L. panteleyev



Yüklə 1.5 Mb.
Pdf просмотр
səhifə1/3
tarix23.06.2017
ölçüsü1.5 Mb.
  1   2   3

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 

 



L. PANTELEYEV 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

AZƏRBAYCAN 

UġAQ VƏ GƏNCLƏR ƏDƏBĠYATI NƏġRĠYYATI 

BAKI – 1956 

 

 


F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 

 



BALACA BELA ĠLƏ TAMARA  

HAQQINDA HEKAYƏLƏR 

 

D Ə N Ġ Z D Ə 



 

Bir ananın iki qızı vardı. 

Qızlardan biri balaca, o biri isə bir qədər böyük idi. Balaca qız ağbəniz, 

böyük qız isə qarayanız idi. Ağ qızın adı Bela, qara qızın adı Tamara idi. 

Bu qızlar heç sözə baxmırdılar. 

Yayda onlar bağa köçürdülər. 

Bir dəfə qızlar gəlib dedilər: 

 



Ana,  ay  ana,  olarmı  gedib  dənizdə 

çimək? 


 

Kiminlə  gedəcəksiniz,  ay  bala?—  deyə 



ana  soruĢdu.—Mən  gedə  bilmərəm.  Vaxtım 

yoxdur. Nahar hazırlamalıyam. 

 

Özümüz  tək  gedərik,—deyə  qızlar 



dilləndilər. 

 



Necə yəni tək? 

 



Elə belə. Əl-ələ verib gedərik. 

 



Azmazsınız ki? 

 



Yox,  yox,  azmarıq,  qorxma.  Küçələrin 

hamısını yaxĢı tanıyırıq. 

 

 



 

Di  yaxĢı,  gedin,—deyə  ana  razılıq 



 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 

verdi.—Amma mənə baxın: çimməyi 



qadağan  edirəm.  Ayaqlarınızı  soyunub  suda 

islada bilərsiniz. Qumla oynamağa da sözüm yoxdur. 

Lakin çimmək—heç cür olmaz. 

Qızlar ona söz verdilər ki, çimməyəcəklər. 

Hər  ikisi  özləri    ilə  bir  kiçik  bel,  bir  neçə 

müxtəlif  Ģəkilli  qəlib  və  kiçik  bir  krujevalı  çətir  gö-

türüb dənizə getdilər. 

Qızların çox qəĢəng paltarı vardı. 

Bela  mavi  bant  bağlanmıĢ  çəhrayı  paltar,  Tamara  isə  əksinə,  çəhrayı  bant 

bağlanmıĢ mavi paltar geymiĢdi. Ancaq papaqları bir cürdü. Hər ikisinin baĢında 

qırmızı qotazı olan göy rəngli ispan papağı vardı. 

Qızlar küçə ilə gedəndə, buradan ötüb keçənlər ayağını saxlayıb deyirdi: 

 

Gör, nə qəĢəng qızlardır! 



Bu  sözlər  qızların  xoĢuna  gəlirdi.  Onlar  çətiri  də  açıb  baĢlarının  üstündə 

tutdular ki, daha qəĢəng görünsünlər. 

Qızlar  gəlib  dənizə  çatdılar.  Əvvəlcə  qumla  oynamağa  baĢladılar.  Quyu 

qazdılar, qum kökəsi qayırdılar, qumdan balaca ev qurdular, adam düzəltdilər... 

Onlar o qədər oynadılar ki, lap istiləndilər. 

Tamara dedi: 

 

Bela, bilirsən nə var? Gəl çimək! 



 

Elə Ģey olar?—deyə Bela cavab verdi.—Axı anamız icazə vermədi. 



 

Nə  olsun  ki,—deyə  Tamara  dilləndi.—Biz  elə  çimərik  ki,  anamızın  heç 



xəbəri də olmaz. 

Bu qızlar heç sözə qulaq asmırdılar. 

Onlar  tez  soyundular,  paltarlarını  bir  ağacın  altında  qoyub  suya  tərəf  qaç- 

dılar. 


Qızlar  çimən  zaman  oğru  gəlib  onların  Ģeylərinin  hamısını:  paltarlarını  da, 

gödək tumanlarını da, köynəklərini də, səndəllərini də, hətta qırmızı qotazlı ispan 

papaqlarını da apardı. Oğru təkcə kiçik krujevalı çətirə və qəliblərə dəymədi. Çətir 

ona  lazım  deyildi  —  axı  o,  qız  deyildi,  oğru  idi,  qəlibləri  isə  görməmiĢdi.  Onlar 

kənarda,ağacın altında qalmıĢdı. 

Qızların heç Ģeydən xəbəri olmadı. 

Onlar dənizdə çimə-çimə o yan, bu yana qaçır, bir-birinin üstünə su sıçradır, 

üzür və yenə də suya cumurdular.... 

Elə  bu  zaman  oğru  gəlib  onların  paltarlarını 

aparmıĢdı.  

Qızlar  sudan  çıxıb  geyinməyə  yüyürdülər.  Gəlib 

gördülər heç nə  yoxdur: nə paltarları var,  nə tumanları, 

nə  də  köynəkləri.  Hətta  qırmızı  qotazlı  ispan  papaqları 

da itmiĢdi. 

Qızlar fikrə getdilər: 


F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 

―Bəlkə  biz  həmin  yerə  gəlməmiĢik?  Bəlkə  biz  ayrı  bir  ağacın  altında 



soyunmuĢduq?‖ 

Lakin belə deyildi. Qızlar gördülər ki, çətir də buradadır, qəliblər də. 

Deməli, onlar elə burada, bu ağacın altında soyunmuĢdular. 

Qızlar baĢa düĢdülər ki, onların paltarları oğurlanmıĢdır. 

Hər  ikisi  ağacın  altında,  qumun  üstündə  oturub  bərkdən  ağlamağa 

baĢladılar. 

Bela dedi: 

 



Tamaracan!  Əzizim!  Axı  anamızın  sözünə  niyə  qulaq  asmadıq?  Nə 

üçün çimməyə getdik? Ġndi biz evə necə gedib çıxacağıq? 

Tamara özü də nə edəcəyini bilmirdi. Heç qısa tumanları da qalmamıĢdı. 

Onlar evə lütmü getməli olacaqdılar? 

AxĢam yaxınlaĢırdı. Hava soyuyurdu. Külək əsməyə baĢlamıĢdı. 

Qızlar  gördülər  ki,  çarə  yoxdur,  getmək  lazımdır.  Hər  ikisi  soyuqdan 

titrəyərək, gömgöy göyərib donmuĢdular. 

Onlar bir az oturub fikirləĢdilər, ağladılar və durub evə yollandılar. 

Evləri uzaqda idi. Evə getmək üçün üç küçədən keçmək lazım idi. 

Adamlar bir də gördülər: küçə ilə iki qız gedir. 

Qızlardan biri balaca, o biri bir qədər böyük. Balaca qız ağyanız, böyük 

qız qarayanızdır. Ağ qızın əlində bir çətir, qara qızın əlində tor, torun da içində 

müxtəlif qəliblər vardır. 

Qızların ikisi də tamamilə lütdür. 

Hamı onlara baxır, təəccüblənir, barmaqla göstərib: 

 



Görün,—deyirlər,—necə də gülməli qızlardır! 

Bu sözlər heç də qızların xoĢuna gəlmir. Hamı səni barmaqla göstərəndə, bu 

heç sənin xoĢuna gələr?! 

Bir  də  görürlər  ki,  tində  bir  milis  nəfəri  durmuĢdur.  Onun  papağı  ağ, 

köynəyi ağ, hətta əllərinə geydiyi əlcəkləri də ağdır. 

O  görür  ki,  bir  dəstə  adam  gəlir.  Milis  nəfəri  fitini  çıxarıb  çalır.  Fiti  eĢidib 

hamı ayaq saxlayır. Qızlar da dayanırlar. Milis nəfəri camaatdan soruĢur: 

 



YoldaĢlar, nə olmuĢdur? 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 



 

Heç  bilirsinizmi,  nə  olmuĢdur?  — 

deyə  adamlar  cavab  verirlər.—Bu  qızlar 

küçədə lüt gəzirlər. 

Milis nəfəri onlara: 

 



Bu-u  nədir  belə?  Hə?  VətəndaĢlar, 

kim sizə ixtiyar verib küçədə çılpaq gəzəsiniz? 

Qızlar  elə  qorxdular  ki,  ağızlarını  açıb 

danıĢa  da  bilmədilər.  Burunlarını  çəkə-çəkə 

qaldılar, elə bil, evkamdılar. 

Milis nəfəri dedi: 

 

Siz  bəyəm  bilmirsiniz,  küçəyə 



çılpaq  çıxmaq  olmaz?  Hə?!  Bax,  bunun 

üstündə  sizi  elə  bu  saat  milis  idarəsinə 

aparsam, necə olar? Hə? 

Qızlar daha da qorxuya düĢüb dedilər: 

 

Yox,  aparmayın.  Ġstəməz,  aparmayın,  lazım  deyildir.  Bizim  təqsirimiz 



yoxdur. Paltarlarımızı oğurlamıĢlar. 

 



Kim oğurlamıĢdır? 

Qızlar dedilər: 

 

Bilmirik. Biz dənizdə çiməndə oğru gəlib paltarlarımızın hamısını aparıb. 



 

Belə de!—deyə milis nəfəri səsləndi. 



Sonra fikrə getdi, fitini gizlədib dedi: 

 



Harada yaĢayırsınız, a qızlar? 

 



Biz, bax o döngədən o tərəfdəki yaĢıl bağda oluruq. 

Milis nəfəri dedi: 

 

Hə,  onda  bu  saat  cəld  yaĢıl  bağınıza  qaçın.  Əyninizə  isti  paltar  geyin. 



Bir də heç vaxt küçəyə çılpaq çıxmayın... 

Qızlar elə sevindilər ki, heç bir söz deməyib evə götürüldülər. 

Elə bu zaman qızların anası bağda süfrə salırdı. 

O birdən gördü ki, qızları: Bela və Tamara qaça-qaça gəlirlər. Özləri də çıl-

çılpaqdır. 

Ana elə qorxdu ki, əlindəki dərin boĢqabı yerə saldı. 

 

Ay uĢaq! Sizə nə olub? Niyə paltarsızsınız?—deyə ana soruĢdu. 



Bela çığıra-çığıra dedi: 

 



Anacan! Bilirsən, paltarlarımızı oğurlayıblar! 

 



Necə, oğurlayıblar? Axı kim sizi soyundurdu? 

 



Biz özümüz soyunduq. 

 



Axı  özünüz  niyə  soyunurdunuz?  Qızlar  deməyə  söz  tapmadılar. 

Burunlarını çəkə-çəkə qaldılar. 

Ana yenə də soruĢdu: 

 



Axı neyləyirdiniz? Demək, çimirdiniz? 

Q ızlar: 



F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 



 

Bəli,—dedilər.—Bir azca çimdik.  

Ana bunu eĢidəndə hirslənib dedi: 

 



Ah,  yaramaz  dəcəllər!  Ah,  sözə  qulaq  asmayanlar!  Ġndi  mən  sizə  nə 

geydirim? Axı bütün paltarları yuyulmağa vermiĢəm... 

Sonra əlavə etdi: 

 



YaxĢı, indi görərsiniz! Mən də sizi həmiĢə belə çıl-çılpaq gəzdirib cəza 

verərəm. 

Qızlar qorxub dedilər: 

 



Bəlkə birdən yağıĢ yağdı? 

Ana: 


 

Eybi yoxdur.—dedi.— Sizin çətiriniz var. 



 

Bəs qıĢda? 



 

QıĢda da belə gəzin... 



Bela ağlaya-ağlaya dedi: 

 



Anacan! Onda mən cib dəsmalımı hara qoyaram? Axı mənim heç bircə 

cibim də qalmayıb. 

Birdən  bala  qapı  açıldı  və  bir  milis  nəfəri  həyətə  girdi.  O,  əlində  bir  ağ 

bağlama gətirirdi. 

Milis nəfəri dedi: 

 



Küçədə lüt gəzən qızlar buradamı yaĢayırlar? 

 



Bəli,  bəli,  yoldaĢ  milisyoner,—  deyə  ana  cavab  verdi.—O,  sözə 

baxmayan qızlar budur, buradadırlar. 

Milis nəfəri dedi: 

 



Onda  görün  nə  deyirəm.  Tez  olun  alın  bu  Ģeylərinizi.  Mən  oqrunu 

tutmuĢam. 

Milis  nəfəri  bağlamanı  açdı,  siz  necə  bilirsiniz,  orada  nə  vardı?  Qızların 

bütün Ģeyləri: çəhrayı bant bağlanmıĢ mavi paltar da, mavi bant bağlanmıĢ çəhrayı 

paltar  da,  səndəllər  də,  corablar  da,  qısa  tumanlar  da.  Hətta  ciblərindəki  burun 

dəsmalları da yerində idi. 

Bela soruĢdu: 

 



Bəs ispan papaqları hanı? 

Milis nəfəri dedi: 

 

Ġspan papaqlarını verməyəcəyəm. 



 

Niyə? 



 

Ona görə ki,—deyə milis nəfəri cavab verdi,—bu cür papaqları ancaq lap 



yaxĢı  qızlar  baĢlarına  qoya  bilərlər...  Siz  isə,  görürəm  ki,  o  qədər  də  yaxĢı  qızlar 

deyilsiniz... 

 

Bəli,  elədir,—deyə  ana  dilləndi.—  Onlar  analarının  sözünə  baxmayınca 



xahiĢ edirəm papaqlarını verməyin. 

 



Ananızın sözünə baxacaqsınızmı?— deyə milis nəfəri soruĢdu. 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 



 

Baxacağıq, baxacağıq!—deyə Bela ilə Tamara qıĢqırıĢdılar. 

Milis nəfəri dedi: 

 



Görək də, sabah gəlib... öyrənəcəyəm. 

Bu sözləri deyib milis nəfəri getdi. 

Papaqları da apardı. 

Sabah  nə  olacağı  hələ  məlum  deyildir.  Axı  sabah  hələ  gəlib  çatmamıĢdır. 

Sabah—sabah olacaqdır. 

Bir dəfə axĢam ana qızlarını yatırdarkən dedi: 

Sabah səhərdən yaxĢı hava olsa, heç bilirsinizmi hara gedəcəyik? 

 



Hara?, 

Ana dedi: 

 

Di, tapın görək. 



 

Dənizə? 



 

Yox. 



 

Çiçək yığmağa? 



 

Yox. 



Bela dedi: 

 



Mən bilirəm hara. Ağ neft almaq üçün dükana gedəcəyik. 

 



Yox, —deyə ana cavab verdi.—Sabah səhərdən yaxĢı hava olsa, meĢəyə 

göbələk yığmağa gedəcəyik. 

Bela ilə Tamara elə sevindilər, elə atılıb düĢdülər ki, az qaldılar çarpayıdan 

döĢəməyə yıxılsınlar. 

Necə  də  sevinməyəydilər!..  Axı  onlar  hələ  heç  vaxt  meĢədə  olmamıĢdılar. 

Onlar  çiçək  yığmıĢdılar.  Dənizdə  çimməyə  getmiĢdilər.  Hətta  anaları  ilə  birlikdə 

dükandan ağ neft almağa da getmiĢdilər. 

Lakin onları meĢəyə hələ bircə dəfə də aparan olmamıĢdı. Buna görə də hər 

ikisi indiyə qədər göbələyi ancaq qızardılmıĢ halda—boĢqabda görmüĢdülər. 

Sevindiklərindən  uzun  müddət  qızların  gözlərinə  yuxu  getmədi.  Onlar 

özlərinin  balaca  çarpayılarında  hey  o  tərəf  bu  tərəfə  çevrilib  fikirləĢirdilər: 

görəsən, sabah hava necə olacaq? 

―Eh, kaĢ hava pis olmayaydı, bircə günəĢ çıxaydı‖ 

Onlar səhər gözlərini açan kimi: 

 

Anacan! Hava necədir?—deyə soruĢdular. 



 

Eh,  qızlarım,  hava  yaxĢı  deyildir.  Göyün 



üzündə bulutlar dolanır,—deyə ana onlara cavab verdi. 

Qızlar  qaçıb  bağa  çıxdılar  və  az  qaldılar  ki, 

ağlasınlar. 

Gördülər  ki,  doğrudan  da  bulutlar  göyün  üzünü 

tamam  örtmüĢdür,  özü  də  bulutlar  elə  qorxunc,  elə 

qaradır ki, elə bil indicə yağıĢ yağacaqdır. 

Qızların məyus olduqlarını görən ana dedi: 

 



Eybi  yoxdur,  qızlarım.  Ağlamayın.  Bəlkə  bu 

bulutlar dağıldı... 



F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 

Qızlar fikirləĢdilər: 



―Axı  onları  kim  dağıdacaq?  MeĢəyə  getməyən  üçün  bunun  fərqi  yoxdur. 

Ona bulut mane olmur. Gərək bulutları biz özümüz dağıdaq‖. 

Onlar  belə  deyib  bağda  əllərini  yellədə-yellədə  qaçmağa  və  bulutları 

dağıtmağa baĢladılar. Hey o tərəf bu tərəfə qaçır, əllərini yelləyir və  deyirdilər: 

 

Ay  bulutlar!  Çıxın  gedin!  Rədd  olun!  Axı  bizi  meĢəyə  getməyə 



qoymursunuz. 

Qızların əllərini yaxĢı yellətdiklərindənmi ya da bir yerdə durmaqdan təngə 

gəldiklərindənmi  bulutlar  birdən-birə  dağılıĢmağa  baĢladılar.  Qızlar  göz  açmağa 

belə macal tapmamıĢ, göydə günəĢ göründü, otlar parıldadı, quĢlar cikkildəĢdi... 

 

Anacan!—deyə qızlar çığırıĢdılar.—Bir gör: bulutlar qorxdular, qaçdılar! 



Ana pəncərədən baxıb dedi: 

 



Bıy! Bulutlar necə oldu? 

Qızlar dedilər: 

 

Qaçdılar... 



Ana dedi: 

 



Siz necə də qoçaqsınız! Hə, indi meĢəyə də getmək olar. UĢaqlar, di tez 

geyinin, yoxsa birdən, bulutlar fikrini dəyiĢib geri qayıdar. 

Qızlar  qorxub  tez  geyinməyə  qaçdılar.  Bu  zaman  ana  da  ev  sahibəsinin 

yanına gedib üç zənbil gətirdi: bir yekə zənbil — özü üçün, iki də xırda zənbil — 

Bela ilə Tamara üçün. Sonra onlar yeyib-içdilər və meĢəyə getdilər. 

Onlar  gəlib  meĢəyə  çatdılar.  MeĢə  sakit  və  qaranlıq  idi,  heç  kəs  yox  idi. 

Təkcə ağaclardı. 

Bela dedi: 

 

Anacan! Burada canavar varmı? 



 

Burada  yoxdur,  onlar  meĢənin  kənarında  olmur,—deyə  ana  cavab 



verdi,—deyirlər, orada, meĢənin içərilərində canavar yaman çoxdur. 

Bela dedi: 

 

Vay, onda mən qorxuram. 



 

Qorxmaq lazım deyil,—deyə ana dilləndi.—Biz çox uzağa getməyəcəyik. 



Elə burada, meĢənin kənarında göbələk yığacağıq. 

Bela soruĢdu: 

 

Anacan! Göbələk necə olur axı? O ağacda bitir? 



Hə? 

Tamara dedi: 

 

Sarsaq! Heç göbələk ağacda bitər? O, giləmeyvə 



kimi kolda olur. 

 



Yox,—  deyə  ana  onlara    cavab  verdi,  — 

göbələk  yerdə,  ağacların  altında  olur.  Bax  indicə 

görəcəksiniz. Gəlin axtaraq. 

Qızlar isə heç bilmirdilər göbələyi necə axtarsınlar. 



F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 

Ana gedə-gedə ayağının altına baxır, sağa-sola göz gəzdirir, hər ağacın dövrəsinə 



dolanır,  hər  bir  kötüyü  gözdən  keçirirdi.  Qızlar  isə  onun  arxasınca  gedir  və  nə 

edəcəklərini bilmirdilər. 

 

Budur  bax,  —  deyə  ana  onları  səslədi,—tez  olun  bura  gəlin.  Birinci  gö-



bələyi mən tapdım. 

Qızlar qaçıb gələrək: 

 

Göstər, göstər!—dedilər. 



Gördülər  ki,  ağacın  altında  balaca,  ağappaq  bir  göbələk  var.  Ancaq  o,  elə 

xırda idi ki, heç görmək belə olmurdu — yerdən təkcə papağı çıxmıĢdı. 

Ana dedi: 

 



Bu ən ləzzətli göbələkdir. Buna ağ göbələk deyirlər. Görürsünüzmü, onun 

papağı necə ağdır? Lap Belanın papağı kimidir. 

Bela dedi: 

 



Yox, mənimki ondan yaxĢıdır. 

Tamara dedi: 

 

Amma səni yemək olmaz. 



Bela dedi: 

 



Yox, olar. 

 



Onda gəl yeyim,—deyə Tamara cavab verdi. 

Ana dedi: 

 

Qızlar,  bəsdirin,  mübahisə  etməyin.  YaxĢısı budur, gəlin göbələk  yığaq. 



Görürsünüzmü, bax, birini də tapdım. 

Ana çöməldi və bıçaqla bir göbələk də kəsib götürdü. Bu göbələyin papağı 

xırda, gövdəsi isə it ayağı kimi tüklü və uzun idi. 

Ana dedi: 

—Buna da ağ göbələk deyirlər. Özü də qayın ağacının altında bitir. Bu isə 

darçını göbələkdir. Görün onun papağı necə parıldayır. 

—Hə, hə,—deyə qızlar təsdiq etdilər, —elə bil ağ sürtüblər. 

—Bu isə—çiy yeyilən göbələkdir. 

Qızlar dedilər: 

 



Uf, nə qəĢəngdirlər! 

 



Hə, bunu çiy-çiy yeyirlər. 

—Axı necə çiy-çiy? Elə belə, qaynatmadan, qızartmadan? 

 

Hə,—deyə  ana  cavab  verdi.—Bunu  yuyub,  təmizləyir  və  duz  səpib 



yeyirlər. 

 



Bəs duzsuz yemək olmaz? 

—Yox, dadsız olur. 

—Bgs duzla? 

—Duzla yemək olar. 

Bela dedi: 

—Bəs duzsuz yesən nə olar? 

 

Mən  bir  dəfə  dedim  ki,  duzsuz  bu  göbələkləri  yemək  olmaz,—  deyə 



ana təkrar cavab verdi. 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 

Bela dedi: 



 

Deməli, duzla yemək olar? 



Ana dedi: 

 



Eh, sən nə yaman gec baĢa düĢənsən! 

Ana  hirsləndi,  zənbilini  götürüb  uzaqlaĢdı.  O,  gedə-

gedə hey əyilib göbələk yığırdı. Qızlar isə boĢ zənbillə onun 

dalınca  gedir,  özləri  də  heç  Ģey  tapmırdılar  və  elə  hey 

soruĢurdular: 

—Bu hansı göbələkdir? Bəs bu nə göbələyidir? 

Ana da hamısını onlara baĢa salırdı: 

 



Bax, bu qırmızı göbələkdir, bu da baĢqa cür qırmızı 

göbələkdir.  Bu  papaqlı  ağ  göbələkdir.  Bu  isə  xoruz 

göbələyidir... 

Birdən o, ağaclardan birinin altında dayanıb dedi: 

 

Qızlar, bax bu, çox pis göbələkdir. Görürsünüzmü? Bunu yemirlər. Onu 



yeyən xəstələnər, hətta ölə də bilər. Bu it göbələyidir. 

Qızlar qorxub soruĢdular: 

 

Bəs bu pis göbələyin adı nədir? 



Ana dedi: 

 



Ona it göbələyi deyirlər. 

Bela çöməlib oturaraq: 

 

Anacan!—deyə soruĢdu. —Bu göbələyə əl vurmaq olarmı? 



Ana dedi: 

 



Olar qızım. 

Bela dedi: 

 

Onda mən ölmərəm ki? 



 

Yox, ölməzsən,—deyə ana cavab verdi. 



Bundan sonra Bela barmağını it göbələyinə toxundurdu və: 

 



Uf, hayıf: yanı bunları heç duzla da yemək olmaz? 

Ana dedi: 

 

Yox, hətta Ģəkərlə də yemək olmaz. 



Ananın  zənbili  göbələklə  dolmuĢdu,  qızlar  isə  heç  bir  göbələk  də 

yığmamıĢdılar. 

Ana bunu görüb dedi: 

 



Qızlar! Siz niyə göbələk yığmırsınız? 

 



Axı biz necə yığaq?—deyə ikisi də birdən dilləndilər,—Hamısını elə sən 

tapırsan. Biz yaxın gələndə görürük ki, heç nə yoxdur. 

Ana dedi: 

 



Təqsir özünüzdədir. Bir quyruq kimi mənim dalımca niyə qaçırsınız? 

 



Bəs necə edək? 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron 

Kitabları. 

 



 

Qaçmaq  lazım  deyil.  BaĢqa  yerləri  axtarmaq  lazımdır.  Mən  bura 

baxıram, siz də bir az o yana baxın. 

 



YaxĢı! Əgər birdən azsaq, onda? 

 



Siz hərdənbir ―huy‖ deyə çığırın, onda azmazsınız. 

Bela dedi: 

 

Əgər sən azarsansa? 



 

Mən də azmaram. Elə ―huy‖ deyə sizi çağıraram. 



Onlar belə  də  elədilər.  Ana  cığırla irəli getdi,  qızlar  isə  yana  dönüb  kollara 

tərəf addımladılar. Oradan, kolların dalından çağırdılar: 

 

Anacan, huy! 



Ana isə onlara cavab verdi: 

 



Burdayam qızlarım! Huy! 

 



Anacan, huy!—deyə qızlar yenə də çağırdılar. 

Ana isə onlara: 

 

Mən burdayam, qızlarım! Huy!—deyə cavab verirdi. 



Onlar beləcə bir-birlərini səslədilər. Lakin Tamara birdən dedi: 

 



Bela  bilirsən  nə  var?  Gəl  yalandan  kolun  dalında  oturub  səsimizi 

çıxartmayaq. 

Bela dedi: 

 



Axı nə üçün? 

Elə belə. Yalandan. Qoy anamız elə bilsin ki, bizi canavar yeyib. 

Ana: 



 



Huy! Huy!—deyə onları səslədi.

 

Qızlar isə sakitcə kolun dalında oturub susurdular. Guya ki, onları doğrudan 



da canavar yemiĢdi. 

 



Ay  qızlar!  Huy!  Huy!—deyə  ana  çığırırdı.—Siz  haradasınız?  Sizə  nə 

oldu?.. 


Bela dedi: 

 



Tamaracan, gəl qaçaq! Yoxsa birdən o, çıxıb gedər, biz də azarıq. 

Tamara dedi: 

 

YaxĢı. Di otur. Qorxma, özümüzü ona yetirərik. 



Ana getdikcə onlardan uzaqlaĢırdı. Onun səsi daha uzaqdan, həm də çox zəif 

eĢidilirdi: 

 

Huy! Huy! Huy!.. 



Birdən ətrafa tamamilə sakitlik çökdü. 

Bunu  görən  qızlar  yerlərindən  qalxıb  tez  kolun 

dalından çıxdılar. FikirləĢdilər ki, ananı çağırmaq lazımdır. 

Qızlar: 


Anacan, huy! — deyə qıĢqırıĢdılar. 

Ana  cavab  vermədi.  O,  qızlardan  çox  aralanmıĢdı,  onların 

səsini eĢitmirdi. 

Qızlar qorxuya düĢüb qaça-qaça çağırmağa baĢladılar: 





Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə