Kredit No. 4210-az



Yüklə 14.23 Kb.
tarix23.07.2017
ölçüsü14.23 Kb.
Azərbaycan Respublikası

Azərbaycan Səhiyyə Sektorunda İslahatlar Layihəsi (HSRP)

Kredit No. 4210-AZ


Marağı ifadə edən sənədlərin təqdimatına dair dəvətnamə

Azərbaycanda Səhiyyə İşçiləri arasında sertifikatlaşdırma prosesinə

dair əhalinin maarifləndirilməsi kampaniyasının keçirilməsi
Azərbaycan Respublikası Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (HSRP) icrası üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (İDA) Kredit almışdır.

Layihənin inkişaf məqsədi səhiyyə sisteminin idarə olunması və maliyyələşdirilməsi mexanizmini ümumən təkmilləşdirmək və seçilmiş rayonlarda əsas tibbi xidmətlərin texniki və duyulan keyfiyyətini maliyyə cəhətindən məsuliyyətli və davamlı surətdə yaxşılaşdırmaq və əlçatan etməkdir. Layihənin əsas komponentlərinə aşağıdakılar daxildir: (i) rəhbər etmə potensialının gücləndirilməsi; (ii) səhiyyə xidmətlərinin göstərilməsi keyfiyyətinin artırılması; (iii) səhiyyənin davamlı maliyyələşdirilməsi və vəsaitlərin bölüşdürülməsi; və (iv) kadrların inkişaf etdirilməsi yolu ilə səhiyyə sektorunun uzun-müddətli kadr ehtiyaclarının təmin edilməsi.

Səhiyyə Nazirliyinin nəzdində yaradılmış Layihənin İcra Qrupu (LİQ) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin hazırlanması, icrası və idarə edilməsi prosesinə görə, habelə Səhiyyə Nazirliyi adından bütün islahat proseslərinə nəzarətə görə cavabdehdir.

Layihənin İcra Qrupu (LİQ) hazırda məsləhətçiləri (hüquqi şəxsləri) qeyd olunmuş xidmətləri təmin etməkdə maraqlı olduğunu bildirməyə dəvət edir. Məsləhətçi “Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” (May, 2004-cü il) sənədində təsvir edilmiş “Məsləhətçinin İş Keyfiyyətlərinə əsaslanan Seçim” üsuluna əsasən seçiləcək.

Maraqlı olan Məsləhətçilər (hüquqi şəxsləri) həmin xidmətlərin təmin olunması üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu, habelə aşağıdakı keyfiyyət meyarlarına cavab verdiklərini əks etdirən məlumatı təqdim etməlidirlər. Yuxarıdakı məlumat ilə bərabər, Məsləhətçi həmçinin onun hüquqi statusunu təsdiq edən sənədi (notarius tərəfindən təsdiqlənmiş nizamnamə, məhkəmə qərarı) təqdim etməlidir. Maraqlı olan məsləhətçilər həmin xidmətlərin təmin olunması üçün tələb olunan bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı (kitabçalar, oxşar tapşırıqların təsviri, oxşar şəraitlərdə iş təcrübəsi, müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər.

Bu tapşırığın əsas məqsədi Bakıda və Azərbaycanın səkkiz iqtisadi rayonunda səhiyyə işçiləri üçün məlumat sessiyaları keçirməkdir. Sessiyalar zamanı nümayiş etdiriləcək Power Point təqdimatları vasitəsilə sertifikatlaşdırma prosesinin mərhələləri və qaydaları sadə və asan dərk edilən üsul ilə iştirakçılara tanıdılacaq, və kitabçalar paylanılacaq.

Məsləhətçi şirkət aşağıdakı keyfiyyət tələblərinə cavab verməlidir:


  • İctimai əlaqələr və maarifləndirmə kampaniyalarının keçirilməsi sahəsində ən azı beş il təcrübə, xüsusilə də səhiyyə sektorunda;

  • Təlim materialları buraxmaq və müxtəlif ixtisaslı səhiyyə mütəxəssisləri üçün təlimlərin keçirilməsi sahəsində səriştəli və təcrübəli komandaya malik olması;

  • Dizayn işləri, müraciətlərin tərtibatı və yekunlaşdırılması daxil olmaqla, səhiyyə məsələlərinə aid kommunikasiya materiallarının yaradılması sahəsində faktiki və sübutlu təcrübə;

  • Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə müsbət iş nəticələri və proqressiv təcrübə;

  • Azərbaycanın səhiyyə sistemi və sertifikatlaşdırma prosesinə dair dərin biliklər və xəbərdarlıq.

Əsas işçi heyəti:

  • Təlimlərin keçirilməsində ən azı 3 il iş təcrübəsi;

  • Təlim materiallarının tərtib olunmasında yüksək bilik və bacarıq;

  • Azərbaycanın mövcud səhiyyə sistemi haqqında məlumatlılıq;

  • Azərbaycan dilində yüksək səviyyəli şifahi və yazılı kommunikasiya bacarıqları.

Marağı İfadə edən Sənədin təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər maraqlı olan məsləhətçilər iş günləri saat 10-dan 18-ə qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.

Marağı İfadə edən Sənəd 2011-ci il 28 fevral tarixinə (saat 18:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.

Ünvan:

Səhiyyə Nazirliyi nəzdində Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, Az1122, Azərbaycan

Tel: +994-12-431-1968



Faks: +994-12-431-1937

Elektron ünvan: office@hsrp.az


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə