Klinik protokol Az ərbaycan Respublikas


II TİP ŞƏKƏRLİ DİABET ZAMANI



Yüklə 10.27 Mb.
Pdf просмотр
səhifə6/9
tarix14.12.2016
ölçüsü10.27 Mb.
1   2   3   4   5   6   7   8   9

II TİP ŞƏKƏRLİ DİABET ZAMANI                                                  

ÜDX-NİN MÜALİCƏSİNİN XÜSUSİYYƏTLƏRİ

ÜDX  şəkərli  diabeti  olan  insanların  xəstələnməsi  və ölümünün 



aparıcı  səbəbidir.  ŞD  zamanı  hiperqlikemiyaya  intensiv  nəzarət 

mikrodamar 

fəsadları 

(retinopatiyalar, 

nefropatiyalar 

nevropatiyalar) və daha az dərəcədə ÜDX riskini azaltmış olur.



Şəkərin  səviyyəsinə nəzarət  istisna  olmaqla,  diabet  xəstələrində

ÜDX-yə nəzarət ŞD olmayan insanlarda olan profilaktika ilə eynidir. 

Müalicəyə çoxfaktorlu  yanaşma  və AT-nin,  XS-ASLP  və ümumi   

XS-nin aşağı səviyyəyə salınması olduqca əhəmiyyətlidir, müalicənin 

bir  çox  məqsədləri  isə şəkərli  diabet  xəstələri  üçün  daha  sərt  olur. 

Adətən, II tip ŞD xəstəsinin bir neçə ürək-damar risk faktoru olur və

onların  hər  birisi  mövcud  prinsiplərə uyğun  olaraq  korreksiya 

edilməlidir.  Statinlər  və fibratlar  vasitəsilə lipid  spektrin  (ÜXS, 

ASLP, YSLP, TQ) səviyyəsinə ciddi nəzarət belə xəstələrdə ÜDX-nin 

əmələ gəlməsi  riskini  azaltmış  olur.  ŞD  olan  hallarda  AT-nin  fəal 

müalicəsi makro və mikrodamar  fəsadlarının riskini azaldır. Adətən, 

məqsədə nail olmaq üçün bir neçə antihipertenziv dərman vasitəsinin 

istifadəsi tələb olunur.

II  tip  ŞD  xəstələrində lipidlərin  səviyyəsini  azaldan  dərman 

vasitələri  ilə ürək-damar  fəsadlaşmalarının  erkən  və aktiv 

profilaktikası  ilkin  XS-ASLP  səviyyəsindən  asılı  deyil  və lipidlərin 

hədəf  səviyyəsinə qədər  aşağı  salınmasına  istiqamətləndirilməlidir. 

Təsdiqlənmiş ÜİX və ya XBX və bir və ya daha çox ürək-damar riski 

olan  II  tip  ŞD  xəstələr  üçün  XS-ASLP-nin  optimal  səviyyəsi  <1,8 

mmol/l (~70 mq/dl) olmalıdır. 

ŞD və təsdiqlənmiş ÜİX, beyin-damar xəstəliyi və ya aterotrombozun 

digər  formaları  olan  xəstələr  üçün  antitrombotik  terapiyanın 

üstünlükləri sübut olunmuşdur. Antitrombositar preparatlarla (əsasən 

aspirinlə) müalicə belə xəstələrdə ürək-damar risklərinin əhəmiyyətli 

dərəcədə azalmasına  gətirir  (25%).  Eyni  zamanda  ŞD  xəstələrində

                                                

bax: “Şəkərli  diabet  (tip  2)  xəstəliyinin  diaqnostika  və müalicəsi  üzrə klinik  protokol”. Azərbaycan



Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2009. - 36 səh.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



50

ÜDX-nin profilaktikası üçün aspirinin rolu sübut edilməmişdir.



Şəkərli diabetə dair tövsiyələr

► ŞD  xəstələrində ÜDX-nin  profilaktikası  üçün  tövsiyə olunan  

HbA1с səviyyəsi <7,0% (<53 mmol/mol) (A)

115,162


► ŞD  xəstələrində ürək-damar  riskinin  azaldılması  üçün  statinlər 

tövsiyə olunur (A)

35,36

► Bütün ŞD xəstələri hipoqlikemiya və artıq çəkidən çəkinməlidir. 



Kompleks xəstəlikləri olan xəstələrə fərdi yanaşma tələb oluna bilər

(məqsədlərin və dərman vasitələrinin müəyyən edilməsi) (B)

52,75,115

► Metformin  bədən  tərəfindən  yaxşı  mənimsənildikdə və əks-

göstəricilər  olmadığı  halda  birinci  sıra  terapiya  üçün  istifadə

edilməlidir (B)

161

► Sonrakı 



məqsədli 

HbA1с-nin 



<6,5%-dək 

azaldılması              

(<48 mmol/l) (HbA1с-nın minimal əldə oluna bilinən təhlükəsiz 

səviyyəsi)  ŞD  xəstələri üçün  faydalı  ola  bilər.  Uzun  müddət ŞD 

olan  xəstələr  üçün  bu  məqsədə nail  olunması  mikrodamar 

fəsadlar riskini azalda bilər (B)

115

► ŞD  xəstələrində



tövsiyə

olunan  hədəf  AT  səviyyəsi:                



<140/80 mm c.s. (A)

130


► XS-ASLP-nin  hədəf  səviyyəsi  <2,5  mmol/l;  aterosklerotik 

xəstəliyi  olmayan  xəstələrdə ümumi  XS  <4,5  mmol/l  olmalıdır, 

ŞD  və olduqca  yüksək  ürək-damar  riski  olan  xəstələr  üçün       

XS-ASLP-nin  hədəf  səviyyəsi:  <1,8  mmol/l  (statinlərin  yüksək 

dozada istifadə edildiyi zaman) (В)

148


► Aterosklerozun  klinik  təzahürləri  olmayan  ŞD  xəstələrində

aspirin vasitəsilə antitrombositar terapiyanın aparılması məsləhət 

görülmür (С)

43

LİPİDLƏR

Müvafiq  tədqiqatlarda  dislipidemiya,  xüsusilə də hiper-

xolesterinemiyanın  ÜDX-nin  inkişafında  səbəbkar  rolu  müəyyən 

edilmişdir.  Qanın  plazmasında  xoles terin  və triqlitseridlər  kimi 

lipidlər  müxtəlif  zülallarla  (apolipoproteinlərlə)  bağlıdır  və

lipoproteinlərin  formalaşmasında  iştirak  edir.  YSLP  ateroskleroza 

səbəb  olmur,  əksinə,  antiaterogen  xüsusiyyətlərə malikdir.  ASLP, 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



51

xüsusilə az  sıxlıqlı lipoproteinlər, aterogendir. Xilomikronlar  və çox 

aşağı  sıxlıqlı  lipoproteinlər  (ÇASLP)  aterogen  deyil,  lakin 

triqliseridlərlə zəngin  bu  lipoproteinlərin  yüksək  konsentrasiyası 

pankreatitə gətirib çıxara bilər.

Xolesterin - aşağı sıxlıqlı lipoproteinlər

Qan  plazmasında  xolesterinin çox  hissəsi, adətən, ASLP-nin tərki-

bində mövcuddur. Ümumi xolesterinin, eləcə də XS-ASLP səviyyələri 

və ÜDX-nin yaranması riski arasında güclü müsbət əlaqə var

109

.

Qanın plazmasında XS-ASLP səviyyəsinin aşağı salınması ÜDX 



riskini  azaldır  və bu  da  artıq  sübut  olunmuş  faktdır.  Tədqiqatların 

nəticələri təsdiq edir ki, XS-ASLP səviyyəsinin azaldılması ÜDX-nin 

profilaktikasında başlıca vəzifə olmalıdır.  

Çoxsaylı  tədqiqatların  meta-analizləri  XS-ASLP  səviyyəsi  aşağı 

salındıqda  ÜDX  riskinin  dozadan  asılı  azalmasını  təsdiq  etdi.  Çox 

yüksək ÜDX  riski  olan pasiyentlərdə XS-ASLP-nin  hədəf səviyyəsi 



<1,8 mmol/l (~70 mq/dl) hesab edilməli və ya XS-ASLP-nin əvvəlki 

səviyyəsindən ≥ 50%-dək azaldılmalıdır.



Triqliseridlər

Hipertriqliseridemiya  ÜDX-nin  inkişafı  üçün  əsaslı  müstəqil 

amildir,  lakin  bu  əlaqə hiperxolesterinemiyadakı  kimi  elə də güclü 

deyil


143

. ÜDX riski ağır hipertriqliseridemiyadan (> 10 mmol/l və ya 

~900  mq/dl)  daha  çox  orta  hipertriqliseridemiya  ilə bağlıdır.  

Triqliseridlərin  hədəf  səviyyəsinə çatmağın  əsaslandırılmasını  sübut 

edən heç bir randomizə edilmiş araşdırma yoxdur.   

Hazırda acqarına triqliseridlərin səviyyəsinin >1,7 mmol/l (~150 

mq/dl)  olması  yüksək  risk  markeri  kimi  hələ də qəbul  edilir,  lakin 

triqliseridlərin  konsentrasiyasının  ≤1,7  mmol/l  olması  terapiya üçün 

hədəf səviyyəsi kimi sübuta yetirilməmişdir.

Xolesterin - yuxarı sıxlıqlı lipoproteinlər

XS-YSLP-nin  aşağı  konsentrasiyalarda  olmasının  yüksək  ÜDX 

riski ilə asılılıq olmayan əlaqəsi var. Triqliseridlərin yüksək səviyyəsi 

ilə XS-YSLP-nin aşağı konsentrasiyasının yanaşı olmasına çox vaxt 

II  tip  ŞD,  abdominal  piylənmə,  insulin  rezistentliyi,  hipodinamiya 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



52

fonunda ÜDX riski olan pasiyentlərdə rast gəlinir. ÜİX faktoru kimi 

XS-YSLP-nin aşağı konsentrasiyası hətta hiperxolesterinemiya (XS-

ASLP-nin yüksək səviyyəsinə görə) ilə rəqabət apara bilər

63

.

Hiperlipidemiyanın idarə olunmasına dair tövsiyələr



► Tövsiyə edilən hədəf səviyyə:

 plazmanın ümumi xolesterini üçün <5 mmol/l                       

(~190 mq/dl-dən az);

 aşağı və orta riskli pasiyentlərdə aşağı sıxlıqlı lipoproteinlərdə

olan xolesterin üçün <3 mmol/l (~115 mq/dl-dən az) (A)

109, 150


► ÜDX  riski  yüksək  olan  pasiyentlərdə XS-ASLP-nin  hədəf 

səviyyəsi <2,5 mmol/l (~100 mq/dl-dən az) tövsiyə edilir (A)

16, 24, 101

► ÜDX  riski  çox  yüksək  olan  pasiyentlərdə tövsiyə edilən  XS-

ASLP-nin hədəf səviyyəsi <1,8 mmol/l (~70 mq/dl-dən az) və ya 

hədəf səviyyəyə çatmaq mümkün deyilsə, XS-ASLP-nin >50%-dək

azaldılmalıdır (A)

16,117,89

► İrsi  hiperxolesterinemiyalı  bütün  pasiyentlər  yüksək  riskli  qrupa 

aid  edilməli  və lipidlərin  səviyyəsini  azaldan  terapiya  qəbul 

etməlidirlər (A)

110,83


► KKS  ilə  pasiyentlərdə  yüksək  dozada  statinlərlə  terapiya 

pasiyentin stasionarda olduğu müddətdə başlanmalıdır (A)

146,127,44

► Qeyri-hemoirragik insultun profilaktikası: 

 statinlərlə terapiya  təsdiq  olunmuş  aterosklerotik  xəstəliklə

bütün  pasiyentlərdə və ÜDX-nin  inkişaf  riski  yüksək  olan 

pasiyentlərdə başlanmalıdır;

 statinlərlə terapiya  anamnezində qeyri-kardioembolik  insult 

olan pasiyentlərdə başlanmalıdır (A)

8,25


► Ürəyin  işemik  xəstəliyinin  (ÜİX)  ekvivalenti  olan  ayaq 

arteriyalarının  və yuxu  arteriyalarının  daralması  ilə nəticələnən 

xəstəliklər  zamanı  lipidlərin  səviyyəsini  azaldan  terapiyanın 

təyini tövsiyə edilir (A)

59,14

► Transplantasiya  zamanı  dislipidemiyalı  pasiyentlərdə statinlər 



birinci sıra preparatlara aid edilməlidir (B)

108


► Xronik böyrək xəstəliyi  (2-5-ci  mərhələ,  yəni  QFS  <90 

ml/dəq/1,73 m

2

) ÜİX riskinin ekvivalenti kimi qəbul edilməli və



belə pasiyentlərdə XS-ASLP-nin  hədəf  səviyyəsi  böyrək 

çatışmazlığı dərəcəsindən asılı olaraq uyğunlaşdırılmalıdır (C)

142

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



53

XS səviyyəsini azaldan terapiyanın faydası əvvəlki fərdi riskdən asılıdır.

Risk nə qədər yüksəkdirsə, fayda bir o qədər çoxdur (bax: Cədvəl 9). 

XS səviyyəsinin azaldılmasının faydalı effektlərində kişi və qadınlar, 

gənc  və yaşlılar,  hətta  75  yaşdan  yuxarı  pasiyentlər  arasında  fərqlər 

yoxdur, lakin sağlam qadınlara faydaları sübut olunmamışdır

123

.

XS-YSLP-nin  aşağı  səviyyələrinin  ÜDX-nin  asılı  olmayan  risk 



faktoru  olmasına  baxmayaraq,  spesifik  müalicənin  başlanması  üçün 

şərti olaraq XS-YSLP-nin göstəriciləri kişilərdə <1,0 mmol/l (~40 mq/dl)

və qadınlarda  <1,2  mmol/l  (~45  mq/dl)  hesab  edilə bilər.  Eyni  ilə

triqliseridlərin  acqarına  >1,7  mmol/l  (~150  mq/dl)  konsentrasiyası 

terapiyanın başlanması üçün göstərişdir.

DAVRANIŞIN DƏYİŞDİRİLMƏSİ PRİNSİPLƏRİ

ÜDX-nin  profilaktikası  məqsədilə sağlam  həyat  tərzinə nail 

olmağın  qarşısında  duran  ən  başlıca  problem  insan  davranışının 

davamlı şəkildə dəyişməsinə nail olmaqdır.

Təhsil  sağlam  həyat  tərzi  prinsiplərinə daha  da  sadiq  qalmağa 

yardım edir.



Davranışın dəyişdirilməsinə dair tövsiyələr

► Xəstələri  həyat  tərzini  dəyişdirməyə sövq  edərək  onların  təhsil 

səviyyələrindən istifadə etmək lazımdır (А)

53,138


► Qidalanma  mütəxəssislərini,  tibb  bacılarını,  psixoloqları  və s. 

mütəxəssisləri cəlb etmək lazımdır (В)

32,65

► Çox yüksək ÜDX riski olan şəxslərə tədbirlərin bütün kompleksi,



o cümlədən həyat tərzinin dəyişdirilməsinə dair təlimlər, dərman 

terapiyası, streslərin və psixo-sosial amillərin korreksiyası tövsiyə

olunur (А)

32,53,129

Həyat tərzi, bir qayda olaraq, adət edilmiş davranış reaksiyalarına 

əsaslanır.  Vərdişlər  uşaq  və yeniyetmə yaşlarında  genetik  və stress 

amillərinin  qarşılıqlı  təsiri  altında  formalaşır.  Bu  vərdişlər  insanda

ömür boyu qalır və hətta sosial mühitin təsiri altında güclənir. Odur 

ki, müxtəlif  sosial  qruplardan  olan  insanların  davranış  reaksiyaları 

fərqli olur.

Sağlam  vərdişlərin  gücləndirilməsi  və tibbi  tövsiyələrə riayət 

edilmədə dəstək tibbi  heyəti  tərəfindən  göstərilən  yardımın  mühüm 

hissəsidir. Hər bir xəstənin düşüncə və narahatlıqları, həyat təcrübəsi,

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Cədvəl 9. ÜDX riski və XS-ASLP səviyyəsindən asılı müdaxilə strategiyaları

56

ÜDX riski



(SCORE) 

%

XS-ASLP səviyyəsi

<70 mq/dl 

<1,8 mmol/l 

70-100 mq/dl 

1,8-2,5 mmol/l 

100-155 mq/dl 

2,5-4,0 mmol/l 

155-190 mq/dl 

4,0-4,9 mmol/l 

>190 mq/dl 

> 4,9 mmol/l 

<1 

Müalicəsiz (C)

Müalicəsiz (C)

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin 

dəyişdirilməsi, 

nəzarət olmadıqda 

dərmanla müalicə-

nin təyini barədə

qərar (A)

≥1 




<5 

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin

dəyişdirilməsi, nəzarət 

olmadıqda dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin

dəyişdirilməsi, nəzarət 

olmadıqda dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

nəzarət olmadıqda 

dərmanla müalicənin 

təyini barədə qərar (A)

≥5 



<10        



və ya 

yüksək risk

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

≥10 və ya 



çox yüksək 

risk

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təcili 

təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



bilik səviyyəsi və gündəlik yaşayış şəraitinin fərdi qaydada dəqiqliklə

öyrənilməsi  xüsusi  əhəmiyyət  daşıyır.  Fərdi  məsləhətlər  davranışın 

dəyişdirilməsinə motivasiyanın  və sadiqliyin  gücləndirilməsinə və

qorunub  saxlanılmasına  yönəlir.  Optimal  nəticələrin  əldə edilməsi

məqsədi  ilə bütün  qərarlar  yalnız  həkimlə xəstə tərəfindən (həyat 

yoldaşının  və ailə üzvlərinin  iştirakı  ilə) birgə qəbul  edilməlidir. 

Xəstənin  həyat  tərzinin  dəyişdirilməsi  və tibbi  tövsiyələrin  yerinə

yetirilməsi  prosesinə ailə üzvlərinin  cəlb  olunması uğurun  əldə

edilməsi  üçün  zəruridir.  Bu  prinsiplərə riayət  edilməsi  ÜDX-nin 

müalicəsini və profilaktikasını gücləndirməyə imkan verir (Əlavə5).

Əvvəlki mənfi təcrübə, uğursuz cəhdlər gələcəkdə dəyişikliklərin 

əldə edilməsinin  mümkün  olmasına  mane  olur  və mənfi  nəticələrə

gətirib  çıxarır.  Xəstənin  mənfi  yönümlülüyünün  müsbətə

çevrilməsində əsas  məqam  onun  qarşısında  real  məqsədin 

qoyulmasından  ibarətdir.  Seçilmiş  davranış  tərzinə xəstənin  özünün

daim  nəzarət  etməsi  müsbət  nəticənin  əldə edilməsində başlıca

tələbdir.  Yalnız  bundan  sonra  yeni  məqsədlər  müəyyən  edilə bilər. 

Kiçik, dəqiq ardıcıllığı olan addımlarla hərəkət etmək lazımdır ki, bu 

da uzunmüddətli  dəyişikliklərin  əldə edilməsi  üçün  əsas  amillərdən 

biridir.  Xəstəyə məlumat  onun  əhval-ruhiyyəsindən  və hislərindən 

asılı olaraq çatdırılmalıdır.

Əlavə 4-də həyat  tərzinin  dəyişdirilməsi  məsləhətlərini  daha 

effektiv edən “10 strateji addım” verilmişdir.

Davranışla bağlı risk amillərinin dəyişdirilməsi prosesində həkim, 

tibb  bacısı,  psixoloq,  diyetoloq,  kardio-reabilitasiya  və idman 

təbabəti üzrə ayrı-ayrı mütəxəssislərin bilik və bacarıqlarından birgə

və hərtərəfli  istifadə edilməsi  yüksək  ÜDX  riskli  və ya ÜDX olan

xəstələr  üçün  xüsusilə vacibdir.  Sağlam  həyat  tərzinə nail  olmaq 

məqsədi  ilə ənənəvi  qidalanmanın  dəyişdirilməsi,  fiziki  və

relaksasiyaedici  məşğələlər,  bədən  çəkisinə nəzarət,  tütünçəkənlər 

üçün  siqaretdən  imtina  proqramının  tərtib  edilməsi  kimi  davranışın 

dəyişdirilməsinə

yönəldilmiş  təsirlər  göstərilməlidir

17

.  Bunlar 



xəstəliklərlə mübarizəni gücləndirir, xəstənin təyin edilmiş müalicəyə

sadiqliyini  artırır,  həyat  tərzinin  dəyişdirilməsinə və xəstəliyin 

nəticələrinə töhfə vermiş  olur

32,53


.  Davranışla  bağlı  risk amillərinə

qarşı  daha uzunmüddətli  və intensiv  müdaxilələrinin  xəstəliyin 

sonrakı  nəticələrinin  yaxşılaşdırılmasına  olan  təsiri  sübut 

olunmuşdur

53



 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



56

Əlavə 1

Fiziki aktivliyin intensivliyinin monitorinqi

Fiziki aktivliyin intensivliyinin monitorinqi fiziki aktivlik zamanı 

şəxsin  nəbzinin  və ya  ürək  döyüntülərinin  sayının  hədəf  zonasında 

olduğunun müəyyən edilməsi ilə aparıla bilər.

Orta  intensivli  fiziki  fəaliyyət  üçün  ürək  döyüntülərinin  hədəf 

sayı həmin insanın ürək döyüntülərinin maksimal sayının 50-70%-ni 

təşkil  edir.  Maksimal  say isə insanın  yaşından  asılıdır.  İnsanın  ürək 

döyüntülərinin  yaşına  görə maksimal  sayını  220-dən  onun  yaşını 

çıxmaqla təxmini müəyyən etmək olar. Məsələn, 50 yaşında olan bir 

nəfər  üçün  yaşına  görə ürək  döyüntülərinin  hesablanmış  maksimal 

sayı dəqiqədə 220 - 50 yaş = 170 döyüntü təşkil edəcəkdir. 50% və

70% səviyyələri isə müvafiq olaraq aşağıdakı kimi olacaqdır:

50% səviyyəsi: 170 x 0,50 = 85 

70% səviyyəsi: 170 x 0,70 = 119

Beləliklə, 50  yaşında  olan  insanda orta intensivli fiziki  fəaliyyət 

zamanı  ürək  döyüntülərinin  sayı  dəqiqədə 85  ilə 119  arasında 

qalmalıdır.

Bir qədər  yüksək  intensivli  fiziki  fəaliyyət üçün  isə ürək 

döyüntülərinin hədəf  sayı  həmin  insanın  ürək  döyüntülərinin 

maksimal  sayının  70-85%-ni təşkil  edir.  Bu səviyyəni  hesablamaq 

üçün yuxarıda olan düsturdan istifadə etməklə, “50% və 70%” “70%

və 85%” ilə əvəz olunur. Məsələn, 35 yaşlı bir insan üçün yaşına görə

ürək  döyüntülərinin

hesablanmış  maksimal  sayı

dəqiqədə                        

220 - 35 yaş = 185 döyüntü kimi hesablanır. 70% və 85% səviyyələri 

isə müvafiq olaraq aşağıdakı kimi olacaqdır:

70% səviyyəsi: 185 x 0,70 = 130

85% səviyyəsi: 185 x 0,85 = 157 

Beləliklə,  35  yaşında  olan  insanda  bir  qədər  yüksək  intensivli 

fiziki fəaliyyət zamanı ürək döyüntülərinin sayı dəqiqədə 130 ilə 157 

arasında olmalıdır.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57

Əlavə 2

Pəhrizlə bağlı Avropa Kardioloji Cəmiyyəti və Avropa 

Ateroskleroz Cəmiyyətinin tövsiyələri

Ümumi prinsiplər: 

Qidanın ümumi enerjisi dəyərində bütün piylərin həcmi 30%-dən 



çox olmamalıdır 

Doymuş piylərin həcmi istifadə edilən piylərin ümumi  həcminin 



1/3-dən çox olmamalıdır

İstifadə edilən  xolesterinin  gündəlik  həcmi  300  mq-dan  az 



olmalıdır

Tərəvəz  və dəniz  balıqlarında  olan  mono- və poli-doymamış 



piylərdən daha çox istifadə edilməlidir

Təzə meyvə, dənli bitkilər və tərəvəzdə olan karbohidratlar daha 



çox istifadə edilməlidir

Hipertoniya və artıq çəkisi olan insanlara duzdan 5 q/gün-dən az 

istifadə edilməlidir.  Artıq  çəkisi  olan  insanlara  qida  kalorisini 

azaltmaq vacibdir.





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə