Kurs: II (əyani)


məktəbəqədər təhsil müəssisələri



Yüklə 0,78 Mb.
səhifə5/9
tarix16.12.2023
ölçüsü0,78 Mb.
#181452
1   2   3   4   5   6   7   8   9
Pedaqogika-rus-d-2k

məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası);

  • ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);

  • məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq- gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri və s.);

  • ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);

  • orta ixtisas təhsili müəssisələri (kolleclər);

  • ali təhsili müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);

  • əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);

  • təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.

    Təhsilin pillələri və səviyyələri



    • Məktəbəqədər təhsil

    • Ümumi təhsil

    • İlk peşə-ixtisas təhsili

    • Orta ixtisas təhsili

    • Ali təhsil

    Ü mumi təhsil

    ibtidai ümumi tam orta


    əhsil orta təhsil təhsil

    O rta ixtisas təhsili


    kolleclər

    subbakalavr tam orta təhsil


    Ali təhsil


    bakalavriat magistratura doktorantura


    Əlavə təhsil



    • ixtisasartırma

    • kadrların yenidən hazırlanması

    • stajkeçmə və kadrların təkmilləşdirilməsi

    • təkrar ali təhsil və orta ixtisas təhsili

    • dərəcələrin yüksəldilməsi

    • yaşlıların təhsili.

    X MÖVZU
    TƏRBİYƏ PROSESİNİN MAHİYYƏTİ


    PLAN

    1. Tərbiyə prosesinin xüsusiyyətləri

    2. Tərbiyə prosesinin quruluşu

    3. Tərbiyənin məzmunu



    1. Tərbiyə prosesinin xüsusiyyətləri

    • Pedaqoji prosesin əsas tərkib hissələrindən biri tərbiyədir. Tərbiyə - həyat üçün zəruri olan sosial təcrübənin mənimsənilməsi və cəmiyyət tərəfindən qəbul edilmiş dəyərlər sistemi formalaşdırılması üçün böyüyən nəslə məqsədynlü təsir göstərmək prosesidir.

    Tərbiyə prosesinin təlim prosesindən fərqləri

    • təlim prosesinin məntiqi və sistemi təhsilin qarşısında qoyulmuş məqsədlə müəyyən edilərək, onun məzmununda, təşkilat formalarında, üsul və vasitələrində öz əksini tapır. Tərbiyənin məntiqi isə özünün ümumi və xüsusi vəzifələri ilə müəyyən edilərək, prinsip və üsullarında əksini tapır;

    • təlimdən fərqli olaraq, tərbiyə uzun sürən bir prosesdir.

    • təlimdən fərqli olaraq tərbiyənin nəticələri gec məlum olur.

    • tərbiyənin bir xüsusiyyəti də özünütərbiyə və yenidən tərbiyədir.

    • tərbiyə prosesinin xüsusiyyətlərindən biri onun fasiləsizliyidir. Məktəbdə verilən tərbiyə sistematik, arasıkəsilməz xarakterli olmalıdır. Təkcə bir “çox yaxşı” tərbiyəvi tədbirlə şagirdlərin davranışını tam nizamlamaq olmaz;

    • tərbiyə prosesi kompleks xarakter daşıyır;

    • tərbiyə prosesi nəticələri etibarilə variantlı, qeyri-müəyyən xarakter daşıya bilər. Eyni şəraitdə tətbiq edilən tərbiyəvi işlər müxtəlif nəticələr verə bilər. Burada uşaqların fərdi xüsusiyyətləri, sosial təcrübələri, tərbiyəçilərin peşə hazırlığı, pedaqoji ustalığından çox şey asılıdır.

    Tərbiyənin xüsusiyyətləri

    • tərbiyə ictimai hadisədir;

    • tərbiyə böyüyən nəsli həyati təcrübəyə təlabatından doğur, nəsillərin əvəzlənməsi ilə davam edir;

    • tərbiyə əbədi kateqoriyadır;

    • tərbiyə ümumi kateqoriyadır;

    • tərbiyə tarixi kateqoriyadır.


    Ə sas tərbiyəvi amillər
    obyektiv subyektiv


    • insanın irsiyyəti və sağlamlıq vəziyyəti; - tərbiyə edənin və tərbiyə olunanın psixi

    • ailənin sosial və mədəni mənsubiyyəti; xüsusiyyətləri, dünya görüşü, daxili

    • tərcümeyi-hal şərtləri; təlabat və maraqları;

    • ölkənin və tarixi şəraitin xüsusiyyətləri - sosial qanunlarla əlaqənin sistemi;

    - insana müxtəlif adamların, qrupların,
    birliklərin və ümumən cəmiyyətin təsirləri

    2.Tərbiyə prosesinin quruluşu


    Prosesin quruluşu nə deməkdir
    təşkili keçirilməsi nəzarətdə saxlanması nəticələrin təhlili

    T ərbiyə prosesinin quruluşunu müəyyən edən kriteriyalar

    t ərbiyə məqsədləri; tərəflər arasında qarşılıqlı münasibət;

    p rosesin məzmunu; aparıldığı şərait;

    tərbiyə üsulları; tərbiyəvi işlərin formaları;
    tərbiyə mərhələləri.
    İbtidai məktəbdə tərbiyə məqsədləri


    • ahəngdar surətdə hərtərəfli inkişaf etmiş şəxsiyyətlər formalaşdırılması;

    • əxlaqi keyfiyyətlərin milli və bəşəri dəyərlər əsasında tərbiyəsi;

    • cəmiyyətin demokratikləşməsinə, şəxsiyyətin hüquq və vəzifələrinə uyğun həyat mövqeyi tərbiyəsi;

    • uşaqların meyl, maraq və qabiliyyətlərinin inkişafında onların arzu və imkanlarının, həmçinin sosial təlabatlarının nəzərə alınması;

    • şəxsi fəaliyyətin təşkli;

    • şəxsiyyətin sosial funksiyası olan ünsiyyətin inkişafı.

    Tərbiyə prosesinin mərhələləri

    • birinci mərhələdə aşılanması nəzərdə tutulan hər hansı milli və ya ümumbəşəri dəyərin tərbiyə olunanlarda səviyyəsi, təqribi də olsa, üzə çıxarılır.

    • ikinci mərhələdə tərbiyəçinin başlıca qayğısı (əgər buna ehtiyac varsa) nəzərdə tutduğu mənəvi dəyər üzrə öz uşaqların da, yeniyetmə və gənclərində ilkin təəssürat yaratmaqdan, onların diqqətini belə bir dəyərin varlığına yönəltməkdən ibarət olur.

    • üçüncü mərhələdə tərbiyəçi çalışır ki, həmin dəyərə dair tərbiyə olunanda müəyyən anlayış formalaşsın, onun mahiyyəti və əhəmiyyəti başa düşülsün.

    • dördüncü mərhələdə tərbiyəçi tərbiyə olunan şəxslərdə formalaşdırdığı, anlayışa, şüura uyğun olaraq onların əməli fəaliyyətlərini təşkil edir.

    • beşinci mərhələdə tərbiyəçi tədbirə yekun vurur.

    3. Tərbiyənin məzmunu



    • Tərbiyənin məzmunu dedikdə - qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq gənc nəsildə formalaşdırılmalı olan möhkəm davranış normalarının şəxsi keyfiyyət və xüsusiyyətlərin, baxış və əqidələrin, bilik, bacarıq və vərdişlərin sistemi başa düşülür.

    • Ölkəmizin müstəqillik və azadlığının bərpası, məktəbin demokratikləşmə və humanistləşmə kursunu əsas götürməsi, XX əsrin sonlarından davam edən müharibə şəraiti, “qaçqınlıq”, “məcburi köçkünlük” anlayışlarının pedaqoji lüğət fonduna daxil olması tərbiyə prosesinin məzmununda da surətli və radikal dəyişikliklər yaratmışdır.

    M üasir tərbiyə prosesinin əsas ideyaları

    • tərbiyə məqsədlərinin real - öz mövqeyini müəyyən etmə;

    əsaslar üzərində qurulması;

    • uşaq və böyüklərin bərabərhüquqlu - tərbiyənin şəxsiyyət yönümlü

    birgə fəaliyyəti; istiqamətdə qurulması
    - könüllülük.
    Tərbiyə məqsədlərinin real əsaslar üzərində qurulması

    • tərbiyənin məqsədi bütün dövrlərdə insanın mümkün qədər hərtərəfli inkişaf etdirilməsi olmuşdur. Müasir dövrdə bu məqsədə nail olmağın əsas vasitəsi mədəniyyətin baza əsaslarının mənimsənilməsidir. Tərbiyənin məzmununun əsas anlayışı olan “şəxsiyyətin baza mədəniyyəti” anlayışı da məhz bu cür yaranmışdır. Bu, insanın öz həyatını müəyyən etmə mədəniyyətidir. Buraya insanın bilikləri və ətraf aləmə münasibəti, əxlaqi davranışı, insani münasibətlər və əmək mədəniyyəti; demoratik və hüquqi iqtisadi, ekoloji, bədii və fiziki mədəniyyəti, ailə mədəniyyəti və s daxildir.

    Uşaq və böyüklərin bərabərhüquqlu birgə fəaliyyəti

    • indiyə qədər ki, tərbiyə prosesində böyüklərin və uşaqların, müəllimlərin və şagirdlərin fəaliyyət formaları və məqsədləri fərqli, bəzən bir-birinin tam əksi idi. Böyüklər, müəllimlər tərbiyə prosesini təşkil edir, ona rəhbərlik edir, onu idarə edir, nizamlayır və təshih edirdilər. Tərbiyə olunanlar isə yalnız onların göstərişlərini yerinə yetirməli, məhz o cür davranmalı idilər. Müasir tərbiyə prosesi isə müəllim və şagirdlərin hər ikisinin əsas sima-prosesin bərabərhüquqlu tərəfləri olması ideyasına əsaslanır.

    Öz mövqeyini müəyyən etmə

    • tərbiyə insanın tam şəxsiyyət olaraq formalaşmasını nəzərdə tutur. Buna görə də tərbiyənin məzmununun zəruri elementlərindən biri insanın öz həyati mövqeyini müəyyən etmə mədəniyyətidir. Insan hər şeydən əvvəl, öz həyatını düzgün qurmalı, öz xoşbəxtliyini təmin etməyi bacarmalıdır.

    Tərbiyənin şəxsiyyətyönümlü istiqamətdə olması

    • tərbiyə işlərinin mərkəzində uşaq şəxsiyyəti durmalıdır. Tərbiyə onun fərdi xüsusiyyətlərini, maraq və meyillərini, xarakterini, hissələrini inkişaf etdirməyi öyrənməlidir.

    Könüllülük

    • Tərbiyə olunanların öz istəkləri, razılıqları olmadan heç bir mühüm tərbiyəvi ideya həyat keçirilə bilməz.

    XI MÖVZU
    TƏRBİYƏNİN PRİNSİPLƏRİ


    Plan

    1. Tərbiyə prosesinin qanunauyğunluqları

    2. Tərbiyənin həyayla və əməklə əlaqələndirilməsi prinsipi

    3. Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi

    4. Hörmət və tələbkarlıq prinsipi

    5. Tələblərdə vahidlik prinsipi

    6. Nikbinlik prinsipi

    7. sözlə əməyin vəhdəti prinsipi

    1. Tərbiyə prosesinin qanunauyğunluqları

    • Tərbiyə hadisələrindəki səbəb – nəticə arasında davamlı təkrar olunan asılılığın mahiyyətinin aydın və dəqiq ifadəsi tərbiyə prosesinin qanunauyğunluğudur.

    Tərbiyənin qanunauyğunluqları

    • Tərbiyə prosesinin məqsədi ilə əlaqədar qanunauyğunluq: tərbiyə işinin məqsədi nə qədər düzgün müəyyənləşdirilib həyata keçirilirsə, onun səmərəsi bir o qədər artır və əksinə, tərbiyə işinin məqsədi qeyri-müəyyən olduqda səmərə azalır.

    • Tərbiyənin müasir həyatla əlaqəsində qanunauyğunluq: tərbiyəvi tədbirin məzmunu real həyati faktlarla zənginləşdirildikdə onun səmərəliliyi artır.

    • Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınmasında qanunauyğunluq: tərbiyə olunanların yaş və fərdi xüsusiyyətləri nə qədər hərtərəfl öyrənilib, tərbiyə işində nəzərə alınmırsa, tərbiyə prosesi o qədər səmərəli nəticələnər.

    • Tərbiyədə hörmət və tələbkarlıqla əlaqədar qanunauyğunluq: tərbiyə olunanın şəxsiyyətinə hörmətlə, ona mümkün qədər ciddi tələbkarlıq vəhdət halında tətbiq edildikdə tərbiyə prosesinin səmərəsi artır.

    • Tələbələrdə vahidliklə əlaqədar qanunauyğunluq: tərbiyə olunana göstərilən müxtəlif təsirlər arasında vahidliyə nə qədər ciddi əməl edilərsə, tərbiyə prosesinin səmərəsi bir o qədər yüksələr.

    • Tərbiyədə nikbinliklə əlaqədar qanunauyğunluq: tərbiyə olunanda müsbət cəhətləri müəyyən etməklə, tərbiyənin müsbət nəticələnəcəyinə nə qədər çox inamla yanaşılarsa, tərbiyə işi o qədər müvəffəqiyyətli olar.

    • Söz və əməlin nisbətində qanunauyğunluq: tərbiyəçinin sözü ilə əməli bir-birinə uyğun gəldiyi hallarda tərbiyə prosesi daha səmərəli nəticələnir.

    Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi
    Həyat ən yaxşı tərbiyə məktəbidir. Ona görə də tərbiyənin həyat əlaqəsi mühüm prinsiplərdən biri sayılır. Gənc nəsli müsbət nümunələr, adət - ənənələr əsasında tərbiyə etmək çox vacib məsələlərdən biridir. Demokratik ruhlu gənclərin tərbiyə olunmasına bu gün böyük ehtiyac vardır. Bunun üçün onların ictimai – siyasi hadisələrlə tanışlığı, həmin hadisələrin həlli yollarının müəyyənləşdirilməsi və ona münasibətini bildirməsi imkanlarının yaradılması çox mühümdür. Bu imkanlar birdən-birə deyil, müxtəlif yollarla əldə edilir. Tərbiyənin həyatla əlaqəsi şagirdlər qarşısında böyük imkanlar açır. Keçirilən tədbirlər, aparılan ekskursiyalar, yarışlar, gecələr, olimpiadalar, gəzintilər şagirdləri mənəviyyatca zənginləşdirir, əxlaqca saflaşdırır, fiziki cəhətdən kamilləşdirir. Keçirilən hər bir tədbir şagirdləri həyat yaxınlaşdırır, əməyə maraq yaradır və ona hazırlayır, yaradıcılıq işlərinə istiqamətləndirir.
    Bu gün işləmək, yaratmaq, qurmaq arzusunda olan gənclər yetişir. Lakin bəzən həyatda necə fəaliyyət göstərəcəkləri onlara çətin gəlir. Yaranmış arzularını həyat keçirməkdə kimdənsə kömək umurlar. Tərbiyənin əməklə əlaqələndirlməsi bu çətinliyi aradan qaldırmaqda böyük gücə malikdir. Məktəbli əmək sahələri, əmək növləri ilə tanış olur, onların əhəmiyyəti haqda məlumat əldə edir. Istəyi və arzusu ilə üst-üstə düşən əmək sahəsini müəyyənləşdirmiş olur, bu sahədə bacarıq və vərdişlərə yiyələnmək meyli əmələ gəlir. Bununla birlikdə, onlarda seçdiyi əmək növünə qabil olacağı inamı formalaşır.
    Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsini reallaşdırmağın şərtləri

    • tərbiyə olunanların əməyin cəmiyyətdə və hər bir insanın həyatında rolunu dərk etmələri;

    • əməkçi insanlara rəğbət hissinin formalaşması;

    • cəmiyyətin və özünün mənafeyi naminə yorulmadan yaradıcı əməklə məşğul olmaq qabiliyyətinin inkişafı;

    • müasir istehsalatın ümumi əsaslarından baş çıxarmaq;

    • düzgün peşə seçimi işində şəxsi və ictimai maraqların vəhdətinə nail olmaq.

    Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsinin əhəmiyyəti

    • şagirdlər həyatın ən böyük tərbiyəçi olduğunu real şəkildə görür və dərk edirlər;

    • şagirdlərdə milli və mənəvi dəyərlərə hörmət, məhəbbət hissi yaranır, vətənin sahiblərindən biri olduqları fikri əmələ gəlir;

    • onlar vətənin diyarlarının tarixini, gücünü, qüdrətini öyrənmək imkanı qazanırlar;

    • şagirdlər vətənin xilaskarı, müdafiəçisi, inkişafetdiricisi olacaqları barədə milli qürur hissini yaşadırlar;

    • onlar özlərini həyat hazırlamaq və onun qurucuları ola bilmək inamına yiyələnirlər.

    Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prisipinin qaydaları

    • şagirdlər dərs zamanı və dərsdənkənar təlim-tərbiyə işlərində tədricən genişləndirilən gücəmüvafiq, konkret fəaliyyətə cəlb edilməlidirlər;

    • tərbiyə olunana izah edilməlidir ki, onun əsas əmək növü təlimdir; lakin ailədə gücüçatan digər əmək növləri ilə məşğul olmaq da onun vəzifəsidir.

    • dərs zamanı və dərsdənkənar tərbiyəvi işlərdə ölkəşünaslıq materiallarından istifadə olunmalıdır;

    • uşaqların böyüklərlə birgə əməkdə iştirakı prosesində onlarda məsuliyyət və vətəndaşlıq hissləri formalaşır;

    • tərbiyə prosesi elə qurulmalıdır ki, uşaqlar öz əməklərinin cəmiyyətə gərəkli olduğunu dərk etsinlər.

    Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi

    • Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psixofizioloji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında formalaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın.

    Y aş və fərdi xüsusiyyətlərin nəzərə alınması


    aşağı məktəbyaşı yuxarı məktəbyaşı

    • tərbiyəvi tələblər konkret - tələblər təfəkkür əməliyyatlarına

    olmalı, nümunələr əsaslanaraq verilməli, mahiyyətin
    göstərilməlidir müstəqil dərk edilməsinə çalışılmalıdır

    • sadə tərbiyə üsullarından - nisbətən ciddi, əxlaqi hisslərə təsir

    istifadə olunmalıdır. edəcək üsullardan istifadə edilməlidir
    Məsələn, sadə rəğbətləndirmə - Əqidə, məfkurə yaradılması üzərində
    və cəza növlərindən. iş aparılmalıdır

    • vərdiş və adətlər daha tez - ixtiyari diqqət, məntiqi hafizə, mücərrəd

    və asan yaradılır. fikri əməliyyatlar, güclü iradə

    • qeyri ixtiyari diqqət, formalaşmışdır.

    mexaniki hafizə, əyani
    əməli təfəkkür, hərəkilik
    emosionallıq üstündür
    Hörmət və tələbkarlıq prinsipi

    • Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə maksimum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tələbkarlıqla yanaşılsın. Uşaq şəxsiyyətinə hörmət dedikdə ümumi şəkildə bunlar başa düşülür;

    • uşaqlarla səmimi, tərəfdaşlıq münasibətlərinin, mehriban ünsiyyətin yaradılması;

    • uşağın həvəs və arzuları ilə hesablaşmaq, xüsusilə kiçik yaşlarında onların arzularının maksimum dərəcədə yerinə yetirilməsi;

    • uşaqların qabiliyyəti və bacarıqlarını nümayiş və tətbiq edə bilmələrinə şərait yaratmaq;

    • tərbiyə işində ayrı-seçkilik qoymadan hər kəsə əməlinə, davranışına görə qiymət vermək;

    • uşaqları sevmək, xüsusilə ibtidai siniflərdə onları mümkün qədər çox tərifləmək və rəğbətləndirmək lazımdır.




    • Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində davranış normalarına əməl etməyin, fəaliyyət prosesində öz vəzifələrini yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir.

    • Tələbkarlığın müvəffəqiyyəti onun tətbiqi qaydalarından asılıdır.

    • tələb elə verilməlidir ki, uşaq onu yerinə yetirməyə borclu olduğu bir şey kimi başa düşsün;

    • tələbin nə məqsədlə verildiyi şagird üçün aydın olmalıdır;

    • tələbin məzmunu aydın olmalıdır;

    • ibtidai sinif şagirdlərinə verilən tələblər konkret, lakonik olmalıdır;

    • tələb uşağın yaşına və gücünə müvafiq olmalıdır;

    • tələb verilərkən pedoqoji etika gözlənilməlidir;

    • verilmiş tələbin icrasına nəzarət edilməli, nəticələri, mütləq, yoxlanmalı və dəyərləndirilməlidir.

    Tələblərdə vahidlik prinsipi

    • Bu prinsip uşağa göstərilən tərbiyəvi təsirlərin əlaqələndirilməsi və vahid məqsəd ətrafında birləşdirilməsini, birinin digərini tamamlamasını tələb edir.

    Tələblərdə vahidlik aşağıdakı tərəflər arasında gözlənilməlidir:

    • bütün müəllimlər arasında;

    • müəllimlərlə məktəb rəhbərliyi arasında;

    • müəllimlərlə şagird təşkilatları arasında;

    • məktəb rəhbərliyi ilə şagird təşkilatları arasında;

    • məktəblə ailə arasında;

    • məktəblə məktəbdənkənar tərbiyə müəssisələri arasında;

    • məktəblə ictimaiyyət arasında;

    • ailə üzvləri arasında və s.

    Tərbiyədə nikbinlik prinsipi

    • Bu prinsip pedaqoji ədəbiyyatda “Müsbətə istinad etmə prinsipi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tərbiyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət keyfiyyətlərə əsaslanaraq qurmalıdır.

    Nikbinlik prinsipinin qaydaları

    • tərbiyə prosesində müəllimlə şagirdlər arasında münaqişə, qarşıdurma, öcəşmə və kəskin mövqe ziddiyyəti olmamalıdır. Müsbət nəticələr yalnız səbr və dözümlü əməkdaşlıq nəticəsində əldə edilə bilər;

    • uşaqların davranışında mənfi cəhətləri axtarmaq yox, əksinə, kiçik də olsa, müsbət keyfiyyətləri görə bilmək, müsbəti inkişaf etdirməklə mənfi keyfiyyətləri yox edə bilmək pedaqoji ustalıq sayılır;

    • uşağın tərbiyəsindəki, davranışındakı çatışmazlıqları hər an onun üzünə vurmaq, həm də bunu başqalarının yanında etmək heç bir səmərə vermir. Bu iş daha çox fərdi aparılmalıdır;

    • “nadinc” hesab edilən uşağın kiçicik müsbət hərəkətini belə gözdən qaçırmayaraq, bu hərəkətə görə onu tərifləmək, rəğbətlənddirmək, alqışlamaq lazımdır;

    • uşaqları öz müvəffəqiyyətləri ilə fəxr etməyə, müsbət hərəkətlərindən ləzzət almağa alışdırmaq lazımdır.

    Sözlə əməlin vəhdəti prinsipi


    Bu prinsip şagirdlərin şüuruna və əhval-ruhiyyəsinə səmərəli təsir göstərməkdə həlledici əhəmiyyət kəsb edir. Vəhdət olan yerdə sözlə iş arasında fərq, uyğunsuzluq olmur, şüurdavranışa, söz əmələ mütabiq gəlir.
    Müşahidələr göstərir ki, şagirdlərdən bəziləri danışanda bir söz deyil, işdə başqa cür hərəkət edirlər. Məsələn, onlar dərsə vaxtında gəlməyin, sinifdə sakit oturmağın vacib olduğunu deyir, lakin özləri üzürsüz dərs buraxır, sinfə zəngdən sonra girir, dərs zamanı şuluqluq salırlar; yaxud davranış mədəniyyəti və intizamlılığın əhəmiyyəti haqqında ağızdolusu danışır, lakin özlərinin əməli fəaliyyətlərində bağışlanılmaz kobudluğa yol verirlər. Ədəb ərkan qaydalarına əməl etməyin zəruriliyi haqqında başqalarına öyüd-nəsihət verir amma özləri məktəb əmlakını zay edir, tay tuşları ilə savaşırlar və s. Belə halları aradan qaldırmaq vəzifəsi ilk növbədə müəllimlərin öhdəsinə düşür və onlardan pedaqoji səriştə, rəngarəng üsullardan istifadə etmək bacarığı tələb olunur.
    Tərbiyədə sözlə işin vəhdəti prinsipini rəhbər tutaraq müəllim, məsələn, “şagirdlər üçün qaydalar”dan hər hansı birinin əhəmiyyəti barədə uşaqlara müvafiq məlumat verdikdən sonra onları həmin qaydaya aid praktik işlərə cəlb etməlidir. Yaxud, deyək ki, partanı sındırmağın pis hərəkət olması haqqında şagirdlə müvafiq söhbət aparmaqla yanaşı, ona sındırdığı partanı təmir etdirməli, yaxud sinif otağını zibilləməyin pis hərəkət olması haqqında danışdıqdan sonra şagirdlərə sinif otağında təmizlik işləri gördürməlidir və s.
    Ümumiyyətlə, düzgün təşkil olunmuş əmək qüvvətli tərbiyə amili olduğundan məktəblilərin səylərini müxtəlif növ əmək kollektivlərində, birlikdə həyata keçirilən kütləvi tədbirlərdə cəmləşdirmək, əməyin və ictimai-faydalı işlərin tərbiyəvi imkanlarından maksimum istifadə etmək yaxşı nəticə verər və haqqında danışdığımız tərbiyəvi prinsipə uyğun olar.
    XII MÖVZU
    TƏRBİYƏ ÜSULLARI
    PLAN

    1. Tərbiyə üsulları haqda anlayış.

    2. Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar

    3. Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına yönələn üsullar

    4. Fəaliyyət və davranışın stimullaşdırılması üsulları

    5. Tərbiyədə nümunənin mövqeyi

    1. Tərbiyə üsulları haqda anlayış

    • Tərbiyə üsulları – tərbiyə məqsədlərinə çatmağın yolları, qaydalarıdır. Tərbiyə üsulları konkret şəraitdən, tərbiyə prosesinin təşkili və xarakterindən asılı olduğundan çoxsaylıdır. Buna görə də nəzəri pedaqogikada, adətən, tərbiyənin ümumi üsullarından bəhs olunur.

    • Tərbiyə üsullarının təsnifatı – onların müəyyən əlamət əsasında düzülmüş sistemi deməkdir.



    1. Tərbiyə üsulları

    • əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən üsullar;

    • əsasən fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına yönələn üsullar;

    • fəaliyyət və davranışı stimullaşdıran üsullar;

    • nəzarət, özünənəzarət və özünəqiymət;

    • nümunə (N.Kazımov, Ə.Həşimov)

    4. Tərbiyə üsulları
    - əxlaqi şüurun formalaşmasına xidmət edən üsullar (öyüd-nəsihət, izah etmə-başasalma, məsləhət, tövsiyyə, vəsiyyət, göstəriş, dilətutma və s.);
    - davranış təcrübəsinin formalaşdırılmasına xidmət edən üsullar (məşq, oyun, sınaq, tələb, söz vermək, and içmək və s.);
    - stimullaşdırma üsulları (xeyir-dua, tərif, alqış, bəxşiş, mükafat, bəyənmə, xəbərdarlıq, məzəmmət etmə, danlaq, qadağan etmə, hədə-qorxu, irad tutmaq, cırnatmaq, tənə vurmaq, məhrum etmək, küsmək, döymək və s.);
    - nümunə (valideyn nümunəsi, böyük bacı-qardaş nümunəsi, qohum-əqraba nümunəsi, tay-tuş nümunəsi, ağsaqqal nümunəsi, el qəhrəmanları nümunəsi və s.).
    (Azərbaycan xalq pedaqogikası)

    • Xarakterinə görə tərbiyə üsullarını bu cür qruplaşdırmaq daha məqbul hesab edilir.

    Tərbiyə üsulları
    - Şüurun və əqidənin formalaşmasına xidmət edən üsular
    - Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına yönələn üsullar
    - Fəaliyyət və davranışın situmullaşdırılması üsulları
    Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar

    • Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar dedikdə - davranış tələblərinin nədən ibarət olmasını izah etmək, onların zəruriliyinə uşağı inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələr başa düşülür.

    • Müasir elmi pedaqogikada şüurun və əqidənin formalaşmasının əhəmiyyəti nəzəri baxımından kifayət qədər izah edilsə də tərbiyə prosesində praktik olaraq bu üsullardan istifadə çox zəifdir. Müəllim və tərbiyəçilər, bəzən hətta valideynlər də, adətən, tərbiyəvi təsir üçün stimullaşdırıcı üsullardan istifadəyə daha çox üstünlük verirlər. Halbuki, xüsusilə ibtidai siniflərdə cəzalandırmadan mümkün qədər az istifadə edilməlidir.

    Xalqa görə əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar bunlardır:

    • öyüd-nəsihət;

    • izahetmə - başasalma;

    • məsləhət;

    • tövsiyyə;

    • vəsiyyət;

    • göstəriş;

    • dilətutma və s.


    Yüklə 0,78 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin