Kurs iŞİ Nəqliyyat qəzaların baş vermə səbəbləri və nəticələrin təhlili plan



Yüklə 45,79 Kb.
səhifə5/6
tarix22.12.2023
ölçüsü45,79 Kb.
#190501
1   2   3   4   5   6
45-35 kurs

Yol hərəkətinin təhlükəsizliyi
Yol hərəkətinin təhlükəsizliyi bir sıra başlıca prinsiplər və əsas istiqamətlərə uyğun olaraq həyata keçirilir. Belə ki, qanunda da göstərildiyi kimi, yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü başlıca prinsipdir.
Daha sonra yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma da başlıca prinsipləri təşkil edir.
Yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq edilməsi, ətraf mühitin mühafizəsi və digər əsas istiqamətlər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Onu qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti əlaqələli şəkildə olmalıdır.
Yol hərəkəti qaydaları
Yol hərəkəti qaydaları yol hərəkətinin iştirakçılarının üzərinə bir sıra vəzifələr qoyur. Onlar yol hərəkəti qaydalarına riayət etməli, qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər.
Qanunla müəyyən edilmiş qaydada yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.
B unlarla yanaşı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Yol hərəkəti qanunvericiliyinə riayət edərək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirmək yol hərəkəti iştirakçılarının vəzifəsidir.
Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. Yol hərəkəti iştirakçılarının təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək kimi hüquqları vardır.
Bununla birlikdə
Yüklə 45,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin