M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə19/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   15   16   17   18   19   20   21   22   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI



(2)


kimi təyin olunur.

Burada I - rəqqasın fırlanma oxuna nəzərən ətalət momenti, l - ağırlıq mərkəzindən fırlanma oxuna qədər olan məsafə, m - rəqqasın kütləsidir.

Əgər (2) ifadəsini riyazi rəqqasın



ifadəsi ilə müqayisə etsək

görərik ki, fiziki rəqqasın rəqs periodu



uzunluğu olan riyazi rəqqasın periodu ilə üst-üstə düşür. kəmiyyətinə fiziki rəqqasın gətirilmiş və ya çevrilmiş uzunluğu deyilir.

Şəkil 1-də təsvir edilmiş fiziki rəqqasa diqqət yetirək. Onun fırlanma oxu O nöqtəsindən keçir, ağırlıq mərkəzi isə C nöqtəsində yerləşir. Burada OO1 fiziki rəqqasın gətirilmiş uzunluğu olacaqdır. O nöqtəsi asqı nöqtəsi, O1 nöqtəsi isə fiziki rəqqasın rəqs mərkəzi adlanır. Istənilən fiziki rəqqas üçün O və Oı nöqtələri, yəni gətiriimiş uzunluğun kənar nöqtələri bir-birinə qoşma nöqtələridir. Bu o deməkdir ki, əgər O1 nöqtəsini asqı nöqtəsi kimi qəbul etsək, onda O nöqtəsi özünü rəqs mərkəzi kimi aparacaqdır. Fiziki rəqqasın bu xassəsindən istifadə edərək ondan çevrilmiş rəqqas kimi istifadə edilir. Hesablamalar göstərmişdir ki, fiziki rəqqasın gətirilmiş uzunluğu L onun fırlanma oxundan ağırlıq mərkəzinə qədər olan məsafədən həmişə böyükdür, yəni OO1 >OC.

Çevrilmiş rəqqas sərbəstdüşmə təcilinin qiymətinin təyin edilməsində istifadə olunur. Çevrilmiş rəqqas üzəri millimetrlik bölgülərə ayrılmış uzunluğu bir metrdən artıq olan metal çubuqdan ibarətdir (şəkil 2). Çubuq üzərində 1 və 2 nöqtələrində tərpənməz prizmalar bərkidilmişdir. Bu yüklərin vəziyyətini xüsusi bərkidici vintlər vasitəsilə dəyişmək olur. Fiziki rəqqası əvvəlcə 1 prizması, sonra isə onu çevirərək 2 prizması üzərində asaraq A B yüklərinin yerini elə sürüşdürmək lazımdır ki, onlara uyğun rəqs periodları T1 və T2 təqribən üst-üstə düşmüş olsun.



Bu halda prizmalar arasındakı məsafə fiziki rəqqasın gətirilmiş uzunluğu olacaqdır. Əgər rəqqasın rəqsləri kiçik amplitudla baş verirsə, bu halda onun periodu

düsturu ilə təyin olunur. Burada, L – fiziki rəqqasın gətirilmiş uzunluğudur. Buradan da



(3)

alırıq.


(3) ifadəsində T əvəzinə T1 T2 periodlarının orta qiymətini götürmək lazımdır. Odur ki, sərbəstdüşmə təcili üçün

(4)

alırıq.



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin