M. MÜŞFİQ ƏSƏRLƏRİ



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə1/13
tarix19.07.2017
ölçüsü1.09 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

M. MÜŞFİQ 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
 

ciliddə 
 
 
 
1
M. MÜŞFİQ 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
 
II 
cilid 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
POEMALAR 
 
3
19 3 3 
 
ƏFŞAN 
 
Yararaq havanı süzülür qatar, 
Süzüldügcə gözdən üzülür qatar. 
Yekrəng tıqırtılar, qulaqlar dolu... 
Şütüyərək tren doqrayır yolu, 
Qoynunda yüzlərcə, minlərçə mehman. 
Budur, mürküləypr yerppdə Əfşan... 
Oturmuş vaqonun bir kənarında, 
Uyqusu əriyir  baxışlarında. 
Bə'zən  məlul-məlul  boyiunu  əyir, 
Başı sərpilərok çiyninə dəyir. 
Seyr edin ölkənin can yoldaşını, 
Seyr edin umzuna düşən başını. 
Əlləri  qoynunda, hüsnü pərişan, 
Göyərçin gözləri yuxulu Əfşan. 
 
Əfşan mürgüləypr, fikri dolanır, 
Keçmlşlər beynində alışır, yanır. 
Bilməm nə açılır hafizəsində? 
Bir səhnə açılır hafizəsində. 
Dumandan halqalar alır başını, 
Acıdıb üzünü, çatır qaşını. 
Canlanır gözündə əski çaqları, 
Çoçuqkən gəzdiyi alma baqları. 
O nə acı günlər, qara günlərdi, 
Səhər sızıldardı, axşam inlərdi. 
Duymuş yetimliyə tutulduğunu, 
Bu hiss əridirdi xəfif ruhunu. 
Fikrindən bir zalım alay keçirdi, 
Ən başda əmisi Xasay keçirdi. 
Şişman bir qadını saldı yadına, 
Bir diş qıcırdatdı həmən qadına. 

 

Bilməm nə açıldı hafizəsində?   
Bir səhnə açıldı hafizəsində.    
 
–Əfşan! 
Qulaq verib bu çılğın səsə, 
Sınaq ürəyinə düşdü vəsvəsə. 
– Əfşan! Əfşan! 
– Nə var, əmdostu? 
– Zəy var! 
Gəl beşiyi salla! 
Bütün uşaqlar, 
Məhlə uşaqları daşır, qaynayır, 
Top kimi atılır, düşür, oynayır. 
Bunlardan ayrılıb getsinmi Əfşan? 
Cavabsız qalsınmı bunu soruşan? 
Acıyın, acıyın bu titrək quşa, 
Yetimlik dərdindən rəngi solmuşa! 
Dəyməyin keyfinə, buraxın onu, 
Ovutsun oyunla həris ruhunu. 
Bir alay rəngbərəng tılğın quşları 
Andıran dəstədsn utanıb bapı, 
Buraxın, buraxın bu öksüz irmaq 
Qovuşduğu çaydan düşməsin iraq! 
- Bu saat gəlirəm, 
- Tez ol, göyərmiş! 
Doğrudan öksüzlük ağır kədərmiş. 
Çək zavallı bəbək, bu kədəri çək! 
Zəhərli ox kimi bu sözləri çək! 
Çək bu tikanları, bu iynələri, 
Mən az duymamışam bu səhnələri. 
– Əmdostu, bu saat! 
Qadın hirslənir. 
Çənəsi yayılır, yenə səslənir: 

 
Ay qız!.. 
 
5

 
Gəldim, gəldim!.. 

 
Dayan, bir dayan!.. 
Bir yumruq, yerində mıxlandı Əfşan 
Hörüksüz telləri çılğın əllərdə... 
Çoxdu bu lövhələr bizim ellərdə. 

 
Gəl gedək, köpəyin, əbləhin qızı! 
Əfşanın ruhunda bir dərin sızı. 
Əfşanın qolunda bir çimdik yara, 
Kim onu tapşırmış bu alçaqlara?! 
Yalnız bir həzin uf... bir açı fəryad, 
Müzlüm bir macəra, qərnb- bir həyat. 

 
Gedirəm, gedirəm! 
Dinməz uşaqlar. 
Əfşan gedə-gedə qışqırıb ağlar. 
Həyətdən geçərək, evə girdilər. 
Xasayı yerində yatmış kördülər. 

 
Yenə bu vurhavur nədir, ay Əfşan1 
Get çöldə zınqılda, – deyə bu zaman 
Vəliyyi-ne'məti qalxdı, dilləndi, 
Sanki göy Əfşanın üstünə endi. 
 
– Əfşan, gəl suya get, təndiri qala! 
Əfşan, ocağa bax, odu qurdala! 
Əfşan, samovarı sazla. – Çox gözəl! – 
Əfşan, evi süpür, Əfşan, bəri gəl! 
Əfşan gəl çəkməmi çıxar. – Hazıram! - 
Körüb duyduğumu mən də yazıram. 
Bir başqa mənzərə keçdi gözündən: 
Əmisi arvadı çıxmış özündən. 
Hətqa əmisi də danlayır onu, 
Bir üsyan alovu kəsir ruhunu. 

 
Hardaydın? 

 
İclasda. 

 
Nə?.. 

 


 
İclas. 

 
Necə?  

 
Komsomol iclası. 

 
Giçə bax, gicə!  
Komsomol, komsomol, ədaya bir baq! 
Bircə bu qalmışdı, bircə bu ancaq. 
Yerə soxum səni, itil gözümdən, 
İtil ağzın, burnun əzilməmişkən! 
Xəyaldır, eni yox, uzunu yox həp, 
Onun doğmasına Əfşandır səbəb 
Əfşan düşünməsin, o da bir sıra – 
Yaxıb yandırıcı qasırğalarla 
Almasın Əfşanın başı üstünü. 
Andı kəndlərindən çıxdığı günü: 

 
Uşağı buraxıb hara gedirsən? 

 
Sizin qulluqçunuz deyiləm ki, mən? 

 
Ay allah, sən bunun dilinə bir baq! 
Çıx burdan axmağın balası, axmaq! 
Dədəndən qalanı yedin, bitirdin, 
Bəs deyilmi bizi cana gətirdin?– 
Deyərək, əmisi arvadı qızdı, 
Əfşanın vücudu titrədi, sızdı. 
– Çıxaram, qorxmayın, çıxaram, sizin 
Tə'nə daşı kimi himayənizin 
Altında yaşamaq ölümdən betər. 
Yetər, acınıza dayandım, yetər! 
Zəhrimara dönsün bir parça əppək! 
Bu açıq zindandan baş alıb getmək 
Səadət deyilmi bir əsir için?!. 
Siz bu qəbahətin üstündən keçin!.. 
Əfşan bu xitabı dörd sənə əvvəl 
Böylə etməmişdi, bundan da gözəl 
Bir söz söyləmişdi: – Buraxın məni!.. 
Çağırmışdı onu Bakı treni. 
 
7
İndi keçmişləri anarkən Əfşan, 
Fikrində açırdı böylə bir lisan. 
 
Qolçomaq – bu sözün mə'nası bəlli, 
Onun fikri bəlli, xülyası bəlli. 
Tarix qolçomağa müəyyən zaman 
Bir az «geriləyib», vermişdi imkan. 
Fəqət bu, tarixə nöqsan deyildi, 
Bunu dərk eyləmək asan deyildi. 
Əfşan kəndlərindən bu zaman çıxdı; 
Onun qarşısında yollar açıqdı. 
Düşünür Xasayın yetim sürgünü, 
Düşünür Bakıya gəldiyi günü. 
Şəhərdə möhtəşəm böyük yapılar, 
Üzünə açıqdı onun qapılar. 
Kənddən ayrılmışdı, o bir nəfərlə, 
Bakıda oxuyan çoban Səfərlə. 
Onu şəhər soyuq qarşılamadı, 
Çınladı bir leyli məktəbdə adı. 
Əfşanın toplanır təsəvvüratı, 
Canlanır Bakıda geçən həyatı. 
Canlanır siniflər, qalın kitablar... 
Əfşan mürküləyir, yol kəsir qatar... 
Başqa bir otaqda yaşayır Əfşan. 
Az deyildir ona dəyib, dolaşan. 
Gündə bir söz çıxır, bir xəbər çıxır, 
Hər əski dodaqdan bir zəhər çıxır. 
Əski qafalardan nə ummaq olmaz?! 
Faqət həpsinə də göz yummaq olmaz. 
Köhnələr gec duyur yenilikləri; 
Onunçun söyürlər bə'zən Əfşanı. 
Onların yorulmuş, qart iliklərn 
Doğura bilərmi cavanlıq qanı? 
Əfşan müəllimə, bu yeni rəhbər, 

 

Qalbində günəşli, aylı diləklər, 
Nə qədər sağlamdır öz gedişində, 
Komsomol işində, firqə işində, 
Pioner işində, artıq özün bil. 
Vəzifədən boyun qaçıran deyil. 
Qadın zəhmətindən istifadəni, 
Onun quvvətindən istifadəni 
İlk önçə bu kəndə Əfşan gətirdi, 
Bunu firqə ona tə'lim edirdi. 
Əfşan muəllimə, Əfşan müfəttiş 
Kolxoz işlərini etmədə təftiş. 
Əfşan müəllimə, tamaşa olsa, 
Səhnədə ən gözəl bir aktrisa. 
Kənddə əks edincə bayram sədası, 
Rəssamdır əlində rəngi, fırçası. 
Kənd şura katibi Biləndər fəqət 
Basləyir Əfşana gizli ədavət, 
Bə'zən içlaslarda kəsir sözünu, 
Ağardır Əfşana əyri gözunu. 
Kəndin müxbiri də öylədir, öylə; 
Bizim komsomolçu muəlliməylə 
Əsla duz gəlməyir, bunda bir iş var! 
Çox keçməz, bu pərdə yəqin ki, qalxar 
Onun şərəfini ləkələməkçin 
Bunlar bir vəsilə arayır, neçin? 
Onu inçidirlər, Əfşan qaçmayır, 
Başqa bir iqlimə yelkən açmayır. 
Xasay bir ildir ki, kənddən qovulmuş, 
Özünə «gözəlcə» bir peşə bulmuş. 
Kolxoz bazarında gəzir, dolaşır; 
Çoxlarının işi  Xasaydan  aşır. 
O kəndə, bu kəndə bə'zən varması, 
Bə'zən şəhərlərə mal aparması, 
Kooperativlərə girib çıxması, 
 
9
Bizim adamlara üstdən baxması, 
Anladır kolxozdan vəsiqəsi var. 
Bu köhnə qolçomaq, bu yeni tüccar. 
 
Gecə, gəliş-gediş bitmiş, kəsilmiş; 
Bu şənlik, deyəsən, şənlik deyilmiş. 
Sükut açarlamış  ağzını kəndin, 
Susmuş şırıltısı uzaqda bəndin, 
Donmuş qar altında axır xəfifçə. 
Ah, bu qarlı gecə, bu bəyaz gecə... 
Çıxmış bir əbədi səfərə ruzkar. 
Əsməyir şax kimi pambıqlı dallar. 
Yerlər ağ qızıldan, göylər gümüşdən, 
Əfşan Biləndərlə qayıdır işdən. 
Ayaqlar altında xarıldayan qar 
Bə'zən bu sükutu edir xələldar. 
Birdən dalğalanır köpək səsləri, 
Sağır səssizliyi çağırır geri. 
Yerlər ağ qızıldan, göylər gümüşdən, 
Əfşan Biləndərlə qayıdır işdən. 
Nə qədər dil tökür bu yol yoldaşı, 
Yuxarı qalxmayır Əfşanın başı. 
Bu gecə, bəlkə də Əfşan kar olmuş, 
Olsaydı, sanardı bəxtiyar olmuş. 
Onun hər sözünün bir mə'nası var, 
Görünür, başında eşq havası var. 
 
Biləndər   
Əfşan, urəyimdə bir gizli sirr var. 
Bu gecə etsəydim... 
 
Əfşan 
                                 Elə aşikar!.. 
Açarı qeyb olan bir evdən əmin 

 
10
Qəlbimdə sirrini saxlaram səni». 
 
Biləndər 
Mən səni sevirəm 
 
Əfşan 
Əl çəkin məndən! 
Buraya eşq üçün, gəlmədim ki, mən. 
O sevir, bu sevir, hər yetən sevir, 
Artıq ürəyimdə qalmamış səbir. 
O qalmış ki, verim e'lan bu kəndə: 
Yoxdur məhəbbətdən nişanə məndə. 
 
11
Biləndər 
Mən sizə nə qədər yaxşılıq etdim, 
Əmin Xasaya da güzəştə getdim. 
Yoxsa burdan  onu sürəcəkdilər. 
Uzaq ölkələrdə olub dərbədər, 
Dolaşıb yalavac, dolaşıb səfil, 
Buzlu pəncələrdə olaraq əlil, 
Kəndi külfətilə məhv olacaqdı. 
O gündən ki, eşqin qəlbimi yaxdı, 
Məhəbbət üzündən qıymadım sizə, 
Acıdım zavallı taleyinizə. 
Kəndli vəsiqəsi verdim əminə, 
Məni anlamadın, duymadın yenə, 
Qəlbinə yabançı buldun hissimi. 
Bunlar zəhmətimii nəticəsimi?! 
 
Əfşan aldırmadı, neyləsin 
Kimə bu sözləri söyləsin Əfşan? 
Xayır, söylənəcək adam az deyil, 
Əfşan Biləndəri tanımaz deyil. 
Yalnız ona deyil, xalqın işinə, 
Kolxozun işində vurnuxub yenə 
Xəyanət yapanlar nə qədər ki, var 
Həpsini zahirə çıxaracaqlar. 
İndi, sabah kəndə çıxacaq xəbər: 
«Dün gecə Əfşanla katib Biləndər 
Gəzirdi, gəzmək var, gəzmək var, əlbət, 
Onlar qucaqlaşıb edirmiş ülfət». 
Çoxunun gözündə Əfşan bir heçdi; 
Burda qələm işi örtülü keçdi. 
Müti olmalıymış Əfşan bunlara 
Nədənsə, o hara, əyilmək hara? 
O, gündə birini sevəcək deyil, 
Könlünü vermişkən birinə təhvil. 

 
12
Neçin sormadınız: kimdir Biləndərq 
Onun ti budur müxtəsər: 
Siyasətə böyük marağı vardı, 
Sanma hər firqəyə yaxınlaşardı. 
«Hümməti» əslindən bəyənməmişdi. 
«Böylə bir firqəyə girməm!» – demişdi. 
Sanki düşməniydi müsavatçılar, 
Ruhuna uyğundu ittihadçılar. 
İttihad olsaydı, türk ittihadı, 
Daha da olardı onun mö'tadı. 
O bir söz deməzdi lakin açıqda, 
Gözləri qalmışdı «ilhaqçılıqda». 
Sıtqı siyrilmişdi hər nəysə bizdən, 
Daim danışardı Qara dənizdən. 
 
Aprel inqilabı ölkəni sardı; 
O gündən Biləndər bədbin yaşardı. 
Sıxmışdı ruhunu şəhər həyatı, 
Sanki qırılmışdı qolu-qanatı. 
Bir qədər baş qoşdu müəllimliyə, 
Daim izlədiyi örtülü qayə 
Əsla çıxmayırdı qərib başından. 
Böyük inqilabın «ixtişaşından» 
Qorxub, Əfşangilin kəndinə gəldi; 
Fəqət izlədiyi əski əməldi. 
Deyirdi: «Dincəldi başım, nəhayət, 
Nəyimə lazımdır mənim siyasət?  
Dərsimi deyərəm, gedərəm evə, 
Çəkəməz rühüma kimsə çərçivə». 
Üç-dörd il dərs dedi. Lakin, nədənsə 
İşində zidd getdi bu fikrə, hissə... 
Bildi «siyasətsiz» dərs demək olmaz; 
Müəllimlik belə ruhunu bir az 
Sonunda incitdi. Deyirdi bə'zən: 
«Yoruldum şuranı tə'rifləməkdən. 
 
13
Kəndi məsləkimə neçin zidd gedim? 
Yaxşısı budur ki, katiblik edim». 
Nəhayət bir səhər məktəbi atıb, 
Kolxozda olmuşdu adlı bir katib. 
 
O qədər dar deyil bizim ruhumuz, 
Yüksək düşüncəmiz, dərin duyğumuz 
Hər zaman şənliyə hərisdir, həris, 
Bunu doğurarsa öz zəhmətimiz. 
Fəqət Biləndərin evi hər geçə 
Boşalır gizlnçə, dolur gizlicə. 
Boşalır qədəhlər, dolur qədəhlər, 
Sarır ürəkləri çılğın fərəhlər. 
Bu gecə boydandır oyun, mey, rübab; 
Toplanmış məclisə bir neçə əhbab. 
Kolxozun «səmimi ürək dostları» 
İçirlər, gecəni etmişlər yarı. 
Şərab rəngi kimi gözlər qızarmış. 
Qarınlar köpürmüş, üzlər bozarmış 
 
Biləndər 
Xasayın sağlığı unudulmasın, 
Onsuz biznm bir günümüz olmasın! 
Özü burda yoxsa, ruhu burdadır. 
Doğrudur, bu saat işi dardadır; 
Lakin bizim kimi insan adamlar, 
İş körən adamlar kolxozda çox var. 
İçəlim, nə çoxdur Xasayın pulu! 
Açılsın üzunə ticarət yolu." 
İçəlim, var olsun! 
Yerindən biri, 
Kəndin o «dörd gözlü», adlı müxbiri 
– Bağışlayın məni, böyük şairmiş 
Hər şeyin ustünü tez açan  İbiş.– 
 

 
14
İbiş 
Əsli, nəcabəti olmayanlara, 
Vəfası, hörməti olmayanlara 
Üzüm şirəsini içmək haramdır! 
Şərab məclisindən keçmək haramdır. 
Şərab külək kimi bir şeydir, inan 
Çiçəklər üstündən olurkən rəvan 
Ətrindən insanın könlü açılır; 
Ətrafa üfünət iyi saçılır 
Cəmdək üzərindən olurkən rəvan 
Şərab külək kimi bir şeydir, inan! 
 
Biləndər 
Doldur qədəhləri ürəyim kimi. 
Bizim şüarımız olsun: kim kimi. 
Saqican, məclisə yağdır şərabı, 
Qoymayın ağlatsın atəş kababı! 
Bir də ələ düşməz bu şux zamanlar, 
Duyğusu olmayan meydən nə anlar? 
 
Müəllim Daşdəmir bu gecə burda, 
Kecəni ürküdən bu vurhavurda 
Vardı, saymaz kimi bunların fəqət 
Hər bir söhbətinə edirdi diqqət. 
O da şənlənirdi, o da içirdi, 
Lakin hər gəlmədən bir qıl seçirdi. 
Onun bu gecəyə çağrılmasından 
Xəbərsiz deyildi mübariz Əfşan. 
Onlar əvvəlcədən danışmışdılar. 
Əfşanın işindən kim baş çıxarar? 
 
Biləndər dişarı çıxmaq istədi, 
Qalxıb Daşdəmirə: – Sən də gəl!–dedi. 
Ev qaldı dostlara. 
 
15
 
Biləndər 
Bilirəm ki, sən 
Əfşanı yerindən heç sevməyirsən. 
Bəlkə də sevirsən, lakin mərd kibi 
Söylə: o komsomol özək katibi 
Sevirmi Əfşanı! 
 
Daşdəmir 
Sevir bəlkə də!.. 
Azad sevgi vardır bizim ölkədə. 
 
Biləndər 
Məgər mənim sevgim azad deyildir? 
 
Daşdəmir 
Bəlkə də dustaqdır, oiu kim bilir? 
 
Biləndər 
Doğrudan dustaqdır ürəyim mənim, 
Gömülmüş qəlbimə diləyim mənim. 
Diləyim doğrulmaz həyat  qaima 
Xoş üzlə də çıxsa mənim qarşıma. 
Mən ona nə qədər yaxşılıq etdim. 
 
Daşdəmir 
Ona yox! 
 
Biləndər 
Xasaya guzəştə getdim. 
 
Daşdəmir 
Bu doğru! 
 

 
16
Biləndər  
Özü də sinif düşmanı. 
İndi sevgi hanı, insanlıq hanı? 
 
Əfşanın Xasayla arası yoxdu, 
Hətta külfətinə belə soyuqdu. 
Bə'zən yazıq Əfşan yanlış anılır, 
Xasayın qardaşı qızı sanılır. 
Yox, Xasay Əfşanın əmsi deyildir. 
Bunu yaxın, uzaq bütün kənd bilir. 
Bilir, Əfşan onun qulluqçusuydu, 
Bütün ev işini rahlayan oydu. 
Oydu çocuqluqda dərbədər qalan, 
Anadan, atadan bixəbər qalan. 
Gecə sübhə kimi nənni başında 
Kölgəli üzünda, çatıq qaşında 
Şirin röyaları donan Əfşandı, 
Öksüzlük dərdilə yanan Əfşandı. 
Xasay bir ağadır- onuh gözündə, 
Bunu isbatlamış hər bir sözündə, 
Hər bir çıxışında demiş, göstərmiş 
İş budur ki, ona vəsiqə vermiş – 
Kəndli vəsiqəsi, bir neçə «rəhbər», 
Bu qiymətli xəbər, bu gizli xəbər 
Biləndər eşqini edərkən e'lan, 
Dərindən dərinə duymuşdu Əfşan!.. 
Bir gün toplaşarpq Daşdəmir, Əfşan, 
Komsomol katibi, o keçmiş çoban 
Firqə katibilə tədbir kördülər, 
Gərəkli yerlərə xəbər verdilər. 
Döyüş gizli deyil, döyüş açıqdı, 
Şəhər - qəzetində məqalə çıxdı. 
Bir Biləndər deyil  Biləndər kibi 
Xəyanət sahibi, fitnə sahibi 
 
17
Kənddə kim vardısa məqalə açdı, 
Kəndə bir alovlu vəlvələ saçdı. 
Bu vəlvələ deyil,  bu söz məcazdır, 
Böylə adamlara nə etsən, azdır! 
 
Xasay xəbər tutub bu kəşməkeşdən, 
Xəbərdar olmağa gəlmişdi işdən. 
Düşmüşdü bu gecə Biləndərgilə; 
Evə gəlməmişdi Biləndər hələ. 
Qovrula-qovrula Xasay düşünür, 
Başında bir alov parlayır, sönür. 
Kəskin baxışından yağır fitnələr; 
Görən xəyalında dolaşır nələr?! 
Xəyalı əsəbi, ruhu əsəbi, 
Bir tələyə düşən canavar kibi 
Qəlbi sinəsində atlanır, düşur. 
Saçları dağılır, üzü pörtüşür. 
O kimin əlindən zəncir çeynəyir? 
Sanki ürəyinin başı göynəyir. 
Onun öz-özünə düşündüyü nə? 
Dolanır gözündə cahan tərsinə. 
Həyəcan, həyəcan, yenə həyəcan. 
Ya nədir Xasayı bu gecə sançan? 
Ruhunda açıqlı bir çarpıntı var, 
Şübhəsiz anlamaz bunu daş-divar. 
Önündə yağısı hazır olsaydı, 
Qəzəblə, acıqla ruhu dolsaydı, 
Kirpi yumruqları yığışan zaman 
Üz-üzə gəlsəydi düşmanla düşman, 
Azacıq sönərdi kini, qərəzi 
Bir yumruq yapsaydı kürreyi-ərzi, 
Çaxsaydı başına «hiyləgərlərin», 
Alovlu ürəyi olardı sərin. 
Gözündə Xasayın bu gecə guya 

 
18
Yer-göy bir-birinə çaxıb, dəyirdi. 
Sarmışkən əqlini bir qara xülya, 
Biləndər hövlnak içəri girdi. 
 
Biləndər 
Ah, xoş gəlmişsiniz! Gəlişinizdən 
İbiş söyləmişdi, agah idim mən. 
 
Xasay 
Gəlmişəm, o qızı gedim oğrayım, 
Gözümün önündə kəsim, doğrayım. 
 
Biləndər 
Sən allah, yox, Xasay! 
Xasay 
Budur niyyətim.     
Həddini anlasın o murdar yetim! 
Of, müəllim Dəmir, of  səni, Əfşan! 
Danışar sizinlə bir gün bu Xasay. 
Kimlərdir mənimlə, baxın, çarpışan?! 
Mənimlə çəkişmək deyildir qolay! 
Ay zalım qaçaqlar, heyıf ki, sizin. 
KöGünüz kəsildi uca dağlardan – 
Görsəydim zorunu çəkişmənizin 
Bu dərdi çəkməzdim hər zinakardan. 
Hanı geçən günlər, hanı o günlər – 
İgid nə'rələri, güllə səsləri, 
Qonaqlar, cıdırlar, sazlar, dügünlər? 
Əcəba, bir daha dönməzmi geri?! 
Hanı o günlər ki, Xasay, belində 
Bir zağlı onaçlan tapança vardı?! 
Uzaqdan, yaxından səsin gələndə 
Analar qorxudan uşaq salardı?! 
Hanı o günlər ki, kəndlilər bizi 
 
19
İkiqat olardı görər-görməzin?  
Seyr eylə bu günkü sürünməmizi; 
Nə qədər acıdır, nə qədər həzin! 
Yaşamaq bizlərə ölüm deyilmi? 
Qolçomaq... sən allah, sözə bax, sözə! 
Hanı əvvəlki mən? Ellər hakimi 
Dönmüt bir arvada, bir ürəksizə. 
Sözlər Biləndərin axdı ruhuna: 
«Müxtəsər, işimiz fənadır fəna», – 
Deyərək bir qədər söhbət etdilər, 
Düşünüb, düşünüb fikrə getdilər. 
 
Biləndər  
Bicadır Əfşana, məncə əl açmaq. 
Bizim bir yolumuz–o da ki, qaçmaq. 
Qaçmaq bir kərəlik, yoxsa tutarlar, 
Bizim qarşımızda təhlükələr var. 
Böyük bir fəlakət izləyir bizi, 
Toplayın bir yerə iradənizi. 
İşlər dumanlıdır, qorxuludur pək
Qaçmaq bir dəfəlik, qurtarmaq gərək! 
 
Həmən bu gecədən keçmədən bir ay 
Aldı duman kimi dağları Xasay... 
Biləndər, dostları  bütün tutuldu, 
Hər kəs cəzasına, borcuna doldu. 
 
«Bizim müxbirimiz» o gündən bəri 
Dolaşıb sərsəri ətraf kəndləri. 
Müxtəlif-müxtəlif xəbər yazırdı, 
Hər bir yığıncaqda kişi hazırdı. 
O kəndin cikini-bikini bilir, 
Fəqət daşıdığı yüGünü bilir. 
Kimə çəkməsini bilirdi. Bir də, 

 
20
Əfşanın eşqindən düşmuşdü dərdə. 
Yanırdı yazığın, yanırdı qəlbi 
Atəşdə qovrulan bir ilan kibi. 
Siz deyin, bu İbiş indi nə etsin! 
Bu çılğın hadisə nə yolda bitsin? 
Odur ki, Əfşanı izləyib, pusub, 
Haqqında müxtəlif yalanlar qusub, 
Qəzetə yazmaqdan başqa çarə yox. 
– Hər dərdə çarə var, aşqa çarə yox. – 
 
Əfşanın haqqında məqalə çıxdı. 
Onun üzü ağdı, alnı açıqdı. 
Qoy çıxsın, xəbərdar olunca bundan 
Müfəttiş yollandı kəndə rayondan. 
Əfşan danışırdı, dinləyirdilər, 
Artıq burda yoxdu katib Biləndər  – 
«Səmimi dosqları». Bu köhnə dəstə 
Bilməm nə olmuşdu xəyanət üstə. 
Əfşan öz haqqında nə desin, yetər! 
Anlaşıldı kimdir onu söyənlər. 
Müxbir çıxarıldı müxbirliyindən. 
Kənddən qəmli-qəmli uzaqlaşarkən, 
Donmuş zənn eylədi bədəndə qanı, 
Çünki çox sevirdi bizim Əfşanı... 
 
Əfşan otağında düşünür təkcə, 
Çatılır qaşları fikr eylədikcə. 
Qarşısında qəzet, bir əqrəb qədər 
Gözündə qorxuncdur yalançı xətlər: 
«Məktəbi buraxmış büsbütün Əfşan. 
Hər gecə bir evə olmada mehman. 
Məktəb işlərinə fikir verməyir, 
Nə deyim, müxqəsər, bir iş görməyir. 
Yalan, başdan-başa yalan, iftira! 
 
21
Əcəba mən hara, qonaqlıq hara? 
Mən kimin evində qonaq qalmışam? 
Kiminlə söhbətə, saza dalmışam? 
Məktəb, içlas, kulub, ictimai iş 
Əfşan bu şənlikdə nələr görməmiş, 
Nələr yaratmamış? Xayır, mən gərək. 
Gündə bir aşiqə verəydim ürək. 
Katib Biləndərlə kimdi döyüşən? 
Onların daş kimi başına düşən, 
Onun dəstəsini yıxan kimdi, kim? 
Ya kimdi onları tutmağa təhkim? 
Onları dağıdan Əfşanı, bir baq, 
Bax, necə qələmə vermiş bu alçaq! 
Hevsələm, xəyalım darılmasınmı?! 
Göy düşüb başıma yarılmasınmı?! 
Nə çıxar? Bunların xəyaldır həpsi». 
Yazıq ki, qəzetdə Əfşanın əksi 
DüzGün verilmədi, fəqət gün gələr 
Əfşan qanadlanar, Əfşan yüksələr 
Yeni bir şairin düz sözlərində, 
Kolxozun ən parlaq gündüzlərində, 
Şəfəqlər adını yazar göylərə. 
«Eh, nələr düşündüm yenə boş yerə?!» 
Əfşan çox söyləndi, eyb etməz, yarın 
Düzələr şənliyi kolxozçuların. 
Dəyişər bu kəndin köhpo siması. 
İstər Əfşan olsun, istər başqası 
Yalandan qəzetdə təhqir edilməz, 
Ürək bulandıran söz eşidilməz. 
Burdan səsi gəlməz Biləndərlərin, 
Düşüncələr sərin, duyğular sərin. 
Əlləri qoynunda düşündü yenə, 
Birdən acıqlandı bədbşyliyinə: 
– Bu nə fikirlərdir keçir başımdan? 

 
22
Eh! – deyib, kuluba yollandı Əfşan… 
 
23
MƏNİM DOSTUM 
 
Zuvanddan gəldiyi bir ay olardı... 
(Onun bir dumanlı keçmişi vardı). 
Bulduğum bu qoçaq, yeni qəhrəman 
Olmuş xəyalıma, fikrimə mehman. 
Dostumun şöhrəti Nəsib ağaydı, 
Köhnə müəllimdi, adı Sadaydı. 
Göycə mahalının bu nəcib oğlu 
Bir gün Gürcüstana gedilən yolu 
Tutaraq,  Qoridə  almışdı  təhsil, 
Mənim qəhrəmanım xəyali deyil. 
 
Bir müddət buraxıb Azərbaycanı, 
Elmlə bəzədi Türkmənistanı. 
Qorxunc cahan hərbi nərildəyincə
Dünya bir-birinə çaxıb, dəyincə, 
Gəlinçə ölkələr pəncə-pəncəyə, 
Mənim qəhrəmanım qaçdı Gəncəyə. 
 
O bir müəllimdi; o zaman gərək, 
Dostum bir firqəyə verəydi ürək. 
Lakin bu şeylərə yaxın durmadı, 
Siyasət uğrunda qafa yormadı... 
«Müəllim babayam, maça nə firqə? 
Mənim yolum başqa, məsləkim başqa. 
Rəngdir bu dunyada hər firqə bir şey, 
Əlinə düşəni ordaça  bas, ye!..» 
Deyə qəhqəhəylə gülürdü dostum, 
Uğunub, gülməkdən ölürdü dostum. 
 
Ölkəda inqilab nə'rəsi qopdu... 
Köhnə əqidələr, sanmayın, hopdu 
Yerin nəhayətsiz dərinliyinə... 

 
24
Yaşayırdı əski insanlar yenə... 
Bə'zən məndən uzaq, bə'zən yanımda 
Yaşayırdı mənim qəhrəmanım da. 
Ancaq 6, keçmişdən söhbət düşürkən 
«Eh!» – deyib dizinə vurur ürəkdən. 
Sovrulan bir aha dönür sözləri, 
Kəlləsinə çıxır xırda gözləri. 
«İndi müəllimlik hamballıq demək. 
Havaya sovrulur çəkilən əmək.. 
Keçmişdə müəllim  ağaydı, ağa!..» 
Deyərək, gedərdi xeyli uzağa. 
 
Gözləri yaldızlı bir yaz geçəsi, 
Xəfif-küləklərin şirin ləhçəsi 
Bir ney dili kimi açılan zaman 
Dallarda yarpaqlar əl çalan zaman 
Bir evdən gəlirdi nəş'əli səslər, 
Nəş'əli səslərdə sıçaq həvəslər... 
Büllur qədəhlərin öpüşməsini, 
Kaman naləsini, tar nəğməsini 
Ürkmüş dinləyirdİ , geçə yolları, 
Geçənin kimsəsiz inçə yolları. 
– Çal! Dönüm gözünə! 
– Çal! 
– Ay qız, oyna! 
Qurban olum sənin  uzun boyuna! 
Ala! Bu çervonlar, ala bu pullar! 
Ala! Zibil kimi; nə dərdimiz var? 
Maarif şö'bəsi sağ olsun, canım, 
Tək xiffət çəkməsin mənim ceyranım, 
Deyərək, qədəhin getdi dibinə. 
Əlini salarkən yenə çibinə, 
– Saday, 
yetər, yetər!.. 
 Qalxdı bir nəfər. 
 
25
– Bu 
qədər özünü itirməz insan! 
Onun söz tutmayan dodaqlarından 
Bir sərxoş qəhqəhə qopdu, yayıldı, 
Yuxudaymış kimi, birdən ayıldı. 

 
26
Bu sayaq, Gəncədə işlədi,  dostum... 
Bir sabah qəzetdə, olduqca məşum, 
Uğursuz bir xəbər oxudum - əvət, 
Mənim qəhrəmanım etmnş xəyanət, 
Hər gün vur-çatlasın, hər gün vur-haray! 
Nə bilim nə qədər pul yemiş Saday? 
Bütün varlığilə bir qızı sevmiş, 
O qızda özünün talibəsiymiş. 
Bir an ayrılmazmış onun  izindən, , 
Dərs dediyi yerdə getmiş özündən... 
Bu hal pisikdirdi onui ruhunu, 
İti qovan kimi qovdular onu, 
Gəncədən basdılar qəhrəmanımı, 
Bu iş «çox qaraltdı» mənim qanımı. 
 
Bilsəniz Bakıda bir gün nə gördüm? 
Gördüyüm  adama  tərəf yüyürdüm: 

 
Salam! 

 
Paho, salam! 

 
Balam, neçəsən?! 
Söylə, nə var, nə yox bizə Gəncədən? 

 
Gəncəni büsbutun buraxdım. 

 
Niyə! 

 
Çevirməm üzümü bir də Gəncəyə. 
Hamı bisavaddır, hamı biədəb. 
Qəza intiriqa yuvasıdır həp. 
Onsuz da, Bakıda iş yeri çoxdur? 
Kimsənin kimsədən xəbəri yoxdur. 
Bu saat rabfakda çalışıram mən; 
Şeytan da baş açmaz mənim işimdən. 
Mənim əlimdədir məktəbdə hər şey. 
Əlinə düşəni ordaçqa bas, ye! 
Bir gəl bizə sarı, yaxşı evim var, 
Şikarnı, balkonlu, geniş otaqlar..; 
 
27
Sən öl! Bir tələbəm tapmışdır mana. 
Keçən sülüs zəif vermişdim ona. 
Bu yolla ödədi o da borcunu. 
Sən öl! Bir ikmala tutmuşam onu. 
Di, sağ ol! 
– Hələlik! 
Ayrıldım ondan... 
 
Bir gün eşitdim ki, yenə qolundan 
Yapışıb, atmışlar onu dişarı; 
Meydana çıxmışdır oğurluqları. 
Bu dostum rabfakda çalışan zaman, 
Məktəb zavxozuymuş, edirmiş «siçan». 
Burdan da basdılar qəhrəmanımı, 
Yenə «qaraltdılar» mənim qanımı. 
 
Bir gün qəhrəmanım əlində çanta,  
Görüncə: – Gedirəm, – dedi, - fronta. 
Zuvand rayonuna soyuz göndərir; 
Qorxma, işlər yenə öz yerindədir, – 
Deyə qəhrəmanım miidi vapora... 
Ürəyimdə: «Bir gün düşərsən tora!..» 
Xayır, qəhrəmanım aciz deyildir. 
Acizlik naminə cayiz deyildir. 
Danışsa od yağar dilindən onun, 
Şeytan da qurtarmaz əlindən onun. 
Öz-özümə fikrə gedəndən sonra, 
Dedim: – «Cahan düşər, o düşməz tora, 
Onun yapmadığı gələk qalmamış, 
Boş yerə aferist namı almamış». 
 
Mənim qəhrəmanım yola düşəndən 
Bir neçə gün sonra dərsdən dönərkən, 
Bir əskn yoldaşım qarşıma çıxdı. 

 
28
Mehriban-mehriban əlimi sıxdı. 

 
Dostunun işindən xəbərin varmı? 

 
O qədər dost var ki, saymaq olarmı? 
Hansı dost, nə bilim? 

 
Saday mirzədən. 

 
Onun işlərini varmı bilməyən? 

 
Doğrudan da yaman fırıldaqçıdır; 
Öylə yaşayışdan ölüm yaxşıdır! 
Müəllimlik hara, oğurluq hara? 
Atdılar rabfakdan onu bayıra. 
Neçə yol məktəbdən şey-şüy aparmış,. 
Məktəbdən nə isə yenə qoparmış; 
Nəhayət haqlayıb tutmuşlar onu; 
Bütün məktəb bilir oğurluğunu. 
Bu iş yaraşarmı bir müəllimə?! 
Dedim: – Bu sözləri deyirsən kimə? 
Bir də bu gəlməni dilinə alma, 
Onu hər yetənin ağzına salma! 
Düşün,' mənim dostum «yaxşı kişidir», 
Zuvandda maarif müfəttişidir. 

 
Canım, nə deyirsən? 

 
Sən öl! 

 
Vay, hərif! 
Davama başladım mən xəfif-xəfif.   
– Bəli, – dedim, – onu kimsə göndərmiş, 
Dostuma bir məsul vəzifə vermiş. 
Aferistlik onun köhnə işidi; 
Zuvandda maarif müfəttişidi. 
Çəkir iki aklad dərsin yukunü. 
Aparır Şekayım mudürlüyunü.  
Metodik işlər də ona baxırdı. 
Muxtəsər su kimi çervon axırdı. 
O hər ay min manat maaş alırdı, 
Çox zaman ovlaqda yatıb qalırdı. 
 
29
 
Ovçuluq dostumun köhnə sənət, 
Hər zaman, hər yerdə budur söhbəti. 
Söz duşəndə deyir: – Gərək dədəmdən 
İrsiyyət qanunu mövcibincə mən, 
Bir şey öyrənəydim, bir şey alaydım, 
Ta ki, öz atamın oğlu olaydım. 
Atamın biddiyi bir şey vardı-ov; 
Əldən saldı onu qırqovul pulov; 
Kişi var-yoxundan keçdi bu yolda. 
Bəli, mənim kimi fərli oğul da   
Atanın yolundan çıxmaz bir addım. 
Mən bu sənətimdə ona oxşadım,  
Deyərək, dostumun dişi ağarır, 
Çılqın bir qəhqəhə havanı yarır. 
 
Dostum ovçuluqda olduqça pərgar, 
Onun, Tirmə adlı bir ov iti var. 
Gözunə döndüyum, Tirmə, nə Tirmə, 
Kişmir tirməsini yada gətirmə. 
Dərsdən gələn kimi Tirməyə baxır. 
Gözləri suzülür, ürəyi axır. 
Onunla oturur, onunla durur. 
O da məlul-məlul boynunu burur. 

 
Çoxdanmı ovçuluq edirsən, Saday? 

 
Öylə vaxt olmuş ki, canınçui, bir ay 
Kollarda-koslarda yatıb qalmışam. 
Uşaqkən əlimə tüfənk almışam. 
Həyatın ləzzəti başqaydı onda, 
Başqa bir aləm var, qaban ovunda. 
Gənc bəylər, qış günü  çıxardıq çölə. 
Görürdün ördəklər çamır bir gölə 
Soxub dimdiyini arayır qida; 
Bu zaman uzaqdan nişan alıb da 

 
30
Atınca, vururdum bir yığın ördək. 
Lakin qaban ovu qorxuludur pək. 
Canım, indi nə var? Gecə-gündüz iş, 
İnsan iş əlindən cəzana gəlmiş. 
Baş, beyin yorulur. Hər yerdə iclas 
Çağrılır, qurulur hər yerdə iclas. 
İçlasdan nə çıxar, iş gərək, canım!.. 
Yenə də boş yerə qaraldı qanım... 
Mənim qəhrəmanım «gözəl işlədi», 
Zuvandda şöhrəti çox genişlədi. 
Həftənin çoxunu ovda qalırdı, 
Quşların içinə şivən salırdı. 
Zuvand meşələri olduqca qalın... 
Bakıya getməsin sənin xəyalın. 
Geylərdə lacivərd, əlvan buludlar, 
Yerlərdə meşələr, boylu palıdlar. 
Qızılgöz ağaclar, dəmir ağaclar. 
Rəngin bir xalıya bənzər yamaclar. 
Gül gülü çağırır, çiçək çiçəyi,  
Sular qart dağların bəyaz birçəyi; 
Belə mənzərədən kim ayrılar, kim?!. 
Sənçə, bir duyğusuz daşmı müəllim, 
Maarif müdiri, metodist Saday? 
«Ömr etmək, yaşamaq deyildir qolay, 
Böyük axmaqlıqdır həyata gəlmək. 
Gəlirkən, keyfini çəkmədən ölmək, 
Bəlkə axmaqlığın axmaqlığıdır. 
Bəlkə də insanın sarsaqlığıdır». 
Dilinin əzbəri buydu Sadayın, 
Çox da bu sözlərə məhəl qoymayın. 
Mənim qəhrəmanım sərxoş oldumu, 
Kefi də bir qədər çox duruldumu, 
Qızıb bulanaçaq içində kini, 
Ötürəçdk geri içindəkini, 
 
31
 
Bir sənə işlədi Zuvandda dostum, 
Bir gün evlərinə düşmüşdü yolum. 

 
Ya allah, ya allah, xoş gördük səni 

 
İçəri gəl görüm! 
Girdim içəri. 
Başqa bir halətdə gördüm evləri: 
Salmış qəhrəmanım hər yana xalı, 
Bir o qalmış vursun tavana xalı. 

 
Mübarəkdir! - dedim. 

 
Sağ ol... 
Yep-yeni 
Bir divan üstündə oturtdu məni. 
Özümüzdə bir daş ayna ki, vardı, 
Saday ara-sıra ona baxardı. 
Sanmayın aynaya fikir vermədim, 
Verdim, Sabir knmi «əyri görmədim» 
Aynada muəllim qəhrəmanımı. 

 
Oralar necədir? 

 
Hara, Zuvandmı? 
Orası cahillər vilayətndir, 
Özü də dunyanıi nəhayətidir. 
Bir mənə bax görüm, kökəlmişəmmi? 
Cana dolmuşammı, yekəlmişəmmi? 

 
Sən, hələ əvvəldən yekəydin, fəqət 
Bir az bədəninə çatmayırdı ət. 
Zuvandda doldurdun bu kəsiri də, 
Həmən kökəlmənin gizli sirri də 
Bir sana məlumdur, bir də ki, mana. 

 
Çək, gəlsin! 

 
Gedəydin Talışıstana, 
Görəydin nələr var, nə mənzərələr! 
Bir gumüş ney kimi körpə dərələr 
Dağların dibində inləyən zaman, 

 
32
Həmən iniltini dinləyən zaman, 
Düşünə-düşünə qalın meşələr 
Doğurur ürəkdə büllur nəş'ələr. 
Vəhşi bir gezəllik, vəhşi bir aləm, 
Göy yerə aşina, yer göyə məhrəm. 
Hər tərəf yaşıllıq, hər tərəf orman, 
Daqların başında seyrək bir duman 
Ardında süzülur günün baxışı – 
Dərədə bir çayın məxmur axışı. 
Başqa, səfası var hələ Lerikin. 
Çağlaya-çağlaya uca bir dikin 
Oyuğundan bəyaz saçlı bir arslan 
Kimi nə'rə çəkib çıxan, çağlayan, 
Altında parlayan daşı görsəniz, 
Vallah, şairliyə başlardınız siz. 
Quşlar bölük-bölük uçarkən həmən, 
Tüfəngi çiyninə dikləyinçə sən, 
Bilirsən ovçuluq onda dadlıdır, 
Bir az qaban ovu ehtiyatlıdır. 

 
Məktəblər neçədir? 

 
Canım, nə məktəb! 
Heç varmı məktəbi eləyən tələb. 
Oxumuş nolacaq avam talışdan, 
Başını kötürməz hisli balışdan, 
Köhnələr demiş ki, talış, ay talış; 
Ağzına gələni danış, ay danış! , 
Əkşi, cəhənnəmə, mənə nə var ki, 
Heyf deyil Bakı, can deyil Bakı. 
Keçmək mümGün deyil süddən, qatıqdan, 
Yoxsa o yerlərdə durarmı insan?... 
Deyib danışmamız çəkdi, uzandı, 
Söhbət əsnasında birdən dayandı; 
Aha, dur, yaxşıca düşdü yadıma, 
Görsən, əqlin çaşar mənim radyoma. 
 
33
Yeddi yüz manata almışam, – deyə, 
Sıçrayıb tələsik çıxdı eşiyə. 
Böyük bir çamadan gətirdi, açdı, 
Radyonun telini harasa sancdı. 
Bir qədər oxudu, çaldı, radio. 
Yenə ovçuluqdan basdı, kəsdi o. 
 
Yazıq, qəhrəmanım, yazıq halına, 
Yenə cəfa oxu atdılar sana. 
Yenə dağıtdılar xanımanını, 
Saldılar ayağa namü şanını.  
İşdən çıxartdılar, həbsə atdılar, 
«Öz dostların» səni alıb satdılar. 
Ömrün üç aydır- ki, keçir həbisdə, 
Gözlərin yollarda, qulağın səsdə... 
Tökülür burunundan yediyin pullar. 
Söylə, sənin kimi tülkü azmı var? 
Lakin çox böyükdür sənin maçəran, 
Böyükdür qəlbində açılan yaran. 
Sən yedin pulunu müəllimlərin
Onlar üç ay qışı olduqça dərin 
Bir böhran içində ömür sürdülər, 
Bütün günahı da səndə gördülər. 
Sən beş radyosunu satdın Zuvandın, 
İşləmək yerinə gəzdin, dolandın. 
Sən rayon maarif müfəttişikən, 
Bir kənddə olmadı üzünü görən. 
Aldın iki aklad dərsin pulunu, 
Köhnə düşmənlərin tutdun yolunu. 
Şekayım müdirlik gözlədi səndən, 
Keçirtdin gününü ovçuluqda sən: 
«Rəngdir bu dünyada hər firqə, hər şey 
Əlinə düşəni ordaca bas, ye!» – 
Deyərək kefləndin, gəzdin sərsəri, 

 
34
Səndən şikayətçi Zuvand elləri. 
İndi yat, yerindir, böyük dəhşətin 
Ləkədir adına müəllimliyin. 
 
 
Siz ey tərbiyəçi, işıqçı ərlər! 
Zülmətlə döyüşə çıxan nəfərlər! 
Mən də müəlliməm, bir gənc müəllim, 
Bu yeni dünyada mənim də əlim 
Çömləkçilər kimi bir şey yoğurur, 
İnsanın fikrini yenidən qurur. 
Sən ey müəllimlik, bilirəm ki, sən 
İnqilab uğrunda nələr çəkmisən. 
Zülmətin yellərə sovrulmasında, 
Həyatın günəşdən qurulmasında 
Karküzar olmusan, müxbir olmusan, 
Ey qoca müəllim, ey möhkəm insan! 
Bir qədər dərindən edilsə təYmil, 
Saday sənin əsil sifətin deyil. 
 
Ah, lakin sənin də içərində var 
Mənim «dostum» kimi çuruk ağdçlar» 
Onlar müəllnmlik adını alır; 
Duşmənin ustüna kölkələr salır. 
Mən buldum bunların bir nəfərini; 
Siz də 
Qovun içinizdən böylələrini. 
 
35



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə