L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ



Yüklə 22.9 Kb.
Pdf просмотр
səhifə14/19
tarix25.05.2017
ölçüsü22.9 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   19

127

C ə d v ə l 22
AĞAC-KOL  CİNSLƏRİNİN  QURAQLIĞA  DAVAMLILIQ DƏRƏCƏSİNƏ 
GÖRƏ  TƏQRİBİ  BÖLÜNMƏSİ
Q uraqlığa xü­
susilə  davam­
lılar
Quraqlığa
çox
davam lılar
Quraqlığa
davamlılar
(nisbi)
Rütubətə
orta
davamlılar
R ütubətə  çox 
tə ləb k a rlar
Aylant
Amorfa
Ərik
Şərq  fıstığı
Söyüd
Xırdayarpaq
qarağac
Soyüdyarpaq
yemişan
Ağ akasiya
Gilənar
Şərq çinarı
Soyüdyarpaq
ırmud
Yabanı
gilənar
İpək
akasiya
Litvinov 
toz ağacı
Qərb  çinarı
Tikanlı  badam
Adi  irqa
Birgöz
Qara gəndalaş
Kanada qovağı
Suınax
Şərq
doqquzdonu
Qırmızı meyvə 
yemişan
Qafqaz vələsi
Qara qovaq
İnnab
Tatar
doqquzdonu
Kağız ağacı
Armud, 
Qafqaz cökəsi
Yalan qoz
Piistn
Qafqaz
dağdağanı
Şeytan  ağacı
Çay tikanı
Piramidal
qovaq
Saqqız ağacı
Araz
ağcaqayını
Naz kolu
Qara qoz
Qızılağac
Yulğun
Maklyura
Gürcü  palıdı
Pekan qozu
Sabın  ağacı
Şabalıdyarpaq
palıd
Şəftəli
Adi badam
Daş palıd
Gavalı
Sarağan
Çöl ağcaqayını
Qafqaz ximiyi
İpək akasiya
Daryarpaq
iydə
Gilas
İtburnu
Bağ iydəsi
Alma
Yaşıl  göyriiş
Vcrginiya
ardıcı
Adi göyrüş
Araz palıdı
Krım şamı
Şərq palıdı
Uzunsaplaq
palıd
Yapon saforası
Dəmirağac
Eldar şamı
Saqqız ağacı
Probka  palıdı
Qovuqucaq
Adi  göyriiş
Nəcib dəfnə
Azatağacı
Katalpa
128
C ə d v ə l 23
DUZA DAVAMLILIQLARI  NƏZƏRƏ ALINMAQLA AĞAC 
VƏ KOL CİNSLƏRİNİN MEŞƏ ƏKİNİ  SAHƏLƏRİ 
KATEQORİYALARINA  GÖRƏ  TƏQRİBİ  BÖLÜNMƏSİ
C i n c l ə r
M e ş ə   ə k in i  s a h ə l ə r i n i n   k a t e q o r i y a s ı
M e ş ə   ə k i n i  
ü ç ü n   q e y r i 
m ə h d u d   y a ­
r a rlı
M e ş ə   ə k i n i  
ü ç ü n   y a r a r lı
M e ş ə   ə k i n i  
ü ç ü n   m ə h ­
d u d   y a r a r lı
M e ş ə   ə k i n i  
ü ç ü n   ş ə r t i  
y a r a r lı
U z u n s a p l a q   p a lıd
+
-
_
A lç a
+
4*
-
-
G i l ə n a r
+
-
-
-
S a q q ız   a ğ a c ı
+
+
-
-
Ə rik
+
+
+
-
A ğ   a k a s i y a
+
+
M
-
H e y v a
+
4*
+
-
A y la n t
+
+
+
4-
A m o r f a
+
+
+
+
E ld a r  ş a m ı
+
+
-
-
K r ım   ş a m ı
+
-
-
-
Y a p o n   s a fo r a s ı
+
+
+
-
İ n n a b
+
+
4-
+
K a n a d a  q o v a ğ ı
+
+
-
-
Ş ə r q   ç i n a r ı
+
+
-
-
Q a r a ğ a c
+
+
+
-
T u t
+
+
-
-
Ş e y ta n   a ğ a c ı
+
+
-
-
A ğ   q o v a q
+
+
+
-
P ir a m id a l  q o v a q
+
+
+
-
S ö y ü d
+
+
+
-
D a r y a r p a q   i y d ə
+
+
+
+
Y u lğ u n
+
+
4-
+
Y a şıl  g ö y r ü ş
+
+
4-
+
X ı r d a y a r p a q   q a r a ğ a c
+
+
+
-
Ş a fta lı
+
+
-
-
N ar
+
-
-
Ş ə rq   t u y a s ı   ( m a z ı )
+
-
-
-
Ş a b a l ı d y a r p a q   p a lıd
-
-
-
A d i  q o z
-
-
-
A lm a
+
-
-
-
Z e y tu n
+
-
-
-
N a z   k o l u
+
+
-
-
H ə m i ş ə y a ş ı l   s ə r v
+
+
-
-
9. -  4905
129

9.7.  Tezböyüyən  ağac  cinslərinin  təsərrüfatının təşkili
Azərbaycanda  yetişmiş  meşə  ehtiyatlarının  tükənməsi  və  meşə 
oduncağının uzaq məsafələrdən daşınmasının səmərəsiz  olması (iqti­
sadi  cəhətdən)  xalq təsərrüfatının oduncağa olan tələbatının getdikcə 
artması  şəraitində  azmeşəli  bölgələrin  meşə  təsərrüfatlarım  məcbur 
edir ki, tezböyüyən ağac cinslərinin müxtəlif ekoloji-iqtisadi rayonlar­
da  geniş  miqyasda  yetişdirilmə  yollarını  axtarsınlar.  Bizim meşələrin 
məhsuldarlığının  yüksəldilməsi  və  adi  ağac  cinslərinin  tez  böyüyən 
cinslərlə  (özü  də  təsərrüfat  nöqteyi-nəzərindən  qiymətli  olan)  əvəz 
olunması  probleminin  həlli  böyük  əhəmiyyət  kəsb  edir.  Respublika­
nın  meşəçiləri  tezböyüyən  cinslərin  yaradılması  və  oduncağın  lazımi 
çeşidlərinin yetişdirilməsi  dövrünün qısaldılması yollarını çoxdan ax­
tarırlar.  Belə  tədbirin  aparılmasının  ümumi  məqsədi bizim meşələrin 
məhsuldarlığının yüksəldilməsidir.
Respublikanın meşəbitmə  şəraitinin və meşələrinin məhsuldarlığı­
nın  araşdırılması  göstərir  ki,  müxtəlif məqsədlər  üçün  burada  xeyli 
miqdarda  tezböyüyən  ağac  cinslərinin  meşələrinin  və  plantasiyalan- 
nın salınması mümkündür.  Onların qısa xarakteristikası, əkilmə və ye­
tişdirmə  qaydası aşağıdakı  kimidir:
A) Qovaqlar. Qovaqlar həddindən çox intensiv inkişaf edir (böyü­
yür) vo ona görə də xalq təsərrüfatında əhəmiyyəti çox böyükdür. Qo­
vaq  növlərindən  nəinki  oduncaq  əldə  etmək üçün  əsas  məqsəd  kimi 
istifadə  edilir, eyni  zamanda onlar qoruyucu, eroziya əleyhinə ağaclıq 
kimi  yetişdirilir.  Qovağın  dekorativ növləri  şəhərlərin və  qəsəbələrin 
yaşıllaşdırılması  məqsədi  üçün  tətbiq  edilir.  Qovaq  tezböyüyən,  asan 
becərilən  və  oduncağı  tez  istifadə  olunan  ağacdır.  Qovağın  oduncağı 
yüksək  texniki  keyfiyyətə  malikdir və  mebel,  kimyəvi  və  kibrit səna­
yesində,  eyni  zamanda tikintidə  istifadə olunur. Qovağın belə əlveriş­
li  xüsusiyyətləri:  oduncağın  tez  yetişməsi  və  yüksək  keyfiyyətli  cins 
kimi qiymətləndirilməsi  onun  böyük gələcəyini  təmin edir.
Azərbaycanda  qovaqların  25-dən  çox  yerli  və  introduksiya  olun­
muş  növləri  bitir  (Cəlilov  Q.,  1978).  Onların  respublikanın  müxtəlif 
bölgələri  üçün  perspektivli  hesab  edilən  növləri:  Ağyarpaq,  İtaliya, 
Berlin,  Kanada,  Qara,  Titrək,  Pioner,  Sosnovsk,  Tyanşan,  Pramida, 
Zöhrə,  Əbrişim və  s-dir.
130
Qovaqlann bir çox formaları və növləri vegetativ yolla artırılır: ca­
van yaşlı budaqlarla,  kök pöhrələri  ilə,  calaq vurmaqla və az miqdar­
da toxumla artırılır.
Qovaqlann vegetativ  yolla  yetişdirilməsinin əsas  üstünlüyü ondan 
ibarətdir ki, alınan bitkidə ana orqanın irsiyyəti saxlanılır.  Bunun üçün 
əsas etiban ilə odunlaşmış (birillik) çubuqlarla əkin daha yaxşı nəticə 
verir.  Qovağın çubuqlarının tinglikdə əkilməsi  üçün torpaqlar tranşey 
şəklində açılır. Onun dibinə  15-20 sm qalınlığında çınqıl tökülür, onun 
üstündən  10-15 sm qalınlıqda münbit torpaq və ən yuxarı hissədə 4-5 
sm qalınlıqda narın çay qumu tökülür. Qovaq çubuqlarını həm açıq ha­
va  şəraitində  və  həm  də  istixanalarda  hazırlanmış  tranşeylərdə  əkib 
yetişdirmək olar. Çubuqların uzunluğu 35  sm-ə qədər, diametrləri isə 
optimal  olaraq  10-12  mm  olur.  Qovağın  əkinləri  həm  çubuqlarla  və 
həm də tinglərlə yetişdirilə bilər.
Qovağın əkinləri üçün torpaqlar müxtəlif bitmə  şəraitində müxtə­
lif qaydada hazırlanır.  Çox  hallarda  torpaqların  başdan  başa  şumlan­
ması  məsləhət  bilinir.  Güclü  dərəcədə  cimləşmiş  torpaqlar  şumlan­
dıqdan sonra alaq otlarını məhv etmək üçün torpaq malalanır.
Əgər  qovaq  əkinləri  kənd  təsərrüfatı  bitkiləri  ilə  bahəm  əkilirsə, 
onda kənd təsərrüfatı bitkilərinin aqrotexniki qaydasında torpaqlar ha­
zırlanır.
Müxtəlif iqlim şəraitindən asılı olaraq hər hektarda 'müxtəlif sayda 
ağaclar  əkilməlidir.  Ağaclığın  yetişdirilməsinin  məqsədindən  asılı 
olaraq  müxtəlif ölçüdə ağaclar yerləşdirirlər.  Onlar  1,5x1,5, 2,5, x2,5, 
3x4,  5x5  m  ölçülərdə  əkilir və  bu  halda  ağacların  sayı  hektarda  250- 
400-dən  1100-1600-ə qədər olur. Çox ölkələrdə qovaqların cərgə ara­
ları  müxtəlif kənd  təsərrüfatı  bitkiləri  üçün  istifadə  olunur (qarğıdalı, 
günəbaxan, tütün,  yonca, kartof,  tərəvəz bitkiləri  və  s.  əkilə bilər).
Burada  ot  və  taxıl  bitkiləri  əkmək  mümkündür.  Yaddan  çıxarmaq 
olmaz ki,  qovaq əkinləri  əsasən  enli  cərgələrlə aparılmalıdır.
Onu da qeyd etmək  lazımdır ki,  cərgələrarası  məsafədən asılı  ola­
raq qovaqlann hər hektardakı məhsuldarlığı  müxtəlif olur.  Təcrübələr 
göstərir ki, əgər qovaqlar hektarda 400 ədəd əkilərsə, onların məhsul­
darlığı  250  ədəd  qovaq  əkilən  ağaclığa  nisbətən  xeyli  az  olur.  Misal 
üçün,  birinci  halda  15  yaşlı  qovaqlıq  hektarda  385  m3  oduncaq  verir­
sə, ikinci  halda (250 ağac) 429  m3  oduncaq verir.  25  yaşlı qovaqlıqda
9
131

iso birinci halda hektardan 650 m3, ikinci halda 876 m3 oduncaq isteh­
sal  olunur.
Seyrək qovaqlıqda  oduncağın keyfiyyəti  yüksək  olur.  Misal üçün, 
əgər hektarda 400  ağac əkilirsə,  keyfiyyətli oduncaq  çeşidi  33%,  250 
ağac  əkildikdə  keyfiyyətli  çeşid 40-50%  olur.  Bitmə  şəraitindən asılı 
olaraq  qovaq  ağaclığının  qırılmasının  vaxtı  10-15  il  nəzərdə  tutulur. 
Göründüyü kimi,  qovaqların yetişdirilməsi respublikamız üçün böyük 
əhəmiyyət kəsb edir.
B) Ağ akasiya. Vətəni Şimali Amerikadır. Ağ akasiya yüksək pöh­
rəli  ağacdır.  Onun  müxtəlif formaları  həm kolabənzər, həm də  ağac- 
şəki 11 iləri  vardır.  Bunun  20  m  qədər  inkişaf edən  nüsxələri  mövcud­
dur.  Kolabənzər formalarının hündürlüyü  6-15  m  olur.
Ağ  akasiya  təsərrüfat  nöqteyi-nəzərindən  çox  qiymətlidir və  həm 
də  tezböyüyən  cinsdir.  Ağ  akasiyadan  hazırlanan  dəmir yolu  şpalları 
10-12  il,  palıdın şpalları  isə  cəmi  7-8  il  xidmət göstərir.  Ondan hazır­
lanan  mebel  heç  vaxt  həşəratlarla  zədələnmirlər.  Yanacaq  materialı 
kimi o  fıstıq, palıd, vələs  və tozağacı kimi qiymətlidir. Ondan hazırla­
nan parket palıd parketindən  geri  qalmır.
Ağ  akasiya  əkinləri  Macarıstanda,  Çexoslavakiyada,  Rumıniyada, 
Moldoviyada  və  digər  ölkələrdə  geniş  miqyasda  yetişdirilir.  Təkcə 
onu  desək  kifayətdir  ki,  ağ  akasiyanın  ağaclığı  Moldoviyada  ümumi 
meşə  əkin  sahəsinin  35%-ni,  Amerikada 25%-ni,  Macarıstanda  17%- 
ni  (200  min  hektar) təşkil  edir.
Ağ  akasiyanın  çətiri  seyrəkdir,  oduncağı  tam  doluluqludur.  Onun 
toxumları payızda yetişir və  bütün qış uzunu ağacdan asılı vəziyyətdə 
qalır.  Toxumu cücərmə qabiliyyətini  bir neçə  il  saxlayır.  Ağ akasiya­
nın yetişməsi 4-6 yaşından başlayır. Akasiya bal istehsalı üçün də qiy­
mətli ağacdır. Ağ akasiyanın kök sistemi  möhtəşəmdir və torpağa uy­
ğunlaşandır. Onun ayrı-ayrı köklərinin uzunluğu horizontal şəkildə  12 
m-ə qədər kənara gedə bilir.
Ağ  akasiya  həm  toxumla,  həm  də  pöhrə  ilə  (kök  boğazından  və 
köklərdən)  yetişdirilir.  Köməkçi  cins  kimi  ağ  akasiya  ilə  palıd,  adi 
göyrüş,  adi  ağcaqayın bitə  bilirlər.
Ağ akasiya suvarılan torpaqlarda daha sürətlə  inkişaf edir. Onların 
üç  yaşlı  ağaclarının  boyu suvarma  şəraitində  6-7  m,  diametri  isə  8,0- 
9,0 sm-ə qədər olur.
Ağ  akasiya tez böyüyən  cins  olması  ilə  əlaqədar  olaraq meşəçilik 
və  aqromeşəmeliorasiya  məqsədilə  əkilir.  Meşəçilik  məqsədilə  əki­
lən  ağaclıq müxtəlif çeşidli  oduncaq əldə  etmək,  torpaqqoruyucu  və 
eroziya əleyhinə  ağaclıqlar salmaq  işinə xidmət edir.  Bölgələrin  iqti­
sadi  şəraitindən  asılı  olaraq Azərbaycanda ağ akasiyanın hündür göv­
dəli və alçaq gövdəli ağaclığını qısa müddət ərzində (6-10 il) kəsib is­
tifadə  etmək üçün əkmək  olar.  Yüksək gövdəli  ağ akasiyanın ağaclı­
ğını məhsuldar, yaxşı  dənəvər və torpaqaltı suyu yaxın olan torpaqlar 
və yaxud qumsal torpaqlar seçilir.
Alçaq gövdəli ağ akasiya həm qısa müddətdə kəsib yetişdirmə və 
həm də biomeliorant ağac cinsi kimi digər ağac əkinlərinin cərgə ara­
larında yetişdirilməsi məsləhətdir. Ağ akasiyanın məqsədi plantasiya­
lar üçün  torpaqlar adi  qaydada hazırlanırlar.  Bu cinsin torpaqaltı  sula­
rı 0,5-1,0 m olan yerlərdə və çay kənarlarında əkilməsi məsləhət bili­
nir.  Qısa dövrdə kəsilib istifadə etmək üçün ağ akasiyanın plantasiya­
sı hektarda 4000-də  8000 ədədə qədər ting əkməklə  yaradılır.  Bitmə 
şəraitindən və əkinin məqsədindən asılı olaraq hektarda əkilən  ağac­
ların sayı  3-5  minə qədər azaldıla bilər.
İrigövdəli  ağ  akasiya  növünün  meşə  əkininin  isə  1x2,5  1,5x2,5, 
2,5x2,5,  3x4  m  ölçüdə  aparılması  məsləhətdir.  Bu  halda  ağacların 
gövdəsinin hündürlüyü  15-20 m, diametri 40-46  sm ola  bilər.
V)  Şeytan  ağacı.  Azərbaycanda  şeytan  ağacının  iki  növünə  rast 
gəlinir:  Adi şeytan ağacı  və Xəzər şeytan ağacı.
Şeytan  ağacı  düz gövdəli,  hündürboylu  ağac  bitkisidir.  Adi  şeytan 
ağacı  öz vətənində (Şimali  Amerika) 40-45  m-ə qədər boya və  1  m-ə 
qədər  diametro  malik  olur.  Adi  şeytan  ağacı  Azərbaycan  şəraitində 
nisbətən  az böyüyür -  18-20 m,  diametri  isə  60  sm-o  qədər olur.  Xə­
zər şeytan  ağacı  növü  əsas  etibarı  ilə  respublikanın  Talış  bölgəsində 
yayılmışdır. Onu əsasən yaşıllıq  məqsədi  ilə əkirlər.
Şeytan  ağacının  dərin  gedən,  möhkəm  kök  sistemi  vardır.  Onun 
kökü  15-20 m radiusda torpaqla yayılır.  Ağacı  kəsdikdə kök boğazın­
da ağ akasiyada  olduğu  kimi çoxlu  pöhrələr əmələ  gəlir.  Şeytan ağa­
cının oduncağı  ağırdır,  uzun ömürlüdür, çox möhkəmdir.  O, dülgərlik 
işində çox qiymətlidir.  Eyni zamanda, tikintidə və texniki  işlərdə  tət­
biq olunur. Şeytan ağacının təsərrüfat əhəmiyyəti böyükdür. Onun to­
xumları  antibiotik  xüsusiyyətə  malikdir.  Onun  toxumlarından  alınan
132
133

şirə  və  uçucu maddələr ət məhsulunu altı ay ərzində çürüməkdən qo­
ruyur.
Adi  şeytan ağacından düzən sahələrdə meşə yetişdirmək üçün isti­
fadə olunur.  Bu ağac yüngül və lazımi qədər rütubətlə təmin olunmuş 
torpaqlarda  20  yaşında  12  m  hündürlüyə  çatır.  Azərbaycanda  şeytan 
ağacı  daha intensiv  inkişaf edir.
Şeytan  ağacı  torpağın  münbitliyinə  tələbkar  deyildir.  O  eyni  za­
manda,  quraqlığa və  şoranlığa  davamlıdır.  Ona  görə  də  meşə  əkinlə­
rində  və  qoruyucu  meşəliklərin  salınmasında  bu  cinsin perspektivliyi 
böyükdür.
Ağ  akasiya  kimi  şeytan  ağacı  da  seyrək  çətirə  malik olduğu  üçün 
başqa  işıqsevər cinslərlə  (misal üçün palıdlar)  əkildikdə onlar heç bir 
qorxu  törətmirlər.  Ona  görə  də  şeytan  ağacını  başqa  cinslərlə  cərgə­
lərdə və cərgə aralarında qarışdırmaqla əkmək olar. Misal üçün,  50% 
əkilən palıda 25-50%  şeytan ağacı qarışdırmaq mümkündür.
Şeytan  ağacının  qısa  müddətli  yetişdirilib  istifadəsi üçün əkin aq- 
rotexııikası  və  əkin sxemini  ağ akasiya ilə  eyni götürmək olar.
Q) Çinar. Azərbaycanda çinarın 2 növü yayılmışdır: Şərq çinarı və 
qərb  çinarı.  Ayrı-ayrı  bölgələrdə onların rast gəlinən tək-tək nüsxələ­
ri  sübut edir ki,  bu  cins  Azərbaycanda  hələ çox qədimdən yetişdirilir. 
Bunlar  möhtəşəm  gövdəyə  və  çətirə  malik olan  ağaclardır.  Onun  ay­
rı-ayrı nüsxələri, xüsusilə şərq  çinarının gövdəsi 35-40 m-ə qədər boy 
verir  və  diametri  2,5-3  m-ə  çatır.
Çinarlar tez böyüyəndir, onların əkinləri əlverişli torpaq şəraitində 
ildə  1,5-1,7 m  və daha çox  boy verə bilir.  Respublikanın ağac odunca­
ğına  olan  ehtiyacını  ödəmək  məqsədi  ilə  vo  eyni  zamanda  şəhər  və 
qəsəbələrdə yaşıllıqlar yaratmaq  və qoruyucu meşələr salmaqda çinar 
növlərinin əhəmiyyəti  böyükdür.  Çinar həm meşə əkinləri və həm do 
plantasiyalar  yaratmaq  üçün  istifadə  olunmalıdır.  Ayrı-ayrı  hallarda 
salınmış  çinar plantasiyaları  müsbət  nəticə  verirlər.  Misal  üçün,  Bor­
do  rayonunda  Tər-tər  çayın  sol  terrasında  (sahil)  1965-67-ci  illərdə 
əkilən  çinar  ağacları  30-35  yaşında  22  m  hündürlüyə,  döş  hündürlü­
yündə 40  sm  diametrə çatmışdır (şəkil  13).
Biockoloji  baxımdan  şərq çinarının  xüsusiyyətləri  qovaqlarla təx­
minən  eyni  olduğu  üçün  onları  yetişdirdikdə  qovaqların yetişdirilmo- 
sində  tətbiq  olunan  aqrotexnikadan  istifadə  edilməsi  məsləhətdir.
134
Tezböyüyən cinslər  haqqında  fikir  söyləyərkən  və  tövsiyələr  ve­
rərkən Azərbaycanda bitən ağac cinslərinin bəziləri haqqında da qeyd 
etmək vacibdir. Misal üçün, respublikada bir çox söyüd növləri vardır 
ki,  onlar dünya miqyasında,  o cümlədən bizdə də tezböyüyən cins ki­
mi  tanınırlar.  Müvafiq  torpaq  şəraitində  söyüd  cinslərinin .plantasiya­
larının yetişdirilməsi xalq təsərrüfatının bir çox sahələri üçün əhəmiy­
yət kəsb edərdi.
Tezböyüyən cins  kimi  şabalıdyarpaq palıdın  əkin və  plantasiyala­
rının  salınması  da  aktual  məsələdir.  Çünki  bu  növ palıd Azərbaycan­
da bitən digər 8 növ palıdlarla müqayisədə tezböyüyən hesab olunma­
lıdır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  şabalıdyarpaq  palıd  digər  palıd 
meşələrindən 5-6 dəfə artıq oduncaq məhsulu verir və onun oduncaq 
artımı süni əkinlərdə  hər hektarda  ildə  11  m3-ə çatır.  Bu rekord gös­
təricidir  və  ona  görə  də  şabalıdyarpaq  palıda  tezböyüyən  cins  kimi 
qiymət vermək düzgündür.
Eldar şamının vətəni  Azerbaycandır.  O,  torpağa  tələbkar deyildir. 
Quru torpaqlarda, daşlı-çınqıllı qayalıqlarda bitə bilir.  Ona görə də bu 
şam növünü hər yerdə əkirlər,  xüsusilə yaşıllıq zonalarında.  Eldar şa­
mının  inkişafı  yüksəkdir.  Digər  cinslərlə  (palıdla,  göyrüşlə)  birlikdə 
əkilən  şamlar  həm  boy  inkişafına  və  həm  do  diametrlərinə  görə  2-4 
dəfə yüksəkdə dururlar.  Azərbaycan şəraitində onların  təmiz əkinləri 
müvafiq torpaq və rütubətlənmə şəraitində yüksək  inkişaf tərzinə ma­
lik  olurlar.  Ona  görə  də  eldar  şamı  başqa  şamlarla  müqayisədə  (adi 
şam,  Krım şamı) texniki  cəhətdən  tez yetişirlər.
Eldar şamının  belə  xüsusiyyəti tələb edir ki, onlar tez qırılaraq gö­
türülüb  istifadə  olunsunlar.  Əks  təqdirdə  onlar  ziyanverici  həşəratlar 
vasitəsi  ilə zədələnir və oduncaq keyfiyyətini  itirir (şəkil  14). Ona gö­
rə  də  eldar  şamının  meşə  əkinlərinin  onların  meşə  plantasiyaları  ilə 
əvəz olunması  məsləhətdir.
Bizim  apardığımız  tədqiqatlar  göstərir  ki,  eldar  şamı  3x3,  4x4  m 
sxemində  əkilərək plantasiya yaradılarsa,  belə əkinlər 40 yaşında  15- 
18 m hündürlükdə boy verir, döş hündürlükdə diametri 40-46 sm-ə qə­
dər  inkişaf edir.  Bu  rəqəmlər sübut  edir  ki,  eldar  şamından  tezböyü­
yən cins  kimi  istifadə olunmalıdır.

9.8. Azqiymətli  meşələrin  rekonstruksiyası
Azərbaycan  Respublikasında  hazırda  bir tərəfdən  meşələrin,  meşə 
bağlann, texniki, taxıl və s. bitkilərin inkişaf etdirilməsi və onların ehti­
yatının toplanmasına yönəldilən xeyli ərazilərdə az məhsuldar torpaqla­
rın istifadə olunması, digər tərəfdən azqiymətli, pozulmuş ağac-kolluq­
ların  məhsuldarlıqlarının  artırılması,  cins  tərkiblərinin  və  quruluşunun 
yaxşılaşdırılması üçün müəyyən tədbirlər aparılır.
Azərbaycanın  dövlət  meşə  fondunda və  kənd təsərrüfatı  torpaqlan 
fondunda belə  ağaclıqlar xeyli  sahələri  əhatə edir.  Dövlət meşə  fondu­
nun hesabatında 500 min hektara yaxın sahədə özünün tərkibinə və və­
ziyyətinə  görə  azyararlı  ağaclıqlar vardır.  Dövlət toıpaq  fondunda 232 
min hektardan artıq kolluqlar, 30 min hektardan artıq sahələrdə meşələr 
və qoruyucu meşə zolaqları  güclü surətdə pozulmuşdur.
Dağ və düzən ərazilərdə pozulmuş ağac-kolluqlar nisbətən kafi bit­
mə  şəraiti olan torpaqları da əhatə edirlər ki, bu ərazilərdə davamlı və 
uzunömürlü, yüksək məhsuldarlığı olan ağaclıqlar bitə bilir.
Bu  ağaclıqlar ən müxtəlif tip bitmə  şəraitini əhatə edir, ən müxtəlif 
cins tərkibinə və mövcudluğuna görə, yerinə yetirdikləri müxtəlif funk­
siyalara, müxtəlif dərəcədə istifadəyə və təsərrüfatın aparılması qayda­
larına görə on  müxtəlifdirlər.
Bütün bunlar onların rekonstruksiyasının müxtəlifliyini və üsullannı 
təyin edir.  Lakin bütün hallarda meşələrin keyfiyyət tərkibinin və məh­
suldarlığının yüksəldilməsi  ön plana çəkilir.
Bizim  tərəfimizdən  meşəquruluşu sənədlərində aparılan araşdırma­
ların  və  elmi  tədqiqatların  məlumatları  göstərir ki,  sıxlığı  0,1-0,2  olan 
ağaclıqlar (tək-tək duran seyrək ağaclar) respublikamızda 33,7 min hek­
tardır və  onların  hər hektarının  orta  illik  artımı 0,24  m3-dir,  sıxlığı  0,3 
olan ağaclığın sahəsi 33,1  min hektar, orta illik oduncaq artımı  hektarda 
0,65 m3, sıxlığı 0,4 olan ağaclığın sahəsi  104 min hektar, orta illik odun­
caq  artımı 08 m3-ə qədərdir.
Göründüyü kimi, respublikanın meşə fondunda azqiymətli sıxlığı az 
olan  ağaclıqlar  190  min hektardan artıqdır (daha doğrusu, ümumi meşə 
fondunun 22%-i qədərdir).  Onların oduncağının ümumi orta illik artımı 
hektarda 0,60 m3-dir. Bu ağaclıqların əksəriyyəti az məhsuldarlığa (IV- 
V  bonitet sinfinə) malikdir.
Bütün bunlar ümumiyyətlə  respublikanın meşələrinin ümumi məh­
suldarlıq göstəricilərinə mənfi təsir edir.
Azqiymətli  ağacların  və  kolluqların  rekonstruksiyasında  yuxarıda 
qeyd  edilən  yüksək  məhsuldar  ağac  cinslərindən  istifadə  olunmalıdır. 
Onların  hər hektarında oduncaq ehtiyatı 200-dən 450  m3-ə qədər,  illik 
oduncaq artımı hektarda 2,8-dən 6 m3-ə qədər ola bilər (rekonstruksiya­
ya qədər isə hektarda 0,5-0,8 m3-olur).
Göründüyü kimi, azqiymətli ağaclıqların rekonstruksiyası hər hektar 
meşənin məhsuldarlığının artırılmasının səmərəli yoludur (daha doğru­
su, məhsuldarlıq 5-8 dəfə arta bilər).
Əgər pozulmuş meşələr rekonstruksiya olunarsa, onda bizim tərəfi­
mizdən aşkar edilən  190 min hektar azqiymətli ağaclıqlardan oduncağın 
artımı  ildə  0,7-1,4  milyon  m3-e  yüksələ  bilər.  Bu  halda  meşənin  cins 
tərkibi yaxşılaşacaq və sıxlığı artacaqdır. Beləliklə, pozulmuş ağaclıqla- 
nn rekonstmksiyası meşə təsərrüfatı tədbirlərinin ümumi sistemində öz 
görkəmli yerini tutmalıdır.
Azqiymətli,  alçaqboylu ağaclıqların  rekonstmksiyası  müxtəlif üsul­
larla:  başdan-başa (əsaslı), hissə-hissə (dəhlizlərlə, pəncərələrdə və s.) 
aparılmalıdır. Onu da qeyd edək ki, azqiymətli ağaclıqların rekonstruk­
siyası  imkan verəcəkdir ki,  həmin  ağaclıqlar planlı  şəkildə  məhsuldar 
ağac cinsləri: palıd, cökə, dağdağan, şam, qoz, ağcaqayın və s.  ilə əvəz 
olunsunlar (şəkil  16).  Rekonstruksiyada  meşə  əkinləri  vasitəsi  ilə  tez 
böyüyən  cinsləri  yetişdirmək,  güclü  texnikanı  vo  texnologiyanı  tətbiq 
etmək  mümkün  olacaqdır,  xüsusilə  başdan-başa  aparılan  rckonstmksir 
yada.  Başdan-başa  əsaslı  rekonstruksiya  vaxtı  çox  əmək  tələb  olunan 
proseslərin  hamısı:  ağac-kolları  qırmadan,  köklənmədən  başlamış, 
əkinlərin  aparılmasına  və  onlara  olunacaq  qulluğa  qədər  olan  işlərin 
mexanizmlərin  köməyi  ilə  aparılması  mümkün  olacaqdır.  Bu  halda 
“Azərbaycan Respublikasında az məhsuldar meşələrin vo meşə torpaq­
larının rekonstmksiyası  və istifadə olunması  haqda olan tövsiyələr”dən 
(F. Ə m  i  r o v , Bakı,  1985) istifadə etmək olar.
Göründüyü  kimi,  azqiymətli  ağac-kolluqların  rekonstruksiyasının 
osas prinsipi ağaclıqda olan seyrəkliyi  ləğv etməkdən, tərkibdə qiymət­
li cinslərin nisbətini artırmaqdan, onlara lazım olan qulluq işlərinin vax­
tında aparılmasından ibarətdir.  Meşənin təbii bərpasına köməklikdə ol­
duğu  kimi,  azqiymətli  ağaclıqların  rekonstmksiyasında  meşələrin  sey­
rəkliyinin  ləğv edilməsi  əsas məsələ hesab olunur (şəkil  17).


Поделитесь с Вашими друзьями:
1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə