L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ



Yüklə 22.9 Kb.
Pdf просмотр
səhifə2/19
tarix25.05.2017
ölçüsü22.9 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   19

11

Meşələrin kompleks məhsuldarlığı  anlayışını irəli  sürdükdə meşə­
lərin bir çox məhsullara malik olması nəzərdə tutulur və o biosferanm 
əsas  ayrılmaz hissəsi  hesab  olunur.  Ağaclığın artımının yüksəldilmə­
sinə  və  onların  vəziyyətinin  yaxşılaşdırılmasına  yönəldilən  bir  çox 
tədbirlər,  eyni zamanda, meşələrin digər xeyirli tərəflərinin də yaxşı­
laşdırılmasına  səbəb  olur.  Misal üçün,  tarla qoruyucu meşə zolaqları­
nın salınması havanın və torpağın mikroiqlimini yaxşılaşdırır, insanla­
rın  gəzintisi  üçün  əraziləri  əlverişli  edir,  əlavə  oduncaq  və  meyvə 
məhsulu əldə  olunur və  s.
Mühit amili kimi meşələrin rolu, misal üçün,  onun estetik və müa­
licəvi  əhəmiyyətini  ağaclığın  tərkibini  və  yaşını  nizama salmaq, qul­
luq  qırmaları  aparmaqla  artırıla  bilər.  Meşələrin  çox  tərəfli  müsbət 
əhəmiyyətinin yüksəldilməsində sanitar qırmaların köməkliyi böyük­
dür.  Meşələrin məhsuldarlığı  üzrə  kompleks  tədbirlər sisteminin ma­
hiyyəti  və həcmi müxtəlif coğrafi rayonlarda, müxtəlif təbii və iqtisa­
di  şəraitlərdə  müxtəlif  olur.  Azərbaycan  üçün  meşələrin  kompleks 
məhsuldarlığının  yüksəldilməsi  onun  istər  dağ  və  istərsə  də  düzən 
bölgələri  üçün  bu  gün  real  məna  daşıyır.  Burada  əsas  qorxu  törədən 
amili  - torpaq eroziyasını ləğv etmək lazımdır. Torpaqların yuyulmaq­
dan qorunması,  oduncağın məhsuldarlığının və meşələrin bütün digər 
komponentlərinin məhsuldarlığının artırılması  deməkdir.
Dağ meşəçiliyinin özünəməxsus  tərəfi  onunla fərqlənir ki, burada 
meşə  istismarı  və qoruyucu xarakter vəzifələri birləşmiş olur.  Aydın­
dır ki,  təsərrüfatın belə əlaqəli  aparılması meşələrin məhsuldarlığının 
yüksəldilməsində  də  öz  əhəmiyyətini  itirmir.  Lakin  meşələrin  qoru­
yucu  rolunun  artırılması,  meşədə  yaşayan  heyvanatın  saxlanması  və 
onların sayının nizamlanması,  meşələrin estetik qiymətinin saxlanma­
sı və yüksəldilməsi onun müalicəvi xüsusiyyəti və s. istərsə dağ və is­
tərsə  də düzən bölgələrində  heç  də az əhəmiyyət kəsb  etmir.  Onu da 
qeyd etmək lazımdır ki, dağ meşələrinin sağlamlıq gətirici əhəmiyyə­
ti  nəinki  dağ və  meşə  havasının  təkrarolunmaz birliyi  ilə  daha da ar­
tır,  eyni  zamanda,  meşələr,  müalicəvi  əhəmiyyəti  olan  qiymətli  su 
mənbələrini qurumaqdan qoruyurlar.
Meşələrin  kompleks  (inteqral)  məhsuldarlığı  və  onun  artırılması 
məsələsinin düzən meşələri  üçün  də  əhəmiyyəti  çoxdur,  çünki  onlar 
qoruyucu  xassoyə  malikdirlər,  xüsusilə  susaxlayan,  suyu  nizama  sa­
12
lan, sağlamlıq gətirici, iqlimi sabitləşdirici müsbət hidroloji və s. kimi 
xeyirli xüsusiyyətləri  ölçüyə gəlməz dərəcədə çoxdur.
Azərbaycan  Respublikasının  meşələri  xalq  təsərrüfatı  və  ictimai 
əhəmiyyətinə görə I qrup meşələrə aiddir, ona görə də onlarda yaxşı­
laşdırım və qoruyucu rolunu artıran ciddi meşə təsərrüfatı rejimi təyin 
edilmişdir.  Burada  sanitar  qırmalarına,  meşələrə  qulluq  qırmalarına 
icazə  verilir.  Yetişmiş  və  yaşı  ötmüş meşələrdə  isə  onların  qoruyucu 
rolunu təmin edən meşəbərpa qırmalarına icazə verilir.  Bu halda me­
şələrin  istismarının  və  qoruyucu rolunun  saxlanması  və  bərpası  əsas 
amil  kimi  nəzərdə  tutulur.  Ona  görə  də  bəzi  alimlər meşələrin  qırıl­
ması və qoruyucu rolu məsələsinə daha geniş mənada baxmağı  təklif 
edirlər.
Belə hesab etmək olar ki, bu məsələyə konkret coğrafi zonalar üz­
rə  baxılmalıdır.  Misal  üçün,  şimal  rayonlarında  əgər  meşələrin  qırıl­
ması sahələrdə rütubətin artmasına və bataqlıqlaşmalara səbəb olursa, 
cənub  bölgələrdə  nizamlanmayan  qırmalar  meşələrin  deqradasiyası­
na, quraqlığın artmasına gətirib çıxarda bilər.  Beləliklə, meşələr və su 
müxtəlif bölgələrdə müxtəlif tərzdə özlərinin əhəmiyyətini və rolunu 
göstərə  bilərlər  və  bu  məsələ  meşələrin  kompleks  məhsuldarlığının 
aspektləri  sistemində nəzərə alınmalıdır.
Meşələrin  və  digər  təbii  sərvətlərin  məhsuldarlığının  yüksəldil­
məsi probleminin həllinə kompleks yanaşılmanın əhəmiyyəti o qədər 
artmışdır ki, təcrübədə  onunla  artıq bu  gün,  bu və  ya  digər dərəcədə 
məşğul  olmağa  məcbur  olmuşlar.  Kompleks  layihələşdirmənin  əhə­
miyyəti artmaqla elm və layihə təşkilatlarının rolu və məsuliyyəti ço­
xalır.  Bu məsələyə  ölkəmizdə ciddi diqqət yetirilməlidir.
13

II.  MEŞƏ HAQQINDA BİOLOJİ ANLAYIŞ
Meşəçilik  müstəqil  elm  kimi  hələ  XVIII  əsrdən  inkişafa  başla­
mışdır.  Lakin  axırıncı  80-90-cı  ildə  meşəçilik  xalq  təsərrüfatının 
müstəqil sahəsi kimi  formalaşmışdır.  M eşə  təsərrüfatı  istehsalatının 
və  elminin  vəzifələri  də  ölçüsüz  dərəcədə  artmış  və  mürəkkəbləş­
mişdir, təsərrüfatın intensivləşməsi, kompleks m eşə müəssisələrinin 
yaranması,  oduncağın  tədarükü  və  onun istifadəsi  strukturunun xey­
li  dəyişməsi  ilə  əlaqədar olaraq yeni  problemlər peyda olmuşdur.
Bütün bunlar meşə haqda yeni anlayışın gələcək inkişafına səbəb 
olmuş,  meşə  təsərrüfatının  bir  çox:  həm  nəzəri  və  həm  də  praktiki 
problemləri  meydana  çıxmışdır.  M eşəçilik  elmində  bir  çox  istiqa­
mətlər  formalaşmış  və  onlar meşə təsərrüfatının  inkişafına bu və ya 
digər dərəcədə  təsir etmişdir.  Meşəçilikdə belə  istiqamətlərdən biri 
V.  Q.  Nesterov  tərəfindən  təklif olunmuş  (1949)  meşə  haqda  bioe- 
koloji  anlayışdır.
Bu  anlayış  meşələrin  keyfiyyət  tərkibinin  yaxşılaşdırılmasına 
müsbət təsir edən, meşələrin məhsuldarlığını artıran və onları saxla­
yan  meşə  təsərrüfatı  tədbirləri  sistemidir.  (İ.  S.  Melexov  1976, 
1977).
Azərbaycan  Respublikasında  Elmi-Tədqiqat  M eşəçilik  İnstitutu­
nun  əməkdaşları  (F.  Ə.  Əmirov və  digərləri,  1971-1986) tərəfindən 
yüksək  məhsuldar  meşələrin  yaradılmasının  tipoloji  əsaslarını,  me­
şələrdə  qırma  qaydalarının  elmi  əsaslarını  və  praktiki  tövsiyələrini 
hazırlamışlar.  Bütün bunlarda meşələr haqda bioekoloji  anlayış əsas 
yer tutur.
Bioekoloji anlayışın elmi konsepsiyasının mənası  ondan ibarətdir 
ki,  burada meşələrə  iki  asılılığın  birliyi  kimi  baxılır.  Birinciyə  özü­
nün mürəkkəbliyinə  görə  meşələri  təşkil  edən birlik,  ikinciya- me­
şələrin bitdiyi mühit  şəraiti  aiddir.
Meşə haqda bioekoloji  anlayış dedikdə N.  V.  Sukaçev tərəfindən 
yaradılmış  biogeosenoz  haqda  inkişaf etmiş  anlayışı  yaddan  çıxar­
maq  olmaz.
Təbiətdə  ortaya  çıxan  bir-birinin  əksinə  olan  hallan  nizamlayan 
imkanlar çoxdur və  müəyyən qanunauyğunluqla ayaqlaşaraq burada 
davamlı  təbii  ekosistem yaranır.
14
Meşələrin  həyatına  insanların  qarışması  izsiz  qalmır,  xüsusilə 
m eşəyə  texnika  gətirilən  bizim  günlərdə.  Ona  görə  də  insanların 
meşələrdə təsərrüfat  fəaliyyəti  elə  apanlmalıdır ki,  maksimum  me­
şəçilik və iqtisadi səmərə almaqla təbiətin qanunauyğunluğu və da­
vamlılığı pozulmasın.
Meşəçilikdə  əsas  məsələlərin  həll  olunmasına,  bioekoloji  yana­
şılma,  qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsini  xeyli  asanlaşdırır. 
Meşənin təbii  davamlılığının pozulmasının  zəiflədilməsinə  və  onda 
yaranan müvazinətliyin saxlanmasına şərait yaradır. Bioekoloji axta­
rışın  əsas  anlayışı  ondan  ibarətdir ki,  meşəbərpa  işlərində  torpaqla­
rın  hazırlanmasından  başlayaraq  meşə  əkininə  qədər  əkiləcək  tor­
paqlar üçün baş cinslərin seçilməsi və yerləşdirilməsi, qulluq qırma­
ları,  baş  istifadə  qırmaları  və  sanitar  qırmaları  əkin  materiallarının 
yetişdirilməsi  və  onların  əkin  sahələrinə  daşınması,  yol  və  digər 
kommunikasiyaların tikintisi və  s. vaxtlarda meşə  ilə onun bitmə  şə­
raitinin  arasında müvazinətliyi  itməsin.
Bütün hallarda təbiətin  tənzim olunmasına riayət olunmalı  və  tə- 
yinedici amil müəyyənləşdirilməlidir.  Misal üçün, mühiti təyinedici 
amil  şoranlıq və  yaxud  bataqlıq,  hərarətin  çatışmazlığı və  s.  ola bi­
lər.  Aydındır ki,  biz  düzən  ərazilərdə  təbii  şama,  bataqlıq  bitkisinə 
rast gələ bilmərik və yaxud saqqız ağacı, saksaul - dağ meşələri qur­
şağında bitə bilmirlər.  Ona görə də  hər bir şəraitdə əsas amili n əzə­
rə  almalıyıq.
Əsas  amil digər (ikinci,  üçüncü, dördüncü və  s.  dərəcəli) amillə­
rə  nisbətən aparıcıdır,  yəni  təbii  kompleksin idarə  olunmasında  nə- 
zəri-təcrübəvi  məsələlərin  həllində  birinci  yeri  tutur.  Misal  üçün, 
Kür-Araz ovalığının ərazisində hərarət, işıq, torpaqda qida maddələ­
ri olduğu halda burada təyinedici əsas amil rütubətdir.  Belə şəraitdə 
oduncağın artımı, eyni zamanda kənd təsərrüfatı əkinlərinin məhsul­
darlığı əsas etibarilə atmosfer çöküntülərinin miqdarından asılı  olur. 
Ona görə də təbii kompleksləri idarə etmək həm meşədə və həm də 
kənd  təsərrüfatında  rütubətlə  təmin olunma  problemi  həll  edir.  Bu­
rada  atmosfer çöküntülərinin  çatışmazlığı  məcbur edir ki, baha  qiy­
m ətə  başa  gələn  süni  suvarma  tətbiq  olunsun.  Eyni  zamanda,  digər 
köməkçi  amilləri  də  nəzərə  almaq lazımdır,  çünki  müəyyən  hallar­
da onların əhəmiyyəti yüksək həddə çatır və əsas amil kateqoriyası­
na keçə bilərlər.
15

Mahiyyətcə ikinci dərəcəli  təbii  amilə nəzarət yetirilərsə, bir çox 
digər təsirlərlə rastlaşmaq olur.  Misal  üçün,  atmosfer havasının çirk­
lənməsi  meşə  ağaclığına  ciddi  ziyanlar  gətirir,  bəzən  onlann  tam 
məhvinə  səbəb  olur.  Beləliklə,  bu  amil  nəinki  meşədə  və  eyni  za­
manda,  meşə  ekosistemində  digər  uyğunsuzluqlar  yaradır.  Meşənin 
həyata  meylinin  zəifləməsi  və  yaxud  onun  pozulması  baş  verir,  quş­
ların,  heyvanların, mikroorqanizmlərin və  digər təbii komponentlərin 
həyat  tərzi  dəyişir  (pisləşir).
Bütün  bunlar  meşələr  yetişdirilərkən  əsas  götürülməlidir,  daha 
doğrusu,  təbii  komponentlərdə  olan  vahid  birlik  və  əks  birlik  daim 
nəzərə  alınmalıdır.
16
III.  YÜKSƏK MƏHSULDAR MEŞƏLƏRİN 
İQTİSADİ VƏ  SOSİAL  TƏ RƏ FLƏRİ
Bioekoloji əsasda yüksək məhsuldar (proqramlaşdırılmış) meşələ­
rin  əsas parametrlərinin  işlənməsi və müəyyənləşdirilməsi  meşələrin 
cins tərkibinin və məhsuldarlığının yaxşılaşdırılması üçün meşə təsər­
rüfatı  məsələlərinin  həlli  üzrə  optimal  variantın  seçilməsinə  imkan 
verir.  Məhsuldar  meşələrin  yetişdirilməsi  ideyasını  həyata  keçirmək 
üçün  aşağıdakı əlavə  məsələləri  həll  etmək  lazımdır:  maddi  təminat, 
zəhmət sərvətləri və meşə təsərrüfatı istehsalatının digər imkanlarının 
müəyyənləşdirilməsi.  Bu məsələlər bioloji  amillərə  aid  deyildir,  me­
şə yetişdirmənin bu tərəfi  insanların təsərrüfat fəaliyyətləri ilə əlaqə­
dardır.
Öhdəsində  çox  nəhəng  enerji  sərvətləri  olan  insan  cəmiyyəti  tə­
biətin  “sifətini”  dəyişdirən  böyük  qüvvədir.  İndi  digər  qüvvələr,  o 
cümlədən təbii  fəlakətlər artıq ikinci plana çəkilir.  Misal  üçün,  1950- 
1990-cı  illərdə  Kür çayı  boyunda  külli  miqdarda  meşələr qırılaraq  su 
qovşaqları  yaradıldı  və  yaxud  Azərbaycanda  10-a  yaxın  dövlət  qoru­
yucu  meşə  zolaqları  salındı.  Həmin  tədbirlərin  aparılması  işi  iqtisadi 
və  meşəçilik,  su  və  kənd  təsərrüfatı  nöqteyi-nəzərincə  qabaqcadan 
əsaslandırılmış  və  tərtib  olunmuş  layihələrin  əsasında  aparılmalı  idi. 
Lakin  sonrakı  təcrübələr  göstərdi  ki,  torpaqların  suvarılması  üçün 
əsaslı meliorasiya  işləri  aparılmırsa,  torpaqlar şoranlaşır, torpaqda qu­
raqlıqlar  yaranır,  su  qovşaqlarının  ətrafında  qırılan  meşələr  vaxtında 
bərpa olunmursa,  yamaclarda eroziya və  abraziya prosesləri  güclənir. 
Bütün bunlar həqiqətən təbiətin “sifətini” dəyişdirir.
Xoşagəlməz  hallar və  onların  yaranması  üçün  səbəblər çoxdur və 
onların hamısını layihələşdirmə zamanı nəzərə almaq mümkün olmur. 
Lakin  bütün  hallarda  ekosistemaya əl  qatdıqda  elə  etmək  lazımdır ki, 
əsrlər  ərzində  formalaşmış  müvazinətlik  və  davamlılıq  pozulmasın. 
Təbii  obyektlərdə aparılan bir çox  işlərin müvəffəqiyyəti meşə təsər­
rüfatında  tətbiq  olunan  texnologiyanın  təkmilliyindən,  daha  doğrusu, 
təsərrüfatın  konkret obyektləri,  onlann  icraçılarından  və  təbii  ekosis­
temə  təsir  edəcək  bioloji,  texnoloji,  meliorativ  və  digər  amillərdən 
asılı olacaqdır.
Beləliklə,  proqramlaşdırılmış  meşələrin  əsas  vəzifələrini,  müvəf­
fəqiyyətini təyin edən  amil kimi ona nəinki bioekoloji  aspekt kimi ya-
г. -  4905
17
L
Isfer İdorasfıtifl 
>   1  *  А  К  X A  \   A
I

naşmadır, eyni zamanda əldə edilən müvəffəqiyyətə bir çox - istehsa­
lat,  icraçı,  idarəetmə,  iqtisadiyyat,  maddi-texniki  və  sosial  amillərin 
birliyinin nəticəsi (istehsalatın  imkanları) kimi baxılmalıdır.
Meşə  təsərrüfatı  istehsalatının  istərsə  meşələrin  məhsuldarlığının 
və keyfiyyətinin artırılmasında və istərsə də oduncaqdan alınan əlavə 
qida  maddələri,  vitaminlər  və  şairənin  əldə  olunmasında  imkanları 
həqiqətən çox böyükdür.
Azərbaycanın  ümumi  meşə  fondunda  az  məhsuldar,  seyrək  ağac­
lıqlar, bataqlıqlaşmış meşələr, kollaşmış otlaqlar və biçənəklər vardır. 
Böyük  sahələrdə  təbii  bərpa  qiymətli  ağac  cinslərinin  dəyişməsi  ilə 
nəticələnir,  hətta meşə  əkinləri  aparılan  yerlərdə  də bu proses  gedir. 
Özbaşına  qalan meşə  əkinləri  adətən  ikinci  dərəcəli  ağac  cinslərinin 
hesabına bərpa  olunur və  onların yaradılmasına  sərf olunan vəsait öz 
məqsədidə çatmır.
Azərbaycanın meşələrində  orta  illik oduncaq artımı  hektarda  1,67 
m3-a bərabərdir. Bu göstərici şərtidir, ayrı-ayrı meşə təsərrüfatlarında 
çox böyük ehtiyat vardır və meşə ilə örtülü sahənin hər hektarında il­
də  3-3,5  m3  oduncaq əldə etmək olur.  Lənkəran, Yalama, Tovuz,  Za- 
qatala,  Bərdə  və  s.  meşə  təsərrüfatlarında  şamın, palıdın,  ağ akasiya­
nın meşə əkinlərinin  illik artımı  hər hektarda daha çoxdur.
Azərbaycanın dağ bölgələrinin meşəbitmə  şəraiti hektarda 2-3  m3 
oduncaq yetişdirməyə  imkan verir.  Misal üçün,  Lənkəran-Astara böl­
gəsində  hər hektarda  təbii  oduncaq  artımı  3-4  m3  olur (etalon meşə). 
Meşə  əkinlərinin  ayrı-ayrı  hallarda  məhsuldarlığı bir-iki bonitet  sinfi 
yüksək  qiymətləndirilir.  Belə  meşə  əkinlərində  seçmə yolu  ilə  araş­
dırmalar zamanı keçmişdə buraxılan səhvləri aydınlaşdırmaq olur. Be­
lə ki, bəzən əsas meşə əmələgətirən ağac cinslərinin sahədə yerləşdi- 
rilməsində  bitmə  şəraitinə  olan  tələblərin  nəzərə  alınmadığı  məlum 
olmuşdur.  Belə təcrübələrə demək olar ki, əksər meşə təsərrüfatların­
da  rast  gəlinir.  Misal  üçün,  qozun  bəzən  güclü  eroziyaya  məruz  qal­
mış quru dağ yamaclarında əkildiyinin şahidi oluruq. Bəzən şoran tor­
paqlarda palıd  cinsi  əkilir ki,  bu  da  onun bioekoloji  xassəsinə uyğun 
deyildir.
Elə əkin sahələri vardır ki, orada əsas (baş) cins əvəzinə ikinci də­
rəcəli  cinslər əkilirlər və s.
Meşə  elminin  və  meşə  təsərrüfatı  təcrübəsinin müasir inkişaf və­
ziyyətində belə  səhvlərə  yol  vermək olmaz.  Burada meşə təsərrüfatı
18
istehsalatının  məqsədlərinə  cavab  verə  bilən  yanaşılma  sistemindən 
istifadə olunmalıdır ki, bu halda iştirak edən bütün amillər optimal re­
jimdə işləyir, həm təbii, həm də istehsalat ehtiyatları tam səmərəli is­
tifadə olunur. Təbii ehtiyatlara hər yerdə rast gəlinir: azqiymətli ağac­
lıqlar, seyrəkliklər və ağaclıqlar, yüksək məhsuldar, lakin aşağı sıxlıq­
lı meşələr, keyfiyyətsiz meşə  əkinləri və s.  Bütün bunlar torpağın tə­
bii münbitliyindən tam istifadə olunmadığına misaldır. Burada ehtiyat 
çoxdur  və  onlardan  istifadə  üçün  çox  da  böyük  olmayan  maddi  və 
zəhmət  ehtiyatının  sərfi  tələb  olunmur.  Azərbaycanın  meşələrində 
ağacların  düzgün  istiqamətləndirilərək  ərazidə  yerləşdirilməsi  ağac 
oduncağının  5-6  milyon  m3-ə  qədər  yüksəlməsinə  və  yaxud  hektar­
dan ildə  5-7 m3  oduncaq artımı əldə etmək olar.
Oduncaq kütləsinin xeyli artımım, eyni zamanda meşə bitmə şərai­
tini yaxşılaşdırmaqla və planlaşdırılmış meşə  təsərrüfatı  və meşəbər- 
pa tədbirlərini daha keyfiyyətlə yerinə yetirməklə əldə  etmək olar.
Göründüyü kimi,  meşə  təsərrüfatı  tədbirlərində  səmərəli  yanaşıl­
ma  sisteminə  əməl  olunduqda  yaxşı  nəticələr  əldə  etmək  mümkün­
dür.  Lakin bəzən bu əlaqələr pozulur və onların arasında əks müvazi- 
nətlik yaranır.
Sistemlə  bir-birinə  uyğun  gəlməyən,  xoşagəlməz  hallar  izsiz  qal­
mır  və  xeyli  itkilərə  gətirib  çıxardır.  Meşə  təsərrüfatı  sistemində  ən 
xarakterik  ziddiyyət,  xoşagəlməz  xüsusiyyətlərdən  meşə  təsərrüfatı 
tədbirləri ilə istehsalatın imkanlarının arasındakı uyğunsuzluqdur. Bu­
nu konkret misalla aydınlaşdıraq.  Axır illərdə meşəbərpa işləri böyük 
həcmdə əkin və səpin yolu ilə  aparılır. Aydındır ki, onların xeyli his­
səsi  bu  və ya digər səbəblər üzündən  aparılan hesabat məlumatların­
da  itir.  Meşə  əkinləri  100  hektarlarla quruyub  məhv  olur və  xalq  tə­
sərrüfatına  ziyanlar  dəyir.  Burada  səbəblər  çoxdur.  Bəzi  halda  buna 
səbəb keyfiyyətsiz toxum və  əkin materialı tətbiqidir,  digər halda isə 
hesabatın  qeyri-mükəmməlsizliyidir  və  s.  Bütün  bunlar  təsərrüfatda 
sözsüz olur.  Lakin onlar əsas  səbəb deyildir və  süni meşə əkinlərinin 
onların  hesabına silinməsi  düzgün deyildir.  Ayrı-ayrı  meşə təsərrüfa­
tının  süni  meşəbərpa  işlərinin  faktiki  analiz  materialları  bizə  imkan 
verir ki,  meşə əkinlərinin məhvinin əsas səbəbini aparılacaq müvafiq 
tədbirlərin  və  onların  aparılması  imkanları  arasında  cavan  ağaclığın 
inkişaf stadiyasında olan uyğunsuzluqlarda axtaraq.
2*.
19

Birinci  stadiyada  bütün  bunlar  belə  çıxır ki,  çox  da  qorxulu  deyil­
dir.  Meşə  əkinləri  fondu material  sərvətləri  və  istehsalatın  digər im­
kanları  icazə  verir  ki,  böyük  sahələrdə  yüksək  aqrotexnika  tətbiq  et­
məklə  meşə  əkinləri  yaradılsın.  Burada  uyğunsuzluq  yoxdur.  Ancaq 
bəzən cavan meşə əkinləri 2-ci  dərəcəli  ağac cinslərinin pöhrələri ilə 
kölgələnir və  onların  qurumasına  səbəb  olur.  Arzuolunmaz pöhrələri 
məhv  etmək üçün  gecikmədən  tədbirlər  həyata  keçirilməlidir.  Lakin 
bunlar ağır zəhmət tələb edən işlərin yerinə yetirilməməsi ilə və  me­
xanizasiyanın  zəif olması  ilə  bağlıdır.  Beləliklə,  bir-birinə  zidd  olan 
amillor yaranır və  axır nəhayətdə  itkilərə  gətirib  çıxarır.  Lazımdır ki, 
belə  tədbirlər həyata  keçirilsin  ki,  gərginləşmiş  belə  ziddiyyətlər zə­
iflədilsin.  Onlar aşağıdakılardan  ibarətdir:
1 . Plan  tapşırıqlarının  yerinə  yetirilməsi  istehsalatın  imkanlarına 
uyğun olsun;
2.  Hər  bir  təsərrüfatda  meşə  əkinlərinin  həcmi  proqnozlaşdırılar- 
kən  istehsalatın  gücünün,  maddi  sərvətlərin  və  fəhlələrin  sayı­
nın  artırılması  imkanları  ilə uyğunlaşdırılsın;
3.  Meşə əkinlərində və təbii bərpa gedən yerlərdə onlara qulluq iş­
lərinin keyfiyyətini yüksəltmək üçün kompleks maşın və mexa- 
nizmlərlə  təminatı  gücləndirilsin  və  onların  aparılması texnolo­
giyası yaxşılaşdırılsın;
4.  Fəhlə,  mühəndis  işçilərinin  hər  təsərrüfatda  optimal  strukturu 
yaradılsın,  onların professional  vərdişləri yüksəldilsin;
5.  1  ha  meşənin  yetişdirilməsinin  qiyməti  beynəlxalq  qiymətlərə 
uyğunlaşdırılsın.
Bizim tərəfimizdən müəyyən edilən və heç də tam olmayan bir-bi­
rinə təsir edən və məhdudlaşdıran yuxarıdakı zəhmət sərvətlərini gös­
tərməklə  kifayətlənmək olar.
Daha  bir misal  olaraq,  təsərrüfatları  meşə  toxumları  ilə  təmin  et­
məyi  göstərmək olar.  Belə  ki, mcşəbərpa işlərində yüksək keyfiyyət­
li  və  müsbət  irsi  xüsusiyyəti  olan  toxumlarla  təmin  etmək  ən  vacib 
məsələdir.
Toxumlara tələbat olan bu  aydın məsələ  meşənin bioekoloji  anla­
yışından  irəli  gəlir.  Bununla əlaqədar olaraq, toxumları elit ağaclıqla­
rından  və  yaxud  meşə  seleksion plantasiyalarından tədarük etmək va­
cibdir.  Belə toplanan  toxumlardan  yetişdirilən əkin materialları,  onla-
20
rm tədarük edildiyi meşə tipləri sahəsində əkilməsi lazımdır. Lakin bu 
tələbat çox hallarda pozulur.
Toxumların  tədarük  olunması  üzrə  aparılan  hesabatlara  görə  res­
publikada hər il 80-90% toxum məhsulu təsadüfi,  irsi xüsusiyyəti aşa­
ğı olan ağaclıqlardan tədarük edilir,  Çox hallarda toxum tədarükü pla­
nı  təsərrüfatlara həmin ildə məhsulun olub-olmadığı barədə məluma­
tın az olduğu şəraitdə verilir.
Bütün  bunlar  bir  çox  uyğunsuzluqlarm  və  təsərrüfatlarda  həllini 
gözləyən problemlərin olmasına misaldır.
Aparılacaq  hər bir vacib  tədbir iqtisadi  cəhətdən  əsaslandırılmalı­
dır.  Məhsuldar  proqramlı  meşələrin  yetişdirilməsi  burada  müstəsna 
hal  deyildir.  Məhsuldar meşələrin  əsas  iqtisadi  göstəriciləri  digər  is­
tehsalatlarla  eynidir:  hesablanmış  və  faktiki  rentabelliyidir  (Lasitski 
K.B.,  SimekA.A.,  1972).
Rentabelliyi təyin edən əsas  göstərici meşə təsərrüfatı üçün aşağı­
dakı kimidir.
N-V
Pr = ------- x  100
Z
Burada,
Pr - hesablanmış bioekoloji rentabellikdir,  %-lə;
N - meşə məhsullarının ilkin parametrləri;
V  -  meşə məhsullarının hesablanmış  məbləği  (proqram meşələrin 
yetişdirilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi vaxtı);
Z  - proqram meşələrin layihəsi üzrə  ümumi xərc.
21

IV.  M E Ş Ə  F O N D U N U N  Ü M U M İ T Ə H L İL İ
Müasir dövrdə meşələrin mürəkkəb və çoxməqsədli  fiınksiyalan və 
ölkənin inkişaf perspektivliyi nəzərə alınmaqla tələb olunur ki, meşədən 
istifadə olunarkən onlara müxtəlif tərzdə yanaşılsın.
Azərbaycanda meşə problemi meşə təsərrüfatının intensivləşdirilmə- 
si  yolu  ilə  həll olunmalıdır və  respublikanın müxtəlif coğrafi rayonlan- 
nın xüsusiyyətlərini nəzərə almaqla, meşələrdən istifadəni bütün təbiət­
dən istifadə ilə əlaqəli şəkildə elmin nailiyyətləri və texniki tərəqqi nə­
zərə alınmaqla yerinə yetirilməlidir.
Təkmilləşdirmə yolu ilə gedərək əldə olunan nailiyyətləri bütün me­
şə  işlərinin yenidən qurulmasına meşə sərvətlərinə və onlann potensial 
imkanlarına qiymət verilməklə onlardan gələcəkdə oduncağından istifa­
də  etmək və təkrarən bərpa işləri aparmaq nəzərə alınmalıdır.
Təbiidir ki, yeni torpaq ərazilərindən və təbii sərvətlərdən istifadə et­
mək planlaşdırılarkən həmin obyekt haqda və  onun yerləşdiyi ərazi ba­
rədə bəzi məlumatların toplanmasının vacibliyi ortaya çıxır. Belə məlu­
matlar yüksək məhsuldar meşələrin yetişdirilməsi proqramının işlənmə­
si üçün çox vacibdir. Meşələrdən yanacaq kimi istifadə olunduqda və ya­
xud onlardan rekreasiya məqsədi üçün istifadə edilməsi məsələsi müəy- 
yənləşdiriləndə həmin rayonun əhalisinin sayı və onun perspektiv dövr­
də artımı haqda olan məlumat çox gərəkli olur.  Eyni zamanda, belə mə­
lumatlar sənayenin və kənd təsərrüfatının inkişaf perspektivliyini müəy­
yənləşdirəndə də vacibdir.  Meşəçilik məsələlərini həll edərkən onlann 
sahəsi,  əsas  meşə  əmələ  gətirən  ağac  cinslərinin  yerləşməsi  və  yeni 
cinslərin introduksiyası üçün həmin rayonun torpağı və iqlimi haqda və 
bir çox digər məlumatlar tələb olunur.
Respublikanın coğrafi mövqeyi
Azərbaycan  Respublikası  Cənubi  Qafqazda  44,0°  və  52,0°  şərq 
uzunluq dairəsi, 38,0° və 420° şimal en dairəsində yerləşir. Ərazisi 86,4 
min  kvadrat  kilometr,  əhalinin  sayı  8,0  milyon  nəfərdir.  Ölkə  Cənubi 
Qafqaz bölgəsində yerləşməklə şimaldin Rusiya Federasiyası, cənubdan 
İran  İslam  Respublikası,  cənubi-qərbdən  Türkiyə  Respublikası,  şimali- 
qərbdən Gürcüstan Respublikası ilə həmsərhəddir.
Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşir. Xəzən dənizi ilə 
sahil  xəttinin  uzunluğu  713  km-dir.  Azərbaycan  Böyük  İpək  Yolunun 
üzərində mühüm ticarət və nəqliyyat məntəqəsidir.


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə