L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ



Yüklə 22.9 Kb.
Pdf просмотр
səhifə8/19
tarix25.05.2017
ölçüsü22.9 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

26,8
cənub hissəsi
51,1
34,4
7,4
Kiçik Qafqazın
290,8
124,0
58,0
86,8
26,6
qərb hissəsi
42,1
29,8
9,4
V. Talış vilayəti
Talış rayonu
A) dağ-meşə
B) Lənkəran
536,8
152,4
142,4
84,0
10,6
düzənliyi
30,7
16,9
2,1
Q.  Naxçıvan vilayəti
Naxçıvan
A) dağ-meşə
rayonu
B) Arazətrafı
536,3
148,9
2,2
94,4
20,8
düzənlik
27,7
17,6
3,8
D. Kür-Araz vilayəti
Kür-Araz
A) Mərkəzi
1609,2
970,4
27,6
247,5
17,6
düzənliyi
step
60,3
15,4
1,9
B)  Şərqi
522,7
307,0
2,9
104,0
-
Step
58,7
19,9
* Bura Xızı rayonundan Abşerona verilən meşə  torpaqları da daxil  edilmişdir.

Abşeron  ekoloji-iqtisadi  rayonunda  meşə  əkinləri  və  meşəme- 
liorativ tədbirlər xüsusilə  vacibdir, ona görə  ki, burada kənd təsər­
rüfatı  bitkiləri  quraqlıqdan  və  güclü  küləklərdən  daim  qorunmalı, 
bitkilər  üçün  daha  əlverişli  böyümə  və  inkişaf şəraiti  yaradılmalı­
dır.  Burada  aqrolandşaftlar  tam  çılpaqlaşmış,  ekoloji  cəhətdən  ka- 
sıblaşmış və davamsızdırlar.  Bunun nəticəsində də məhsul da sabit 
deyildir.
Beləliklə,  burada meşəmeliorasiyası və yaşıllaşdırma çox vacib­
dir.  Ərazinin  meliorativ  vəziyyəti  yaxşılaşdırılmalı  və  təbii  mühit 
qorunmalıdır,  əhalinin  normal yaşaması  və məişətinin yaxşılaşması 
üçün  kompleks  tədbirlər aparılmalıdır.
B.  Kiçik  Q afqaz  vilayəti.
Bu  vilayət  az  meşəli  kateqoriyaya  aid  edilmişdir.  Kiçik  Qafqa­
zın  ərazisi  dağ  vilayəti  kimi  oroqrafık  şəraitinə  görə  çox müxtəlif­
dir.
Torpaqların  və  bitkilərin  inkişafına  və  xarakterinə  yerin  dəniz 
səviyyəsindən hündürlüyü, yamacların mailliyi və cəhəti təsir edir. 
Bu  amillər  nəinki  səthi  su  axımının  xüsusiyyətinə,  eyni  zamanda 
torpaqların  yuyulmasına  təsir  edir.  Kiçik  ərazi  daxilində  iqlim  də­
yişmələri burada bitki və torpaq amillərinin müxtəlifliyinə, müxtə­
lif meşəbitmə  şəraitinə  səbəb  olur.
Kiçik  Qafqaz  vilayətində  müxtəlif iqlim  tiplərinin  olması  (quru 
subtropikdən  tutmuş  dağ  tundraya  qədər)  onun  bitki  örtüyünə  də­
rin  təsir göstərir.  Burada bütün zonal bitki tjpləri:  quru stepdən ya­
rımsəhradan başlamış  dağətəyi  düzənliyə xas  olan (yüksək dağ alp 
bitkilərinə  qədər)  inkişaf etmişdir.
Dağ meşələri vilayətin xeyli hissəsini əhatə edir. Meşələrin yu­
xarı  sərhəddi  dəniz  səviyyəsindən  2000-2200  m-də yerləşir,  aşağı 
sərhəddi  isə  550-600 metrə qədər aşağı  düşür.  Aşağı  dağ  meşələri 
xüsusilə  böyük dəyişikliyə uğrayırlar,  çünki  meşə  sahələri  şum al­
tında və  otarmada güclü  istifadə  olunur.
Meşə qurşağının yuxarı zolağını  işıqlı parkşəkilli (seyrək) ağac­
lıqlar tutur ki,  burada tozağacı  və palıdlar yayılmışdır.
Kiçik Qafqazın meşələri orta dağ zolağında geniş sahələri tutur­
lar.  Onlar  daha  çox  zirvələrin  şimal-şərq  ətraflarında  yerləşir  və 
palıd, vələs və  s.  ağac  formasiyalarından ibarətdirlər.
Aşağı  dağ-meşə  qurşağı  qarışıq palıd-vələs,  vələs  ağaclıqların­
dan ibarətdirlər.
Meşələrin ən aşağı  sərhəddi dar, tez-tez araları kəsilən  friqano- 
id  bitkilərindən  ibarətdir  və  artıq burada  seyrək  ağaclıqlar  sonra­
dan əmələ  gəlmiş  kollarla  əvəz  olunurlar  (qaratikan  və  s.).  Aşağı 
sərhəddə quru stepə keyli  məsafədə qarışırlar və  Kür-Araz ovlağı­
na enirlər.
Kiçik Qafqazda lazımi  qədər möhkəm inkişaf etmiş kənd təsər­
rüfatı  vardır.  Vilayət həm  də  zəhmət  qüvvələrilə  zəngindir.  Bura­
da  elektrotexnika,  maşınqayırma,  yüngül,  yeyinti  sənayesi,  meşə 
və  ağac emalı  sənayesi  və  s.  köməkçi  istehsalatlar vardır.  V ilayə­
tin təsərrüfatlarında heyvandarlıq xeyli  yer tutur.
Kiçik  Qafqazın  m üxtəlif inzibati  rayonlarında  yeraltı  sərvətlər 
çoxdur.  Ətraf mühitə  təsir  edən  əsas  antropogen  amillərdən  biri 
yeraltı  sərvətlərin  açıq istismar edilməsidir.
Meşələrin,  çəm ənliklərin  və kənd təsərrüfatı  torpaqlarının  isti­
fadəsi  istismarının  intensivliyindən  asılı  olaraq  vilayətin  m üxtəlif 
hissələrində  ekoloji  vəziyyət  m üxtəlif  dərəcədə  dəyişir.  Misal 
üçün,  heyvandarlıq  inkişaf edən  dağ  rayonlarında  torpaqların  ero­
ziyası  rayonun  ərazisinin  20-30%-ni  əhatə  etdiyi  halda,  dağətəyi 
bölgədə  eroziya  z ə if gedir.  (7-15%).  Və  yaxud  üzümçülük  böyük 
əraziləri  tutan  yerlərdə  toksik  elementlər  icazə  verilən  normadan 
yüksəkdir.
Ərazidə  təbii  şəraitini  və  insanların  təsərrüfat  fəaliyyətlərini 
nəzərə alaraq,  eyni zamanda Kiçik Qafqazın ərazisində ekoloji  və­
ziyyəti  sağlamlaşdırmaq məqsədilə vilayət 4 rayona  bölünmüşdür:
IV.  Kiçik Qafqazın  şimali-qərb  rayonu
Rayonun  şimali-qərb  hissəsinə  8  inzibati  rayon  əraziləri  düşür: 
Ağstafa, Qazax, Tovuz,  Şəmkir, Gədəbəy, Goranboy, Xanlar, Daş­
kəsən  rayonlarının  ümumi  ərazisi  1246,7  min  hektardır,  o  cüm lə­
dən  kənd  təsərrüfatına  yararlı  sahə  683,0  min  hektar  (54,7%)  və 
meşə  torpaqları  101,9  min  hektar təşkil  edir.
Haqqında  yazdığımız  rayonda  təsərrüfatın  intensiv  aparılması 
və dağ relyefinin olması torpaq eroziyasının  inkişafına səbəb olur. 
Eroziyaya məruz qalmış torpaqlar 321,7 min hektardır (cədvəl  12), 
o  cümlədən  güclü  dərəcədə  eroziyaya  məruz  qalan  torpaqlar  74,2 
min  hektardır (rayonun ümumi  ərazisinin  59%-i  qədər).
68
69

Kiçik  Qafqazın  şimali-qərb  hissəsi  azmeşəli  rayon  hesab  olu­
nur,  meşəlik  8,2%  təşkil  edir  (daha  doğrusu,  orta  respublika  həd­
dindən az).  H ər adam başına burada 0,10 hektar meşə  sahəsi düşür,
Burada  oduncaq  9396,0  min m3  toplanmışdır ki, hər adam  başı­
na cəmi  9,6  m3  düşür  (cədvəl  11).
Ağaclığın  orta  yaşı  75-dir,  orta  oduncaq  ehtiyatı  hər  hektarda 
170  m3,  illik oduncaq  artımı  hektarda  1,7  m3-dir.
Bu  ərazinin  m eşələri  intensiv  qırılmışdır,  ona  görə  də  meşələ­
rin  tərkibində  cavan  ağaclıqlar xeyli  sahəni  tuturlar.  Bu  səbəbdən 
meşənin  sıxlığı  burada  0,56  orta bonitet  111,5-dir.
Bu  rayonun  m eşələri  sunizamlayıcı-torpaqqoruyucudurlar  və 
çox  böyük  mühit  əm ələ  gətirici  rol  oynayırlar.  Burada  özbaşına 
qırmaların getməsi  nəticəsində həm dağ və həm də düzən m eşələ­
rin  ərazisində  meşələrin  azalması  davam edir.
Əhalinin oduncağa olan tələbatının çox hissəsi mövcud m eşələ­
rin  hesabına  ödənilir.
Nəzərə  alsaq  ki,  rayonun  ərazisində  əlverişsiz  ekoloji  şərait 
vardır  və  böyük  meşə  əkinləri  və  meşəmeliorativ  fondu  mövcud­
dur,  onda pozulmuş  m eşələr,  Kür ətrafı  seyrəkliklər və açıq torpaq 
sahələri  ciddi  bərpa  olunmalıdır.
V.  M ərkəzi  Q arab ağ   rayonu
Kiçik  Qafqaz  vilayətində  mərkəzi  Qarabağ  ayrıca  olaraq  vahid 
inzibati  rayon  kimi  baxılır.  Mərkəzi  Qarabağın  tərkibinə:  Xankən­
di,  Ağdərə,  Əsgəran,  Xocavənd,  Xocalı,  Şuşa inzibati rayonları  da­
xil  olur.
Rayonun  ümumi  sahəsi  497,8  min  hektardır,  o  cümlədən  kənd 
təsərrüfatı  altında  219,8  min  hektar  (44,0%)  istifadə  olunur.  Meşə 
torpağı  147,6  min  hektardır.  Bu  rayon  respublikanın  inkişaf etmiş 
rayonları  sırasına  daxil  olur.  Burada yüngül, yeyinti  sənayesi,  elek­
trik-texniki  maşınqayırma müəssisələri  vardır.  Rayonun yüngül  sə­
nayesi  ipək  parça,  tikmə,  xalça  və  s.  məhsullar  buraxılması  üzrə 
təkmilləşmişdir.  Burada  şorabdüzəltmə,  ət,  süd,  yağ,  pendir və  di­
gər  məhsullar  istehsalı  inkişaf etmişdir.
Mərkəzi Qarabağ ekoloji baxımdan az-çox əlverişli vəziyyətdə­
dir,  nəinki  Kiçik  Qafqaza  daxil  olan digər rayonlar.
Dövlət  meşə  fondunda  olan  147,6  min  hektar sahədən  meşə  ilə 
örtülü  sahə  130  min  hektardır.  Rayonda  meşəlilik  29,0  %-ə  bəra­
bərdir.  Bu  əlbəttə  yaxşı  göstəricidir.  Burada  torpaq  eroziyası  zəif 
gedir.  Bütün  bunlar  ekoloji  və  iqtisadi  planda  əlverişli  hesab  olu­
nur.
Mərkəzi Qarabağın bütün meşələri susaxlayıcı,  suyu nizamlayı- 
cı, torpaqqoruyucu və mühit əmələgətirici hesab  olunurlar.  Burada 
orta yaşlı  və yetişməkdə  olan  ağaclıqlar daha çoxdur.
Eyni zamanda,  yetişmiş  və  yaşı ötmüş  ağaclıqlar da kifayət qə­
dər  vardır.  Bütün  bunlar  gələcəkdə  rayonda  m eşədən  istifadənin 
həcmini  artırmağa  imkan verir.
Mərkəzi Qarabağda oduncaq ehtiyatı  1576,0 min  m3  toplanmış­
dır,  hər hektar meşənin  ehtiyatı  155  m3-dir.  H ər adama  0,9  hektar 
meşə  və  10,9  m3  oduncaq  düşür.
Mərkəzi  Qarabağın  əlverişli  bioiqlim potensialı  imkan verir ki, 
burada məhsuldar meşələr yetişdirilsin və mövcud meşələrin məh­
suldarlığı  artırılsın.
VI.  Kiçik Qafqazın  cənub  rayonu
Rayonun ərazisi 366,1  min  hektardır, o cüm lədən kənd təsərrü­
fatında  istifadə  olunan  torpaqlar  184,0  min  hektardır (51,1%).  Me­
şə  torpaqları  26,5  min  hektardır  (Cədvəl  12).  Kiçik  Qafqazın  cə­
nub  rayonuna  Zəngilan,  Qubadlı  və  Cəbrayıl  inzibati  rayonları  da­
xildirlər.
Rayonun  meşələrinin  cins  tərkibi  kəsaddır  və  əsas  etibarı  ilə 
araz  palıdından,  vələsdən  ibarətdir ki,  onlar da  meşə  ilə  örtülü  sa­
hənin 92%-ni təşkil  edirlər.  Burada eyni  zamanda,  ardıc  və  dəmir- 
qara kimi  quraqlığa  davamlı  cinslər də  bitirlər.
Kiçik Qafqazın  cənub  rayonunda  seyrəkliklər,  açıq sahələr,  az- 
sıxlıqlı  və  azqiymətli  ağaclıqlar  xeyli  sahələri  tuturlar.  Onlar  me­
şələrin qırılması  və  otarılması hesabına yaranmışdılar.  Ona görə  də 
burada torpaq eroziyası prosesləri inkişaf tapmış  və  124,0 min hek­
tar  sahəni  əhatə  edir,  daha  doğrusu,  ümumi  rayonun  ərazisinin 
34,4%-i  qədər.
Bu  rayonda  alunit  yataqları  vardır.  Rayonun  ərazisi  xlorüzvü 
pestisidləri  ilə  çirklənmişdir  (üzüm,  pambıq  sahələrində).  Görün­
düyü  kimi,  rayonun  ekoloji  vəziyyəti  gərgindir.
Rayonun  meşəliliyi  çox  aşağıdır (6,2%).  Burada  hər adam  başı­
na 0,10  hektar meşə  ilə  örtülü  sahə  və  cəmi  6 ,İm 3  oduncaq  düşür.
70
71

Rayonun ağır ekoloji vəziyyəti və antropogen təsirlər meşələrin 
məhsuldarlığına da təsir edir.  Hər hektar meşənin  oduncaq  ehtiya­
tı orta hesabla 66,0 m3, orta illik artımı isə hektarda 0,9 m3-dan çox 
deyildir.  Orta bonitet V,0-dir (Cədvəl  11).
Bu  rayonda  meşələrin  ağır  vəziyyəti  nəinki  rayonun  meşə  tə­
sərrüfatının  iqtisadi  vəziyyətində,  eyni  zamanda  bütün  xalq təsər­
rüfatında öz əksini tapmışdır.  Meşə təsərrüfatının əsas istiqamətlə­
ri  mövcud meşələri  qorumaq,  onların məhsuldarlığını  və qoruyucu 
funksiyalarını  artırmaqdır.  Onun  üçün  elmi  cəhətdən  əsaslandırıl­
mış  meşə  təsərrüfatı  və  meşəmeliorativ  tədbirlər  işləyib  hazırla­
maq və  həyata keçirmək  lazımdır.
VII.  Kiçik  Q afqazın  q ərb   rayonu.
Rayonun  sahəsi  290,8  min  hektardır,  o  cümlədən kənd təsərrü­
fatında  124,0  min  hektar (42,0%)  istifadə  olunur.  Meşə  təsərrüfatı 
torpaqlarının sahəsi  58,0 min hektar,  meşə  ilə örtülü  sahə 49,4 min 
hektardır.  Rayonu  yüksək  dağ  inzibati  əraziləri  əhatə  edir:  Kəlbə­
cər və Laçın.  Burada əsas yeri heyvandarlıq tutur və bu sahənin in­
kişafı  üçün  geniş  otlaq  və  çəmənliklər vardır.
Meşələrin  cins  tərkibi palıd,  fıstıq  və  vələsdən  ibarətdir.  Özba­
şına  aparılan qırmalar və  güclü otarmalar torpaqların su  fiziki xas­
sələrini  pisləşdirir  və  torpaq  eroziyasına  səbəb  olur.  Misal  üçün, 
K əlbəcər rayonunda  95%-dən  çox  ərazidə  eroziya  inkişaf tapmış­
dır,  o  cümlədən  güclü eroziyaya məruz qalan  sahə  ümumi  ərazinin 
30%-ni  təşkil  edir.  Laçın  rayonunda  isə  bu  göstəricilər  müvafiq 
olaraq  57,0%  və  21,0%-dir.
Rayonun  meşəliliyi  20%-ə  bərabərdir.  Mövcud  meşələr burada 
az  məhsuldardırlar.  Hər  hektar  meşənin  orta  oduncaq  ehtiyatı  106 
m3,  illik oduncaq  artımı  hektarda  1,5  m3-dir.
Hər  bir  adama  burada  0,55  hektar  meşə  ilə  örtülü  sahə  və  44,8 
m3  oduncaq  düşür.  Bu  Kiçik  Qafqazın  digər  rayonlarına  nisbətən 
bir  az  çoxdur.  Lakin  meşə  torpaqlarının  məhsuldarlığı  azdır.  Orta 
bonitet  IV,0,  orta  sıxlıq  0,53-dür.
Bu  rayonun  meşələri  yüksək  mailli  yamaclarda  yerləşdiyi  və 
antropogen  təsirlərə  məruz  qaldığı  üçün  az  məhsuldardır  və  tor­
paqları  kasıbdır.  Meşədən  istifadə  m eşələrə  qulluq  qırma,  sanitar 
qırmaları  və rekonstruksiya  yolu  ilə  ola bilər...
72
C ə d v ə l  13
AYRI-AYRI RAYONLAR ÜZRƏ TORPAQLARIN EKOLOJİ 
VƏ İQTİSADİ XÜSUSİYYƏTLƏRİ

Rayonun və 
yanmrayonun 
adı
Cəmi tor­
paq sahə­
si min 
hektar
Meşə tor­
paq sahə­
si min 
hektar
O cümlə­
dən Meşə 
ilə örtülü 
min hek.
Əhalinin 
sayı, min 
nəfər
Ərazinin
meşəliliyi
%
A. Böyük Qafqaz vilayəti
1. 
Böyük Qafqazın 
cənub yamacları
A) cənub 
yamadan
B) mərkəzi cə­
nub yamadan 
V) makroyama- 
cın cənub-şərq 
hissəsi
1010,9
248,8
375,2
296,3
42,5
9,8
226,9
37,4
1,3
349,3
147.0
100.0
29,3
17,0
2,6
2. 
Böyük Qafqa­
zın şimali- 
şərq hissəsi
A) dağ-meşə
B) Xəzərətrafı 
çökəklik
657.0
147.0
83,3
20,1
73,0
19,3
237.1
124.1
12,7
13,6
3. 
Abşeron rayonu
535,6
11,8
11.4
1800
0,0
B. Kiçik Qafqaz vilayəti
4. 
Kiçik Qafqazın 
şimali-qərb 
yamadan
496,7
117,3
104,3
971,3
971,08,2
5. 
Mərkəzi 
Qarabağ
497,8
147,6
130,5
144,0
26,2
6. 
Cənub yamadan
360,1
28,3
22,4
~ПТ5
6,2
7. 
Qərb yamadan
290,8
58,0
49,4
101,2
17,0
V. 
Talış vilayəti
8. 
Talış rayonu
A) dağ-meşə
B) Lənkəran- 
düzənliyi
496,0
168,8
136,9
566,6
27,6
Q .N axçıvan vilayəti
9. 
Naxçıvan rayonu
A) dağ 
kontinental
B) Arazətrafı 
çökəkl.
536,3
2,2
1,3
315,2
0,24
D. 'Kür-Araz vilayəti
10.  Kür-Araz 
vilayəti
A) Mərkəzi step
1609,2
28,5
27,6
1249,4
0,02
B) Şərqi step
522,7
3,0
2,9
545,3
0,00
73

Bundan  əlavə,  rayonun  meşə  əkinləri  fondu  əsas  etibarilə  yüksək 
dağ seyrək ağaclıqları və kolluqlardır.  Rayonun mürəkkəb dağ relyefi 
və  yolların  az olması  və otarmalar kompleks  şəkildə  meşə  əkinlərini 
çətinləşdirir. Ona görə də mövcud meşələr ciddi qorunmalı, meşəme- 
liorativ tədbirlər fərdi  surətdə həyata keçirilməlidir.
VIII.  Talış vilayəti
Özünün  fiziki-coğrafi  şəraitinə  görə  Talış  vilayəti  Azərbaycanın 
digər təbii rayonlarından ciddi olaraq fərqlənir. Bu respublikada vahid 
rütubətli subtropik rayondur. Oroqrafik və ekoloji şəraitinə görə rayon 
adətən  2  əraziyə,  ayrıca yanmrayona  bölünür -  dağ-meşə  və  Lənkə­
ran  düzənliyi, İqlim şəraitinə görə bu rayon yenə 2 yanmrayona bölü­
nür:  düzən-aşağı  dağ  və  dağ.  Bizim  tərəfimizdən  də  bu  rayon  şərti 
olaraq  dağ və düzənlik  əraziyə bölünmüşdür, belə ki,  onlar bir-birin­
dən  meşəbitmə şəraitinə görə seçilirlər.
Talış  dağları  dalğavari  sistemdir  və  şimali-qərbdən  cənubi-şərqə 
doğru 3  dağ zirvəsindən ibarətdir, onların hündürlüyü 2429-2477 metr 
arasındadır.
Bu  rayon  üçün  əlamətdar  olan  xüsusiyyət  ondan  ibarətdir ki,  ok­
tyabr  ayından  may  ayına  qədər  lazımi  qədər yağışlarla  rütubət  təmin 
olunur,  isti dövrdə  isə quraqlıq və  az rütubətlilik hökm  sürür.
Talış  rayonu  müxtəlif torpaq  və  bitki  örtüyünə  malikdir.  Burada 
bitkilər özünəməxsus  şəkildə  şaquli qurşaqlıq üzrə  seçilir.  Onun bitki 
örtüyü  özünün  keçmişinə  uyğun  şəkildə  və  bu  günə  qədər saxlanmış 
üçüncü  dövrün  bitkilərindən  ibarətdir.  Domirağacından,  şabalıdyar- 
paq  palıddan  və vələsdən  ibarət  düzən  meşələr yerin  qalxmasına  gö­
rə aşağı  dağ-meşə qurşağına keçirlər.  Burada artıq meşələrin tərkibin­
də azat ağacı, Lənkəran akasiyası və xirnik də qarışırlar. Dağlara qalx­
dıqca  meşələrin  tərkibində  fıstıq,  daha çox  sabalıdyarpaq və  şərq  pa­
lıdları  bitirlər.  Meşələrə digər cinslər də:  ağcaqayın,  titrək qovaq, ye­
mişən, ozgil və s.  də qarışırlar.  Talışın bitki örtüyü (o cümlədən meşə 
bitkiləri) respublikanın çox nəhəng təbii  muzeyini  xatırladır və  tərki­
bində rclikt cinslər hakim olurlar.
Talış  ekoloji-iqtisadi  rayonuna  6  inzibati  rayon  daxil  olur:  Astara, 
Lənkəran,  Masallı,  Lerik,  Yardımlı  və  Cəlilabad  rayonları.  Rayonun 
ümumi  sahəsi 496,0 min hektardır, o cümlədən kənd təsərrüfatında is­
tifadə  olunan  sahə  152,4  min  hektardır (torpaq sahəsinin  1/3  hissəsi). 
Kənd  təsərrüfatında  əsasən  tərəvəz,  bostan,  üzüm,  subtropik  əkinlər
(çay, limon, naringi,  portağal,  feyxoa ve  s.)  hakimdir.  Onlar əsas eti­
barilə Lənkəraan düzənliyində və dağ ətəyi qurşaqlarda yerləşirlər.
Şumlanan torpaqlar rayonun  ümumi  ərazisinin  11,0%-ni,  otlaq al­
tındakı sahə isə  15,7%-ni təşkil edir.
Suvarılan  torpaqlar  kənd  təsərrüfatı  torpaqlarının  12%-ni  əhatə 
edir.
Talış  rayonunda  təbiətə  antropogen  təsirlər  nəticəsində  buranın 
ekosistemində aşağıdakı dəyişikliklər yaramr:
1.  Torpaq ərazilərinin  şumlanması  və  meşələrin qırılması  ilə  əla­
qədar olaraq torpaq eroziyası  inkişaf edir.  Rayonun ərazisinin təxmi­
nən yarısı su eroziyasına məruz qalmışdır (Cədvəl 14). Onlardan 64,4 
min hektar güclü eroziyaya məruz qalmış torpaqlardır.
2.  Torpaqların xlorüzvü pestisidlərlə və ağır metallarla çirklənmə­
si, qurğuşunun, nikelin, sink və s.  toplanması dünya klarkından bir ne­
çə dəfə çoxdur.
3. Tikinti sənaye məhsullarının işlədilməsi, torpaqların çirklənmə­
si.
Rayonda suvarmanın genişləndirilməsi ilə əlaqədar olaraq torpaq­
ların ikinci dəfə  şoranlaşması prosesinin inkişafı imkanları vardır.
Meşələr rayonun ümumi sahəsinin 23,9%-ni əhatə edir. Hər bir in­
zibati  rayonda  meşələr  lazımi  qədər  ərazini  əhatə  edirlər:  Astarada 
ümumi  ərazinin  59,5%,  Lənkəranda  18,8%,  Masallı  və  Yardımlıda 
23%-dən çox, Cəlilabadda  12,7%,  Lerikdə 24,7%-ni  tuturlar.
Bütün meşələr susaxlayıcı-torpaqqoruyucu və mühit əmələgətirici 
və digər xeyirli  funksiyaları  yerinə  yetirirlər.  Ona  görə  də  meşələrin 
qırılması burada relikt və  nadir bitkilərin bitmə  şəraitinin pisləşməsi­
nə,  onların  arealının  daralmasına  və  ya  tam  məhv  olmasına,  eyni  za­
manda eroziyanın və  sel  hadisələrinin inkişafına səbəb  ola bilər.
Talış  rayonunun  meşələri  nəinki  ekoloji,  həm  də  iqtisadi  amildir. 
Meşə torpaqlarının ümumi  sahəsi  142,4 min hektardır.  Buranın meşə­
lərində  lazımi həcmdə  yetişmiş  və  yaşı  ötmüş  ağaclar və  xeyli  odun­
caq ehtiyatı (25732,6  min m3)  vardır.
Bu  rayonun meşələri  yüksək  məhsuldardırlar:  hər hektar meşənin 
ehtiyatı  187 m3  və illik artımı hektarda  1,9 m3-dir.  Meşələrin orta ya­
şı 92  il,  orta sıxlıq 0,57-dir.  Hər bir adam başma rayonda 0,24  hektar 
meşə ilə  örtülü sahə və 45,5  m3  oduncaq düşür.
74
75

Yüngül  sənaye  və  kənd  təsərrüfatı  kimi  sahələrin  yüksək  temple 
inkişafı  (tərəvəz,  sübtropik  bitkilər  və  maldarçılıq  və  s.)  perspektiv 
dövrdə  bu rayonun meşə təsərrüfatı istehsalatına meşələrin qorunma­
sı,  meşələrin bərpası,  qiymətli meşə  və  subtropik bitkilərin  introduk- 
siya olması  və xalq  təsərrüfatında  oduncağın və  meşələrin  digər sər­
vətlərinin istifadəsinin genişləndirilməsini nəzərdə tutur. Nəzərə alaç 
ki, Lənkəran düzənliyində geniş sahələrdə kənd təsərrüfatı əkinləri, o 
cümlədən çay,  feyxoa, portağal və s.  sitrus bitkiləri yetişdirilir,  onla­
rın etibarlı qorunması üçün qoruyucu meşə zolaqlarının yetişdirilməsi 
nəzərdə tutulur.
IX.  Naxçıvan vilayəti (rayonu)
Vilayət meşəsiz əraziyə aid edilmişdir.  Relyefə görə vilayət 2 ye­
rə bölünür: Arazkənarı düzənliyə və Zəngəzur zirvələri və ondan ara­
lanan Daralgöz zirvəsi dağma.
Vilayətin  ərazisi  536,3  min  hektardır,  ondan  148,9  min  hektar 
(27,7%)  kənd təsərrüfatı  torpaqlarıdır.  Buranın  ərazisi  dağlıqdır,  on­
dan 32,8% hissəsi 600-1000 m hündürlükdə, 30%-i  1000-1500 m hün­
dürlükdə,  19,5%  1500-2000 m hündürlükdə, 9,6% 2000-2500 m hün­
dürlükdə və  7,6% 2500-3000 m hündürlükdə yerləşir.
Araz çayı boyunca Sədərək step düzənliyi,  Şərur düzənliyi və Bö- 
yükdüz  düzənliyi  yerləşir.
Vilayətin aqroiqlim şəraiti Azərbaycanın digər bölgələrindən xey­
li fərqlidir. Bölgənin xeyli hissəsinin iqlimi ciddi kontinental xüsusiy­
yətə,  vegetasiya  dövründə  böyük  istilik  ehtiyatına malik olsa da,  qışı 
müqayisə  olunacaq  dərəcədə  soyuq,  eyni  zamanda torpağı  və  havası 
qurudur.  Bunlar yüksək dağ  zirvələri  ilə  rütubət gətirici axınların qa­
bağının  alınması  ilə  bağlıdır.
Naxçıvan  vilayəti  respublikanın  digər  vilayətləri  ilə  müqayisədə 
ən az meşəsi  olan rayondur.  Burada eyni zamanda, meyvə və ot bitki­
ləri  də  kasaddır.
Vilayətdə  havanın  hərarətinin  absolyut  minimum  həddi  -  16-18°, 
absolyut maksimum 27-30°-dir.  Bu vəziyyət quru subtropik əkinlərin 
geniş yayılmasına səbəb  olur.
Arazın  bütün  qollarının  suyunun  tərkibində  həll  olunmuş  duzlar 
müşahidə  edilir.  Güclü  su  axını  zamanı  çaylarda  suyun  hər  kub  met­
rində  25  qrama qədər yuyuntu  materialları  olur.  Bu Arazın hövzəsin­
76
də dağ relyefi, iqlim şəraiti  və həll olunmuş  ana süxurların olması  ilə 
bağlıdır.
Arazın bütün qolları demək olar ki, sel gətirəndir.  Dağ relyefi, bit­
ki örtüyünün olmaması səthi su axınını yaradır və torpaqların eroziya­
sı inkişaf edir.
Naxçıvan vilayətinin xalq təsərrüfatında su  sərvətlərinin görkəmli 
rolu vardır, belə ki, kənd təsərrüfatı üçün torpaq sərvətlərinin gələcək 
istifadəsi üçün su amili əsas problem məsələdir. Suvarma suyunun ol­
maması üzündən burada suvarılan torpaqlar ərazinin cəmi  10%-ni təş­
kil edir.  Şumlanan torpaq sahələri də azdır, daha doğrusu, kənd təsər­
rüfatı torpaqlarının cəmi  19,0%-ni təşkil edir.  İstifadə olunan ərazinin 
51%-dən çoxunu təbii otlaqlar tutur,  7,1% torpaq sahəsi ümumiyyətlə 
istifadə  olunmur.  Ayrı-ayrı  inzibati  rayonlarda  eroziyaya  məruz  qal­
mış torpaqlar 66%-lə 80% arasında dəyişir.
Naxçıvan vilayəti böyük sahədə  çoxsaylı  mineral  sərvətlərlə zən­
gindir və onlar xalq təsərrüfatında görkəmli yer tuturlar.  Bu  sərvətlər 
səmərəli  olaraq istifadə  olunmalıdırlar.  Vilayətin  ərazisində  meşələr 
çox  azdır,  onlar  xeyli  sahədə  qırılmış  və  istifadə  olunmuşdur,  onlar 
ayn-ayn kiçik massivlərdə saxlanmışdır və qorunurlar.
Burada  meşə  torpaqları  2,2  min  hektardır.  Ona görə  də  Naxçıvan 
iqtisadi  rayonu respublikada  ən  az  meşəliliyə  malikdir  (cəmi  0,2%). 
Hazırda  rayonun  meşə  təsərrüfatının  qarşısında  mövcud  meşələrin 
möhkəm qorunması, meşə ərazilərini bərpa etmək və genişləndirmək 
vacibdir ki, bunun üçün də əlverişli  dağ yamacları,  çay vadiləri birin­
ci növbədə  istifadə olunmalıdır.  Eroziya ilə  mübarizə və  kənd təsər­
rüfatı  üçün  sahələrin  genişləndirilməsi  məqsədi  ilə  dağ  yamaclarım 
meşələşdirmək lazımdır.
Arazətrafı  düzənlikdə  kənd  təsərrüfatı  əkinlərini  genişləndirmək, 
meyvə bağlarını və üzümlükləri artırmaq və onlardan sabit məhsul gö­
türmək  məqsədi  ilə  torpaqqoruyucu  və  digər  meşə  zolaqlarını  artır­
maq  lazımdır (yol kənarları,  suvarma kanalları  ətrafında  və  s.).  Təbii 
mühiti  stabilləşdirmək üçün  eyni  zamanda  şəhər  və  qəsəbələr yaşıl­
laşdırılmalıdır.


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə