M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə13/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

1935 
 
KƏNDLİ VƏ İLAN 
 
Qaranlıq örtulərin 
İçində dərin-dərin 
Uyuyan yorğun gecə 
Xoruzlar ötüşüncə, 
Diksinərək oyandı, 
Yandı dan yeri, yaldı. 
Ulduzlar axdı keçdi, 
Həsrətlə baxdı keçdi. 
Kirəmidləri bayquş 
Qanadından qoyulmuş 
Daxmalar üzə çıxdı, 
Yollar gündüzə çıxdı. 
Ağaclar sərin-sərin 
Əsən xəfif  yellərin 
Titrədi nəfəsiylə. 
Quşların nəğməsiylə 
Ətirlədi hər yeri 
Sabahın çiçəkləri. 
Kənddə ucaldı səslər; 
Qalxdı, alçaldı səslər. 
Həyat bir qanad çaldı, 
Kəndi səs-səmir aldı. 
Qalxdı çoban ayağa, 
Sürünü yaydı dağa; 
Çaldı bir incə bəstə. 
Kəndlilər dəstə-dəstə 
Kənddən uzaqlaşdılar; 
Əkinə yaxlaşdılar. 
Fəqət əkin, nə əkin... 
Hamının ruhunda kin... 

 
372 
Oraq keçməyir işə, 
Hamı düşmüş təşvişə: 
«Bu il aclıq olacaq, 
Gül yanaqlar solacaq». 
Deyə  söhbət edirlər, 
Tez-tez fikrə gedirlər. 
Sünbüllər qarış-qarış.. 
Hər nəzərdə yalvarış... 
«Allaha pənah» deyə 
Baxırlar sağır göyə. 
Ordan bir səs gəlməyir
Ruhları yüksəlməyir. 
Hamı kədərli, həzin... 
Sürünüb dizin-dizin 
Yolurlar sünbülləri; 
Qabarlanmış əlləri. 
Getdikcə göydən günəş, 
Yağdırır yerə atəş. 
Hamı qan-tər içində, 
Dərin dərdlər içində. 
 
Boyda-buxunda uca, 
Çolpan adlı bir qoca 
Buraxdı tarlasını; 
Gələcəyin yasını 
Qəlbində duya-duya, 
Başında qara xülya, 
Bir az dincəlsin deyə 
Endi sərin dərəyə. 
Əvət, gözəldir dərə, 
Gözəldir bu mənzərə. 
Gözəldir çağlayaraq 
Qıvrılıb axan irmaq. 
Gözəldir bu çiçəklər, 
 
373
Bəzəkli kəpənəklər. 
Gözəldir bu ötən quş – 
Bir çiçəyə vurulmuş. 
Gözəldir yerdə otlar, 
Göy uzündə bulutlar. 
Gözəldir dağ, daş, orman, 
Gözəldir, əvət, hər yan. 
Fəqət Çolpan qəmlidir, 
Baxışı şəbnəmlidir. 
Bu gözəlliklər onu, 
Onun sınıq ruhunu 
Aça bilməyir fəqət. 
Onun bu il təbiət 
Kəndli qəlbini sıxmış; 
Əməyi boşa çıxmış. 
Çolpan bir az dincəldi, 
Yenə tarlaya gəldi. 
Sürünüb dizin-dizin, 
Çalışdı həzin-həzin. 
Nə gördü birdən, aman!.. 
Qarşısında bir ilan... 
Bir az geri çəkildi. 
Baxışları dikildi 
Heyran-heyran ilana, 
Adam vuran ilana. 
İlan onu görüncə, 
Qıvrıldı incə-incə. 
Çolpan vurmaq istədi, 
Ürəyində «yox!» dedi: 
Vaz keçdi acığından, 
Sonra dağarcığından. 
Aldı bir parça çörək, 
Əsərək, titrəyərək, 
Atdı ilana sarı. 

 
374 
İlan da ona sarı 
Atdı böyük bir qızıl, 
Çolpanın parıl-parıl 
Yandı solğun gözləri; 
Yaşla dolğun gözləri 
Oynadı sevincindən. 
Taxılların içindən 
Parlayıb işıl-işıl, 
Sürünüb xışıl-xışıl, 
Qayıtdı getdi ilan, 
Gör, nələr etdi ilan... 
 
Artıq günəş üfüqdə, 
Sarı, solğun boşluqda 
Gülürdü lalə kimi, 
Qızıl piyalə kimi. 
Buludlar dəlik-dəlik, 
Qürubda bir pənbəlik... 
Üfüq çox düşüncəli, 
Xilqətin gizli əli, 
Yerə yayır kölgələr; 
Dumanlanır ölkələr... 
Sakitdir şəffaf sular, 
Gümüş kimi saf sular. 
Tutularaq kədərə, 
Dalğınlaşır dağ, dərə. 
Bu axşam Çolpan ancaq 
Üfüqlərə dalaraq, 
Gözü, könlü sevincək, 
Evə dönür gülərək. 
 
Sabah adəti üzrə 
Şəfəq altun tüllərə 
Bürünüb gülən zaman 
 
375
Ayağa qalxdı Çolpan. 
Yenə getdi biçinə; 
Əkinlərin içinə 
Girərək həzin-həzin
Sürünüb dizin-dizin, 
Yolurdu sünbülləri, 
Qabarlanmış əlləri... 
Günəş qızınca yenə 
Çolpanın gözlərinə 
Haman ilan göründü. 
Yavaş-yavaş süründü 
İlan Çolpana sarı. 
Çolpan da ona sarı 
Qorxa-qorxa əsərək, 
Atdı bir parça çörək, 
İlan qıvrıldı birdən, 
Çolpana atdı həmən, 
Bir parça sarı qızıl. 
Çolpanın parıl-parıl 
Yandı gözləri, yandı. 
Xəyalı işıqlandı. 
Parlayıb işıl-işıl, 
Sürünüb xışıl-xışıl, 
Qayıtdı getdi ilan, 
Gör nələr etdi ilan... 
Ha belə bir neçə gün 
Sirrini düşündüyün 
İlan ilə Çolpanın, 
Çolpan ilə ilanın 
Sevdası davam etdi, 
Bunu hər kəs eşitdi. 
 
Bir gün Çolpanı artıq 
İşdən qoydu xastalıq. 

 
376 
Xəstəliyi ağırdı; 
Öz oğlunu çağırdı. 
Dedi: – «Mehriban oğlum, 
Sözümə baxan oğlum! 
Sabah sən get əkinə. 
O ilan gəlsə yenə, 
Saqın, toxunma, çünki 
Evimizə bu günki 
Şənliyi verən odur, 
Bizi güldürən odur. 
Gəlsə, çörək verərsən, 
Gülər üz göstərərsən». 
Sabahı, bilsəydiniz, 
Onun oğlu 
Necə gəldi biçinə, 
Say yoxdu sevincinə. 
Sonra çıxdı dağlara, 
Baxdı şən irmaqlara. 
Ətrafı seyrə daldı, 
Bir müddət orda qaldı. 
Yerlər, göylər açıqdı; 
İlan yuvadan çıqdı; 
O, qızmış, qıvrılırdı, 
Yazıq oğlanı vurdu. 
Gün keçdi, axşam oldu, 
Hər şeyin rəngi soldu
hər tərəf kölgələndi, 
Qaranlıq endi, endi. 
Eldəniz harda qaldı? 
Hankı diyarda qaldı? 
Xəstə atası Çolpan 
Ürəyində həyəcan 
Baxdı uzun yollara, 
Qərib, məhzun yollara. 
 
377
Qaranlıq endi, endi, 
Atası şübhələndi... 
Ay doğdu çiçək-çiçək, 
Ulduzlar titrəşərək, 
Gecəyə can verdilər, 
Bir həyəcan verdilər... 
 
Qoca Çolpan bir neçə 
Kəndliylə getdi tezcə 
Əkinlərinə sarı. 
Göyun işılqanları 
Ətrafı parlatırdı, 
Onun qəlbi atırdı. 
Eldənizdən xəbər yox
İzindən bir əsər yox... 
 
Bu gecə qoca Çolpan 
Ruhunda cahan-cahan 
Ayrılıq sitəmləri, 
Bir cür açdı səhəri. 
Erkəndən həzin-həzin 
Dərdilə Eldənizin 
Sinəsi qalxdı, endi, 
Gəzdi bir neçə kəndi. 
Eldənizdən xəbər yox, 
İzindən bir əsər yox... 
 
Dağ başında bir çoban; 
«Yazıq, zavallı Çolpan 
Görsə, ürəyi çatlar», 
Deyərək, çəkdi bir car. 
Kəndlilər dəstə-dəstə 
Dırmandı qaya üstə. 
Gəldi təlaşlı Çolpan, 

 
378 
Gözləri yaşlı Çolpan. 
Başladı fəryadına, 
Sarıldı övladına. 
İşini bilən ilan 
Çıxmadı yuvasından. 
Çolpanın qəlbi yandı, 
Bir ocaq kibi yandı, 
Dedi: – «İlan ilandır, 
İnsanlığa düşmandır. 
Ağı bir, qarası bir... 
Hamsının yarası bir...» 
 
Sonra bir sabah erkən 
Bu dəhşətdən göynəyən 
Kəndlilər dəstə-dəstə 
Çıxdılar qaya üstə. 
Ürəklərində təlaş, 
Əllərində yaraq, daş... 
Qıvrılaraq bu ilan 
Çıxarkən yuvasından, 
Tez üstünü aldılar, 
Başına daş saldılar. 
Doğradılar, əzdilər, 
Tək görə bilməzdilər 
Əlbəttə ki, bu işi. 
Bağırdı Çolpan kişi: 
– «Qayanı yıxmalıyız, 
Ağ günə çıxmalıyız». 
 
 
Çarpışıb haftalarca 
Qayanı parça-parça 
Doğradılar, tökdülər, 
Yerli-dibli sökdülar; 
 
379
Üzə çıxdı xəzinə. 
Kəndlilərin gözünə, 
Yeni bir işıq gəldi; 
Şadlıq səsi yüksəldi
Sevindilər, güldülər, 
Xəzinəni böldülər. 
 
 
Çox zaman Eldənizin 
Dərdilə həzin-həzin 
Yanıb inildədilər, 
Nifrət olsun, – dedilər, 
Zəhərli ilanlara, 
Xalqı aldadanlara! 
Coşdular, titrədilər, 
Nifrət olsun, – dedilər, - 
Yoxsulları aldatan, 
Ömrünə xələl qatan, 
Şahlara, sultanlara, 
Dövlətli ilanlara! 

 
380 
K1TABIN  İÇİNDƏKİLƏR 
 
 
Poema1ar 
 
Əfşan  
 
«Mənim dostum» 
 
 
Səhər  
 
Qaya  
 
Azadlıq dastanı 
 
 
Sındırılan saz 
 
 
Mənzum oçerk 
 
Buruq adamı 
 
 
Tərcümələr (1930-1937) 
 
Ömər Xəyyamdan 
       Rübailər 
A.S.puşkindən 
        Poltava 
M.Y.Lermontovdan 
       Şairin ölümünə
 
M.F.Axundovdan  A.S.Puşkinin ölümünə 
        Şərq poeması 
 
S.Y.Marşakdan 
        Huşsuza bax, huşsuza 
İ.Utkindən 
        Gecə çeşməsi 
 
Şərikli tərcümələr (1930 – 1934) 
 
Firdovsidən 
 
381
            «Şahnamə»dən 
             Sultan Mahmud haqqında həcv 
A.S.Puşkindən 
            Qaraçılar 
M.Y.Lermontovdan 
             Demon 
Taras Şevçenkodan 
             Kobzar 
             Qafqaz 
             Vəsiyyət 
             «Bir çocuqluq zamanı…» 
             Düşüncələrim 
             Dualar 
 
Uşaqlar üçün şerlər 
 
Coğrafiya 
Pambıq 
Bir may 
Məktəbli şərqisi 
Zəhra üçün 
 
Mənzum nağıllar 
 
Şəngül, Şüngül, Məngül 
Kəndli və ilan 
    
 
 



Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə