Linqvokulturoloji kontekstdə konnotativ məna Açar sözlər



Yüklə 205,6 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.01.2022
ölçüsü205,6 Kb.
#40009
1   2   3   4   5   6
Linqvokulturoloji kontekstdə konnotativ məna

qurdların  qabağına  çıxsın  [25, s.46]; –  Mən  başa  düşə  bilmirəm,  bu  necə 

adamdır?  –  Əhliman  əl-qolunu  ölçə-ölçə  deyinməyə  başladı.  –  Qurd  ürəyi  yeyib  elə  bil.  O 

hündürlükdə hasarı aşasan, evin düz qabağından keçib, həyətin ayağında tövləni yarasan! Sonra da 

elə ağır quzunu götürüb aparasan! Bu, ancaq təcrübəli oğruların işi ola bilər! [26, s.150-151]; – Hə, 

Baratov başını tərpətdi, – Çolaq Rəmzi köhnənin qurdudur [25, s.78]; İndicə öyrəndim ki, Qoca qurd 

neç

ə  gündür həbs  olunubmuş  [25, s.230]; Deməli, general Baratov! Qoca canavar  hələ  bir onunla 


görüşüb  başına  gələnləri  danışmağı  tələb edirdi  [25, s.111]; Məltəmin  əri Salehi həbsdən, özünü 

ölümd

ən  qurtardı,  xarici  düşməndən geri qalmayan yerli  canavarların  saldığı  çirkabdan  dartıb 

çıxardı, öz ailəsinə və düz yoluna qaytardı [25, s.62] və s. 

B

əzi nümunələrdə isə qurd sözünün müsbət və ya mənfi konnotasiya bildirməsi ondan əvvəl 



işlənən təyinlə daha aydın xarakterizə edilir. Məsələn: 

Gülafət xanım sakitcə dayanıb qulaq asırdı. Bu hiyləgər qurdun dedikləri başına batırdı [27, 

s.335]. 


Konnotativ m

ənaya malik sözlərin semantik-üslubi təhlili hər  bir  dilin  daşıyıcılarının  milli-

psixoloji portretini yaratmaq üçün qiym

ətli informasiya verir. Belə bir fikir irəli sürülür ki, canavar 

“köç

əri həyat sürən, ovçuluq və balıq ovu ilə  yaşayan, həmçinin dağlarda  yaşayan xalqlar arasında, 



ad

ətən, ağıl və zadəganlığı, oturaq həyat sürən əkinçi və maldarlarda isə şər və aqressivliyi təcəssüm 

etdirir”  [28]. 

Şərq  xalqlarına  məxsus ibrətamiz hekayələrdə  hər ikisi –  həm qəddar, həm də  

m

ərhəmətli canavar (qurd) iştirak edir və insan təbiətinin hər iki üzünü təmsil edir. 



O  da  qeyd  olunmalıdır  ki,  konnotasiyada  implisit informasiya ifadə  olunduğu  üçün  nitq 

subyekti m

ədəni  konnotasiyanı  hər zaman anlaya bilmir, yəni mədəni konnotasiya heç də  hər bir 

ünsiyy


ət şəraitində dərk edilmir, anlaşılmır. Ancaq o, hər zaman eksplisit, təsviri şəkildə ifadə edilə 

bil


ər və  həmişə  nitq  aktının  konkret  tipinə  aid olmur, həmişə  bu və  ya digər  diskursla  bağlı  olur. 

M

əsələn, qeyd olunan mənalardan başqa, Azərbaycan dilində qurd sözünün hətta “pul” konnotasiyası 



da vardır ki, bu konnotasiya müasir dövrün məhsuludur və jarqon səciyyəlidir: 

– De görüm, qurdun var? 

– Qurd n

ədir, dayı? 

– 

Əşi, sən balqabaqsan məgər? Heç nə anlamırsan məgər? 

– Yox. 

– 

İndi ki, yox, onda de görüm, pulun var? 

– 

Yetim oğlanam, məndə pul nə gəzir? 

– Dem

ək, qurdun yoxdur! [25, s.54]. 

Nümun


ədən göründüyü kimiqurd  sözünün implisit konnotativ mənası  (pul)  dialoq 

iştirakçılarının  ikisinə  də  məlum olmur.  Deməli,  “pul”  konnotasiyası  qurd  sözünün  semantikasına 

uzual  deyil,  okkazional  şəkildə  daxil  olduğu  üçün  Azərbaycan  dilinin  bütün  daşıyıcıları  üçün  aydın 

deyil. 


K

onnotasiyaların  linqvokulturoloji  kontekstdə  tədqiqi  zamanı  dil  situasiyalarında  tez-tez 

müşahidə olunan, cəmiyyətdə baş verən ictimai-mədəni dəyişiklikləri əks etdirən daha bir konnotativ 

xüsusiyy


əti qeyd etmək lazımdır. İ.M.Kobozevanın fikrincə, bir dildəki sözlərin konnotasiyaları çox 

zaman dig

ər dillərin daşıyıcılarına məlum olmur, buna görə də öz dilindəki sözdə mövcud olan mənfi 

konnotasiyaları ləğv etmək istədikdə, dilə alınma yolu ilə elə ekvivalent daxil edilir ki, o, həmin mənfi 

konnotasiyalardan m

əhrum  olur və  söz alan dildə  yeni  konnotasiyalar  qazanır.  Bu  konnotasiyalar 

sinonimik neologizmin götürüldüyü  dilin  aid 

olduğu  ölkə  haqqında  təsəvvürlərlə  əlaqəli  olur  [29, 

s.94].  Dem

əli, nəticədə, doğma dildə pis münasibətləri əks etdirən, mənfi çalarlı reallıqlar başqa cür 

adlandırılmağa  başlanır.  Görünür,  bu,  həmin sözlərin ilkin mənasını  yumşaltmaq,  pərdələmək və  ya 

ona daha ön

əmli status vermək məqsədi ilə edilir. Çox güman ki, bu prosesin əksi də müşahidə oluna 

bil


ər, yəni mənfi konnotasiyalar  daşımayan  xarici  söz  başqa  bir  dil  tərəfindən  alınır  və  yeni sosial-

m

ədəni mühitlə əlaqədar olaraq, əlavə mənfi konnotasiyalar qazanır.  



Konnotasiya, semantik m

ənanın hissəsi kimi, ikinci dərəcəli, lakin sabit əlamətlərlə yaradılır, 

linqvom

ədəni birliyə, yəni dilçiliklə mədəniyyətin birliyinə istinad edir, gerçəklik haqqında assosiativ-

obrazlı  təsəvvür  formasında  meydana  gəlir, dil və  nitq səviyyələrində  müxtəlif  formalar  qazanır, 

obyekt


ə emosional-qiymətləndirici münasibət ifadə edir. Həm dil hadisələrinin mədəniyyət əlamətləri 

il

ə  əlaqədə  şərhi, həm də  konnotasiyaların  başqa  dillərdən götürülməsi hadisələrinin  izahı  milli-



m

ədəni hadisələrdən və dil kollektivinin həyatında onların özəlliklərindən danışmağa imkan verir. 

H

ər bir dilin semantikasında  həm ümumi mədəni universalilərin  əksi, həm də  konkret xalqa 



m

əxsus  mədəniyyətin  xüsusiyyətləri  –  lakunalar  (lakuna  latın  sözüdür,  “çökək,  çuxur,  batıq” 

m

ənalarını verir) vardır. Lakuna həm dar, həm də geniş mənada işlənir. Dar mənada lakuna, yəni dil 



lakunası  dedikdə, bu və  ya digər  anlayışı  ifadə  edən sözün  dilin leksik sistemində  olmaması  başa 


düşülür. Geniş mənada lakuna isə mədəniyyətin dildə və bu mədəniyyətin daşıyıcılarının nitqində öz 

əksini tapan, kommunikasiya prosesində başqa linqvomədəniyyətin daşıyıcıları tərəfindən ya tamamilə 

anlaşılmayan,  ya  da  tam  başa  düşülməyən  milli-spesifik elementidir. Deməli,  geniş  mənada lakuna 

dedikd


ə, dil vahidinin milli-mədəni konnotativ semantikası nəzərdə tutulur.  

Etnos m


ədəniyyətinin  xüsusiyyətləri  linqvistik  mentallığın  milli-spesifik komponentinin 

özün


əməxsus xüsusiyyətlərini  müəyyənləşdirir.  Buna görə  də  hər bir dildə  dünyanın  konseptual 

m

ənzərəsi milli özünəməxsusluq  əsasında  formalaşır.  Linqvistik  mentallığın  milli-spesifik 



kompon

entinin reallaşdırılması ilə əlaqədar olaraq, dilçilik ədəbiyyatında mədəni konnotasiya hadisəsi 

haq

qında daha tez-tez söhbət gedir. 



M

ədəni konnotasiya denotativ mənaya aid elə əlavə əlamətdir ki, milli-mədəni təcrübəyə dair 

m

əlumatları özündə birləşdirir. Məhz milli təcrübə dilin bütün səviyyələrdə xüsusiyyətlərini müəyyən 



edir. H

ər bir dilin xüsusiyyətlərinə uyğun olaraq, həmin dildə danışanların şüurunda dünya haqqında 

əyyən mənzərə  yaranır  və  insan  dünyanı  o prizmadan görür.  Dünyanın  dil  mənzərəsi  xalqın 



çox

əsrlik təcrübəsi ilə hazırlananların və dünyada mövcud olanların dildəki nominasiya vasitələri ilə 

h

əyata keçirilən təsviridir. 



Dil  daşıyıcıları  dünyanın  dil  mənzərəsini  formalaşdıran  mədəni konseptləri  mədəni 

konnotasiyalar vasit

əsilə  şərh edirlər. Ancaq mədəni konnotasiyaların  əksəriyyətində  hətta dil 

daşıyıcıları üçün də hər zaman aydın olmayan implisit məlumatlar olur. 

Bel

əliklə, mədəni konnotasiyanın funksiyası bütün dillər üçün universal olmayan xüsusiyyətləri 



dilin konseptual sistemin

ə  əlavə  etməkdən ibarətdir. Bu isə  hər bir konkret dilin spesifik 

xüsusiyy

ətlərini müəyyən edir.  

“Koenə görə, söz eyni zamanda həm denotativ, həm də konnotativ ola bilməz: “Konnotasiya və 

denotasiya  – 

antaqonistdir.  Eyni  vaxtda  həm  emosional,  həm  də  ağıllı  cavab  vermək  olmaz.  Onlar 

kəskin şəkildə bir-birinə ziddir və birinin meydana çıxması üçün digəri yox olmalıdır” [30, s.202]. 

Leksikanın  konnotativləşdirilməsi  sahəsinin  araşdırılması  milli-mədəni  konnotasiyaların 

semantik kateqoriya kimi müəyyən edilməsi yollarından biri hesab edilir. Müasir cəmiyyətin inkişafı 

şəraitində dilin mədəniyyət kontekstində öyrənilməsi dilçiliyin, o cümlədən digər humanitar fənlərin 

inkişafının əsas istiqamətlərindən biridir. Müxtəlif milli mədəniyyətlərin nümayəndələri dünyanı eyni 

üsullarla  dərk  etmirlər.  İdrak  fəaliyyətinin  nəticələrindəki  fərqlər  bunu  göstərir.  Həmin  nəticələr 

müxtəlif xalqların dil anayışlarının spesifikasında və dili dərketmə xüsusiyyətlərində öz əksini tapır. 

Milli-

mədəni spesifikaya əsasən, mətn və gerçəklik arasında müxtəlif xarakterli əlaqələr – mətndə öz 



məzmununu,  mənasını  dəyişən  əlaqələr  müəyyən  edilir.    Dünyanın  dil  mənzərəsinə  xas  olan  milli-

spesifik xü

susiyyətlər mətnin bütün səviyyələrində əks olunur: fonetik, leksik, morfoloji və sintaktik. 

Dünyanın dil mənzərəsinin daha aydın milli-mədəni spesifikası etnokonnotativ açar sözlərdən, milli-

mədəni  rəmzlər  ifadə  edən  xüsusi  isimlərdən,  etnoeydemlərdən  (eydem  yunan sözüdür, “obraz” 

mənasını verir), daxili mədəniyyətin spesifik ünsürlərini ifadə edən sözlərdən və s. ibarət leksik sistem 

vasitəsilə göstərilir. Belə ki, xalqın mədəni ənənələri ilə bağlı olan gündəlik-təcrübi, tarixi və mənəvi 

təcrübəsi dildə əks olunur.  

Xalqın  mədəniyyətinin  spesifik  və  unikal  olan  bütün  incəlikləri  dildə  əks  olunur.  Keçmiş 

dövrlərin izləri hazırda atalar sözü və zərbi-məsəllərdə, frazeologizmlərdə, metaforalarda, mədəniyyət 

rəmzlərində və s. mühafizə edilir. Çünki onlar xalqın mədəniyyət və mentaliteti haqqında məlumatların 

ən qiymətli mənbəyidir, onlarda, sanki, mif, əfsanə və adətlər saxlanılır. Məşhur rus dilçisi B.A.Larin 

yazırdı: “Frazeologizmlər həmişə xalqın düşüncələrini, ictimai quruluşu, öz dövrünün ideologiyasını 

dolayısı ilə əks etdirir. Səhər işığı bir damla şehdə əks olunduğu kimi əks olunur” [Bax: 9, s.4]. Eyni 

fikri m

əcazlar, simvollar və s. barədə də demək olar. 

H

əqiqətən də, hər hansı bir xalqın, millətin ənənələri, mentaliteti, dünyagörüşü, mənəvi-əxlaqi 



d

əyərlərinin üzə çıxarılmasında milli-mədəni konnotasiyaya malik frazeoloji və paremioloji vahidlər 

ən önəmli mənbələrdən biri hesab edilə bilər. 


Yüklə 205,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin