KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə30/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   26   27   28   29   30   31   32   33   ...   111
Keywords:
 
Klassifikacionnıe  system,  Klassifikacii  primeny  are  emıe  and 
respublike,  Klassifikaciy  are  MDi,  Universalnay  posts  are  klassifikaciy  are 
ticnay are desy, Bibliotecno-biblioqraficeskay posts are klassifikaciy. 
 
Hər  bir  xalqın,  dövlətin  mədəni  səviyyəsinin  göstəricisi  olan 
kitabxanalar  ən  böyük  informasiya  mənbəyi  olub,  insanların  bu  qiymətli 
xəzinəsinin  qorunmasini,  nəsildən-nəsilə  ötürülməsini    həyata  keçirirlər. 
Xalqımızın  əsrlər  boyu  yaratmış  olduğu  qədim  və  bənzərsiz  mədəniyyətin 
tərkib  hissəsi    kimi  kitabxanalar  dünya  mədəniyyətini  misilsiz  incilərlə 
zənginləşdirən  mənəvi  və  intellektual  sərvətimizin  qorunub  saxlanmasına  və 
yayılmasına xidmət edir. Azərbaycan Respublikasının Mədəniyyən və Turizm 
Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın 
informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər 
ərzində  ölkədə  kitabxana  işinin  inkişafı  sahəsində  bir  sıra  mühüm  sənədlər  
qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ―Azərbaycan dilində 
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında‖...‖2005-2006-
cı  illərdə Azərbaycan dilində latın  qrafikası  ilə çapı  nəzərdə tutulan əsərlərin 
siyahısının  təsdiq  edilməsi  haqqında‖...sərəncamları  ilə  təsdiq  edilmiş  siyahı 
üzrə  latın  qrafikası  ilə  nəşr  olunmuş  kitablar  ölkənin  bütün  kitabxanalarına 
hədiyyə edilmişdir.    
 Qədim  zamanlardan  indiyə  kimi  kitabxanaların  əsas  funksiyaları 
insanlara  informasiya  vermək,  cəmiyyət  üzvlərinin  informasiyadan  istifadə 
etməsini  təmin  etməkdir.  Azərbaycan  Respublikasının  kitabxana  işi  haqqında 
qanununda  deyilir:  ―Kitabxana  fəaliyyəti  -  oxucuların  sərbəst  surətdə  
informasiya almaq huququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və 
kitabxana  fondunu  təşkil  edən  digər  sənədlərə  olan  tələbatını  ödəmək 
məqsədilə həyata keçirilən fəaliyyət‖dir.(9) 


43 
 
İnformatika elmi məlumatın quruluşunu və xassələrini, həmçinin  elmi 
informasiya  fəaliyyətinin  qanunauyğunluqlarının  nəzəryyəsini,  tarixini, 
metodikasının təşkilini öyrənən elm sahəsidir.(5,s.250) Sənəd latın  sözü olub 
―sübut‖, ―şahid‖ mənasını ifadə edir. Sənəd insanların istifadəsi üçün müxtəlif 
informasiya daşıyıcılarında geniş əksini tapmış sosial informasiyadır. (5,s.271) 
Kitabxanalar qədər sənədlərin ictimai istifadəsini təşkil edən başqa bir 
elmi-məlumat  idarələri  yoxdur.  Kitabxanalarda  informasiya  xidmətinin 
düzgün    təşkilinin  spesifik  xüsusiyyətləri  vardır.  Ən  mühüm  ploblem 
kitabxana  fondlarının    müxtəlif  oxucu  qruplarının  tələbatına  uyğun  təşkil 
etməkdən,  onların  istifadəsini  operativ  təmin  etməkdən  ibarətdir.  Fondla 
oxucu  arasında  qarşılıqlı  əlaqəni  əks  etdirən  məlumat-axtarış  sistemi  bu 
problemin  mühüm  tərkib    hissəsidir.  Kitabxanalara  sənəd  axını  nə  qədər 
çoxalarsa,  onların  axtarılması  da  çox  vaxt  tələb    edərək  mürəkkəbləşir.  Bu 
çətinliklərin  aradan  qaldırılması    məqsədilə  müxtəlif  təsnifat  sistemləri 
yaranmışdır. Təsnifat sistemləri əsasında həm kitabxana fondları təşkil edilir, 
həm  oxucuların  tematik  sorğuları  ödənilir,  həm  sənədlər  məzmununa  görə 
təsnifləşdirilir,  həm də onların əsasında kataloqlar yaradılır.  
Təsnifləşdirmə elmdə və ictimai təcrübədə geniş tətbiq edilən fəaliyyət 
sahəsidir. Bu problem və hadisələrin ümumi əlamətlərinə və onların arasındakı 
fərqə  görə    dərəcələrə  (siniflərə)  və  qruplara  bölünməsi  deməkdir. 
Təsnifləşdirmə,  nəinki  sənədlərə,  həm  də  fiziki  cisimlərə,  müxtəlif  bilik 
sahələrinə  aiddir.  Ümumiyyətlə  istənilən  obyekti,  predmeti  axtarıb  tapmaq 
işini asanlaşdırmaq üçün onları müəyyən qayda ilə qruplaşdırmaq lazımdır. Bu 
qruplaşdırma, sistemləşdirmə qaydaları təsnifat sistemlərində öz əksini tapir. 
Təsnifat  sistemləri  əsasən  iki  qrupa  bölünür:  1)  təbii  və  ya  elmlər 
təsnifatı; 2) süni və ya sənəd təsnifatı. 
Elmlər  təsnifatı  müxtəlif  dövrlərdə  elmlərin  inkişafı  xüsusiyyətləri  ilə 
əlaqədar öyrənilmişdir. Fəlsəfə tarixində elmin təsnifatı  problemi ilə məşğul 
olmayan  görkəmli  filosof  tapmaq  çətindir.  Qədim  dövrdə  elmin  təsnifatı 
problemlərilə  Demokrit,  Platon  və  Aristotel,  müxtəlif  dövrlərdə    Bekon, 
Dekart,  Hobbs  və  Lokk,  Leybnits  və  Yum,    XIX  əsrin  əvvəllərində  Kant  və 
Hegel məşğul olmuşlar (10, 74). 
Rus  alimlərindən  M.R.Lomonosov,  D.İ.Mendeleyev,  K.A.Timiryəzev, 
biokimyaçı  Bax,  fizik  Vaviov  və    başqaları  elmlərin  təsnifləşdirilməsi 
haqqında müəyyən fikirlər söyləmişlər. 
Süni  və  ya  sənəd  təsnifatları  öz  kökü  etibarılə  elmlər  təsnifatına 
əsaslanır və demək olar ki, bilavasitə ondan asılıdır. Asılılıq onunla müəyyən 
edilir  ki,  təsnif  edılən  əsər  bu  və  ya  digər  elm  sahəsinə,  insanların  ictimai-
təcrübi fəaliyyətinin müəyyən cəhətlərinə aiddir. Bu asılılıq kitabın bilik, elm 
ilə,  elmi  ədəbiyyat  arasındakı  üzvü  əlaqədən  yaranır.  Bu  əlaqələri  nəzərə 
almadan  elmi  cəhətdən  yetgin  olan  kitabxana  təsnifatı  yaratmaq  mümkün 


44 
 
deyildir.  Əlbəttə,  kitabxana  təsnifatı  elmlər  təsnifatına  əsaslansa  da  onun  öz 
spesifik    cəhətləri  vardır.  Kitabxana  təsnifatının  elmlər  təsnifatından  asılılığı 
kitabla elmi biliyin, elmi ədəbiyyatla elmin obyektiv əlaqəsinə əsaslanır. Fərq 
ondan ibarətdir ki, burada təsnif edilən obyektlər eyni deyildir. Elm mücərrəd 
xarakterli, kitab isə konkret obyektdir. 
Kitabxana  təsnifatının  tarixi    elmlər  təsnifatının  tarixi  kimi  qədimdir. 
O, uzun  inkişaf yolu keçərək cəmiyyətin inkişafı ilə əlaqədar təkmilləşmişdir. 
Kitabxana  təsnifatı  həmişə  elmlər  təsnifatı  ilə  əlaqədar  inkişaf  etmiş  və  ona 
əsaslanmışdır.  Hələ  qədim  dünyada  gələcək  elmi  biliklərin  inkişafına  kömək 
etmiş  elmlər  təsnifatı  işlənib  hazırlanmışdır.  Bu  onu  göstərir  ki,  o  dövrdə 
Yunanıstanda və Romada kitabxana  təsnifatı yüksək səviyyədə olmuşdur (10, 
83). 
Sonrakı  illərdə    kitabxana  təsnifatı  cədvəlləri  inkişaf  edərək  müxtəlif 
ölkələrdə,  müxtəlif  illərdə  biri-birinə  yaxın  olan  və  yaxud  da  biri-birindən  
təmamilə fərqlənən təsnifat cədvəlləri meydana gəlmişdir.  
Müasir 
təsnifat 
sistemlərindən 
bəhs 
edərkən 
Amerika 
kitabxanaşünasları    Melven  Dyunin,  Carlız  Ketterin,  Martenin,  H.Blissin, 
ingilis kitabxanaşünası Ceyms Braunun, hind kitabxanaşünası Ş.Ranqanatanın 
adını  qeyd  etmək  lazımdır.  Lakin  müasir    dövrdə  kitabxanalarda  ən  geniş 
tətbiq  edilən  Universal  Onluq  Təsnifat  (UOT)  və  Kitabxana  Bibllioqrafiya 
Təsnifatı  (KBT)  cədvəlləridir.  Bu  təsnifat  cədvəllərindən  Respublikamızın 
elmi və kütləvi kitabxanalarında ayrı-ayrılıqda istifadə edilir.  
İnformasiya birlikləri 1995-1996-cı illərdə Universal Onluq Təsnifatın 
100  illiyini  qeyd  etmişlər.  Universal  Onluq  Təsnifat  110  ildən  artıqdır  ki, 
yaradılaraq  beynəlxalq  aləmdə    istifadə  olunan  təsnifat  sistemidir.  Yarandığı 
dövrdən  başlayaraq  UOT  dəyişikliklərə  uğramış,  dəfələrlə  tənqid  edilmişdir. 
Lakin  müasir  və  tarixən  mövcud  olmuş  təsnifat  sistemlərinin  heç  biri  UOT 
qədər geniş yayılmamışdır (15, 46). 
Beynəlxalq  biblioqrafiya  təsnifatı  sistemi  kimi  yaranan  UOT  hazırda 
dünyanın  60-dan  çox  ölkəsində,  əsasən  təbiətşünaslıq  və  texnika  sahəsindəki 
bütün sənədlərin təsnifləşdirilməsində  istifadə edilən vahid təsnifat sistemidir. 
Müxtəlif  məlumat-axtarış  sistemlərində,  o  cümlədən  mexanikləşdirilmiş  və 
avtomatlaşdırılmış  məlumat-axtarış  sistemlərində  UOT-un  tətbiqi    onun 
perspektiv  inkişafini müəyyən edən əsas cəhətdir.  
UOT-un  tarixi  inkişafına  nəzər  yetirdikdə  məlum  olur  ki,  bu  təsnifat 
amerika kitabxanaşünası Melvel Dyunin  ―Onluq təsnifat‖ cədvəlinin əsasında 
yaranmışdır.  1851-1931-ci  illər  arasında  yaşayan  M.Dyui  məşhur  amerika 
kitabxanaşünaslarından  biri  olmuşdır  və  Amerika  kitabxanaçılıq  birliyinin 
yaradıcısı  və  təşkilatçısıdır.  M.Dyui  hələ  21  yaşında  Amxer  kolledcində 
oxuyarkən 
kollec  kitabxanasında  işləmiş  və  oradakı  ədəbiyyatı 
sistemləşdirmək üçün ―Onluq təsnifat‖ cədvəlini işləyib hazırlamışdır. 1876-cı 


45 
 
ildə  ABŞ-in  ümumi  kitabxanasının  buraxdığı  məcmuədə  M.Dyunin  məqaləsi 
dərc olunur. Bu məqalədə ―Onluq təsnifat‖ın əsas prinsirləri izah edilir. Yenə 
həmin  ildə  onun  ―Kitabxanalarda  kataloqların  tərtibi  və  kitabların  düzülməsi 
üçün təsnifat və predmet göstəricisi‖ adlı kitabçası nəşr edilir. Kitabça cəmisi 
42  səhifədən  ibarət  idi.  Bunun  11  səhifəsi  təsnifatdan,  qalanı  isə  predmet 
göstəricisindən ibarət idi. 
M.Dyunin  ―Onluq  təsnifat‖ında  bütün  bilik  sahələri  (0-dan-9-a  kimi) 
əsas şöbəyə bölünmüşdür. Təstifatda hər şöbə 10 yarımşöbəyə, hər yarımşöbə 
öz  növbəsində    10  bölməyə    və  bu  qayda  üzrə  daha  kiçik  10  bölmələrə 
bölünmüşdür. Təsnifatda istənilən  qədər bölgü həddi almaq mümkündür. 
M.Dyunin  təsnifatında  hər  bir  anlayışın  və  predmetin  dəqiq  və  sabit 
yeri  şöbələr,  yarımşöbələr  və  bölmələrin  hamısı  ərəb  rəqəmləri  ilə  ifadə 
edilmişdir.  Bu  cəhət    ―Onluq  təsnifat‖ın  beynəlxalq  xarakterini  asanlaşdırır. 
Hazırda  M.Dyunin  ―Onluq  təsnifat‖ı  əsasən  ABŞ  kütləvi  kitabxanalarında 
tətbiq  olunur.  ABŞ  Konqres  kitabxanasının  buraxdığı  çap  kartoçkalarında 
M.Dyunin təsnifatının indeksi verilir. Beləliklə, M.Dyunin ―Onluq təsnifat‖ını 
ABŞ milli təsnifatı kimi adlandırmaq olar. 
Hazirda M.Dyunin təsnifatının 21-ci nəşri çap edilmişdir. Təsnifat 30-
dan  artıq  xarici  dilə  tərcümə  edilmişdir.  135  ölkənin  200  mindən  artıq 
kitabxanasında tətbiq edilir. M.Dyünin təsnifatının 21-ci nəşri 4 cilddən ibarət 
rus  dilinə  tərcümə  edilmişdir.  Birinci  cild  girişdən,  ikinci  və  üçüncü  cildlər  
əsas cədvəllərdən, dördüncü cild isə əlifda-predmet göstəricisindən ibarətdir.  
Universal,  yəni  bütün  bilik  sahələrini  əhatə  edən  təsnifat  sistemi 
yaratmaq  ideyası    nəzəri  şəkildə  ABŞ-da  Boston  kitabxanasının  əməkdaşları 
M.Nafonel və Mertlef tərəfindən irəli şürülmüşdür. 
Sonralar  UOT-un  yaradıcıları  Pol  Otle  (1868-1944)  və  Anri  Lafonten 
(1854-1943)  olmuşlar.  Hər  iki  alim  1895-ci  ildə  Beynəlxalq  Biblioqrafiya 
institutu  yaratmış  və  bu  insititut  sonradan  Beynəlxalq  Sənədləşdirmə 
Federasiyasına çevrilmlşdir.  
1895-ci  ildə  Brüsseldə  birinci  Beynəlxalq  biblioqrafiya  konfransı  
çağrılır  və  qərara  alınır  ki,  düyada  bütün  bilik  sahələrinə  dair  ədəbiyyatın 
kartoçka kataloqunu əks etdirən ―Universal biblioqrafik repertuar‖ yaradılsın. 
Bu  repertuarın  yaradılmasına  rəhbərlik  işi    P.Otle  və  A.Lafontenə 
tapşırılmışdır. 
―Universal  biblioqrafik  repertuar‖a  lazımi  ədəbiyyat  tapmaq  üçün  hər 
şeydən əvvəl bilik sahələrinin o dövr üçün bölgüsünü, təsnifatını işləmək tələb 
olunurdu.  Bu  məqsədlə  P.Otle  və  A.Lafonten  M.Dyunin  ―Onluq  təsnifat‖ını 
əsas götürmüşlər. M.Dyunin təsnifatını öyrənərkən məlum olmuşdur ki, o dövr 
üçün nəşr olunmuş ədəbiyyatın xeyli hissəsinin məzmununu ifadə etmək üçün 
təsnifatda  rubrikalar  yoxdur,  sənəddə  bəhs  olunan  obyektləri  və  onlar 


46 
 
arasındakı  münasibətləri,  əlaqələri  indeksləşdirmək  mümkün  deyildir. 
Beləliklə, yeni təsnifat yaratmaq əsas məsələ kimi qarşıya çıxır. 
P.Otle  və  A.Lafontenin  rəhbərliyi  altında  1895-1905-ci  illərdə 
Beynəlxalq  Biblioqrafiya  institutunun  ―Onluq  təsnifat‖  cədvəlləri  işlənib 
hazırlandı.  1905-ci  ildə  təsnifatın  fransız  dilində  birinci  nəşri,  1927-1933-cü 
illərdə isə tam işlənmiş 2-ci nəşri çap olunur.(12, 161) 
İkinci  nəşrdən  etibarən  təsnifat  fransız  dilində  ―Universal  Onluq 
Təsnifat‖  (UOT)  adlandırılır.  UOT-un  üçüncü,  daha  genişləndirilmiş  nəşri 
1934-1954-cü illərdə alman dilində çap edilmişdir.  
Artıq  ikinci  dünya  müharibəsinə  qədərki  dövrdə  Beynəlxalq 
Biblioqrafiya  institutunun  işində  dünyanın  200  kitabxana-biblioqrafiya 
təşkilatı  və  500-ə  qədər  alimi  iştirak  edirdi.  Ona  görə  də,  UOT-un  ikinci  və 
üçüncü nəşrləri məzmun cəhətdən tam və əhatəli hazırlanmışdır. 
1938-ci 
ildə 
Beynəlxalq 
Biblioqrafiya 
institutu 
Beynəlxalq 
Sənədləşdirmə 
Federasiyasına  çevrildi.  Federasiyanın  əsas  vəzifəsi 
sənədləşdirmənin  nəzəri  problemlərini  işləmək  və  müxtəlif  bilik  sahələrinə 
dair  sənədlərin  yaradılmasını  və  istifadəsini  təşkil  etməkdən  ibarət  idi.  Bu 
vəzifələrlə  əlaqədar  olaraq  Federasiya  təsnifləşdirmə  problemlərinə  ciddi 
əhəmiyyət verirdi. XX əsrin 40-cı illərə qədərki dövrdə Federasiyanın nəzarəti 
altında UOT-un tam, ixtisaslaşdırılmış və sahəvi cədvəlləri nəşr edilmişdir.  
İkinci  dünya  müharibəsi  dövründə  və  müharibədən  sonrakı  5  il 
müddətində  maliyyə  çatışmamazlığına  görə  təsnifləşdirmə  sahəsində 
Federasiyanın işi bir qədər zəifləmişdir. XX  əsrin 50-ci illərindən başlayaraq 
UOT-un  alman  dilində  üçüncü  nəşri,  ingilis  dilində  dördüncü    nəşri,  fransız 
dilində  beşinci  nəşri,  həmçinin  təsnifatın  dolğun  beynəlxalq  xarakterli  nəşri, 
yapon dilində altıncı nəşri və digər nəşrləri çap edilmişdir. Ümumiyyətlə, 50-
ci  illərdən  başlayaraq  UOT-un  çoxdilli  nəşrləri  hazırlanmışdır.  1945-ci  ildən 
başlayaraq Beynəlxalq Sənədləşdirmə Federasiyasının nəzdində təsnifləşdirmə 
üzrə Mərkəzi Komitə yaradılmışdır. Bu komitə UOT-da dəyişiklik və əlavələr 
edir, onun yeni nəşrlərini hazırlayırdı. 
Ümumiyyətlə, Beynəlxalq Sənədləşdirmə Federasiyası tərəfindən UOT 
cədvəllərinin dörd beynəlxalq nəşri olmuşdur. Birinci və ikinci tam köhnə nəşr 
Brüsseldə  fransız  dilində  (1905-1907  və  1927-1933  –cü  illərdə)  və  üçüncü 
nəşri  Standartlar  institutu  tərəfindən  hazırlanmışdır.  1934-1954-cü  illərdə  isə 
UOT-un  alman  dilində  11  ciddən  ibarət  nəşri  çap  edilmişdir.  Dördüncü  nəşr 
ingilis dilində 1936-cı ildə çap edilmişdir.(4,s.68) 
UOT-un sonrakı illərdə  də qısa nəşrləri  çap edilmişdir ki, bunlar kiçik 
fonda  malik  olan  kitabxanalar  üçün  nəzərdə  tutulmuşdur.  Həmin  cədvəllər 
1958, 1968-ci illərdədə çap edilmişdir. 


47 
 
60-cı  illərin axırlarında  UOT cədvəllərinin  yeni  nəşr növü, tam nəşrin 
orta  həcminə  malik  olan  nəşri  çap  edilmişdir.  UOT  cədvəllərinin  orta  nəşri 
Standartlar Komitəsi tərəfindən 1967-ci ildə iki cilddə çap edilmişdir. 
Rusiyada  UOT  sisteminin  detallaşdırma  dərəcəsinə  görə  müxtəlif 
cədvəl variantları nəşr edilmişdir. Təbiətşünaslıq və texniki elmlər üzrə UOT-
un  tam  cədvəli  6  buraxılışda  nəşr  edilmişdir:  birinci  nəşr  1963-1966-cı  il; 
ikinci  nəşr  1969-1971-ci  il;  üçüncü  nəşr  7  buraxılışdan  ibarət    1974-cü  il. 
UOT-un  orta  nəşri  1969-cu  ildə,  qısaldılmış  nəşrinin  birinci  variantı  1962-ci 
ildə  professor E.İ.Şamurin  tərəfindən   tərcümə  və  redaktə  edilmiş,  2-ci  nəşri 
isə 1978-ci ildə çap olunmuşdur (4, 69). 
1979-1986-cı  illərdə    bir  sıra  əlavə  və  dəyişikliklərlə  ayrı-ayrı 
buraxılışlardan  ibarət  UOT-un  rus    dilində  nəşri  çap  edilmişdir.  Universal 
Onluq  Təsnifatın    rus  dilində  son  təkmilləşdirilmiş  nəşri  2001-ci  ildə  nəşr 
edilmişdir. Burada şöbələr aşağıdakı ardıcıllıq üzrə verilmişdir: 
0.  Ümumı şöbə 
 1.  Fəlsəfə. Psixologiya. 
 2.  Din. Teologiya. Ateizm. 
 3.  İctimai elmlər. Hüquq. İdarəetmə 
4.  1961-ci ildən boşdur.Əvvəllər bu şöbədə ―Dilçilik‖ verilirdi. Həmin 
şöbə  8-ci  şöbəyə  keçirilmişdir.  Ehtimal  edilir  ki,  4-cü  şöbədə  sahələrarası, 
müştərək elmlərin təsnifat qrupları veriləcəkdir.  
 5.  Riyaziyyat. Təbiətşünaslıq elmləri.  
 6.  Tətbiqi elmlər. Tibb.Texnika. 
7.    İncəsənət.  Dekorativ-tətbiqi  incəsənət.  Fotoqrafiya.  Musiqi. 
Oyunlar. İdman. 
8.  Dilçilik. Filologiya. Bədii ədəbiyyat. Ədəbiyyatşünaslıq. 
9.  Coğrafiya. Tərcümeyi hallar. Tarix . 
UOT-da  müxtəlif  elm  sahələrinə  dair  ədəbiyyatın  təsnifləşdirilməsi 
köməkçi  cədvəllərə  əsaslanır.  Burada  köməkçi  cədvəllər  təyinedicilər 
adlandırılır.  Təyinedicilər  iki  yerə  bölünür:  analaitik  təyinedicilər,  ümumi 
təyinedicilər.  
Analitik  təyinedicilər  UOT-da  defis  (-  .)  və  nöqtə,  sıfır  işarələri  ilə 
(0...) göstərilir. Bu təyinedicilər əsasən 5-ci və 6-cı şöbələrdə verilir və konkret 
anlayışları ifadə edir (qurğu, alət, təmir və s.).  
UOT-da verilən ümumi təyinedicilər iki qrupa bölünür. 
1.  Sənədlərin  məlumat  formasını  ifadə  edən  təyinedicilər  (dil,  forma, 
yer və zaman təyinediciləri) 
2.  Sənədin  məzmununu  daha  da  geniş  və  konkret  şəkildə  açmağa 
imkan verən təyinedicilər (nöqteyi-nəzər, şəxs və material təyinediciləri). 


48 
 
UOT universal  onluq  təsnifat  olmasına baxmayaraq və  eləcə də  bütün 
avtomatlaşdırıılmış sistemlərdə müvəffəqiyyətlə tətbiq edilməsinə baxmayaraq 
bir sıra nöqsanlara malikdir: 
1. Yeni elm, texnika və mədəniyyətin müasir inkişafı onluq çərçivəsinə 
sığışmır. 
2.  Hər  bir  bölmə  və  yarım  bölmə    yalnız  on  yerə  bölündüyünə  görə 
yeni bilik sahələrini əks etdirmək üçün UOT-da ehtiyat rubrikalar yoxdur.  
3. Ümumi bölgü olduqca mürəkkəbdir. 
4.  Elmlərin  düzülüşündə  məntiqi  ardıcıllıq  pozulub.  Şöbələr  qeyri-
bərabər  yüklənir,  xüsusən  5,  6,  7  şöbələr.  Gələcəkdə  5  və  6-cı  şöbədən  bəzi 
elm sahələrinin 4-cü şöbəyə keçirilməsi nəzərdə tutulur (4, 70). 
Lakin  bütün  bunlara  baxmayaraq  Universal  Onluq  Təsnifat 
müvəffəqiyyətlə tətbiq edilən təsnifat sistemi kimi qəbul edilir.  
Rusiya  kitabxanaşünasları  XX  əsrin  50-ci  illərindən  başlayaraq  yeni 
kitabxana-biblioqrafiya  təsnifatı  yaratmaqla  məşğul  olmuş  və  60-cı  illərin 
sonunda bu işi başa çatdırmışlar. 
Təsnifatın yaradıcıları Rusiya Dövlət Kitabxanası, M.Y.Saltkov-Şedrin 
adına  Sankt-  Peterburq  Dövlət  Kitabxanası,  Rusiya  Elmlər  Akademiyası  və 
Rusiya Dövlət Kitab Palatasının kollektivləri olmuşdur (10, 111). 
Təsnifatda  bütün  bilik  sahələri  obyektiv  aləmin  tərkib  hissələrinə 
uyğun olaraq üç  sahəyə bölünmüşdür. 
1. Cansız təbiət haqqında elmlər – dəqiq elmlər 
2. Canlı orqanizmlər  haqqında elmlər –biologiya elmləri 
3. Cəmiyyət haqqında elmlər – ictimai elmlər 
1960-cı illərdən etibarən Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) nəşr 
edilməyə  başlamış  və  onun  müxtəlif  variantları  çap  edilmişdir.  KBT-nin 
əsasən 5 variantı hazırlanmışdır. 
1.KBT.  Tam  variant  (iri  elmi  kitabxanalar  üçün  –  25  buraxılış  30 
kitabdan ibarət 1961-1968-ci illərdə çap edilmişdir) 
2.  KBT.  Elmi  kitabxanalar  üçün  qısaldılmış  cədvəllər  (5  buraxılış,  6 
kitabdan ibarət  1969-1972- ci illərdə çap edilmişdir) 
3.  KBT.  Vilayət  kitabxanaları  üçün  (4  kitabdan  ibarət,  1980-1983-cü 
illərdə çap edilmişdir) 
4. KBT. Kütləvi kitabxanalar üçün 1 cilddə (ilk nəşri 1977-ci ildə çap 
edilmişdir) 
5. KBT. Uşaq və məktəb kitabxanaları üçün 1 cilddə ( ilk nəşri 1986-cı 
ildə çap edilmişdir) (10,s.111-112) 
KBT-nin  tam  nəşrinin  ümumi  həcmi  500  çap  vərəqindən  ibarətdir. 
Təsnifatın  hazırlanmasında  800-dən  artıq  alim  (akademiklər,  müxbir  üzvləri, 
elmlər doktorları və namizədləri) məsləhətçi kimi iştirak etmişdir.  


49 
 
KBT-nin  elmi  kitabxanalar  variantının  əsas  cədvəlləri  21  şöbədən 
ibarətdir.  Elmlər  təsnifatına  uygun  olaraq  bu  şöbələr  aşağıdakı  kimi 
yerləşdirilmişdir: 
A  -  Əvvəllər  bu  şöbə  marksizm-leninizm  adlandırılmışdır.  Hazırda 
şöbənin         
fəaliyyəti dayandırılmışdır. 
Б -  Təbiətşünaslıq elmləri 
B -  Fizika-riyaziyyat elmləri  
Г -  Kimya elmlər 
Д -  Yer haqqında elmlər 
E -  Biologiya elmləri 
Ж/0 - Texnika. Texniki elmlər 
П -  Kənd və meşə təsərrüfatı 
P -  Səhiyyə. Tibb elmləri 
C -  Bütünlükdə ictimai elmlər 
T -  Tarix. Tarix elmləri 
У -  İqtisadiyyat. İqtisadi elmlər 
Ф -  Siyasət. Siyasi elmlər 
X -  Dövlət və hüquq. Hüquq elmləri 
Ц -  Hərbi elm. Hərbi iş 
Ч-  Mədəniyyət. Elm. Maarif 
Ш -  Filologiya elmləri. Bədii ədəbiyyat  
Щ -  İncəsənət. Sənətşünaslıq 
Э -  Din. Ateizm 
Ю -  Fəlsəfə elmləri. Psixologiya 
Я-  Universal məzmunlu ədəbiyyat  (2, 75). 
Təsnifatda  böyük  rus  hərfləri  ilə  işarə  edilmiş  bütün  şöbələr  obyektiv 
aləmin  tarixi  inkişafı  baxımından,  yəni  təbiət-cəmiyyət-təfəkkür  silsiləsinə 
əsasən qurulmuşdur.   
KBT-nin 
mühüm  hissəsini  köməkçi  tipik  bölgü  cədvəlləri 
(təyinedicilər)  təşkil  edir.  Tipik  bölgü  cədvəlləri  əsas  cədvəllərdən  fərqli 
olaraq  istənilən  bilik  sahəsinin  ümumi  cəhətlərini  təsnifləşdirməyə  imkan 
verir. Ümumi tipik bölgülər təsnifatın əsas cədvəlləri vasitəsilə təsnifləşdirilən 
ədəbiyyatın  müəyyən  tiplər  üzrə  qruplaşdırılmasını  təmin  edir.  Bu  bölgülər 
formal  və  mövzu  bölgülərindən  ibarətdir.  Tematik  bölgülərdə  elmşünaslıq 
məsələləri  (məsələn,  elmin  metodologiyası,  tarixi,  təşkili  və  s.),  formal 
bölgülərdə isə sənədin forma və istiqaməti ( məsələn, müxtəlif biblioqrafik və 
soraq materialları, nəşr növləri və s.) verilir. Ümumi tipik bölgü cədvəllərinin 
şöbələri  kiçik  rus  hərfləri  ilə,  sonrakı  bölgüləri  isə  əlifba-rəqəm  işarələri  ilə 
göstərilir.  


50 
 
KBT-də  ərazi  tipik  bölgülər  də  işlənmişdir.  Bu  bölgü  əsasında 
sənədləri məhəlli, ərazi əlamətlərinə görə təsnifləşdirmək olar. Cədvəldə ərazi 
tipik  bölgüləri  iki  variantda  işlənmişdir:  təbiətşünaslıq  elmləri  üçün    -  fiziki 
cografi  rayonlara  görə;  ictimai  elmlər  üçün  –  siyasi  inzibati  bölgülərə  görə. 
Hər iki bölgüdə indekslər mötərizə içərisində rəqəmlərlə (...) işarə edilir. 
Təsnifatda  xüsusi  tipik  bölgü  cədvəlləri  də  vardır.  KBT-nin  sahəvi 
buraxılışlarında  bu  cədvəllərin  miqdarı  150-yə  qədərdir.  Xüsusi  tipik  bölgü 
cədvəlləri əlaqədar şöbədə rubrikalardan sonra verilir.  
KBT-nin  tam  nəşrinin  əlifba-predmet  göstəricisi  də  verilmişdir.  Bu 
göstəricidə 20 minə yaxın rubrika vardır.  
Sonralar  KBT-nin  nəşrləri  bir  qədər  inkişaf  etdirilərək  kütləvi 
kitabxanalar,  uşaq  və  məktəb  kitabxanaları  üçün  nəşrləri  yaranır.  Bu 
variantlarda  ixtisarlar  aparılaraq  bütün  elm  sahələri  9  şöbə  daxilində 
qruplaşdırılmışdır. Şöbələr ərəb rəqəmləri ilə işarə edilmişdir: 
1.  Ümumelmi  və  fənnlərarası  biliklər.  Əvvəllər  bu  şöbə  marksizm-
leninizm adlandırılırdı 
2. Təbiətşünaslıq elmləri 
3. Texnika. Texniki elmlər 
4. Kənd və meşə təsərrüfatı 
5. Səhiyyə. Tibb elmləri 
6/8. İctimai və humanitar elmlər 
9. Biblioqrafik vəsaitlər. Məlumat nəşrləri (10, 114-115). 
Hazırda 1993-1995-ci illərdə ideoloji və siyasi aləmdə baş verən sosial 
dəyişiklikləri özündə əks etdirən KBT-nin yeni nəşrləri hazırlanır.  
1998-ci  ilin  oktyabrında  KBT-nin  nəşrinin  30  illiyinə  həsr  edilmiş 
Beynəlxalq  konfransda  dünya  standartlarına  cavab  verə  bilən  KBT-nin 
nəşrlərinin  yeni  variantlarının  hazırlanması  məsələsi  irəli  sürülmüşdür. 
Əvvəlcə  KBT-nin  tam  nəşrinin  hazırlanması  fikri  əsas  götürülmüşdür.  Bu  
variant  məlum  olduğu  kimi  1960-1968-ci  illərdə  30  kitabdan  ibarət  çap 
edilmişdir.  Belə  bir  həcmdə  olan  nəşrin  çapı  baha  başa  gəldiyindən  qərara 
alınmışdır  ki,  elmi  kitabxanalar  üçün  olan  variantının  (1970-1972-ci  illər,  6 
kitabdan  ibarət)  təkrar  çapı  hazırlansın  və  burada  tibb  və  kənd  təsərrüfatı 
şöbələrinin detallaşmasına xüsusi diqqət yetirilsin.  
Bunun  nəticəsi  olaraq  Rusiyada  elmi-tədqiqat  mərkəzi  KBT 
cədvəllərinin  yeniləşməsinə  ictimai  elmlər  şöbəsindən    başlamışdır.  2000-ci 
ildən başlayaraq müəlliflər kollektivi arasında iş birliyi yaradılmışdır.  
Elmi  kitabxanalar  üçun  ixtisar  edilmiş  variantın  nəşrinin  8  ciddən 
ibarət çap edilməsi qərara alınmışdır. Ayrı-ayrı buraxılışlar üçün materialların 
aşağıdakı qayda üzrə yerləşdirilməsi nəzərdə tutulmuşdur. 
A,Я    1,9  Ümumelmi  və  fənnlərarası  biliklər.  Universal  məzmunlu 
ədəbiyyat. 


51 
 
Bu buraxılışda həmçinin giriş, tipik bölgülər cədvəli veriləcək. 
Б/E     2    Təbiət elmləri. 
Ж/O    3     Texnika. Texniki elmlər. 
П/Р  4/5  Kənd  və  meşə  təsərrüfatı.  Kənd  və  meşə  təsərrüfatı  elmləri.       
Səhiyyə. Tibb elmləri.    
C/T  60/63    İctimai  elmlər  ümumilikdə.  Sosial  fəlsəfə.  Sosiologiya. 
Statistika. Demoqrafiya. Tarix. Tarix elmləri. 
У/Ц     60/68  İqtisadiyyat. İqtisadi elmlər. Siyasət. Siyasi elm. Hüquq. 
Hüquq elmləri. Hərbi iş. Hərbi elm.       
Ч/Ю  70/88    Mədəniyyət,  elm,  maarif.  Filologiya  elmləri.  Bədii 
ədəbiyyat. İncəsənət. İncəsənətşünaslıq. Din. Mistika. Azad düşüncə. Fəlsəfə. 
Psixologiya. (3,s.32) 
8-сi  cilddə    bütün  cildlərə  aid  toplu  əlifba-predmet  göstəricisi 
veriləcəkdir.  Digər  cildlərin  hər  birində  də  əlifba-predmet  göstəricisinin 
verilməsi nəzərdə tutulmuşdur. 
Buraxılışlar  hazırlandıqca  çap  edilir.  Hər  bir  buraxılış  çap  edilib  
istifadəyə verildikcə ona dair əlavə və dəyişikliklər də çap ediləcəkdir. 
XXI  əsrdə  yaşadığımızı    nəzərə  alaraq  modernləşmə  prosesini 
dayandırmaq olmaz. Biz həmişə yeni problemlərlə üzləşirik, ona görə də bütün 
bu problemlər təsnifat cədvəllərində öz əksini tapmalıdır. 
Təsnifat  cədvəlinin  bu  variantı  bütün  kitabxanalar  üçün  (universal, 
elmi,  milli,  kütləvi  kitabxanalar  və  s.)  nəzərdə  tutulmuşdur.  2001-ci  ildən 
başlayaraq KBT-nin buraxılışlarla nəşrləri çap edilir. 
Qeyd etmək lazımdır ki, adları qeyd edilən təsnifat sistemlrindən UOT 
və  KBT  respublikamızın  kitabxanalarında  geniş  tətbiq  edilmişdir.  Universal 
Onluq  Təsnifat  Azərbaycanda  ötən  əsrin  20-ci  illərindən  başlayaraq  elmi, 
xüsusi və  kütləvi kitabxanalarında tətbiq edilməyə başlamışdır. 1950-ci illərin 
sonuna  qədər    demək  olar  ki,  respublikanın  bütün  tədris,  elmi  və  xüsusi 
kitabxanalarında  sənədlərin  sistemləşdirilməsi  və  kataloqlaşdırılması 
Universal  Onluq  Təsnifat  üzrə  aparılmışdır.  Lakin  1960-cı  illərdən  etibarən 
Rusiyada  yeni  təsnifatın  yaradılması  ilə  əlaqədar  olaraq  Universal  Onluq 
Təsnifatın 
elmi  və  xüsusilə  də  kütləvi  kitabxanalarda  tətbiqini 
məhdudlaşdırmışdır.  Çünki,  bu  təsnifat  cədvəlləri  bütün  kitabxanalarda 
məcburi  olaraq  tətbiq  edilirdi.  Lakin  elmi-texniki  tərəqqinin  durmadan 
inkişafı,  informasiya  tələbatçılarının  mürəkkəb  və  çoxsahəli  sorğularının  tam 
ödənilməsi məqsədilə keçmiş SSRİ Nazirlər Soveti 11 may 1962-ci il tarixində 
―Ölkədə  elmi-texniki  məlumatın  yaxşılaşdırılması  haqqında‖  qərar  qəbul 
etmişdir.  Qərara  müvafiq  olaraq  UOT  ölkədə  təbiətşünaslıq  və  texniki 
ədəbiyyatın  təsnifləşdirilməsində  texniki,  tibb,  kənd  təsərrüfatı  kitabxanaları 
və  elmi-texniki  informasiya  orqanları  üçün  vahid  təsnifat  sistemi  kimi  qəbul 
edilmişdir (10, 115). 1962-ci  il qərarına müvafiq olaraq    Respublikanın bir 


52 
 
sıra  kitabxanalarında  Azərbaycan  Dövlət  Neft  Akademiyasının,  Respublika 
Elmi  Texniki  Kitabxanasının,  Azərbaycan  Dövlət  Tibb  Universitetinin,  Bakı 
Dövlət  Universitetinin,  Respublika  Tibb  kitabxanasında  təbiətşünaslıq  və 
texniki ədəbiyyatın sistemləşdirilməsi UOT üzrə aparılır. İctimai və humanitar 
elmlərə dair ədəbiyyatın təsnifləşdirilməsində isə KBT tətbiq edilir. 
Respublikanın  digər  elmi  və  xüsusi  kitabxanalarında  (məsələn, 
M.F.Axundov  adına  Milli  Kitabxanada,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanasında)1960-cı  illərdən,  kütləvi 
kitabxanalarda    isə  1980-ci  illərdən    Kitabxana  Biblioqrafiya  təsnifatı  tətbiq 
edilir.   
Beləliklə,  bütün  bu  deyilənlərdən  məlum  olur  ki,  müasir  dövrdə 
kitabxanalarımızda tətbiq edilən təsnifat cədvəlləri içərisində Universal Onluq 
Təsnifat  və  Kitabxana  Biblioqrafiya  Təsnifatı  xüsusi  yer  tutur.  Bu  təsnifat 
cədvəlləri yarandığı dövrdən müntəzəm olaraq təkmilləşir. 
 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin