L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ



Yüklə 8.61 Mb.
Pdf просмотр
səhifə4/19
tarix25.05.2017
ölçüsü8.61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

32
sibeti  və  nəhayət  qarışıq  (çoxcinslərden  ibarət)  və  təmiz  (yekcins) 
ağaclığın  formalaşması  və  inkişafının  qanunauyğunluğu  nəzərə  alın­
malıdır.
İqlim  və  meşə  təbii  mühitlə  sıx  qarşılıqlı  əlaqəsi  olan,  bir-birini 
şərtləndirən  mühüm  amillərdəndirlər.  İqlimin  dəyişməsi  məlumdur 
ki,  bilavasitə  meşə  ehtiyatlarına  təsir  göstərir,  onların  kəmiyyət  və 
keyfiyyətinin dəyişməsinə  səbəb  olur.
Coğrafi  mühit  nəinki  ağac  və  digər bitkilərin  ərazidə  yayılmasını 
(bölünməsini), meşələrin tərkibini, onların məhsuldarlığını təyin edir, 
eyni  zamanda bitkilərin  ayrı-ayrı  növlərinin  bir-birinə  münasibətinin 
xüsusiyyətinə təsir göstərir,  bu  isə öz növbəsində ağaclığın formalaş­
masını,  daha  doğrusu,  ağaclığın  tərkibinin  və  məhsuldarlığının  vaxt 
ərzində  dəyişməsini təyin edir.
Q.  F.  Morozov  ağac  cinslərinin  müxtəlif təsir  formasını,  onların 
bir-birinə təsirini xarakterizə edərək göstərir ki, ağaclar meşədə nəin­
ki  coğrafi  mühitə  uyğunlaşır  (iqlimə,  torpağa,  torpaq  əmələgətirən 
ana qatlara və s.), eyni zamanda onlar özünün daxili mühitində də bir- 
birinə  uyğunlaşırlar.  Onlar  həm  xarici  mühit  şəraitindən  asılı  olaraq 
və həm də ağacın və yaxud ağaclığın yaş mərhələlərinin dinamikasın­
dan asılı olaraq dəyişirlər.
Ona görə də hər bir cinsin  nəinki ekoloji  şərait diapazonunu, eyni 
zamanda onların yaxşı inkişaf etməsi üçün optimal bitmə şəraitini bil­
mək lazımdır. Bu halda cinsin bioekologiyasını onun yaratdığı və  ya­
xud  tərkibinə  daxil  olduğu  ağaclığın  bioekologiyasından  seçmək  la­
zımdır.
Ağac cinslərinin bioekologiyası bizə yaxşı məlumdur. Lakin meşə­
nin  bir çox həyat  elementlərində  əksər hallarda kəmiyyət elementlə­
rinin göstəriciləri olmur.  Misal üçün, götürək işığı.  Ağacların  işıq  se- 
vərliyi  haqda  şkala  vardır,  nisbi  işıqsevər  ağaclar  məlumdur,  ancaq 
mütləq  məlumatlar  çox  azdır.  Biz,  misal  üçün,  bilmirik  ki,  müəyyən 
coğrafi  rayonda  palıdın,  fıstığın  və  digər  cinslərin  normal  inkişafı 
üçün  nə  qədər  lyuks  (işıq)  tələb  olunur,  ağaclığın  müxtəlif  inkişaf 
mərhələsində  nə  qədər  işıq və  onun  hansı  tərkibi  lazımdır.  Eyni  za­
manda bunu hərarət və rütubət amili haqqında da demək olar.
К. B. Lasitski (1963) keçmiş SSRİ-nin Avropa hissəsinin düzən ra­
yonlarında palıdın  inkişafı üçün optimal  hərarət rejiminin öyrənilmə­
3. -  4905
33

si  ilə  məşğul  olmuş  və  göstərmişdir  ki,  bu  məsələyə  konkret cavab 
vermək çox çətindir, belə ki, iqlimin hər bir elementi çox dəyişkəndir.
Eyni zamanda,  qeyd etmək lazımdır ki, bütün digər elementləri nə­
zərə  almadan  ağaclığın  inkişafını  hər  hansı  bir  amillə  bağlamaq  və 
asılılığı müəyyən  etmək olmaz.
Misal üçün, pozulmuş meşələrdə iqlim ehtiyatları dəyişir və meşə­
nin  inkişafına  öz mənfi  təsirini  göstərir.  Bununla  belə,  Azərbaycanın 
dağlıq rayonlarında müasir iqlim şəraiti meşələrin saxlanması üçün əl­
verişlidir.
Burada  kompleks  göstərici  kimi  ərazinin radiasion quruluq indek­
sini  və  yaxud iqlimin rütubət  şəraitinin  göstəricisini bilmək vacibdir. 
(bİ.Budiko,  1948).  Bu göstərici  ölçülməsi mümkün olan həddə (kkal) 
radiasiya balansı ilə yağmurların miqdarı arasındakı münasibəti xarak­
terizə  edir (il ərzində  və  yaxud vegetasiya  dövrü  üçün)  və rütubətin 
tam təbəxxür olması tələb olunan istiliyi göstərir:
R
К --------
L
Əgər hərarətin  R,  atmosfer çöküntülərinə nisbəti  bir vahidə bə­
rabər olarsa,  deməli,  ərazidə  yağan yağmur həmin  istiliyin miqda­
rında  tam  təbəxxür  ola  bilər.  Bu  şəraitdə  (dağ  meşə  qurşağında) 
bitkilərin  həyat  tərzi  normal  keçəcəkdir.  Əgər  göstərilən  münasi­
bət vahiddən az olarsa, onda rütubətin toplanması üçün şərait yara­
nır və bu bitkinin həyat funksiyasına təsir edəcəkdir.  Əgər hərarət­
lə  yağmurların  münasibəti  1-dən  çox  olarsa,  bu  onu  göstərir  ki, 
ərazidə  vəziyyət  quraqlığa  doğru  gedir,  bu  da  meşə  (misal  üçün, 
arid qurşaqlarda və düzənliklərdə) bitkilərinin inkişafına mənfi tə­
sir göstərəcəkdir.
M eşələrin  biosfer  sistemi  kimi  ətraf mühitə  təsirini  araşdırar­
kən  yadda saxlamalıyıq ki,  məhsuldar m eşələr yetişdirməli  və on­
ların  susaxlayıcı-qoruyucu  rolunu  artırmaq  bizim  vəzifəmiz  olma­
lıdır. 
*
Beləliklə,  məhsuldar  meşələrin  parametrlərini  elmi  cəhətdən 
əsaslandırmaq üçün coğrafi mühit şəraitini  bilmək vacibdir. Bunlar 
isə  meşəbitmə  üzrə  rayonlaşdırmada,  bitmə  şəraitində  -  meşə  ti­
34
pində  əks  olunur ki, bunun üçün  ağac  cinslərinin bioekologiyasmı 
bilmək lazımdır  (cədvəl  6).
Cədvəl 6-dakı məlumatlardan görünür ki, orta iqlim göstəricilə­
rinin  amplitudası  həm bölgələr üzrə və həm də bölgələr daxilində 
xeyli  dəyişkənliyə malikdir.  Əlbəttə, hər bir bölgə daxilində  iqlim 
göstəriciləri yerli  bitmə  şəraitindən  asılı  olaraq (dəniz  səviyyəsin­
dən hündürlük, yer səthinin relyefi, meşəliliyi və s.) orta rəqəm lər­
dən  xeyli  kənara  çıxır,  bu  isə  ağac  cinslərinin  xassəsinə,  inkişafı­
na,  ağaclığın məhsuldarlığına və  təbii  bərpasına müəyyən mənada 
özünün təsirini  göstərir.
Yuxanda göstərilən iqlim elementlərinin ayrı-ayrılıqda və onla­
rın  birliyi  şəraitində  ağac  cinslərinin  həyatında  böyük  əhəmiyyəti 
vardır.  İstiliyin  əsas  3  nöqtəsini  nəzərə  almaq lazımdır:  aşağı,  yu­
xarı və  optimal.
Radiasiya  balansının  böyüklüyünə  görə  istiliyin  miqdarı  (kkal 
(sm2)  il)  aşağıdakı  kimi dəyişir:
Kür  dağarası  çökəkliyində  45-47  kkal/sm2,  Böyük  və  Kiçik 
Qafqazın dağətəyi  hissələrində  50-yə yaxın,  dağ-meşə bölgələrin­
də  51,9 kkal/sm2  və  s.
Ağaclığın bonitet sinfinin və istilik həddinin dəyişməsini müqa­
yisə  etdikdə  nəzərə  çarpır  ki,  istilik  artdıqca  ağaclığın  bonitetliyi 
də artır.  Eyni zamanda, eyni  fikri torpaq haqqında da demək lazım­
dır.  Rütubətliyi  lazımi  qədər  olan münbit  (qalın)  torpaq  şəraitində 
ağaclığın bonitet  sinfi  yüksəlir.
Əlbəttə,  bu  asılılıq  o  yerdə  olur  ki,  orada  ağaclığın  inkişafı  ve 
məhsuldarlığı  hərarətin  çatışmaması  ilə bağlı  olur.
Digər iqlim amillərinin təsiri, misal üçün, rütubətin çatışmama- 
sı şəraitində bu  asılılıq pozulur.
K.V.  Lasitskinin  və V.S.Çuenkovun  (1973) verdikləri  məluma­
ta  görə  hər  bir  bonitet  sinfi  artdıqda  ağaclığın  oduncaq  ehtiyatı 
yüksəlir,  misal  üçün,  yetişkənlik  yaşında  palıdın  oduncaq  artımı 
20-32%,  tozağacı  və  titrək  qovağın  20-28%,  şamınkı  25-37%  təş­
kil  edir.
Azərbaycan  Respublikasında  düzənlik  və  dağətəyi  bölgələrdə 
rütubətin çatışmadığı qurşaqlarda bu amil nəinki ağaclığın m əhsul­
darlığının  həcminə,  eyni  zamanda  ağac  cinslərinin  yayılmasına  və 
inkişafına mənfi  təsir edir.
35

A
Z
Ə
R
B
A
Y
C
A
N
 M
E
Ş
Ə
B
İT
M
Ə
 Ş
Ə
R
A
İT
İ 
R
A
Y
O
N
L
A
R

Ü
Z
R
Ə
 O
R
T
A
 İQ
L
İM
 G
Ö
S
T
Ə
R
İC
İL
Ə
R
İ
6
шш  ‘ıjepbıuı 
шш.1е[П1ип>[р5 
jojsoıujıı  epunj 
-лор 
ba
;
sb
}.
i
8,
t
.\
шш  ‘мврЫш 
щщдергцт}} 
-ob 
jə jsouuv
(If  j 
[вэр( мврЫш 
1![[i 
uiuisubi
 
-sq  BXısBipBy
i)ejBjeq 
шпшш
1
ш  be(
-}ПШ  UIUEABJJ
ıjej
-Bjeq  uıuıSBABq 
ui
X
b
 
bn/Co$ u@
(uBxnX  uep 
-o0 l)  «шео  uıj 
-елвлец лэ д э д а
ıjeJBjeq 
b ijo
 
I
h
[A'
b
  uıuıSBABq 
UnJAQP  [}SI  U0
0S 
I i e j B j e q   b q  
-
a
'
b
 
bjjo
  unıın.ı 
-лор  В/([*в}э8эд
0S (leJBjeq 5|!l 
-(! 
bjjo
  шиелвц
ə
N
я  g
S   w
o  я 
S  >
sD
0 0
Ф
c/>
O
>5o  Ş
J - ’SP
<  *o
'S i
О
fO  'Й
00
(N
(N 
(N
fT)
00
 
00 
rf  кп 
Tf  rf
(N
scT
(N
m
Г4
й
 
л
л  ct> •£
ä l s
Ф
C/>
36
Cədvəl  6-dakı  məlumatlardan  görünür  ki,  iqlim  göstəriciləri  şa­
quli zonalıq üzrə böyük amplitudada dəyişir. Əlbəttə, hər zona daxi­
lində yerli  şəraitdən  (dəniz  səviyyəsindən, hündürlükdən, yerin rel­
yefindən,  meşəlilikdən  və  s.)  asılı  olaraq  orta  rəqəmlərdən  fərqlə­
nirlər  və  bu  da  öz  növbəsində  müəyyən  mənada  ağac  bitkilərinə, 
ağacların inkişafına,  ağaclığın məhsuldarlığına və meşəbərpa prose­
sinin xarakterinə təsir edir.
Yuxanda  göstərilən  iqlim  elementlərinin  hər  birinin  və  onların 
birliyinin ağac cinslərinin həyatında böyük əhəmiyyəti vardır.
Alimlər şimal  bölgələrində  apardıqları  tədqiqatlar əsasında  belə 
nəticəyə gəlirlər ki, havanın hərarəti 5 kka (sm2) il artdıqda iynəyar- 
paqlı  cinslərin  bonitetinin  0,8-1,0  sinif artmasına  səbəb  olur.  Bizim 
bölgədə isə bu  asılılıq azalır,  çünki  meşənin məhsuldarlığı  həm ha­
vanın hərarətindən və həm də rütubət ilə birgə təsirindən asılı olur.
Aşağı dağ-meşə və dağətəyi düzənlik qurşaqlarında və bütün dü­
zən ərazilərdə  rütubətlənmə  kifayət qədər deyildir,  burada rütubət- 
lənmə  əmsalı  (Md)  0,25-dən  azdır.  Rütubətin  çatışmazlığı  Burada 
nəinki ağac cinslərinin məhsuldarlığına,  eyni zamanda onların yayıl­
masına və  inkişafına mənfi  təsir gösterir.
Ağac-kol  və  digər  bitkilərin  həyatı  üçün  hərarətlə  rütubətin 
kompleks göstəricisi onların bir-birinə təsirinin nisbətidir və bu amil 
bitkinin normal  yaşayış  tərzi üçün vacibdir.
Qeyd  etmək  lazımdır ki,  meşələrin müəyyən  məhsuldarlığı  üçün 
təkcə iqlim məlumatları kifayət deyildir. Bitkilərin iqlim şəraitindən 
asılılığı  o  vaxt  olur  ki,  onların  (bitkilərin)  tələbatı  yaxşı  məlum  ol­
sun,  daha  doğrusu,  bitkilərin  bioloji  xassələri  aydınlaşdırılsın.  İqli­
min bütün elementlərini, onların eyni zamanda birgə təsirini qiymət­
ləndirərək belə nəticəyə gəlmək olur ki, Kür-Araz ovalığında və da­
ğətəyi  maili  düzənliklərdə  bitən  ağac  cinslərinin  inkişafına  rütubə­
tin çatışmazlığı  (hərarətin lazımi qədər olmasına baxmayaraq)  mən­
fi təsir edir, dağ bölgələrində isə xüsusilə yuxarı dağ-meşə qurşağın­
da rütubətin kifayət qədər olmasına baxmayaraq burada ağaclığın in­
kişafına hərarətin azlığı mane olur.  Bu amil bölgələr üzrə meşələrin 
yetişdirilməsi  və məhsuldarlığın yüksəldilməsi üçün tədbirlər hazır­
lanarkən nəzərə  alınmalıdır.
37

Əlbəttə,  meşələrin  məhsuldarlığına  eyni  zamanda  vegetasiya 
dövrünün uzunluğunun da təsiri  vardır.  Bu amil havanın orta hərarə­
tinin  +10° və  torpağın hərarətinin +5°-dən yuxarı artması ilə hesab­
lanır.  Bu  həm  də  effektiv  temperaturun  cəmi  ilə  (aktiv  temperatur) 
də  hesablana  bilər.
Göründüyü  kimi,  meşə  bitmə  xüsusiyyətlərinə  görə  başlıca amil 
kimi  iqlim ön  plana  çəkilir.  Lakin  eyni  iqlim  şəraitində bitən meşə­
lərin  məhsuldarlığı  m üxtəlif  olur  (K.B.Lasitski,  V.  S.  Çuenkov, 
1973).  Bu da yalnız torpaqların xüsusiyyətlərinin təsirindən irəli gə­
lir.  Elə  buna  görə  də  meşələrin məhsuldarlığını öyrənərkən torpaq­
la  əlaqədar  olan  amillərin  kompleks  tədqiq  olunması  zəruri  hesab 
edilir.
Meşələrin yaxşı  inkişaf etməsi  üçün torpaqda normal rütubətlən- 
mə,  əlverişli hava rejimi,  lazımi mineral maddələr və mikroelement- 
lər,  həmçinin  normal  turşuluq,  mikroorqanizmlərin  fəal  təsiri,  üzvi 
maddələrin toplanması üçün yaxşı  şəraitin  olması  vacibdir.
“Azərbaycan  torpaqları”  monoqrafiyasında  (1953)  göstərilir  ki, 
respublikada  82 m üxtəlif tip  və  yarımtip  torpaqlar yayılmışdır ki, bu 
da  ərazinin coğrafi  şəraitinin  müxtəlifliyi  ilə bağlıdır.  Cədvəl 7-dən 
göründüyü  kimi,  m üxtəlif qurşaqlarda  müxtəlif torpaq tipləri  yayıl­
mışdır.  Onların  hər  birinin  özünəməxsus  morfoloji  quruluşu,  mexa­
niki,  kimyəvi  və  fiziki  xüsusiyyətləri  vardır.  Bu  torpaqlar  üzərində 
bizdə  ən  müxtəlif (4200-dən  yuxarı)  bitkilər,  o  cümlədən  435  ağac, 
kol  cinsləri bitir və  onların  hər birinin  özünəməxsus  bioloji  xassəsi, 
eyni  zamanda bitmə  şəraitinə  müxtəlif dərəcəli  tələbatı  vardır.
Respublikanın torpaq örtüyündə müxtəlif genetik tiplərə - yüksək 
dağ  tundrasından  tutmuş  yarımsəhranın  boz  və  rütubətli  subtropik 
sarı  torpaqlarına qədər rast gəlinir.  Bütün bu qamma iqlim və torpaq 
şəraiti  (yuxarıda qeyd olunduğu kimi) respublikada çox müxtəlif tip­
li  bitki  formasiyasının  yayılmasına  səbəb  olmuşdur.  Lakin  torpaqla 
bitkinin bir-birilə əlaqəsi  (iqlim amilindən  fərqli olaraq) zəif nəzərə 
çarpır,  onların bir-birindən  asılılığı  mürəkkəb xarakterlidir.
Torpaq  örtüyünün  hündürlük  qurşaqları  üzrə  differensiallaşması 
iqlimin yüksəklik qurşağına tabe  olur.  Bu qanunauyğunluq respubli­
kanın  rütubətli  subtropik  rayonlarında  daha  aydın  görünür.  Burada 
hər  bir  bitki  qurşağı  torpağın  zonal tipinə  və  yaxud yarımtipinə uy­
38
ğun  gəlir.  Daha  kontrast  iqlim  şəraitində,  xüsusən  rütubətliyi  orta 
dərəcəli  və  onun  çatışmazlığı  hiss  olunan  rayonlarda bu  qanunauy­
ğunluq  (əlaqə)  ciddi  olaraq  pozulur,  çünki  landşaftların  simmetrik 
olmayan  cəhətləri  burada  özünü  göstərir və bu halda  bir qurşaq zo­
nasında iki  (bəzən üç)  torpaq tipi  ola bilir.
Azərbaycanda yüksək landşaftlıq sistemində böyük landşaft qur­
şağı  (yarusu) olan yarımsəhra subtropik landşaftıdır. Onlar dəniz, al- 
yuvial-prolyuvial  düzənliyindən Kür-Araz çökəkliyindən, Naxçıvan 
MV-də isə Araz ətrafı çökəkliyindən və denudasiya düzənliyi və tə­
pəciklərindən ibarətdir.  (M.  Müseyibov,  1981).
Yarımsəhra landşaftları  yayılan ərazinin mütləq hündürlüyü xey­
li  diapazonda  dəyişir.  Kür-Araz  düzənliyinin  çox  hissəsi  mütləq  sı­
fırdan  aşağıdadır və  Xəzərə  tərəf 27  m  aşağı  enir.  Bu bölgələr  Bö­
yük və Kiçik Qafqaz dağətəyi hissələrinə yaxın yerlərdə  100-250  m 
hündürlüyə qalxır.  Yarımsəhra bölgəsinin özünəməxsus xüsusiyyəti 
vardır.  Bura quraqlıq bölgədir, hərarət və  işıq çoxdur, rütubətlənmə 
isə  azdır.
Cədvəl
  7
AZƏRBAYCANIN  HÜNDÜRLÜK QURŞAQLARI  ÜZRƏ 
TORPAQLARIN YAYILMASI
Hündürlük qurşaqları
Torpaq  tipləri,  əsas yarımtipləri
Yüksək dağ-meşə qurşağı
Dağ-çəmən-meşə  (cəmləşmiş  dağ-çəmən,  dağ-çə­
mən-çöl torpaqları).
Orta dağ-meşə qurşağı
Qonur-dağ-meşə  tipik  torpaqlar,  dağ-meşə  karbonat- 
lı  torpaqlar,  dağ-meşə  sarı-qəhvəyi  torpaqları,  pod- 
zollaşmış  dağ-meşə sarı  torpaqları.
Aşağı  dağ-meşə qurşağı
Qəhvəvi  dağ-meşə və  boz qəhvəvi  torpaqlar.
Dağətəyi  düzənliklər
Səhralaşmış boz torpaqlar, boz çəmən  torpaqları.
Bozdağ sistemi
Tünd  şabalıdı,  şabalıdı  torpaqları,  açıq  boz-qəhvəyi 
torpaqlar.
Kür-Araz  düzənliyi 
A) mərkəzi və qərb rayonu
Tuqay  meşə  torpaqları,  açıq  şabalıdı  çay vadiləri  al- 
yuvial-çəmen torpaqları, boz-çəmən torpaqları.
B) şərq rayonu
Tipik boz torpaqlar, boz çəmən, açıq primitiv boz tor­
paqlar,  çəmən-bataqlıq,  bataqlıq  torpaqları,  açıq  boz 
torpaqlar.
39

Rütubətin  xeyli  çatışmazlığı  (lazımi  qədər istiliklə  təmin olunma­
sına baxmayaraq) bütün düzənlik ərazidə boz torpaqların, boz çəmən, 
çəmən boz torpaqların, boz qonur şoran və digər yarımsəhra torpaqla­
rının  əmələ gəlməsinə səbəb olmuşdur.  Onlar müxtəlif pleystosen və 
qolosen dövrünün çöküntüləri:  alyuvial, alyuvial-delyuvial, delyuvial- 
prolyuvial (qumlardan gilə qədər) və alyuvial-prolyuvial (qum, çınqıl) 
üzərində yaranmışdırlar.
Düzənliyin  torpaqları  mezorelyefdən,  torpaqaltı  süxurlardan,  çay 
qovşaqlarından çox asılıdır və çox müxtəlifdir.
Bu bölgənin mürəkkəb iqlim və torpaq şəraiti bitki örtüyünün müx­
təlifliyinə səbəb olan əsas  amildir.  Qeyd etmək  lazımdır ki, Kür-Araz 
düzənliyinin  müasir  bitki  örtüyü  mənasına  görə  ikinci  dərəcəlidir və 
özünün əmələ gəlmə dövrünün başlanğıcına nisbətən daha kasaddır.
Səhra  bitkiləri  ayrı-ayrı  çox  da  iri  olmayan  areallara  yayılmışdır 
(dəniz  səviyyəsindən  150  m-ə  qədər)  və  müxtəlif şoranlaşmaya mə­
ruz qalmış torpaqlarda bitirlər.  Burada kompleks  şoranlıq bitkiləri, bi­
rillik efemer kollar və  s.-yə  rast gəlinir.  Adətən  onlar otlaq kimi isti­
fadə  olunurlar.
Yarımsəhra  bitkiləri  bəzən  dəniz  səviyyəsindən  300  m hündürlü­
yə qədər olan zolağı əhatə  edirlər.  Tipik yarımsəhra bitkiləri yovşan- 
efcmerlərdir, onlar dağətəyi düzənlikdə, çökəkliyin mərkəzi hissəsin­
də  və  ona yaxın  yüksəkliklərdə yayılırlar.
Yuxarıda qeyd olunan  iqlim, həm də bitki  formasiyası, torpaq mə­
lumatları  göstərir  ki,  meşə  bitkilərinin  yayılmasına  mane  olan  səbəb 
burada  rütubət  sərvətinin  çatışmamasıdır  (Ə.  Əyyubov,  1974).  (Md- 
0,25-dən azdır,  cədvəl  6).  Bu  səbəbdən  də  Kür-Araz  düzənliyi  üçün 
meşə  bitkiləri  xarakterik  deyildir.  Onlara  arası  kəsilən  dar zolaqlarla 
Kür-Araz  çayları  ətrafında  və  onların  qolları  boyunca  tuqay meşəlik­
lərindən  ibarətdirlər.  Sonralar  burada  qrunt  (torpaqaltı)  sularının  sə­
viyyəsi  aşağı  düşmüş  və  meşələr güclü  surətdə qırılmış  və  otarılmış- 
dır. Bu səbəblərə görə onlar ayrı-ayrı ada şəklində, torpaq qrunt şərai­
ti  az-çox əlverişli  olan yerlərdə  qalmışlar.
Meşələrin  bu  bölgədə  korlanması,  zəifləməsi,  onların  sahələrinin 
azalması  meşələrin  qoruyucu  və  mühiti  saflaşdırıcı  funksiyalarının 
kəskin pisləşməsinə  gətirib çıxarmışdır.
Burada  ərazilər  səhralaşır  və  tələb  olunur  ki,  meşələrin  və  meşə 
əkinləri  fondunun  müasir  vəziyyəti  dərindən  öyrənilsin,  elmi  cəhət­
dən əsaslandırılmış  meşə  təsərrüfatı  və  meşəmeliorativ  tədbirlər ha­
zırlanıb  həyata  keçirilsin,  quraqlığa  davamlı  ağac-kol  cinslərindən 
məhsuldar meşələr yetişdirilsin.
Kür-Araz düzənliyinin ətrafına Böyük və Kiçik Qafqazın dağətəyi 
hissəsinə  yaxınlaşdıqca  torpaqlar  dəyişir  və  buna  səbəb  relyefin  və 
dəniz  səviyyəsindən  hündürlüyün  və  iqlimin başqalaşmasıdır.  Dağə­
təyi  düzənlikdə  Bozdağ  sistemini  əhatə  edən  bu  ərazidə  rütubətlən- 
mənin  dəyişməsi  üzündən  müxtəlif torpaqlar  yaranmışdır.  Bu  ərazi 
üçün qum çölə aid olan açıq,  şabalıdı,  tünd şabalıdı,  dağ qara torpaq­
larına bənzər step (bozqır) torpaqları yayılmışdır. Onların rütubətlə tə­
min olunması nisbətən yaxşıdır.  Relyefin müxtəlif elementlərində və 
formalarında torpaqların qalınlığı və eroziyaya məruz qalması müxtə­
lif olur.
Talış vilayətinin Hirkan meşələrinə yaxın sahələrdə eroziyaya mə­
ruz qalmış torpaqlara az rast gəlinir.  Burada torpaqların fiziki xassələ­
ri  az-çox yaxşıdır,  daşlar azdır,  ona görə  də  meşəbitme  şəraiti  nisbə­
tən əlverişlidir.
Bu  bölgədə  yerin  müxtəlif hündürlüyündən,  yamacların  cəhətin­
dən, relyefin morfoloji  və  litoloji müxtəlifliyindən,  torpaq əmələ  gə­
tirən ana qatlardan və torpaqlardan asılı olaraq və həm də iqlimin qu­
mluğundan ərazidə  müxtəlif səhra  bitkilərinin  inkişafına  şərait  yara­
nır.  Onlar yovşan,  quruçöl,  yovşan-daşdayan,  yovşandaraq  otu-daşla- 
yan və digər çöl yarımtiplərindən ibarətdirlər.
Sonradan əm ələ gələn çöl  landşaftlarının  çoxu insanlar tərəfindən 
məhv  edilmiş  meşə,  meşə-kol,  arid-meşə  bitkilərini  əvəz  etmişlər. 
Bozdağ təpəliklərində  seyrək  ardıc ağaclıqları,  saqqız  ağacı pöhrələ­
ri,  qaratikan  və  s.  quraqlıq  bitkiləri  eroziyaya  məmz  qalmış,  yüngül 
gilli-qumsal  torpaqlarda  bitirlər.  Meşələrin  burada  təbii  yolla  artırıl­
ması praktiki olaraq mümkün deyildir və yaxud da çox çətindir,  çünki 
bitmə  şəraiti çox qurudur,  torpaqlar az münbitdir, ot bitkiləri  nisbətən 
güclüdür, burada mal-qara otarılır,
Qeyd etmək  lazımdır ki, bu bölgənin torpaq örtüyü  meşə bitkiləri­
nin  inkişafı  üçün  az  da  olsa  əlverişlidir.  Lakin  onların  yayılma  arealı 
və məhsuldarlıqlarının səviyyəsinə, yağmurlarının nisbətən az olması 
və onların il ərzində bərabər şəkildə düşməməsi təsir edir.  Meşələrin 
korlanması  və  insanların  düzgün  aparılmayan  təsərrüfat  fəaliyyətləri 
burada meşə torpaqlarının bozqırlaşmasına  səbəb  olur və ağac-kol  və
41

ot  bitkilərinin  bitməsi  şəraitini  ciddi  şəkildə  ağırlaşdırır.  Burada  me- 
şəyetişdirmə  yalnız  quraqsevər  cinslərin  hesabına  və  eyni  zamanda 
süni  suvarma şəraitində ola bilər.
Meşə  bitkilərinin  yayıldığı  dağ  zonası,  Azərbaycanın  yüksəklik 
landşaftı sistemində üçüncü qurşağı əhatə edir. Meşə sahələrinin əsas 
hissəsi  (ümumi  meşələrin  95%-dən çoxu) bir-birindən aralı  olan  Bö­
yük Qafqaz,  Kiçik Qafqaz və Talış dağ yamaclarında yerləşmişdir.
Yuxarıda qeyd olunduğu kimi, dağ meşə zonasında hündürlük yük­
səldikcə  atmosfer çöküntülərinin  miqdarı  artır, rütubətlənmə  çoxalır, 
havanın hərarəti azaldıqca yamacların rütubətlənməsi yüksəlir.  Bütün 
bunlar və  bunlardan asılı  olan amillər torpaqların  tipinə və bitki  örtü­
yünün tərkibinə təsir edir.  Burada çürümüş  karbonatlı,  dağ meşə qəh­
vəyi  torpaqlarının  yarımtipləri,  dağ  meşə  qonur  torpaqları  və  s.  əsas 
yer  tuturlar.  Torpaq  əmələ  gəlmə  həm  karbonatlı  (kirəcli),  həm  də 
karbonatlı  olmayan  (gilli  şistlər)  ana  qatlar üzərində  gedir.  Lənkəran 
bölgəsində  sarı  torpaq  yarımtipləri  sarı  rəngli  şistlər  və  qum  qatlan 
üzərində yaranır.
Dağ meşə  qonur və  sarı  torpaqlar qida maddələri  ilə zəngindirlər. 
Ayrı-ayrı illər müstəsna olmaq şərti ilə onlar bütün vegetasiya dövrün­
də  rütubət  sərvəti  ilə  təmin  olunurlar.  Bütün  kimyəvi  və  mexaniki 
göstəricilərinə görə yüksək məhsuldardırlar.
Təbiidir  ki,  belə  zəngin  bioiqlim  şəraitində  yüksək  məhsuldar 
ağaclıqlar inkişaf edir.  Lakin yüksəklik intervalının böyüklüyü və tor­
paq tiplərinin çoxluğu bu zonada meşələrin tərkibində və qurşaqlığın- 
da dəyişikliyə  gətirib çıxardır.
Ədəbiyyatda tez-tez belə fikirlə rastlaşırıq ki, guya çox girintili-çı- 
xıntılı  relyefli  bölgələrdə,  onların torpaq əmələ gətirən ana qatlarının 
edafik  amil  olaraq  bitkilərin  bölünməsində  və  formasiyaların  əmələ 
gəlməsində böyük rolu vardır (onu litogen amil adlandırırlar).
Misal  üçün,  V.  N.  Biryukov  (1971)  qeyd  edir ki,  qranit ana qatla­
rında bitkilər özlərinə  əlverişli  yer tapırlar.  A.  S.  Solodko,  Q.  A.  Ku­
likov (1982) təyin etmişdir ki, Qafqazda (Kolxida) əsas torpaq əmələ 
gətirici  müxtəlif torpaqaltı  şistlər üzərində  olur,  lakin şam və küknar 
ağacları  turş  torpaqlarda,  fıstıq  və  palıd  ağacları  isə  çöküntü  qatlan 
üzərində, şümşəd kirəcli daşlar üzərində,  tiss ağacı  isə qum və kirəc­
li daşlar üzərində bitməyi  üstün sayır.
Göründüyü kimi, müxtəlif dağ rayonlarının geoloji quruluşu meşə 
tiplərinin təyin olunmasında əsas  rol oynayır.  Ona  görə  də meşə bit­
kiləri  ilə  torpaqaltı  şistlərin  xüsusiyyətinin  bir-birinə  təsirinin  təyin 
olunmasının Azərbaycanda meşə təsərrüfatı və meşəşünaslıq üçün el­
mi və praktiki əhəmiyyəti  vardır.  Bu istiqamətdə bizim tərəfimizdən 
tədqiqat işi aparılmış, 500 min hektar sahədə eyni miqyaslı geoloji xə­
ritələr ilə meşə  quruluşu  sənədləri tutuşdurulmuşdur.  Araşdırılmanın 
nəticəsi göstərmişdir ki, ana (torpaqaltı) qatlann litoloji tərkibinin bit­
kilərə  təsiri  çoxdur.  Misal  üçün,  aşağı  dağ-meşə  qurşağında  (Kiçik 
Qafqazda)  kirəcli  daşların  üzərində  gürcü  palıdı,  Qafqaz  dağdağanı, 
dəmirqara, qaratikan və  s.  quraqlığa davamlı  cinslər bitir.  Bu qurşaq­
da  gilli  şistlər  üzərində  bitən  bitkilər  isə  əvvəlkilərdən  fərqlənirlər. 
Gilli çöküntülərin rütubəti çox saxlaması üzündən bu qurşaqda nəinki 
palıd,  eyni zamanda  onunla bir yerdə yaşamağı sevən  adi göyrüş,  ağ­
caqayın, daryarpaq armud, zoğal, əzgil və s. də bitir.
E.B.Soxadze  (1960)  qərbi  Gürcüstanda  tədqiqat  aparmaqla  eyni 
nəticəyə gəlmiş  və  göstərmişdir ki,  Kolxidanın rütubət sevər (mezo- 
fıl)  bitkilərindən  olan  şabalıd və rododendron kirəcli  ana qatları  üzə­
rindəki  torpaqlarda  normal  bitə  bilmirlər.  Gürcü  palıdı  daha  quraq 
olan kirəcli daşların üzərindəki torpaqlarda yayılırlar.
Bu  qurşaqdakı bizim marşrutlarımızda tez-tez  yunan  qozunun,  şa­
balıdın, yalan qozun,  fındığın rütubətli  gilli  qatlar üzərindəki torpaq­
larda bitdiyinin  şahidi  olmuşuq.  Lakin  onları  quru kirəcli daşlar üzə­
rindəki torpaqlarda görmək olmur.
Orta dağ meşə qurşağında şərq fıstığı hakim rol oynayır. Bu cins və 
onunla bitən ağcaqayın, cökə və s. çox müxtəlif ana qatların üzərində 
bitir, çünki orta və yuxan dağ-meşə qurşağı rütubətlə lazımi qədər tə­
min olunurlar. Burada havanın və torpağın rütubətliliyi, illik və yay at­
mosfer yağmurlarının çoxluğu torpaq amilini  ikinci  plana çəkir.
Yuxanda göstərilənlərdən  aydın olur ki,  torpaqaltı  şistlərin  litogen 
xüsusiyyətləri  meşə  bitkilərinə  əsaslı  təsir  göstərir.  Bu  təsir  meşənin 
müxtəlif bitmə şəraitlərində müxtəlif olur. Böyük və Kiçik Qafqazın or­
ta  və  yuxan  dağ-meşə  qurşağının  əlverişli  iqlim  şəraiti  bitkilərin  ana 
qatlarla  münasibətini  hamarlayır.  Aşağı  dağ  meşə  qurşağında  (isti  və 
qum  iqlimə  malik  olan)  bitmə  şəraitinin  differensiallaşması  güclənir. 
Analoji  differensiasiya  iqlimi  soyuq  olan  yuxarı  dağ-meşə  qurşağında 
da gedir.  Beləliklə,  bitkinin  torpaqaltı  qatı  ildə  differensiasiya  amilini


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə