Lab. İŞİ n-6 (proqram təRTİBİ)


//) və bir bölmənin qalığını alma (%



Yüklə 80,59 Kb.
səhifə2/2
tarix26.12.2023
ölçüsü80,59 Kb.
#197918
1   2
LAB-5 (PROQ.ES 4 bal)

//) və bir bölmənin qalığını alma (%) əməlindən istifadə etməklə həmin ədədin yazılışındakı minlik mərtəbənin rəqəmini tapın. 

  • Beşrəqəmli natural ədəd verilib. Bu ədədin ilk iki rəqəminin cəmi ilə son iki rəqəminin cəminin fərqini hesablayın.

  • İki dəyişənli xətti cəbri tənliklər sisteminin həllinin Krammer (determinantlar) üsulu ilə həlli

  • Üçbucağın tərəfləri verildikdə onun sahəsini Heron düsuru ilə hesablayın

  • [1,100] intervalında 10 təsadüfi ədəd yradıb onları cəmləyin

  • [1,100] intervalında 10 təsadüfi ədəd yradıb onların hasilini tapın

  • 1-dən 100-ə qədər 5-ə tam bölünən ədədlərin cəmi ilə 5-ə tam bölünməyən ədədlərin cəminin fərqini hesablayın

  • 1-dən 100-ə qədər 3-ə tam bölünməyən ədədlərin cəmini hesablayın

  • 1-dən 100-ə qədər 3-ə tam bölünən ədədlərin cəminin 3-ə tam bölünməyən ədədlərin cəminin neçə faizi olduğunu hesablayın

  • İki ədədin ƏBOB və ƏKOB-nu hesablayın

  • Factorial funksiyasından istifadə etmədən N!-i hesablayın. N – daxil edilir.

  • Factorial funksiyasından istifadə etmədən Aranjemanı hesablayın. n və m – daxil edilir.

  • Factorial funksiyasından istifadə etmədən Kombinezonu hesablayın. n və m – daxil edilir.

  • F(0)=F(1)=1 və F(n)=F(n-1)+F(n-2) şəklində təyin olunan Fibonaççi ədədlərini hesablayın. n=100

  • F(0)=F(1)=1 və F(n)=F(n-1)+F(n-2) şəklində təyin olunan Fibonaççi ədədlərini hesablayın. n=100. Sonra F(n) / F(n-1) şəklində təyin olunan qızıl nisbətləri hesablayın: n>=13

  • 1-dən 50-yə qədər ədədlərin cəmini həm For, həm də While dövr operatorlarının köməyilə hesablayıb nəticələri müqayisə edin

  • 1-dən 100-ə qədər ədədlərin cəmini nəticə 150-dən kiçik olana qədər hesablayın

  • 1-dən 100-ə qədər ədədlərin hasilini nəticə 1500-dən kiçik olana qədər hesablayın

  • Verilmiş 100 müxtəlif ədədin içində ən kiçik ədədi və onun ardıcıllıqdakı nömrəsini tapın

  • Verilmiş 100 müxtəlif ədədin içində ən böyük ədədi və onun ardıcıllıqdakı nömrəsini tapın

  • ax+b=c şəklində verilmiş xətti tənliyin a,b və c-nin ixtiyari qiyməti üçün həlli

  • Beşrəqəmli tam ədədinin daxil edin. Onun ən kiçik rəqəminin ədəddə neçə dəfə iştirak etdiyini təyin edin

  • Beşrəqəmli tam ədədinin daxil edin. Onun rəqəmlərinin hasilini tapın.

  • Beşrəqəmli tam ədədinin daxil edin. Onun rəqəmlərinin hasilini rəqəmlərini cəminə bölüb tam hissəni təyin edin.

  • Beşrəqəmli tam ədədinin daxil edin. Onun rəqəmlərinin kvadratlarının cəmini təyin edin.

  • Beşrəqəmli tam ədədinin daxil edin. Onun rəqəmlərinin kubları cəmini təyin edin.

  • Beşrəqəmli tam ədədinin daxil edin. Onun rəqəmlərinin kubları cəmini rəqəmlərin kvadratları cəminə bölüb alınan qalığı təyin edin.

  • N-rəqəmli ədəd daxil edin. Bu ədədin yazılışında ən çox təkrarlanan rəqəmi təyin edin.

  • N-rəqəmli ədəd daxil edin. Bu ədədin yazılışında yalnız bir dəfə iştirak edən rəqəmləri təyin edin

  • N-rəqəmli ədəd daxil edin. Bu ədədin yazılışında iki dəfə iştirak edən rəqəmləri təyin edin

  • Rəqəmlərinin cəmi rəqəmlərinin hasilinə bərabər olan bütün 5-rəqəmli ədədləri tapıb ekrana çıxarın

  • İstənilən uzunluqlu sətir verilmişdir. Bu sətirdə böyük hərflərin sayını tapın və onları ekrana çıxarın.

  • İstənilən uzunluqlu sətir verilmişdir. Bu sətirdə kiçik hərflərin sayını tapın və onları ekrana çıxarın.

  • İstənilən uzunluqlu sətir verilmişdir. Bu sətirdə rəqəmlərin sayını tapın və onları ekrana çıxarın.

  • İstənilən uzunluqlu sətir verilmişdir. Bu sətirdə hərf və rəqəm olmayan simvolların sayını tapın və onları ekrana çıxarın.

  • İstənilən uzunluqlu sətir verilmişdir. Bu sətirdə görünməz simvolların sayını tapın və onların sətirdəki mövqeyini ekrana çıxarın.

  • İstənilən uzunluqlu sətir verilmişdir. Bu sətirdə boşluq simvollarını(probelləri) *-simvolu ilə əvəz edib alınan nəticəni ekrana çıxarın .

  • Verilmiş cümlədə bütün sözlərin arasında * simvolu qoymaqla alınan cümləni ekrana çıxarın.

  • Klaviaturadan ingilis əlifbasının hərfi daxil edilir. Bu hərfin sait və ya samit olduğunu təyin edtmək üçün proqram yazın.

  • Klaviaturadan ayın nömrəsi daxil edilir. Bu ayda neçə gün olduğunu təyin etmək üçün proqram tərtib edin

  • Klaviaturadan gün və ayın nömrəsi daxil edilir. Həmin günün ilin hansı fəslinə uyğun olduğunu təyin etmək üçün proqram tərtib edin

  • Klaviaturadan gün ,ay və il sətir formatında daxil edilir. Alınmış tarixə əsasən növbəti günü təyin etmək üçün proqram tərtib edin

  • Klaviaturadan istənilən ədəd daxil edilir. Bin funksiyasından istifadə etmədən həmin ədədi ikilik say sisteminə çevirən proqram tərtib edin

  • Klaviaturadan 16-lıq say sistemində istənilən ədəd daxil edilir. İnt funksiyasından istifadə etmədən həmin ədədi onluq say sisteminə çevirən proqram tərtib edin

  • Sehrli tarix dedikdə gün və ay bir-birinə vurlduqda ilin sonuncu iki rəqəminə bərabər olur. Məsələn 9 oktyabr 1960. 9x10=60. XX əsrdə olan sehrli tarixləri tapmaq üçün proqram tərtib edin

  • Sətir şəklində simvollar ardıcıllığı verilmişdir. Həmin sətrin etibarlı parol ola biləcəyini yoxlayın. Qeyd: Etibarlı parolda həm minimum 1 böyük, minimum 3 kiçik, minimum 2 rəqəm və minimum 1 simvolun(həərf və rəqəm olmayan) olması tələb olunur.

  • M-sayda sətir verilmişdir. Ən uzun sətirdəki simvolların sayını təyin edin.

  • M-sayda sətir verilmişdir. Ən qisa uzunluqlu sətirdəki simvolların sayını təyin edin.

  • N-rəqəmli tam ədəd verilmişdir. Bu ədəddə cüt rəqəmlərin ədədi ortasını tapın.

  • N-rəqəmli tam ədəd verilmişdir. Bu ədəddə tək rəqəmlərin ədədi ortasını tapın.

  • N-rəqəmli tam ədəd verilmişdir. Bu ədəddə cüt rəqəmlərin həndəsi ortasını tapın.

  • N-rəqəmli tam ədəd verilmişdir. Bu ədəddə tək rəqəmlərin həndəsi ortasını tapın.

  • N-rəqəmli tam ədəd verilmişdir.Bu ədəddə iki dəfə ardıcıl olaraq 0-rəqəminin olub-olmadığıını təyin edin.

  • Ədədlərdən ibarət siyahı verilmişdir. Bu siyahıda 3-cü elementdən başlayaraq 0-rəqəmi varsa, onu əvvəlki iki elementin cəmi ilə əvəz edin

  • Ədədlərdən ibarət siyahı verilmişdir. Bu siyahıda [a,b] intervalında yerləşən elementləri silin.

  • Cüt sayda ədədlərdən ibarət siyahı və M-ədədi verilmişdir. Bu siyahının birinci və ikinci yarısının elementlərini cəmləyin. Hansı böyükdürsə, M ədədini həmin yarim hissənin əvvəlinə əlavə edin.

  • Tək sayda ədədlərdən ibarət siyahı verilmişdir. Bu siyahıda ortadakı elementdən sağda və solda yerləşən elementləri cəmləyin. Hansı kiçikdirsə, ortadakı ədədi həmin cəmlə əvəz edin.

  • Mənfi və müsbət ədədlərdən ibarət siyahı verilmişdir. Siyahıya elə bir ədəd daxil edin ki, müsbət ədədlərin cəmi mənfi ədədlərin cəminin moduluna bərabər olsun.

  • Mənfi və müsbət ədədlərdən ibarət siyahı verilmişdir. Siyahıya elə elementlər daxil edin ki, müsbət elementlərin sayı mənfi elementlərin sayına bərabər olsun.

  • Mənfi və müsbət ədədlərdən ibarət siyahı verilmişdir. Bu siyahı əsasında iki siyahı yaradın. Birinci siyahı müsbət elementlərin kvadratlarından, ikinci siyahı isə isə mənfi elementlərn kublarından ibarət olsun.Alınan yeni siyahıları ekrana çıxarın.

  • Mənfi və müsbət ədədlərdən ibarət siyahı verilmişdir. Bu siyahıda ilk rast gəlinən mənfi ədədə qədər olan elementlərin artan sıra ilə düzüldüyünü təyin edin. Əgər belədirsə, ekrana YES, əks halda NO çıxarın.

  • Mənfi və müsbət ədədlərdən ibarət siyahı verilmişdir. Bu siyahıda ilk rast gəlinən mənfi ədədə qədər olan elementlərin azalan sıra ilə düzüldüyünü təyin edin. Əgər belədirsə, ekrana YES, əks halda NO çıxarın.

  • Mənfi və müsbət ədədlərdən ibarət siyahı verilmişdir. Hər bir mənfi elementdən sonra bu elementin kvadratını siyahıya əlavə edin

  • Təsadüfi tam ədədlərdən ibarət bir siyahı yaradın. Bu siyahıdan K-cı mövqedən başlayaraq M-sayda elementi silin.

  • Təsadüfi tam ədədlərdən ibarət bir siyahı yaradın. Bu siyahıdan K-cı mövqedən başlayaraq M-sayda element seçib bu elementlərdən ibarət yeni siyahı yaradaraq onu ekrana çıxarın.

  • Təsadüfi tam ədədlərdən ibarət bir siyahı yaradın. Bu siyahının elementləri cəmini və müsbət elementlırinin sayını siyahıda 1-ci və 2-ci mövqeyə əlavə edin

  • Cüt sayda təsadüfi ədədlərdən ibarət siyahı yaradın. Bu siyahının 1-ci yarısının elementləri ilə 2-ci yarısının elementlərinin yerini dəyişməklə alınan siyahını ekrana çıxarın

  • Aşağıda sabitlərdən ibarət lüğət verilmişdir:

    constants = {"pi": 3.14, "e": 2.71, "root 2": 1.41}
    Bu lüğətə fiziki g(sərbəstdüşmə təcili) sabitini əlavə edin.

    1. N elementdən ibarət siyahı verilmişdir.Bu siyahıda A[1] → A[2]; A[2] → A[3]; ... A[n] → A[1] yerdəyişməsini aparmaqla alına siyahını ekrana çıxarın.

    2. N elementdən ibarət siyahı verilmişdir.Bu siyahıda tək nömrəli elementləri cüt nömrəli elementlərlə əvəz edin : A[1] ↔ A[2]; A[3] ↔ A[4] ...

    3. İstənilən il daxil edin. Bu ilin uzun il (fevral 29 gün olduqda il uzun il sayılır) olduğunu və hansı əsrə aid olduğunu təyin edin

    4. Həqiqi A ədədi verilmişdir. Aşağıdakı qayda ilə f(A)-nı hesablayın: əgər x ≤ 0, onda f(x) = 0 ; əgər 0 < x < 1 isə, onda f(x) = x^2 − x , əks halda : f(x) = x^2 − sin(πx^2).

    5. A,B və C təsadüfi ədədlərini yaradın. Tərəfləri bu ədələr olan üçbucaq qurmaq mümkündürsə ekrana bu ədədləri və YES çıxarın. Əks halda, bu ədədlərdən ibarət üçbucaq qurmaq mümkün olana qədər prosesi təkrar edin.

    6. A,B və C təsadüfi ədədlərini yaradın. Tərəfləri bu ədələr olan üçbucaq qurmaq mümkündürsə ekrana bu ədədləri və YES çıxarın. Əgər alınan üçbucaq düzbucaqlı üçbucaqdırsa, ekrana 1, əks halda 0 çıxarın.

    7. Tutaq ki, 5-rəqəmli pul məbləği verilmişdir. Bu məbləği 200, 100, 50, 20, 10, 5 və 1 manatlıq pul vahidləri ilə xırdaladıqda hər pul vahidindən neçə dənə olacaq?

    8. Tərəfləri a, b və c olan yeşik verilmişdir. Bu yeşiyi ölçüləri m x n olan qapıdan keçirmək olarmı?

    9. İnformasiyanın həcmi bitlə verilmişdir. Onu bayta, kilobayta və meqabayta çevirin.

    10. N ədədini daxil edin. 12+22+...+N2 cəmini hesablayın.

    11. N ədədini daxil edin. 13+23+...+N3 cəmini hesablayın.

    12. 1x2+2x3+3x4+...99x100 cəmini hesablayın.

    13. N ədədini daxil edin. 12+22+...+N2 cəminin 13+23+...+N3 cəminin neçə faizini təşkil etdiyini hesablayın.

    14. Π-ədədinin təqribi hesablanması üçün aşağıdakı düsturdan istifadə etməklə ilk 15 toplanandan istifadə etməklə onun qiymətini hesablayın:




    1. XİX əsrdə informasiyanın teleqraf vasitəsilə ötürülməsi üçün Morze əlifbası yaradılmışdır. Həmin əlifbanın 160 ildən çox yaşının olmasına baxmayaraq bu gün də istifadə olunmaqdadır.


    “Azerbaycan” sözünün kodlaşdırılması üçün proqram tərtib edin. Kömək: Lüğətlərdən istifadə edin.

    1. Ən qədim şifrələmə metodlarından biri Yuli Sezara məxsusdur. Onun şifrələmə metodunda hər bir hərf 3 mövqe sağa sürüşdürməklə alınan hərflə kodlaşdırılır. Məsələn: A -> D, B->E, C->F və s. Əlifbanın sonuncu 3 hərfi isə əvvələ sürüşdürülür. Yəni X->A, Y->B, Z->C olur. Rəqəmlər və digər xüsusi simvollar şifrələnmir. Bu şifrələmə metodundan istifadə etməkə “Azerbaycan” sözünün kodlaşdırılması üçün proqram tərtib edin.

    2. Nyuton metodu ilə klaviaturadan daxil edilmiş ədədin kvadrat kökünün təqribi tapılması üçün proqram tərtib edin. Qeyd: Alqoritm aşağıdakı iterasiyalar ardıcıllığına əsaslanır: Tutaq ki, verilmiş X ədədinin kvadrat kökünü təqribi hesablamaq lazımdır.

    A1=1 (və ya A1-i kvadratı həmin ədədi aşmayan ədəd götürmək olar)
    A2=0.5 *(A1 + X/A1)
    A3=0.5* (A2 + X/A2)
    A/n+1/=0.5*(An+X/An)
    Verilmiş dəqiqliklə klaviaturadan daxil edilmiş X ədədinin kvadrat kökünü təqribi hesablamaq üçün proqram tərtib edin.



    1. Aşağıda verilmiş siranın ilk N elementinin cəmini hesablayın. N – klaviaturadan daxil edilir.



    1. Aşağıda verilmiş siranın ilk N elementinin cəmini hesablayın. N – klaviaturadan daxil edilir.





    1. Aşağıda verilmiş siranın ilk N elementinin cəmini hesablayın. N – klaviaturadan daxil edilir.



    1. Aşağıda verilmiş siranın ilk N elementinin cəmini hesablayın. N – klaviaturadan daxil edilir


    Yüklə 80,59 Kb.

    Dostları ilə paylaş:
  • 1   2




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin