Kolleci ehtimal nəZƏRİYYƏSİ VƏ


Elementar hadisələr fəzası



Yüklə 177,64 Kb.
səhifə4/21
tarix10.05.2022
ölçüsü177,64 Kb.
#57278
1   2   3   4   5   6   7   8   9   ...   21
Ehtimal-nəzəriyyəsi-конвертирован

Elementar hadisələr fəzası

Fərz edək ki, təkrarən aparıla bilən hər hansı S sınağının icrasında cüt-cüt uyuşmayan ωi (i=1, 2, ...) nəticələrindən ancaq biri baş verir. Bu halda ωi nəticələrinin hər biri S sınağının elementar hadisəsi (və ya elementar nəticəsi) adlanır. Bütün belə elementar hadisələr çoxluğuna S sınağının elementar hadisələr fəzası deyilir və Ω ilə işarə olunur:

  1,2 ,... və ya   
İxtiyari təbiətli , elementlərinin Ω çoxluğu elementlər hadisələr fəzası, onu təşkil edən ω elementləri isə elementar hadisələr adlanır.

Hər bir real hadisə və prosesi öyrənmək üçün uyğun elementar hadisələr fəzası təyin edilir. Baxılan sınağın cüt-cüt uyuşmayan, uyğun nəticələri isə elementar hadisələr hesab olunur. Elementar hadisələr fəzasının



hər bir alt çoxluğuna təsadüfi hadisə və ya hadisə deyilir. Aparılan sınaqda müəyyən hadisənin baş verməsi, onu təşkil edən elementar hadisələrin heç olmasa birinin baş verməsi deməkdir. Beləliklə, baxılan sınaq nəticəsində baş verə bilən bütün hadisələr çoxluğu Ω fəzasının bütün alt çoxluqları çoxluğundan ibarətdir. Ω çoxluğundan (fəzanın özündən) ibarət olan hadisə, sınaq nəticəsində baş verən hər bir elementar hadisənin baş verməsi nəticəsində baş verir. Bu o deməkdir ki, Ω hadisəsi hər bir sınaq nəticəsində baş verir. Deməli, Ω fəzası yəqin hadisədir. Boş çoxluq isə sınağın icrası zamanı heç bir elementar hadisənin baş verməsi nəticəsində baş verə bilməz, yəni, boş çoxluğu mümkün olmayan hadisədir. Məlumdur ki, n sayda

elementdən ibarət olan sonlu

  1,2 ,..., n  çoxluğunun 2n sayda altçoxluğu


vardır. Buradan aydındır ki, n sayda elementar hadisədən ibarət olan

  1,2 ,..., n fəzası 2n sayda hadisə ilə bağlıdır. Bu hadisələrdən biri yəqin hadisə (fəzanın özü), o biri isə mümkün olmayan hadisədir.


Yüklə 177,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin