Lənkəran Təbii Vilayətinin Düzənlik Qurşağında Gəmiricilərin Helmint Faunası Və Onun Bioekoloji Xüsusiyyətləri



Yüklə 129,37 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü129,37 Kb.
#14245

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 81-88 (2016) 

81 


Lənkəran Təbii Vilayətinin Düzənlik Qurşağında Gəmiricilərin Helmint  

Faunası Və Onun Bioekoloji Xüsusiyyətləri  

 

E.K. Aslanova 

 

AMEA Zoologiya Institutu, A.Abbaszadə küç., 504-cü məhəllə, Bakı AZ 1073, Azərbaycan; 

E-mail:elnuraaslanova@mail.ru 

 

Məqalədə ilk dəfə olaraq Lənkəran təbii vilayətinin düzənlik qurşağında yayılan gəmiricilərin helmint 

faunası və onun bioekoloji xüsusiyyətləri təhlil edilmişdir. Məlum olmuşdur ki, helmintlərin yayılması 

müxtəlif biotik və abiotik amillərin təsiri altında aralıq və axırıncı sahiblərin mövcudluğundan, onla-

rın  coğrafi  yayılma  xarakterindən,  növlərin  inkişafı  üçün  əlverişli  fiziki-coğrafi  amillərdən,  təbiətdə 

sıxlığından və digər bioekoloji xüsusiyyətlərdən asılıdır. Gəmiricilərin inkişaf dövriyyəsi araşdırılmış 

və aşkar edilmiş 41 növ helmintdən 26 növünün biohelmint, 15 növünün geohelmint olması, bunlardan 

9 növ helmintin insan və ev heyvanlarının helmintləri ilə ümumilik təşkil etməsi müəyyən edilmişdir. 

 

Açar sözlər: Gəmiricilər, helmintfauna, landşaft, biohelmint, geohelmint, biotik və abiotik amillər 

 

 

GİRİŞ 

 

Məməlilər sinfinin nümayəndələri, o cümlədən 



də  gəmiricilər  təkamül  zirvəsində  duran  ən  yüksək 

inkişaf etmiş onurgalılar olub,təbii biosenozlarda və 

insan həyatında müstəsna əhəmiyyətə malikdirlər. 

Gəmiricilər  məməlilərin  geniş  yayılmış  dəstə-

lərindən  biridir.  Azərbaycan  ərazisində  6  fəsilədə, 

16 cinsdə birləşmiş 31 növ gəmirici  aşkar edilmiş-

dir.  Onlar  Azərbaycanda,  o  cümlədən  də  Lənkəran 

təbii  vilayətində  geniş  yayılmaqla  bərabər,  həm  də 

yüksək sıxlığa malikdirlər. Başlıca olaraq bitkilərlə, 

az hallarda isə heyvani yemlə qidalanırlar. Gəmiri-

cilər  əsas  etibarilə  qiymətli  xəz-dərili  heyvanların 

və quşların (əsasən yırtıcı quşların və bəzi toyuqki-

milərin)  qida  rasionunun  əsasını  təşkil  edirlər.  Bu 

heyvanların və quşların təbiətdə sayının tənzimlən-

məsi gəmiricilərin miqdarından asılıdır. Belə ki, tə-

biətdə gəmiricilərin sayının azalması onlarla qidala-

nan  heyvanların  və  quşların  da  sayının  azalmasına 

gətirib çıxarır. Onlar əsasən bitkilərlə qidalandıqla-

rından  kənd  təsərrüfatına,  xüsusən  də  taxılçılığa, 

bağçılığa  ciddi  iqtisadi  zərər  vururlar  (Ələkbərov, 

2004, s. 412-418).  

Gəmiricilər  insan və ev heyvanlarının sağlam-

lığı üçün çox təhlükəli olan bir çox infeksion və in-

vazion  xəstəlik  törədicilərinin  (dikroselioz,  qastro-

diskoidoz, mezosestoidoz, alveokokkoz, opistorxoz, 

toksoplazmoz, taun, tutyaremiya, leptospiroz və s.) 

aralıq və axırıncı sahibləri olmaqla yanaşı, həm də 

bu  xəstəlik  törədicilərinin  təbii  ocaqlarının  saxlan-

masında və sinantrop mühitə ötürülməsində mühüm 

rol oynayırlar (Fətəliyev, 2011). 

Azərbaycanın  müxtəlif  bölgələrində  gəmirici-

lərin  helmintlərinə  dair  bəzi  məlumatlar  olmasına 

baxmayaraq Lənkəran təbii vilayətində bu problem 

öyrənilməmiş qalmışdır (Мустафаев, 1965; Сады-

хов, 1981; Фаталиев, 2009). 

Bu məqsədlə Lənkəran təbii vilayətinin düzən-

lik qurşağında gəmiricilərin yayılmasını, həyat tər-

zini, əraziyə bağlılığını, qidasını və diğər bioekoloji 

xüsusiyyətlərini  nəzərə  alaraq  2012-ci  ildən  başla-

yaraq gəmiricilərin helmint faunası və onun bioeko-

loji xüsusiyyətlərini öyrənməyə başlamışıq. 

 

 



MATERİAL VƏ METODLAR 

 

Tədqiqat işləri 2012-2015-ci illər ərzində Lən-

kəran təbii vilayətinin düzənlik qurşağına daxil olan 

quru-bozqır  yarımsəhra  və  mülayim-rütubətli  sub-

tropik  landşaftlarında  aparılmış  və  1  dəstədə  birlə-

şən, 2 fəsiləyə, 5 cinsə və 5 növə daxil olan 258 gə-

mirici  heyvan,  o  cümlədən  37  boz  siçovul,  100  ev 

siçanı, 48 meşə siçanı, 27 boz siçancıq və 46 su si-

çovulu tədqiq edilmişdir. 

Heyvanlar  Qeore  və  diritutan  tələlər  vasitəsilə 

tutulmuş və K.İ.Skryabinin tam helmintoloji yarma 

üsulu ilə tədqiq edilmişdir. 

Toplanmış  helmintlərdən  trematod,  sestod  və 

akantosefallar  70

0

-li  etil  spirtində,  nematodlar  isə 



Barbaqall məhlulunda fiksə edilmişdir. 

Gəmiricilərdə  trematod  və  sestodları  təyin  et-

mək  üçün  parazitoloji  tədqiqatlarda  qəbul  edilmiş 

rənglənmə üsulundan istifadə edilmişdir. Nematod-

lar isə distillə edilmiş suda yuyulduqdan sonra əşya 

şüşəsi üzərinə keçirilmiş və 1:1 nisbətində olan süd 

turşusu  qarışığından  bir  neçə  damcı  əlavə  edilərək 

örtücü  şüşə  ilə  örtülərək  mikroskop  altında  təyin 

edilmişdir (Боев, Соколова и др., 1962).  

Helmintlərin növ tərkibi müvafiq təyinat kitab-

larına əsasən verilmişdir (Рыжиков, Гвоздев и др., 

1978). 


Helmintlərin  seçilməsi  və  təyini  zamanı  bino-

kulyarlupadan, MBİ–3, MBİ–6 mikroskop-larından 

və 2,5

x

 əl lupasından istifadə edilmişdir.  



Lənkəran Təbii Vilayətinin Düzənlik

 

82 


NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Siçanlar fəsiləsi - Muridae 

Siçanların  əhatə  etdiyi  təxminən  100  cinsdən 

Qafqazda və Azərbaycanda ən azı 18-i yayılmışdır. 

Azərbaycanda təbii yaşayış yerləri başlıca ola-

raq  yarımsəhra  və  aran  meşələridir.  İnsanın  təsər-

rüfat  tikililərində  hər  yerdə  yaşayır  (Ələkbərov, 

2004, s.484). 

Siçovullar cinsi – Rattus 

Boz siçovul – Rattus norvegicus Berkenhout 

Siçovul rütubətli yaşayış yerlərinə bağlıdır. Öz 

sığınacaqlarını  müxtəlif  şəraitli  yaşayış  yerlərində-

zirzəmilərdə,anbarların  rütubətli  sahələrində,  mal-

qara tövlələrində qururlar. Təbii şəraitdə isə çay və 

göl  sahillərində,  bataqlıq  yerlərdə  məskunlaşırlar. 

Adətən sadə yuvalar qururlar. Yaz daşqınları zama-

nı çayların aşağı axarında koğuşlarda yaşayır və ya 

ağac budaqlarında yuva qururlar. 

Boz  siçovul  hər  şeyyeyəndir. Kənd  yerlərində 

və  şəhər  ətrafında  əsasən  tullantılarla  qidalanırlar. 

Təbiətdə heyvani yemlərdən daha çox istifadə edir-

lər.  Onların  arasında  balıqlar,  onurğasızlardan  isə 

molyusklar üstünlük təşkil edirlər. Bəzən quru otla 

da qidalanırlar (Ələkbərov, 2004, s. 485). 

Tədqiqat  zamanı  bizim  tərəfimizdən  Lənkəran 

təbii vilayətinin müxtəlif xarakterli landşaftlarından 

37 boz siçovul, o cümlədən 16 növ quru-bozqır və 

21 növ mülayim-rütubətli subtropik landşaftda təd-

qiq  edilmiş  və  onlarda  11  növ  helmint  aşkar  edil-

mişdir. Helmint faunanın tərkibi 2 növ trematod, 5 

növ sestod və 4 növ də nematoddan ibarətdir.  Boz 

siçovulun  helmintləri  və  onların  aralıq  sahibləri 

cədvəldə verilmişdir (Cədvəl 1). 

Aşkar edilmiş helmintlərdən inkişaf dövriyyə-

sinə  görə  8  növü  biohelmint,  3  növü  isə  geohel-

mintdir. 

Qeyd edilən trematodların aralıq sahibləri şirin 

su  ilbizləri,  sestodların  aralıq  sahibləri  isə  başlıca 

olaraq  həşəratlar,  böcəklər,  bəzi  hallarda  gəmirici-

lərdir.  Pl.arvicolae,  Pl.eutamiatus,  H.diminuta, 

R.straminea,  Tr.muris,  Ganguleterakis  spumosa  və 

Gongulonema  neoplasticum  növləri  geniş  yayıl-

maqla boz siçovulun helmint faunası kompleksinin 

əsas nüvəsini təşkil edir. 

Sestodlardan  Rodentolepis  straminea  gəmiri-

cilərin  geniş  yayılmış  parazitidir.  Hydatigera 

taeniaeformis,  larvae  növünün  epidemioloji  əhə-

miyyəti vardır. 



 

 

Siçanlar cinsi - Mus 

Ev siçanı - Mus musculus L. 

Ev siçanı bütün dünyada, o cümlədən də Azər-

baycanda dəniz səviyyəsindən 500-3000 m-ə qədər 

ən müxtəlif yaşayış yerlərində yayılmışdır. O Azər-

baycanda əsasən yovşanlı çöllərdə, şoranotulu-yov-

şanlı  yarımsəhralarda,  meşə  massivlərində,  bağlar-

da,  bostanlarda,  kolluqlarda,  çay  vadilərində  və  bu 

kimi digər yerlərdə rast gəlinir. Meşənin dərinliyinə 

girməyərək onun kənarlarında və seyrək hissələrin-

də  olur.  Azərbaycanda  gəmiricilərin  başqa  növləri 

ilə  müqayisədə  ev  siçanı  maksimal  miqdarda  bio-

toplarda, həmçinin dənli bitkilərin əkinlərində məs-

kunlaşır. Ev siçanlarında ilin soyuq vaxtlarında po-

pulyasiyaların böyük hissəsi insan məskənlərinə kö-

çərək yayda yenidən yabanı təbiətə qayıdır. Bu yer-

dəyişmələrin  uzunluğu  3-4  km-ə  çatır.  Təbiətdə 

müxtəlif  sığınacaqlardan  istifadə  etməklə  yanaşı 

həm  də  sadə  quruluşlu  yuvalar  qazır, digər  gəmiri-

cilərin boş qalmış yuvalarından da istifadə edirlər. 

Ev siçanları ən müxtəlif heyvani və bitki məh-

sulları  ilə  qidalanırlar. Təbiətdə  yaşayan  heyvanlar 

əsasən  dənyeyən  olub,  dənli  bitkilərin,  paxlalıların 

və  mürəkkəbçiçəklilərin toxumlarını  həvəslə  yeyir-

lər.  Qidasında  həmişə  cücü  qalıqlarına  rast  gəlinir 

(Ələkbərov, 2004, s.487). 

Tədqiqat zamanı bizim tərəfimizdən 100 ev si-

çanı,  o  cümlədən  42  fərd  quru-bozqır  yarımsəhra 

landşaftında,  58  fərd  isə  mülayim-rütubətli  subtro-

pik  landşaftda  tədqiq  edilmiş  və  onlarda  18  növ 

helmint  aşkar  edilmişdir.  Ev  siçanının  helmintləri 

və  onların  aralıq  sahibləri  cədvəldə  verilmişdir 

(Cədvəl 2). 

2 saylı cədvəldən göründüyü kimi helmint fau-

nanın  tərkibi  9  növ  sestod  və  9  növ  də  nematod-

danibarətdir.  Aşkar  edilmiş  helmintlərdən  12  növü 

biohelmint, 6 növü isə geohelmintdir.  

Qeyd edilən sestodların aralıq sahibləri başlıca 

olaraq  tiriqlofoid  gənələri,  həşəratlar,  bəzi  hallarda 

gəmiricilərdir. 

Meşə və tarla siçanları cinsi - Apodemus 

Meşə  siçanı  -  Apodemus  (Sylvaemus)  sul-

vaticus L. 

Azərbaycanda  yarımsəhralardan  tutmuş  alp 

qurşağına qədər (3000-3500 m və daha yüksək) hər 

yerdə rast gəlinir. Meşə siçanı meşə və çöl landşaft-

larında daha geniş ərazilərdə yaşayır. Optimal yaşa-

yış  şəraitini  nisbətən  aşağı  temperaturlu  və  bol  to-

xumlu  rütubətlənmiş  meşə  kolluq  rayonlarında  ta-

pır. Bir sıra hallarda, daha çox ağac kökləri altında 

sadə (2-3 çıxışlı) yuvalar qazır.  

 


E.K. Aslanova

 

83 


Cədvəl 1. Boz siçovulun helmintləri və onların  aralıq sahibləri

 

Helmintin növü 

Yoluxmanı təmin edən amillər 

Trematoda Rudolfi 

Plagiorchis arvicolae Schulz et Skworzow 

Ax.-nutriya, sincab, siçovullar; Аr.- –şirinsu ilbizləri 



Pl.eutamiatis Schulz 

Ax.- siçovullar, siçanlar, dağ siçanları; Ar.- şirinsu ilbizləri, həşəratlar 

(sürfələri və ya yetkin fərdləri) 

  Cestoda  Rudolphi 

Hymenolepis diminuta  Rudolphi 

Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar 



Rodentolepis straminea (Goeze) 

Ar.-həşəratlar; 

Ax.-gəmiricilər, həşərat yeyənlər, primatlar 

Taenia pisiformis, larvae (Bloch) 

Ax.- itkimilər, pişikkimilər; Ar.- dovşanlar, gəmiricilər 



Hydatigera taeniaeformis, larvae (Batsch) 

Ax.- pişikkimilər, itkimilər, insan; Ar.- gəmiricilər, dovşanlar, 

həşaratyeyənlər 

Alveococcus multilocularis, larvae (Leuckart) 

Ax.-itkimilər, pişikkimilər; Ar.-gəmiricilər, gövşəyən heyvanlar, insan 



Nematoda Rudolphi 

Trichocephalus muris Schrank 

Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər 



Ganguleterakis spumosa (Schneider) 

Ax.- siçovullar, siçanlar; Abiotik amillər 



Gongylonema neoplasticum, larvae (Fibiger, et Ditlevsen) 

Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum siçanları; 

Ar.- tarakanlar, böcəklər 

Mastophorus muris (Gmelin) 

Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər 

Qeyd:*- burada və sonra cədvəldə verilmiş Ar.-aralıq sahib, Ax.-axırıncı sahib, F.-fakültativ sahib, Ə.-əlavə sahib kimi göstərilmişdir. 

 

 

Cədvəl 2. Ev siçanının helmintləri və onların  aralıq sahibləri

 

Helmintin növü 

Yoluxmanı təmin edən amillər 

 Cestoda  Rudolphi 

Andryamontana Kirschenblatt 

Ar.-gənələr, bəzi hallarda həşəratlar; 

Ax.-gəmiricilər 

Catenotaenia pusilla (Goeze) 

Ax.- siçanlar, siçovullar, süleysin; Ar.- tiroqlifit gənələri 



Skrjabinotaenia lobata (Baer) 

Ar.-tiroqlifid gənələr; 

Ax.-gəmiricilər; 

Hymenolepis diminuta Rudolphi 

Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar 



Rodentolepis straminea (Goeze) 

Ar.-həşəratlar; 

Ax.-gəmiricilər 

Taenia hydatigena,larvae Pallas 

Ax.- əhli və vəhşi yırtıcılar; Ar.-əhli və vəhşi cütdırnaqlılar, dəvə, at, 

gəmiricilər və insan 

Hydatigera taeniaeformis, larvae (Batsch) 

Ax.- pişikkimilər,itkimilər, insan; Ar.- gəmiricilər,dovşanlar, 

həşaratyeyənlər 

Alveococcus multilocularis, larvae (Leuckart) 

Ax.-itkimilər, pişikkimilər; Ar. gəmiricilər, gövşəyən heyvanlar, insan 



Mesocestoides lineatus, larvae (Goeze) 

Ax.-əhli və vəhşi yırtıcılar, insan; Ar.- oribatid gənələri; Ə.- ada 

dovşanı, quşlar, siçanabənzər gəmiricilər, sürünənlər, yirtıcı məməlilər 

Nematoda Rudolphi 

Thominx gastrica (Baylis) 

Ax.- kürən siçovul, siçanlar, çöl siçanları; Abiotik amillər 



Trichocephalus muris Schrank 

Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər 



Heligmosomoides laevis, (Dujardin) 

Ax.- siçanlar, çöl siçanları; Abiotik amillər 



Ganguleterakis spumosa (Schneider) 

Ax.- siçovullar, siçanlar; Abiotik amillər 



Aspiculuris tetraptera (Nitsch) 

Ax.- siçovullar, siçanlar; Abiotik amillər 



Syphacia obvelata (Rudolphi) 

Ax.- siçanabənzər gımiricilər, insan; Abiotik amillər 



Gongylonema problematicum Schulz 

Ar.- böcəklər; 

Ax.-gəmiricilər, məməlilər, az hallarda quşlar 

Rictularia caucasica Schulz 

Ax.- meşə süleysini, ev siçanı, meridian qum siçanı, qarlıq tarla siçanı; 

Abiotik amillər 

Mastophorus muris (Gmelin) 

Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər 

 

Meşə  siçanının  sayı  dağ  meşə  qurşağında  ən 



çox,  aran  meşələrində  bir  qədər  az  olmaqla  möv-

süm və il dəyişkənliyinə malikdir. Ərazicə məhdud 

lokal  yaşayış  yerlərində,  alp  və  subalp  çəmənlik-

lərində  də  onun  sayı  azdır.  Yarımsəhra  və  çöl  ra-

yonlarında bu gəmirici azsaylıdır. 

Meşə,  meşə  talalarında  və  kənarlarında,  bağ-

larda,  bitki  plantasiyalarında,  bostanlarda  və  digər 

yerlərdə,  qış  vaxtı  isə  insanın  yaşayış  və  təsərrüfat 

tikililərində məskunlaşırlar. 

Meşə  siçanının  əsas  qidasını  toxumlar,  xüsu-

sən  ağac  cinslərinin  toxumları  təşkil  edir.  İkinci 

yerdə giləmeyvələr və heyvani yemlər (başlıca ola-

raq cücülər), sonuncu yerdə isə bitkilərin yaşıl his-

sələri durur (Ələkbərov, 2004, s.490). 



Lənkəran Təbii Vilayətinin Düzənlik

 

84 


Cədvəl 3. Meşə siçanının helmintləri və onların aralıq sahibləri 

Helmintin növü 

Yoluxmanı təmin edən amillər 

Trematoda Rudolphi 

Brachylaemus recurvus (Dujardin) 

Ar.-quru ilbizləri; 

Ax.-gəmiricilər 

Cestoda Rudolphi 

Andrya montana Kirschenblatt 

Ar.-gənələr, bəzi hallarda həşəratlar; 

Ax.-gəmiricilər 

Paranoplocephala dentata Galli-Valerio 

Ar.-oribatid gənələr; 

Ax.-gəmiricilər 

Catenotaenia pusilla (Goeze) 

Ax.- siçanlar, siçovullar, süleysin; Ar.- tiroqlifit gənələri 



Skrjabinotaenia lobata (Baer) 

Ar.-tiriqlofoid gənələri; 

Ax.-gəmiricilər 

Hymenolepis diminuta Rudolphi 

Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar 



Hydatigera taeniaeformis, larvae (Batsch) 

Ax.-pişikkimilər,itkimilər, insan; Ar.- 

gəmiricilər,dovşanlar,həşaratyeyənlər 

Alveococcus multilocularis, larvae (Leuckart) 

Ax.-itkimilər, pişikkimilər; Ar.-gəmiricilər, gövşəyən heyvanlar, 

insan 

Mesocestoides lineatus, larvae (Goeze) 

Ax.-əhli və vəhşi yırtıcılar, insan; Ar.- oribatid gənələri; Ə.- ada 

dovşanı, quşlar,  siçanabənzər gəmiricilər, sürünənlər, yirtıcı 

məməlilər 



 Archiacanthocephala Meyer 

Moniliformis moniliformis (Bremser) 

Ax.- müxtəlif növ gəmiricilər və insan; Ar.- qara bədən böcəklər, 

tarakanlar; F.- quşlar və insan 

Nematoda  Rudolphi 

Armocapillaria sadovskajae (Morosov) 

Ar.-oliqoxetlər; 

Ax.-gəmiricilər 

Trichocephalus muris Schrank 

Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər 



Heligmosomoides laevis (Dujardin) 

Ax.- siçanlar, çöl siçanları; Abiotik amillər 



Heligmosomum costellatum (Dujardin) 

Ax.- sarıboğaz tarla siçanı, meşə siçanı, tarla siçanı; Abiotik 

amillər 

Aspiculuris asiatica Schulz 

Ax.- qum siçanları; Abiotik amillər 



A.kazakstanica  Nasarova et Sweschnikowa 

Ax.- ev siçanı, çöl siçanları; Abiotik amillər 



Syphacia obvelata  Rudolphi 

Ax.- siçanabənzər gımiricilər, insan; Abiotik amillər 



Gongylonema neoplasticum (Fibiger, et Ditlevsen) 

Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum 

siçanları; Ar.-tarakanlar, böcəklər 

Physaloptera dogieli Schachnasarowa  

Ar.-böcəklər; 

Ax.-gəmiricilər 

Rictularia caucasica Schulz 

Ax.- meşə süleysini, ev siçanı, meridian qum siçanı, qarlıq tarla 

siçanı; Abiotik amillər 

Mastophorus muris (Gmelin) 

Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər 

 

 

Tədqiqat  zamanı  bizim  tərəfimizdən  48  meşə 



siçanı,  o  cümlədən  21  fərd  quru-bozqır  yarımsəhra, 

27  fərd  isə  mülayim-  rütubətli  subtropik  landşaftda 

tədqiq edilmiş və onlarda 21 növ helmint aşkar edil-

mişdir. Bunlardan 1 növü trematod, 8 növü sestod, 1 

növü akantosefal, 11 növü isə nematodlar sinfinə aid-

dir. Meşə siçanında aşkar edilmiş helmintlər və onla-

rın aralıq sahibləri cədvəldə verilmişdir (Cədvəl 3). 

3  saylı  cədvəldən  göründüyü  kimi  aşkar  edil-

miş  helmintlərdən  7  növü  biohelmint,  14  növü  isə 

geohelmintdir. 

Aşkar  edilmiş  1  növ  trematodun  aralıq  sahibi 

quru ilbizləri, sestodların aralıq sahibləri əsasən ori-

batid gənələri, bəzən həşəratlar və böcəklərdir. Ne-

matodlardan  7  növünün  inkişaf  dövriyyəsi  xarici 

mühitlə gəmiricilər arasında gedir.  

Sestodlardan Catenotaenia pusilla, Hymenolepis 



diminuta  gəmiricilərin  geniş  yayılmış  parazitlərin-

dəndir. 



Siçancıqkimilər fəsiləsi - Cricetidae  

Fəsiləyə  96  cinsdaxildir.  Bunlardan  Qafqazda 

9 cinsə, Azərbaycanda isə 8 cinsə daxil olan 17 nö-

və rast gəlinir. 

Tədqiqat  zamanı  bizim  tərəfimizdən  siçancıq-

kimilər  fəsiləsinin  iki  cinsinin  nümayəndəsi  tədqiq 

edilmişdir. 

Boz siçancıqlar cinsi - Cricetulus 

Boz siçancıq - Cricetulus migratorius Pallas 

Azərbaycanda Xəzər səviyyəsindən 2200-2400 

m hündürlüyə qədər hər yerdə yayılmışdır. 

Başlıca  olaraq  çöl  növü  olub,  yarımsəhra  qu-

raqlığı  şəraitinə  və  rütubətli  subalp  çəmənliklərinə 

də  uyğunlaşır.  Azərbaycanda  onun  qeydə  alındığı 

25  biotopun  12-si  becərilən  torpaqların  payına  dü-

şür.  Landşaftdan  asılı  olmayaraq  siçancıq  müxtəlif 

otluqlarda,  kolluqlarda  və  cəmənliklərdə  rast  gə-

linir. 


E.K. Aslanova

 

85 


Cədvəl 4. Boz siçancığın helmintləri və onların aralıq sahibləri. 

             Helmintin növü 

Yoluxmanı təmin edən amillər 

Cestoda Rudolphi 

Aprostatandrya caucasica  Kirschenblatt 

Ax.- çöl siçanları, siçanlar, su siçovulu; Ar.- fəsilə üçün 

buğumayaqlılar 

Catenotaenia cricetorum  Kirschenblatt 

Ar.-tiriqlifoid gənələri; 

Ax.-gəmiricilər 

Hymenolepis diminuta  Rudolphi 

Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar 



Rodentolepis straminea (Goeze) 

Ar.-həşəratlar; 

Ax-gəmiricilər, həşərat yeyənlər, primatlar 

Hydatigera taeniaeformis, larvae (Batsch) 

Ax.- itkimilər, pişikkimilər, insan; Ar.-gəmiricilər, dovşanlar, 

həşəratyeyənlər 

Nematoda Rudolphi 

Hepaticola hepatica Hall 

Ax.- çoxlu sayda gəmiricilər, ada dovşanı, yırtıcılar, cütdırnaqlılar, 

insan; Abiotik amillər 

Thominx gastrica(Baylis) 

Ax.- kürən siçovul, siçanlar, çöl siçanları; Abiotik amillər 



Trichocephalus muris Schrank 

Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər 



Heligmosmoides yorkei Schulz 

Ax.- boz siçancıq; Abiotik amillər 



Aspiculuris asiatica  Schulz 

Ax.- qum siçanları; Abiotik amillər 



Syphacia obvelata (Rudolphi) 

Ax.- siçanabənzər gımiricilər, insan; Abiotik amillər 



Gongylonema neoplasticum (Fibiger, et Ditlevsen)  

Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum siçanları; 

Ar.-tarakanlar, böcəklər 

G.problematicumSchulz 

Ar.-böcəklər; 

Ax.-gəmiricilər 

Mastophorus muris (Gmelin) 

Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər 

 

 

Əsasən  bitki  toxumları  ilə  qidalanırlar.  Hey-



vani  qidalardan  həmişə  quru  molyusklardan,  tirtil 

və  cücü  sürfələrindən  istifadə  edirlər  (Ələkbərov, 

2004, s.493). 

Tədqiqat  zamanı  Lənkəran  təbii  vilayətinin 

müxtəlif xarakterli landşaftlarından 27 fərd boz si-

çancıq, o cümlədən 12 fərd quru-bozqır yarımsəhra, 

15  fərd  mülayim-subtropik  landşaftda  tədqiq  edil-

miş  və  onlarda  14  növ  helmint  aşkar  edilmişdir. 

Bunların  5  növü  sestodlar,  9  növü  isə  nematodlar 

sinfinə aiddir. Boz siçancığın helmint faunası və on-

ların aralıq sahibləri cədvəldə verilmişdir (Cəlvəl 4). 

Aşkar edilmiş helmintlərdən7növü biohelmint, 

7  növü  isə  geohelmintdir.  Qeyd  edilən  növlərdən 

H.taeniaeformis  sürfə  mərhələsində  aşkar  edildi-

yinə görə boz siçancıq bu növ üçün aralıq sahib ro-

lunu  oynayır.  Qalan  13  növ  isə  yetkin  mərhələdə 

qeyd  olunmuş  və  boz  siçancığın  helmint  faunası 

kompleksinə daxil olur. 

Su siçovulu cinsi - Arvicola 

Cinsə Azərbaycan faunasında bir növ daxil olur. 



Su siçovulu - A. terrestris L., 1758 

Bu  gəmirici  aran  yarımsəhralarından  subalp 

çəmənliklərinə qədər (3000 m-dək) bütün təbii vila-

yətlərdə və landşaftlarda yayılmışdır. Ən çox sıxlığı 

Kür-Araz ovalığında qeydə alınmışdır. 

Biotopik  cəhətdən  su  siçovulu  qamış  və  su 

qamışı basmış göllərdə, bataqlıqlarda, meşələrdə və 

bağlarda,  bataqlıqlaşmış  dağ  çəmənliklərində  məs-

kunlaşmışdır.  Onlar  qurumayan  su  hövzələrində 

daimi yaşayır, yuvalarını isə sahildə qururlar.  

Su siçovulları su və sahil bitkilərinin həm yer-

üstü,  həm  də  yeraltı  hissələri  ilə  qidalanırlar.  Çox 

vaxt cücüləri, molyuskları, xırda balıqları və s. ye-

yirlər (Ələkbərov, s.506). 

Tədqiqat zamanı bizim tərəfimizdən 46 fərd su 

siçovulu, o cümlədən 14 fərd quru-bozqır yarımsəh-

ra, 32 fərd isə mülayim-rütubətli subtropik landşaft-

da  tədqiq  edilmiş  və  onlarda  16  növ  helmint  aşkar 

edilmişdir.Su  siçovulunun  helmintləri  və  onların 

aralıq sahibləri cədvəldə verilmişdir (Cədvəl 5). 

Aşkar  edilmiş  helmintlərdən  14  növü  biohel-

mint, 2 növü isə geohelmintdir. 

Qeyd  edilən  trematodların  aralıq  sahibləri 

şirinsu  ilbizləri,  sestodların  və  nematodlardan 



G.neoplasticum növünün aralıq sahibləri isə başlıca 

olaraq  oribatid  gənələri,  bəzi  hallarda  isə  müxtəlif  

buğumayaqlılardır  ki,  bunlar  da  qidalanan  zamanı 

qida ilə birlikdə udulur və yoluxma baş verir. 

 Məlumdur  ki,  trematodların  inkişaf  dövriyyə-

sinin başa çatması üçün aralıq sahib şirinsu ilbizlə-

ridir.  Bu  zaman  invaziya  törədiciləri  (adeloserka-

rilər və metaserkarilər) su və ot bitkiləri ilə birlikdə 

udulur və yoluxma baş verir. 

Bizim  tədqiqatlarda  8  növ  trematod,  o  cümlə-

dən  2  növ  quru-bozqır  yarımsəhra  landşaftında,  7 

növ  isə  mülayim-rütubətli  subtropik  landşaftda  aş-

kar  edilmişdir.  Qeyd  edilən  bütün  trematod  növlə-

rinin aralıq sahibləri şirinsu ilbizləridir. 

Helmintoloji  ədəbiyyatlardan  məlumdur  ki, 

bütün  sestod  növləri  biohelmintlərdir.  Gəmiricilər-

də quru-bozqır yarımsəhra landşaftda 11 növ, müla-

yim-rütubətli subtropik landşaftda isə 14 növ sestod 

qeyd edilmişdir.   

 


Lənkəran Təbii Vilayətinin Düzənlik

 

86 


Cədvəl 5. Su siçovulunun helmintləri və onların aralıq sahibləri

 

Helmintin növü 

Yoluxmanı təmin edən amillər 

Trematoda  Rudolphi 

Plagiorchis arvicolae Schulz et Skworzow 

Ax.-nutriya, sincab, siçovullar; Аr.- –şirinsu ilbizləri 



Pl.eutamiatis Schulz 

Ax.- siçovullar, siçanlar, dağ siçanları;  Ar.- şirinsu ilbizləri, həşəratlar 

(sürfələri və ya yetkin fərdləri) 

Psilostomum arvicolae Schulz et Dobrowa 

Ar.-şirinsu ilbizləri 

Ax.-gəmiricilər 

Gastrodiscoides hominis (Lewis etM.Connall)  

Ar.-şirinsu ilbizləri 

Ax.-gəmiricilər 

Echinostoma mijagawai İschii 

Ax.- amerika samuru, su siçovulu, toyuq, ördək, qaz; Ar.- şirinsu 

ilbizləri, çömçəquyruq 

Notocotylus noyeri Joyeux 

Ax.- siçovullar, su samuru, adi qağayı; Ar.- şirinsu ilbizləri 



Tetraserialis tscherbakovi Petrov et Tschertkova 

Ax.- siçovullar; Ar.- şirin su ilbizləri 



Cestoda Rudolphi 

Aprostatandrya caucasica Kirschenblatt 

Ax.- çöl siçanları, siçanlar, su siçovulu; Ar.- fəsilə üçün 

buğumayaqlılar 

Paranoplocephala dentata Galli-Valerio 

Ar.-oribatid gənələr; 

Ax.-gəmiricilər 

P. omphalodes(Hermann) 

Ax.- çöl siçanları, dovşanlar, ondatra; Ar.- fəsilə üçün quru 

buğumayaqlıları: oribatid gənələri, həşəratlar 

Hymenolepis diminuta Rudolphi 

Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar 



Hydatigera taeniaeformis,larvae (Batsch) 

Ax.- itkimilər,pişikkimilər, insan; Ar.-gəmiricilər, dovşanlar, 

həşəratyeyənlər 

Archiacanthocephala  Meyer 

Moniliformis moniliformis (Bremser) 

Ax.- müxtəlif növ gəmiricilər; Ar.- qarabədən böcəklər, tarakanlar;            

F.- quşlar və insan 

Nematoda Rudolphi 

Capillaria wioletti Ruchljadeva 

Ax.- su siçovulu;  Abiotik amillər 



Trichocephalus muris Schrank 

Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər 



Gongylonema neoplasticum (Fibiger, et Ditlevsen 

Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum siçanları; 

Ar.-tarakanlar, böcəklər 

 

 



Bizim  tədqiqatlarda  hər  iki  landşaftda  qeyd 

edilən 14 növ sestoddan Paranoplocephala dentata, 



Mesocestoides  lineatus  növləri  üçün  aralıq  sahib 

oribatid gənələri, M.lineatus növü üçün əlavə sahib 

kimi ada dovşanı, quşlar, gəmiricilər, sürünənlər və 

yırtıcı məməlilər iştirak edirlər. Qidalanma zamanı 

gəmiricilərin bu növlə yoluxması qidalanma sahələ-

rində  baş  verir.  Digər  sestod  növlərindən  Hymeno-



lepis  diminuta,  Rodentolepis  straminea  növləri 

üçün  aralıq  sahib  həşəratlar;  Andrya  montana, 



Catenotaenia  pusilla  növləri  üçün  aralıq  sahib  

tiriqlofit  gənələri,  axırıncı  sahib  gəmiricilər;  Para-



noplocephala dentata növü üçün aralıq sahib oriba-

tid  gənələr,  axırıncı  sahib  gəmiricilər,  P.omphalo-



des növü üçün aralıq sahib oribatid gənələr, axırıncı 

sahiblər  çöl  donuzları,  dovşanlar,  ondatra  təşkil 

edir.  Sestodlardan  Taenia pisiformis,  T.hydatigena, 

Hydatigera  taeniaeformis,  Alveococcus  multilocu-

laris  növlərinin  inkişaf  dövriyyəsinin  başa  çatma-

sında  gəmiricilər  aralıq  sahib  rolunu  oynayırlar. 

Yırtıcı heyvanlar bu gəmiricilərlə qidalanan zaman 

yoluxma baş verir. 

Tədqiqat  zamanı  aşkar  edilmiş  1  növ  akan-

tosefal  –  Moniliformis  moniliformis  növünün  inki-

şaf  dövriyyəsinin  başa  çatmasında  qarabədən  bö-

cəklər  aralıq,  gəmiricilər  axırıncı,  quşlar  və  insan 

fakültativ sahib rolunu oynayırlar. 

Lənkəran 

təbii 

vilayətində 



aparılan 

helmintoloji  tədqiqat  zamanı  gəmiricilərdə  18növ 

nematod, o cümlədən quru-bozqır yarımsəhra land-

şaftında  16 növ,  mülayim-rütubətli  subtropik  land-

şaftda  isə  17  növ  aşkar  edilmişdir  ki,  bunlardan  4 

növü:  Gongylonema  neoplasticum,  G.problema-



ticum, 

Physaloptera 

dogeli, 

Armocapil-laria 

sadovskajae  mürəkkəb  inkişaf  dövriyyəsinə  ma-

likdir. Bu növlərin inkişaf dövriyyəsinin tamamlan-

masında böcəklər aralıq sahib qismində, təbii ocaq-

lılıqlarının  saxlanmasında  və  arealının  genişləndi-

rilməsində  gəmiricilər  axırıncı  sahib  qismində  işti-

rak  edirlər.  Aşkar  edilmiş  nematodlardan  14  növü 

geohelmint olub, inkişafları gəmiricilərlə xarici mü-

hit  arasında  başa  çatır.  Xarici  mühitə  tökülmüş 

nematod  yumurtaları  əlverişli  xarici  mühitdə  inva-

zion  mərhələyə  qədər  inkişaf  edir  və  belə  yumur-

talar  yemlə  birlikdə  axırıncı  sahiblər  tərəfindən 

udulduqda yoluxma baş verir. 

Məlumdur  ki,  heyvanların,  o  cümlədən  də  gə-

miricilərin  helmint  faunası  daimi  olmayıb  müxtəlif 

ekoloji  və  antropogen  amillərin  təsiri  altında  dəyi-

şilir.  Son  illər  əksər  ərazilərdə  təbii  biosenozlara 

insan müdaxiləsi çoxalmış, təbii landşaftların struk-

turu dəyişdirilmiş, əkin sahələrinə çevrilmiş və yeni 

antropogen  landşaftlar  yaradılmışdır.  Əkin  sahələ-

rinə  yeni  suvarma  kanalları  çəkilmiş,  müxtəlif  tex-

niki vasitələrdən istifadə edilmiş və əhali fəal əmə-


E.K. Aslanova

 

87 


yə cəlb edilmişdir. Bunlarla yanaşı ərazidə heyvan-

darlıq,  quşçuluq  və  digər  təsərrüfat  sahələri,  icti-

mai-iaşə, müalicə-sanatoriya və digər sahələr də in-

kişaf  etdirilmişdir  ki,  bunlar  da  getdikcə  heyvan-

ların  təbii  arealının  daralmasına,  yaşayış  uğrunda 

mübarizədə qida rəqabətinə səbəb olmuşdur. 

Tədqiqatın  nəticələrindən  göründüyü  kimi, 

Lənkəran  təbii  vilayətinin  düzənlik  qurşagında  gə-

miricilərdə 41 növ helmint aşkar edilmişdir. İnkişaf 

dövriyyəsinə  görə  26  növ  biohelmint,  15növ  isə 

geohelmintdir.  Qeyd  edildiyi  kimi,  biohelmintlərin 

inkişaf dövriyyəsi müxtəlif növ onurğasız və onur-

ğalı  heyvanların  iştirakilə,  geohelmintlərin  inkişaf 

dövriyyəsi isə əlverişli xarici mühit ilə sahib orqa-

nizm-gəmiricilər arasında başa çatır. 

Göründüyü  kimi,  gəmiricilər  36  növ  helmint 

üçün  axırıncı,  4  növ  helmint  üçün  aralıq  və  1  növ 

üçün  həm  də  əlavə  sahib  kimi  helmint  növlərinin 

təbiətdə saxlanmasında və inkişaf dövriyyəsinin ta-

mamlanmasında mühüm rol oynayırlar. 

İlk  dəfə  olaraq  Lənkəran  təbii  vilayətində  gə-

miricilərin  helmintlərinin  inkişaf  dövriyyəsi  araş-

dırılmış və müəyyən edilmişdir ki, gəmiricilərdə aş-

kar  edilmiş  helmintlərdən  9  növ:  Gastrodiscoides 



hominis,Syphacia  obvelata,  Hydatigera  taeniaefor-

mis,  Alveococcus  multilocularis,  Mesocestoides 

lineatus,  Hepaticola  hepatica,  Taenia  pisiformis, 

T.hydatigena və Hymenolepis diminuta insan və ev 

heyvanlarınınhelmintləri ilə ümumilik təşkil etmək-

lə potensial təhlükə törədirlər. 

Bütün bunlar onurğalı heyvanların, o cümlədən 

də  gəmiricilərin  helmint  faunası  kompleksinin  for-

malaşmasında və təbiətdə müxtəlif cür yayılmasın-

da əhəmiyyətli dərəcədə rol oynayan amillərdir. 

 

Gəmiricilərin  bütün  bu  göstərilən  bioekoloji 



xüsusiyyətləri onların helmint faunası kompleksinin 

formalaşmasında özünü göstərir və bu amillərin ro-

lu  təbiəti  helmintoz  törədicilərinə  görə  sağlam-

laşdırmaq və arealını genişləndirib sinantrop mühitə 

keçməsinin  qarşısını  almaq  məqsədilə  onlara  qarşı 

mübarizə  tədbirləri  hazırlanarkən  mütləq  nəzərə 

alınmalıdır. 

 

 



ƏDƏBİYYAT 

 

Azərbaycanın  heyvanlar  aləmi  (2004)  Onurga-

lılar. Bakı, III : 620. 



Fətəliyev Q.H., Yolçuyev M.Ş., İbrahimova R.Ş. 

(2011) Şirvanda vəhşi və əhli ətyeyən heyvanların 

başlıca helmintoz törədicilərinin təbii və sinantrop 

ocaqlıqları.  AMEA-nın  Xəbərləri  (biol.  və  tibb 



elmləri),66 (3): 132-136. 

Боев  С.Н.,  Соколова  И.В.,  Панин  В.Я.  (1962) 

Гельминты  копытных  животных  Казахстана. 

Алма-ата, т. 1: 30-100. 

Мустафаев  Ю.Ш.  (1965)  К  изучению  гельмин-

тофауны  грызунов  Азербайджана.  Учен.  зап. 



Азерб. Гос. Ун-та, серия биол. наук, 1: 43-47. 

Рыжиков К.М., Гвоздев Е.В., Токобаев М.М., 

Шалдыбин  Л.С.,  Мацаберидзе  Г.В.  и  др. 

(1978,  1979)  Определитель  гельминтов  гры-

зунов фауны СССР. Москва: т. 1, 2: 231-278. 

Садыхов  И.А.  (1981) Гельминты промысловых 

зверей Азербайджана. Баку, 168 c. 



Фаталиев  Г.Г.  (2009)  Гельминтофауна  грызу-

нов (Rodentia) Азербайджана и пути ёё форми-

рования.  Юг  России; экология,  развитие  (Ма-

хачкала), 4: 118-122. 

 

 



Гельминтофауна Грызунов В Равнинном Поясе Ленкоранской Природной Области  

И Её Биоэкологические Особенности    

 

Э.К. Асланова 

 

Институт зоологии НАНА 

 

В  статье  впервые  описывается  гельминтофауна  грызунов,  распространенных  в  равнинном  поясе 

Ленкоранской  природной  области,  и  её  биоэкологические  особенности.  Выяснилось,  что  распро-

странение  гельминтов  связано  с  наличием  промежуточных  и  окончательных  хозяев  под  действием 

различных биотических и абиотических факторов, географической распространенностью, с физико-

географическими  условиями,  подходящими  для  их  развития,  их  плотностью  в  природе  и  другими 

биоэкологическими особенностями. Изучен цикл развития грызунов и установлено, что из выявлен-

ного  41  вида  гельминтов  26  видов  являются  биогельминтами,  15  видов  –геогельминтами.  Выясни-

лось, что 9 видов гельминтов имеют общность с гельминтами человека и домашних животных. 

 

Ключевые слова: Грызуны, гельминтофауна, ландшафт, биогельминт, геогельминт, биотические и 



абиотические факторы 

 

 

Lənkəran Təbii Vilayətinin Düzənlik

 

88 


Helminthfauna Of Rodents In Plain Zone Of Lenkaran Natural District  

And Its Bioecological Peculiarities 

 

E.K. Aslanova 

 

Institute of Zoology, ANAS 

 

The  helminth  fauna  of  rodents  spread  in  the  plain  zone  of  Lenkoran  natural  district  and  its  bioecological 

peculiarities  have  been  analyzed.  The  helminth  distribution  was  found  to  be  related  to  the  availability  of 

intermediate  and  definitive  hosts  under  the  influence  of  various  biotic  and  abiotic  factors,  geographical 

spread,  physico-geographycal  conditions  suitable  for  their  growth,  their  density  in  the  nature  and  other 

biological properties. The study of the cycle of the evolution of rodents has revealed that from 41 species of 

helminths  26  species  are  biohelminths,  15  are  geohelminths  and  9  speсies  are  common  for  human  and 

domestic animals. 



 

Key words: Rodents, helminthfauna, landscape, biohelmint, geohelminth, biotic and abiotic factors 

 

 



 

 

Yüklə 129,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin