Kurs: 2 Mövzu: Tələbə: İmamverdiyeva Aytən



Yüklə 17,79 Kb.
tarix18.04.2023
ölçüsü17,79 Kb.
#99677
roma imperiyasi


Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
nəznində kollec

Sərbəst iş



İxtisas: Dizayn interyer B
Fənn: İncəsənət tarixi
Kurs: 2
Mövzu:
Tələbə: İmamverdiyeva Aytən
Müəllimə: Lalə Zakiri

Memarlıq
Romalılar yunan memarlığından geniş istifadə edirdilər. Yunan şəhərlərinin, Karfagenin tutulması, ellin həyatı ilə tanışlıq Romada incəsənətə böyük maraq yaranmasına səbəb olmuşdur. Bu şəhərlərin və yunan əyanlarının həyatı Roma əyanları üçün nümunəyə çevrilmişdi. Roma tikintiləri dövlətin əzəmət və qüdrətini nümayiş etdirməli idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira etdilər. Bu ixtira qədim romalılara tağlar, günbəzlər və qübbələr tikməyə imkan verirdi. Tağ (Arka) qövs şəklində örtüyə deyilir. Tağdan zəfər tağlarında, körpü, bina, su kəməri tikintisində geniş istifadə olunurdu. Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə çevrilmiş cam şəklində tavana deyilir.Allahların məbədi sayılan və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir. Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızın II əsrinə təsadüf edir. Memarlıq imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl memarlıq nümunələridir. Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.
Yüklə 17,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin