L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ



Yüklə 22.9 Kb.
Pdf просмотр
səhifə5/19
tarix25.05.2017
ölçüsü22.9 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   19

42
43

gücləndirən aşağıdakılardır:  əlverişsiz iqlim  şəraiti, maillik, yamaclara 
cəhətləri,  torpaq tipləri və torpağın skeletliyi və s. müxtəlif meşə təsər­
rüfatı  tədbirlərini  hazırlayanda bu amillər ciddi nəzərə alınmalıdır.
Bu  baxımdan yaddan çıxarmaq olmaz ki,  Azərbaycan Respublika­
sında bitən cinslər  içərisində  təsərrüfat  nöqteyi-nəzərindən qiymətli 
olan  bərkyarpaqlılar böyük  əhəmiyyət kəsb  edir.  Onlardan palıd,  fıs­
tıq və fələs cinsləri ümumi meşə ilə örtülü ərazinin 88%-ni təşkil edir 
və  onların  arealı  genişlənməlidir.  Bərkyarpaqlı  cinslərdən  uzunsap- 
laqlı palıd (Quercus Longipes  Stev.) respublikanın düzən və dağətəyi 
maili yamaclarında ən əhəmiyyətli ağac cinsidir.  Bu növ palıd ən çox 
istilik sevən  və torpağa az tələbkar olan cinsdir. Rütubətin çatışmazlı­
ğı  1200-1400 mm olan  ərazilərdə uzunsaplaq palıd qənaətbəxş şəkil­
də bitib yaşayır. Bu növ palıd cavan yaşlarında rütubətə az-çox tələb­
kar  olur.  10-15  yaşından  sonra  onların  quraqlığa  davamlılığı  artır  ve 
mexaniki  tərkibi  ən  müxtəlif olan  torpaqlarda bitə  bilirlər.  Şoranlığa 
az dözümlüdürlər.
Palıd  cinsi həm düzən və  həm də dağlarda bitir.  2000-2200 m  də­
niz  səviyyəsindən  hündürlüyə  qədər ərazilərdə  təmiz  və  başqa cins­
lərlə  qarışıq  halda  ağaclıqlar  yaradırlar,  dağətəyi  aşağı  və  orta  dağ- 
mcşə  qurşaqlarında gürcü palıdı  (Quercus  iberica  Stev.)  vələslə,  göy- 
riişlə  və  s.  ilə,  yuxarı  dağ-meşə  qurşağında  isə  şərq  palıdı  (Quercus 
macranthera) fıstıq, toz ağacı və s. ilə qarışıq meşələr yaradırlar. Araz- 
kənarı  torpaq  ərazilərindo  (Zəngilan  rayonu)  Araz  palıdı  (Quercus 
araxina)  digər cinslərlə  meşəlik  yaradır.  Lənkəran bölgəsində  isə  şa­
balıd yarpaq palıd  (Quercus castanofolia A.  Gros) geniş yayılmışdır.
Göründüyü  kimi,  palıd  cinsinin  plastik  xüsusiyyəti  vardır  və  ən 
müxtəlif iqlim-torpaq şəraitində  bitir.
Fıstıq  meşələri  (Fagus  orientalis  lipsky)  əsas  etibarilə  orta və  yu­
xarı  dağ-meşə qurşağında  bitir,  xüsusilə orta meşə qurşağında yüksək 
məhsuldar  meşələr  əmələ  gətirirlər.  Bu  cins  rütubətsevərdir.  Onlar 
yüngül vo orta dərəcəli  mexaniki  tərkibi olan münbit rütubətli torpaq­
larda yaxşı  bitirlər.  Bu  qurşaqda  fıstıqla bərabər onun  peykləri hesab 
olunan  və  rütubətə  meyl  göstərən  cökə,  adi  göyrüş  müxtəlif ağcaqa­
yınlar,  azat  ağacı  ilə  və  s.  ilə  qarışıq meşələr yaradırlar.  Fıstıq  ağacı 
kölgəyə  davamlıdır,  onların  pöhrələri  və  yeniyetmələri uzun müddət 
iri ağacların çətirləri altında qalır və yaşamaq qabiliyyətini saxlayırlar.
Vələs ağacı (Carpinus caucasica A. Grossh) aşağı dağ-meşə qurşa­
ğında  məhsuldar  meşələr  yaradır.  Onlara  dağətəyi  düzənliklərdə  və 
orta  dağ-meşə  qurşaqlarında  palıd,  dağdağan,  fıstıq,  dəmirağacı,  tit- 
rəkyarpaq  qovaq kimi  cinslərlə  qarışıq halda rast gəlmək olur.  Vələs 
cinsi  fıstıqdan  fərqli  olaraq quraqlığa  daha  dözümlüdür.  İşıqsevər  ol­
duğu  üçün  onların  təbii  bərpası  daha  sür’ətlə  gedir.  Ona  görə  də  ya­
macların cənub cəhətlərində fıstıq və palıd bəzən vələs cinsi ilə əvəz 
olunur.
Yuxanda adları çəkilən  əsas meşə  əmələgətirən cinslərdən əlavə 
olaraq qarışıq halda 8  növ ağcaqayın (Aser),  3  növ Qızılağac (Alnus), 
3  növ  tozağacı  (Betula),  2  növ  dağdağan  (Celtis),  2  növ  iydə 
(Fleagnus),  2 növ  göyrüş  (Fraxinus),  onlarca növ qovaqlar (populus), 
2 növ cökə (Tilia) və bir çox digər ağac növləri bitir və meşələrin tər­
kibinə daxil olurlar.
Göründüyü kimi, coğrafi mühit nəinki ağac və digər bitkilərin əra­
zilərdə bölünməsini, meşələrin tərkibini, onların məhsuldarlığını mü­
əyyən edir, eyni zamanda bitki növlərinin bir-birinə təsirinin xüsusiy­
yətlərini  dəyişdirir və  bunlar öz növbəsində  ağacların  formalaşması­
na, daha doğrusu, onların tərkibinin və məhsuldarlığının vaxt ərzində 
dəyişməsinə  təsir  göstərir.  Q.F.Morozov  ağac  cinslərinin  formasını, 
onların bir-birinə təsirini təhlil edərək göstərir ki, ağaclar meşədə nə­
inki  xarici  coğrafi  mühitə,  daha  doğrusu,  iqlimə,  torpağa,  torpaqaltı 
ana qatlara və  s.  uyğunlaşırlar,  eyni zamanda,  özlərinin daxili mühiti­
nə və bir-birinə uyğunlaşaraq yaşayış tərzi keçirirlər. Ona görə də nə­
inki hər bir ağac cinsinin ekoloji şəraitini, eyni zamanda onların yaxşı 
inkişafı üçün optimal şəraiti bilmək lazımdır.  Bu halda yuxarıda qeyd 
olunduğu  kimi,  ağac  cinsinin  bioekologiyasmdan  həmin  cinsin  daxil 
olduğu və yaxud tərkibində olduğu ağaclığın bioekologiyasını ayırma­
ğı  bacarmaq  lazımdır.  Bunu  geniş  düzən  bölgələri  üçün  öyrənmək 
asandır.  Lakin  dağ  bölgələrin  tez-tez  dəyişən  bioiqlim  şəraiti  üçün 
mürəkkəb olur. К.  B.  Lasitski,  V.  S.  Çuenko (1973) göstərirlər ki,  bir 
hektar meşənin  oduncağının  orta  illik  artımı  ilə  radiasiya balansının, 
eyni zamanda illik artımla effektiv hərarətin cəmi arasında sıx korrel­
yasiya  əlaqəsi  mövcuddur.  Burada  korrelyasiya  əmsalı:  şam  ağacı 
üçün 0,965  və 0,901; palıd üçün 0,901  və 0,845; toz ağacı üçün 0,963 
və 0,947;  qovaq üçün 0,933 və 0,695-dir.
44
45

Cədvəl  S
ƏSAS  MEŞƏ  ƏMƏLƏ  GƏTİRƏN  CİNSLƏR ÜZRƏ GÜNƏŞ 
RADİASİYASININ BİOLOJİ  MƏHSULDARLIĞI (m3 (bir hektar) il)
Cinslər
Orta illik artıma  təsiri 
(1  kkai  (sm2)  il  üçün)
Hər 100° effektiv hərarətin 
illik orta artıma təsiri
Ehtiyat
Ümumi
məhsuldarlıq
Ehtiyat
Ümumi məh­
suldarlıq
Şam
0,18
0,32
0,22
0,40
Palıd
0,14
0,23
0,19
0,51
Toz  ağacı
0,16
0,22
0,20
0,27
Yuxarıda  qeyd  olunan  məlumatlar  (cədvəl  8)  imkan verir ki,  iqli­
mə  və  torpağa  əsas  meşə  əmələgətirən  cinslərin  tələbatı  istehsalat 
nöqteyi-nəzərindən  qiymətləndirilsin.  Ayrı-ayn  cinslərin  hərarətə, 
rütubətə,  torpağa  və  s.  tələbatının  həqiqətə  yaxın  şəkildə  bilinməsi 
meşəçilik üçün çox vacibdir.
Azərbaycanda  müxtəlif meşəbitmə  bölgələrində  iqlim  və  torpaq 
şəraitini  nəzərdən  keçirərək,  ayrı-ayrı  cinslərin  bioekologiyasmı  və 
onları  yaradan  cinslərin  və  ağacların  məhsuldarlığını  öyrəndikdən 
sonra iqlimin və torpağın şəraitini bilmək nəinki ağac cinslərinin bio- 
ekoloji  xüsusiyyətlərini  araşdırmağa  imkan  verir,  eyni  zamanda  bio- 
sintez  proseslərinin  proqnozunu  vermək,  buradan  isə  ağacların  verə 
biləcəyi  məhsuldarlığı  az-çox  həqiqətə  uyğun  şəkildə  təyin  etmək 
mümkündür.
46
VI.  MƏHSULDAR MEŞƏLƏRİN YETİŞDİRİLMƏSİNDƏ 
EKOLOJİ-İQTİSADİ RAYONLAŞDIRMANIN ROLU
Meşə təsərrüfatının inkişafına mane olan səbəblərdən biri meşələ­
rin və meşə torpaqlarının ekoloji və  iqtisadi  cəhətdən tam qiymətlən- 
dirilməməsi və bununla bağlı meşələrin saxlanması və məhsuldarlığı­
nın  yüksəldilməsinə  yönəldilən  meşə  təsərrüfatı,  meşəmeliorativ  və 
digər tədbirlərin zəif işlənməsidir.
Bu baxımdan,  kompleks  meşə  təsərrüfatı,  meşəmeliorativ  və  mə­
dəni  texniki tədbirlərin yerinə  yetirilməsi,  eyni zamanda onların düz­
gün yerləşdirilməsi məqsədilə  meşə  təsərrüfatının,  meşəmeliorasiya- 
smın  və  meşə  sənayesinin  aparılması  üçün  meşə  sahələrinin  ekoloji- 
iqtisadi cəhətdən qiymətləndirilməsi vacibdir.
Mövcud qiymətləndirmə və rayonlaşdırma üsulları (fiziki, coğrafi, 
aqroiqlim,  kənd  təsərrüfatı  və  s.)  ayrı-ayrı  təbii  amillərə  əsaslanan 
(iqlim,  relyef,  torpaq,  istehsalatın  xassəsi  və  s.)  rayonlaşdırma  bu 
məqsəd üçün yalnız  ümumi  anlayış  verə  bilir və  meşə  təsərrüfatının 
aparılması üsullarının tələbinə müvafiq bu və ya digər rayonlaşdırma­
ya qismən uyğun gəlirlər.
Göstərilən  vəzifələrə  isə  meşələrin  ekoloji  və  iqtisadi  cəhətdən 
qiymətləndirilməsi daha çox cavab verir və ona görə də bunun əsasın­
da kompleks  rayonlaşdırma aparılmalıdır.  Belə iş,  ərazini eyni  tip  tə­
bii şəraiti olan və  onları meşə  təsərrüfatının və meşəmeliorasiyasmın 
aparılmasına uyğun gələn ərazilərə ayıra bilər.  Bu halda həm də təbii 
şəraitin vəziyyətini keyfiyyətcə  qiymətləndirməyə,  meşənin məhsul­
darlığını  dəqiqləşdirməyə  və  əkiləcək  eraziləri  müəyyənləşdirməyə 
imkan verir.
Azərbaycan  Respublikasının  ərazisi  təbii  və  iqtisadi  şəraitlərinin 
müxtəlif olmasına görə bizim tərəfimizdən  sahələr çoxpilləli ekoloji- 
iqtisadi rayonlara bölünmüşdür. Ekoloji-iqtisadi şəraitin həm bütün öl­
kə  üçün,  həm  də  ayrı-ayrı  iqtisadi  rayonların  sərhəddində  meşə  sər­
vətlərinin  və  onların  istifadə  olunmasını,  eyni  zamanda  meşələrin 
məhsuldarlığının  və cins tərkibinin yaxşılaşdırılması  üçün  tədbirlərin 
hazırlanmasını  müəyyənləşdirir.  Meşəbitmə  şəraitinə  görə  rayonlaş­
dırmanın aparılması  üzrə bir çox alimlərin  işləri təqdirəlayiqdir (İ.  S. 
Melexov,  V.  Q. Nesterov,  P.  V.  Vasilyev,  Q.  V.  Krilov, A.  A.  Simek, 
A. M. Borodin və digərləri).  Bundan əlavə, meşələrin təbiəti mühafi-
47

zo  ctmok və rekreasiya rolunu nəzərə almaqla, aparılan ekoloji-iqtisa­
di  rayonlaşdırma  təsərrüfat nöqteyi-nəzərincə  ağac  cinsləri  ilə  ərazi­
nin  bəıpa  olunmasında və bu münasibətlə vacib meşə təsərrüfatı təd­
birlərinin hazırlanmasında böyük əhəmiyyətə malikdir. Ekoloji-iqtisa­
di  rayonların  ayrılmasının  əsasını  təbii-iqlim  amillərinə  görə  ağac 
cinslərinin inkişafı və böyüməsi, onların coğrafi yayılmasının qanuna­
uyğunluğu təşkil edir.
Təbiidir  ki,  Azərbaycanın  ərazisində bir-birindən  xeyli  fərqli me- 
şəbitmə şəraitinin və iqtisadi vəziyyətin olması tədqiqatçıların diqqə­
tini  çoxdan  cəlb  edirdi.  L.  İ.  Prilipko  (1954)  respublikanın  ərazisinin 
ilk  dəfə  meşəbitmə  şəraitinə  görə  rayonlaşdırılmasmı  hazırlamışdır. 
Nəzərə alaraq ki, meşənin rayonlaşdırılması (konstruksiyasına və sxe­
minə  görə), eyni zamanda, meşə təsərrüfatı tədbirlərinin işlənməsi va 
həyata keçirilməsini asanlaşdırmaq üçün Azərbaycan Respublikasının 
meşə təsərrüfatı  və meşə  sənayesinin inkişaf sxemində (Osipov A.Q., 
1964)  21  meşəbitmə rayonunun  əvəzinə  10 meşə  təsərrüfatı  rayonla­
rı  verilmişdir.
Axırıncı onilliklərdə aparılan elmi-tədqiqatlar genişləndikcə aşağı­
dakı  rayonlaşdırılmalar  işlənmişdir:  “Aqromeşəmeliorativ  rayonlaş­
dırma”  (Səfərov  İ.S.  1958),  “Meşə əkinləri üzrə rayonlaşdırma”  (Hü­
seynov Ə.  M.,  Hüseynova L.A.,  1973) “Azərbaycanın meşəmeliorativ 
rayonlaşdırılması”  ( Ə m i r o v   F.  Ə.  1973).  Lakin bu tədqiqatlar me­
şə  təsərrüfatının  vəziyyəti  tələblərinə  uyğun  gələn  ayrı-ayrı  sahələ­
rində  tətbiq oluna  bilərlər  (meşə  əkinləri,  meşə  meliorasiyası).  Bun­
larda  bir-birinə  bağlı  olan  sahələrin  marağına  isə  az  diqqət  yetirilir, 
ona görə də onlar çox sadə xarakterlidirlər.
Hazırda böyük həcmdə  faktiki  elmi məlumatlar və təcrübələr top­
lanmışdır və  onların əsasında  meşə  ərazilərini  ekoloji-iqtisadi  cəhət­
dən qiymətləndirmək və rayonlaşdırmaq mümkündür.
Əldə olunan bu  məlumatlara əsasən  meşələrdən nəinki keyfiyyət­
li  və  istənilən  həcmdə  oduncaq  əldə  etmək,  meşələrin  və  meşə  tor­
paqlarının vəziyyətini  aydınlaşdırmaq,  eyni zamanda ayn-ayrı  rayon­
lar  üzrə  ekoloji  vəziyyəti  (təbiəti  mühafizə)  qiymətləndirmək  olar. 
Bir çox amillərin əsasında (həm təbii və həm də iqtisadi) istənilən və 
hazırlanan  rayonlaşdırmanın  nəinki  meşə  təsərrüfatı,  eyni  zamanda 
bütün  xalq təsərrüfatı  üçün əhəmiyyəti vardır.  Təbii və iqtisadi şərai­
tin düzgün qiymətləndirilməsi, eyni zamanda meşə təsərrüfatı istehsa­
latının  inkişafı  və  yerləşdirilməsinin elmi  cəhətdən proqnozunu  ver­
mək  çox  lazımdır.  Bunsuz  meşələrin  sosial-iqtisadi  inkişafının  gələ­
cək  dövr  üçün  məqsədini  və  vəzifələrini  təyin  etmək  olmaz,  daha 
doğrusu,  meşələrin  mühit qoruyucu rolunu  saxlamaq,  meşə  sərvətlə­
rindən  tam  istifadə  etmək  və  onları  artırmaq,  meşələrin  kompleks 
məhsuldarlığım  yüksəltmək,  ağac  cinslərini  səmərəli  yerləşdirmək, 
meşələrin  keyfiyyət  tərkibini  yaxşılaşdırmaq,  xalq  təsərrüfatının  və 
əhalinin meşə  məhsullarına  və  xidmətinə  olan tələbatını  ödəmək və 
s. problemləri həll etmək çətinləşər.  Eyni zamanda, meşənin təbii, iq­
tisadi,  meşəbitmə  şəraiti,  ekoloji  və  sosial  funksiyalarının  da  nəzərə 
alınması vacibdir. Bizim tərəfimizdən respublika meşələrinin qiymət­
ləndirilməsi və rayonlaşdırılması üçün vacib amillərdən: ərazinin fizi­
ki-coğrafi xüsusiyyəti, meşəbitmə şəraiti, meşə fondunun səciyyələn­
dirilməsi,  meşə  təsərrüfatının  vəziyyəti  və  aparılmasının  səviyyəsi, 
ərazinin  meşəliliyi,  meşələrin  məhsuldarlığı  və  cins  tərkibi,  onların 
qoruyucu su və mühit əmələgətirici rolu, torpaq fondunun quruluşu və 
vəziyyəti, əhalinin sayı, nəqliyyat yollarının vəziyyəti və inkişafı, me­
şələrin rekreasiya məqsədilə istifadə, meşə təsərrüfatının və meşəme- 
liorasiyasının inkişaf perspektivləri və s. nəzərə alınmışdır. Meşələrin 
ekoloji və iqtisadi qiymətləndirilməsi, meşə təsərrüfatının aparılması­
nın kompleks sxeminin işlənməsi və Azərbaycanda təbii mühitin qo­
runması tədqiqatın ən mürəkkəb etapı hesab olunur. Çünki çox da bö­
yük  olmayan  respublikanın  ərazisində  8  iqlim  qurşağı:  3  dağ  sistemi 
və geniş düzənlik vardır.
Ayrı-ayrı  bölgələrin  və  bütöv  respublikanın  quruluşu  nəinki  təbii 
proseslərin təsirindən,  eyni  zamanda antropogen təzyiqlərdən də  də­
yişirlər.  İnsan  müxtəlif  alətləri  və  texniki  vasitələri  tətbiq  etməklə 
ekosistemi geniş ərazilərdə dəyişdirir. Qeyd olunmalıdır ki, insanların 
təsərrüfat  fəaliyyəti  təbiəti  həm  müsbət  və  həm də  mənfi  tərəfə də­
yişdirə bilər. Ona görə də meşə sərvətlərindən istifadə edərkən həmi­
şə  ekosistemin  qorunması  problemi  ortaya  çıxır.  Bunu  təbiətdən  sə­
mərəli istifadə etməklə optimal təbii və təsərrüfat sistemini saxlamaq­
la həll etmək olar. Bununla əlaqədar olaraq, ekoloji vəziyyəti qiymət­
ləndirərkən və respublikanın meşə ərazisini rayonlara bölərkən bir-bi­
rinə bağlı olan təbii və təsərrüfat sistemləri nəzərə alınmışdır.
Respublikanın  ərazisində  bizim  tərəfimizdən  aşağıdakı  rayonlar 
ayrılmışdır:
48
4.-4905
49

A.  Böyük Qafqaz vilayəti (rayonları)
1.  Böyük Qafqazın cənub makro yam adan
2.  Böyük Qafqazın şimali-şərqi yam adan və düzənliyi
3.  Abşeron rayonu
B.  Kiçik  Qafqaz vilayəti  rayonlan:  şimali  qərb,  mərkəzi  Qarabağ, 
cənub, qərb
V. Talış vilayəti
1.  Talış rayonu
Q.  Naxçıvan vilayəti:  Naxçıvan rayonu şərti olaraq dağ kontinental 
və Araz ətrafı düzən yarımrayonu
D. Kür-Araz düzənliyi vilayəti: mərkəzi step və şərqi step yarımra- 
yonları
Ayrılan hər bir rayonun sərhəddi ərazisində mövcud və nəzərdə tu­
tulmuş meşələr, meşəliliyi, cins tərkibi, məhsuldarlığı və s. verilmişdir 
və təklif olunur ki,  bu rayonlardan tərtib  olunan yenimeşə quruluşu iş­
lərində  geniş  istifadə  edilsin.  Nəzərdə  tutulan yüksək məhsuldar me­
şələrin  optimal tərkibi, proqramı və məhsuldarlığı hər bir ekoloji-iqti­
sadi  rayon üçün  işlənmişdir (cədvəllər 9,  10,  11,  12,13,  14). Aşağıda 
hər bir rayonun qısa təsviri yazılmışdır.
A.  Böyük Qafqaz vilayəti.
1.  Böyük Qafqazın cənub makroyamaclan rayonu. Bu rayon Böyük 
Qafqazın cənub dağ yamaclarını  əhatə edir.
Ərazisinə  görə  bu  rayon  ən böyük  sahəni  tutur və  meşəlik burada 
xeyli  çoxdur.  Böyük  Qafqaz  silsiləsinin  cənub  ətəklərinin  suayncı, 
yüksək və orta dağ əraziləridir və Alazan-Əyriçay vadisinə doğru aşa­
ğı  enir.  Suayırıcından  aşağı  yamacların  eni  çox  deyildir (25  km-ə  qə- 
dərdir) və bu ərazidə onlar dəniz səviyyəsindən 300-500 m qədər yu­
xarı  yerləşirlər.  Düzən hissəni eninə kəsən zolaq ədəbiyyatda (üçüncü 
dövrün) “step zirvələri” adlanır.
Böyük  Qafqazın  cənub  makroyamaclan  özünün  struktur-relyef 
oroqıafık,  geoloji və tektoniki xüsusiyyətlərinə görə mürəkkəb komp­
leksdir.
Böyük Qafqazın cənub ətəklərinin hər yerində aşağıdakı şaquli qur- 
şaqlığı  və onlara xas olan torpaq tipləri və yarımtipləri vardır:
-  Qarla örtülü yüksək dağ qayalıqlan.  Bura 3500-4000 m dəniz  sə­
viyyəsindən  hündür və  demək  olar ki,  tam torpaq örtüyü olmayan  sa­
hələrdir.
- Alp qurşağı (Dəniz səviyyəsindən 2500 m-dən hündür)
- Subalp qurşağı  (1700-2500 m hündürlükdə)
- Dağ-meşə qurşağı (Dəniz səviyyəsindən 500-2200 m hündür)
- Dağ səhra qurşağı (200-300 metrdən 900-1200 m-ə qədər)
- Yanmbozqır qurşaq (dəniz səviyyəsindən 400 m-dən aşağı)
Birinci  üç  qurşaqda meşə  bitkilərinin bitməsi  istilik sərvətinin çə­
tinliyi ilə mümkün olmur, lakin dağ-step ve yarımbozqar qurşaqda me­
şənin bitməsi torpaqda rütubətin azlığı nəticəsində çətinləşir.
Burada dağ relyefi şumlanan əkinçiliyin inkişafına mane olur.  Şum­
lanan torpaqlar erazinin cəmi  15,4%-ni təşkil edir.
Rayonun torpaq ərazisində çoxillik ağaclar az sahəni tutur, kənd tə­
sərrüfatı  torpaqlarının  9,58%-ni  əhatə  edirlər.  Böyük  Qafqazın  cənub 
ətəklərində  əmək  sərvətləri  böyükdür.  Əhalinin  bir  hissəsi  ənənəvi 
olaraq toxuma parça istehsal etmək, zərgərlik, xalça və saxsı qablar və 
s. düzəltməklə məşğuldur.
Bu iqtisadi rayonda, eyni zamanda yeyinti sənayesi inkişaf etmişdir. 
Rayonda konserv,  ət  və  süd məhsulları,  tütün  fermentasiyası  sənayesi 
inkişaf edir. Bu rayonda taxıl təsərrüfatı, tütün istehsalı, üzümçülük və 
böyük iqtisadi potensialı olan digər sahələr inkişaf tapmışdır.
Baxmayaraq ki, Böyük Qafqazın cənub makroətəklərində digər ra­
yonlardan  fərqli olaraq  meşə  torpaq sahələri  çoxdur.  (226,9  min hek­
tar),  lakin  ağac  emalı  zavodu  və  meşə  kombinatları  özlərinin  gücünə 
görə azdır və kiçik ölçülüdürlər. Burada çox sahələr qorunur və qırma­
lar aparılmır.  Böyük Qafqazın cənub makroətəkləri,  eyni zamanda əl­
verişli  iqlimə  malikdir və  istirahət qurşaqları,  turist  marşrutları  yarat­
maq üçün burada yaxşı şərait mövcuddur. Böyük Qafqazın cənub mak- 
royamaclannda ekoloji vəziyyətdən söhbət apararkən nəzərə almaq la­
zımdır ki, burada qarla örtülü olan yüksək dağ zirvələri və eyni zaman­
da cənubda geniş  ərazidə düzənliklərin olması  və  Böyük Qafqaza pa­
ralel olaraq keçən  step zirvələri barədə çay qovşağı və suvarma təsər­
rüfatları üçün özünə məxsus şərait yaratmışdır. Böyük Qafqazın cənub 
ətəklərində maili yamacların və burada asanlıqla parçalanan torpaqaltı 
ana qatların olması bütün yerli qatlardakı su axınlarının şiddətlənməsi- 
nə (artmasına) səbəb olur və sel axınları zamanı çox böyük həcmdə yu­
yulur və çoxlu torpaq daş məhsulları gətirilir, onları çayların düzənliyə 
çıxan hissələrində (vadidə) böyük ərazidə qoyub keçirlər. Belə çay gə­
tirmələri olan çay vadiləri geniş  (1000 hektarlarla) sahəni tuturlar.
50
51

A
Z
Ə
R
B
A
Y
C
A
N
 R
E
S
P
U
B
L
İK
A
S
IN
IN
 T
O
R
P
A
Q
 F
O
N
D
U
N
U
N
 TO
RP
A
Q
 
K
A
T
E
Q
O
R
İY
A
S
IN
A
 G
Ö
R
Ə
 B
Ö
L
Ü
N
M
Ə
S
İ,
 m
in
 hek
tar
O
n

-o
ö
C
ə
m

m
e
şə
 
fo
nd
u
1
___________
O
n
2
96
,3
4
6
,2
11
,1
87
,7
2
1
,0
ON
1
1
,8
1
2
0
,2
1
4
7,
6
2
4
,4
5
8,
0
1
6
0
,7
2,
2
27
,6
3,9
D
ig
ə
r
 m
ü
­
ə
ss
is
ə

r
in
 
ö
h
d
ə
si
n
d
ə
 
o
la
n
 m
e
şə
­

r
00
40
tvT 
o e  
4 .  
(N 
m  

—  
o\ 
00
 
o'
00
O
2,
8
1
8
,6
2
,1
8,
6
5,6
0,
5
9,6
0
,1
D
ö
v


me­
şə
 fo
n
d
u
­
nun 
ü
m
u
­
mi 
to
rp
aq
 
sa
h
ə

r
i
f -
268,7
42
,4
9,8
79,6
2
0
,1
r-
1
1
7
,2
1
2
9
,0
22,2
4
9
,4
15
5
,1
Г ;
1
8
,0
3
,8
----
----
----
----
----
----
-
1


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə