M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə13/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   9   10   11   12   13   14   15   16   ...   59
C fakepathmuhazir' felsefe'2021

Roma dövrü fəlsəfəsi. Qədim Romada, hələ vaxtı ilə Yunamstanda formalaşmış 4 fəlsəfi məktəb fəaliyyət göstərirdi: 1) stoisizm, 2) epiküreizm, 3) skeptisizm, 4) neoplatonizm. Roma stoisizminin görkəmli nümayəndələri Seneka, Epiktet və Mark Avreli idi.

Seneka (e.ə. IV əsr) köhnə stoiklərin fıkrlərini davam etdirmiş, ruhu odla havanın birləşməsi hesab etmiş, antik sensualizmin tərəfdarı olmuşdur. Onun fıkrincə, əql öz başlanğıcını hisslərdən götürür, həyatda hər şey ciddi qanunauyğunluğa tabedir. Onun fəlsəfəsində əsas yeri etika problemləri tuturdu. O, təbiətlə razılaşmaq, taleyin hökmünə tabe olmaq prinsipinə xüsusi əhəmiyyət verirdi. Seneka həyatın mə"nasını mütləq mə"nəvi sakitliyə nail olmaqda görürdü.

Mark Avreli Antoni (121-180) Roma imperatoru, idealist idi. Özünü dünya iradəsinə (Allah) tabe etməyin zəruriliyi haqqında Avrelinin fikri, onun idealizm mövqelərindən çıxış etdiyini göstərir. Onun fikrincə, "insan fəaliyyətinin əsas məqsədi xeyirxahlığa nail olmaqdan ibarətdir, insanın xeyirxah olub olmadığını bilmək üçün onun daxilinə nüfuz etmək lazımdır".

Romada fəaliyyət göstərən fəlsəfi tə"limlərdən biri də epiküreizm idi. Epiküreizm Roma respublikasınm son illərində və imperator üsul-idarəsinin başlanğıcında geniş yayılmış vahid materialist tə"lim idi.

Lukretsi Kar (e.ə. 95-55) epikürçülüyün ən görkəmli nümayəndəsi idi. Lukretsi fəlsəfə tarixində "Şeyiərin təbiəti haqqında" adlı əsəri ilə məşhurdur. Bu, şe"rlə yazılmış fəlsəfi əsərdir. Lukretsi bu poemada bədii dillə özünün materializmini əsaslandırmış, Epikürün atomist tə"limini davam etdirib, onu daha da zənginləşdirmişdir. Lukretsi atomistlərin xəttinə sadiq qalaraq dünyanın maddiliyini, materiyanın yaradılmaz və məhvedilməzliyini təsdiq etmişdir. O göstərmişdir ki, dünya atomlardan və boşluqdan ibarətdir. Atomlar keyfiyyətə malik deyillər, onlar yalnız böyüklüyünə, formasına və ağırlığına görə bir-birindən fərqlənirlər. Boşluğun çəkisi yoxdur, onun nüfuz etmək xassəsi vardır. Lukretsiyə görə, əgər təbiətdə boşluq olmasa idi, atomlar hərəkət edə bilməzdi və müxtəlif şeylər yarana bilməzdi. Başqa atomistlər kimi Lukretsi də hərəkəti atomların məkan daxilində sadəcə yerdəyişməsi kimi başa düşürdü. O, hərəkət əsnasında atomların özbaşına düz xətdən kənara meyl etmək qabiliyyəti haqqında Epikürim ideyasını daha da inkişaf etdirmişdi. Lukretsi tə"sir göstərmək xassəsinə malik olan atomlardan ibarət cismani nə varsa, hamısını maddi adlandırmışdır. Lukretsiya görə, bütün şeylərin müxtəlifliyi onları təşkil edən atomların necə və hansı vəziyyətdə birləşməsindən və hərəkət etməsindən asılıdır. Müxtəlif formalarda olan atomların birləşməsindən müəyyən rəng, qoxu, dad və s. keyfiyyətlər yaranır. Demokritdən fərqli olaraq Lukretsi onları obyektiv keyfiyyətlər hesab edirdi. Lukretsiyə görə, dünya daim yeniləşir, təbiət bir yerdə dayanmayıb inkişaf edir; ayrı-ayrı cisimlər, şeylər meydana gəlir və yox olur, materiya isə məhv olmur, materiyadan heç bir şey nə ayrıla bilər, nə də əlavə oluna bilər. Lukretsi bununla materiyanın saxlanmasını, itməməsini zənn etmişdir.

Antik fəlsəfə bəşəriyyətin fəlsəfi fikir tarixində xüsusi rol oynamışdır. Şərq fəlsəfəsi ilə onun arasında varislik əlaqələri olmuşdur. Antik fəlsəfənin səciyyəvi xüsusiyyəli təbiətin, kosmosun, bütünlükdə Kaintatın mahiyyətini dərk etməyə meyl göstərməsindən ibarət olaraq, burada dünya fəlsəfəsinin əsas problemləri özünün geniş əksini tapmışdır. Bu fəlsəfə bəşər fikrinın sonrakı inkişafına son dərəcə böyük tə"sir göstərmişdir.



Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin