M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə2/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

1935 
 
SƏHƏR 
 
Qaşlardan qaşlara süz, romantikam! 
Könül  sularında uz, romantikam! 
Bu ənkin sənindir, bu yer sənindir
Ulduzlar sənindir, güllər sənindir. 
Çırpınsın şövqunlə söz, romantikam! 
Ey mənim könlumə göz, romantikam! 
Bu zəngin varlığı bəzəsin, burax, 
Mənim öz xəyalım, öz romantikam! 
 
Uç, mənim, uç, mənim uçağan bacım! 
Yetər süründüyün, mehriban bacım! 
Düzlərdə ceyran ol, sularda yelkən, 
Göylərdə tərlana açıq verərkən, 
İstədiyin qədər havalan, bacım! 
Açıqdır arzuna asiman, bacım! 
Çıxmasın əlindən tutduğun sükan, 
İnqilab yavrusu, qəhrəman bacım! 
 
Uç, qovuş göylərə, göylər sənindir, 
Sanma yalnız sənin Yer vətənindir. 
Bulud çəmən kimi, ulduzlar çiçək, 
Gəl bu çiçəklərin ətrini sən çək! 
Demək göy də sənin göy çəmənindir 
Nər ulduz nərgizin yasəmənindir. 
Bunları qoxulamaq nəsibi ancaq, 
Əlini, ağlını işlədənindir. 
 
Uçarkən göylərə min bir həvəslə 
Mənim arzumu da könüllərdə bəslə! 
Bir nəhəng ölkənin timsalısan sən, 

 
36
Yüksələn bir elin xəyalısan sən, 
Bütün qadınlığı ardınca səslə! 
Səslə, döyüşsünlər köhnə qəfəslə. 
Əski nəsil bilir, sərküzəştini. 
İzin ver söyləyim bu yeni nəslə. 
 
Doğuldun Qarabağ ellərində sən, 
Gəzmədin sevdanın əllərində sən. 
Doğuldun, üzünə baxan olmadı, 
Səninçin ürəyi axan olmadı. 
Boğuldun göz yaşı sellərində sən, 
Bir tumar görmədin tellərində sən. 
Ay Səhər, çox zaman yoxsul atanın 
Dolaşdın zəhərli dillərində sən. 
 
Atıb anan səni bir qəmli günçə, 
Sənə süd verərdi sanki ödüncə
1
.  
Baxardın hər kəsə gözləri yaşlı, 
Çunki sən qız idin, ay başı daşlı! 
Çoçuqdun, dərdini duymazdın önçə, 
Sən yüz yol ağladın, bir yol gülüncə. 
 
Hər zaman söylənib atan deyərdi: 
«Arvad tayfasılə yoxam ölüncə!» 
 
Azmı qadınlığa qaşlar çatılmış, 
Oda qurban getmiş, suya atılmış? 
Sarılıb əndamı ipək tüllərə, 
Azmı diri-diri gömülmüş yerə? 
Qadın sürü kimi önə qatılmış, 
Qullar bazarında azmı satılmış? 
Varaqla keçmişi, görəsən, əfsus, 
Qadın hey ağlamış, hey ağladılmış. 
                                                           
1
 Юдцнчя – буровуз. 
 
37
 
 

 
38
II 
Böyudun ay Səhər, sən yastı-yastı. 
Sonra hər kəs səni bağrına basdı. 
Yıxıla-yıxıla ayağa durdun, 
Geçəni, gündüzü artıq duyurdun. 
Ay, gun gözlərində bir zərli tasdı, 
Göy birini aldı, birini asdı. 
Sən də qarğı kimi birdən boy atdın, 
Uzun saçların da sanki Arasdı... 
 
Atandan nə deyim: atan çobandı, 
Qaravaş ananın dərdi yamandı; 
Xanım gətirmişdi yazığı cana, 
Bu qəmli dastanı söylərkən sana, 
Neçin bağrın yanıb, yaşın dayandı, 
Qurunun oduna yaşın da yandı? 
Neçin ayna sular, aydın üfüqlər 
Birdən gözlərində axdı, bulandı?! 
 
O geçən ömrünüz donmuş qar kimi, 
Zaman isqi əsən bir ruzkar kimi. 
Sən də bmr xanıça qulluqçu olmdn, 
O qədər keçmədi gül kimi soldun. 
Xanımın hər sözü zəhirmar kimi, 
Sən bir quzu, o bir canavar kimi. 
Çəkilib xəlvətə uzun gecələr
Axdı göz yaşların ulduzlar kimi. 
 
Ay Səhər, atanı görüncə təkdir, 
Derdin: «Qoy işləyim, ona köməkdir». 
İş ağır olsa da qaçan deyildin,  
Bir sabah çəkib, aynada bildin 
Yanağın xəzəldir, ahın küləkdir; 
Küləkdən solmayan hankı çiçəkdir? 
 
39
Hər yetən nə bilir sərgüzəştini, 
Bu dərdi anlamaq duymaq gərəkdir. 
 
Sana neyləmədi orda qız, gəlin? 
Qab-qaşıq yumaqdan qabardı əlin. 
Hər zaman xanımın əli yaxanda, 
Özün ağırlıqda uşaq arxanda. 
Geçə yatarkən də ağrırdı belin; 
Tükəndi həvəsin, söndü əməlin. 
Hayıf ki, bilmədin çör-çöp də olsan 
Alarsan önünü bu azğın selin! 
 
Səhər, uşaqlıqda günmü gördün sən? 
Hər gecə bağçada düşünürdün sən. 
Ay da bu halına göstərib maraq, 
Nurilə zülfünə çəkərkən daraq, 
Bir parça göy kimi görünürdün sən, 
Pul-pul ulduzlara bürünürdün sən. 
Günəşin altında, səhərdən yenə, 
Yavru ilan kimi sürünürdün sən! 
 
Mən bilə bilmirəm dərdini səncə, 
Kimsə evinizə gəldi bir gecə,  
Üz tutub atana dedi: «Ay kişi, 
Balana yazığın gəlsin: hər işi 
Bir yekə külfətdə, o görür, necə 
Dözürsən də buna? Uşağın incə, 
Göyərçin qəlbini rəvamı didsin, 
Gözün görə-görə bir qanlı pəncə.» 
 
Bu acı sorğular verilən zaman, 
Başını aşağı salmışdı atan. 
Bir acı hiss ilə düşmüşdü dərdə, 
Bir şeylər cızırdı əlilə yerdə 

 
40
Sanki su axırdı qaya alnından, 
Başını qaldırıb eylədi üsyan. 
Dedi: «Bir ölmədik, qurtulaq, kişi. 
Bu qədər tə'nəyə dözərmi insan?» 
O gecə onların yoxdun yanında, 
Bir yuxu ağrısı vardı çanında. 
Beşiyin önündə gözün axırdı. 
Ağırlaşan başın boynunu qırdı. 
Küləklər gecənin bu zamanında 
Dərdini söylərdi öz kamanında. 
Yandı, çıtırdadı qəlbin od kimi 
Köküs dedikləri buxurdanında. 
 
Bilsəydin, ay Səhər, sən onda neydin? 
Sən gözlərdən düşən bir damçı şehdin. 
Kim vardı bağrına səni basaydı, 
Uşaq dillərinə qulaq asaydı? 
Kim vardı yanında sən əyləşəydin, 
Onunla dinləşib diləkləşəydin? 
Sən dağlar dibində bir həzin irmaq, 
Sən dağlar başında bir xəstə neydin! 
 
Gözlədin, bəzəyin, düzəyin yoxdu, 
Deyib danışmaqın, gülməyin yoxdu. 
Yoxdu ayağında zərli başmağın, 
Yoxdu gül üzündə güllü yaşmağın. 
Başında saçaqlı örpəyin yoxdu, 
Zərxaran, atlasın, ipəyin yoxdu. 
Dəlimi olmuşam, bu söz nə sözdür, 
Yeməyə bir qarın çörəyin yoxdu! 
 
 III 
Yenə ötən illər yadıma düşdü, 
Səhər, sizin ellər yadıma düşdü. 
 
41
Dərələr, təpələr, qalın ormanlar, 
Dağların üstündən keçən dumanlar, 
Çağıldayan sellər yadıma düşdü. 
Uğuldayan yellər yadıma düşdü. 
Sonra bu aləmi, bu gözəlliyi 
Qarışdıran əllər yadıma düşdü. 
Çox deyil, on beş il bundan qabaqdı, 
O il Qarabağda qandan sel aqdı. 
Dağlara, daşlara yaman səs düşdü, 
Vurhavur, qırhaqır, kəshakəs düşdü. 
Türk ilə erməni qanlıbıçaqdı, 
Göydə şimşək kimi qılınclar çaqdı. 
Aprel inqilabı yetişməsəydi, 
Bugünkü qardaşlıq olmayacaqdı. 
 
Sizi əsir etdi bir dəstə daşnaq
Birisi nağanı şaqqıldadaraq, 
Sərdi qan içində ananı yerə, 
– Qoy çıxsın yadından həmən mənzərə- 
Sonra bir erməni edib əl-ayaq, 
«Mən öldürməliyəm bunları ancaq», - 
Deyə, alıb sizi gizlin buraxdı, 
O Bakı işçisi – o usta Arşaq. 
 
Yenə keçmişini andı Qarabağ, 
Nə deyim: bir zaman candı Qarabağ. 
Uydu məliklərə, uydu bəylərə, 
Bir axşam fəryadı çıxdı göylərə. 
Neçin ilqarını dandı Qarabağ? 
Pozdu bir əzəli andı Qarabağ? 
Musavat atəşi, daşnaq fitnəsi. 
Alışdı Qarabağ, yandı Qarabağ. 
 
İnqilab ölkədə qaynadı, daşdı, 

 
42
Üz-üzə varliylə yoxsul tutaşdı. 
Partladı qaz kimi kinlər, acıqlar, 
Coşdu ürəklərdə köhnə yanıqlar. 
Qırmızı dalğalar dağları aşdı, 
Müsavat başını kötürdü qaçdı. 
Günəş bayrağını bir qızıl əsgər 
Bir sabah da sizin dağlara sancdı. 
 
Onda on beş yaşın olardı, Səhər, 
Boyun boy deyildi, çinardı, Səhər. 
Çox sevərdi yarın, yoldaşın səni, 
Yaman bəzəmişdi nəqqaşın səni. 
Üzün bir səfalı bahardı, Səhər, 
Yerişin bir lətif ruzkardı, Səhər. 
Ürəyin bir bahar buludu kimi, 
Bir zərif vurğudan dolardı, Səhər. 
 
Hələ bilməyirdin bu gediş nədir, 
Çarxını dəyişən bu gərdiş nədir? 
Nədir bu vurhavur, nəyin üstədir? 
Görürdün insanlar dəstə-dəstədir. 
Yenə bilməyirdin, əsil iş nədir, 
Şikayət, ərizə, sərzəniş nədir? 
Gördükcə ətrafda şiş papaqları, 
Deyirdin: «Hökumət dəyişmiş nədir?» 
 
Xanımıi da sənə qılıqlanırdı, 
Bu haldan gözlərin işıqlanırdı, 
Deyirdin: «Özütək heç insan olmaz, 
Hayıf, tutması var yazığın bir az». 
O, geçən günləri fəqət anırdı, 
İçərdən tutuşub qəlbi yanırdı. 
O səni burovuz olduğun evdə 
Qulluqçu olsan da, xanım sanırdı. 
 
43
 
Neçin keçmişinə güldün bu yerdə? 
Bilməm, nə mə'na var bu gülüşlərdə?!. 
Yoxsa, gözəl Səhər, utandınmı sən, 
Bu dilə gəlməyən sadəliyindən? 
Sorma ki, o saya keçmişim nerdə? 
Bu qədər sadəlik olmaz bəşərdə! 
Keçmişin üzünə, yadında yoxmu, 
Tarix necə çəkdi bir qara pərdə?! 
 
Sənə ağangildə xırda uşaqlar 
Dedi: «Biz olmasaq, səni kim saxlar?» 
Bir gün atan gəlib dedi: «Dur gedək, 
Bağlanan qapını açar bu fələk!» 
Xanım bilirdi ki, bu şiş papaqlar 
Onun busatını dağıdacaqlar. 
Söylənib deyirdi: «Hökumət olmuş, 
Allah, bu kürkləri yağlı pasaqlar!» 
 
Ah, bu forslu xanım nə açıdildir!.. 
Uçub indi, Səhər, aləmə bildir! 
Aləmə bildir ki, yağlı pasaqlar 
Qolunda kürənin hökmünü saxlar. 
Uç bacım, hər anın bir şanlı ildir. 
Sənin bu sür'ətin, sür'ət deyildir... 
Sən bir dəmir qala, onlarsa bu gün 
Quru bir həyula, boş bir şəkildir! 
 
Bir yeni qəlb çarpır, bu gün sinəndə, 
Bir sərxoş kimiyəm nəşənlə mən də. 
Nəş'əm həqiqətdir, sanma xəyaldır, 
Al, bu üfüqlərə məni də qaldır! 
Apar, bu arzuma, nazlanma sən də, 
Apar, istəsən də, istəməsən də. 

 
44
O mühəndis qıza, bu doktor qıza 
Mən də şe'r yazım keyfim gələndə? 
 
Yaşarkən dünyada qorxa-qorxa sən, 
Bir uçuş fəxrisən indi xalqa sən. 
Sən ey insanlığın böyük yarısı, 
Anası, baçısı, qızı, qarısı! 
Yarınkı qovğada bizə arxasan, 
Dönərsən, uçunca Qərbə, Şarqa sən, 
Sehribaz adilə oda yaxılan 
Gözəl çoban qızı Janna-Darqa sən. 
 
Tarix şə'ninizi etməkdə təqdis, 
Ey İskit elinin anası Tomris! 
Ah, Key Xosrov sizə yandan baxdısa, 
Gözəl oğlunuzu oda yaxdısa 
Onun da başını kəsib həmən siz
Qanlı bir dərəyə diyirlətdiniz, 
Dediniz: «Sağ ikən qandan doymadın, 
İndi doyunca iç, sən ey müftəris
1
!» 
 
Tarixdə azmıdır böylə qadınlar? 
Dostlarım keçmişi varaqlasınlar. 
Türk qızı Tahirə nələr yapmadı? 
Yazıq, şəriətin əbus cəlladı 
Verdi e'damına bir axşam qərar. 
Şərqnn qadınlığı gullü gülüzar, 
Anıb Tahirəni, qara baxtıma 
Göydə bulud kimn aqlasın zar-zar! 
 
Yetər, süslədiyin daş salonları, 
Qapansın ömrunün pavilyonları! 
Yadına düşməsin hərəmxanələr, 
                                                           
1
 Мцфтарис – йыртычы. 
 
45
Nələr çəkmiş başın, ey qadın, nələr! 
Yetər oynadığın dərd oyunları, 
Ey sevimli ana, unut onları! 
Fəqət keçmişinə dalıb xatırla, 
At minib, yay çəkən Amazonları. 
 
Yetər, xatırlama Yunanıstanı, 
Gözəllik tanrısı Afroditanı. 
Oxucum, tarixi qarşında susdur, 
Nə şeir pərisi, nə də Venosdur 
Bizim dünyamızın bu qəhrəmanı; 
Özkə bir dastandır onun dastanı! 
Bizim gözəlləri, bizim qızları. 
Ürəyindən tanı, işindən tanı! 
Uç, qadın, uç, qadın, bu nə büsatdır! 
Çaldığın qolmudur, yoxsa qanaddır? 
Sən ki, bir ov kimi torda yaşardın, 
Bilməm bu uçmağı necə başardın? 
Sənə zəif demək – cəfəngiyatdır. 
Bir az keçmişini ara, aratdır! 
Səni müti edən, səni qul edən 
Əski məişətdir, əski həyatdır! 
 
Həyat köhnə kəndə saldı yeni dəb, 
Bir dağın döşündə açıldı məktəb. 
Könüllər açıldı, gözlər açıldı, 
Yaşmaq götürüldü, üzlər açıldı. 
Etdi məktəb səni atandan tələb, 
Bilindi inqilab, bilindi mətləb. 
Hər axşam kurslara gedərkən sənə 
Təkcə molla Çəbi baxırdı çəp-çəp. 
 
Budur dərsin, işin, budur futbolun, 
Doqrudur məqsədin, doğrudur yolun. 
Ay Səhər, nə gözəl oxuyursan sən! 

 
46
Özünü içlasa toxuyursan sən! 
Onlara deyirsən: komsomol olun, 
Bunlara deyirsən: məktəbə dolun. 
Düşünmə boş yerə, ay Qoşqar kişi, 
Qızının canı sağ, yoxsa da oğlun! 
 
Səhər, illər keçdi, boy atdın demək, 
Atana əlini uzatdın demək. 
Bildin həyat nədir, bildin iş nədir, 
Bu gəliş, bu gediş, bu gərdiş nədir. 
Atanın dadına tez çatdın demək, 
İxtiyar başını ucalqdın demək. 
Keçincə könlündən bir incə duyğu 
Sevdanın könlünü qanatdın demək. 
 
Şaqraq çocuqluğu yendin, devirdin, 
Sən gözəl könlünü bir gəncə verdin. 
Vermədin əlindən ixtiyarını! 
Gənçlik kitabının yarpaqlarını 
İki il onunla birgə çevirdin; 
Sən omu caiındam artıq sevirdin. 
Qızlarmn içimdə onui söhb.ni, 
Onun məhəbbəti olmuşdu virdin. 
 
Sevdaya düşməyən bir həyat heçdir. 
İç onu, gör necə sərin atəşdir! 
İç onu, iç onu, könlün şən olsun
Həyatın rəngbərəng bir gülşən olsun 
Sevgi gözəlliklə ayrılmaz əşdir, 
Biri aydır onun, biri günəşdir. 
Sevgini işinə, qəlbinə bağla, 
Ömrumüz onunla şəndir, güləşdir! 
 
Cahan bir bağçadır, insan ağacdır, 
 
47
Məhəbbətsə ona sudur, əlaçdır. 
Düşün ki, ibtila, dünyada ancaq, 
İnsanı eyləmiş donuzdan alçaq, 
İnsan məhəbbətə daim möhtacdır. 
Tək sanma cismani bir ehtiyacdır. 
Ürək bir qönçədir onun başında, 
Sevgi şən-şən ötən bir sindivacdır. 
 
Uç, Səhər, uç, Səhər, bizim ölkədə 
Aramaz eşqini qadın kölgədə. 
Uzaq üfüqlərin altında lakin 
Ehtiyac etmədə qadını miskin; 
Məhəbbət ləkədə, könül ləkədə; 
Həyat ən çıxılmaz bir təhlükədə. 
Siyasi dərsində bu həqiqəti 
Müəllim söyləmiş sənə bəlkə də. 
 
Artıq, Səhər, səni sevmək qolaydır, 
Bir suyun günəşdir, bir suyun aydır. 
Tə'rifin söylənir ellər içində, 
Adın şirin-şirin dillər içiidə. 
Deyirlər quzu tək olduqca naydır. 
Elçilər qapıda alay-alaydır. 
Bir aşiq də səni görüb soruşdu: 
Sənə bu gözəllik haqdanmı paydır?» 
 
V  
Çəkilib irəli sən də sonrası, 
Seçilib olmuşdun bir kənd şurası. 
Atılıb içlasda söz danışanda, 
Danışdığın sozü düz danışanda, 
Qalxardı salonun ura-urası, 
Sellərin, suların orkestrosu 
Coşarkən bu zaman sənin adına, 

 
48
Ömrünün xoşuma gəldi burası. 
 
Səhər, gənclik kimi mövsüm də yazdır, 
Gündüz sərin keçir, gecə ayazdır. 
Axır sellər, sular, bulanır, axır, 
Dağların başına dolanır, axır. 
Quzeylər hələlik qardır, bəyazdır, 
Yaşıl dağ döşləri mehmannəvazdır. 
Çobanın çaldığı dağ başında ney, 
Aşığın yamacda çaldığı sazdır. 
 
Bu yaz dağda gül, bənövşə içində, 
Beş-altı qızdınız nəş'ə içində. 
Ah, o gün nə qədər sevimli gündü! 
Birdən qarşıda bir atlı göründü, 
Əsdin bir qorxulu rə'şə içində, 
Qırıldı bir zərif şüşə içində. 
Yıxıldın, sabahı özünü gördün 
Bir dar mağarada, meşə içində. 
Kənd öylə sanırdı, Səhər, o gün sən, 
Bəylərlə qoşulub qaçan özünsən. 
Sevdiyin Qara da öylə sanırdı, 
Hirsindən gözləri alovlanırdı. 
Bilməzdin nolacaq, heç kəndə dönsən, 
Qaranın gözünə bir də görünsən. 
Gör sən nə haydasan, el nə haydadır. 
Elinki qiybətdir duysan, düşünsən. 
 
Səni əsir edən Bəylərdi, ay qız! 
Sən çəkə bilməzdin bu dərdi, ay qız! 
Bəylər, o qolçomaq Ağanın oğlu, 
Ürəyi kin dolu, intiqam dolu, 
Baxışı sanki bir nəştərdi, ay qız! 
O sənə ər olmaq istərdi, ay qız! 
 
49
Bir yandan iltifat, bir yandan qorxu, 
Sənə min bir sifət göstərdi, ay qız! 
 
Atıldı üstünə Bəylər harınca, 
Alma yanaqların döndü narınça. 
Əlindən sıçrayıb çıxdın quş kimi
Baxdı bir az sana qudurmuş kimi. 
Dedin, qollarını təkrar sarınça: 
«Məni sel aparsın sana varınca. 
Çəkil, nə istərsən ətəklərimdən, 
Ehtiras çölündə gəzən qarınca.» 
 
Duyğusuz, qanına sanki qanıqdı, 
Bu zülm deyildi, bu bir yanıqdı. 
Dedin: «Ey yaramaz, bu da vicdanmı? 
Bədənimdə gəzən qamçı ilanmı?» 
O səni yumruqla torpağa yıqdı. 
Bütun duyğularım sonuna çıqdı; 
Bilmədi heyvanlar, bilmədi quşlar. 
Ormanda çəkdiyin nə qışqırıqdı. 
 
Bu qədər qorxulu duzaq olurmu? 
Yollar da bu qədər uzaq olurmu? 
Ağaran dan yeri bir gümüş kimi, 
Sənsə günbatana gömülmüş kimi. 
Bu yerdə qol-qanad açmaq olurmu? 
Vir qartal olsan da uçmaq olurmu? 
İstər dağ qarısı, istər insan ol, 
Bu qara zindandan qaçmaq olurmu? 
 
Bir gün Bəylər səni qoymuşdu yalnız, 
Çırpınır, dururdu qəlbin aramsız. 
Bu vəhşi ormandan uçmaq dilərdin, 
Bu qara zindandan qaçmaq dilərdin. 

 
50
Neyləsin bu yerdə zavallı bir qız!.. 
Tapdın, bir çobana etdin dil-ağız. 
Hardansa bulmuşdun qırıq bir qələm, 
Yazırdın qarşında parça bir kağız. 
 
Deyirdin: «Ey qələm, təhrirə gəl, gəl! 
Ey quruyan dilim, təqrirə gəl, gəl!» 
Ürəyin nə isə çox tələsirdi, 
Yazırdın, əlində qələm əsirdi. 
Yazırdın: «Ey Qara, tədbirə gəl, gəl! 
Bağlanmış kimiyəm zəncirə, gəl, gəl! 
Qulağım səsdədir, gözüm yoldadır, 
Salma yardımını tə'xirə, gəl, gəl! 
 
Mənim sevgilimə birçə sözüm var, 
Yansam da, qəlbimdə hələ dözüm var; 
Od suya düşəndə sızıldamazmı? 
Mənim də göz yaşım, atəşim azmı? 
Nə gecəm gecədir, nə gündüzüm var, 
Başqasında deyil, səndə gözüm var. 
Nə qədər əssə də çoşqun küləklər, 
Sovda yollarında yenə izim var! 
 
Gözləyərəm sizin sarıdan haray, 
Ey sevgimdə məni yarıdan, haray! 
Bəylərin əlində bir dustağam mən, 
Hələ ölməmişəm, hələ sağam mən. 
Haray, haray mənə anrıdan, haray! 
Yenə keçdi gecəm yarıdan, haray! 
Bilirsən, gözləmək hədərdir indi 
Pirdən, peyğəmbərdən, tanrıdan haray!» 
 
VI  
Bəylər öküz kimi yatmışdı sərxoş, 
 
51
Paltarilə yerə sərilmişdi loş. 
Bir daş bulaq kimi qanın qaynadı, 
Çəpərdə quş kimi gözün oynadı. 
Dedin öz-özünə: «Bu fürsət nə xoş. 
Əhə, al nağanı ehtirasla coş, 
Öldür bu alçağı, çıx bu dərədən, 
Bu sirli meşədən azadlığa qoş!» 
 
Sürahi qəlbinə dolmuşdu bir kin, 
Əski şərab qədər qüvvətli, kəskin. 
Dayandın Bəylərin səssiz yanında, 
Acıq atəşləri axdı qanında. 
O, xor-xor yatırdı yerində çirkin, 
Öldürmək istədin sən onu ilkin, 
Qəlbində silməyə həmən bu hissi 
Kim sana söylədi titrəyib çəkin?! 
 
Titrədin, silahın düşdü əlindən, 
Heç bir şey çıxmadı bu əməlindən. 
Nə yaxşı, yuxudan qalxmadı Bəylər, 
Qəzəblə üzünə baxmadı Bəylər; 
Yoxsa yapışaraq ipək telindən, 
Keçirərdi səni bir qan selindəm. 
Olardı bir uzuk şimşəkdən qara, 
Bir üzün payızın qəm xəzəlindən. 
Ay, Səhər, Bəyləri niyə vurmadın? 
Neçin əsdi sənin qolun, qanadın? 
Neçin öldürmədin yağını, Səhər?! 
İçirmədin ona ağını, Səhər?! 
O, aldı ömrünü yenidən satın, 
Bu dönüş yolunda niyə axsadın? 
Bir bıçaq ağzına düşən quş kimi, 
Ürəyin titrədi neçin, ey qadın?! 
 

 
52
Düşün, quduz kimi birdən qudurdu
Böyük rəhbərini bir qadın vurdu. 
Ağların qadını böylə yaparkən, 
Çaxmağı çaxmadın, bilməm neçin sən?! 
Neçin bu həmlədən əllərin durdu, 
Duyğun düşüncəni göyə sovurdu? 
Səni aciz edən sadə zəiflik, 
Onu çırpındıran möhkəm şüurdu. 
 
Çox keçməz, ay Səhər, sən də bəşərsən, 
Bu acı səhvini başa düşərsən! 
Bilərsən bu döyüş, bu həyat nədir, 
Nədir dünyadakı parta-part, nədir, 
Sən də ylvlş-yavaş möhkəmləşərslm, 
Döyuş meydanında yaxşı bişərsən. 
İşdir, bir qolçomaq əliqı keçə, 
İpini gizlicə özün eşəfsən. 
 
VII  
O qədər vermədən ara, gəzəl qız! 
Çatdı harayına Qara, gözəl qız! 
Artıq nə iztirab, artıq nə qorxu 
Ağalıq etməsin qəlbinə qorxu! 
Baxma, duşdunsə də dara, gözəl qız. 
Tapıldı, dərdinə çara, gözəl qız! 
Söylə, öz gülünü cahan bağında 
Bulbül tapşırarmı xara, gözəl qız?! 
Qaçmışdı qorxudan üzünun qanı 
Əyilib yenidən aldın nağanı, 
Səhər, ürkə-ürkə baxıb arxana, 
Əlvida eylədin, həmən zindana. 
Səmada ulduzlar göz yaşın sanı, 
Gördün nur içində bütün dünyanı. 
Çıxarkən dişarı ürək dolusu 
 
53
Qucaqladın səni sevən Qaranı. 
 
Yatırdı hər şeydən Bəylər xəbərsiz, 
Qoydunuz üstünə atın yəhər siz. 
Minincə sel kimi çıxdı ovuqdan, 
Sür'əti şimşəkdən, ayağı oxdan, 
Dırnağı dəymədən torpağa, yersiz, 
Keçdi ömür kimi tozsuz, kədərsiz; 
Kölkəniz düşmədən deyirlər yerə, 
Keçdiniz, getdiniz burdan, Səhər, siz. 
 
Gopüklər axaraq atın yalından, 
Ulduz qığılcımlar qopdu nalından. 
Bir qıvrım dumandı, bir qıvrım alov, 
Deyirdin Qaraya: «Qov, dalımça qov! 
Bəylər hey yağdırsın güllə dalından, 
Çıxarmı mindiyin bu at halından? 
Külək rəftarını görmüş olaydı, 
Kimsə söz açmazdı öz xəyalından. 
 
Demək, sürdun atı Qaradan gözəl, 
Olmadı qarşında yoxuşlar əngəl, 
Qalmadın sevdiyin Qaradan geri. 
Burax, Şərqin, Qərbin alimcikləri 
Erkəyi qadına yazsınlar bədəl, 
Sən tovla qamçını göydə mükəmməl, 
Sanki at üstündə sən bir dumandın, 
At sənin altında bir sarı məş'əl. 
 
Bir kərə altında büdrəmədən at, 
Ay Səhər, mənzilə çatdın salamat. 
Mənzilə çatanda sən bilirsən ki, 
Bir şərqli karvanın susmada zənki, 
Sənin çarpan köksün durmadı fəqət, 

 
54
Ürəkdə döyüntün çoxaldı qat-qat. 
Bu döyüşdən çıxan kinli köksünün 
Telləri çalırdı min bir muğamat. 
 
Sonra kimdi o qız əsəbi, titrək, 
Kolxozçu kütləyə yol göstərərək, 
Çovğun bir gecədə dağlara çıxdı, 
Açıqla qundağı döşünə sıxdı? 
Ona salam verdi əsib geçərək, 
Dağların başında hayqıran külək. 
Kimdi qaçaqlara, kimdi Bəylərə, 
O geçə əmr edib yedirən kötək?! 
 
Yapan bu şeyləri səndin, ay Səhər! 
Nə qədər o geçə şəndin, ay Səhər! 
Bəylərin əlini, qolunu sardın, 
Bir baxışla onun baqrını yardın. 
Demək, qart yağını yendin, ay Səhər! 
Üstünə dağ kimi endin, ay Səhər! 
Nə olur, bir az da məndə olaydı 
Sənin siyasətin, fəndin, ay Səhər! 
 
Nəş'əli səsində qəmli bir ahəng... 
Sevincdən göz yaşın axdı rəngbərəng. 
Dolambac yollardan çıxdın bir duzə, 
İztirablı gecən döndü günduzə. 
Dan yeri alnına hördü bir çələnk, 
Artıq həyat sənə göründü qəşənk, 
Ellər, bir duyğusuz erkək arslanı 
Yendi, söyləyiniz, dişi bir pələnk! 
 
Könül, keçmişləri hey xatırla sən, 
Hey bu yay köksümdən çıxıb fırla sən. 
Hey çırpın, hey döyün, hey gül, hey ağla! 
 
55
Səhərin dastanı sığmaz bu nağla! 
Yox, könül, onunçun oxu, yırla sən
1

Sözlərdən bir yeni mif hazırla sən. 
Sözün mə'nası var, sözün dərdi var, 
Gəl bir qılınc oynat, hər satırla sən! 
 
Sən də yüksəl, qadın, bu nə deməkmiş, 
Guya saçın uzun, ağlın ködəkmiş... 
Zəifmiş deyirlər balıq ətlərin, 
Duyduğun dərdlərin, müsibətlərin 
Fəqət kim bir dəfə adını çəkmiş. 
Guya sənin işin bəzək-düzəkmiş. 
Xəbər vermək üçün başarıqından, 
Oktylbr kimn bir gül gərəkmiş. 
 
Gərəkmiş Leninin çağırışları, 
O mətin dühanın hayqırışları. 
Onun urəyindən qopan atəşlər, 
Ey qadın, üfqundə yaxdı günəşlər! 
Yazıq, bir taleyin ələm xışları 
Açarkən alnında qəm qırışları. 
Nə bilim bir düha doğuraçaqmış, 
Hüquqsuz ömrünun acı qışları.. 
 
Uç, qadın, uç, qadın, sən nə mələksən; 
Nə altun qanadlı bir kələbəksən! 
Səni, düşgünlüyə uyanlar ancaq 
Ehtiras əlində etdi oyuncaq. 
Sən nə hərcayi quş, nə şux çiçəksən! 
Nə bizə tor quran bir hörümçəksən! 
Sən ey insanlığın ilk əkinçisi, 
Dünyanı şənlətmiş, şənlədəcəksən!.. 
Ey Səhər, qəm basar dünyamı sənsiz, 
                                                           
1
 Йырламаг – ютмяэ. 

 
56
Tükənər şairin ilhamı sənsiz. 
Ey Səhər, ey ana, ey gözəl qadın, 
İnan, özün qədər şirindir adın. 
Sürdülər o geçən əyyamı sənsiz, 
Pozuldu dünyanın nizamı sənsiz. 
Keçirmək olurmu, ey yaxşı yoldaş, 
Gələcək möhtəşəm bayramı sənsiz! 
 
Ey cəbhə yoldaşım, ey can yoldaşım! 
Vaxtilə meydandan qaçan yoldaşım. 
Qadın hər cəbhədə böyük qüvvədir, 
Bu söz rəhbərimdən bir vədiədir. 
Ey göy dənizlərdə uçan yoldaşım, 
Ömur yelkənini açan yoldaşım. 
Bu uçuş, bu qanad, bu firuzə köy 
Sana verilmişdi haçan, yoldaşım?! 
 
Mən səni almadım sadə xülyadan. 
Mən səni öyrəndim bizim dunyadan. 
Ey böyük həqiqət, ey şirin xəyal, 
Ey nazlı göyərçin, ey guclu qartal! 
Nə ölüm xofudur qəlbində yaqan, 
Nə şəhvət qurdudur səni oyatan! 
Mənin qəhrəmanım seçilsin gərək 
Həm Kleopatradan, həm Ofelyadan! 
 
VIII 
Doğrudan, nə qədər gözəldir payız, 
Ona söyləməyin vərəmli bir qız. 
Onun da sevimli bir halı vardır, 
Bəlkə bir nəş'əli məlalı vardır. 
Dostlar, əlinizdən çıxdı yayınız, 
Bu gün təbiətdən budur payınız. 
Baxarkən göylərə, bir gənc şairin 
 
57
Buludlu uzünü xatırlayınız... 
Solğun təbiətdə bir ayrılıq var, 
Baxır yarpaqların ardınca dallar. 
Dönmüş kəhrəbaya sular xəzəldən, 
Əlində cam tutmuş ruzgar xəzəldən, 
Məst olub özünu ətrafa çarpar. 
Bə'zən də hirsindən buludlar ağlar. 
Yaman yerdə çıxdı əlindən, ey gənc, 
Eşinlə gəzdiyin kölgəli bağlar. 
 
Bir payız fəslində sən də bir səhər 
Kəndnidən ayrıldın axır bir təhər. 
Gözün hər addımda dala baxırdı, 
Laknn içində bir arzu axırdı: 
«Görəsən necədir, deyirdin, şəhər?» 
Atılıb mindiyin dəmir bir kəhər 
Gətirib çıxartdı səni Bakıya, 
İlk dəfə şəhəri gördün, ay Səhər. 
 
Bu şəhlr Bakıdır, yaxşı bax, ay qız! 
Atsıq! baxışların qol-budaq, ay qız! 
Bir bax, nə məhtəşəm mənzərədir bu, 
Şərqə ilk açılan pəncərədir bu. 
İnqilab yurdudur bu oçaq, ay qız! 
Dünyanı eyləmiş çilçıraq, ay qız! 
O vermiş, o verir zor nəhənglərə 
Ehtişam, dəbdəbə, təmtəraq, ay qız! 
 
Uğulda, ey xəzri, çalxan, ey Xəzər! 
Canlansın qonağın qəhrəman Səhər. 
Sevirəm qorxulu uğultunuzu, 
Coşqun musiqili gurultunuzu. 
Ah, məndə olaydı sizdəki təpər, 
Görün göstərərdim necə bir hünər! 

 
58
Bu yaxında bizə gərək olacaq 
Şaxlanan dalğalar, qalxan küləklər. 
 
Sevirəm səni mən, ürəyim, qanım, 
Düşüncə şimşəyim, duyğu tufanım, 
Həvəs çağlayanım bütün sənindir, 
Mənim şirin canım bütün sənindir. 
Sənindir, ey Bakı, şe'rim, divanım, 
Can evim, can bağım, canlar bağbanım. 
Mətin xəyalları üstə döydüyüm 
Köküs dedikləri şeir zindanım. 
 
Sevirəm, nə çopuq hərəkətin var. 
Xəyala sığmayan əzəmətin var. 
Sevirəm,  asfaltlı küçəlrini, 
Sevirəm, ulduzlu geçələrini. 
Sənin qaranlıqla ədavətin var. 
Hələ bundan sonra qiyamətim var. 
Yeni bir əfsanə, yeni bir mifin, 
Yeni bir dünyaya məhəbbətin var. 
 
Sevirəm, sevgimin varmıdır sonu, 
Fiklrli qızını, alim oğlunü. 
Xalqa can deyərək iş görənləri, 
Gözəl kəndimizə ruh verənləri. 
Sevirəm, mənə çox görməyin bunu,- 
Şirvana çəkdiyin şose yolunu, 
Belnnə sırmalı bir kəmər kimi 
Yarın sarılacaq Kürün qolunu. 
 
Sevirəm gördüyün böyük yarını. 
Uzun gecələrin iclaslarını, 
Tarixdə açılan yeni devirdən, 
O böyük plandan, Mingəçevirdən 
 
59
Öncə xəbər verən el çuvarını, 
Güləş insanlığın şən baharını, 
Bizim dağ parkında gəzməyə çıxan 
Totuqlu gəlini, qızı, qarını. 

 
60
IX 
Nədir bu qarşımda yüksələn kulub, 
Önümdə heyrətlə boşalıb dolub? 
Sevirəm doğrulan həyatınızı, 
Ey şura qadını, ey şura qızı! 
Bu fağır sözləri ürəkdən bulub, 
Neyləyim, olmuşam hissimə məğlub. 
Yar məktubu kimi ovcunda sıxsan, 
Qəlbimnn qaiını sızar bu üslub! 
 
Ay Səhər, heyrətlə süzmə kulubu! 
Dəyişir həyatın burda üslubu. 
Bu sənət ocağı, elm ocağıdır, 
Əski yaşayışı vurub daqıdır. 
Əli Bayrlmovun adınadır bu... 
Neçin bir heyrətin oldun məğlubu?! 
Nələr öyrənməmiş bürda ay Səhər, 
Minlərçə Tükəzban, minlərçə Tubu?! 
 
Dəyişdi fəsillər, dolandı illər, 
Axdı gah bulaqlar, gah duru sellər. 
Burda dərs oxuyub qazandın bilik, 
Dedin: «Nə gözəldir təyyarəçilik!» 
Bu gözəl sənətə salıb meyillər, 
Səhər, üfüqlərə uzatdın əllər. 
Siz də böylə olun, böylə yüksəlin, 
Səhərdən dərs alın, ellər, ay ellər! 
 
Uç, Səhər, bu uçuş həvəsin gözəl, 
Göylərdən duyulan şən səsin gözəl. 
Quş kimi müəlləq vuruşun xoşdur, 
Gərib qanadını, duruşun xoşdur. 
Şair bu barədə nə desin gözəl? 
Hər düşüncən gözəl, hər hissin gözəl! 
 
61
Qoy bilsin bu dünya: çarşaf deyil də 
Sənin buludlardır, qəfəsin, gözəl! 
Qoy sənin adına qopsun alqışlar! 
İnsanlığı sevən səni alqışlar. 
Alqışlar sənin də iste'dadını, 
Alqışlar ananı, sevər qadını. 
Vüsalınla yazlar, hicrinlə qışlar 
Qəlbini həyata, eşqə bağışlar. 
Nədənsə ruhuma toxunur bir az: 
«Vərəmli çöhrlər, məhzun baxışlar.» 
 
Qadın tarixini bir yaxşı yoxla, 
Səni kim eylədi əlində kukla?! 
Satdın varlığını sadə ət kimi, 
Dolmuşkən köksümuz məhəbbət knmi 
Ən gözəl, ən təmiz, ən saf duyuqla. 
O qəlbi kim vurdu bir açı oxla?! 
Kim sənin bukulmtəz boynunu bukdu 
İnçidən yapılmış boyunduruqla?! 
 
Uç, yayılsın səsin min bir diyara, 
Qəbrində duşməni bassın bir qara! 
Qadına dünyada dörd şey gərəgmiş: 
Mə'bədmiş, çocuqmuş, evmiş, bəzəkmiş. 
Sən bu laqqırtıya vermə bir para. 
Uç, Səhər, hitler də qalsın avara. 
O bayquş bir dəmir xarabalıqdan 
Deyir: «Qadın hara, siyasət hara?!» 
 
Uç, Səhər, müstəqil həyatın gözəl! 
Qırılmaq bilməyən qanadın gözəl! 
Xoşdur bərabərcə əməyin sənin, 
Dəyir dünyamıza köməyin sənin. 
Yaslıda bəslənən övladın gözəl! 

 
62
Dəbdəbən, təntənən, büsatın gözəl! 
Yeni ailəyə şənlik gətirən 
Məhəbbətkn gözəl, muradın gözəl! 
 
Siz, ey döyuşlərdə aşıb-daşanlar, 
Dostluq məclisində qucaqlaşanlar! 
Səhərçin gurlasın hər sevinciniz, 
Onunçun yüksəlin ən birinciniz! 
Siz, ey «bir az  daha» deyib çoşanlar, 
Dağ-dağ buludları keçib aşanlar! 
O da öylə sanır, onundur bütün 
Bu aylar, günəşlər, bü kəhkəşanlar!. 
 
Sanır ki, bu dunya yeni yaranmış. 
Bu ulduzlu fəza yeni yaranmış; 
Yer günün başına yeni dolanır. 
Ay yeni parlayır, gün yeni yaranır. 
Saniır Adəm, Həvva yeni yaranmış, 
Məhəbbət, macəra yeni yaranmış. 
Şair dediyi bu canlı duyğu, 
Bu maraqlı mə'na yeni yaranmış. 
 
Uç, Səhər, uçuşun yeyin olsun qoy! 
Qalxdığın fəzalar əngin olsun qoy! 
Çalış, uçurumdan çıxar özünü, 
O tozdan, qurumdan çıxar özünü. 
İşlə, qanadların gərgin olsun qoy! 
Cəmiyyət daha da zəngin olsun qoy! 
Həyat suya düşən, aynaya düşən 
Bir şən işıq kimi rəngin olsun qoy! 
 
Qaşlardan qaşlara süz, romantikam! 
Könül sularında üz, romantikam! 
Bu əngin sənindir, bu yer sənindir, 
 
63
Ulduzlar sənindir, güllər sənindir. 
Çırpınsın şövqünlə söz, romantikam? 
Ey mənim könlümə göz, romantikam! 
Bu zəngin varlığı bəzəsin, burax, 
Mənim öz xəyalım, öz romantikam! 
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə