Ключ[править



Yüklə 126,27 Kb.
səhifə3/3
tarix10.11.2022
ölçüsü126,27 Kb.
#68260
1   2   3
Kriptorafiya

alqoritmlər praktiki olaraq bu sinifə aiddirlər).

DAYAQLIQ ALQORİTMİ

Şifrələmənin dayaqlıq alqoritmi aşağıdakı prinsipə uyğun işləyir: baçlanğıc məlumatın hər bir siqnalı (və ya simvollar ardıcıllığı) digər simvol ilə (və ya digər simvolların ardıcıllığı ilə) əvəz olunur (dəyişdirilir).


Konkret nümunələrə baxaq.


Sezar şifri.


Ən qədim və ən sadə dayaqlıq şifri Qay Yuliy Sezar tərəfindən istifadə edilən şifr sayılır. Burada başlanğıc məlumatın hər bir şifrələnən hərfi özündən üç mövqe sonra duran hərflə əvəz olunur.

M = криптография


-3
Mı = нултхсеугчлз К = ?
Şəkil 4. Yuliy Sezar şifrələnməsinə nümunə

Y.Sezar şifrinin xüsusiyyəti onun açarının olmamasıdır. 3 ədədi açar kimi istifadə edilə bilməz, çünki o məlumat göndərən tərəfindən seçilmir, sadəcə olaraq hərfin yerindən tərpədilməsi üçün istifadə edilir. Qeyd etmək lazımdır ki, Y.Sezarın rəhbərliyi dövründə göstərilən hal şifrin asanlığı sayılmırdı.


İndiki zamanda informasiyanın şifrələnməsi və deşifrələnməsi prosesi o qədər mürəkkəbləşdirilmişdir ki, lazım olan əməliyyatların əl ilə həyata keçirilməsi mümkün deyil. Bu məqsədlə proqram təminatından istifadə edilir və bu işlə məşğul olan şəxs lazım gəldikdə tamamilə şifrələmə alqoritmini bərpa edə bilir.
Kriptoqrafik proqram təminatı geniş kütlə üçün nəzərdə tutulmayanda bu qayda-qanun pozula bilər. Məsələn, elektron səsvermə sistemlərində, hökumət əlaqə xətlərində istifadə

olunan üsuldan imtina olunanda və s. nümunə kimi göstərilə bilər.


Təcrübə göstərir ki, bədniyyətli insanlar kriptoqrafik müdafiə sistemini sındırmaqla proqrama daxil ola bilir, istifadə olunan alqoritmləri təhlil edirlər.
Çoxəlifbali şifr (sadə dəyişməklə alinan şifr).
Dayaqlıq şifrələrindən geniş yayılmışıdır. Burada əlifbanın hər bir simvoluna digər əlifbanın bəzi simvolu uyğun gəlir. Şifrələmə zamanı açıq mətndəki hər bir simvol uyğun digər simvol ilə əvəzlənir.
Şifrə açar kimi hazırlanmış cədvəldən istifadə olunur. Başqa sözlə, şifrələnmiş mətnə açar əlifbada yeri dəyişdirilmiş simvollardır.

абвгдеёжзкйклмнопрстуфхчщьъэюя


К =йцукенгшщзхъэждлорпавыфячсмитьбюё а = й
б = д в = у
. . .
M = криптография Mı = ързоалкойызё
Şəkil 5. Hərflərin sadə üsulla dəyişməsinə nümunə

Göstərilən nümunədə aşarların sayı yerdəyişmədə iştirak edən hərflərin sayına, yəni 33-ə bərabərdir. Əgər milyon kompüter milyon mümkün açarların sayını yoxlasaydı, bütün variantların yoxlanmasına milyon il lazım gələcəkdi. Deməli, monəlifbalı şifrə seçim üsulu ilə açarın seçilməsinə imkan vermir, şifrənin sındırılması isə mümkün deyil.


Amma cari şifrə sadə şəkildə kriptoanalız aparmağa imkan verir. Kriptotəhlil hər bir simvolun hesablanması və həmin simvolun rast gəlinmə tezliyi ilə yerinə yetirilir. Kifayət qədər uzun məlumat (4 - 5 tərtibli cümlə) üçün bu informasiya kifayətdir, əlifbanın hərflərinin cədvələ uyğun təkrarlanması ilə onu tutuşdurmaq olar.


Məlumdur ki, bütün dillərdə istifadə olunan sözlərdə əlifba simvolların təkrarlanması mövcuddur, məsələn, rus dilində “O” hərfi daha tez-tez təkrarlanır, nəin ki, “Ф” hərfi. Bunu aşağıdakı cədvəldə aydın müşahidə etmək mümkündür.

Cədvəl 1. Rus dilində tez-tez təkrarlanan hərflər


Simvol Ehtimal Simvol Ehtimal Simvol Ehtimal


probel 0,175 К 0,028 Ч 0,012
О 0,089 М 0,026 Й 0,010
Е 0,072 Д 0,025 Х 0,009
А 0,062 П 0,023 Ж 0,007
И 0,062 У 0,021 Ю 0,006
Н 0,053 Я 0,018 Ш 0,006
Т 0,053 Ы 0,016 Ц 0,004
С 0,045 З 0,016 Щ 0,003
Р 0,040 Ь 0,014 Э 0,003
В 0,038 Б 0,014 Ф 0,002
Л 0,03 Г 0,013

İngilis dilində aparılmış araşdırmalar göstərir ki, ən çox


the artikulundan istifadə edilir.
Beləliklə, monoəlifba şifrəsi aparılan kriptoanalizə zəif müqavimət göstərir. Bu baxımdan düşmənə məqsədyönlü açar axtarmaq lazım deyil, açar şifrəni araşdıran zaman özü-özünə bərpa olunacaq.

Öndə yazılanlardan aydın olur ki, Q.Y.Sezarın şifrəsi də monoəlifbalı idi.


Qronsfeld şifrəsi.
Yuliy Sezarın şifrəsinin modifikasiya olunmuş halını nəzərdən keçirək. Açar kimi fiksə olunmuş uzunluğa malik rəqəmlər ardıcıllığından istifadə edilir. Əgər açarın üzunluğu mətnin uzunluğundan qısadırsa, ardıcıllığın hər bir rəqəmi açıq mətnin bir simvolu ilə yazılır və bu halda açar dövrü olaraq təkrarlanır.
Nümunə kimi “информатика” sözünü “123” açarı ilə şifrələyək. абвгдеёжзкйклмнопрстуфхчщьъэюя
M = информатика
K = 123
Mı = йпчгтлболгв

Şəkil 6. Qronsfeld şifrəsindən istifadə etməklə şifrələnmiş mətn


Cari şifr (Şifr Jül Vernin “Janqada” romanında oxuculara təqdim edilmişdi) çoxəlifbalı şifrəyə (və ya mürəkkəb dəyişən şifrəyə) aiddir. Çoxəlifbalı şifrədə açıq mətnin 1-ci simvolu çoxəlifbalı şifrənin köməyilə şifrələnir. Burada 1-ci simvolun açarı K1, 2-ci simvolun açarı K2 və s. n-ci simvolun açarı Kn, n+1 –ci simvolun açarı isə yenidən K1 olacaqdır. n istifadə edilən əlifbaların (və ya sadə dəyişən şifrələrin) sayıdır. Öndə verilmiş nümunədə n=3.


Çoxəlifbalı şifrənin xüsusiyyətlərindən biri Qronsfeld şifrəsinin yaxşı formada nümayiş olunmasıdır. Qronsfeld şifrəsinin müəyyən çətışmazlıqları da vardır ki, onlarda Qronsfeld şifrəsinin modifikasiya edilməsi ilə aradan qaldırılmışdır, yəni açar kimi rəqəmlərdən deyil, hərflər

ardıcıllığından istifadə olunmasıdır. Açıq mətndəki hərflərin sıra nömrəsi onların altında yazılmış açarın hərfləri ilə üst-üstə yığılır və nətəcədə şifrələnmiş mətnin hərflərinin sıra nömrəsi alınır.


M = информатика васявасява K = вася


_
Mı = ложнунтсллт
Şəkil 7. Modifikasiya olunmuş Qronsfeld şifri

Öndə araşdırılmış Sezar və Qronsfeld şifrələrinin “toplanma” mexanizmi (rəqəmlərlə və ya hərflərlə) başqa şriflərdə də istifadə olunur. Belə şifrələrin xüsusiyyəti ondan ibarətdir ki, şifrə açarın bərpa edilməsinə imkan verir (əgər açıq və şifrələnmiş mətn məlumdursa). Bu əks əlaqə əməliyyatı ilə, yəni “toplanma” – “çıxılma” ilə yerinə yetirilir.


Beləliklə, əgər pisniyyətli insan (düşmən) açıq mətnə malikdirsə və bu mətnə uyğun şifrəni bilirsə, onda o açara sahib ola bilər və açardan istifadə etməklə digər şifrələnmiş mətnlərin də şifrəsini açmağa cəhd göstərə bilər. Belə bir üsul məlum açıq mətnlə yerinə yetirilən kriptoanaliz adlanır. Təcrübə göstərir ki, Qronsfeld şifrəsi ilə şifrələnmiş mətn bu üsulun qarşısında acizdir.
Bəzən düşmənləri ən çox yayılmış üsulla aldadırlar, yəni qəsddən düşmənin aça biləcəyi şifrəyə uyğun mətni şifrələyir və kanal vasitəsilə ötürürlər. Bundan xəbərsiz pisniyyətli insan göndərilmiş mətni şifrədən azad edir və yalanlardan ibarət olan mətni məqsədi üçün istifadə edir. Nəticədə şifrədən azad olmuş mənasiz söz yığımına sahib olur. Belə şifrələmədən Böyük


Vətən Müharibəsində (1941-1945-ci illərdə) geniş istifadə edilirdi.
Yüklə 126,27 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin