Kommunikasiya prosesində ədəbi dil normalarından düzgün istifadə


Qrammatik normalar. Dilin qrammatik quruluşu



Yüklə 242,96 Kb.
səhifə5/5
tarix26.10.2022
ölçüsü242,96 Kb.
#66263
1   2   3   4   5
Kommunikasiya prosesində ədəbi dil normalarından düzgün istifadə[1]

Qrammatik normalar. Dilin qrammatik quruluşu
Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi və s. ilə bağlı qaydalar daxildir. Qrammatik normalara aşağıdakıları misal göstərək. Söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) işlənir. Məsələn; arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam, dörd göz otaq əvəzinə beş qələmlər, xeyli adamlar, dörd göz otaqlar demək düzgün sayılmır. Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.
Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə, ifadələrlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan qaldırmaqla nitqin ahəngdarlığını təmin edir.
Deyilənlərdən əlavə digər kateqoriyaların, məsələn, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairənin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur.
Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez müşahidə olunur. Məsələn;
a) Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar:
1. Bir neçə maşın torpaqları həyətə tökdülər.
2. G.Aslanov 12 nəfərlik ailəsi ilə beton döşəmənin üstündə yaşayırlar.
3. Hər bir ailə qurmaq istəyən gənclər uçota götürülür.
b) İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar:
1. Ustalar 1400 oturacaq stullar təmir etdilər.
2. Bir çox ölkələrin müşahidəçilər seçkidə iştirak etdilər.
Birinci cümlədə stullar, ikinci cümlədə müşahidəçilər sözləri müəyyən təsirlik halında işlənməlidir.
c) Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar:
1. Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (olmalıdır: həyatının bütün sahələri).
2. Bizim daha da dostluğumuz artdı (olmalıdır: daha da artdı).
ç) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar:
1. Ona müvəffəqiyyət uğuru arzu edirəm.
2. Bu fəaliyyət XX əsrin əvvəlində daha da fəallaşdı.
3. Kompüterdə kompüteri öyrənirəm.
4. Yaşarın yazdığı yazını oxudum və s.



Yüklə 242,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin