L I ! L lb L l в ~ 7x məhsuldar meşƏLƏRİn yetiŞDİRİLMƏSİ



Yüklə 8.61 Mb.
Pdf просмотр
səhifə1/19
tarix25.05.2017
ölçüsü8.61 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

F.  Ə.  ƏMİROV
ox
ITİÄ
l i
- !
l lb   l l 
В ~ 7X
MƏHSULDAR
MEŞƏLƏRİN
YETİŞDİRİLMƏSİ
f te a td r n tln ie j
.  liter Warəslnin 
I
К 
1
 
I  А  к
 X АЛ'  л 

 
1
 
(
“Azərbaycan”
nəşriyyatı
BAKI -  2003

Ə  15(03)
Əmirov F.Ə.
Ə  15  Məhsuldar meşələrin yetişdirilməsi. -  Bakı, “Azərbaycan” 
nəşriyyatı, 2003. -   184  s.
Meşələr çox  müxtəlif məhsulların  mənbəyidir.  Onlar  bütün bitki 
kütləsinin 50%-dən çoxunu təşkil edir və yer üzərində normal oksigen 
balansını təmin edir.  Lakin biz həmişə meşə sərvətindən düzgün isti­
fadə edə bilmirik.  İndi bu əvəzsiz sərvətlər səmərəsiz istifadə edilir, 
meşələrin  sahələri  azalır,  onun  kompleks  məhsuldarlığı  durmadan 
aşağı enir.
Kitabda yüksək məhsuldar meşələrin yaradılması üzrə tədqiqatla­
rın və  təcrübələrin nəticələri  verilmişdir.  Respublikanın meşələrinin 
müasir vəziyyəti  ümumi şəkildə araşdırılır. Meşələrin inkişafının gə­
ləcək perspektivi göstərilir. Meşələrin keyfiyyət tərkibinin yaxşılaşdı­
rılması problemi, onun məhsuldarlığının artırılması yollan ətraflı şərh 
olunur.  Meşə  torpaqlarının  münbitliyinin  yüksəldilməsi,  ağac-kol 
cinslərinin düzgün seçilməsi, yerləşdirilməsi və yetişdirilməsi yolu ilə 
meşələrin kompleks məhsuldarlığının artırılması elmi cəhətdən əsas­
landırılır. Meşələrin təbii bərpasına və xüsusilə süni meşə əkinlərinə, 
azqiymətli  ağaclann  rekonstruksiyasına,  meşələrə  xidmət  və  meşə- 
bərpa qırmalarına əsaslı yer verilir.
Kitab meşə müəssisələrinin mühəndis-texniki  işçiləri  üçündür və 
təbiəti  mühafizə  sahəsində  çalışan  mütəxəssislər də  istifadə  edə  bi­
lərlər.
4804080000 -  015(03) 
M670(07) -  2003
Sifarişlə
© “Azerbaycan” nəşriyyatı, 2003.
G İ R İ Ş
Azerbaycanın  müxtəlif təbii  sərvətləri  arasında  meşələr  əsas  yer 
tutur.  Elmin,  texnikanın  inkişafı  və  xalq təsərrüfatının oduncağa  olan 
ehtiyacının  durmadan  artması  meşə  müəssisəsinin  qarşısında  meşə 
sərvətlərinin  bərpası,  səmərəli  istifadəsi  və  məhsuldarlığının  artırıl­
ması  kimi  vacib  tələbləri  irəli  sürür.  Qeyd  etmək  lazımdır  ki,  ətraf 
mühitin sabit saxlanmasını və sərvətlərinin artırılmasını məhz yüksək 
məhsuldar meşələr yerinə yetirə bilirlər. Ona görə də meşə təsərrüfa­
tının  vacib  məsələlərindən  biri  onların  sahələrinin  genişləndirilməsi 
və  məhsuldarlıqlarının  artırılmasıdır.  Bu  dəyərli  işin  həll  olunması 
yerli  şərait nəzərə alınmaqla meşə təsərrüfatı tədbirləri sisteminin iş­
lənib hazırlanması əsasında yerinə yetirilə bilər.
Gələcəyin yüksək məhsuldar meşələri - proqramlaşdırılmış meşə­
lər hesab olunur və  meşə elminin və təcrübəsinin inkişafının yeni  is­
tiqamətlərini  təşkil  edir.  Gələcək  meşələrin  yetişdirilməsi  üçün  hər 
şeydən qabaq görüləcək tədbirlər ekoloji-iqtisadi rayonlaşdırma  əsa­
sında aparılmalıdır.  Daha doğrusu, proqramlaşdırılmış meşələrin elmi 
əsasını  meşə haqda  olan  bioekoloji  və  bioiqtisadi  anlayış  təşkil  edə­
cəkdir. Bu ondan irəli gəlir ki, Azərbaycanın təbii şəraitinin çox müx­
tə lif xarakteri  vardır və meşələr respublikanın  ərazisində  qeyri-bəra­
b ər  şəkildə yayılmışdır.  Burada  elə rayonlar vardır ki,  tamamilə  me- 
şəsizdirlər və yaxud meşəlilik ümumi ərazinin 0,5-2%-dən artıq deyil­
dir. Bu vəzifələrin içərisində meşənin ərazilər üzrə optimallaşdırılma- 
sı, onların cins quruluşunun, tərkibinin və məhsuldarlığının müəyyən­
ləşdirilməsi əsas yer tutmalıdır.
Burada  son  məqsəd  ondan  ibarətdir  ki,  yaradılacaq  yeni  meşələr 
yetişkənlik yaşında xalq təsərrüfatının tələbinə uyğun  oduncaq  sorti- 
menti (çeşidləri) versin və su-torpaq qoruyucu və digər xeyirli funksi­
yalar effektiv şəkildə yerinə yetirilsin,  torpaqların münbitliyindən da­
ha  dolğun  istifadə  olunsun  və  hər  bir  konkret  meşəbitmə  şəraitində
3

yüksək  işlik oduncaq alınsın, ziyanlı amillərə qarşı onlar daha yüksək 
dərəcədə  davamlı  olsunlar.
Gələcək  meşələrin  yaradılması  müasir dövrün problemidir.  Lakin 
nəzərə  almaq lazımdır ki,  bu  gün yetişdirilən  yeni meşələr gələcəyin 
-  III minilliyin meşələri olacaqdırlar.
Hazırda  insanları  bizim planetin  gələcəyi  tez-tez narahat edir.  Ça­
lışırlar ki,  əhali  ərzaq  məhsulları,  yaşayış  şəraiti  ilə  təmin  olunsunlar 
və digər normal həyat şəraiti üçün lazım olan məsələlər həll olunsun. 
XX əsrin  2-ci yarısından  Birləşmiş  Millətlər Təşkilatının  biosferamn 
sərvətləri  üzrə  vaxtaşırı  konferensiyaları  çağırılır.  Bu konferensiyala- 
ıın məqsədi  coğrafi mühitin  səmərəli metodlarının istifadə  olunması­
na  müasir  elmin  tələbləri  səviyyəsində  yanaşılsın  və  onun  qorunub 
saxlanması təmin olunsun.
Yer  kürəsində  insanların  artımı  daim  davam  edir  və  ona  görə  də 
biz  gələcəkdə  insanların  firavan  yaşayışı  və  onların ərzaqla  təminatı 
haqda məhz bu gün fikirləşməliyik. Bu baxımdan müasir dövrün əsas 
məsələsi  meşə  təsərrüfatı  tədbirləri  sisteminin köməkliyi  ilə yüksək 
məhsuldar meşələrin formalaşdırılması, təbii mühitin yaxşılaşdırılma­
sıdır.
Azərbaycanın meşələri  əksərən qoruyucu funksiyaları yerinə yeti­
rirlər  və  onların  bu  xüsusiyyəti  ön  plana çəkilməlidir.  Burada istiqa­
mətverici  göstərici  amil  ondan  ibarət  olmalıdır  ki,  oduncaq  əldə  et­
məkdən  əlavə  meşələrin  suyu  tənzimedici,  torpaqqoruyucu,  tarlaları 
mühafizəedici,  sanitar-gigiyenik,  estetik və digər funksiyaları da yeri­
nə  yetirilsin.  Daha  doğrusu,  ağaclığın  ətraf mühitdə qoruyucu roluna 
maksimum  nail  olunsun.  Burada  təyinedici  göstərici  kimi  ağaclığın 
tərkibi, sıxlığı, forması, sanitar vəziyyəti və bunlardan əlavə, yaşıl zo­
nanın  meşə-park  hissəsində  onların  estetik  xüsusiyyəti  və  insanlara 
emosional  təsirinin  dərəcəsi  də  nəzərə  alınmalıdır.  Belə  meşələrdə 
oduncaq ehtiyatının toplanması ikinci plana çəkilir. Bununla belə, mə­
lumdur ki, müxtəlif qoruyucu kateqoriyalara aid olan meşə sərvətləri­
nin məhsuldarlığının artması onların xeyirli “qoruyucu” funksiyalarını 
da gücləndirir.
Tamamilə  aydındır ki,  meşə  təsərrüfatı  prosesi bilavasitə meşələ­
rin  keyfiyyət  vəziyyəti  ilə  əlaqədardır.  Daim  Öz-özünə  bərpa  olmaq 
xüsusiyyətinə malik olduğu üçün meşələr digər istehsalat vasitələrin­
dən  fərqli  olaraq onlardan  istifadə  düzgün təşkil olunduqda özlərinin
4
təbii  keyfiyyətini  və  məhsuldarlığını  həmişə  artırırlar.  Elmi-texniki 
inkişaf  şəraitində  meşələrin  məhsuldarlığının  artırılması,  torpaqları 
eroziyadan qorumaq,  onları  ikinci dəfə  şoranlaşmadan,  quraqlığın ya­
ranmasından  və  s.-dən  mühafizə  etmək,  kompleks  tədbirlərin  tətbiq 
edilməsi ilə mümkün olacaqdır.
Bütün bu  məsələlər yüksək inkişaf etmiş  sənayesi və  kənd  təsər­
rüfatı  olan Azərbaycan  Respublikası üçün çox aktualdır.  Lakin Azər­
baycanın  ərazisinin  təbii  mühitinin  yaxşılaşdırılması  üçün  vacib  olan 
amil  - meşəliliyi  azdır, cəmi  11%-dir.
Müəllif qarşıya belə bir məqsəd qoymuşdur ki, Azərbaycanın eko­
loji-iqtisadi  rayonlarım  yazsın  və  hər  bir  rayon  üçün  meşələrin  və 
onun  sərvətlərinin  məhsuldarlığını  artırmağa  istiqamətləndirilən 
kompleks  meşə  təsərrüfatı  və  meşəmeliorativ  tədbirlər  təklif  etsin. 
Kitabda qarşıya qoyulan problemin  nəzəri və  praktiki tərəflərinin  iş­
lənməsi  üçün bəzi  addımlar  atılmışdır.  Onlar proqramlaşdırılmış me­
şələrin əsas parametrlərinin təyini üçün bəzi  məsələlərin həllini asan­
laşdırır.  Lakin  bu  işlənmələri heç də tam hesab  etmək olmaz.
Yüksək məhsuldar “etalon”  ağaclıqların optimal  quruluşunu  əsas­
landırmaq üçün müəllif, bu istiqamətdə uzun illər apardığı tədqiqatla­
rın  nəticələrindən  və  ədəbiyyat mənbələrindən istifadə  etmişdir.  Ki­
tab  meşə  müəssisəsinin  işçiləri,  elm və  layihə  təşkilatları  tərəfindən 
praktiki rəhbərlik kimi istifadə oluna bilər.
5

I.  MƏHSULDAR MEŞƏLƏRİN YARADILMASININ 
ÜMUMİ ASPEKTLƏRİ
Meşələr  təbii  kompleks  kimi  çox  mürəkkəb,  keyfiyyətcə  çox  tə­
rəfli və daima inkişafda olan maddi sistemdir.
Meşə  təsərrüfatının  intensivləşdirilməsində  elmi  axtarış  olaraq 
meşələrin keyfiyyət  və  kəmiyyətcə yaxşılaşdırılması  ilə  bağlı  məsə­
lələr ön plana çəkilir.  Bu  məsələlərin həlli üçün meşələrin həyatının 
əsas  qanunauyğunluğunu dərk etmək lazımdır, belə ki,  qarşıya qoyu­
lan  məqsədlərə  nail  olmaq,  meşələrin  inkişaf prosesini  idarə  etmək 
bunlarsız  mümkün deyildir.
Meşələrin  məhsuldarlığının  artırılması  dedikdə  adətən  onun  əsas 
komponenti  olan  oduncağın  məhsuldarlığı  nəzərdə  tutulur:  bu  halda 
meşəçinin diqqəti ağacların oduncaq hissəsinə  istiqamətləndirilir,  va­
hid vaxtda vahid sahədən çoxlu oduncağın yetişdirilmesinə yönəldilir, 
əlbəttə,  bu  halda  oduncağın  kəmiyyətinə  və  keyfiyyətinə  də  maraq 
göstərilir.  Məhsuldarlığın kəmiyyət və  keyfiyyətcə artırılmasına,  bit­
mə  şəraitinə  təsir  etməklə  meşələrin  təbii  bərpasına  və  tərkibinin 
yaxşılaşdırılmasına  yönəldilən  tədbirlərin  tətbiqi  vasitəsilə  nail  olu­
nur.  Eyni  zamanda,  düzünə  və  ya  dolayı  yollarla  meşə  yanğınından 
mühafizə,  xəstəlik  və  ziyanvericilər tərəfindən  oduncağın  itirilməsi­
nin  azaldılması,  səmərəsiz  oduncaq  tədarükü  və  onun  emalının  azal­
dılması  da nəzərdən  qaçırılmır.
Azərbaycan Respublikasında hər il meşələrin saxlanmasına və tək­
rarən bərpasına, onların məhsuldarlığının artırılmasına və cins tərkibi­
nin  yaxşılaşdırılmasına,  eyni  zamanda,  meşələrin  ətraf mühitə  etdiyi 
müsbət təsirin yüksəldilməsinə  istiqamətləndirilən xeyli həcmdə me- 
şəbərpa,  meşə  təsərrüfatı  və  meşələrin  mühafizəsi  tədbirləri  həyata 
keçirilir.  Lakin buna baxmayaraq,  bizim  ölkədə  meşələrin  cins tərki­
binin  yaxşılaşdırılması  və  onların  məhsuldarlığının  yüksəldilməsi 
problemi  durmadan  artacaqdır,  çünki universal  xammal  hesab olunan
6
oduncağın  dünya  iqtisadiyyatında  əhəmiyyəti  getdikcə  artmaqdadır. 
Burada nəinki vahid  sahədə  oduncaq ehtiyatım  tez yetişdirmək,  eyni 
zamanda,  elə  cins  tərkibinə  nail  olunmalıdır  ki,  onların  oduncağının 
keyfiyyəti  xalq  təsərrüfatının  müxtəlif  sahələrinin  tələbatına  daha 
yaxşı cavab verə bilsin.
Qeyd olunan tələb daimi vəziyyətdə qalmır, bu və yaxud digər sa­
hənin inkişafının həm vaxtına və həm  də  sahəsinə görə  getdikcə  də­
yişir.  Meşəyetişdirmə prosesində meşəbərpa dövründən meşə  qırma­
lara  qədər olan vaxtda hansı  dəyişikliklər  olacağını  qabaqcadan  gör­
mək  və  yaxud  hansı  meşə  məhsulunun  alınacağını  bilmək  çətindir. 
Çünki,  bu proses bir heçə onillər vaxt  tələb  edir.  Bu  problemi yalnız 
çox illik proqnoz çərçivəsində həll etmək olar.
Beləliklə, meşə təsərrüfatının qarşısında həyatın özü tərəfindən bir 
çox meşə yetişdirmə amillərinin birliyi vəzifəsi qoyulur ki, onlar me­
şənin kəmiyyət və keyfiyyətini,  çox saylı  məhsullarım və  çox sahəli 
xeyirli funksiyalarını təyin edir və həm də təbii mühitin əsas nizamla- 
yıcısı kimi vəzifəni yerinə yetirir.
Təsərrüfatın perspektivsiz  aparılması  meşə  sərvətlərinin ciddi  de- 
fisitliyinə (çatışmazlığına) gətirib çıxara bilər.  Bir çox kapitalist ölkə­
ləri  belə vəziyyət qarşısında  qalmışlar və meşə  ictimaiyyəti ciddi na­
rahatçılıq keçirmişdir.  Bunu  1978-ci ilin oktyabr aymda İndoneziyada 
keçirilən  VIII  Ümumdünya  meşəçilərinin  konqresində  çıxış  edənlər 
bildirmişlər.  Konqres  “meşələr  insanlar üçündür”  devizi altında keçi­
rilmişdir.  Belə şüar dünya miqyasında meşələrin qorunması və  səmə­
rəli  istifadəsi  probleminin  müasir  dövrdə  vəziyyətini  hərtərəfli  açıb 
göstərir.
Təbiidir  ki,  həm  ölkə  daxilində  və  həm  də  beynəlxalq  bazarda 
oduncaq  sərvətinə  olan  yüksək  tələbat  bütün  ölkələri  vadar  edir  ki, 
onların istehsalını artırmaq üçün yollar axtarsınlar.  Hər bir ölkənin so­
sial  və  iqtisadi vəziyyətindən  asılı olaraq bu problem  müxtəlif tərzdə 
həll  olunur.  Onları  2  əsas yola və yaxud  istiqamətə  ayırmaq olar.
Birinci  yol  -  qabaqcıl  texnologiyanın  tətbiqi  və  gübrələrin  veril­
məsi  yolu ilə yeni meşələrin və  tezböyüyən ağac cinslərinin plantasi­
yalarının  salınması.  Məlumdur  ki,  yeni  meşələrin  və  plantasiyaların 
yetişdirilməsi üçün əlavə torpaq sahələrinin ayrılması tələb olunur, bu 
isə meşə  fondunda real deyildir,  çünki belə torpaqlar azdır və əlveriş­
li deyildir.  Bu iş  yalnız kənd təsərrüfatı üçün  yararlı  olmayan torpaq-
7

larin  ayrılması  hesabına  yerinə  yetirilə  bilər.  Belə  torpaqlar  isə  res­
publikada kifayət qədər vardır (eroziyaya, şoranlığa məruz qalmış tor­
paqlar,  bataqlıqlar, çay kənarları  və  s.)
Oduncağın artırılmasının əsas (ikinci) yolu - meşələrin məhsuldar­
lığının  daim yüksəldilməsidir.  Daha doğrusu,  az vəsait xərclənməklə 
hər hektar meşənin məhsulunun artırılmasına nail olmaq vacib şərtdir. 
Bu  məsələnin  həllinə  ciddi  yanaşan  meşə  müəssisəsi  işçiləri  meşə- 
bərpa  və  meşə  təsərrüfatı  işlərinin  yerinə  yetirilməsinə  daim diqqət 
yetirirlər.
Respublikada hər il meşə-bərpa işləri 4500-5000 hektar sahədə hə­
yata keçirilir. Böyük sahələrdə (130000 hek.) meşələrə xidmət qırma­
ları, dərə-yarğanlarda meşələr yetişdirmək üçün tədbirlər həyata keçi­
rilir və  s.
Bununla belə, qeyd etmək lazımdır ki,  həm meşələrin məhsuldar­
lığının artırılmasında və həm də ağac cinslərinin tərkibinin yaxşılaşdı­
rılmasında hələ ehtiyat böyükdür.
Ümumi  sahəsi  1213,7  min  hektar olan  respublikanın  meşə  fondu­
nun  984,3  min hektarı  və  yaxud  81,5%-i  meşə ilə örtülüdür.
Bilirik ki, respublikanın bəzi bölgələrinin meşə ilə örtülü olmayan 
sahələrində meşə əkmək olar və onlar təsərrüfat dövriyyəsinə qatılar. 
Onu da  açıq qeyd  etmək  lazımdır ki,  meşə  ile  örtülü olan bir çox  sa­
hələr  aşağı  məhsuldarlığa  malikdirlər  (hektarda  0,8-1,0  m3  artım). 
Ümıımən  respublika  üzrə  meşənin  orta  ehtiyatı  hektarda  140  m3-dir. 
İllik artım hektarda  1,67-1,74 m3-dir.  Bu əlbəttə, çox azdır və respub­
likanın ehtiyacını ödəyə bilməz.  Qeyd etmək lazımdır ki, bioiqlim po­
tensialı  Azərbaycandakı  qədər  və  yaxud bir az  da  aşağı  olan bəzi  öl­
kələrdə  oduncağın illik artımı  xeyli yüksəkdir (3-3,5  m3 ha-dır).  Res­
publikanın  ərazisinin dağlıq,  dağətəyi  düzənliklər və bozqır ərazilər­
dən  ibarət  olduğu  üçün  şübhəsiz  belə  müxtəlif təbii  iqlim  şəraitində 
demək  olar ki,  meşələrin  xeyli  hissəsində  oduncaq ehtiyatının  artımı 
çox  azdır,  hektarda  1  m3-don artıq  deyildir.  Arid meşələrdə,  şoranlıq 
yerlərdə  az  qiymətli  seyrəlmiş  ağaclıqlarda  illik oduncaq  artımı  daha 
da  azdır.  Belə  ağaclıqlar bizim  ölkədə xeyli  sahələri  tuturlar və  onlar 
təbiidir ki,  meşələrin ümumi  artım göstəricilərini  əsaslı  şəkildə  aşağı 
salırlar.  Bununla  belə,  bəzi  yerlərdə  meşələrin  məhsuldarlığını  artır­
maq  olar  və  respublikada  elə  bölgələr,  rayonlar  və  meşə  kvartalları 
vardır ki,  onların meşəbitmə şəraiti  imkan verir ki, hər hektardan ildə
8
4-5  m3 və daha çox oduncaq  artımı  əldə  olunsun.  Bunlara bəzi  meşə 
təsərrüfatlarında  olan  təbii  etalon  ağaclıqları  və  süni  əkinlərin  məh­
suldarlığını misal göstərmək olar.
Azərbaycanda  axırıncı  200-300  ildə  və  sonra  isə  Birinci  Dünya 
müharibəsinin  axırına  qədər  meşələr ciddi  surətdə  qırılmış  və  məhv 
edilmişdir.  Qırılan  meşələrin oduncağı  sənayenin  inkişafına  və  yana­
caq üçün sərf olunmuşdur. Bütün bunlar respublikanın meşə fondunun 
ümumi vəziyyətinə mənfi  təsir etmişdir.  Burada cins  tərkibi  xüsusilə 
pisləşmişdir: bərkyarpaqlı cinslərin sayı və həcmi azalmışdır, ağaclıq­
ların  orta  yaşı  xeyli  aşağı  düşmüşdür,  meşələrin  tərkibində  cavan 
ağaclıqlar xeyli  sahələri  tutmuşlar.  Respublikada  yaranan  enerji  qıtlı­
ğı  ilə əlaqədar  1990-cı ildən başlayaraq yenə də meşələr möhkəm qı­
rılır.  Baxmayaraq  ki,  respublikada  hər  il  planlı  şəkildə  yeni  meşələr 
salınır və müxtəlif meşə təsərrüfatı tədbirləri  həyata keçirilir, bunun­
la belə, meşələrin oduncaq artımı aşağı  olaraq qalmaqdadır.  Xüsusilə 
keçmiş kolxoz və sovxozların uzun müddət öhdəsində olmuş meşələr 
daha çox qırılmış  və  korlanmışdırlar.  Göründüyü  kimi,  respublikanın 
meşələrinin ehtiyatının araşdırılması tədbirləri hələlik tam şəkildə is­
tifadə edilməmiş qalır.
Meşələrin  müxtəlif inkişaf mərhələsində  məhsuldarlığının  artırıl­
ması probleminin həll  olunması yolunda xeyli  obyektiv səbəblər var­
dır və onlara görə düzünə və bilavasitə meşələrin məhsuldarlığının ar­
tırılmasına mənfi təsir olmuşdur.  Ümumi planda bunlar meşəçilik,  iq­
tisadi  və  yaxud  təsərrüfat  xarakteri  daşıyırlar.  Belə  səbəblər  alimlər 
tərəfindən  dünyanın  bir  çox  ölkələri  üçün  aşkar  edilmişdir.  Belə  sə­
bəblərdən birincisi, respublikada başqa ölkələrdə olduğu kimi həddin­
dən  artıq  intensivlikdə  meşə  qırılmalarının  yüksək  çeşidli  oduncağın 
hesabına  aparılmasıdır.  İkinci  səbəb,  sosial  amil  ilə  -  əhalinin  sıx  ol­
ması,  sənayenin və yolların inkişafı ilə əlaqədardır və belə rayonlarda 
nəzərdə tutulan meşə  sahələrinin həddindən artıq qırılmasıdır.  Üçün­
cü  səbəb,  xidməti  qırmaların  geniş  sahələrdə  aparılmaması  və  gecik- 
dirilməsidir.  Bu halda meşələrin bərpası üçün  meşə  təsərrüfatı  tədbi­
ri hesab olunan qulluq qırmalarından istənilən nəticəni əldə etmək ol­
mur.  Elə etmək lazımdır ki, ümumi vəziyyəti meşəyə qulluq qırmala­
rım tələb edən sahələr bu tədbirlə tam əhatə olunsun və bu tədbir me­
şələrin hər kvartalında  (hissəsində)  aparılsın.
9

Dördüncü  səbəb,  meşə  təsərrüfatının  inkişafı  üzrə  tərtib  olunmuş 
keçmiş  10 illik layihələrin əsasında meşə təsərrüfatının təşkilinin köh­
nəlmiş  formasının mövcudluğudur.
İndi  elə etmək lazımdır ki,  “Meşə müəssisəsinin inkişafının təşki­
li”  layihəsi  tərtib  olunarkən keçmiş  layihələrdən özünün  dərin işlən­
məsi  ilə  seçilən  və  lazımi  tədbirlər  hazırlanan  müasir  layihə  olsun. 
Belə layihə hər şeydən qabaq nəzərdə tutulan tədbirlərin iqtisadiyyat­
la əlaqələndirilməsinin yeniliyi ilə seçilməlidir.
Proqram  (məhsuldar)  meşələrin  yetişdirilməsi  üzrə  tərtib  olunan 
layihə keçmişdə olduğu kimi  10 il müddətində  deyil,  daha uzun müd­
dətə tərtib olunmalıdır və daimi olaraq m üəllif nəzarəti  aparılmalıdır. 
Bu isə proqram meşələrinin yaradılması  tələbləri  ilə üst-üstə düşür.
Məlumdur ki, meşələrin  oduncaqdan  əlavə  digər qiymətli  sərvət­
ləri  vardır və buna  ildən-ilə  tələbat artır.  M əqsədli  kompleks  layihə­
də çox vacib olan sosial-iqtisadi istiqamət - ərzaq proqramının inkişa­
fı  əsas  yer  tutmalıdır.  Əgər müvafiq  şəkildə  təşkil  olunarsa,  meşələr 
meyvələrin və  cır meyvələrin,  göbələklərin,  müxtəlif vitaminli məh­
sulların  əldə  olunması  üçün  böyük  mənbə  olar.  Deməli,  meşələrin 
oduncaq  biokütləsinin  və  onun  məhsullarının  əhəmiyyətini  azaltma­
dan  onların  digər “xeyirli”  tərəfləri  də  nəzərə  alınmalıdır.  Yeni layi­
hələrin tərtibində ətraf mühitə meşələrin təsiri və xüsusilə onların qo­
ruyucu  rolu  qiymətləndirilməlidir.  Onlara  iqtisadi  cəhətdən  yanaşıl­
malıdır.  “Meşə müəssisəsinin inkişafının təşkili” layihəsində yeni va­
riantda  su və tarlaqoruyucu, rekreasiya,  müalicəvi və digər meşələrin 
xüsusiyyətinin  texniki,  meşəçilik  və  bioloji  tərəfləri  əsas  götürülmə­
lidir.
Beləliklə,  söhbət meşələrin  bütün  xeyirli  funksiyaları  əhatə  olun­
maqla müxtəlif səviyyədə meşə  fondunun idarə  olunmasına daha ye­
ni  və mürəkkəb yanaşmadan gedir.  Aydındır ki, bu cür mürəkkəb və­
zifələrin  həll  olunması  həm  qabaqcadan  elmi  cəhətdən  əsaslandırıl­
malı  və  həm  də  konkret  mühəndis  hesablamalan  olmalıdır.  Bütün 
bunlar meşələrin keyfiyyətcə  “sifətinin” kökündən dəyişdirilməsi la­
yihəsində öz əksini tapmalıdır, belə ki, meşə yetişdirmənin spesifika­
sı  (xüsusiyyəti), onun üçün uzunmüddətli vaxtın, bəzən bir neçə onil­
liklərin tələb olunması nəzərdə tutulmalıdır.
Meşə  təsərrüfatında  vaxtın  qabaqlanması  problemi  də  görkəmli 
yer tutmalıdır və meşə  seleksiyası  buna çox diqqət yetirir.  Oduncağın
10
yetişdirilməsi müddətinin həttä bir yaş sinfi qeder qısaldılması cəmiy­
yətimizə  çox böyük  iqtisadi  semərə  verə  bilər.  Digər  ideal  hadisə  - 
ağac  cinslərindən  və  meşə  yetişdirmə  şəraitindən  asılı  olaraq  bütün 
sahələrdən əldə oluna biləcək maksimum məhsuldarlığa nail olunma­
sıdır.  Lakin respublikanın hər bir meşə  təsərrüfatında  praktiki  olaraq 
aşağı  məhsuldarlığı  olan  ən  müxtəlif tərkibli  və  yaş  sinfinə  aid  olan 
ağaclıqlara  (o  cümlədən  süni  yetişdirilən)  rast  olunur.  Buna  səbəb 
çoxdur.  Misal üçün bir  halda  meşə  əkinləri  aparılarkən  səhvlərə  yol 
verilmiş, digər halda isə müxtəlif səbəblərdən meşə altından çıxan sa­
hələrin təbii bərpasına aktiv köməklik olunmamışdır.
Gələcəyin  (proqramlaşdırılan)  meşələrin  əsaslandırılması  və  he­
sablanmasında bir çox lüzumsuz hallar özlərinin qabaqkı sistem xarak­
terini  itirəcəkdir.  Daha  doğrusu,  proqramlaşdırılmış  meşələr  -  meşə 
fondunun əlverişli  vəziyyətini təmin  edən,  mümkün  olan məhsuldar­
lığının  tərkibinin,  sıxlığının  və  yaş  quruluşunun  yaradılmasına  şərait 
yaradan və əlverişli meşə fondunu təmin edən, optimal meşə yetişdir­
mə rejimi olan meşə təsərrüfatı istehsalatının layihəsidir.  Ona görə də 
belə layihə sözsüz ki, uzun müddət üçün tərtib olunmalıdır.
Meşələrin  qoruyucu  və  suyu  saxlayıcı  rolu  hamıya  məlumdur və 
dünya miqyasında elm və təcrübələrlə təsdiq olunmuşdur. Əgər nəzə­
rə alınmasa ki, təbiətdə hər şey bir-birilə bağlıdır və  bir-birindən ası­
lıdır, onda meşələrdən  istifadə  faciə ilə nəticələnər.  Misal üçün, dün­
yanın müxtəlif ölkələrində sel hadisələri güclənmiş və külli miqdarda 
fəlakətlərə səbəb olmuşdur və yaxud meşələrin həddən artıq qırılma­
sı  və  otlaqların  düşünülməmiş  və  nizama  salınmamış  otanlması  tor­
paqların eroziyasına,  şoranlaşmasına,  quraqlıqların  inkişafına,  iqlimin 
istiləşməsinə və s. səbəb olur. Bu baxımdan meşələrin qoruyucu rolu­
na Azərbaycan kimi  müxtəlif relyefi olan ölkədə  ciddi  diqqət yetiril­
məlidir.
Yaddan  çıxarmaq  olmaz  ki,  külək  və  su  eroziyası  ilə,  quraqlıqla 
mübarizə,  kənd  təsərrüfatında  yüksək  məhsul  əldə  etmək,  əlverişli 
hidroklimatik  şərait  yaradılması  və  ətraf  mühitin  yaxşılaşdırılması 
üçün  meşələrdən  və  qoruyucu  ağaclıqlardan  istifadə  etməklə  komp­
leks  tədbirlərin hazırlanması  və  həyata keçirilməsi  böyük  əhəmiyyət 
kəsb edir.  Tədbirləri bu şəkildə aparmaq bizə  əsas verir ki, meşələrin 
inteqral məhsuldarlığını  artıraq.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə