L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ



Yüklə 8.61 Mb.
Pdf просмотр
səhifə3/19
tarix25.05.2017
ölçüsü8.61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

22
Azərbaycanın təbii iqlim şəraiti mürəkkəb və özünəməxsusdur. Res­
publikanın  ümumi  ərazisinin  yandan  çoxu  (57,0%-i)  dağlıq  sahələrin, 
qalan hissəsi (48,8%-i)  isə düzən  və dağətəyi düzənliklərin payına  dü­
şür.  Azərbaycanın ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ sil­
silələri  ilə  əhatə  olunmuşdur.  Bu  dağ  silsilələrinin  arasında  Kür-Araz 
ovalığı yerləşir.
Yer kürəsindəki  11  iqlim tipindən 9-u,  torpaq tiplərinin  əksəriyyəti 
ölkə  ərazisində  cəmlənmişdir.  Quru, rütubətli  subtropik və kontinental 
iqlimlər özünü daha kəskin büruzə verir.
Orta dağlıq və dağətəyi  ərazilərdə  yerləşən rayonlar rütubətlə  daha 
yaxşı təmin olunmuşdur, yağıntının miqdan 500-800 mm arasında dəyi­
şir.  Respublikanın  cənub-şərqində  Talış  dağlarının  və  Xəzər dənizinin 
təsiri  ilə  düşən  güclü  yağıntının  miqdan  il  ərzində  orta  hesabla  1500 
mm-ə  çatır.  Kür-Araz ovalığı  rayonlannda  və  Naxçıvan  MR düzən ra- 
yonlannda illik yağıntının miqdan isə 200-300 mm arasında dəyişir.
Şaquli zonalığın inkişafı və yağıntı ilə təmin olunma dərəcəsi bitki və 
torpaq  əmələgəlmə prosesinə  güclü  təsir  göstərir.  Ölkənin  orta  dağlıq 
qurşağında dağ-çəmən, dağ-meşə qonur, dağ qaratorpaq, boz şabalıdı və 
qəhvəyi  torpaqlar, düzənlikdə  isə  düzən-meşə  qonur boz torpaqlar, çə­
mən və bataqlıq torpaqlan geniş yayılmışdır.
Azərbaycanın coğrafi yerləşmə mövqeyi güclü günəş radiasiyasını və 
istiliyi təmin edir. Bu, bir çox kənd təsərrüfatı və meşə bitkilərinin becə­
rilməsinə və inkişafına əlverişli imkan yaradır.
Ölkənin 8,6 milyon hektar torpaq sahəsinin 4,6 milyon hektan kənd 
təsərrüfatına yararlıdır.  Onun  1,6 milyon hektarım  (34,8%-ni) əkin yeri 
təşkil edir. Suvarılan torpaqların sahəsi  1,1  milyon hektardır. Adam başı­
na 1,08 hektar ümumi torpaq sahəsi və 0,18  hektar əkin yeri düşür.
Yuxanda qeyd etmişdik ki, Azərbaycanın meşələri uzun müddət sis­
temsiz  olaraq qınlmış,  meşəlilik  faizi  xeyli  aşağı  salınmışdır.  Bununla 
belə, meşələrin xalq təsərrüfatı əhəmiyyəti və təbiəti qoruyucu rolu bö­
yükdür.  Məhz bu baxımdan,  Azərbaycanın meşə  fondunu  kəmiyyət və 
keyfiyyət  cəhətdən  qiymətləndirmək və  onlann  səmərəli  istifadəsi  və 
təkrarən  bərpası, həm də  mühit  qoruyucu rolunu  maksimum dərəcədə 
saxlamaq üçün hansı imkanlar olduğunu araşdırmaq vacibdir.
Azərbaycanın meşə fondunun tərkibinə meşə (meşə ilə örtülü və ör­
tülü olmayan sahələr) və meşə olmayan torpaqlar,  istifadəsiz qalan əra­
zilər (bataqlıqlar, yararsız torpaqlar) daxildir. Hazırda respublikanın əra­
zisinin  13,7%-i meşə fonduna aid olan torpaqlardır. Azərbaycanın meşə 
fondunda ümumi sahəsi 01.01.1998-ci ilə  1213,7 min hektardır. Cədvəl 
1-dən göründüyü kimi meşə ilə örtülü sahələr 984,3 min hektardır.
Təbii iqlim şəraiti
23

Cədvəl 1
AZƏRBAYCAN  RESPUBLİKASI  MEŞƏ  FONDUNUN  ÜMUMİ  MƏLUMATI
(01.01.1997-ci  ilə olan  məlumat)
Fond sahibləri
Cəmi
Meşələrin  sahələri,  min  hektar
Meşə
torpağı
Meşə  ilə 
Örtülü
O  c ü m l ə d ə n
Onlardan 
yetişmiş 
və yaşı 
ötmüş
İynəyar-
paqlılar
Dövlət meşə  fondu
1085,2
915,9
863,9
104,5
2,7
Kolxoz meşələri
54,5
54.0
54,0
5,2
-
Sovxoz  meşələri
98,0
70,9
86,4
0,6
-
Cəmi:
1213,7
10408
984,3
110,2
2,7
Cədvəl 2-dəki məlumatlar  göstərir ki, meşə  ilə örtülü olmayan tor­
paqların  tərkibində  seyrək  ağaclıqlar,  açıq  sahələr  və  bozqırlıqlar  əsas
DÖVLƏT  MEŞƏ FONDUNUN 
TORPAQ  KATEQORİYALARINA  GÖRƏ BÖLÜNMƏSİ
C ədvəl 2
Meşə  torpaqları 
kateqoriya
Sahə,  min 
hektar
Meşə  olmayan  torpaqlar
Kateqoriya
Sahə,  min  hektar
Meşə  ilə örtülü
863,9
Torpaq,  şum  sahələri
11,7
Meşə  ilə örtülü 
olmayan  torpaqlar
38,6
Otlaq  və biçənəklər
66,7
O  cümlədən
Yollar və  meşə 
arası  cığırlar
1,3
Seyrəkliklər
20,0
Sular
7,8
Açıqlıqlar və 
batmış  əkinlər
0,5
Tinglik  və həyətyanı 
torpaqlar
3,9
Qırma yerləri
İstifadə  olunmayan 
torpaqlar (bataqlıq, 
əlverişsiz torpaqlar)
6,9
Bozqırhq ağaclıq
18,1
Digər torpaqlar
66,9
24
D
Ö
V
L
Ə
T
 M
E
Ş
Ə
 F
O
N
D
U
 M
E
Ş
Ə
L
Ə
R
İN
İN
 Y
A
ŞA
 G
Ö
R
Ə
 B
Ö
L
Ü
N
M
Ə
S
İ 
(u
z
u
n
m
ü
d
d
ə
tli
 i
st
if
a
d
ə
y
ə
 v
e
r
il
ə
n
 m
e
şə

r
d
ə
n
 ə
la
v
ə
)
O
rta
 yaş
7
9
9
8
5
0
6
8
8
4
В
a
' İ
«3
Ü
mu
m
i 
o
rta
 ar
­

m
 m
ln
 
m
3
O
o ' 

1
,2
4
9
3
,1
0,04
2,
7
0,06
4,2
"4-
O
O
£

C
e
ф
Y
et

m
. 
v
ə
 ya
şı
 
ö
lm
ü
ş
0,07
0,4
1
8
,1
5
90
,5
0
,7
6
3
,8
1
,0
7
5
,3
20,03
O
o
s
C
ə
m
i
ı
_________
'Г'»
ГП  ГЛ
o '  О-
1
1
4
,8
5
94,7
2,02 
____
!
4
,0
9
3,4
1
2
1
,3
1
o
o
M
e
şə
 i

 ör


 s
a
h
ə
n
in
 y
aş 
si
n
fi
n
ə
 g
ö

 
b
ö

n
m
ə
si,
 min 
h
ek
ta
r
Y
eti
şm
. 
v
ə
 ya
şı
 
ölm
üş
 
m
-l
ə
r
2
.7
1
9
.7
С
II
С
6
8
5
.6
29.6
r-'*'  Os
1
0
4
,5
12
,1
Y
et

m
. 
ola

in
­

r
Г-
vo
1
0
2
,2
13
,5
сч
^   сГ
tn  m
5
,8
8
,0
1
1
5
,3
Nt
m
O
r
ta
 y

 
m
e
şə

r
6
,3
4
6
,0
4
9
5
,7
6
5,
4
6,0
8
6
,3
38,
0
52,2
54
6,
9
ГО
rn
vo
C
avan
m
e
şə

r
1
3,
1
22,6
7
1
,3
9
,4
o  
po
2
1,9
3
0
,1
9
7,0
D
ö
v


m
e
şə
 f
o
n
­
d
u
n
da
 m
e
şə
 il
ə
/i
rt
ii
ln
 c
a
h
n
 
m
in

’  0» 
l
  ^
>
1
3
,7
10
0
75
8
,3
1
0
0
° \
  o  
oo  o
7
2,8
1
0
0
86
3,7
1
0
0
T
ə

r
r
ü
fa
t
İy
n
ə
y
a
rp
a
q

la
r
%
B
ə
rk
y
a
rp
a
q

la
r
%
Y
u
m
şa
q
y
a
r-
 

pa
q
lıl
a
r
%
D
ig
ə

a
ğ
a

c
in


ri 
v
ə
 k
o
ll
a

%
C
ə
m
i
:
n
P
o4
25

yer tııturlar. Meşə ilə örtülü olmayan sahələr əsas etibarilə biçənəklər və 
otlaqlar  (50,3  min  hektar),  şum  sahələri  (13,1  min hektar)  və digər tor­
paqlardır (42,2 min hektar).
Bu torpaqlar meşə sahələrində qarışıq haldadır və özlərinə məxsus 
funksiyaları  yerinə  yetirirlər.
Azərbaycan  Respublikası  azmeşəli  ölkədir.  Ayn-ayn  rayonların 
meşəliliyi müxtəlifdir.  Bu müxtəliflik təbii zonallıqla və insanların tə­
sərrüfat  fəaliyyəti  ilə  sıx  əlaqədardır.  Əgər dağ bölgələrində  ayrı-ay­
rı  rayonlarda  meşəlilik hal-hazırda  17,59%-sə,  düzən  bölgələrdə  me- 
şəlilik  0,65-2,0%  arasında  dəyişir.  Meşələrin  sahəsi  Respublikada 
dunnadan azalmaqdadır. Bununla əlaqədar olaraq, hər adambaşına dü­
şən meşə  sahəsi və  oduncaq  da azalmaqdadır.
Statistik rəqəmlər bunu təsdiq edir.  Cədvəl За-dan göründüyü ki­
mi,  əgər  1897-ci  ildə  hər  adam  başına  0,84  hektar  meşə  və  64,0  m3 
oduncaq  düşürdüsə,  bu  göstəricilər müvafiq olaraq  1939-cu ildə  0,31 
hektar  və  40,3  kub  metr,  1970-ci  ildə  0,19  hektar  və  24,9  kub  metr, 
1990-cı  ildə  0,13  hektar və  18,1  kub  metr olmuşdur.  İndi  isə (2001-ci 
ildə)  hər  adam  başma  0,11  hektar  meşə  ilə  örtülü  sahə  və  15,8  kub 
metr  oduncağa  bərabərdir.  Bu,  əlbəttə,  çox  azdır  və  sərvətlərin  get- 
gedə  azalmasına  sübutdur.  Meşə  sərvətlərinin  azalmasına əsas  səbəb 
insanların  təsərrüfat  fəaliyyətinin  düzgün  aparılmaması  və  əhalinin 
sürətlə  artmasıdır.
Cədvəl За
MEŞƏLƏRİN  AZALMA  TEMPİ
İllər
Hər adam  başına düşən  meşə 
sahəsi,  hektar
Hər adama  düşən oduncaq,  m3
1897
0,84
64,0
1913
0,43
53,0
1939
0,31
40,0
1959
0,26
35,6
1970
0,19
24,9
1980
0,16
21,1
1985
0,14
19,2
1990
0,13
18,1
1995
0,12
17,1
2000
0,11
15,8
26
Əgər  dağ  bölgələrinin  ayrı-ayrı  rayonlarında  meşəlik  18-59%- 
sə,  düzən bölgələrdə  meşəlik  0,5-2,0%  arasında  dəyişir.  Hər adam 
başına orta hesabla 0,18  ha meşə və  17  m 3  oduncaq  düşür ki,  bu  da 
çox  azdır.
Meşələrin  istənilən  problemini  təhlil  etmək  üçün  əvvəlcə  onun 
sərvətlərini xüsusilə onun az olduğu bölgələrdə aşkar etmək lazımdır. 
Meşə  sərvətinin  vacib  göstəricisi  onun  cins  tərkibidir,  məhz  onlarla 
meşə  materiallarının  istifadəsi  yolları  və  oduncaq  emalının  inkişaf 
tempi müəyyən olunur.
Azərbaycan Respublikasının  meşələri  yerləşən əsas  ərazisinin əl­
verişli  torpaq-iqlim  şəraiti  ən  müxtəlif ağac  cinslərinin  yayılmasına 
səbəb  olmuşdur.  Burada  435  addan  çox  ağac-kol  cinsləri  bitir,  lakin 
hakim cins bərkyarpaqlılardır - 88%, yumşaqyarpaqlılar - 8,9%, iynə- 
yarpaqlılar - 0,06%, qalanları kollardır.
' Dövlət meşə fondunda  meşə  ilə  örtülü  sahədə bərkyarpaqlılardan 
palıd  30,3%  (150,0  min  ha),  fıstıq  32,2%  (265,8  min  ha),  vələs  - 
23,08%  (190,3  min ha) təşkil  edir.  Yumşaqyarpaqlı  və  digər yarpaqlı 
cinslərin sahəsi 70,9 min hektardır, o cümlədən titrək qovaq - 2,3  min 
ha,  qızılağac - 6,1  min ha, qovaq 4,8 min ha və digərləri 20,0 min ha 
təşkil  edir.  Bunlar sübut edir ki,  burada  yüksək məhsuldar meşələrin 
yetişdirilməsi üçün əlverişli şərait vardır.
Azerbaycan Respublikasının meşələrinin cins tərkibinin dəyişdiril­
məsi  oduncaq sərvətinin artırılmasına,  onların keyfiyyətinin və mühi­
ti qoruyucu fünksiyalannın yüksəldilməsinə  istiqamətləndirilməlidir.
Meşələrin yaş  quruluşu da respublikanın meşələrini  qiymətləndir­
məkdə əsas göstəricidir. Onlar ayrı-ayrı  siniflər üzrə  meşələrin sahə­
si və  oduncağın ehtiyatı haqda məlumat verirlər.
Cədvəl  3-dəki  məlumatlardan  görünür  ki,  Azərbaycanın  meşələ­
rində ortayaşlı ağaclıqlar daha çox (62%-dən çox) sahəni tuturlar, nis­
bətən  az  ərazini  yetişməkdə  olan  (13,4%),  yetişmiş  və  yaşı  ötmüş 
ağaclıqlar (14,5%) təşkil edir.
27

HAKİM CİNSLƏR  ÜZRƏ  MEŞƏ  FONDUNDA  SAHƏLƏRİN 
VƏ  ODUNCAQ  EHTİYATININ  AYLANMASI 
(Uzunmüddətli  istifadəyə  verilən  meşələrdən  əlavə)
Cədvəl 4
Cinslər
Meşə  ilə  örtülü 
torpaqlar
Ağaclığın  ümumi 
ehtiyatı
Min,  ha
Təsərrüfat 
üzrə  cəm in­
dən,  %
Min,
Təsərrüfat 
üzrə cəmin­
dən,  %
İynəyarpaqlılar,  cəmi
13.7
100
0,35
100
Şam
2,0
14,6
0,10
28,6
Ardıc
11,7
85,4
0,25
71,4
Bərkyarpaqlılar.  cəmi
758,3
100
114,85
100
Palıd
272,7
36,0
27,97
24,4
Fıstıq
275,8
36,4
59,73
52,0
Vələs
193,6
25,5
26,22
22,8
Göyrüş
7,2
0,9
0,27
0,2
Ağcaqayın
2,6
0,3
0,41
0,4
Qorağac  və  digərləri
1,1
0,1
0,04
-
Ağ akasiya
5,3
0,8
0,21
0,2
Yumşaqyarpaqlılar,  cəmi
18,9
100
2,2
100
Toz ağacı
1,0
5,3
0,06
3,0
Titrək qovaq
3,0
15,9
0,30
15,8
Qızılağac
6,2
32,8
0,81
40,1
Cöko
0,8
4,2
0,12
5,9
Qovaq
4,8
25,4
0,55
27,3
Ağacşəkilii söyiid
3,1
16,4
0,18
8,9
Hakim  cinslərin, cəmi
790,9
91,6
117,22
96,6
Digər ağac cinsləri
53,3
6,2
3,77
3,1
Kollar  19,5
2,2
0,32
0,3
Cəmi:
863,7
100
121,31
100
28
Meşələrin Respublikada m üxtəlif yaşlı  olmalarının əsas  səbəbi 
uzun müddət burada insanların apardıqları təsərrüfat fəaliyyətidir. 
Ağaclığın  yaş  quruluşu  sübut  edir  ki,  meşə  fondunda  həddindən 
artıq  qırmalar  aparılmışdır:  yetişmiş  və  yaşı  ötmüş  ağacların  azlı­
ğı  buna  sübutdur.  Yetişmiş  və  yaşı  ötmüş  ağaclıqlar  əlçatmaz  dağ 
ərazilərində  qalmışdır  və  onların  istifadə  olunması  texniki  və  iq­
tisadi  cəhətdən  mümkün  deyildir.
M eşələrin  dağ  və  düzən  ərazilərdəki  yaşları  da  çox  fərqlidir. 
Düzən  m eşələrin  orta  yaşı  40  il,  dağ  meşələrinin  -  86  ildir.
M eşələrin  məhsuldarlığının  yüksəldilməsi  meşə  sərvətlərinin 
geniş  sahələrdə yenidən bərpası,  onların  ekoloji rolunun artırılm a­
sıdır.  Bu  meşənin  ehtiyatının  artırılmasının  əsas  mənbəyi  və  res­
publikanın  azmeşəli  rayonlarının  oduncağa  olan  tələbatının  ödə­
nilməsini  təm in  edən  amildir.  Ona  görə  də  respublikanın  m eşələ­
rinin  oduncaq  ehtiyatı  bizi  maraqlandıran  amildir.
Respublikanın  meşələrinin  ümumi  ehtiyatı  123,59  mln.m3,  o 
cümlədən  dövlət  meşə  fondunda  121,31  mln.m3-dir.  (cədvəl  4). 
Fıstıq  m eşələri  ən  məhsuldar  meşələrdir,  onun  oduncaq  ehtiyatı 
respublika üzrə  hektarda 214,9 m3-dir.  V ələs meşələrinin hər hek­
tarda  ehtiyatı  123  m 3,  palıd  isə  cəmi  91,4  m3-dir.  Dövlət  meşə 
fondunda  meşənin  orta  oduncaq  ehtiyatı  hektarda  çox  deyildir  - 
132  m 3-dir:  yetişmiş  və  yaşı  ötmüş  bərkyarpaqlıların  inkişafı  ilə 
olan  m eşələrdə  hektarda  197,0  m3,  yumşaqyarpaqlılarda  159  m3- 
dir.  Palıd  oduncağının  ehtiyatının  az  olmasının  səbəbi  onların 
uzun  dövr ərzində  həddən  çox qırılması  və  otarılması  olmuşdur.
Oduncağın  orta  artımı  da  azdır,  cəm i  1,45  mln,  m3-dir,  onlar­
dan  bərkyarpaqlılar  -  1,29  mln.  m 3,  yum şaqyarpaqlılar  0,4 
mln.m3-dir.
Respublikada  illik orta  oduncaq  artımı  hər hektarda  1,83  m3,  o 
cümlədən  bərkyarpaqlılarda  1,80  m3,  yumşaqyarpaqlılarda  2,1 
m3-dir.
Respublika  üzrə,  ümumiyyətlə orta oduncaq artımının  aşağı  o l­
masına  səbəb  burada  xeyli  sahələrdə  az  sıxlığı  və  aşağı  bonitetli- 
yi  olan  ağaclıqların,  seyrəkliklərin  olması  və  torpaq-iqlim  şəraiti­
nə uyğun  gəlməməsidir.
29

Beloliklə,  Azərbaycanın  meşələrinin məhsuldarlıqları  xeyli  aşağı- 
dır və özünün səviyyəsinə görə bölgələrin bioiqlim potensialına cavab
vermir.
Bu  ayrı-ayrı  cinslərin  timsalında  daha  aydın  nəzərə  çarpır.  Misal 
üçiin,  çox  qiymətli  cins  olan  palıdın  hər  hektarının  oduncaq  ehtiyatı 
103  m3-ə, vələsin  ehtiyatı  isə  135 m3-e bərabərdir.  Qovaq və ağ aka­
siya  kimi  yüksək  məhsuldar  və  tezböyüyən  cinslərin  hər hektardakı 
oduncaq ehtiyatı müvafiq olaraq hektarda  115 və 40 m3-dir. Bu göstə­
ricilər  sübut  edir  ki,  adları  çəkilən  ağac  cinslərinin  ehtiyatı  orta  res­
publika göstəricisindən 2-3 dəfə və etalon meşələrdən 5-6 dəfə aşağı­
dır.  Bu,  respublikanın  meşə  təsərrüfatının  qeyri-normal  aparılmasına 
sübutdur.
Respublikanın meşələrinin sıxlığı əsasən aşağıdır, seyrək meşələr­
dir.  Dövlət meşə  fondunda  ağaclığın  orta  sıxlığı  0,56-dır.  Sıxlığı 0,3- 
05  olan  ağaclıq  ümumi  ərazinin  46,9%-i,  sıxlığı  0,6-0,7  olan  isə 
46,8%-i  qədərdir.
Cədvəl 5
DÖVLƏT MEŞƏ  FONDUNDA MEŞƏ İLƏ ÖRTÜLÜ 
TORPAQLARIN  TƏSƏRRÜFATLAR VƏ SIXLIQ 
QRUPLARINA  GÖRƏ  BÖLÜNMƏSİ, hektar
Təsərrüfatlar
Meşə ilə örtülü 
torpaqlar
Sıxlıq  qrupu
Orta
sıxlıq
0,3-0,4 0,5-0,6 0,7-0,8 0,9-1,0
İynəyarpaqlılar
13,7
6,6
6,5
0,6
0,45
Bərkyarpaqlılar
758,3
74,0
523,6
140,8
19,9
0,57
Y umşaqyarpaqlılar
18,8
4,5
1L3
2,0
M
0,54
Digər cinslər və 
kollar
72,8
33,5
22,9
14,8
1.6
0,52
C ə m i :
863,7
118,6
564,3
158,2
22,6
0,56
Yüksəksıxlıqlı  -  (0,8-1,0) ağaclıq cəmi 6%-dir (cədvəl 5).
Ümumiyyətlə,  Azərbaycanın  meşələri  az  məhsuldardırlar.  Orta 
bonitetlik  sinfi  111,3-dür.  Yüksək  məhsuldar  meşələr  (I-II  bonitet) 
ümumi  meşələrin  19,5%-ni  III-IV,  bonitet  -  67,4%-ni  və  aşağı  məh­
suldar ağaclıqlar  14,1%-ni  təşkil edirlər.
30
Bütün bunlar təsdiq edir ki, meşələrin məhsuldarlığının artırılması 
həm meşə sərvətlərinin təkrarən bərpasının və həm də onların mühit- 
qoruyucu  funksiyalarının  yüksəldilməsinin  həlledici  şərtidir.  Bunlar 
meşə ehtiyatının artırılmasının əsas mənbəyi və eyni zamanda respub­
likanın azmeşəli  rayonlarının oduncağa olan tələbatının ödənilməsini 
təmin edən şərtdir.
Deyilənlərdən çıxan ümumi nəticə ondan ibarətdir ki, bu günün və 
yaxın gələcəyin əsas problemi meşələrin qorunması və onların bərpa­
sıdır,  bunun  üçün  elmi  cəhətdən  əsaslandırılmış  meşə  təsərrüfatı  və 
meşəmeliorativ tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi 
vacibdir.
31

V.  MƏHSULDAR M EŞƏLƏRİN   YETİŞDİRİLM ƏSİ ÜÇÜN 
İQLİM İN VƏ  TO RPAĞ IN   OPTİM A L  PARAMETRLƏRİ
Aydındır ki, Azərbaycanın müasir meşələri uzun müddətli təkamü­
lün  nəticəsində yaranmışdır və  coğrafi  mühitin mürəkkəb komponen­
tinə  çevrilmişdir.  Meşələrin  özlərinin  bitmə  şəraiti  vardır,  onlar  at­
mosferdə geoloji quruluşdan,  torpaqdan, rütubətdən və s.  ibarətdir. Q. 
F.  Morozov  (1941)  hesab  edirdi  ki,  “mühit  meşənin  nəinki  ayrılmaz 
hissəsidir,  eyni  zamanda  onun  ilkin  əsas  amilidir”  və  digər  amillər 
mühitə  nisbətən  ikinci  dərəcəlidir.  Mühit  və  orqanizmlərin  arasında 
gedən  maddələr  mübadiləsi  çox  vacib  həyat  prosesidir.  O  yazırdı  ki, 
“Axı,  canlıların  həyatını  onların  olduqları  mühit  şəraitindən  ayırmaq 
olmaz.  Meşənin  həyatını  onun bitib  yaşadığı  şəraitdən  ayıraraq həqi­
qətə  göz  yummaqla  meşəçiliyin  bütün  məsələlərini  kağız  üzərində 
həll  etməkdir”. Təbii  amillərə və onların meşələrə təsirinə diqqət ye­
tirərək  Q.  F.  Morozov  (1955)  belə  nəticəyə  gəlirdi  ki,  meşə  təsərrü­
fatım  təşkil edərkən  “meşənin yaşaması  və  inkişafını  pisləşdirən pro­
seslər və hadisələr (amillər) müəyyən olunmalıdır.  Bu amillər əsasən 
torpaq, torpaqaltı süxurlar, hidroloji proseslər və digər hadisələrdir...”.
Lasitski K.B.  (1971) hesab edir ki, təbii mühitin  bütün müxtəlifliyi 
meşə  tiplərində  cəmlənir və  onlar meşə  təsərrüfatının təşkilində əsas 
götürülməlidir.
Beləliklə,  meşənin  quruluşunu  və dinamikasını  və  onların müxtə­
lif təbii  şəraitlərdə yayılmasını  və hər bir meşə cinsinin yayılma area­
lını  təyin  edən  müxtəlif xarici  amillər içərisində  torpaq,  iqlim və di­
gərləri  əsas yer tutur.  Bütün bunlar meşə təsərrüfatı tədbirlərində tət­
biq  olunacaq  üsullardır,  texnikanı  və  aparılma  vaxtını  təyin  edərkən, 
eyni  zamanda insanların təsərrüfat fəaliyyətinin dövrü də nəzərə alın­
malıdır.
Ona görə də meşə təsərrüfatı  tədbirlərinin işlənib hazırlanması  və 
difercnsiallaşdırılmasında  Azərbaycanın  dağ  və  düzən  meşələrində 
meşəbitmə  şəraitinə  qiymət vermək və onu araşdırmaq vacibdir.
Məhsuldar  meşələrin  yetişdirilməsini  elmi  cəhətdən  əsaslandır­
maq üçün ilkin məlumat bu və ya digər rayonların iqlim və torpaq şə­
raitinin  araşdırılması  materiallarıdır:  meşə  ağaclarının  iqlimə, rütubə­
tə,  torpağın  mineral  elementlərinə  uyğun  gəlməsinin  təyin olunması­
dır. Bundan əlavə, qarışıq meşələrdə ağac cinslərinin bir-birinə müna-


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə