşın qabalıqları 
Qəhrində əriyib sönür şam kimi. 
Səhəri dumanlı bir axşam kimi... 
Onu istəmədən gətirmiş Dadaş, 
O zaman qiyamət edirmiş Dadaş. 

 
114 
Analar əlindən fəryada gəlmiş, 
Baçılar diz çöküb, imdada gəlmiş. 
Kimsəyi saymamış, vurmuş-dağıtmış, 
Başları bədəndən qoparıb atmış. 
İndi də aşığın qıymış yarına. 
Keçirmiş Sərini ixqiyarına. 
 
Dadaşın evində Sərin əsirdir, 
Bu ev nəzərində zindanla birdir. 
Şənlikdə olsa da qəlbi bağlıdır: 
Bağrı lalə kimi qara dağlıdır. 
Köküs qəfəsində kədərli bir quş 
Döyünub, çırpınıb artıq yorulmuş. 
Dumanın Sərini burada təkdir, 
Qəlbi zəncirdədnr, dili ködəkdir. 
Xızının üstündən görünür Quşçu, 
Dağların başında bir kənddir ki, bu, 
Bu saat qar basmış görünməyir heç; 
Nolur, gözəl bahar gələcək er-gec, 
Yenə şənlənəçək dağlar, dərələr. 
Nə borandan əsər, nə qardan əsər, 
Aləm məst olaçaq gül qoxusundan, 
Hər şey oyanaçaq qış yuxusundan. 
Sərinin bəxti də oyanacaqmı? 
Altun şəfəqlərə boyanacaqmı? 
 
Duman gecə yarı Quşçuya girdi; 
Güclü qar sovurur, külək əsirdi. 
Gəldi bir komanın önündə düşdü, 
Yoldaşı Aydınla aşıq görüşdü. 
– Bu gəlişim səcə bəllidir, Aydın... 
Şübhəsiz, yerimdə sən də olaydın, 
Alardın Dadaşdan öçunü, əlbət, 
O mənə göstərdi gücünü, əlbət. 
 
115
Mən də öz güçümü göstərəcəyəm; 
Onun bu zülmünə son verəçəyəm! 
O mənim sonamı qapdı gölümdən. 
İndn hamna Dadaş mənim əlimdən 
Bir dağ olsa belə qurtula bilməz! 
Allah da bilir ki, bu dərd çəknlməz! 
Mənim qız Sərinim gəlni olsa da, 
Bu dərdi daşımaq çətin olsa da, 
Əzrayıl hökmü var köklümdə mənim, 
Dadaş ölməlidir əlimdə mənim! – 
Deyə səhər tezdən Duman geyindi, 
Quş kimi sıçrayıb atına mindi. 
Hər tərəfdə boran, hər tərəfdə qar, 
Uçuşur qanında odlar, alovlar. 
Ağzında natamam söz qırıqları, 
Boğulur qəlbində hıçqırıqları. 
Şərəfi tarimar, qəlbi tarimar, 
Üzündən, gözündən ehtiras damar! 
 
Dadaş atlı gedir aşağı kəndə, 
Gedir kəndliləri salmağa bəndə. 
Gedir verilməyən sələm dalınca, 
Gedir lakin onun ədəm dalınca. 
Bu işdən Dadaşın xəbəri yoxdur, 
Üzündə bir təlaş əsəri yoxdur. 
Budur, qarşıladı onu bir nəfər, 
Qorxudan Dadaşı basdı vəhmələr, 
Əl atmaq istədi yanına, ancaq, 
Duman «Al!» deyərək açıldı çaxmaq. 
Dadaş at üstündən özünü atdı. 
Duman «Al!» deyərək, bir də boşaltdı. 
Dadaş səndələyib yıxıldı yerə, 
Vəhşi gözlərini yumdu göylərə. 
 

 
116 
Duman kəndə tərəf atını çəkdi; 
O indi Sərinə yetişəcəkdi. 
Sərinin Dadaşdan xəbəri yoxdur, 
O ürəyi daşdan xəbəri yoxdur. 
Bir dustaq nə bilir çöldə nələr var? 
İndi əlçim-əlçlm təpələyən qar 
Burümüş Dadaşı bir kəfən kimi. 
Dumanım Quşçuya yetişən kimi 
Aydınla bir qədər edib məsləhət, 
Sərini yanıma gətirdi xəlvət. 
 
       Duman 
Sərin, danış, Sərin! Ah, sənmi gəldin, 
Ulduzdanmı düşdün, göydənmi gəldin? 
Mehriban nişanlım, geyçək nişanlım, 
Vəhşi ceyran kimi ürkək nişanlım, 
Tuzağın necədir, genişmi, darmı? 
Burdan qurtarmağa ürəyin varmı? 
Sərinin əndamı əsdi yel kibi; 
Döndü göyərçinə, titradi qəlbi. 
Əydi gözəl-gözəl qərib başını, 
Süzdü gözlərinin büllur yaşını. 
Köksü dalğa kimi qalxıb enərək, 
İpək kirpikləri incilənərək, 
Sızladı ürəyi bir kaman kimi, 
Dağınıq saçları bir duman kimi... 
 
       Duman 
Gedirsənmi? 
 
Sərin 
Aşıq, bu nə sorğudur? 
Mənim də ən böyük diləyim budur. 
Ancaq qorxuram ki, bir əngəl çıxar. 
 
117
 
Duman 
Bu fikri könlündən, Sərin, gəl çıxar! 
İndi hampa Dadaş qar altındadır, 
Buzlanmış qarların alt qatındadır. 
 
       Sərin 
O, səhər getmişdi aşağı kəndə. 
 
       Duman 
Bəli, vurdum onu yoldan keçəndə, 
Bu geçə gedirik, kimsə bilməsin. 
Bura gəlməyin də hiss edilməsin. 
 
Sərin 
Hara gedəçəyik? 
 
Duman 
Yaradan bilir. 
Neçin gözlərindən yaşlar sərpilir? 
Dağlara, daşlara, çöllərə doğru; 
Burdan uzaq-uzaq ellərə doğru. 
Qalın meşələrin, boz dumanların, 
Kahların, suların və yarğanların 
Qoynunda tanrının azmıdır yeri, 
Dəyərmi görməyə bu dinsizləri? 
 
Hər iki mehriban Xələncə çatdı; 
Aşığım ölmədi, diri qayıtdı. 
Döşünə düşmədi mollanın bu iş, 
Dedi: «Zalım oğlu yamança şeymiş!» 
Dedi: «Nə eybi var, gedər sürgünə, 
Bir ölumdən daha betər surgunə. 
Nə qədər soyuqdur darısqal qəbir, 

 
118 
O qədər soyuqdur o geniş Sibir». 
 
«Duman, doqrudan da cəsarətin var. 
Quvvətin, qudrəqin, məharətin var. 
Bil ki, şəriətlə qız Dadaşındı; 
Neyləyim, sənki də can yoldaşındı. 
Sizə kəbin kəsmək doğru deyildir, 
Burda etməlisən azacıq səbir». 
Deyərək, Dumanı rahat edərkən, 
Yazdı pristava bir kağız erkən. 
 
Baxınız, Quşçuda böyuk bir təlaş... 
Duman tərəfindən vurulmuş Dadaş. 
Mahal pristavı, şişman kəndxuda, 
Dadaşın qardaşı, qohum-əqrəba. 
Sürdulər atları Xələnçə sarı. 
Açıqlı gözləri, sərt baxışları 
Yanırdı, cəhənnəm kimi yanırdı, 
Hirsli ürəkləri alovlanırdı. 
Duman tutulmuşdur. Qoca Bayramın 
Koması önündə kinli bir yığın. 
Dadaşın qardaşı çıxmış özundən, 
Gəlir qan qoxusu hər bir sözündən. 
Bayram dil çıxarıb yalvarır ona: 

 
Uşaqdır, Sərini bağışla mana. 
O, qız xaylağıdır, günahı varmı? 
Tifil bir insanı vurmaq olarmı? 
Təkəm, Sərinədir ümidim ancaq; 
Məni öldürünüz Sərindən qabaq! 
Pristav qabağa atılıb həmən: 

 
Canım, ölmüşləri öldürməklə sən 
Adını batırma, bəri gəl, bəri, 
Vurub zingildətmə bu köpəkləri, 
Deyərik, Bayramdan həzər etdilər. 
 
119
Aşığı qabağa salıb, getdilər... 
 
Mehriban aşıqım, hara gedirsən? 
Hansı iqlimlərə səfər edirsən? 
Neçin, neçin sənin bağlıdır qolun?! 
Uzaqmı səfərin, uzunmu yolun? 
Bizim dağlarımız qalsa Dumansız, 
Olmazmı nəş'əsiz, olmazmı cansız?! 
Sənin bu firqətin kədərlidir çox, 
Dalınca su aqıb, güzgü tutan yox! 
Lakin hönkür-hönkür ağlayır bir kənd, 
Kəsilmiş ruhları ney kimi bənd-bənd. 
Çox keçmədən yenə gələcək bahar, 
Əriyəçək qarlar, coşacaq sular. 
Onlar da səninçün ağlayacaqdır, 
Lalələr köksünü dağlayacaqdır. 
Darğın bənövşələr boynu burulu, 
Əlvan çiçəklərin gözləri dolu, 
Onlar da jalədən yaşlar tökəcək, 
Quşlar ağaclapda fəğan çəkəçək. 
Güllərin üstündə bülbülün ahı 
Şeh kimi donacaq hər yaz sabahı. 
Sular daşdan-daşa başını vurub, 
Söyüdlər küsgüncə boynunu burub, 
Hicran dumanları çöküb dağlara, 
Həsrət kölkələri düşüb bağlara, 
Əsrarlı ormanlar düşünəcəkdir, 
Qəlbi buludların döyünəçəkdir. 
Gecə ay doğacaq, rəngi sapsarı, 
Göylərin sayrışan şux ulduzları 
Buluddan buluda süzüləcəkdir, 
Sənsiz taqətləri uzüləcəkdir! 
Düşərkən gecələr bu yerdən qaçaq, 
Gunəş yaxasını yırtıb çıxacaq. 

 
120 
Göylərin yolçusu durna qatarı 
Suzəcək suzdüyüm dumanlıqları. 
Tərlanlar qonaraq daşlı daqlara, 
Kəkliklər yığışıb gur bulaqlara, 
Sonalar çaylarda səni anacaq, 
Yanaçaq, hamının içi yanacaq. 
Sızlayıb axaçaq yetim dərələr, 
Səni axtqraçaq bu mənzərələr... 
 
– Getdi, yaman getdi, dərbədər oldu; 
O çox zaman mənə dərdi-sər oldu. 
On kl! Bir igidin ömrüdür on il. 
O ki, bir də geri qayıdan deyil, – 
Deyə Molla Nəçəf gülümsəyirdi. 
Öturub köksunü «Getdi!» deyirdi. 
 
Ey baba torpağı, ey köhnə Bərmək! 
Çətindir şe'rimdə ruhunu görmək. 
Sənin də hər dağda bir macəran var, 
İşıqlı baxtın var, sönən çıran var. 
 
Ömrün səksəkəli keçən uyğusu, 
Yaşayış həvəsi, ölüm qorxusu, 
Sənin də çəkdiyin ağır zulumlər, 
Haqsız işgənçəllp, haqsız ölümlər, 
Sənin də içdiyin qan piyaləsi, 
Qulaq asmadığın bacı naləsi, 
Sənin də qaynayan ehtirasların, 
Bitib tükənməyən uzun yasların, 
Yarımçıq toyların, düyünlərin var, 
Ağır qandalların, surgünlərin var. 
 

Bu dağlardan Duman getdi, 
 
121
Yaman gəldi, yaman getdi. 
Hansı uzaq bir diyarda 
Yastığı buz, dəşəyi qar, 
Qapısını tufan açar. 
Ata, ana, qardaş, baçı 
Yol gözləyir açı-açı, 
Hamı küsmüş sevinçinə, 
Ana dönmuş göyərçinə. 
Yol üstünə qonar, ağlar. 
Dərdlərini sanar, ağlar. 
Gələn çoxdur, Duman yoxdur. 
Gəlməyinə güman yoxdur. 
Hələ Sərin, hələ Sərin, 
Ürəyində dərdi dərin. 
Canı tordur, özü avçı, 
Savçı gərək burda, savçı!.. 
O zamandan üzü gülməz
Tor çürüyür, tərlan gəlməz. 
 
Ağlama, ağlama, Sərin, ağlama! 
Gününü xoş keçir, qara bağlama! 
Böyük bir sabaha bəslə umudlar, 
Nədəndir başında oynar buludlar? 
Gözündən mirvari yaşları süzmə, 
Dumandan boş yerə əlini üzmə!  ' 
Ya bu gün, ya sabah gələcək Duman, 
Dumanın gəldiyi yollara qurban! 
Gələçək, səsində ellərin səsi, 
Dağların, daşların, sellərin səsi. 
Gözdən getməyəçək bir xəyal kimi. 
Uçacaq dağlarda bir qartal kimi. 
Gələgək, qəlbində yeni duyğular, 
Yeni döyüntülər, yeni arzular, 
 

 
122 
Bayramdır – çarlığın üç yüz illiyi, 
Hər yanda vəhşətin əzazilliyi. 
Bu gün səadətə bir qara gündür, 
Bu gün fəlakətə toydur, dügündür. 
Tikənlər açılıb, çiçəklər solmuş, 
Qonmuşdur bülbülün yerinə bayquş. 
Bü gün ümidlərnn söndüyü gündür, 
Şərbətin aqıya döndüyü gündür. 
Kamanlar ürəkdir, urəklər kaman, 
Ölum hökmürandır, zulüm qəhrəman. 
Bu gündən zəncirlər döyülmüş mətin, 
Sağlığın əsli yox, əminlik çətin. 
Cəhlin əllərində qılınc görürsən, 
Ağlın ayağında qara bir tikən. 
Ayaqlar altında sərt bir uçurum, 
Başların üstündə toz, duman, qurum... 
Bayramdır – çarlığın üç yüz illiyi, 
Hər yanda vəhşətin əzazilliyi. 
Duman bu bayramda azad olundu. 
Quş qəfəsdən uçub çəmənə qondu. 
 
 
Bir gün Duman gəldi çıxdı, 
Yenə işi aşıqlıqdı. 
Nə işi var onda-bunda, 
Bir sazı var qoltuğunda. 
Qəlbi sədəf, sözləri dür, 
Dinləyəni düşündürür. 
El içində adı şirin, 
Söhbətinin dadı şirin. 
Candan keçir bu məçlisdə, 
Bu məclisdə, o məclisdə. 
Sözündə yox saxqa, boya. 
Toydan çıxıb, gedir toya, 
 
123
Eşqə gəlir, çoşa gəlir, 
Söylədiyi xoşa gəlir. 
Uşaq kimi özü oynaq, 
Sazı oynaq, sözü oynaq. 
Birdən keçir saz boynuma, 
Heyran qalır baxan buna. 
Sinəsi dəftər kimidir. 
Sözləri xənçər kimidnr. 
Cahan onda, can ondadır, 
Tor onda, tərlan ondadır. 
Hər sorğuya cavabı var, 
Hər ürəyə xitabı var. 
 
Ayrılıq aradan çıxıb sovuşmuş, 
Dumanım Sərinə artıq qovuşmuş. 
Fəqət bu vüslətdə bir acılıq var, 
Xəzan bağçasından bir dərdli ruzgar 
Keçib inildərkən solğun bir budaq, 
Yaxud çatır-çatır yanıb bir ocaq 
Sızlarkən, ağlayıb Duman hönkürür, 
Sanır ki, bu saat Sərin öksürür. 
Dumanın Sərini vərəmli, əvət, 
Yemiş ürəyini çəkdiyi həsrət. 
Sormayın, Sərini incitdilərmi? 
Sərinin çəkdiyi başa gələrmi?! 
Uzaq təbiətdən, uzaq günəiydən, 
Uzaq ürəyində yanan atəşdən, 
Sevərkən duyduğu sövdadan uzaq, 
Dirilikdən uzaq, dünyadan uzaq, 
Hər göz qədəhindən bir zəhər içdi, 
Hər zaman üzündə ağladı, keçdi. 
Onun siyah saçı buludlar kimi, 
Sürdü  gəncliyini ixtiyar kimi. 
Uzun illər boyu açı qorxular, 

 
124 
Dərin faciələr, aqır uyğular. 
Onda, zaqaallıda can qoymamışdır, 
Solğum yanaqında qan qoymamışdır. 
 
VI 
Bu axşam Nəcəfə qonaqdır Duman, 
Yenə sçhbət gedir dindən, tanrıdan. 
Məclisdə Xələncin ağsaqqalları. 
Ruhlarda qiyamət ixtilalları. 
 
Nəcəf 
Duman, burax sazı, deyirəm buraq! 
Yamanca sənətdi bu, gözdən iraq. 
Neçə yol demişəm, deyirəm yenə; 
Çox da bu dünyanın uyma rənginə. 
Düşün, bu sənətin yaman sənətdir; 
Bu sənət tanrıya bir mə'siyətdir. 
Bundadır çəkdiyin bunça müsibət, 
Ver sazın yerinə ruhana ziynət. 
Qorxun yoxmu sənin məhşər günündən? 
Bu şeytan işini burax bu gündən; 
Bir az da axirət qayğısına qal. 
Peyğəmbər demişmi quranda: saz çal? 
Onda ki, mizrabı telə vurursan, 
Əlinin üzünə sillə vurursan. 
Mən bilirəm, sənin gözəl təbin var, 
Hərgah ürəyində bir mətləbin var, 
Otur mərsiyə de məhərrəmidə. 
Cəhənnəm qəmi də, cənnət qəmi də 
O zamin büsbutün fikrindən çıxar; 
Onsuz da behiştdə nə istəsən var: 
Mehtab, rübab, çəmən, min bir fərişqə, 
Kim getmək istəməz belə behiştə?! 
Büllur qadəhlərdə şərab dalğası, 
 
125
Sh, bu dünya nədir, sərab dalğası! 
Keçək çəhənnəmə, «ləzzət» burda var! 
Bir yamda əjdaha, bir yanda şahmar. 
Qızğın alovların qələyanları, 
Əməlləri saleh olmayanları 
Orda özün kimi üryan görərsən, 
Qaynar tiyanlarda buryan görərsən. 
Yasaq əməllərdən qəlbin pak olsun. 
Yaxan haq yolunda çaki-pak olsun! 
Burax, Duman, burax bütpərəstliyi
Bu məl'un sənəti, bu sərməstliyi! 
Ürəyin tanrıdan niyə xalıdır? 
Bu şeytan əməli qırılmalıdır! 
 
              Bir  qoca 
Aşıq, gözəl düşün, molla haqlıdır. 
Onun bu sözləri çox maraqlıdır. 
Oğlum, sənin hələ doludur başın, 
Qiyamət günündən yoxdur təlaşın. 
Bizim dövranımız qəflətlə keçdi, 
Mə'siyətlə keçdi, zillətlə keçdi. 
Çıxdıq anlamadan haqqın yolundan, 
Qaçdıq şəriətin qaravulundan. 
Nəcəf deyən kimi, bu sazı unut, 
Namazını qılıb, orucunu tut. 
Bizim boynumuzda günah bir yığın. 
Barı olsun sənin o dünyalığın. 
 
Nəcəf 
Bir də eliyirəm məsləhət sənə: 
Burda dar keçəcək məişət sənə. 
Yenə düşmənlərin axtarır məqam, 
Qorxuram alalar səndən intiqam. 
Yıqış, get şəhərə, yoxsa Dadaşgil 

 
126 
Əl çəkib yaxanı buraxan deyil. 
 
Dumanın məçlisə: – Çox gəzəl! – deyə, 
Başladı ürəyi bərg döyünməyə, 
Boynunu buraraq çıxdı dişarı, 
Gecənin son bahar qaranlıqları 
İçindən keçərək evə yetişdi, 
Özü bilməyirdi bu iş, nə işdi. 
«Şəhərə getməkmi?» – Söraraq Duman, 
Düşünür qəlbində... 
Ey aşıq, dayan! 
Şəhərdə işmi var? Şəhər müztərib; 
Dolaşıb şəhəri sən qərib-qərib, 
Qara qış qapını aldığı zaman, 
Boran pəncərəni çaldığı zaman, 
Şaxtalar havanı qoyunca darda, 
Sular asılırkən navalçalarda, 
Qara, sıxıntılı geçələr boyu, 
Almaq istədiyin şirin yuxuyu 
Vurub dağıdacaq bir qarlı çovğun, 
Ərşə çəkiləcək soyuqdan yuxun, 
Dişin bir-birinə çarpıb dəyincə, 
Gömgöy ayaqların gizildəyincə, 
Bir odun parçası tapmayacaqsan. 
Orda da bir yuva yapmayaçaqsan! 
Yapsan da vücudun mərmərlənərkən, 
Onu pəncərəndən içəri girən 
Gecə nurlarilə canlatmaq olmaz, 
Dərdini deməklə anlatmaq olmaz! 
 
Çəkilib xəlvətə Duman ağlayır, 
Sanki dağ döşünə duman ağlayır. 
Ağlayır, Sərini çünki çan verir. 
Məhəbbət yolunda imtahan verir. 
 
127
– Bağışladı sizə ömrünü Sərin, – 
Derkən molla Nəçəf, ürəkdən dərin 
Bir ah çəkib Duman, qəlbi sıxıldı, 
Özündən gedərək yerə yıxıldı. 
 
Köhnə məzarlıqda bir ağlaşma var, 
Qazılır ortada bir dərin məzar. 
Çəkdiyi dərdləri, musibətləri, 
Uzun həsrətləri, məşəqqətləri 
İndi yerli-dibli unutmuş Sərin; 
Ölüm dərmanıdır ağır dərdlərin. 
Həmən molla Nəçəf, ağ başlı şeytan 
Oxuyur əlində bir zərli qur'an. 
Dumansa ağlayır səssiz kənarda. 
Sərinin xəyalı batır sularda: 
 
«Yenə könül düşdü dərdə, 
Böylə imiş yazım mənim. 
Uçdu getdi, daha bir də 
Qayıtmaz şahbazım mənim! 
 
Məni hicran aldı yenə, 
Yanar oda saldı yenə. 
Ürəyimdə qaldı yenə 
Sözüm mənim, arzum mənim! 
 
Duman deyər, haqqa sığın, 
Onsuz heçdir insanlığın. 
Gunahım var yığın-yığın, 
Qoy qırılsın sazım mənim!» 
 
Deyə, ürəyində aşıq yanırdı, 
Yandığca gözləri yağmuplamırdı. 
 

 
128 
VII 
O, yatmaq istəyir, yata bilməyir. 
Bir xəyal gözündən heç çəkilməyir, – 
Mollanın tanrıya yaxın xəyalı. 
Duşünur yataqda, dəyişir halı, 
Bir zindan kəsilmiş ruhuna dünya, 
Gəmirir beynini bir qara xülya. 
Payız küləyi də döyür qapını, 
Bir əl ürəyinin qırır sapını. 
Vəhmə basır onu, tər basır onu, 
Ağır düşünçələr əzir ruhunu. 
Qalxaraq yandırır qara çırağı, 
Qorxusundan əsir əli-ayağı. 
Divardakı saza ilişir gözü, 
«Doğrudur, doğrudur, mollanın sözü. 
O mənə çox demiş, çox söyləmişdir, 
Bu haqqa üsyandır, bu, günah işdir», - 
Düşünüb xəyala dalır bir ara; 
«Bir də, bir də mənə Sərindən sora, 
Söhbət nə gərəkdir, saz nə gərəkdir?! 
Ürəkdən çıxmayan söz nə gərəkdir?!.» 
Deyə, alıb sazı dişarı çıxdı, 
Onun xəzəl kimi rəngi qaçıqdı. 
Sanki işləmişdi böyük bir günah, 
Qopdu ürəyindən bir yanıqlı ah 
Daldan qopan sarı bir yarpaq kimi; 
Alışdı gözləri bir çıraq kimi. 
Bir göylərə baxdı, bir saza baxdı, 
Ruhuida bir açıq şimşəyi çaxdı. 
Üzündə, gözündə dərin bir həzər, 
Baxıb saldı saza acı bir nəzər. 
«Doqrudan beləmi? Saz yasaqmıdır? 
Yarın sorğu-sual olacaqmıdır? 
Əlbəttə, olaçaq, buna sözmu var?» 
 
129
Başında dolaşıq bvyuk suallar, 
Gözundə çəhənnəm-cənnət qorxusu, 
İnkirin-minkirin çətin sorğusu... 
 
Amandır, sazını sındırma, aşıq, 
Onu bir yar kimi bağrına bərk sıx! 
Səni aldatmasın sözü mollanın, 
Səni götürməyir gözü mollanın. 
O, xalqın ruhudur, ona toxunma, 
Elin təmiz duyğusuna toxunma! 
Ürək telləridir onun telləri, 
Güldürən, ağladan odur elləri. 
Xəstələr can bulur onun səsindan, 
Bir şəfəq süzülüb hər nəğməsindən, 
Qaranlıq ruhları işıqlandırır, 
Hər sönük baxışda bir od yandırır... 
Həyatın ahəngi ahənginlə bir; 
Düşün ki, mollanın gördüyü tədbir 
Həm sənə, həm elə böyük ziyandır, 
O gözəl sazını qırma, amandır! 
Onu «qır!» deyənin iksafı yoxmu? 
Bu yazıq ellərə bir saz da çoxmu?! 
Tutub əldə sazı düşünür aşıq, 
Onun ruhu kimi gecə qaranlıq. 
Anlaya bilməyir öz kədərini, 
Ay yırtır gecənin ətəklərini, 
Sazın üzərinə bir işıq düşür. 
Aşıq baxır saza, uzü pörtüşür. 
Ağaçlar səslənir, küləklər əsir, 
Baxıb donuq-donuq, onu dərd kəsir. 
Xışıldayan dallar deyir: «Xoş deyil, 
Mollanın öyudü sənə boş deyil». 
«Boşla başındakı bu düşüncəni, 
Aldatmasın qara fikirlər səni!» – 

 
130 
Səslənərkən keçən yaxındakı çay 
Axıb şırıl-şırıl deyir ki: «Hay, hay... 
O gözəl sazını qırma, xoş deyil, 
Mollanın öyüdü sənə boş deyil!» 
Gözünün qapıları açılır tay-tay, 
Gəstərir üzünü sarı saçlı ay, 
O da sanki ona gülüb çəkilir. 
Aşığın gözləri saza dikilir. 
Xayır, o saf qəlbli, məhzun xəyallı 
Aşığım bu saat qəmli, məlallı. 
Sazı sındıraçaq bir hala gəlmiş, 
Fəqət ruhumda bir əziz titrəyiş, 
Onun qarşısında bir iri daş var, 
Uçur gözlərində qorxunc xəyallar. 
Sındırmaq istədi, yenə bir sual 
Gözündə, könlündə dayandı dərhal: 
«Neçin!» Neçinlərə artıq məhəl yox. 
«Sənin günahın çox, mə'siyətin çox». 
Düşündü bir qədər, daldı bir qədər, 
Qəlbində qorxulu ağır bir kədər. 
«Eh!» deyib, sazını daşlara çaxdı, 
Sonra həzin-həzin göylərə baxdı. 
Sağır göy altında gələrək vəcdə, 
Sonsuz bir heçliyə eylədi səçdə. 
Ey baba torpaqı, ey köhnə Bərmək! 
Çətindir şerimdə ruhunu görmək. 
Sənin də torpağda qaynayan dizin, 
Açıqlı lənətin, alovlu qeyzin, 
Şeytamın, mələyin, üzrün, günahın, 
Yer üzundə ağan, göydə allahın, 
Sənin də dərd çəkən insanların var, 
Qırılan sazların, kamanların var! 
 
O gündən bir mahal qaldı aşıqsız, 
 
131
Könüllər işıqsız, gözlər işıqsız. 
Xələncdə kədərli bir hərəkətlə 
O gündən məscidə üz qoydu kutlə. 
O gundən Nəçəfin könlü açıldı, 
Gözlərdən od kimi yaşlar saçıldı. 
Nəcəfin məçlisi boşaldı, doldu; 
Kəndlilər büsbütün aşıqdan oldu. 
O gündən sarıqlı çıxdı ərsəyə, 
Yaxşı rəvaç tapdı növhə, mərsiyə. 
Hətta pul yığaraq, tədbir tökdülər, 
Yenidən bir gözəl məscid tikdilər. 
Ellərin şənliyi keçdi aşıqsız, 
Könüllər işıqsız, gözlər nşıqsız? 
 
 
VIII 
Uçdu oylağından tərlanım mənim, 
Çəkildi dağlardan Dumanım mənim 
Gəldi, iş dalınca şəhərə gəldi, 
Ağır dərdlərindən xəbərə gəldi. 
İşlədi Neftalan mə'dənlərində. 
İşçi dostlarına günün birində 
Danışdı dərdini aşığım mənim, 
Yenidən parladı işığım mənim. 
«Biçarə, sadədil, zavallı aşıq, 
Danışma bu sözü, danışma artıq! 
Mollanın sözünə niyə uyurdun? 
Niyə öz sazını daşlara vurdun? 
Məqsədi bəllidir onun bu işdə, 
Yaxşı qazanmışdır məlun bu işdə.» 
Deyərək aşığı başa saldılar, 
Yenidən Dumana bir saz aldılar. 
O günədək gəzərək ellər içində, 
Dəyişib bu uzun illər içində, 

 
132 
Dağlardan aşığın gəlir avazı, 
İşçilər diriltdi ölən bir sazı. 
 
Bir az, qəhrəmanım, məni də dinlə! 
Mən ki, əzəl gundən dostam səninlə. 
Müzlüm ümmanından çıxdın o kəndin; 
Sən onu vaxtilə sevdin, bəyəndin. 
Çayır quşlarına döndü düşünçən, 
Sənlə faydalandı hər gəlib keçən. 
Sən bunu bilmədin, sonra anladın: 
Saya keçmişini söyüb, danladın. 
Sonra onlar sənə gör nələr etdi; 
Sevgilin də getdi, sazın da getdi. 
İndn qabaqdadır yeni döyüşlər, 
Çağırır sazını, səni doyüşlər! 
Yenə haraylayır təbiət səni, 
Həyat, mübarizə, məişət səni. 
Sazını qaytardı işçilər sana, 
Aşıq, oxusana, aşıq, çalsana! 
Aşıq, işçilərin sazıdır bu saz, 
Döyüşlərdən çıxan bu saz qırılmaz!.. 
 
133
EPİLOQ 
 
Mənim saz dediyim o deyil fəqət, 
O təhqir olunan bir mədəniyyət, 
Qırılan bir könül, dərdli bir xəyal, 
İnsanın çəkdiyi dərin bir məlal, 
Çeynənən bir şərəf, susan bir ağız, 
Ayrılan qurbanı – vərəmli bir qız, 
Bir ana şivəni, bir el qayğusu, 
Bir el şairinin təmiz bir duyğusu 
Və onunla gedən bir öcəşmədir, 
Bir quru səhradan çıxan çeşmədir. 
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə