Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 4.02 Mb.
Pdf просмотр
səhifə1/5
tarix23.12.2016
ölçüsü4.02 Mb.
  1   2   3   4   5

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 19 dekabr 2012-ci il tarixli 

48 saylı qərarı ilə təsdiq edilmişdir 

YENİDOĞULMUŞLARDA 

QANAXMALAR ÜZRƏ 

KLİNİK PROTOKOL 

Bakı - 2013 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57.3  

Y 52 


Y 52  Yenidoğulmuşlarda qanaxmalar üzrə klinik protokol, 2013. 

 44 səh.  



Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, 

 Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

direktoru, dosent, t.f.d., RS/AP üzrə Milli Koordinator, 

tərtibçilər qrupunun rəhbəri 

R.Hüseynov Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Yenidoğulmuşlar şöbəsinin müdiri 

Z.Mikayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Neonatologiya bölməsinin böyük elmi işçisi, t.f.d. 

S.Ələsgərova Azərbaycan Tibb Universitetinin Neonatologiya 

kafedrasının dosenti, t.f.d.  

F.Qarayev 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının 

dosenti, t.f.d. 

S.Quliyeva Azərbaycan Tibb Universitetinin Neonatologiya 

kafedrasının assistenti, t.f.d. 

E.Zeynalova 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının 

assistenti  

M.Rzayeva Respublika 

Perinatal 

Mərkəzinin Yenidoğulmuşların 

reanimasiya və intensiv terapiya şöbəsinin müdiri  

S.Haqverdiyeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Neonatologiya bölməsinin həkim neonatoloqu  

G.Hüseynova 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi 

keyfiyyət standartları şöbəsinin sabiq müdiri 

A.Lyubşis ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 

maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin Ana və Uşaq Sağlamlığı 

üzrə baş məsləhətçisi, həkim-neonatoloq, t.e.d. 

İ.Zahare ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 

maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin beynəlxalq məsləhətçisi, 

həkim-neonatoloq 

  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Rəyçilər: 

N.Quliyev Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına 

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 

professor, t.e.d. 

A.Kərimov  

Respublika Talassemiya Mərkəzinin direktoru, t.e.d. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

İxtisarların siyahısı 



АPTM aktivləşmiş hissəvi tromboplastin müddəti  

ASV 

ağciyərlərin süni ventilyasiyası  



AT 

arterial təzyiq 



BDİL 

bətndaxili inkişafın ləngiməsi 



CPAP 

(Continuous Positive Airway Pressure

– 

tənəffüs 



 yollarında daimi müsbət təzyiq

 

DDL 

damardaxili laxtalanma 



DQH dövr 

edən qanın həcmi 



ErK 

eritrositar kütlə 



FDM 

fibrin/fibrinogen deqradasiya məhsulları  



XBT-10  Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

KDQ 

kəllədaxili qansızma 



MAP 

(

Mean Airways Pressure) – tənəffüs yollarında orta 

təzyiq

 

NEK 

nekrozlaşmış enterokolit 



PM 

protrombin müddəti  



SMV 

sitomeqalovirus 



TDP 

təzə dondurulmuş plazma 



TORСH  Toxoplasma (toksoplazma infeksiyası) 

 Rubella 



 (məxmərək) 

 Cytomegalovirus (sitomeqalovirus) 



 

 



Herpes (herpes) 

TRALI  (Transfusion-Related Acute Lung İnjury



 ağciyərlərin 

 

kəskin posttransfuzion zədələnməsi  



TPS 

tənəffüsün pozulması sindromu 



YAT 

yenidoğulmuşların alloimmun trombositopeniyası 



YHX 

yenidoğulmuşların hemolitik xəstəliyi 



 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

Protokol  neonatoloq, pediatr, reanimatoloqlar üçün nəzərdə 

tutulmuşdur. 

Pasiyent qrupu: yenidoğulmuşlar. 

Protokol yenidoğulmuşlarda neonatal xəstəliklərin, ciddi 

ağırlaşmaların, neonatal ölümün qarşısının alınması 

və 

yenidoğulmuşlara tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üzrə 



sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini 

daşıyır.


  

ÜMUMİ MÜDDƏALAR 

Qanaxma – qan damarlarının tamlığının pozulması  və ya 

keçiriciliyinin artması hesabına qanın damarlardan xaricə axmasıdır. 

Əgər qan damardan xarici mühitə axarsa xarici qanaxma, orqanizmin 

daxili səthlərinə  və ya boşluqlu orqanlara axarsa daxili qanaxma 

adlanır. Qanaxmalar başvermə  səbəblərinə görə damarların 

zədələnməsi ilə  əlaqədar  travmatik  və damarların hər hansı patoloji 

proses nəticəsində  zədələnməsi, yaxud divarının keçiriciliyinin 

artması ilə əlaqədar qeyri-travmatik olur.  



Hemostaz – dövr edən qanın və qan damarlarının qan itkisinin 

qarşısının alınmasına yönəlmiş müxtəlif funksiyaların cəmidir. Bu 

funksiyaların balanslaşdırılmış  vəziyyəti qanın zədələnməmiş 

damarın daxilində sərbəst axmasına, qanaxma baş verdiyi zaman isə 

tez və effektiv saxlanmasına imkan verir.  

Yenidoğulmuşlarda hemostaz prosesinin xüsusiyyətləri 

Yenidoğulanlarda hemostatik funksiyalar fizioloji yetkinsizlik ilə 

əlaqədar olaraq böyük yaşlı  uşaqlar və böyüklərlə müqayisədə 

kəmiyyət və keyfiyyət fərqlərinə malikdir.  



Birincili hemostaz: 

1.

 



Vaxtında doğulanlarda kapilyarlar divarları normal, vaxtından 

əvvəl doğulanlarda isə kövrək olur. Buna görə  də damarların 

zədələnməsi zamanı vaxtından  əvvəl doğulanlarda damar 

mənfəzinin tam büzülməsi (vazokonstriksiyası) baş vermir, elə 

bu baxımdan da kəllədaxili qansızmalara həmin qrup uşaqlarda 

daha çox rast gəlinir 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

2.



 

Trombositlərin miqdarı  həm vaxtında, həm də vaxtından  əvvəl 

doğulanlarda böyük yaşlı uşaqlardan fərqlənmir 

İkincili hemostaz 

1.

 



Laxtalanma amilləri anadan ciftlə dölə keçmədiyindən, 

yenidoğulmuşlarda bu amillərin miqdarı orqanizm tərəfindən 

sintez olunan səviyyəni əks etdirir 

2.

 



Yenidoğulmuşlarda V və VIII faktorların miqdarı normada böyük 

yaşlı  uşaqlar və böyüklərdə olan səviyyəyə uyğundur. Odur ki, 

neonatal dövrdə bu amillərin çatışmazlığı irsi xarakterli defisiti 

göstərir 

3.

 

Qara ciyər funksiyasının yetkinsizliyi və vitamin K çatışmazlığı 



olduğundan laxtalanmanın II, VII, IX, X faktorlarının səviyyəsi, 

xüsusilə, vaxtından  əvvəl doğulmuş körpələrdə, çox aşağıdır. 

Buna görə  də hemorragik xəstəliyə daha çox vaxtından  əvvəl 

doğulmuş uşaqlarda rast gəlinir 

4.

 

Yenidoğulmuşlarda laxtalanmanın daxili yolunun 



aktivləşməsinin erkən mərhələsində  iştirak edən bütün amillərin 

(XII, XI, prekallikrein, iri molekulyar kütləli kininogen) fəallığı 

bu və ya digər dərəcədə  aşağıdır. Uşaq nə  qədər çox 

yetkinləşməmişdirsə XII faktorun fəallığı bir o qədər zəifdir.     

XII və XI amillərin aşağı konsentrasiyası aktivləşmiş hissəvi 

tromboplastin müddətinin uzanmasının  əsas səbəbi olub, ən çox 

vaxtından əvvəl doğulan körpələr arasında müşahidə edilir 

5.

 



Göbək ciyəsində XIII amilin səviyyəsi böyüklərdə olanın 50%-ni 

təşkil edir. Amma qan laxtasının stabilləşməsinin aktivləşməsi 

üçün bu faktorun cüzi miqdarı da kifayət edir. Ona görə  də bu 

faktorun miqdarının az olması heç bir klinik əhəmiyyət kəsb 

etmir 

6.

 



Fibrinogenin qan plazmasında konsentrasiyası, onun molekulyar 

kütləsi, amin turşu tərkibi və immunoloji xüsusiyyətləri praktiki 

olaraq böyüklərdən fərqlənmir. Lakin vaxtından  əvvəl 

doğulanlarda, xüsusilə hestasiya yaşı 28 həftədən az olan 

körpələrdə, fibrinogenin səviyyəsi aşağı ola bilər. Doğuşdan 

dərhal sonra qanda fetal fibrinogen təyin olunduğundan, 

konsentrasiyasının normal olmağına baxmayaraq, trombin 

vaxtının uzanması müşahidə edilir. Artıq həyatının 3-cü həftəsinə 

fibrinogenin böyüklərdə olan tipi üstünlük təşkil edir 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 10

7.

 



Sağlam yenidoğulmuşlarda laxtalanmanın  əsas amillərinin aşağı 

konsentrasiyada olması  əhəmiyyətli rol oynamır. Çünki qan 

laxtasının  əmələ  gəlməsində onların koaqulyasion aktivliyinin 

20-30%-i kifayət edir. Lakin stress və ya xəstəlik, vaxtından 

əvvəl doğulma, sepsis, asfiksiya, hipoksiya, asidoz və s. 

vəziyyətlər müvazinətin pozulmasına və qanaxmaya gətirib 

çıxara bilər 

Fibrinolitik aktivlik 

Yenidoğulmuşlarda böyük yaşlı  uşaqlar və böyüklərlə 

müqayisədə fibrinolitik aktivliyin tranzitor yüksək olması 

mövcuddur. Vaxtında doğulanlarda həyatın ilk 6 saatı  ərzində 

böyüklərdəki səviyyəyə enir. Plazminogenin aşağı  səviyyəsi 

(böyüklərin səviyyəsinin yarısı  qədər olur) və dövr edən 

antikoaqulyantların (antitrombin III, C protein) fizioloji çatışmazlığı 

yenidoğulmuşlarda tromboza meyilliliyin şərtləndirir. 

Beləliklə, yenidoğulmuşlar bir tərəfdən laxtalanma amillərinin 

çatışmazlığı  və trombositlərin tam yetişməmiş olması ilə  əlaqədar 

qansızmalara meyliliyin yüksək olması, digər tərəfdən təbii 

antikoaqulyantların aşağı  səviyyəsi və fibrinolitik aktivliyin 

çatmazlığı ilə  əlaqədar həddən çox tromb əmələ  gətirmə 

xüsusiyyətlərinə malikdirlər. 



Laborator göstəricilər (bax: Cədvəl 1

Qanaxma müddəti və ya qanaxmanın davametmə müddəti – 

qanın laxtalanmasının damar-trombositar adlanan mərhələsindən 

asılıdır ki, bu mərhələ kövşək trombositar tıxacın əmələ gəlməsi ilə 

başa çatır. Bu göstərici qanın laxtalanma prosesi haqqında ümumi 

anlayış verə bilər. 

Qanın laxtalanma müddəti – qan laxtasının əmələgəlmə sürətini 

göstərir, yəni həll olan fibfinogenin həll olmayan fibrinogenə 

çevrilməsi müddətidir. Bu göstərici laxtalanma prosesini ümumilikdə 

xarakterizə edir, onun pozulması mexanizmlərini aydınlaşdırmağa 

imkan vermir. 

Trombositlərin miqdarı  və funksiyası – birincili hemostazın 

keyfiyyətini müəyyən edir. Trombositlər hemostatik funksiyadan 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 11

başqa angiotrofik, yəni damar divarının qidalanması funksiyasını da 

icra edir. 

Protrombin müddəti (PM) – plazmaya kalsium xlorid və 

standartlaşdırılmış toxuma tromboplastini əlavə etdikdə fibrin 

laxtasının  əmələgəlmə vaxtıdır. Protrombin müddəti protrombin 

kompleksinin (V, VII, X və protrombinin özü – II faktor) aktivliyini 

xarakterizə edir.  

Aktivləşmiş hissəvi tromboplastin müddəti (AHTM) – 

laxtalanmanın daxili yolunu əks etdirir. Fibrin zülalının hasil olması 

üçün laxtalanma sisteminə lazım olan müddətə uyğun gəlir. Bu test 

trombositi olmayan sitratlı plazmaya kaolin-kefalin qarışığı  və 

kalsium  əlavə etdikdən sonra laxtanın  əmələgəlmə müddətini təyin 

edir. 


Trombin müddəti (TM) – sitratlı plazmaya trombin və kalsium 

əlavə etdikdən sonra fibrinogenin fibrinə çevrilməsinə  sərf olunan 

vaxtı göstərir. Bu zaman fibrin laxtasının  əmələgəlmə sürəti  əsasən 

fibrinogenin miqdarı  və funksiyasının tamlığından və qanda 

antikoaqulyantların olmasından asılıdır. 

Fibrinogen – qaraciyərdə hasil olub, qanın laxtalanması zamanı 

əmələ  gələn laxtanın  əsasını  təşkil edən suda həll olmayan fibrinə 

çevrilən zülaldır. Fibrin sonradan tromb əmələ  gətirərək laxtalanma 

prosesini başa çatdırır. 



Fibrinogenin/fibrinin deqradasiya məhsulları (FDM) – qan 

damarlarında fibrinin əmələ  gəlməsinə cavab olaraq orqanizmdə 

fibrinoliz sisteminin aktivləşməsi (plazminin fibrinogen və fibrinlə 

qarşılıqlı  təsirindən) nəticəsində meydana çıxır. Normada az 

miqdarda olub, plazminin təsiri ilə plazma və çöküntülərdə olan 

fibrinin parçalanmasından ayrılan maddələrdir. FDM-in miqdarının 

artması damardaxili laxtalanmanın güclənməsi və ya massiv 

tromboemboliyanın  əlaməti olub, fibrinolitik sistemin aktivləşməsi 

ilə müşayiət edilir. FDM antitromboplastin, antitrombin, 

antipolimeraz təsirlərə malikdir. 



Antitrombin III – əsas endogen antikoaqulyantdır, laxtalanma 

amillərinin inhibitoru olub, qanın laxtalanma proseslərinə  ləngidici 

təsir göstərir. Trombinin inaktivləşməsi prosesində  əsas plazma 

zülalıdır (plazmanın trombini inhibəetmək xüsusiyyətinin 75% məhz 

onun üzərinə düşür). 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 12

Cədvəl 1Yenidoğulmuşlarda normal laborator 

göstəricilər 

 

Göstəricilər 



Böyüklər 

və böyük 

yaşlı 

uşaqlar 

Vaxtında 

doğulan 

yenidoğulmuşlar

Vaxtından əvvəl 

doğulan 

yenidoğulmuşlar

(1500-2000q) 

Vaxtından əvvəl

doğulan 

yenidoğulmuşlar

(<1500q) 

Laxtalanma 

müddəti 

2-4 dəq. 2-4 

dəq. 2-4 

dəq. 2-4 

dəq. 

Qanaxma 

müddəti 

2-5 dəq. 2-5 

dəq. 2-5 

dəq. 2-5 

dəq. 

Trombosit-

lərin miqdarı 

150-400 


x10

9

/l 



150-400x10

9

/l 150-400x10



9

/l 150-400x10

9

/l 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə