M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   62   63   64   65   66   67   68   69   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

5. Xarici iqtisadi f
əaliyyətin dövlət tənzimlənməsində 
iqtisadi v
əsaitə və üsullara üstünlük verilməsi. 
Dünyada baş verən ictimai-siyasi dəyişikliklər dünya 
t
əsərrüfat sisteminin bütövləşməsinə və beynəlxalq iqtisadi 
münasibətlərin vahid hüquqi, inzibati və təşkilati-texniki 
əsaslarının yaradılmasına zəmin yaratmışdır ki, bu da ayrı-ayrı 
dövlətlərdə xarici iqtisadi fəaliyyətin milli tənzimlənmə 
sisteml
ərinə öz təsirini göstərir. 
Aparılan təhlil göstərir ki, xarici iqtisadi fəaliyyətin milli 
t
ənzimləmə sistemlərinin bir sıra səciyyəvi xüsusiyyətləri vardır. 
Xarici iqtisadi f
əaliyyətin müasir milli tənzimlənmə sistemlərinin 
ən mühüm xüsusiyyəti hüquqi baza əsasında formalaşmasıdır. 
Bütün ölkələrdə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi icra 
hakimiyy
əti orqanlarının səlahiyyətlərini və xarici iqtisadi fəaliyyət 
subeyktl
ərinin hüquq və vəzifələrini müəyyən edən qanunlara 
əsaslanır. 
Müasir dövrdə xarici iqtisadi fəaliyyətin milli tənzimlənmə 
sisteml
ərinin ən mühüm xüsusiyyətlərindən biri də əksər 
dövlətlərdə bu sistemlərin uyğunlaşdırılması və eyniləşdirilmə 
269 


si, h
əmçinin tənzimlənmənin həyata keçirilmə mexanizminin 
uzlaşdırılmasıdır. 
Xarici iqtisadi f
əaliyyətin müasir milli tənzimlənmə 
sisteml
ərinin səciyyəvi xüsusiyyətlərindən biri onların kompleks 
xarakter daşımasıdır. Bu özünü, bir-birini tamamlayan və 
qarşılıqlı əlaqədə olan çoxsaylı tənzimlənmə vasitələrindən 
kompleks şəkildə istifadə olunmasında göstərir. 
Xarici İqtisadi fəaliyyətin tənzimlənmə sistemində İstifadə 
olunan vasit
ələri aşağıdakı kimi qruplaşdırırlar: 
1. 
İqtisadi vasitələr:
gömrük rüsumları, yığımlar, bərabər- 
l
əşdirici vergilər, milli əmtəə istehsalçılarına maliyyə yardımları 
v
ə s.; 
2. 
İnzibati vasitələr:
ixrac v
ə idxal qadağaları və 
m
əhdudiyyətləri, lisenziyalaşdırma və kvotalaşdırma, ixracın 
könüllü məhdudlaşdırılması və s.; 
3. 
Texniki vasit
ələr:
texniki norma v
ə standartlar, 
standartlara uyğunluğu təyinetmə üsulları, təhlükəsizlik 
qaydaları və normalan, əmtəələrin sertifikatlaşdırma (latınca 
«certjhjco» sözündən olub «təsdiq edirəm» deməkdir) sistemləri, 
sanitar- baytar v
ə səhiyyə normalari, ətraf mühitin mühafizəsi ilə 
bağlı tədbirlər və s.; 
4. Milli ixracatlara v
ə ixrac üçün əmtəə İstehsal edən 
İstehsalçılara yardım tədbirləri; 
5. Valyuta-maliyy
ə tədbirləri: bank uçot dərəcəsi və borc 
faizi İlə manevr etməklə milli valyuta məzənnəsinə təsir 
göstərmək, valyuta məhdudiyyətləri və s. 
Dünya təcrübəsi göstərir ki, xarici iqtisadi fəaliyyətin 
inzibati t
ənzimlənmə vasitələri yalnız fövqəladə şəraitdə 
effektlidir, normal iqtisadi inkişaf şəraitində isə inzibati və iqtisadi 
va 
270 


sit
ələr arasındakı nisbət iqtisadi vasitələrin xeyrinə dəyişir. Lakin 
xarici iqtisadi f
əaliyyətin tənzimləmə vasitələrindən konkret 
şəraitin tələbləri baxımından kompleks İstifadə olunması 
m
əqsədəuyğundur. 
Müasir dövrdə Azərbaycanın istehlak bazarında bir çox 
probleml
ər və çatışmamazlıqlar mövcuddur. Bunu aşağıdakı 
amill
ər şərtləndirmişdir: 

bir çox mühüm istehlak malları ölkənin daxili tələbatını 
ödəmir, ölkənin mövcud İstehsal potensialından tam və səmərəli 
istifad
ə olunmur; 
- istehlak mallan, istehsal ed
ən müəssisələrin texniki və 
texnoloji s
əviyyəsi aşağı olduğundan məhsulların rəqabət 
qabiliyy
əti aşağı olur; 

istehlak 
bazarının 
idxaldan 
asılılığı 
yüksək 
s
əviyyədədir; 

əhalinin əksəriyyətinin real gəlirləri aşağı səviyyədə 
olduğundan, istehlak bazannda qiymətlərin səviyyəsi çox 
yüksəkdir: 

əhalinin bir sıra mühüm növ istehlak malları üzrə 
t
ələbatı səmərəli normalardan aşağıdır, hətta zəruri ərzaq 
m
əhsulları 
üzrə 
istehlakın 
səviyyəsi 
fizioloji 
istehlak 
normalarından xeyli aşağı səviyyəyə düşmüşdür; 

əhalinin istehlakının strukturunda ərzaq məhsullarının 
xüsusi çəkisi artmış və yüksək bir həddə (təxminən 75 faizə) 
çatmışdır ki, bu da əhalinin əksər hissəsinin alıcılıq qabiliyyətinin 
aşağı səviyyədə olmasını sübut edir; 

əhalinin istehlak malları, o cümlədən ərzaq məhsulları 
üzrə 
istehlakının 
səmərəli 
v
ə 
minimum 
normalarını 
müəyyənləşdirmək 
v
ə 
onların 
ödənilməsi 
s
əviyyəsini 
qiym
ətləndirmək üçün ümumi metodikanın, həmçinin problemin 
bütün sahələrini əhatə edən informasiyaların yığılması və 
işlənilməsi sisteminin 
271 


olmaması, real vəziyyət haqqında tam və düzgün məlumat əldə 
etm
əyə imkan vermir. 
Gördüyümüz kimi, ölkənin istehlak bazarının mövcud 
v
əziyyəti ilə sabit iqtisadi inkişafa və cəmiyyətdə uzunmüddətli 
sosial stabilliy
ə nail olmaq mümkün deyil. 
Aparılan tədqiqatlar göstərir ki, hazırda Azərbaycanın 
istehlak bazarında yaranmış bu problemlər, hər şeydən əvvəl, 
yeni t
əsərrüfatçılıq sisteminə keçid şəraitində istehlak malları 
istehsal ed
ən mövcüd istehsal aparatının dağılması və sabiq 
respubli
kalar arasında istehsal-kooperasiya və qarşılıqlı ticarət 
əlaqələrinin pozulması ilə bağlıdır. Məlum olduğu kimi, SSRİ 
dövründə Azərbaycanda əhalinin istehlak etdiyi malların 
əksəriyyəti respublikanın özündə istehsal olunurdu və ya keçmiş 
müttəfiq respublikalardan gətirilirdi. SSRİ-nin süqutundan sonra 
ük dövrlərdə keçmiş müttəfiq respublikalar arasında 
istehsal-kooperasiya v
ə qarşılıqlı ticarət əlaqələrinin pozulması 
il
ə əlaqədar qlaraq Azərbaycanın İstehlak bazarında gərginlik 
artdı, hətta əhalinin ən zəruri istehlak mallarına olan tələbatını 
minimum s
əviyyədə ödəmək belə mümkün olmadı. Doğrudur, 
son dövrlərdə bu sahədə xeyli irəliləyiş baş vermiş, xariçdə 
istehsal olunan mallar hesabına daxili bazar təmin olunmuşdur. 
Lakin bu heç də Azərbaycanda normal istehlak bazarının 
formalaşdığını göstərmir. 
Hazırda Azərbaycanda əsas istehlak mallarını davamlı 
iqtisadi inkişafa və cəmiyyətdə sosial-siyasi sabitliyə təminat ola 
bil
əcək həcmdə istehsal etmək üçün kifayət qədər zəngin 
t
əbii-iqtisadi, o cümlədən əmək ehtiyatları və zəruri istehsal- 
texnikl potensial vardır. 
272 


Buna görə də, ölkədə normal istehlak bazarının 
formalaşması və özünü təminata nail olunması ölkənin 
sosial-
iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil etməlidir. 
H
əmin istiqamət üzrə məqsədlərin reallaşdırılması istehlak 
malları istehsalının artırılması, onların saxlanılması, daşınması 
v
ə satışı sisteminin yaxşılaşdırılması yönümündə istehsalçılann 
v
ə dövlətin səylərinin birləşdirilməsi, xarici tərəfdaşlara, habelə 
beyn
əlxalq təşkilatlarla səmərəli əlaqələrin qurulması zərurəti 
yaranır. 
Ölkədə ərzaq məhsulları istehsalının artırılması, ilk 
növbədə, bu sahədə mövcud olan aqrar potensialdan dolğun 
istifad
ə ilə bağlıdır. Çünki məlum olduğu kimi, hazırda kənd 
t
əsərrüfatında zəruri ərzaq məhsullarının istehsal miqyasları real 
imkanlardan 
əhəmiyyətli dərəcədə geri qalır. Belə bir vəziyyət, 
h
ər şeydən əvvəl, aqrar istehsalın strukturundakı uyğunsuzluq- 
lardan ir
əli gəlir. Belə ki, keçmiş SSRİ dövründə Azərbaycanda 
k
ənd təsərrüfatının strukturu uzun müddət ərzində ümumittifaq 
ərazi 
əmək 
bölgüsü 
əsasında 
formalaşdırıldığından, 
respublikanın ən zəruri ərzaq məhsullarına tələbatının da öz 
istehsalı hesabına ödənilməsinə təminat yaradılması probleminin 
h
əlli ön planda dayanmamışdır. 
Göstərilənlərlə əlaqədar olaraq, yeni şəraitdə ölkənin 
t
əminatının yaxşılaşdırılmasına yönəldilən struktur siyasətinin 
hazırlanmasına və reallaşdırılmasına ehtiyac yaranır. Həmin 
siyas
ət çərçivəsində bir tərəfdən keçmiş ümumittifaq əmək 
bölgüsü sistemində planlı surətdə məhdudlaşdırılmış olan 
m
əhsulların, o cümlədən taxıl və heyvandarlıq məhsulları 
istehsalının artırılması, digər tərəfdən isə ölkənin malik olduğu 
əlverişli şəraitdən səmərəli istifadə etməklə bir sıra ərzaq 
m
əhsullarının 
!73 


istehsalının qaydaya salınması üzrə tədbirlər kompleksi həyata 
keçirilməlidir. 
Keçmiş 
SSRİ-nin 
t
ərkibinə 
daxil 
olan 
bütün 
respublikalann, o cümlədən Azərbaycanın xarici ölkələrlə iqtisadi 
əlaqələri çox məhdud və səmərəsiz idi. Bu respublikalarla xarici 
ölkələr arasındakı münasibətlər yalnız mərkəz vasitəsilə 
qurulurdu. Bu siyas
ət isə ona gətirib çıxarmışdı ki, respublikalar 
bir çox illər ərzində istehsal etdikləri çoxsaylı əmtəə və 
göstərdikləri xidmətlərin yalnız bir neçə növünü xarici bazara 
t
əklif edə bilərdilər. 
Müxtəlif təbii ehtiyatlara malik olan Azərbaycanda xarici 
dövlətlərlə iqtisadi əlaqələr mərkəzin tam nəzarətində 
olduğundan xarici bazara çıxışda sərbəstlik yox idi. 80-ci illərin 
sonrala- 
rında Azərbaycanın keçmiş SSRİ respublikaları ilə 
ticar
ət əlaqələrində ÜDM-ln 16%-i qədər müsbət saldo, digər 
ölkələrlə ticarətdə isə ÜDM-in 7%-i qədər mənfi saldo mövcud 
İdi. Bu dövrdə Azərbaycandan keçmiş SSRİ respublikalarına 
ixrac edil
ən məhsulların 95%-i neft məhsulları, dəzgahlar, 
to
xuculuq malları və şərab idi. Həmin ölkələrdən isə 
Az
ərbaycana əsasən xam neft, sənaye üçün xammal və 
rriateriallar, yüngül və yeyinti məhsulları, tikinti materialları, 
maşın və avadanlıqlar idxal olunurdu.^^ 
1992-ci ild
ə Azərbaycan müstəqil dövlət olduqdan sonra 
dünyanın bir çox ölkələri ilə ikitərəfli iqtisadi əlaqələr yaradılmağa 
başlandı. Lakin həmin ildən başlayaraq Azərbaycanın idxal-ixrac 
əməliyyatlarının həcmi ilbəil aşağı düşməyə başladı. 
T
əhlil üzrə göründüyü kimi, 1992-ci ildən sonra 
respublikamızda xarici ticarət əlaqələri əsaslı dəyişikliyə 
uğramışdır. 


Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin