M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə



Yüklə 12.76 Kb.
PDF просмотр
səhifə26/34
tarix07.06.2017
ölçüsü12.76 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 
 
Sentyabr 
 
220  illiyi 
Kuper Ceyms Fenimor     
1789-1851 
 
 
Amerika 
yazıçısı 
15 
 
 
Amerikan yazıçısı, 
Amerika 
ədəbiyyatında 
romantizmin görkəmli nü-
mayəndəsi Ceyms Kuper 
Fenimor 1789-cu ildə,  
sentyabr ayının 15-də 
Nyu-Cersi  ştatında Bör-
linqton  şəhərində anadan 
olmuşdur. Amerikanın 
milli istiqlaliyyət uğrunda 
mübarizəsindən bəhs edən 
“Casus”(1821), “Pirat” 
(1822), “Losman” (1823), 
“Layonel Linkovı” (1825) 
tarixi romanlarının müəl-
lifidir. “Hindi  silsiləsi” 
romanlarında (“Pionerlər” 
1823, “Sonuncu mogi-
kan”, 1826, “Ləpirçi” 
1840, “Vəhşi heyvan ov-
çusu”  1841) romanında 
kapitalist sivilizasiyasını 
tənqid etmiş, hindilərin 
vəhşicəsinə  qırılmasının 
əleyhinə 
çıxmışdır. 
“Amerikalı demokrat” 
(1838) publisistik 
traktatında, “Monikinlər” 
(1835) satirasında, “Evə” 
(1838), “Evdə” (1838), 
romanlarında Amerika 
demokratiyasını 
qətiyyətlə pisləmişdir. 14 
sentyabr 1851-ci ildə 
Kuperstaun 
şəhərində 
vəfat etmişdir. 
 
 
 
 
 
 
 
 
Ədəbiyyat
 “Sonuncu mogikan”.- B., 
1958 
“ Ləpirçi”.- B., 1959. 
                                                     
Rus dilində 
Следопыт  или  на  бере-
гах  Онтарио.-  Сыктыв-
кар, 1991. 
Иванко,  С.С.  Фенимор 
Купер .- М, 1990. 
Рафикова, Э.Е. Фенимор 
Купер  в  оценке  В.  Г. 
Белинского. Сб. науч. тр 
/Ташкентского  Универ-
ситета.-Ташкент, 1980.- 
№ 642.- С. 99-101. 
Шпион,  или  Повесть  о 
нейтральной 
террито-
рии. - Минск, 1992.   
 
Zemfira Qəhrəmanova

 
286
 
 
Sentyabr 
 
15 illiyi 
Əsrin müqaviləsi   
  1994 
20 
 
Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan 
xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin 
suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və 
inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr 
olacaqdır. 
 
Heydər Əliyev, ümummilli lider
 
 
Əsrin  əvvəllərində bi-
zim neft sənayeçilərimiz 
dünya bazarlarında Av-
ropanın və  Şimali Ame-
rikanın neft şirkətləri ilə 
uğurlu rəqabət aparırdılar. 
Eyni zamanda həmin il-
lərdə xarici sərmayədarlar 
Azərbaycanda neftçıxar-
manın, neftayırmanın, 
neft maşınqayırmasının, 
nəqliyyat kommunikasi-
yalarının inkişafına böyük 
kömək göstərirdilər. 
Birinci Dünya müha-
ribəsi qurtarıb Rusiya im-
periyası parçalanandan 
sonra Azərbaycan müs-
təqil inkişaf yoluna qə-
dəm qoydu. Cəmi 23 ay 
ömür sürmüş Azərbaycan 
Demokratik Respublikası 
bu imkandan hərtərəfli 
istifadə edə bilmədi, lakin 
indi ölkəmizin və onun 
vətəndaşlarının tərəqqisi 
naminə dövlətçiliyin, de-
mokratik təsisatların bər-
qərar olunub möhkəm-
lənməsi üçün yenidən real 
şərait yaranmışdır. 
Hazırda Azərbaycan 
Respublikasının neft səna-
yesi öz inkişafının keyfiy-
yətcə yeni mərhələsin-
dədir ki, bu da, bir tərəf-
dən,  ən  əvvəl respub-
likanın 1991-ci ildə müs-
təqillik  əldə etməsi, digər 
tərəfdən, çox böyük neft 
və qaz yataqlarının aşkar 
edilməsi, onları mənimsə-
mək üçün geniş pers-
pektivlər açılması sayə-
sində mümkün olmuşdur.  
Azərbaycan iqtisadiy-
yatına xarici sərmayələrin 
geniş miqyasda cəlb edil-
məsinə  hələ 1990-ci ildə, 
keçmiş SSRİ-nin mövcud 
olduğu dövrdə başlan-
mışdır.  
Lakin onda da və 
Azərbaycan siyasi müstə-
qillik  əldə edəndən sonra 
da dəqiq strategiya, möh-
kəm siyasi iradə  və 
sarsılmaz qətiyyətin olma-
ması, həmçinin daxili və 
xarici qarşıdurmalar bu 
prosesi müvəffəqiyyətlə 
başa çatdırmağa imkan 
vermədi. Təqribən üç il 
davam edən danışıqlar 
1993-cü ildə  çıxılmaz 
vəziyyətə düşdü. 

 
287
1994-cü ilin fevra-
lından başlayaraq ilin 
sonuna kimi ardıcıl su-
rətdə yeni, çox məsul 
qərarlar qəbul etmək, kon-
kret  əməli işlər görmək 
lazım gəldi ki, təkcə 
bizim respublikamız üçün 
deyil, o cümlədən Azər-
baycanla həmsərhəd 
dövlətlər üçün böyük və 
prinsipial əhəmiyyətə ma-
lik sənəd – “Azəri”, “Çı-
raq” və “Günəşli” yataq-
larının işlənməsi və neft 
hasilatının pay bölgüsü 
haqqında Saziş bütün işti-
rakçılar tərəfindən razılaş-
dırılıb imzalansın və 
Azərbaycan Parlamenti 
tərəfindən təsdiq edilsin. 
Son mərhələdə altı dövləti 
– ABŞ-ı, Böyük Britani-
yanı, Rusiyanı, Norveçi, 
Türkiyəni və  Səudiyyə 
Ərəbistanını  təmsil edən 
“AMOKO”, “Bi-Pİ”, 
“Pennzoyl”, “Yunokal”, 
“Statoyl”, “Mak Der-
mott”, “Lukoyl”, “Türki-
yə Petrolleri Anonim 
ortaqlığı”, “Delta” və 
“Remko” kimi güclü 
şirkətlərin daxil olduğu 
Xarici Neft Şirkətləri 
Konsorsiumu ilə üç ildən 
çox aparılan danışıqlar 
1994-cü il sentyabrın 20-
də Bakıda Sazişin tən-
tənəli şəkildə imzalanması 
mərasimi ilə başa çatdı. 
Mərasimdə danışıqların 
iştirakçıları ilə yanaşı, 
şirkətləri konsorsiuma da-
xil olan ölkələrin hamı-
sının nümayəndə heyətləri 
də iştirak edirdilər. 
1994-cü ilin sentyabrın 
20-də “Gülüstan” sara-
yında Azərbaycan, Böyük 
Britaniya, Norveç, Ru-
siya, Səudiyyə Ərəbistanı, 
ABŞ və Türkiyənin Xəzər 
dənizinin sahilində neft 
yataqlarının birgə  işlən-
məsi haqqında Azər-
baycan Dövlət Neft 
Şirkəti ilə müqavilə im-
zalanması münasibətilə 
təntənəli mərasim ke-
çirilmişdi.  
Mərasimdə toplaşanlar 
Azərbaycan Prezidenti 
Heydər  Əliyevi səmimi 
salamladılar. O, imzalama 
mərasimini açaraq nitq 
söyləmişdi. 
Xəzər dənizinin Azər-
baycan sektorunda ümumi 
sahəsi 432, 4 km
2
 olan 
“Azəri”, “Çıraq” yataq-
larının və “Günəşli” yata-
ğının dərinlikdə yerləşən 
hissəsinin birgə  işlənməsi 
və neft hasilatının pay 
bölgüsü haqqında Saziş 
respublikanın siyasi və 
iqtisadi həyatında unikal 
bir hadisədir.  
Məqsəd birdir - Azər-
baycanın malik olduğu 
imkanlardan tam istifadə 
etmək. 
Müqavilənin imzalan-
ması mərasimində Heydər 
Əliyev və xarici qonaqlar 
təbrik və minnətdarlıq sö-
zü ilə Azərbaycan xalqına 
müraciət etmişlər. “Britiş 
Petroleum” şirkətinin pre-
zidenti Con Braun, 
“AMOKO” şirkətinin pre-
zidenti Uilyam Laurin, 
“Penzoyl”  şirkətinin pre-
zidenti Tom Hamilton, 
Türkiyənin Dövlət naziri 
Nəcməddin Gövhəri, Bö-
yük Britaniyanın Ener-
getika naziri Timoti Ed-
qar, ABŞ Energetika na-
zirinin müavini Uilyam 
Uayt, Norveçin Sənaye və 
energetika nazirinin bi-
rinci müavini Quunar 
Murvanq, Rusiya Fede-
rasiyasının Yanacaq və 
Energetika Nazirliyi Baş 
idarəsinin rəisi Stanislav 
Puqaçov,  İslam  İnkişaf 
Bankının prezidenti Osam 
Cəfər Fakihin çıxış edə-
rək, müqavilənin müvəf-
fəqiyyətindən danışdılar. 
Mərasimdə Azərbay-
can Respublikasının Pre-
zidenti Heydər  Əliyev 

 
288
yekun nitqi söylədi və 
mətbuat konfransı ke-
çirildi. 
 “Əsrin müqaviləsi” 
adını almış “Azəri-Çıraq-
Günəşli” və “Bakı-Tbilisi-
Ceyhan” neft kəmərləri 
özü-özlüyündə hazırda 
dünyada həyata keçirilən 
ən böyük neft layihə-
lərindən biridir. Bu, istər 
hasil olunacaq karbohid-
rogen ehtiyatlarının və 
Azərbaycana gətirəcəyi 
gəlirlərin həcminə, istərsə 
də layihə  çərçivəsində  işə 
cəlb edilmiş insanların 
sayına görə dünya sə-
viyyəli bir işdir. Təkcə 
“Azəri”dən təxminən 35 
milyon barrel neft çıxa-
rılması  nəzərdə tutulur. 
Bu gündəlik hasilatın orta 
heasabla 93 min barrel 
olması deməkdir. 30 
düyümlük yeni sualtı boru 
kəməri hasil olunan nefti 
Səngəçal terminalına çat-
dırır. Bakı-Tbilisi-Ceyhan 
kəməri işə düşəndən sonra 
onun vasitəsi ilə  nəql 
olunacaq. 2008-ci ildən 
Azəri-Çıraq-Günəşli ya-
tağının dərinlikdə yerlə-
şən hissəsi artıq neft verir. 
Beləliklə, 1994-cü ilin 
sentyabrında imzalanmış 
Hasilatın Pay Bölgüsü Sa-
zişi 30 il qüvvədə olacaq. 
Bu dövr ərzində “Azəri-
Çıraq-Günəşli” yataqları-
nın 5,4 milyard barrel neft 
verəcəyi gözlənilir. 
 
 
Ədəbiyyat 
 
Bünyadov, Z. Azərbaycan 
tarixi.- B.: Elm, 1994.- 
606 s. 
Əsrin müqaviləsi.- B.: 
MBM, 2004.- 182 s. 
Əsrin müqaviləsi.- B.: 
Azərnəşr, 1996.- 110 s. 
Nəsibli, N. Azərbaycan 
geopolitikası və neft .- B.: 
Elm, 2001.- 118 s. 
Vəliyev, Ə. Bəşəriyyət 
ünvanı.- B.: Elm, 2002.- 
116 s. 
 
Adilqızı, N. Dünyada ana-
loqu olmayan dostluq neft 
kəməri //Respublika.- 
2004.- 3 mart.- S. 7. 
Camalov, Y. Neft səna-
yesində yeni eranın baş-
lanğıcı //Respublika.- 
2004.- 19 sentyabr.- S. 4. 
Əliyev, Q. “Əsrin mü-
qaviləsi” beynəlxalq  əhə-
miyyətli hadisədir //Azad 
Azərbaycan.- 2005.- 20 
sentyabr.- S. 4. 
“Əsrin müqaviləsi” çərçi-
vəsində neft və  səmt qazı 
hasilatı artır //Xalq qəze-
ti.- 2006.- 8 may.- S.6. 
İsmayılov, V. H.Əliyev 
diplomatiyası qalib gəldi 
//Azərbaycan.- 2004.- 14 
noyabr.- S. 4. 
Kərimov, K. Ölkəmizə 
milyardlarla dollar xarici 
sərmayə qoyuluşu real-
laşıb//Xalq qəzeti.- 2004.- 
22 sentaybr.- S. 3. 
Sadıqlı, E. Azərinin ilin 
nefti  Əsrin müqaviləsinin 
kulminasiya nöqtəsidir 
//Azərbaycan.- 2005.- 17 
fevral.- S. 3. 
 
Bəybala Ələsgərov 

 
289
 
 
Sentyabr 
 
50 illiyi 
Nizami Cəfərov     
  1959 
 
 
Elm xadimi 
21 
 
 
Nizami Qulu oğlu Cə-
fərov 1959-cu ilin sent-
yabrın 21-də Azər-
baycanın Ağstafa rayo-
nunun Zəlimxan kəndində 
müəllim ailəsində anadan 
olmuş, Zəlimxan kənd  
səkkizillik, Yenikənd 
kənd orta məktəbini bi-
tirib 1977-ci ildə Azər-
baycan indiki Bakı Dövlət 
Universitetinin Filologiya 
fakültəsinə daxil olmuş və 
1982-ci ildə  həmin fa-
kültəni fərqlənmə diplo-
mu ilə bitirib Azərbaycan 
dilçiliyi ixtisası üzrə as-
piranturaya daxil olur. 
1985-ci ildə “Sadə 
cümlənin struktur seman-
tik təkamülü (inkişafı)” 
mövzusunda dissertasiya 
müdafiə edərək filologiya 
elmləri namizədi alimlik 
dərəcəsi almışdır.  Əmək 
fəaliyyətinə Azərbaycan 
MEA Nəsimi adına 
Dilçilik  İnstitutunda kiçik 
elmi işçi kimi başlayır. 
Müasir Azərbaycan 
dilçiliyinin və nəzəri linq-
vistikanın ayrı-ayrı prob-
lemlərinə  həsr etdiyi mə-
qalələri dövri mətbuatda 
dərc olunmuşdur. Burada 
sosioloji tənqiddən daha 
çox sözün bədii funk-
siyasına, ayrı-ayrı yazı-
çıların yaradıcılığının bə-
dii-estetik özünəməx-
susluğuna, üslub məsələ-
lərinə, qədim türk dili 
ədəbi abidələrin dilinə 
tədqiqatçı linqvist alim 
kimi diqqət yetirmişdir.  
İnstitutun elmi-ictimai 
həyatında fəal iştirak edən 
N.Cəfərov tezliklə  Gənc 
Alimlər  Şurasının sədri 
seçilir, elmi araşdırma-
larını davam etdirmək şər-
tilə yanaşı, milli müstə-
qillik uğrunda ideya mü-
barizəsini aparan gənc 
intellektualların sırasına 
qoşulur. 
1987-1991-ci illərdə 
“Ədəbiyyat və incəsənət” 
qəzetinin tənqid və  ədə-
biyyatşünaslıq 
şöbəsinə 
başçılıq etmişdir. O, türk-
çülük, azərbaycançılıq 
ideyalarının təbliğinə fikir 
verirdi. 
N.Cəfərov 1991-ci ildə 
“XVIII  əsr Azərbaycan 
türk  ədəbi dili” möv-
zusunda doktorluq disser-
tasiyasını müdafiə etmiş-
dir. Sonra Universitetin 
Türkologiya kafedrasında 
müəllim, baş müəllim, 
professor kimi çalışmış-
dır. 
1994-2001-ci illərdə 
Filologiya fakültəsinin de-

 
290
kanı olmuşdur. Hazırda 
BDU-nun ümumi dilçilk 
kafedrasının, eyni zaman-
da Azərbaycan Atatürk 
Mərkəzinin müdiri vəzi-
fələrində çalışır. O, 2001-
2003-cü illərdə Azərbay-
can Ali Attestasiya Ko-
missiyasının Dilçilik üzrə 
doktorluq müdafiə  şura-
sının sədri olmuşdur. 
2003-cü ildən filologiya 
elmləri üzrə Ekspert Şu-
rasının sədridir. 
 N.Cəfərov 1993-cü il-
dən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü, 2000-ci 
ildən  Əməkdar elm xa-
dimi, 2001-ci ildən Azər-
baycan MEA-nın müxbir 
üzvü, 2002-ci ildən Millət 
vəkilidir.  O, bir Millət 
vəkili kimi Azərbaycan 
dilinin dövlət dili olaraq 
öz siyasi-ideoloji mövqe-
lərini gücləndirilməsi uğ-
runda fəal mübarizə apa-
rır. 2004-cü ildən Mətbuat 
Şurasının  İdarə Heyətinə 
üzv seçilmişdir. Azər-
baycan “Bilik” Maarif-
çilik Cəmiyyətinin qərarı 
ilə “Yusif Məmmədəliyev 
adına medal”la təltif 
olunmuşdur.  
 
 
Ədəbiyyat 
Azərbaycan yalvarışları 
lüğəti.- B.: BDU, 2000.- 
22 s. 
Azərbaycan mədəniyyəti 
məsələləri.- B.: BDU, 
2000.- 49 s. 
Azərbaycanşünaslıq mə-
sələləri.-B.:BDU, 2001 .- 
36 s. 
Azərbaycanşünaslığa gi-
riş.- B.: BDU, 2002.-  
600 s. 
Azərbaycanşünaslığın 
əsasları.- B.: Pedaqogika, 
2005.- 480 s. 
Anar.- B.: Azatam, 2004. 
- 58 s. 
Heydər  Əliyev.- B.: Az 
Atam, 2002.- 81 s. 
Klassiklərdən müasirlərə 
.- B.:Çaşıoğlu, 2004.- 
272 s. 
Qədim türk ədəbiyyatı.- 
B.: Çaşıoğlu, 2006.-347 s. 
Türk xalqları  ədəbiyyatı.- 
C. I.- B.: Çaşıoğlu, 2006.- 
348 s.; C. II.-  318 s. ; C.- 
III.-  2007.- 318 s. ;  C.- 
IV.- 2007.-360 s.  
Türkologiya tarixinə ümu-
mi bir baxış.- B.: BDU, 
2000.- 92 s. 
Kamal, R. Nizami Cəfə-
rov, yaxud bir təfəkkürün 
poetikası.- B.: Təhsil, 
2007.- 102 s. 
Osmanlı, D. Nizami Cəfə-
rov: ictimai xadim, mü-
təfəkkir alim, ideoloq.- 
B.: Adiloğlu, 2005.- 50 s. 
 
Akademik Bəkir Nəbi-
yevin yaradıcılıq yolu 
//Respublika.- 2005.- 24 
iyul.- S. 3. 
Ana dilmiz xalqımızın  ən 
böyük mənəvi sərvətidir 
//Xalq qəzeti.- 2006.- 1 
avqust.- S.5. 
Ayaz Vəfalıya açıq mək-
tub //Ədəbiyyat qəzeti.- 
2007.- 20 aprel.- S. 3. 
Bütün azərbaycanlıların 
Prezidenti //Azərbaycan.- 
2007.- oktyabr.- S. 3. 
Heydər  Əliyev – liderlik 
fenomeni //Xalq qəzeti.- 
2005.- 13 dekabr.- S. 3.  
Heydər  Əliyev və milli-
mənəvi yüksəlişin təməl 
prinsipləri //Xalq qəzeti.- 
2007.- 10 may.- S. 6. 
Heydər  Əliyevin döv-
lətçilk irsi və varislik 
//Xalq qəzeti.- 2006.- 10 
may.- S. 7. 
Türk tarixinin böyük 
dövlət qurucusu ictimai 
harmoniya ustası //Xalq 
qəzeti.- 2006.- 17 iyun.- 
S. 5. 
 
 
Bəybala Ələsgərov 

 
291
 
 
Sentyabr 
 
80 illiyi 
Əfqan Əsgərov 
1929 
 
 
Yazıçı 
23 
 
 
  
 Nasir, 
dramaturq 
Əfqan Hacıağa oğlu 
Əsgərov 1929-cu il sent-
yabr ayının 23-də  dün-
yaya göz açmışdır. Orta 
məktəbi bitirdikdən sonra 
Azərbaycan Dövlət Uni-
versitetinin Filologiya fa-
kültəsinin jurnalistika şö-
bəsində 1948-1953-cü il-
lərdə 
təhsil almışdır. 
1953-cü ildə “Azərbaycan 
gəzeti” redaksiyasında şö-
bə müdiri kimi əmək 
fəaliyyətinə başlamış  və 
1958-ci ilədək orada iş-
ləmişdir. Bu dövrdə “O 
mənim oğlumdur” adlı ilk 
pyesi gənclik mövzusunda 
ən yaxşı pyeslər müsa-
biqəsində mükafata layiq 
görülmüşdür.  Əsər 1954-
cü ildə  Gənc Tamaşaçılar 
Teatrında tamaşaya qo-
yulmuşdur. 1958-1961-ci 
illərdə C.Cabbarlı adına 
“Azərbaycanfilm” kino-
studiyasında 
redaktor,    
1961-1990-cı illərdə 
“Kommunist” qəzeti re-
daksiyasında ədəbiyyat və 
incəsənət 
şöbəsinin 
müdiri, 1990-cı ildən 
“Sovet kəndi” (sonra 
“Həyat”) qəzetinin redak-
toru  vəzifəsində çalış-
mışdır. O, bədii yara-
dıcılığı ilə yanaşı, ictimai 
işlərdə  də  fəallıq gös-
tərmişdir. Onun “Dağ se-
li”, “Sarı  əlcək”, “Qız 
atası”, “Gülməyən adam” 
pyesləri Bakı, Gəncə  və 
Sumqayıt teatrlarında ta-
maşaya qoyulmuşdur.  
1958-ci ildən Azər-
baycan Yazıçılar Birli-
yinin üzvüdür. 1986-cı 
ildə  Əməkdar incəsənət 
xadimi adına layiq gö-
rülmüşdür.  
 
                                                    
 
Ədəbiyyat 
 Tarixdən nəticə çıxarılır  
//Azərbaycan. – 2006. – 
21 aprel. – S. 7.  
Xəlilov, Q. Həyatın canlı 
təsviri: Əfqan Əsgərovun 
50 illiyi münasibəti ilə 
//Ədəbiyyat və incəsənət. 
– 1979. – 21 dekabr. – 
 S. 7.  
 
Səmayə Quliyeva  

 
292
 
            
 
 
Sentyabr 
 
85 illiyi 
Ulduz Kəngərli    
   1924 
 
 
Professor 
28 
 
 
Texnika elmləri dok-
toru, professor Ulduz 
Səttar oğlu Kəngərli 
1924-cü il sentyabr ayının 
28-də anadan olmuşdur. 
1952-ci ildə Azərbaycan 
Sənaye  İnstitutunun  (in-
diki Neft Akademiyası) 
Energetika fakültəsini, 
1958-ci ildə isə Azər-
baycan Milli EA Ener-
getika  İnstitutunun as-
piranturasını bitirmişdir. 
1958-1961-ci illərdə Sum-
qayıt  şəhərindəki Elmi-
Tədqiqat “Neftkimyaavto-
mat” Layihə  İnstitutunda 
şöbə müdiri və Elmi-Təd-
qiqat Neft İnstitutunda 
laboratoriya rəhbəri işlə-
mişdir. 1961-ci ildə Azər-
baycan Politexnik İnsti-
tutunda (indiki Texniki 
Universitet) onun rəhbər-
liyi ilə radiotexnika, elek-
tronika və rabitə kafedrası 
təşkil edilmişdir. Alim ra-
dioelektronika sahəsində 
tədqiqatlar aparmış, 12 
dərslik və  dərs vəsaitinin, 
185 elmi məqalənin, 
“Rusca-azərbaycanca-in-
giliscə radioelektronika 
terminləri lüğəti”nin 
(1983;  Cəmilə  Kəngərli 
ilə birlikdə) müəllifidir. 
Elmi araşdırmaları neft 
sənayesində-neft quyula-
rını qazıma və neft emalı 
proseslərinin avtomatlaş-
dırılmasında və başqa sə-
naye sahələrində geniş 
tətbiq edilmişdir. 
 
                                                    
 
 
Ədəbiyyat 
Qeyri-xətti elektron döv-
rələri nəzəriyyəsi.- B.: 
Maarif, 1991.- 434 s. 
Radiotexniki dövrələr və  
siqnallar. 2 hissədə.- 
hissə1-2.- B., 1978-1982. 
Siqnalların verilmə  nəzə-
riyyəsi. 2 hissədə.- hissə 
1-2.- B., 1981-1983. 
 
Səmayə Quliyeva  

 
293
Sentyabr 
 
105 
illiyi 
Nikolay Alekseyeviç Ostrovski   
 1904-1936 
 
Rus 
yazıçısı 
29 
 
 
Rus yazıçısı Nikolay 
Alekseyeviç Ostrovski 
1904-cü il sentyabrın 29-
da Ukraynanın Rovno 
vilayətində fəhlə ailəsində 
anadan olmuşdur. Uşaqlıq 
illərində  təhsil almaq ona 
nəsib olmamış, 11 yaşın-
dan işləməyə başlamışdır.  
1927-ci ildə  ağır iflic 
Nikolayı yatağa salmış, 
1928-ci ildə isə gözləri 
tutulmuşdur. Lakin yenil-
məz iradəyə malik 
Ostrovski təslim olmamış, 
bütün mənəvi qüvvəsini 
toplayaraq yaşamaq uğ-
runda mübarizə aparmış, 
təhsilini artırmışdır. 1930-
cu ilin payızında “Polad 
necə  bərkidi” romanını 
yazmışdır. O, 1934-1936-
cı illərdə  Qərbi Ukrayna 
zəhmətkeşlərinin inqilabi 
mübarizəsindən bəhs edən 
3 cildlik “Fırtınadan do-
ğulmuşlar” romanı üzə-
rində  işləmişdir. Yazı-
çının əsərləri 100-dən çox 
dildə, o cümlədən Azər-
baycan dilində  dəfələrlə 
nəşr olunmuş, ekranlaş-
dırılmışdır. Lenin ordeni 
ilə  təltif edilmişdir. 1928-
1936-cı illərdə yaşadığı 
Soçidə, Moskvada və 
vətənində N.A.Ostrov-
skinin ev-muzeyi var. 
1979-cu ildə Xmelnitski 
vilayətinin  Şepetovka  şə-
hərində Ostrovskinin şərə-
finə xatirə kompleksi ya-
radılmışdır.  
 
Ədəbiyyat 
Polad necə bərkidi: Ro-
man; Çapayev : povest 
/Nikolay Alekseyeviç 
Ostrovski.- B.: Gənclik, 
1987.- 645 s.- (Dünya 
uşaq  ədəbiyyatı)  
Ostrovskaya, R. Nikolay 
Ostrovski /Raisa Ostrovs-
kaya.- B.: Gənclik, 1986.- 
248 s. 
Rus dilində 
Как закалялась сталь: 
роман /Николай Алек-
сеевич Островский.- М.: 
Просвещение, 1986.-   
348 с. 
Рожденные  бурей : ро-
ман  /Николай  Алек-
сеевич 
Островский.- 
Минск, 1984.-191 с.  
 
 
 
 
Adilə Abdullayeva  

 
294
 
 
 
1 oktyabr 
Gün çıxır 
06:07   
Gün batır 
19:24 
31 oktyabr   
Gün çıxır  
05:38   
Gün batır 
17:40 
O
kt
yabr
 
 
 
24 
sentyabr- 
23 oktyabr 
Tərəzi bürcü 
Nişanı havadır. 
Veneranın 
himayəsindədir. 
Günəşin Tərəzi 
bürcündən keçdiyi 
dövrdə? 
doğulanlar yumşaq 
xasiyyətli, parlaq 
Ca 1 
C 2 
Ş 3 
B 4 
Be 5 
Ça 6 
Ç 7 
Ca 8 
C 9 
Ş 10 
1   ...   22   23   24   25   26   27   28   29   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə