M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə3/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

1935 
 
QAYA 
 
 
BAŞLANĞIC 
 
Dostlar, gəlin sizə mən bir həyatdan
Başqa bir aləmdən, bir kainatdan 
Açım bir maraqlı, həqiqi səhnə. 
Endir, ey xəyalım, ey fikrim yenə 
Özünü həyatın dənizlərinə! 
Ordan dəyərli bir sədəf yerinə 
Əlinə keçsə də bir çınqıl daşı, – 
Sevindirmək üçün yarı, yoldaşı, – 
Bu da bir əməkdir, bu da bir işdir, 
Tarix ki, duz-çörək itirməmişdir. 
Döyün, ey ürəyim, döyün dəmbədəm! 
Alovlan, ey kağız, alış, ey qələm! 
 

Yirmi üçüncü il, mayis günləri... 
Göylərin yosması o gözəl pəri 
Odlu baxışlarla axır, süzülür, 
Axşamkı ayazın canı üzülür. 
Olduqca nəş'əli bir inçə gündüz, 
Sabir bağçasında bir neçə öksüz... 
Yayılmış aləmə Qayanın səsi. 
Nə qədər şirindir bu el nəğməsi! 
 
Qaya 
Gözəl səhər, gözəl hava, 
Zalım ovçu çıxdı ova. 
Ceyranımı  qova-qova. 
 
65
Atdı vurdu, qan eylədi. 
Çatdı vurdu, qan eylədi. 
Ceyranımın gözü şəhla, 
Onsuz keçəp günüm ahla. 
Zalım ovçu min günahla 
Vurdu ürkək ceyranımı, 
Ruhu ipək ceyranımı. 
 
Ay pusquda yatan ovçu, 
Yaman güllə atan ovçu, 
Əli qana batan ovçu, 
Artıq yetər, qan eyləmə, 
Bu qədər tufan eyləmə! 
 
O xalq müəllimi, qoca qəhrəman, 
Geçərkən bağçadan daldı bu səsə. 
O bilik mə'dəni, o böyük insan 
Daldı düşüncəyə, qapıldı hissə. 
Oturdu ən yaxın bir iskəmləyə, 
Onlara bir dərin həsrətlə baxdı. 
«Sonu nə olaçaq bunların?» – deyə. 
Həsrətlə, diqtətlə, heyrətlə baxdı 
 
Qaya oxuyurdu, Mişka çalırdı, 
Biri oynayırdı şirin qaytağı. 
Müəllim bir acı ləzzət alırdı, 
Nədənsə tutqundu qaşıqabağı. 
O, bir heykəl kimi durmuş yerində
Keçirir gözündən qorxunc şəkillər. 
Sonsuz fəlaktin dənizlərində 
Bu əl-ayaq çalan kiçik səfillər, 
Sən ey çoçuqluğun şanlı rəhbəri, 
Yoxsa var bunlara sualın sənin? 
Qarşında çırpınan bü tifillərin 
Haraya çəkməkdir xəyalın sənin? 

 
66
Hankı bir həvəslə ey bilik əri, 
Bunlara könlünü verməyə gəldin? 
Bu başsız, bu sınıq təknəçikləri 
Hankı bir sahilə sürməyə gəldin?.. 
Bayaqdan oynayan, qışqıran, çalan, 
Çılğın nəğmələri göyə ucalan, 
Bu dəstə tərpənib qalxdı yerindən, 
Müəllim onları süzdü dərindən. 
 
Müəllim 
Bala, o şərqini söylə, mən yazım. 
Rica eyləyirəm. 
        
Qaya 
Rica nə lazım? 
(Yoldaşlarına) 
Uşaqlar, siz gedin, mənim işim var. 
Lakin son yeriniz olmalı bulvar? 
(Qaya bir-bir dedi, yazdı müəllim.) 
 
       Müəllim 
Başqa bir nəğmən də varmı? 
 
Qaya 
Nə bilim... 
 
       Müəllim 
 Yaxşı o nəğmə də qalsın sonraya 
Sənə bir sualım vardır, ay Qaya! 
Atadan, anadan söylə nəyir var? 
 
       Qaya 
Çoxdan gömülmüşdür torpara onlar, 
Üzlərini belə görməmişum mən. 
 
67
 
       Müəllim 
Harda yaşayırsan, nə iş görursən? 
 
         

 
68
Qaya  
Bir az yaxşı deyil işimin adı, 
Bir cür keçirirəm mən də həyatı. 
        
Müəllim 
Məktəbə getməyə həvəsin varmı? 
 
Qaya 
Ay əmi, heç onu soruşarlarmı? 
Bax, mənim məktəbim bu küçələrdir. 
Aldığım tə'limsə sizə zərərdir! 
Mənim teatroya çox marağım var! 
Böyük çarpışmalar, qızğın  davalar 
İnsan  sürdüyü ömrü andırıp, 
Adamın qanını alovlandırır. 
Yenə neçə gecə «İblis» ə getdim, 
Bilsən nələr gördüm, nələr eşitdim! 
Orda bəyəndiyim bir yaxşı söz var: 
«Biz dağlara hökm edən krallar». 
Mən kiməm? Küçələr kralı Qaya. 
Aşiqəm kinoya, həm teatroya. 
 
       Müəllim 
Səni teatro qəmləndirirmi? 
 
Qaya 
Mənim bu ürəyim daşmı, dəmirmi? 
Mən də bir insanam, qəlbim, qanım var. 
Vücudumda sel-sel həyəcanım var. 
Bir gün yolum yenə düşdü «Aydın»a, 
Bir kimsə qalmamış onun qaydına. 
Məni doğrudan da ağlatdı Aydın, 
Sən də dayanmazdın,  orda olaydın. 
Eh... Aydın dəlidir, o lap uşaqdır, 
 
69
İşi gecə-gündüz sızıldamaqdır. 
Tökür acığını makinələrə! 
Sıxıb yumruğunu vuruş bir kərə! 
Onun qapıldığı boş-boş xəyaldır, 
Mənçə, Dövlət bəyin qanı halaldır. 
Əkşi, qurban olum bolşeviklərə! 
Onların ipini eşdi bir kərə. 
 
Müəllim 
Sən ki, bu şeyləri bilirsən, niyə 
Bir son qoymayırsan bu səfilliyə? 
 
Qaya 
Mən öz ürəyimi sıxa bilmirəm
Bir tordur düşmuşəm, çıxa bilmirəm. 
Bir də yoldaşlarım, yaranlarım var, 
Onlarla əhdim var, peymanlarım vlr. 
Bilirəm bu yolum sonu qızıqdır, 
Nəysə, bir şey bizi yeyir qurd kimi, 
Ömrümüz tez keçən bir bulud kimi. 
Bu yolun sonu bir qorxunc enişdir, 
Bu da bir həyatdır, bu da bir işdir. 
        
Müəllim  
Heç  savadın varmı? 
 
Qaya 
Bir azacıq var. 
Qoymadı artırım bizim bu dostlar. 
Bir gun bu Kommunist kuçəsində biz 
Görduk dövrəmizdə iki-uç milis, 
Surüylə qabağa saldılar bizi; 
Çocuqlar evinə aldılar bizi. 
Bilirsəm, insanlar başqa-başqadır; 

 
70
Ordan önçə qaçan bizim Mişkadır. 
Bu aləm olmuşdu bizlərə zindan, 
Bir neçə yoldaşım qaçdı sonradan. 
Mən qaldım iki il, oxudum bir az, 
Deməklə hamsını qurtarmaq olmaz; 
Sonra yoldaşları böylə görüncə, 
Əkildim oradan mən də bir gecə. 
 
       Müəllim 
Ay oğul aləmə yaxşı nəzər qıl, 
Sən gəl bu dəstədən bir yolluq ayrıl! 
Onların gözünə görünmə bir də. 
 
Qaya       
 
(düşünərək) 
Bir gün çürüyəcək ömrüm Sibirdə. 
Bilirəm bu həyat, bilirəm nədir, 
Bir qanlı meydandır, acı səhnədir. 
 
       Müəllim 
Bilirsən, uzaq ol, axırın heçdir. 
Topla iradəni, sanma ki, geçdir. 
Bax, mən müəlliməm, dinləsən məni, 
Aparıb qoyaram məktəbə səni. 
Bu çirkin işlərə bir son qoyarsan, 
Orda həm işlərsən, həm oxuyarsan. 
        
Qaya 
Qoy bir fikirləşim. 
        
Müəllim 
Yaxşı, fiknrləş. 
Ancaq yaxşı düşün, yaxşı fikirləş! 
Adresim də budur... bizə gəl sabah. 
 
71
Açarkən mən sənə bir yeni şəhrah, 
Böyük insanlara qarışacaqsan, 
Onlarla həyatda yarışacaqsan. 
Qızğın səfalətin çoraq çölləri, 
Dalğa-dalğa axan bu selləri. 
Çox çəkib özünə məhv eyləmişdir, 
Həyatda çoxları səhv eyləmişdir. 
Xəta əl verməmiş bu insanlığa, 
Sürükləmiş onu pərişanlığa. 
Oğul al əlinə ixtiyarını, 
Bu müdhiş aləmin kabuslarını 
Əlinlə, ağlınla sil gözlərindən, 
Həyatı düşünüb anla dərindən. 
Sabah gəl mənimlə gedək bərabər, 
Qaranlıq yoluna doğsun günəşlər. 
 
II 
Müəllnm gözlədi, Qaya gəlmədn. 
Deyən faydasını yenə bilmədi. 
Müəllim gözlədi, kim bilir, Qaya 
Qapılmış hankı bir qara sevdaya. 
Nə qədər gözləsin müəllim yazıq? 
Edir kövdəsinə qəlbi ağırlıq. 
Müəllim gözlədi, bir ay gözlədi, 
Qayanın özündən haray gözlədi
Dil-dil ötən Qaya, düşünən Qaya 
Deyək müəllimi almadı saya. 
Müəllim keçdiyi yollara baxır, 
Qayanın həsrəti könlünü yaxır. 
O, on beş yaşında nələr bilməyir? 
O hansı sahədən xəbər bilməyir. 
Bilir işlədiyi xətasını da, 
Bilir bu dünyanın mə'nasını da. 
 

 
72
Ovlamış Qayanı böyük oğrular, 
Böyük oğrulara olmuş əlaltı. 
Yaxşı gəliri var, yaxşı pulu var. 
Pul içində üzür onun həyatı. 
Şəhərin ən dərin bir bucağında 
Yaşayır bu kiçik səfil bəxtəvər. 
Onun bir mum kimi tifil çağında 
Keçirmiş əlinə pərgar həriflər, 
Onun ürəyində bir ikilik var,  
Qəlbi qüssələnir bu ikilikdən. 
Bilir bu aləmə tanış olanlar, 
Onun iradəsi  sərtdir bu çəlikdən. 
Bir dəfə özünə desəydi: «Əl çək!»  
Bilirəm, bu yola düşməzdi bir də. 
Gülərdi üzünə böyük gələcək, 
Dərdini çəkməzdi onun şair də. 
Yeni insanlardan uzaqdır Qaya. 
Gündüz «işdən» çıxıb, uzun gecələr 
Gedərkən kinoya, ya teatroya, 
Evə qayıtdımı, nə bilməcələr, 
Nə hisslər almayır onun ruhunu?.. 
Gördüyü səhnələr, şəkillər həmən 
Şanlı bir aləmə çağırır onu. 
Deylr öz-özünə: «Nə alçağam mən!» 
 
III 
Qayanın böylə bir keçmişi vardı: 
Xızı dağlarında onlar yaşardı. 
Deyirlər, atası kənddə çobanmış, 
Nədənsə hirsindən bədəni yanmış. 
Sürüdən üç qoyun satmış bir dəfə, 
Yoldaşlı dağlarda dalmışdır kefə, 
Bu işdən ağası xəbər tutunca, 
Üzünü, gözünü çox turşudunca, 
 
73
«Haqqımı satmışam» – deyə köpürmüş. 
Ağası ondan üsyanı görürmüş. 
Ordaca bir güllə çıxmış başına,  
Qıymış  bu dağların can yoldaşına. 
Qaya gəlməmişdi onda dünyaya, 
Buludlar qoynunda bənzəyirdi aya. 
Köməksiz anası tökərdi qan-yaş. 
Bir sabah ruhunda duydy bir təllaş: 
Qaya bir dürr kimi doğdu dənizdən, 
Bir yardım görmədi keçmişimizdən 
Kimsə anasına əl uzatmadı, 
Fəryada yetmədi, dada çatmadı. 
Qaldı qapılarda qadın, ağladı. 
Axırda ürəyi vərəm bağladı. 
Zavallı görpəsi əllərdə qaldı, 
İtkin maral kimi çöllərdə qaldı. 
Bu həyat Qayanın ilk həyatıdır, 
Bu səfil insanın ilk həyatıdır. 
 
IV 
Tufanlı bir gecə, qarlı bir gecə, 
Toplanmış bir evə yenə gizlicə 
Mehriban səfillər, kefləri çağdır, 
Kart masa üstundə daraq-daraqdır. 
        
Qaya 
Ürəyim sıxılır, uşaqlar, artıq  
G””əlin yığışdıraq, bəsdir oynadıq, 
Burdanca bərabər gedək kinoya, 
 
Mişka 
Zəhləmizi tökmə, bəsdir, ay Qaya! 
 
Qaya 

 
74
Teatro necədir? 
 
Mişka 
O, bundan da pis. 
Görürsən qızışıb yenicə məclis! 
 
Polad 
Pul çıxar! 
 
Mişka 
Ver bangi! 
 
Polad 
Pul çıxar. Birdən qızışma! 
 
Mişka  
Deyirəm sənə, ver! 
(Mişka uduzmuş, 
Boğazı qurumuş, dili qurumuş, 
Çıxmışdır gözləri hədəqəsindən.) 
 
Polad  
Qızışma, bu adam qorxurmu səndən? 
Şaraq... Guruldadı bir acı sillə. 
Düşdü məçlisə bir dərin vəlvələ. 
Şaraq... bir mis səsi çınladı yenə. 
Dostlar bir-birinin düşdü üstünə. 
Parladı bıçaqlar, zağlı finkələr; 
«Aman, zalım!» – deyə düşdü bir nəfər. 
Bu vuruşanları aralayandı, 
Bıçaq sinəsinə heçdən dayandı. 
İndi məclisdə bir dərin hüzün var, 
Fəqət sanmayınız barışacaqlar. 
Bunların acığı göylərə sığmaz. 
 
75
Polad da quşbazdır, Mişka da quşbaz. 
Ağlama, dərdini çəkdiyim Qaya. 
Nə çıxar boş yerə bu ağlamaqdan? 
Bir pərdə çəkməsən sən bu dünyaya, 
Oda düşəcəksən bir gün nahaqdan. 
Səni də gözləyir belə bir bıçaq, 
Səni də gözdəyir bir qəmli dəstə. 
Alacaq səni də bu qara torpaq, 
Həyata doymadan sinəsi üstə. 
Sizin ki, daima gulsəniz belə, 
Bir matəm süzülür sevincinizdən. 
Sizi ki, bir ölüm iztirabilə 
Bir qurd gəmirmədə öz içinizdən. 
Ölümlə qurtaran bu geçəsindən, 
Bu səfil həyatın nəticəsindən 
İyrənib evinə qayıdan Qaya, 
Dalmış bir uğurlu dərin qayğıya. 
Həmən müəllimi yadına salmış, 
Başını möhtəşəm xülyalar almış. 
«Kişini gözlətdi o zaman», – deyə, 
Qapılmış çox dərin bir bədbinliyə. 
Anır bu can deyən yoldaşlarını, 
Sonra  qan-qan deyən yoldaşlarını. 
Anır, bu aləmə nifrət eyləyir, 
Nifrəti getdikcə şiddət eyləyir. 
Anır, ürəyinə başqa şey gəlir; 
Görürsən gözümdən onun hey gəlir 
Keçir yığın-yığın belə səhnələr: 
Fitnələr, ölümlər, nələr, eh nələr... 
Qaya öz-özünə düşünür ağlar, 
Onu bu dəhşətə bağlayan bağlar 
Görəsən bir kərə qırılaçaqmı, 
Qaya bu dəstədən ayrılacaqmı? 
 

 
76

Qaya, səfil Qaya tutulmuş artıq; 
Xəyalı çalpaşıq, fikri dağınıq. 
O, bə'zən özünü boğmaq istəyir, 
«Bu rəzil həyatdan nə çıxsın?» – deyir. 
Xayır, ey küçələr kralı Qaya! 
Ey yorğun, qanadı yaralı Qaya! 
Bir dəfə əl çəkib sən keçmişindən, 
İslahat evində olan işindən 
Bərk yapış, o səni hər düşüncədən, 
Əzabdan, qayğıdan və işgəncədən, 
Qurtarar. Bu gözəl, geniş dünyaya 
Bnr yeni ürəklə gəlib, ay Qaya, 
Yaşarsan mehriban bir insan kimi, 
Böyük qurğu quran bir insan kimi. 
Qovdu ruzkar kimi illəri illər, 
Dəyişdi zamanlar, döndü fəsillər. 
Bir gün bahar oldu, bir gün qış oldu; 
Qaya o dəstədən ayrılmış oldu. 
İşlədi, oxudu, Qaya yüksəldi. 
Bir gün müəllimlə üz-üzə gəldn. 
 
Qaya 
Görünür ki, məni tanımadınız, 
Günah sizdə deyil, məndədir yalnız. 
Mən səfil Qayayam, qoca müəllim! 
Ey adı göylərdən uça müəllim! 
Xatırında varmı, neçə il əvvəl 
Olduqca nəş'əli, olduqça gözəl, 
İlıq oxşayışlı bir bahar günü
Sabir bağçasında açıb könlünü 
Dedin: «Bu dünyaya yaxşı nəzər qıl, 
Gəl sən bu dəstədən biryolluq ayrıl!» 
İndi o həyatdan ayrılmışam mən, 
 
77
Qından qılınc kimi sıyrılmışam mən. 
 
VI 
Bir gün bir döngədə bir neçə yoldaş 
Yenə şirin-şirin aşıq atırlar. 
Hamsının ruhunda dərin bir təlaş, 
«Cay!» – deyib, «Cuy!» – deyib 
marçıldayırlar. 
Gəncliyin o gözəl, ilk yaşlarında, 
Bunlar səfalətin qurbanlarıdır. 
Sərsəm ruhlarında, dik başlarıida 
Qaynayan keçmişin yadigarıdır. 
Ayağı altında bu adətlərin 
Həqir torpaq kimi əriyir onlar. 
Tutub ətəyindən fəlakətlərin 
Bir ölümə doğru yürüyür onlar, 
Bunların başçısı köhnə Mişkadır. 
Ucaboy, qaraşın bir oğlandır o, 
Hər ipdə oynayan, hər şeyə qadir, 
Qaya kimi böyük bir tufandır o. 
Budur, yanlarından keçdi bir nəfər, 
Qoltuğunda qalın, qiymətli cildlər. 
Onun şimşək kimi çaxan gözləri, 
Uzaq xəyallara baxan gözləri 
Parlaqdır göylərin çiçəklərindən; 
Birdən Mişka durub qalxdı yerindən; 
– Ay 
uşaqlar, Qaya!.. 
– Kim? 
–      Bizim Qaya!.. 
Hamı təəccüblə baxdı o taya. 
Atılan aşıqlar qaldı yerində, 
Hamsının heyrətli nəzərlərində 
Çırpıntı bir maraq, uçdu bir maraq. 
Vardı bu heyrətdə böyük təmtəraq. 

 
78
Mişka bir quş kimi sıçradı qaçdı, 
Köhnə həmdəminə ruhunu açdı. 
 
Mişka  
Mən ölüm, bəri gəl, Qaya, ay Qaya! 
Bu qədər xor baxma bizim dünyaya. 
Bunlar bütün sənin yarın, yoldaşın, 
Mərdümgirizlikdən biryolluq daşın! 
Yenə gəl, yenə get, ayrılma bizdən, 
Bu saat nə keçir ürəyinizdən, 
Deyiniz, hazıram! 
 
Qaya 
Mişka, çox sağ ol! 
Artıq  bambaşqadır tutduğumuz yol, 
Artıq aramızda bir uçurum var. 
Mənim ayrı dərdim, ayrı yolum var. 
Daha mən sizinlə barışa bilməm! 
Sizin sıranıza qarışa bilməm! 
 
79
 
Mişka  
Neçin? 
        
Qaya  
Neçinlərin cavabı çətin, 
Mən sizi çulğayan bu fəlakətin 
Bir zaman uzərək çirkablarında, 
Səfalətlərində, əzablarında. 
Nələr eşitmədim, nələr görmədim? 
Orda yaxşılıqdan əsər görmədim. 
 
       Mişka 
Canım, nə yaxşılıq, budur yaxşılıq... 
(Əlini çibinə vurur.) 
 
Qaya 
Xayır, keçmiş ola bu şeylər artıq, 
Siz onu özünüz qazandınızmı? 
Heç onu çalarkən utandınızmı? 
Bu, bir işdən çıxan sinəsi tərli, 
Keçmişi zəncirli, paslı, kədərli 
Sevincək evinə dönən dulundur; 
Ya əli qabarlı bir oğulundur. 
O səni qarğıyır bu saat evdə, 
Sən bu səfaləti ürəklə sev də, 
Baxalım nə olur sonu? 
 
       Mişka 
Ay Qaya! 
Bu qədər bənd olma çox da dünyaya. 
Bu sabah girimə düşmüşdü bir «yağ», 
Hələ görməmişdim böylə bir «ayar», 
Nəhayət soyaraq buraxdım onu. 

 
80
Soyulmaq deyilmi həyatın sonu? 
Mişkanın əlindən varmı bir qaçan? 
Sonradan əlimə keçdi bir «siçan», 
Bəlkə bu son sözü unutmuşsunuz, 
Çünki siz bambaşqa yol tutmuşsunuz. 
Müxtəsər, bu şirin bir ixtilatdır. 
Bu da öz yolunda bir cür həyatdır. 
Beş günlük ömründə kefə bax, kefə, 
Kim gəlmiş dünyaya ikinci dəfə?!. 
 
Qaya 
Sizin çəkdiyiniz bu kef zəhərdir, 
Sizi içinizdən yeyir, əridir. 
Neçin boş baxalım beş günlük ömrə? 
Bir anlıq həyat da ölümə görə, 
Məncə qiymətlidir, məncə dadlıdır. 
Həyatın hər anı quş qanadlıdır. 
Sizə bu nəş'əni, zövqü verən də, 
Sizi sərxoş edən, əyləndirən də 
Həyatda çırpınan diləkdir, fəqət 
Bu dilək kirlidir, bu dilək səqət! 
Qaranlıq çökürkən gözlərimizə, 
Dostlar ağlayaraq, baxarkən bizə, 
Güclə ayrılırız bu şən dünyadan, 
Ulduzlu dünyadan, gülşən dünyadan. 
 
Mişka 
Qaya, yadındamı, vaxtilə sən də, 
Bizimlə birlikdə keflər çəkəndə, 
Bir gözəl yanıqlı şərqi oxurdun? 
(Qaya mə'lul düşünür.) 
 
Neçin fnkirləşib don kimi durdun? 
Xatırında yoxmu? 
 
81
 
Qaya 
Xeyir. 
 
       Mişka 
Bu saat. 
Çağırım oxusun qoy cunquş Murad. 
(Mişka Muradı çağırır.) 
 
Murad 
Gözəl səhər, gözəl hava, 
Zalım ovçu çıxdı ova... 
 
Mişka 
Ay çanım, onu yox, o birin oxu
O qədər ruhumu oxşamayır bu. 
 
       Qaya 
Neçin bu mahnıya xor baxırsınız? 
Görünür ki, sizi dünyada yalnız, 
Ölümlü kəlmələr maraqlandırır, 
Qan deyən nəğmələr maraqlandırır. 
Öyləmi? 
 
Mişka 
Arxadaş, öylədir, öylə. 
Hər günüm keçməsə bir vəlvələylə, 
Gen dünya başıma dar gəlir mənim, 
Sanki baharıma qar gəlir mənim. 
Oxu, Murad, oxu, o birin oxu! 
O qədər ruhumu oxşamayır bu!.. 
 
Murad 
Mən bir quşam, yox vətənim, 

 
82
Yoxdur sevib istəyənim. 
Atam-anam kimdir mənim? 
Bu dünyada, bu dünyada, 
Dərd əlindən gəldim dada. 
Bir oqlanam, güclü, qoçaq, 
Qoltuğumda qanlı bıçaq. 
Məni öz dostum satacaq, 
Bu dünyada, bu dünyada 
Dərd əlindən gəldim dada. 
 
       Qaya 
Əvət, öz dostunuz satacaq sizi, 
Qana döndərəcək ürəyinizi. 
Siz öz içinizdən çürüyürsünüz, 
Bir axşam döyünən polad köksünüz 
Bir bıçaq altında əriyəcəkdir. 
Sizi bir heçliyə sürüyəcəkdir 
Tutduğunuz bu yol, bu dəhşətli yol, 
Bu sonu uçrumlu, fəlakətli yol. 
(Əl verib küsgünçə ayrılır.) 
 
Biri 
Ay canım, bəri gəl, o bir kənəkdir, 
İşi molla kimi və'z eyləməkdir. 
Sən də ki, günahkar bir uşaq kimi... 
Əsirsən önündə bir yarpaq kimi, 
 
Mişka 
(hayqıraraq) 
Beş günlük ömründə kefə bax, kefə, 
Kim gəlmiş dünyaya ikinci dəfə? 
 
VII 
Çox zaman şəhərin küçələrində, 
 
83
Bə'zən axınların toplu yerində. 
Həmən mişkalara yoldan geçəndə, 
Oxucu, baxırsan diqqətlə sən də. 
Hər məchul səhnədə oynayır bunlar, 
Həyatın ruhunda qaynayır bunlar. 
Sanki bizim lisan onlara dardır, 
Özlərinə görə dilləri vardır. 
 
Mişkanın mənzili qır tiyanları, 
Qaynayan şəhərin dar dalanları. 
Çocuq həyatını bu yolda sürdü. 
O gah tutulurdu, gah döyülürdü. 
Bir dəfə Mişkanı tutdular yenə, 
Apardılar onu çocuq evinə. 
Pozuq azadlığa alışdığından, 
Zavallı ruhuna bir qara zindan 
Kimi dar göründü tərbiyə evi, 
Saxlamaq olmadı bu yetim devi. 
Bir axşam qəfəsi qırıb da qaçdı, 
Qaş-daş həyatını alıb da saçdı 
Bu boş azadlığın çamurluğuna. 
Bə'zi yoldaşları uymadı buna. 
Onlar oxudular, adam oldular, 
Bir kəhkəşan kimi cığır buldular. 
Oxucu, dediyim sanma xəyaldır, 
Buna qəhrəmanım Qaya misaldır. 
İndi gəncliyini keçirir Mişka, 
Zənnimcə yaşlıdır Qayadan bir az. 
Onun yolu başqa, bununku başqa, 
Biri qələbədir, digəri quşbaz. 
Yenə də Mişkanın qanı qaralmış, 
Uçmuş, qayıtmamış bir göyərçini; 
Rəngi heyva kimi solmuş, saralmış, 
Yeyir ürəyinin bütün içini. 

 
84
Bu gün xəbər tutmuş filan yerdədir. 
O, söylənən yerə gəldi sevincək, 
Onun quşcuğazı yad əllərdədir, 
Bilir ya verəcək, ya verməyəçək. 
 
       Mişka 
Mənim göyərçinim uğramış sizə. 
 
Polad 
Bəli, göyərçinin uğramış bizə. 
       Mişka 
Verin! 
(Polad külür kinayələrlə. 
Mişkanın ürəyi yanır kədərlə.) 
Gülmə arvad kimi, ver göyərçini! 
(Bu sözlər Poladın kəsir içini.) 
 
  Polad 
Get burdan, əcəlin tamam olmamış! 
 
          Mişka 
O yan-bu yan etmə, ağıllı danış. 
Çox da öz-özünə havalanma sən! 
Yanımdan yel olub ötə bilməzsən. 
 
          Polad 
Çənə döyüşdürmə mənimlə, get, get! 
 
          Mişka 
Gəlmişəm, kişisən, nə bilirsən et! 
 
          Polad 
Qan tutmasın səni, sovuş başımdan! 
 
 
85
  
   Mişka 
Çox uzun danışma, bu sən, bu meydan! 
(Poladın gözləri iki oçaqdı, 
Bıçaq şimşək kimi əlində çaqdı.) 
 
          Polad 
Al bu göyərçinin, al daha bir də 
Sənə qonub gələr quşun qəbirdə, 
Saplandı yazığın bıçaq içinə, 
Mişka qurban getdi bir göyərçinə. 
Mişkanı aldılar xəstəxanaya, 
Ordaca qaraldı gözünə dünya. 
O kimdir Mişkanın başı üstündə? 
Bir kədər buludu gəzir üzündə. 
Könlündə çırpınış, gözlərində yaş, 
Xəyalında təlaş, ruhunda təlaş. 
O kimdir varlığı qüssəli, yaslı? 
O ruhu titrəyən, o ağ libaslı, 
Təçrübəyə gələn tələbə kimdir? 
O bizim Qayadır, yarın həkimdir. 
Bu axşam olduqca qəmlidir Qaya, 
Əcəba, yenə də düşünür nələr? 
Yenə dalmış kimi dərin xülyaya, 
Dolanır gözündə hansı səhnələr? 
Edir gövdəsinə başı ağırlıq, 
Muztərib dolaşır öz otağında. 
Yandırıb paprosu çəkmədə sıq-sıq, 
Bir xəyal dolaşır qaşqabağında. 
Bu xəyal ömrünün ilk sarvanıdır, 
Ona bir deyəcək sözü var kimi, 
Gəlib keçmişini ona tanıdır. 
Tutulur çöhrəsi son bahar kimi. 
Bayaqkı səhnəmi bu hala salmış 
Ürəkdən sevdiyim bu qəhrəmanı? 

 
86
Neçin ovlağından enib dolanmış 
Bu yeni dünyanın nəşə tərlanı? 
Ay Qayam, adına yaraşmayır heç, 
Bağrını əridən acı dalğalar. 
Gəl bu düşüncədən, bu qayğıdan keç, 
Könlünü döyməsin bu qasırğalar, 
Bir də bu qurduğun evə-eşiyə, 
Bu əlvan otağa yaraşmaz kədər. 
Nədir salan səni bu ilişiyə? 
Nədir alnındakı qəmli ləpələr? 
Xəyal köllərində yorma kəndini, 
Bir sərab kimidir acı keçmişin. 
Yersiz xülyaların qır kəməndini, 
Əlində natamam qalmasın işin. 
Haydı, hünərini dostlara bildir, 
Sənin bir uğurlu gələcəyin var. 
Qurduqun qurğuya əngəl deyildir 
İçindəi çürüyən, ölən mişkalar. 
 
SON 
Ey geçən dostlarım, yazıq səfillər, 
Mən də sizin kimi bir neçə illər 
Ümmanlar üstündə başsız, pərişan, 
Açı dalğalarla yersiz çarpışan 
Bir qərib təknəyə bənzər kimiydim, 
Qayəsiz yollarda gəzər kimiydim. 
Nə ata çağrışı, nə ana səsi, 
Bunların kül kimi lətif busəsi 
Ruhuma ətrini saça bilmədi. 
Mənim çocuq dərdim heç əksilmədi. 
Ah, nələr çəkmədi bu qərib başım, 
Dəydi daşdan-daşa müztərib başım, 
Bir sabah əlimə keçdi bir kitab... 
Aldı çaynağına məni inqilab. 
 
87
Nə üçün baxalım bir də arxaya? 
Sinəmdəki dağın biridir Qaya! 
 
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə