L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ


X.  Kür-Araz vilayəti (rayonu)



Yüklə 8.61 Mb.
Pdf просмотр
səhifə9/19
tarix25.05.2017
ölçüsü8.61 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

X.  Kür-Araz vilayəti (rayonu).
Bu vilayət digərləri  ilə müqayisədə ən iri ərazini  tutur -  2570 min 
hektar.  Vilayətin  ərazisi  əsasən  dəniz  səviyyəsindən  0-dan  75  metrə
77

qədər yerləşir, mərkəzi hissə və şərq tərəfi  dəniz  səviyyəsindən  aşa­
ğıdadır.
Bu vilayətdə əsasən yarımsəhra və quru bozqır yumşaq qış  və qu­
ru  isti  yay  iqlimi  yayılmışdır.  Buranın  istiliklə  təmin  olunması  10°- 
dən  yuxarı  hərarətin cəmi vilayətdə 4000-4800°-dir.
Vilayətin mərkəzi hissəsi  bezi göstəricilərə görə  şərq hissəsindən 
fərqlənir.  Onların fərqlənən xüsusiyyətləri  aşağıdakılardır:
1.  Rayonun mərkəzi və  qərb hissəsi vegetasiya dövrü ərzində  şər- 
qo  nisbətən  təxminən 2  dəfə  çox yağmurlar alır.  Bununla belə,  şərq­
də  quraq havanın təkrar olunması mərkəzi  hissəyə nisbətən 2  dəfə az 
olur.
2. Vilayətin şərq hissəsində mərkəzi hissəyə nisbətən böyük inten- 
sivli küləklər güclü olur. Ona görə də suvarmaya tələbat şərq hissədə 
bir qədər çoxdur.
3.  Şərq  hissədə  günəş  radiasiyası  mərkəzi  hissəyə  nisbətən  çox­
dur.
4.  Düzənliyin  mərkəzi  hissəsində  suvarma  kanalları  şərq  hissəyə 
nisbətən çoxdur, bu da qrunt (torpaqaltı) suların ciddi surətdə qalxma­
sına  səbəb olur.
5.  Vilayətin şərq hissəsində torpaqların neft məhsulları ilə çirklən­
məsi  mərkəzi  hissəyə  nisbətən  çoxdur.  Burada  eyni  zamanda,  kənd 
təsərrüfatında istifadə olunan torpaqların sıradan çıxması daha çoxdur.
6. Kənd təsərrüfatında istifadə edilən torpaqların xarakterinə və in­
tensivliyinə görə  də  öz aralarında  fərqlənirlər.
Yuxanda  göstərilən  və  digər səbəblərə  görə  Kür-Araz iqtisadi ra­
yonunu  2 yarımrayona bölmək olar:  Mərkəzi-step və  şərqi-step.
a) Mərkəzi  step yarımrayonu  (meşəsiz)  aşağıdakı  inzibati rayonla­
rı əhatə edir: Bərdə, Yevlax, Ağdaş, Ağdam, Ağcabədi, Ucar, Göyçay, 
Kürdəmir,  Beyləqan,  İmişli,  Fizuli və  Mingəçevir şəhəri.
Yarımrayonun ümumi ərazisi  1609,2 min hektardır, ondan kənd tə­
sərrüfatına yararlı  970,4  min hektardır (ümumi  ərazinin 60,3%-i).
Burada bitkilərin qışlaması üçün şərait əsasən əlverişlidir. Payızlıq 
buğda,  arpa  səpini  və  ot  səpini  qışm  orta  vaxtına  qədər  vegetasiya 
dövrü  keçirirlər.  Burada şaxtalar 3-4  gündən çox olmur.  Yarımrayon- 
da kənd  təsərrüfatının əsas  istiqaməti pambıqçılıq,  taxılçılıq,  tərəvəz­
çilik. bağçılıqdır. Quru subtropik və meşə əkinləri, qiymətli nar çeşid­
ləri, əncir, yapon ximiyi, badam, heyva, ərik, şaftalı, eyni zamanda pa­
lıb ,  çöl  ağcaqayını,  saqqız ağacı,  dəfnə, yunan  qozu,  zeytun və digər­
lə ri  müvəffəqiyyətlə bitirlər.  Burada meşə  formasiyasından əlavə  tə­
b ii  bitkilərdən səhra,  yarımsəhra,  çəmən,  su-bataqlıq və  eyni  zaman­
d a   bir çox yararsız (az əhəmiyyətli) bitkilərə  də rast gəlinir.
Yarımrayonda yovşanlıqlar əsas qış otlağı hesab olunurlar və onla­
rın   yüz minlərlə xırda  və  iri  buynuzlu  mal-qaranın  qış  fəslində  yeni­
lənməsində böyük rolu vardır.  Göründüyü kimi,  bu  yarımrayon  kənd 
təsərrüfatı bitkiləri və maldarçılıq məhsullarının alınması üçün böyük 
ehtiyat  mənbəyi  hesab  olunur.  Yarımrayon  sənayenin  və  kənd  təsər­
rüfatının inkişafı üçün böyük təbii  sərvət mənbəyi hesab olunur.
Lakin digər amillərdən əlavə, torpaqların eroziyası (cədvəl 12,14) 
v ə   torpaqların şoranlığı  (cədvəl  15) xalq təsərrüfatının inkişafına ma­
ne  olan  əsas səbəblərdəndir.  Bununla  belə,  əgər meşəmeliorasiya  və 
suvarmaya müvafiq xərclər qoyularsa və meşəmeliorasiyası inkişaf et­
dirilərsə,  burada  xeyli  torpaq  ərazilərini  şum  sahəsinə,  otlaqlara  və 
m eyvə bağı və meşə plantasiyalarına çevirmək  olar.
Bu  yarımrayonda  torpaq,  su  və  hava Mingəçevirin,  Yevlaxın,  Əli 
Bayramlının,  Sabirabadın  və  digər  rayonların  müxtəlif müəssisələri 
tərəfindən çirkləndirilir.
Bu  şəhərlərdə  onlarca sənaye obyektləri  fəaliyyət  göstərir.  Bu ra­
yonun hava hövzəsi əsasən pambıqtəmizləmə  zavodlarının tullantıla­
rı  ilə  çirkləndirilir.  Misal, üçün,  pambıqtəmizləyən zavoddan  1000  m 
aralı  tozun orta konsentrasiyası  Ucar şəhərində  1,5  mqr/m3, Yevlaxda
1.05  mqr/m3-dir.
Bütöv  Kür-Araz rayonunda  havanın tozla çirklənməsinə  icazə  ve­
rilən  həddən 2,4 dəfə  çoxdur və  bu  ətraf mühitə mənfi  təsir göstərir, 
hətta kurort şəhəri olan Naftalanda tozun konsentrasiyası normadan 2-
2.5  dəfə çoxdur.
Göstərilənlərlə  əlaqədar olaraq qeyd etmək  olar ki,  bölgənin eko­
loji  gərginliyini azaltmaq üçün bir çox texniki,  təsərrüfatı  və təşkilati 
məsələlər həll  olunmalıdır.  Bu  tədbirlər içərisində  meşəçilik  və  me- 
şəmeliorativ işləri üzrə  tədbirlər əsas yer tutmalıdır.
Bu rayonda meşələr çox da böyük olmayan sahələri  tuturlar. Onlar 
ayn-ayrı  ada  şəklində  Kür  çayı  ətrafında  qalmışdır.  Burada  meşələr 
cəmi 28,4 min hektardır, meşəlilik  1,7%-dir, onlar aşağı məhsuldardır­
lar.  Burada  orta  sıxlıq  0,49,  orta  yaş  42  ildir.  Hər  adam  başına  0,01 
hektar meşə, 0,69 m3  oduncaq düşür.
78
79

Yuxarıda deyilənləri nəzərə  alaraq  qeyd edək ki,  ekoloji  gərginli­
yin  azaldılması  və  iqtisadiyyatın  yüksəlməsi  üçün  bu  yarımrayonda 
kompleks  işlər:  tuqay meşələrinin bərpa  olması,  torpaqqoruyucu  me­
şələrin yaradılması,  iri  suvarma kanallarının,  şosse  yollarının  ətrafın­
da qoruyucu meşələrin yaradılması tədbirləri həyata keçirilməli, yaşa­
yış qəsəbələri yaşıllaşdırılmalıdır.
b)  Şərqi-step  yarımrayonu.  Kür-Araz  düzənliyinin  şərq  hissəsini 
əhatə  edir.  Bura  Salyan,  Sabirabad,  Saatlı,  Neftçala,  Biləsuvar,  Qazı 
Məmməd inzibati rayonları və Əli Bayramlı şəhəri  daxildir.
Yarımrayonun  ümumi  sahəsi  522,7  min  hektardır,  o  cümlədən 
kənd təsərrüfatına  yararlı  sahə  307,0  min  hektardır  (ümumi  ərazinin 
58,7%-i qədər).
Cədvəl  12  və  cədvəl  15-dən  göründüyü  kimi,  bu  yarımrayonda 
xeyli ərazilər eroziyaya və  şoranlığa məruz qalmışdır.  Bundan əvvəl­
ki  yarımrayonlarla müqayisədə  burda təbii  sərvətlər azdır.  Bu yarım- 
rayonda şum altında istifadə etmək üçün yararlı torpaqlar azdır (erozi­
yaya  və  şoranlığa  məruz  qaldığına,  suvarma  suyunun  azlığına  görə, 
xüsusilə  Salyan  bozqırlığmda).  Özünün  təbii  və  təsərrüfatı  xüsusiy­
yətlərinə  görə  dağətəyi  torpaqları  (Saatlı,  Biləsuvar  rayonları)  və 
Arazətrafı ərazilər bitkilərin  inkişafı üçün az-çox əlverişlidir.
Bu yarımrayonda cəmi 2,9 min hektar meşə torpağı vardır.  Onların 
çoxu  süni surətdə yaradılmışdır.  Onlar çox kasad və  az məhsuldardır­
lar.  Ərazinin  meşəliliyi  demək  olar  ki,  sıfıra  bərabərdir.  Bütün  bu 
amillər göstərir ki, Kür-Araz düzənliyinin şərq hissəsində ekoloji və­
ziyyət .çox gərgindir.
Ona  görə  də  burada  torpaqların,  bitkilərin  və  meşə  ağaclıqlarının 
qorunması  və  artırılması  üçün  xüsusi  strategiya  lazımdır.  Burada,  əl­
bəttə,  meşəmeliorasiyası  və  ümumiyyətlə  torpağın  və  iqlimin melio­
rasiyası  aparılmalıdır.  Belə  ki,  bu  bölgənin  iqtisadiyyatını  qaldırmaq 
və ekoloji sabitlik yaratmaq üçün bunlarsız keçinmək olmaz.
80
TALIŞ RAYONUNUN  TORPAQLARININ 
EROZİYAYA  UĞRAMA DƏRƏCƏSİ
Cədvəl  14
İnzibati ra­
yonlar
Ümumi şa­
ha hektar
Eroziyaya 
məruz qal­
mayan
Zəif Erozi­
yaya  uğra­
yan
Eroziyaya
uğrayan
torpaqlar
Güclü ero­
ziyaya  mə­
ruz qalmış
Cəlilabad
144536
105836
15683
14405
8612
Astara
61643
52963
2850
2540
3290
Lənkəran
153941
126721
9525
966
8031
Lerik
135172
67227
24123
14620
19202
Masallı
72097
55610
8340
5332
2815
Yardımlı
70622
25385
‘ 9441
13290
25506
638011
433742
69962
69851
64456
100
67,98
10,92
10,94
10,10
Cədvəl  15
EROZİYAYA MƏRUZ QALMIŞ  SUVARILAN TORPAQLARIN  YAYILMASI
Bölgələr
Şoranlığa
uğramayan
torpaqlar
Zəif
şoranlaşmış
Orta
dərəcədə
şoranlaşmış
Güclü
şoranlaşmış
torpaqlar
Muğan-Salyan
116,4
92,4
39,1
23,4
Şirvan
78,1
75,9
35,1
24,9
Qarabağ
130,4
45,5
5,6
5,7
Mil
86,2
32,9
4,0
2,0
Arazətrafı
9,2
11,9
1,0
0,0
Naxçıvan
15,7
27,1
8,0
0,4
Lənkəran-
Cəlilabad
16,1
11,4
2,3
2,0
Samur-
Abşeron
121,1
15,4
5,7
6,1
Dağ rayonu
6,3
0,0
0,0
0,0
Cəmi
respublika
üzrə
744,6
401,3
125,8
72,9
6. -  4905
81

VII.  SÜNİ  MEŞƏBƏRPANIN XÜSUSİYYƏTLƏRİ 
VƏ ANALİZİ
Yuxarıda qeyd olunduğu kimi, axırıncı  150-200 ildə aparılan inten­
siv  meşə  qırmaları  və  meşə  fondu  torpaqlarında  bərpa  tədbirlərinin 
vaxtında aparılmaması nəticəsində xeyli qırma sahələri bərpa olunma­
mış, yanğın yerləri,  kolluqlar, seyrəkliklər və digər az məhsuldar tor­
paqların toplanması ilə nəticələnmişdir. Belə ərazilərdə geniş miqyas­
da  torpaq  eroziyası  inkişaf tapmış,  onların  münbitlikləri  azalmışdır. 
Beləliklə, yaranmış meşə fondunun quruluşu respublikada meşə təsər­
rüfatının  səmərəli  aparılmasının  tələblərinə  cavab  vermir.  Bununla 
belə, az meşəli rayonlarda yeni meşələrin yetişdirilməsi, onların məh­
suldarlıqlarının  artırılması  və  keyfiyyət  tərkibinin  yaxşılaşdırılması 
xalq təsərrüfatının əsas və çox mürəkkəb vəzifəsidir və ətraf mühitin 
ekoloji  sabitliyinin saxlanmasına istiqamətləndirilən tədbirdir.
Axırıncı illər respublikada meşəbərpa tədbirlərinə xeyli yer verilir, 
o  cümlədən  elmi-tədqiqat  təşkilatları  (İ.  S.  Səfərov,  S.  M.  Məmmə­
dov, X.  M. Mustafayev, N. H.  Axundov, M. Y.  Xəlilov, F. Ə.  Əmirov 
və s.) öz işlərini gücləndirirlər. Bu onunla izah olunur ki, əvvəllər res­
publikada xeyli sahədə meşə əkinləri və meşəmeliorasiya fondu möv­
cuddur,  digər tərəfdən meşə yetişdiriləcək torpaq əraziləri çox hallar­
da  ekstremal  şəraitdədirlər.  Ona  görə  də  meşə  əkinlərinin texnologi­
yası  burada çox müxtəlifdir.
Azərbaycanın  meşə  təsərrüfatının  bu  günə  100-120  illik  meşə 
əkinləri praktikası vardır (X. Mustafayev, N. Axundov  1964). Respub­
likanın  ərazisində  1995-ci  ilə  210,6  min  hektara  qədər  dövlət  meşə 
zolağı,  tarla  qoruyucu,  dərə-yarğan  bərkidən  və  s.  süni  meşələr əkil­
mişdir.  Onlardan  34,2  min  hektar  dövlət  meşə  fondunda  1961-ci  ilə 
qədər, 45,4 min hektar  1962-ci  ildən  1975-ci  ilədək və  50,0 min hek­
tar  1977-ci  ildən  1995-ci  ilə  qədər  vaxtda  əkilmişdir.  Bu  rəqəmlər 
xeyli  sahələrdə  meşə  əkinlərinin  aparıldığını təsdiq  edir, lakin həmin 
əkinlər xeyli  aşağı  keyfiyyətdə  olduğu üçün  onların  çox hissəsi  məhv 
olmuşdur.  Burada  batmış  əkinlər  1951-1955-ci  illərdə  ümumi  əkinin 
50%-i  qədər,  1956-1961-ci  illərdə 49% və  1977-1990-cı  illərdə 45%- 
dən  çox  olmuşdur.
Respublikanın  meşə  fondunda  01.01.1994-cü  ilə  qədər  129,6  min 
hektar  aparılmış  meşə  əkinindən  yalnız  31,5%-i  (25,3  min  hektarı)

meşə ilə örtülü sahəyə keçirilmiş, 46,3%-i isə (36,9 min hektarı) silin­
mişdir.  Ümumi  əkinin  21,8%-i  (17,4  min hektan)  çətirləri  birləşmə­
miş əkinlər kimi qalmışdır.  Meşə  əkinlərinin müvəffəqiyyəti  onların 
vaxtında  meşə  ilə  örtülü  sahəyə  keçirilmələri  ilə  təyin  olunur.  Belə 
uğursuzluğa  səbəb  əsas  etibarilə  qiymətli  və  keyfiyyətli  ağac-kol 
cinslərinin  toxumlarının  az  tədarük  edilməsi,  tingliklərdə  standart 
əkin  materiallarının  kifayət  qədər  yetişdirilməməsi,  əkinlərdə  bitiş 
faizinin azlığı və belə əkinlərdə bərpa işlərinin yenə  də keyfiyyətsiz 
aparılması, torpağa və  əkinlərə  qulluğun  lazımi  səviyyədə  aparılma- 
ması və s.  olmuşdur.
Əlbəttə,  bütün  bunlar meşəbərpa  işlərinin  səmərəliliyini  və  key­
fiyyətini əsaslı olaraq yüksəltməyi tələb edir, daha doğrusu, bu tədbir­
lər elmi  əsaslar üzrə  aparılmalıdır.  Müxtəlif meşə  əkinləri  və  meşə- 
meliorativ fondlarında meşə əkinləri üzrə aqrotexnikanm öyrənilməsi 
istiqamətində elmi axtarışların  aparılması, bu şəraitdə  müxtəlif ağac- 
kol cinslərinin müşahidələrini aparmaq, cavan ağaclıqlarla edilən qul­
luq qırmalarının nəticələrini öyrənmək tələb olunurdu. Eyni zamanda, 
meşə əkinləri üzrə istehsalatın təcrübələrini öyrənmək, ümumiləşdir­
mək və respublikanın müxtəlif bölgələri üçün perspektivli meşə cins­
lərinin müəyyən edilməsinin və  s.  araşdırılması  vacib  idi.
Bu  istiqamətdə  bizim  tərəfimizdən  1953-cü  ildən  1998-ci  illərə 
qədər vaxtda Böyük və Kiçik Qafqazda, Talışda və  Kür çayı vadisin­
də  (çökəkliyində)  tədqiqatlar  aparılmışdır.  Ən  müxtəlif  ağac,  kol, 
meyvə  cinsləri  üzrə  istehsalatın  təcrübələri  araşdırılmış,  ağac  və  kol 
cinslərinin  inkişaf tərzi və məhsuldarlıqları,  onların meliorativ,  təsər­
rüfat və estetik əhəmiyyətləri  öyrənilmişdir.
Qabaqcıl  təcrübənin  öyrənilməsi  bütün  dağ  və  düzən  bölgələrdə 
aparılmış və ən müxtəlif yaşlı  ağaclıqlar əhatə olunmuşdur.
Tədqiqat işləri meşə əkinlərini öyrənmək üçün ümumi qəbul olun­
muş  metodlarla  müxtəlif bitmə  şəraitlərində  nümunə  sahələri  qoy­
maqla, yerin relyefi, torpağı  və eroziyaya məruz qalma dərəcəsi, əkin 
qaydası,  meşə  əkini  tipləri,  onların  taksasiya  təsviri  yazılmış,  model 
ağacları kəsilmiş və s.
Meşə  əkinlərinin  vəziyyətini  və  nəticələrini  öyrənmək  üçün çox­
saylı nümunə sahələri qoyulmuşdur.  Tədqiqat işi  5  yaşından 40 yaşı­
na qədər (və daha yaşlı) olan meşə əkinlərində aparılmışdır.
Müayinədən keçirilən ağac-kol cinslərinin nəticələri aşağıda verilir:
f*.
83

1.  Balakən rayonunda Mazım  çay vadisində  1953-1954-cü  illərdə 
yunan qozunun və Qafqaz ximiyinin təcrübə əkinləri salınmışdır.  Sa­
hənin  torpağı  meşə  altından  1937-1940-cı  illərdə  çıxmış  qonur meşə 
torpağıdır,  zəif eroziyaya  məruz  qalmışdır.  Sahə  traktorla  28-32  sm 
dərinlikdə şumlanmış, qozun və ximiyin tingləri əl ilə  1x2  ölçüdə tə­
miz  cərgələrlə  əkilmişdir.  Müşahidələrin  nəticəsi  göstərmişdir  ki, 
təcrübə əkini üçün istifadə olunan hər iki cinsin tingləri 80-82% birin­
ci  il  və  75-78%  ikinci  il bitiş vermişdirlər.  Həmin qoz əkinləri  5-ci il 
artıq  2,2  m  hündürlüyə  qədər  boy  atmışlar.  Bu əkinlər  10  yaşında 6 
metrdən  8,5  m-ə hündürlüyə qədər qalxmışlar.  Ağacların çətirləri ar­
tıq tam birləşmiş və gecikmədən qulluq qırmalar tələb olunduğu üçün 
Balakən meşə  təsərrüfatı  bu  tədbiri  aparmış,  sıxlıq normal  vəziyyətə 
salınmışdır.
2.  Zaqatala  rayonunda  1954-195 7-ci  illərdə  bizim  tərəfimizdən 
planlı qaydada elmi-tədqiqat işləri aparmaq məqsədilə texniki və qiy­
mətli  cinslər olan mantar palıdının,  şabalıdyarpaq palıdın və  evkomi- 
yanın təcrübə  səpinləri  aparılmışdır.  Bunun üçün mantar palıdının to­
xumları Lənkəran rayonundan, Şuxumdan (Qara dəniz kənarından) və 
Krım  yarımadasından,  şabalıdyarpaq,  palıd  Lənkərandan,  evkomiya 
toxumu isə Çin Xalq Respublikasından gətirilmişdir. Bu cinslərin təc­
rübə  səpinlərini  aparmaq üçün Zaqatala rayonunun Pərzivan sahəsin­
də pöhrəli  ağac və kollar (vələs,dəmirqara,  gürcü palıdı, yemişan) qı­
rılmış,  kökləri  təmizlənmiş  və  sahə  traktorla  28-32  sm  dərinlikdə 
şumlanmışdır. Təcrübə səpini sahəsinin hündürlüyü dəniz səviyyəsin­
dən  500-550  m-dir.
Gələcək müşahidələrlə müəyyən olunmuşdur ki, bu qiymətli cins­
lər  Böyük  Qafqazın  cənub  ətəklərində  müvəffəqiyyətlə  akklimatiza- 
siya  olmuş  (mühitə  uyğunlaşmış)  və  onlar  85%-ə  qədər  bitiş  vermiş 
və normal  inkişaf etmişlər,  şabalıdyarpaq palıd 5 yaşında orta hesabla
1,5  m,  mantar palıdı  1,3  m,  evkomiya  1,7  m boya malik olmuşlar.
Qeyd etmək lazımdır ki, Zaqatala rayonunda çay sovxozunun qərb 
hissəsində  aşağı  dağ-meşə  qurşağında  dar  cərgələrlə  (3  m  enində) 
ağacları  qırılıb  açaraq dəhlizlərdə  əl  ilə  səpilən mantar palıdı birinci 
ili  80%  cücərti  vermişdirsə  də,  3-cü 4-cü  illərdə  tamamilə  məhv ol­
muşdur.  Bu  göstərir  ki,  mantar  palıdı  işıqsevər  olduğu  üçün  digər 
ağacların kölgəsində  bitə bilməz.
3. 
Şəki rayonunun Kiş meşəçiliyində  1962-64-cü illərdə İnstitutun 
mövzu planı üzrə eroziyaya məruz qalmış dağ yamaclarında meşə ye­
tişdirmə qaydaları öyrənilmişdir.
Təcrübə  əkinlərinin  yaradılması  üçün  meşə  altından  çıxmış  və 
güclü  eroziyaya  məruz  qalmış  cənub  yamaclarında  torpaqlar  əl  ilə 
tranşey  üsulunda,  Koxmux  kəndinin  üst  hissəsində  ölçüləri  30x100 
sm olan, yamaclara horizontal  şəklində 20-25  sm dərinliyində torpaq 
hazırlanmışdır.  Tranşeylərdə  şabalıdyarpaq  palıdın,  gürcü  palıdının, 
uzunsaplaq palıdın, eldar şamı,  ağ akasiyanın,  çöl  ağacqaymının, dar- 
yarpaq  iydənin,  sarağanın,  üç  iynəli  naz-nazın,  itburnunun  və  digər 
cinslərin təcrübə əkinləri və səpinləri aparılmışdır. Eyni qaydada, Kiş 
kəndinin  Qaynar çay  qolunun  yuxarı  hissələrində,  dəniz  səviyyəsin­
dən  1250  m hündürlükdə,  yunan qozunun tinglərindən  ibarət əkinlər 
aparılmışdır.
Bitkilərə qulluq olaraq  1  ilin vegetasiya dövründə 3 dəfə alaq otla­
rı vurulmuş və torpaqlar yumşaldılmışdır.
Təcrübə  əkinləri  üzərində  aparılan  müşahidələr  göstərmişdir  ki, 
bəzi cinslərin bitişi  aşağı  olmuşdur,  misal üçün,  şabalıdyarpaq palıdın 
bitişi 55%, adi ağcaqayınmkı 40%,  itburnu 25% olmuşdur. Gürcü palı­
dı, uzunsaplaq palıd, ağ akasiya, sarağan güclü eroziyaya məruz qalmış 
torpaqlarda  az-çox  qənaətbəxş  bitiş  vermişlər,  daha  doğrusu,  əkinin  I 
ilində  65-78%,  11  ilində  isə  60%-dən  75%-e qədər bitiş  alınmışdır.
Qeyd  etmək  lazımdır ki,  qənaətbəxş  bitiş  alınmasına  baxmayaraq, 
müşahidə apanlan bitkilər birinci və  ikinci il həm hündürlüyə görə və 
həm də kök boğazının diametrinə görə aşağı artım vermişlər.  Buna sə­
bəb təcrübə əkini aparılan sahənin güclü eroziyaya məruz qalması, ya­
macların torpaqlarının quruluğu və münbitsizliyi (kasadlığı) olmuşdur.
Həmin əkinlərdə  20  il sonra apanlan müşahidələr göstərmişdir ki, 
bu cinslər zəif boy artımı verərək inkişaf etmişlər, misal üçün, ağ aka­
siya 20 yaşında 3  m hündürlüyə  və  8  sm kök boğazında diametrə  qə­
dər inkişaf etmişlər,  gürcü palıdı  və  uzunsaplaq palıd 4,5  m-ə  qədər, 
eldar şamı  5,6 m-ə qədər hündürlüyə qalxa bilmişlər (şəkil  1).  Yunan 
qozu isə 20 yaşında Qaynar çayı  dərəsində  5-dən  7,5  m-ə  qədər hün­
dürlüyə  və  8-dən  14  sm-ə  qədər  diametrə  çatmışlar.  Qozun  təcrübə 
əkinlərindəki  yaxşı  inkişafı  torpağın  və  havanın  əlverişli  olması  ile 
bağlı olmuşdur.
84
85

Qoz ağaclarının bir çox nüsxələri artıq meyvə verirlər. Onların ağac­
ları  seyrəldilməlidir.
Şoki  rayonunda  apanlan  təcrübə  işlərinin nəticələri  göstərir ki, ya­
macların  güclü  eroziyaya  məruz qalmasına baxmayaraq, yuxarıda gös­
tərilən cinslərin bir çoxu özlərinin çətin şəraitlərdə bitmə qabiliyyətinin 
olmasını  sübut  edir və  belə  ekstremal  şəraitdə  yuyulmuş,  çılpaqlaşmış 
və  quru (daşlı) yamacların meşələşdirilməsində və yaşıllaşdınlmasmda 
onlar istifadə oluna bilərlər.
4.  Bərdə rayonunda təcrübə məqsədilə  eldar şamının tingləri,  şaba- 
lıdyarpaq və mantar palıdının toxumlarının səpinləri  1954r55-ci  illərdə 
meşə təsərrüfatının həyətində aparılmışdır. Həmin əkinlər üzərində gə­
ləcək  müşahidələr göstərmişdir ki,  bu cinslər ilk illərdə normal  inkişaf 
etmiş,  lakin  mantar  palıdında  10  yaşından  başlayaraq  başqa  cinslərlə 
kölgələndiklərinə  görə  quruma  getmişdir.  İndiyə  qədər  şabalıdyarpaq 
palıd və eldar şamının vəziyyəti yaxşıdır. Şabalıdyarpaq palıd 38 yaşın­
da  14  m  hündürlüyə  və  18  sm  diametrə  çatmışdır.  Eldar  şamının  isə 
hündürlüyü  16 m, diametri  30  sm olmuşdur (şəkil 2).
5.  Yalama meşə təsərrüfatında şabalıdyarpaq palıdın  1  illik tingləri- 
nin  əkini  aparılmışdır.  5  il  sonra  aparılan  müşahidələr  göstərmişdir ki, 
palıd  burada  1,3  m hündürlüyə  və 3,8  sm diametrə çatmışdır.  Tinglərin 
çətirləri  1,5 m-ə qədər inkişaf etmiş və birləşmə həddinə çatmışdır (şə­
kil 3).
6.  Abşeron mexanikləşdirilmiş meşə təsərrüfatında  1964-1970-ci il­
lərdə bizim tərəfimizdən yarımsəhra şəraitində müxtəlif ağac-kol cins­
lərinin  yetişdirilməsi  üzrə  təcrübə  işləri  aparılmışdır.  Bu  məqsədlə 
Ccyranbatan gölü ətrafında traktor kotanı vasitəsi ilə torpaqlar 32-35 sm 
dərinlikdə  şumlanmışdır.  Sonra  bir-birindən  2,5  m  məsafədə  suvarma 
(əkin)  şırımları  açılmışdır.  Bitkilər əkin  şırımlarının  döşündə  bir-birin- 
dən  1  m  məsafədə  əl  ilə  aparılmışdır.  Təcrübə əkinlərində  şabalıdyar- 
paq palıd, yaşıl göyrüş, ağcaqayın, mantar palıdı, Kanada qovağı, saqqız 
ağacı,  dəmirağacı,  eldar şamı, daryarpaq  iydə,  üç iynəli İspan naz-nazı, 
badam cinsləri müşahidədən keçirilmişdir. Bütün cinslər 2 yaşlı tinglər- 
lə şabalıdyarpaq palıd və mantar palıd isə toxumla səpilmişdir.
Təcrübə  əkinlərinə  edilən  qulluq  işləri  cərgələrdə  alaq  otlarının 
məhv edilməsindən və torpaqların yumşaldılmasından ibarət olmuşdur. 
1-ci  il  qulluq işi  5  dəfə,  2-ci  il  3  dəfə,  3-cü və 4-cü illərdə 2  dəfə, 5-ci
86
ildə əkinlər yenə də 2 dəfə suvarılmış, hər hektarda hər dəfədə 700-750 
m3  su verilmişdir. Hər suvarmadan  sonra alaq otlan məhv edilmişdir.
Sonradan apanlan müşahidə  işləri göstərmişdir ki, təcrübə məqsədi 
ilə əkilən bütün cinslər normal bitiş vermişlər və qənaətbəxş şəkildə in­
kişaf və artıma malik olmuşlar.
Beləliklə, bu cinslər suvarma şəraitində ilk illərdən Abşeron yarıma­
dasının ağır torpaq iqlim şəraitinə normal şəkildə uyğunlaşmışlar. Deyi­
lənləri  təsdiq etmək üçün  1989-cu ildə apanlan təkrar müşahidələr za­
manı  aydın olmuşdur ki,  burada  20-25  il  ərzində  qanşıq  ağaclıqlar ya­
ranmışdır (şəkil 4). Ağaclığın hündürlüyü orta hesabla  8  m,  sıxlığı 0,8- 
0,9 olmuş, daha doğrusu, burada əsl meşə mühiti yaranmışdır və gecik­
dirmədən qulluq qırmalar apanlmalıdır. Beləliklə, demək olar ki, Abşe­
ronun ağır torpaq iqlim şəraitində meşələr, yaşıllıqlar yaratmaq olar və 
burada mövcud olan mürəkkəb ekoloji şəraiti stabilləşdirmək mümkün­
dür (suvarma və torpağa normal qulluq yolu ilə).
Yuxarıda qeyd olunduğu kimi,  respublikanın meşə təsərrüfatı  isteh­
salatının yetişdirdiyi  meşə  əkinlərinin nəticələrinin vəziyyətini  öyrən­
mək bizim qarşımızda dururdu.  Onlar planlı şəkildə hər il əkilirlər.  Bi­
zim axtarışlarımız 25  il ərzində meşə təsərrüfatı ərazisində yetişdirilən 
meşə əkinləri sahəsində aparılmış və aydın olmuşdur ki, onlardan həm 
müsbət, həm də mənfi  nəticələr alınmışdır.
X.  Mustafayev və X.  Axundov  (1964) qeyd edirlər ki, Azərbaycan­
da  ilk  dəfə  meşə  əkinləri  Gədəbəy  rayonunda  Qalakənd kəndinin ya­
xınlığında  1908-ci ildə 20 ha sahədə yaradılmışdır.  Bunun üçün yamac­
larda  başdan-başa  və  arasıkəsilon  terraslar  hazırlanmış  və  burada şərq 
fıstığı, gürcü palıdı, adi  şam, adi göyrüş və adi küknar əkilmişdir (səpil­
mişdir).  Əkinlərə qulluq işi  5-6  il aparılmışdır.
1972-75-ci illərdə bu əkinlərdə bizim tərəfimizdən aparılan müşahi­
dələr göstərmişdir ki,  adi  şam  65-67  yaşında  26  m hündürlüyə  və  orta 
hesabla 30 sm diametrə  çatmışdır.  Ağaclığın doluluğu 0,5-dir, hektarda 
meşənin  ehtiyatı  220  m3  olmuşdur.  Şamın  və  şərq  fıstığının  qarışıq 
ağaclığında  şam  I  bonitet  sinfinə  malik  olmuşdur.  Fıstıq  isə  inkişafına 
görə  şamdan  bir qədər  geri  qalır.  Bu  ağaclıq  0,7  doluluqda  hər  ha-da 
oduncaq  ehtiyatı 370 m3  olmuşdur.
Palıdın  və adi göyriişün qarışıq əkinləri  0,7 doluluqda hər ha-da eh­
tiyat cənub-şərq cəhətində 380 m3 və şimal-qərb yamacında 300 m3 ol­
muşdur.


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə