Klinik protokol Az ərbaycan Respublikas


Nutriyentlər (qida maddələri)



Yüklə 10.27 Mb.
Pdf просмотр
səhifə4/9
tarix14.12.2016
ölçüsü10.27 Mb.
1   2   3   4   5   6   7   8   9

Nutriyentlər (qida maddələri)

ÜDX  profilaktikası  nöqteyi-nəzərindən  nutriyentlər  arasında 

(əsasən  lipoproteinlərin  səviyyəsinə təsir  edən)  yağ turşuları,  (əsas 

etibarı  ilə AT-yə təsir  edən)  minerallar  və qida  lifləri  xüsusi 

əhəmiyyətə malikdir.

Yağ turşuları

Profilaktik  nöqteyi-nəzərdən  qida  ilə qəbul  olunan  yağın

həcmindən  yağ turşularının  tərkibi  (Cədvəl  4)  daha  çox  əhəmiyyət 

kəsb edir.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



31

Cədvəl 4. Yağ turşularının növləri

Transdoymamış yağ 

turşuları

duru bitki 

yağlarının 

hidrogenləşməsi 

nəticəsində

bərk bitki 

yağları 

halına keçərək

alınır (marqarin,

yeyinti


piyləri). Bu turşular 

qənnadı məmulatları 

(tortlar, pirojnalar, 

peçenyelər, krekerlər və

s.), eləcə də dondurulmuş 

yarımfabrikatların 

hazırlanmasında istifadə

edilir.


Yağ turşuları

Doymamış yağ turşuları

Polidoymamış yağ 

turşuları (PDYT)

orqanizmdə sintez 

olunmayan (əvəz 

olunmayan)

yağ 


turşularıdır

ω-3


yağ turşularına aiddir:

α-



Linolen turşusu, (yaşıl 

yarpaqlı tərəvəzlərdə, kətan 

və günəbaxan yağlarında, 

meşə və braziliya qozunun 

tərkibində olur)



EPA (eykozapentaen 

turşusu) yağlı balıqlarda 

(qızılbalıq, skumbriya,

siyənək) olur



DHA (dokozaheksogen 

turşusu) yağlı balıqlarda

(qızılbalıq, skumbriya,

siyənək) olur

ω-6


yağ turşularına 

aiddir:


araxidon və γ-linolen 

turşusu (yaşıl yarpaqlı 

tərəvəzlərdə, kətan və

günəbaxan yağlarında, 

meşə və braziliya 

qozunun tərkibində

olur)

Monodoymamış yağ 



turşularına ω-9 Olein 

turşusu aiddir: 

- orqanizmdə sintez 

olunandır 

(əvəzolunan);

- zeytun, avokado,

araxis yağlarının, 

ağaclarda bitən 

qozların tərkibində

olur


Doymuş yağ turşuları:

heyvan mənşəli piylər, kərə

yağı, pendirlərin tərkibində olur

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



32

Doymuş yağ turşuları

Doymuş yağ turşularından istifadənin ÜDX-nin əmələ gəlməsinə

təsiri  hələ də müzakirələr  doğurur.  Bəzi  tədqiqatlarda  doymuş  yağ 

turşularının qan plazmasında XS-nin səviyyəsi vasitəsi ilə ÜDX-nin 

əmələ

gəlməsinə



müstəqil  təsirinin  olması  göstərilmişdir. 

Qidalanmanın digər əhəmiyyətli aspekti də doymuş  yağ turşularının 

nə ilə əvəz  edilməsidir.  Epidemioloji,  klinik  və təsviri tədqiqatların 

nəticələri  qida  rasionunun  doymuş  yağ turşularından  gələn 

enerjisinin  1%-nin  polidoymamış  yağ turşuları  ilə əvəz  edilməsi 

zamanı ÜDX riskinin 2-3% azaldığını göstərir

13

. Beləliklə, qidalanma 



rasionunda doymuş yağ turşuları payının, polidoymamış yağ turşuları 

ilə əvəz  edilməsi  şərtilə,  maksimum  10%-dək  azaldılması  ÜDX-nin 

profilaktikasında böyük əhəmiyyətə malikdir.

Doymamış yağ turşuları

Monodoymamış  yağ turşuları  doymuş  yağ turşularını  və ya 

karbohidaratları  əvəz  etdikdə XS-YSLP  səviyyəsinə müsbət  təsir 

göstərir.

Polidoymamış  yağ turşuları  XS-ASLP  səviyyəsini  azaldır  və

doymuş  yağ turşularını  əvəz  etdikdə XS-YSLP  səviyyəsini  daha  az 

artırır.

Trans-yağ turşuları  ümumi  XS  səviyyəsini  artırır  və bununla  da 

XS-YSLP  səviyyəsini  azaltmış  olur.  Qida  rasionunun  ümumi 

kaloriliyinin orta hesabla  trans-yağlar hesabına  2% artırılması ÜDX 

riskinin  23%  artmasına  gətirir

106


.  Trans-yağların qida  rasionunda 

tövsiyə olunan  səviyyəsi  ümumi  enerji  daxilolmalarının  1%-dən  az 

olmalıdır, yəni nə qədər az olsa, bir o qədər yaxşıdır.

Qida xolesterini

Doymuş  yağ turşularının  istifadəsinin  azaldılmasına  dair 

tövsiyələrə riayət  olunduqda  nəticə kimi,  adətən,  qida  XS-nin 

azalması baş verir. Bu halda  qida XS-nin  qan plazmasında  olan XS 

səviyyəsinə olan  təsiri  qida  rasionunda  yağ turşularının  tərkib 

nisbətinin təsirindən əhəmiyyətli dərəcədə zəifdir (Cədvəl 5).

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



33

Cədvəl 5. Xolesterin

Minerallar

Natrium

Xörək  duzunun  qısa  müddətə 1  q/gün  səviyyəsinə qədər 

azaldılması  SAT-nin  arterial  hipertenziyalı  xəstələrdə 3,1  mm  c.s., 

normal  təzyiqi  olan  şəxslərdə isə 1,6  mm  c.s.  azalmasına  gətirib 

çıxarır

72

. Tövsiyə olunan duzun istifadə səviyyəsi – 5 q/gün-dən az



149

Optimal  səviyyə daha  az  ola  bilər:  ~3  q/gün.  Hazır  qida  məhsulları 



xörək duzunun ən əhəmiyyətli mənbəyidir. 

Kalium

Kalium  istifadəsinin  artması  AT-nin  azalmasına  gətirib  çıxarır. 

Meyvə və tərəvəz kaliumun əsas mənbələridir. Beyin insultunun riski 

əhəmiyyətli  dərəcədə istifadə olunan  kaliumun  səviyyəsindən 

asılıdır: kaliumu çoxlu həcmdə (orta hesabla 110 mmol/gün) istifadə

edən  şəxslərdə insultun  nisbi  riski  daha  az  kalium  (orta  hesabla         

61 mmol/gün) istifadə edən şəxslərlə müqayisədə 40% daha aşağıdır

73

.



Qida lifləri

Qida  liflərinin  qida  tərkibində istifadəsi  ÜDX  riskini  azaldır. 

Məlumdur  ki,  çoxlu  həcmdə qida  liflərinin  istifadə edilməsi 

karbohidratlarla zəngin olan unlu qida qəbulundan sonra postprandial 



Qidada (qidanın 

tərkibində) – içalat 

(qaraciyər, böyrəklər, 

ürək, beyin və s.), 

yumurta, ət (mal, 

qoyun, donuz), quş əti 

(toyuq, qaz, ördək), 

balıq, balıq kürüsü, süd 

və süd məhsullarında, 

kərə yağında. 

Bitki

qidalarında



olmur.

YSLP

yüksək sıxlıqlı

lipoproteinlər

ASLP

aşağı sıxlıqlı

lipoproteinlər

Qan zərdabında 

(zərdabın 

tərkibində)

Xolesterin

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



34

qlikemiyanı  və ümumi  XS  və XS-ASLP  səviyyəsini  azaldır

171



Qida 



liflərinin  ən  əhəmiyyətli  mənbələri  – bütöv dənli  bitkilər

,  lobyalar, 



meyvə və tərəvəzlərdir.  ABŞ-ın  Milli  Akademiyasının  Sağlamlıq 

İnstitutu  tövsiyələrinə görə ~  30-45  q/gün  səviyyəsində böyüklər 

üçün  qida  liflərinin  qəbulu

58

ÜDX-nin  profilaktikası  baxımından 



optimal hesab edilə bilər.

Qida məhsulları və qida qrupları

Meyvə və tərəvəz

Müxtəlif tədqiqatların nəticələri göstərmişdir ki, gün ərzində hər 

əlavə porsiya  meyvə və tərəvəzin  qəbul  edilməsi  ÜİX  riskini  4%, 

insultun riskini isə 5% azaldır

42

. Bu müdafiənin effektivliyini əsasən 



kalium mənbəyi olan meyvə və tərəvəzin AT səviyyəsinə olan təsiri 

ilə izah etmək olar. Meyvə və tərəvəzin tərkibində olan qida lifləri və

antioksidantlar da müəyyən əhəmiyyətə malikdir.

Gün ərzində ən azı 200 q meyvə (2-3 porsiya) və 200 q tərəvəz  

(2-3 porsiya) qəbul etmək tövsiyə olunur.

Balıq

Balıqdan istifadənin müdafiə təsiri balıq ətində yüksək səviyyədə

omeqa-3  yağ turşularının  olması  ilə müəyyən  olunur.  Həftə ərzində

heç  olmazsa  1  dəfə balıqdan  istifadə ÜDX  riskini  15%  azaldır

78



Balıqdan  ayda  bir  dəfədən  az  istifadə edən  insanlarla  müqayisədə



həftədə balıqdan  2-4  dəfə istifadə edənlər  arasında  insultun  riskinin 

18% azaldığı göstərilmişdir

77

. Balığın istifadəsinin həftədə 1-2 dəfəyə



qədər  artırılması  ÜİX-dən  ölüm  hallarını  36%,  ümumi  ölüm 

dərəcəsini  isə 17%  azalda  bilər

105

.  Buna  görə də balıqdan  ən  azı 



həftədə iki  dəfə istifadə edilməsi  tövsiyə olunur  və bu  halda  iki 

dəfədən birində balıq yağlı olmalıdır.

                                                

Dənin tərkibində onun bütün hissələri (rüşeym, dən və gül qabıqları, aleyron təbəqəsi və endosperm) 



olduqda o, bütöv dənli bitki adlanır. Bütöv dənli bitki zülal və kompleks karbohidratların, eləcə də lif, 

B vitaminlərinin və mineralların mühüm mənbəyidir. Bütöv dənli bitkilərdən alınan məhsullara qaba 

üyüdülmüş  undan  çörək  (kəpək  unu),  bütöv  dənli  bitki  unundan  çörək,  bütöv  dənli  bitkilərdən 

makaron  məmulatları,  yulaf,  arpa,  çovdar  kəpəkləri  və s. aiddir. İstehsal  və emal  prosesi  zamanı 

strukturunu  və kimyəvi  tərkibini  dəyişən  dənli  bitkilərdən  alınan  ərzaq  məhsulları  bütöv  dənli 

bitkilərin məhsulları adlandırıla bilməz.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



35

Yüngül şəkər tərkibli içkilər

Yüngül  şəkər  tərkibli  içkilərdən  müntəzəm  istifadə artıq  bədən 

çəkisi və II tip ŞD ilə əlaqələndirilir

99

.



FİZİKİ AKTİVLİK

Oturaq  həyat  tərzi  ÜDX-nin  əmələ gəlməsinin  əsas  risk 

amillərindəndir

169


.  Fiziki  fəaliyyət  və aerob  fiziki  yüklənmə

ÜDX-



nin birincili və ikincili profilaktikasının ən önəmli qeyri-farmakoloji 

üsuludur


67,17,164

.  Müntəzəm  fiziki  aktivlik  və/və ya  aerob  fiziki  məşq 

ÜDX səbəbindən ölüm hallarının ehtimalını azaldır. Müntəzəm fiziki 

aktivlik  və aerob  fiziki  məşqlər  istənilən  yaşda  olan  sağlam

154,163



koronar  risk  amilləri



130

və ÜDX  olan

119,155

insanlar  arasında  ölümlə



nəticələnən  və nəticələnməyən  koronar  hadisələrin  riskini  azaltmış 

olur.


Fizioloji əsaslandırma

Müntəzəm aerob fiziki fəaliyyət fiziki əmək qabiliyyətini  artırır, 

miokardın  oksigenə olan  tələbatını  azaldır

60

,  iri  koronar  damarların 



daxili  diametrini  artırır,  mikrosirkulyasiyanı  və endotelinin 

fəaliyyətini  yaxşılaşdırır

48,95

.  Əlavə olaraq  aerob  fiziki  yüklənmənin 



aterosklerotik  düyünlərin  tamlığı  pozulduqda  koronar  okklüziya 

riskini  azaldan  antitrombotik  təsirə malik  olması

96

və eləcə də



müstəqil  vegetativ  balansın  əlverişli  təsiri  modulyasiyası  hesabına 

aritmiyanın  əmələ gəlməsi  riskinin  azaldılması

19

barədə də



məlumatlar mövcuddur.

Fiziki aktivlik ÜDX-nin müəyyən edilmiş bir çox risk amillərinə

müsbət  təsir  göstərir:  normal  AT  olan  insanlarda  arterial 

hipertoniyanın əmələ gəlməsinin və ya inkişaf etməsinin qarşısını alır 

                                                

Aerob  fiziki  yüklənmə əzələ hərəkətləri  üçün  əsas  enerji  mənbəyi  kimi  oksigendən  istifadə edən 



istənilən  fiziki  məşğələdir.  Aerob  maddələr  mübadiləsi  ilə kifayətlənən  məşğələlər, adətən, uzun 

müddət ərzində həyata keçirilə bilər. Aerob fiziki məşğələlər zamanı iri əzələlər ritmik hərəkət edir. 

Piyada gəzmək, qaçmaq, hoppanmaq,  tullanmaq, üzmək,  rəqs  etmək, pilləkanla qalxmaq, basketbol 

və tennis oynamaq, velosiped sürmək – bunların hamısı aerobika hərəkətlərinə aiddir.

Anaerob fiziki məşğələlər (məsələn, əzələlərin gücləndirilməsi məşqləri və sprint qaçışı) zamanı isə

oksigenin iştirakı olmadan əzələlərdəki maddələrin sürətli kimyəvi reaksiyası hesabına enerji yaranır. 

Bu  proses ani  olaraq  hərəkətə gəlir,  lakin  enerji  ehtiyatlarının  tez  tükənməsilə (0.5-1.5  dəq.) 

nəticələnir ki, bundan sonra aerob enerji istehsalın mexanizmi işə düşür. 

Anaerob  məşğələlərdən  fərqli olaraq  aerob  məşğələlər  insanın  fiziki  gücünü  artırmır.  Buna  görə də

professionallar  (idmançılar,  hərbiçilər,  yanğın  söndürənlər  və polis  işçiləri)  üçün  hər  iki  növ 

məşğələlər vacibdir. Aerob məşğələlər isə ürək-damar sisteminin yaxşılaşdırılması üçün zəruridir.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



36

və arterial hipertoniyası olan xəstələrdə AT-nin enməsinə səbəb olur, 

ХS-YSLP  sıxlığını  artırır,  bədən  çəkisinə nəzarət  edir  və II  tip          

ŞD-nin  əmələ gəlməsi  riskini  azaldır

67,163

.  Bundan  başqa,  fiziki 



məşqlər ötüb keçən miokard işemiyası zamanı yüklənməni artırmaqla 

sonradan  baş  verə biləcək  daha  uzunmüddətli  işemik  təsirə qarşı 

miokardın  dözümlü  olmasını  artırır.  Beləliklə,  miokardın 

zədələnməsi  və potensial  ölümcül  mədəcik  taxiaritmiya  hallarının 

baş verməsi riskini azaltmış olur.

Fiziki aktivliyə dair tövsiyələr

► İstənilən  yaşda  olan  sağlam  böyüklər  fiziki  aktivliyə və ya  orta 

intensivli aerob fiziki məşqlərə həftədə 2,5-5 saat və ya intensiv 

fiziki məşğələlərə həftədə 1-2,5 saat ayırmalıdırlar. Oturaq həyat 

tərzi  keçirən  insanlar  yüngül  intensivli  fiziki  məşğələlər 

proqramından başlamalıdırlar (A)

154

► Fiziki  aktivlik/aerob  fiziki  məşqlər  həftədə bir  neçə dəfə



aparılmalıdır.  Hər  bir  məşqin müddəti  10  dəqiqədən  çox  olmalı 

və həftə ərzində 4-5  gündən  az  olmamaqla  bərabər  şəkildə

bölüşdürülməlidir (A)

154


► Mİ, aorta-koronar şuntlanma (AKŞ), dərialtı koronar müdaxilələr 

(DKM), sabit stenokardiya

və ya xronik ürək çatışmazlığı





olan 


xəstələr həftədə 3 dəfədən çox 30 dəqiqəlik orta intensivli aerob 

fiziki  məşqlər  etməlidirlər.  Oturaq  həyat  tərzi  keçirən  insanlar 

yüngül 

intensivli



fiziki 

məşqləri 

mümkün 

risklər 


qiymətləndirildikdən sonra başlamalıdırlar (A)

119,155


Sağlam insanlarda fiziki aktivliyin intensivliyi və həcmi

Sağlam  insanlar  arasında  fiziki  aktiv  və fiziki  inkişaf  edənlərdə

ÜDX  əmələ gəlməsi  riski  aşağıdır.  Sadə fiziki  aktivlik  edənlərlə

müqayisədə aerob fiziki məşqlər edənlərin riski iki dəfə azdır

159,175

.

Ümumi  və ÜDX  səbəbindən  ölüm  hallarının  azalmasını  təmin 



edə bilən fiziki aktivliyin və ya orta intensivli aerob fiziki məşqlərin 

həcmi həftədə 2,5-5 saat təşkil edir

130,163

. Həftə ərzində görülən fiziki 



                                                

bax: “Sabit  stenokardiyanın  diaqnostika  və müalicəsi  üzrə klinik  protokol”. Azərbaycan



Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2009. - 48 səh.



bax: “Ürək  çatışmazlığının  diaqnostika  və müalicəsi  üzrə klinik  protokol”. Azərbaycan



Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2010. - 64 səh.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



37

aktivliyin və ya aerob fiziki məşqlərin daha da artırılması əlavə fayda 

verir.  Belə nəticələr,  eyni  zamanda,  həftədə 1-2,5  saat  ərzində artıq 

intensvliyə malik  fiziki  aktivlik/aerob  fiziki  məşqlər  və ya  orta  və

intensiv  fiziki  aktivliyin/aerob  fiziki  məşqlərin  ekvivalent 

kombinasiyası vasitəsi ilə də əldə olunur.

Fiziki  fəaliyyətin/aerob  fiziki  məşqlərin  ümumi  həftəlik  tövsiyə

olunan  həcminə gündəlik  10  dəqiqədən  çox  olan  məşqlərin 

toplanması ilə nail olmaq olar və bu halda fiziki fəaliyyət/aerob fiziki 

məşq həftənin günləri arasında bölüşdürülməlidir.

Fiziki  fəaliyyətin/aerob  fiziki  məşqlərin  nümunəsi  qismində

piyada  turizm,  qaçış  və ya  sürətlə qaçış,  velosiped  gəzintisi, 

avarçəkmə,  üzgüçülük,  ayaq  xizəyi idmanı  və aerobika  kimi  təkcə

idman  məşqləri  deyil,  həm  də gündəlik  fəaliyyət,  məsələn,  sürətli 

gəzinti, pilləkənlərlə qalxmaq, ev işlərinin görülməsi, bağda iş, aktiv 

əyləncə tədbirləri ola bilər. Fiziki fəaliyyətin intensivliyinin müəyyən 

edilməsi  üsullarından  biri  də ürək  döyüntülərinin  tezliyinin 

sayılmasıdır

130

.

Risklərin  qiymətləndirilməsi. Orta  yaşda  olan  insanların  və



yaşlıların  idman  üçün  asudə vaxtlarının  təşkilinə mütləq  qaydada 

fərdi  ürək-damar  risklərinin  qiymətləndirilməsi,  gündəlik  fiziki 

fəaliyyətin  səviyyəsinin  və daha  aktiv  skrininq  vasitəsi  ilə aerob 

fiziki  yüklənməyə qarşı  dözümlülüyün  (məsələn,  yüklənmə testi 

vasitəsi  ilə)  müəyyən  edilməsi  daxildir.  Oturaq  həyat  tərzi  sürən 

və/və ya  ürək-damar  risk  faktorları  olan  şəxsləri  intensiv  fiziki 

yüklənmələrə hazır olan  şəxslərdən ayırmaq lazımdır

23

. Bəzən məşq 



edən şəxslərdə fiziki yüklənmə zamanı və ya onlardan sonra koronar 

hadisələr  və qəfil  ürək  patologiyasına  görə ölüm  hallarının  baş 

verməsi  riskləri  daha  yüksəkdir

62,157


.  Bu  səbəbdən  oturaq  həyat  tərzi 

keçirən və ürək-damar risk amilləri olan şəxslər üçün aşağı intensivli 

yüklənmələrdən başlamaq məsləhət görülür.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



38

ÜDX diaqnozu müəyyənləşdirilmiş xəstələrdə                                   

fiziki aktivliyin xüsusiyyətləri

ÜDX  olan  xəstələrdə aerob  fiziki  fəaliyyət,  adətən,  kardioloji 

reabilitasiya proqramının  bir hissəsi  kimi qəbul  olunur. Aerob  fiziki 

məşqlər  proqramına  riayət  etmə proqnostik  faydanın  müəyyən 

edilməsində aparıcı rol oynayır

112


.

ÜDX  olan  xəstələrdə ilk  növbədə fiziki  fəaliyyətin  adi 

səviyyəsinin  qiymətləndirilməsinə deyil,  ürək-damar  sisteminin 

funksional  göstəricilərinə diqqət  yetirmək  lazımdır.  Beləliklə,  belə

xəstələrdə həm  fiziki  fəaliyyət  qabiliyyəti,  həm  də fiziki  yüklənmə

ilə əlaqəli risklər qiymətləndirilməlidir.



Fiziki fəaliyyətin intensivliyi və həcmi. ÜDX xəstələrində fiziki 

məşqlər  proqramı  onların  klinik  vəziyyətinə əsasən  fərdi  qaydada 

müəyyən  edilməlidir  (Əlavə 1).  Aşağı  klinik  riski  olan  (SCORE 

şkalası əsasında müəyyən edilir) və Mİ, AKŞ, DKM keçirmiş və ya 

stabil stenokardiyası və ya xronik ürək çatışmazlığı olan xəstələr, hər 

bir  məşqin  müddəti  30  dəqiqə olmaqla,  həftədə 3-5  dəfə orta  və

yüksək  intensivlikdə məşq  edə bilərlər  və həmin məşqlər  xəstənin 

klinik  vəziyyətinə uyğunlaşdırılaraq  mütləq  nəzarət  altında 

edilməlidir.  Orta  və yüksək  klinik  riski  olan  xəstələr,  xoşagəlməz 

əlamət  və simptomları  olmadan  davamgətirmə qabiliyyətindən  asılı 

olaraq  fiziki  yüklənmənin  fərdiləşdirilmiş  proqramına  daha  ciddi 

riayət  etməlidirlər.  Hətta  ən  ağır  hallarda  belə minimal  nəzarət 

altında  olan  fiziki  fəaliyyət  xəstənin  özünə xidmətetmə bacarığının 

saxlanması və xəstəliklə bağlı depressiyanın azaldılması üçün faydalı 

olan bilər

118


.

Risk  dərəcəsinin  klinik  qiymətləndirilməsi. ÜDX  xəstələrində

fiziki yüklənmənin təyin edilməsi yalnız həmin yüklənmə ilə əlaqəli 

olan  nisbi  risklə müəyyən  olunur.  Riskin  stratifikasiyasına  dair 

mövcud alqoritm yüksək ürək-damar fəsadlaşması riski olan və daha 

ciddi 

kardioloji 



monitorinq 

tələb 


edəcək 

xəstələri 

müəyyənləşdirməyə yardım  edir

9,10


.  Riskin  belə stratifikasiyasını 

nəzərə alan  fiziki  məşq  proqramlarının  təhlükəsizliyi  çox  yaxşı 

məlumdur

61,144


.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə